MÜASĠR ĠNGĠLĠS DĠLĠNDƏ SĠFƏTLƏ BAĞLI MÖVCUD PROBLEMLƏR HAQQINDA
Sədrəddinova T.N.
Sumqayıt Dövlət Universiteti
Ana dilimizdə olduğu kimi, ingilis dilində də şəxs və əşyanın əlamətini, keyfiyyətini və vəziyyətini
bildirən sözlərə sifət deyilir. Məsələn: a diligent student, an easy lesson, fresh air, an old city, a comfortable
flat və s.
Bir sıra dillərdən, məsələn, rus, alman və s. dillərdən fərqli olaraq, müasir ingilis dilində sifətin nə hal,
nə kəmiyyət kateqoriyası var. Buna görə də müasir ingilis dilində Azərbaycan dilində olduğu kimi, sifət aid
olduğu, təyin etdiyi isimlə nə hala, nə cinsə, nə də kəmiyyətə görə uzlaşır; ismin hansı halda, hansı cinsdə və
hansı miqdarda ( tək və ya cəm) olmasına baxmayaraq, onu təyin edən sifət adi, ilkin formada işlənir. Gəlin
müqayisə edək:
a diligent student – ten diligent students
a pretty girl – pretty girls
a clever boy –the clever boy’s
Bununla yanaşı, müasir ingilis dilində sifətin dərəcə formaları ilə bağlı mübahisə doğuran üç başlıca
məsələ var: onlardan biri ingilis dilində sifətin neçə dərəcə formasına malik olması, digəri isə more/most+
sifət tərkibinin dərəcə forması olub – olmaması məsələsidir.
Dilçilər, bir qayda olaraq, ingilis dilində sifətin üç dərəcə forması olduğunu qəbul edirlər.
1.
Adi dərəcə (Positive Degree);
2.
Müqayisə dərəcəsi ( Comparative Degree);
3.
Üstünlük dərəcəsi (Superlative Degree);
Lakin bəzi dilçilər (O.Yespersen, A.İ.Smimitski, M.A.Qanşina, N.M.Vasilevskaya, V.İ.Kauşanskaya
və b.) belə hesab edirlər ki, sifət ilkin formada, heç bir dərəcə mənası bildirmir, heç bir müqayisə ifadə etmir.
Buna görə də onu sifətin dərəcə forması hesab etmək olmaz. Beləliklə də, bu dilçilər ingilis dilində sifətin iki
dərəcə formasının olduğunu göstərirlər:
1.
Müqayisə dərəcəsi. (Comparatie Degree)
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
104
2.
Üstünlük dərəcəsi. (Superlatyive Degree)
Amma belə qənaətə gəlmək olar ki, sifətin ilkin forması olmadan onun digər dərəcə formalarından
danışmaq düzgün deyil. Demək, bü üç formanın (adi, müqayisə, üstünlük) arasında bir dialektik vəhdət
olmalıdır. Digər tərəfdən də nitqdə hətta adi dərəcədə də sifət müqayisə mənası bildirə bilir. Buna missal
olaraq sifətlərin ilkin formada, digər sözlə adi dərəcədə as...as, not so...as bağlayıcıları ilə işlənərək
müqayisə bildirdiyini yada salmaq kifayətdir. Məsələn:
This classroom is as light as yours. His room is not as large as mine.
İkinci məsələyə, yəni more/most+adi dərəcədə sifət birləşməsinə gəldikdə aşağıdakıları qeyd etməyi
lasım bilirik.
Ənənəvi olaraq haqqında danışılan birləşmələr ingilis dili qrammatikasında sifətin analıtik dərəcə
forması hesab edilir: more+adi dərəcədə sifət sifətin müqayisə dərəcə forması, more+adi dərəcədə sifət isə
onun üstünlük forması adlandırılır . Son zamanlar bəzi dilçilər (V.N.Jiqadlo, İ.P.İvanova, L.L.İofik, B.A.İlyiç
və b. ) haqqında danışılan birləşmələrin sifətin analitik dərəcə forması deyil, sərbəst söz birləşməsi ollduğunu
söyləmişlər. Beləliklə də ingilis dili nəzəri qrammatikasında sifətin dərəcə kateqoriyası ilə əlaqədar olaraq
qarşıya yeni bir problem çıxmışdır: more+adi dərəcədə sifət tərkibi sifətin dərəcə formasıdır, yoxsa sərbəst
söz birləşməsidir?
Hər şeydən əvvəl belə bir cəhəti qeyd etmək lazımdır ki, more/most+adi dərəcədə sifət birləşməsini
sifətin analitik dərəcə forması deyil, sərbəst söz birləşməsi adlandıran dilçilər belə hesab edirlər ki, müasir
ingilis dilində more/most+adi dərəcədə sifət birləşməsi ilə yanaşı less/least+adi dərəcədə sifət, hətta
very/rather+adiadi dərəcədə sifət birləşmələri də işlənir. Məsələn, biz more difficult, most difficult deyə
bilirik. Bununla belə, sifət sifətin dərəcə forması hesab edilir, less/least+adi dərəcədə sifət birləşməsi sərbəst
söz birləşməsi adlandığı kimi, birləşməsi də sərbəst sözbirləşməsi adlanmalıdır.
B.S.Xaymoviç, B.İ.Roqovskaya haqqında danışılan birləşmələrin, yəni more/most+adi dərəcədə sifət
və less/least+adi dərəcədə sifət birləşməsinin arasında olan oxşarlığı səthi hesab edir və more/most+adi
dərəcədə sifət birləşməsinin sərbəst söz birləşməsi adlandırılması faktı ilə rastlaşmırlar. Onlar belə hesab
edirlər ki, more qrammatik morfemdir; onun ifadə etdiyi qrammatik məna birhecalı sifətlərin müqayisə
dərəcəsini düzəldən – er morfeminə müvafiqdir. Buna görə də more/most+adi dərəcədə sifət birləşməsi
sərbəst söz birləşməsi hesab edilə bilməz. Bu birləşmə sifətin analitik formasıdır.
Qəribə burasıdır ki, B.S.Xaymoviç, B.İ.Roqovskaya more/most+adi dərəcədə sifət birləşməsini
analitik forma adlandırdıqları halda, və less/least+adi dərəcədə sifət birləşməsini sərbəst söz birləşməsi
hesab edirlər. Beləliklə də, dildə eyni xüsusiyyət və mahiyyətə malik olan iki birləşmədən biri yəni
more/most+adi dərəcədə sifət birləşməsi sifətin analitik dərəcə forması, digəri, yəni less/least+adi dərəcədə
sifət birləşməsi isə sərbəst söz birləşməsi hesab olunur. Bizcə, ikisindən biridir: ya haqqında danışılan
birləşmələrin hər ikisi sifətin dərəcə formasıdır, ya da onların hər ikisi də sərbəst söz birləşməsidir. Cünki bu
birləşmələr həm onların komponentləri, həm də ifadə etdikləri qrammatik məna baxımından tam eynilik
təşkil edir: həm more, həm də less müasir ingilis dilində omonim sözlər kimi işlənir. Onlar bir halda zərf,
digər halda isə söz-morfem kimi işlənir. Məsələn: eat less, drink less, and sleep more cümləsində less və
more sözlərinin hər ikisi zərf funksiyasında çıxış edir. Lakin more beautiful, less beautiful birləşməsində isə
onların hər ikisi söz-morfem kimi işlənir. Çünki birinci misalda less, more sözləri hərəkətə aiddir, ikinci
halda isə onlar qrammatik məna bildirir, keyfiyyətin dərəcəsini göstərir. Eyni sözləri most, least haqqında da
demək olar.
Bir anlığa belə hesab edək ki, haqqında danışılan birləşmələr, yəni more/most+adi dərəcədə sifət və
less/least+adi dərəcədə sifət sərbəst söz birləşməsidir. O zaman bu qənaətə gəlmək olur ki, müasir ingilis
dilində ancaq bir hecalı və bəzi iki hecalı sifətlər dərəcə kateqoriyasına malikdir. Onda belə çıxır ki, ingilis
dilinin sifətin dərəcə kateqoriyası onun fonetik tərkibindən aslıdır, digər tərəfdən də more/most,
less/least+adi dərəcədə sifət birləşmələri sintaktik hadisə hesab edilməlidir. Beləliklə də müasir ingilis
dilinə xas olan bir kateqoriya, daha dəqiq desək, sifətin dərəcə kateqoriyası iki hissəyə parçalanır. Onun bir
qismi morfologiyanın, digər qismi isə sintaksisin tədqiqat obyektinə çevrilir. Bu da nə dilə xas olan
sistemlilik, nə də məntiq baxımından ağlasığan deyil.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, B.A.İlyişin bu məsələyə münasibəti həm fərqli, həm də
qəribədir. O belə hesab edir ki, haqqında danışılan birləşmələrin sifətin analitik forması və ya sərbəst söz
birləşməsi hesab edilməsi məsələsini hər bir tələbənin öz mülahizəsinə vermək lazımdır. Bu barədə o belə
yazır: ― It must be left to every student to decide what way out of this dilemma should be‖.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
105
Əlbəttə ki, məsələnin bu cür həlli ən azı qeyri-ciddi görünür. Onu da qeyd etmək lazımdır ki, ingilis
dilçiləri və habelə ingilis dili ilə məşğul olan qərbi Avropa dilçiləri bu fikri məqbul hesab etməmişlər.
Yuxarda deyilənlərdən qısaca olaraq belə qənaətə gəlmək olar ki, nə birinci, nə də ikinci qrup
dilçilərin sifətin dərəcə kateqoriyası haqqında söylədikləri fikirləri ilə - yəni more/most+adi dərəcədə sifət
və less/least+adi dərəcədə sifət birləşməsinin sərbəst söz birləşməsi olduğu fikirləriylə razılaşmaq çətindir.
SÖZ VƏ FRAZEOLOJĠ VAHĠDLƏRĠN MÜNASĠBƏTĠNƏ DAĠR
Şirinova M.B.
Azərbaycan Dillər Universiteti
Hər bir dilin leksik sistemində külli miqdarda sözlər və funksiyaca tək-tək sözlərə uyğun olan, ayrıca
formalaşan, müstəqil dil vahidləri olan frazeoloji vahidlər vardır. Frazeoloji vahidlər sahəsində görkəmli
dilçi alimlər tədqiqatlar aparmışlar. Bu alimlərdən S.İ Abakumov, A.A Reformatski, A.B Kunin, L.A
Bulaxoviski, Y.M Volf, A. Arnold və digərləri frazeoloji vahidləri geniş tədqiq etmiş və onların digər dil
vahidlləri ilə oxşar və fərqli əlamətlərini üzə çıxarmışlar.
Frazeoloji vahidləri öyrənən sahə olan frazeologiya və sözlərin tədqiqat sahəsi olan leksikologiya
arasında sıx əlaqə vardır.
Frazeologiya və leksikologiyanın əlaqəsi ilk növbədə ona əsaslandırılır ki, hər iki sahənin əsas
materialı sözdür. Bu iki sahənin bir-birinə çox oxşar xüsusiyyətləri var. Bu oxşarlıq müxtəlif sahələrdə özünü
göstərir: qrammatika sahəsində-farzeoloji vahid və söz morfoloji əlamətlərə mənsub olub, cümlə üzvü
rolunda çıxış edə bilər, təyin və tamamlığa malik ola bilər; söz yaradıcılığı sahəsində-frazeoloji vahid və söz
yeni sözlərin yaranması üçün baza rolunu oynaya bilər; onomasiologiya sahsində-frazeoloji vahid və söz
inasnın müxtəlif fəaliyyət növləri ilə əlaqədar olan obyektiv gerçəkliyin hadisələrini ifadə edə bilər.
Frazeoloji vahidlə söz arasında ümumi əlamət vardır. Bu ümumi əlamət onların hər ikisinin məna
tamlığıdır. Leksik tərkibinə və quruluşuna görə frazeoloji vahidlər söz kimi dildə hazır şəkildədir. Bu
əlmətinə görə frazeoloji vahidlər asanlıqla nitq hissələri üzrə təsnif edilir. Mənanın olması və qrammatik
funksiya daşıması bu iki dil vahidinin ümümi əlamətidir. Bu iki xüsusiyyət frazeoloji vahidin məzmununu
təşkil edir. Sözlə eyni olmayan frazeoloji vahid ona məna və funksiyaca çox yaxındır. Frazeoloji vahidlə söz
birləşməsi arasında isə heç bir ümumi əlamət yoxdur. Frazeoloji vahidlər leksik mənasına, forma
dəyişikliyinə, sintaktik vəzifəsinə görə sərbəst söz birləşmələrindən fərqlənir. Frazeoloji vahidlərin böyük
əksəriyyəti sərbəst söz birləşmələrinin yenidən mənalandırılması əsasında meydana gəlir. Bu zaman onda
həqiqi və məcazi məna kimi leksik mənalar bir leksik vahiddə birləşir.
Frazelogiya və leksikologiyanın əlaqəsini belə bir fakt da sübut edir ki, frazeoloji vahidin mövcudluğu
və inkişafı müəyyən mənada onun leksik tərkibinin xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, frazeologizmin
komponenti – söz özündə leksik vahidə məxsus olan xüsusiyyətləri saxlayır. Eyni zamanda bir çox
tədqiqatçıların qeyd etdiyi kimi, frazeoloji vahid və söz arasında oxşar cəhətlər olsa da, onlar arasında fərqli
cəhətlər də var. İlk növbədə qeyd etmək lazımdır ki, frazeologizmin komponenti söz olaraq qalsa da, onların
işlədilməsi spesifik xarakter daşıyır. Onlar cümlə üzvü kimi fərqlənə bilmir, frazoloji vahidlər bütövlükdə
uyğunlaşdığı cümlə üzvləri ilə heç bir əlaqəyə girə bilmir.
Belə və buna oxşar fərqlərin öyrənilməsi frazeologiyanın obyektinin linqivistik mahiyyətinin elmi
əsaslandırılması və onun leksikologiyanın obyektinə nisbətən məhdudlaşdırılması baxımından zəruri şərt
rolunu oynayır.
Bəzi tədqiqatçılar frazeoloji vahidin sözlə olan funksional yaxınlığını, onların sintaktik funksiyalarının
qismən və ya bütövlükdə oxşar olması, bəzi frazeoloji vahidlərin bu və ya digər cümlə üzvü rolunda çıxış
edə bilməsi ilə əlaqələndirirlər.
Ekvivalent məfhumu, leksik sinonimi olan frazeloji vahidlərə aid edilə bilməz. Çünki frazeoloji
vahidin məna strukturu sözün məna strukturundan daha mürəkkəbdir. Dildə xüsusən konnatasiya baxımından
fərqli cəhətlər mühüm rol oynayır. Belə ki, konnatasiya frazeoloji vahidin ayrılmaz atributudur. Frazeloji
konnatasiysa leksik konnatasiyaya nisbətən daha zəngindir. Onun mövcudluğu sayəsində frazeoloji vahid
daha güclü ekspressiv- emosional təsirə malik olur.
Bütün bu deyilənlər göstərir ki, frazeoloji vahid sözə nisbətən daha mürəkkəb semantik struktura və
geniş məna tərkibinə malikdir. Frazeoloji vahidlər o qədər dərin məna ifadə edir ki, ən geniş izahatlar belə
onların məna tərkibini açıqlaya bilmir. Xüsusən də, bu frazeoloji vahidin mühüm komponenti olan
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
106
konnatasiyaya aiddir. Deyilənlərin hamısı bir daha təsdiqləyir ki, frazeoloji məna ilə leksik məna arasında
keyfiyyət fərqi mövcuddur.
Frazeoloji vahidin sözlə ekvivalent olması nəzəriyyəsinin tərəfdarlarının irəli sürdükləri digər bir fikir
ondan ibarətdir ki, frazeoloji vahidlə sözün sintaktik funksiyaları bir- birlərinə uyğun gəlir, onların hər ikisi
cümlə üzvü kimi çıxış edə bilirlər. Lakin bu da dəqiq fakt deyil. Çünki cümlə üzvü rolunda yalnız söz və
frazeoloji vahid deyil, eyni zamanda frazeoloji xarakterli olamayan birləşmələr - sabit və sərbəst söz
birləşmələri də çıxış edə bilərlər.
Dediklərimizdən bu qənaətə gəlmək olar ki, sozün ekvivalenti kimi ayrılıqda formalaşan, işlənən dil
vahidləri istifadə oluna bilər ki, bu da frazeologiyanın obyektinin müəyyənləşdirilməsi üçün səciyyəvi rol
oynaya bilər.
Ekvivalentlik nəzəriyyəsinin çatışmayan cəhətlərindən biri də frazeoloji vahidlə söz arasında semantik
fərqin qəbul edilməməsi faktıdır. Bu da, qeyd etdiyimiz kimi, əsəsən, frazeoloji vahidin məna strukturunun
sözün məna strukturuna nisbətən daha mürəkkəb olması ilə əlaqədardır. Bu semantik fərqin qəbul
edilməməsi nəticəsində frazeologiyaya semantik baxımdan müxtəlif söz birləşmələri, hətta sərbəst söz
birləşmələri belə aid edilir.
Nəhayət, frazeloji vahidin sözlə ekvivalent olması nəzəriyyəsinin tərəfdarları bir vacib faktı da
nəzərdən qaçırırlar. Bu fakt da iki dil vahidinin nitqdə müxtəlif funksional təyinata malik olması ilə
əlaqədaradır. Frazeologizmlə sozün münasibətinin düzgün başa düşülməsi və təyin edilməsi onların
strukturunun, semantikasının və funksional əlamətlərinin hərtərəfli müqaysəli analizi nəticəsində
mümkündür.
Belə analiz göstərir ki, qeyd edilən əlamətlərə əsasən frazeoloji vahid heç vaxt bütövlükdə sözlə eyni
olmur. Məhz buna görə də frazeoloji vahidin sözlə ekvivalent olmasından deyil, onunla əlaqəsinin
olmasından danışmaq daha düzgün olardı. Tədqiqiatların da sübut etdiyi kimi, əlaqə nəzəriyyəsi frazeoloji
vahidə özünəməxsus xüsusiyyətləri olan dil tərkibi kimi baxmağa imkan verir. Bütün bu deyilənlərdən belə
bir qənaətə gəlmək olar ki, frazeologiya ilə leksikologiya arasında sıx əlaqələrin olmasını qəbul etsək də,
onlar arasında prinsipial fərqlər də mövcuddur.
MÜASĠR DĠLÇĠLĠKDƏ DĠSKURS ANLAYIġININ TƏDQĠQATINA DAĠR
Şükürova A.İ.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası
Son illər dilçilik sahəsində ən geniş tədqiq olunan, çoxmənalı terminlərdən biri diskursdur. Diskurs
nəzəriyyəsi dilçiliyin yeni istiqamətlərindən olduğuna görə burada cavablardan çox suallar mövcuddur.
Diskurs linqvistik ensiklopedik lüğətdə belə xarakterizə olunur : ― ... məqsədyönlü sosial davranış
kimi nəzərdə tutulan nitq ; insanların qarşılıqlı əlaqəsi və onların şürundakı mexanizmlərdə (koqnitiv
proseslərdə) iştirak edən komponent... ‖ . Həmçinin lüğətdə qeyd edilir: ―Diskurs (fransız dilində
―discours‖- nitq)- ―həyatla yüklənmiş‖ nitqdir. Buna görə də ―mətn ‖ terminindən fərqli olaraq, ―diskurs ‖
termini canlı həyatla əlaqələri bilavasitə bərpa oluna bilməyən qədim və digər mətnlər üçün tətbiq edilmir‖.
(Лингвистический Энциклопедический Словарь, В.Н.Ярцева, Москва «Советская Энциклопедия»
1990, s. 136-137 )
Eyni zamanda diskursu semiotik prosesin tərkib hissə kimi də qəbul edirlər. (Греймас А.Ж., Курте
Ж. Обьяснительный словарь теории языка//Семиотика. М., 1983 s. 488). Deməli, həm dil həm də qeyri-
dil faktorlarından ibarət olan diskursiv təcrübələrin müxtəlif üsulları məhz semiotik prosesdə
cəmləşdirilmişdir.
―İzahlı tərcüməşünaslıq terminləri‖ lüğətində müxtəlif alimlər tərəfindən diskursun aşağıdakı şərhləri
təqdim edilir:
―Diskurs – filoloji ədəbiyyatda geniş yayılmış termin (frans. discours, lat. dis-curere – ora-bura,
müxtəlif tərəflərə qaçmaq) fransız dilində ənənəvi olaraq ―mühakimə‖, ―fikir yürütmə‖ mənalarında işlədilib.
50-ci illərdə E.Benvenist deyim nəzəriyyəsini hazırlayaraq diskursu nitqin xarakteristikası kimi
müəyyənləşdirir: ―Birincinin müəyyən şəkildə ikinciyə təsir etmək cəhdi‖. Yaxud İ.Derrida diskursu yazan
və oxuyanların təcrübəsində canlı dərk olunmuş mətn təsəvvürü‖ adlandırır. Z.Xerrisə görə diskurs verbal
kommunikasiyada mətn, qrammatik formaların, bir-birinin dalınca sıralanmış frazaların ardıcıllığıdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
107
T.A.Van Deykə görə, diskurs ―kommunikativ hadisədir‖. ‖ ( R.Manafoğlu, N.Tağısoy, R.Kamal. İzahlı
tərcüməşünaslıq terminləri lüğəti – Bakı: Mütərcim, 2010. s.19 )
Əlavə etmək istərdik ki, qədim latın dilində ―diskurs‖ sözünün aşağıdakı mənaları vardır discursus,
us m [discurro]
1) o tərəf-bu tərəfə qaçmaq;
2) hərbi manevr;
3) qəfildən hücum;
4) hərəkət dövretmə;
5) fasiləsiz sayrışma;
6) mənasız vurnuxma, tələsmə;
7) çoxalma, budaqlanma ;
8) çırpınma
...
;
9) söhbət, danışıq;
(http://linguaeterna.com/vocabula/show.php?n=14069)
Göründüyü kimi, lüğətdə diskurs sözünün ilkin mənası ―qaçmaq‖ feilidir. Sonrakı mənalar isə
―hərəkət‖, ―dövretmə‖, ―fasiləsiz sayrışma‖ və sairə ilə bağlıdır. Nəticədə, sonuncu, yəni ―söhbət‖, ―danışıq‖
mənası hal-hazırki diskurs terminini izah edir. Zənnimizcə, diskurs sözünün ilkin mənasının ―ora bura
qaçmaq‖ olması təsadüfi deyil. Belə ki, ünsiyyət zamanı insanlar arasında qarşılıqlı təsir nəticəsində
məlumatın ötürülməsi və qəbul edilməsi, yəni şüurumuzdakı sözlərin, ifadələrin, fikirlərin çevik
yerdəyişməsi baş verir. Qarşılıqlı təsirin iştirakçıları olan insanlar informasiyanı bir-birinə maksimum
dərəcədə tez ötürməyə çalışırlar ki, məlumatın dekodlaşmasında küy, yəni maneə yaranmasın. Beləliklə,
şüurumuzda olan informasiya metaforik olaraq ―ora-bura qaçır‖ və diskurs yaranır.
Yuxarıdakı fikirlər diskursun sosial mahiyyətini açır, çünki cəmiyyətsiz diskurs mövcud ola bilməz.
Sotsiumda, daha dəqiq desək linqvoetnosotsiumda insanlar arasında onların bir-birini qavramasından
başlayan ünsiyyət yaranır. Qavrayışın bu növü isə psixologiyada ―sosial persepsiya‖ (latınca sosialis-ictimai,
perseptio-qavrayış deməkdir) adlanır‖. (Sosial psixologiya. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə Bakı, 2003 s. 285)
Diskurs faktorunun tədqiqatına sosial–persepsiya prosesləri mövqeyindən yanaşmaq vacibdir. Burada
həmçinin nitqin şərhi zamanı dil daşıyıcılarının sosial-psixoloji tiplərini, onların məqsədlərini nəzərə almaq
da önəmlidir. Deməli, nitqyaranma prosesində sosial kommunikasiyasız daxili kodların xarici verballaşması
mümkün olmayacaq.
Bildiyimiz kimi, dil strukturu aşağı və yuxarı səviyyələrin hierarxiyasından və hər səviyyəni təşkil
edən dil vahidləri: fonemlər, morfemlər, sözlər, cümlələrdən ibarətdir. Bütün bu vahidlərin təşkil etdiyi
layların tədqiqatı ilə fonetika, morfologiya, sintaksis kimi sahələr məşğul olur. Cümlədən sonra isə
özünəməxsus vahidləri olan diskurs səviyyəsi gəlir. Diskurs dilin elə bil səviyyəsidir ki, onun konkret həcmi
yoxdur. O həm bir neçə sözdən (məsələn, siyasi şüar) və həm də silsilə hekayələrdən, kitablardan ibarət ola
bilər.
Diskursların təsnifatı və ya növlərinin müəyyən edilməsi önəmlidir. Diskurslar informasiyanın
ötürülməsi üsuluna görə (məsələn, yazılı, şifahi); janrına görə (məsələn, hekayə, müsahibə, söhbət və s. ),
insan fəaliyyətinin müəyyən sahələri ilə əlaqədar olması və məqsədinin mahiyyətinə görə (məsələn, məişət,
elmi, rəsmi, kriminal və s. ) fərqlənirlər.
Beləliklə, mətndən daha geniş anlayış, kommunikativ hadisə olan diskurs dinamikada təzahür edir və
semiotik prosesin tərkib hissəsidir, müvafiq situasiya çərçivəsində müəyyən bir hadisə, hətta dünya
haqqında fikir ifadə edən mürəkkəb biliklər sistemidir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
108
ĠNGĠLĠS DĠLĠNĠN FONETĠK QURULUġU
Tahirova S.Ə.
Azərbaycan Dillər Universiteti
Digər dillər kimi, ingilis dilinin də özünə xas fonetik sistemi və qurulu vardır. Dilin fonetik sisteminə
seqment və supraseqment vahidlər daxildir. Seqment vahidlərə dil səsləri və onların birləşmələri daxildir.
İngilis dilinin fonetik quruluşunun ilk və əsas komponenti seqment fonemlərdir. Fonemlərin təşkiledici ( söz
və söz birləşmələri yaratmaq), fərqləndirici (sözlərin və morfemlərin mənalarını fərqləndirmək), tanıdıcı
(sözlərin, cümlələrin qrammatik formalarının qurulmasına və allofonların düzgün ifadəsinə kömək etmək)
funksiyaları var. Fonem ən kiçik vahid olub, bir sözü digərindən, həm leksik həm də qrammatik cəhətdən
fərqləndirmək xüsusiyyətinə malikdir.
İngilis dilinin fonetik quruluşunun digər bir komponenti hecadır. Heca sözün mühüm elementlərindən
biridir və sözün formalaşmasında xüsusi rola malikdir. Heca sözdən ayrılıqda mövcud olmur. Heca sözün
daxilində mövcud olur və öz funksiyalarını söz daxilində yerinə yetirir. Heca yaranması haqqında bir sıra
nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələr ―ekspirator‖, ―sonorluq‖, ―əzələ gərginliyi‖ və ―qövsü ucalıq‖
nəzəriyyəsidir. Superseqment vahidlər isə ayrılıqda mövcud deyildir. Supraseqment vahidlərə vurğu, tonlar,
uzunluq, intonasiya və sair daxildir. Dil öyrənmə prosesində həm seqment, həm də supraseqment vahidlər
çox mühüm əhəmiyyət kəsb edir. İngilis dilinin üçüncü komponentini vurğu təşkil edir. Vurğunun fiziki
akustik, təbiəti, ikihecalı və çoxhecalı sözlərdə vurğunun mövqeyi və vurğunun dərəcəsi aspektləri vardır.
İngilis dilində vurğu konstitutiv və distinktiv funksiya daşıyır. Vurğu sözdə müəyyən bir hecanın
üzərinə düşməklə həmin sözün hecalarını bir bütövə, leksik vahidə çevirir. Bununla yanaşı, vurğu söz
formalarını və mürəkkəb sözləri söz birləşmələrindən fərqləndirməklə məna fərqləndirici funksiya yerinə
yetirir. Məsələn: blackbird, black bird.
İngilis dilinin fonetik quruluşunun dördüncü komponenti intonasiyadır. İntonasiya cümlələrin və
intonasiya qruplarının formalaşmasına, cümlənin kommunikativ tiplərinin müəyyənləşməsinin həyata
keçirilməsinə, danışanın fikir və münasibətinin ifadə edilməsinə, intonasiyanın funksiyasına xidmət edir.
Melodiya, cümlə vurğusu, temp, tembr intonasiyanı bir vahid kimi bütövə çevirən amillərdir. İntonasiya
cümlənin qəlbidir. İntonasiya danışanın nitqində düşüncələrini, arzularını emosiyalarını və həqiqətə uyğun
olan münasibətlərini ifadə etməyə imkan verən nitq melodiyası, cümlə vurğusu, səs keyfiyyəti və nitq
temposunun birliyindən ibarətdir. İntonasiyasız insan nitqi quru və monoton olardı. Çünki fikrin
çatdırılmasında cümlədə işlədilən sözlərlə yanaşı, intonasiyanın da çox böyük payı var. Beləliklə, fonem ən
kiçik dil vahidi olub, bir sözü digərindən, sözün bir qrammatik formasını digərindən fərqləndirmək
xüsusiyyətinə malikdir. Heca dilin struktur komponenti kimi sözün mühüm tərkib elementlərindən biridir.
Dil fonetik cəhətdən səciyyələndirən mühüm əlamətlərdən biri olan vurğu danışıqda mühüm rol oynayır.
Belə ki, bəzi sözlərdə vurğunun yeri dəyişməklə məna fərqi yaranır.
Dostları ilə paylaş: |