CÜMLƏDƏ SÖZ SIRASININ POZULMASI – ĠNVERSĠYA
Talıbova G.V.
Sumqayıt Dövlət Texniki Kolleci
Cümlə bitmiş fikri ifadə edən və hər bir dilin öz daxili qanunları əsasında formalaşan ən böyük dil
vahididir. Cümlənin fikir ifadə edə bilməsi üçün onun müxtəlif sözlərdən, cümlə təşkil edən üzvlərdən ibarət
olması zəruridir. Aqlütinatativ dillərdə olduğu kimi, Azərbaycan dilində də hal şəkilçiləri və və feilin təsrif
formaları cümlənin qurulması üçün vacib amildir. Cümlə o zaman yaranır ki, hər hansı bir fikrin ifadə
edilməsi üçün zərurət yaranır. Görkəmli filolsof və alimlərin dediyi kimi, cümlə şifahi və yazılı nitqdə
ünsiyyətin silahı, fikir mübadiləsinin açarıdır.
Cümlə o zaman yaranır ki, burada bitmiş fikir, predikativlik, intonasiya və modallıq öz əksini tapsın.
Əslində, bütün bu səciyyəvi əlamətlər haqqında dərsliklərdə və monoqrafik tədqiqat obyektlərində kifayət
qədər məlumat var. Tarixən cümləyə də müxtəlif aspektlərdən yanaşılmış, saysız hesabsız təriflər mənbəyi
olmuşdur. Dionisin fikrinə görə, sözlərin bitmiş fikir ifadə edən birləşməsi nitqdir. Şaxmatov isə bu fikrə
istinadən qeyd etmişdir ki, təfəkkürün sözlə ifadəsinə xidmət edən, danışan və dinləyən tərəfindən qrammatk
vahid kimi dərk olunan nitq vahidinə cümlə deyilir. F.İ. Buslayevə görə, cümlə sözlə ifadə olunan hökm,
A.A.Potebiyaya görə isə, psixoloji hökmlərin sözlə ifadəsi cümlə adlanır. A.A.Reformatski cümləni
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
109
predikativ sintaqmı olan ifadə adlanır. Lakin daha konkret və məntiqi yanaşmanı isə V.V. Vinoqradov etmiş
və cümləyə belə tərif vermişdir: Cümlə hər hansı bir dilin qrammatik qanunları əsasında düzələn dil vahidi
olub, fikrin formalaşması və ifadə edilməsinə xidmət edən əsas vasitəyə deyilir. Göründüyü kimi, cümlənin
tərifi haqqında vahid bir fikir yoxdur. Lakin bütün deyilənlərdən belə nəticəyə gəlmək olar ki, cümlə bir dilin
qanunları əsasında formalaşan, intonasiya cəhətdən bitmiş bir fikri ifadə edən dil vahididir.
Bildiyimiz kimi, hər bir dilin öz daxili qanunları var və dil vahidləri bu qanunauyğunluqla idarə
olunur. Azərbaycan dilinin də ədəbi dil normalarına uyğun olaraq cümlədə söz sırası mübtəda→xəbər
formasında olur. Məs: Onlar tələbədir. Bu sıra normal sıra adlanır. Lakin bəzən nitq daha emosional və
ekspressiv olduqda cümlədə söz sırası dəyışır və qeyri–normal sıra yaranır. Cümlədə baş verən belə sintaktik
hadisə inversiya adlanır. Inversiya söz sırasının pozulmasıdır. Qeyd etməliyik ki, ―söz sırası‖ anlayışı ilə
―cümlə üzvlərinin sırası‖ anlayışı fərqlidir bunları eyniləşdirmək olmaz. Bəzən inversiyanı ―cümlə üzvləri
sırasının pozulması‖ da adlandıranlar olur. Lakin bu fikrə münasibət olaraq demək olar ki, inversiyanı cümlə
üzvləri sırasının pozulması adlandırmaq düzgün deyildir. Çünki üzvlənmə zamanı söz hesab edilən köməkçi
nitq hissələrinin də yerdəyişməsi baş verir və bu hadisəni cümlə üzvlərinin yerdəyişməsi adlandırmaq doğru
hesab olunmaz. İnversiyaya, əsasən, şeirlərdə rast gəlinir.
Niyədir gecənin bu səssizliyi?
Bütün yatanlarmı dərdsizdir belə?
Burada yazılan ―Niyədir gecənin bu səssizliyi‖ cümləsini nəzərdən keçirdikdə görünür ki, xəbər
cümlənin əvvəllində, mübtəda isə sonda işlənmişdir. Cümlə isə normalda ―Gecənin bu səssizliyi niyədir?‖
şəklində olmalıdır. İkinci cümlədə də həmçinin eyni söz sırası pozulmuşdur, yəni inversiya baş vermişdir.
Dilimizdə cümlə üzvü vəzifəsində işlənməyən sözlər də vardır. Bunlar köməkçi nitq hissələridir ki,
onların cümlədə yeri sərbəstdir. Məsələn modal sözlər istər cümlənin əvvəlində işlət, istər cümlənin sonunda
heç bir məna dəyişkənliyi yaratmayacaq. Köməkçi nitq hissələrinin cümlədə yeri sərbət olsa da, nitqimizdə
daha çox bu sözlərinin özünəməxsus yeri vardır. Məs:
Dost bilmişik biz, sən demə,
Pis günə yoldaş olanları...
Bu misrada olan ―sən demə‖ modal sözü cümlənin sonunda işləndikdə daha obrazlı, ahəngdar səslənir.
Nitqimizdə isə biz bu cümləni daha çox bu şəkildə ―sən demə, biz dost bilmişik‖ kimi işlənir. Məhz bu
məsələlərə görə inversiyaya ―cümlə üzvlərinin yerini dəyişməsi‖ əvəzinə ―söz sırasınım pozulması‖ tərifini
vermək daha düzgün olardı.
Yuxarıda qeyd etdiyimiz kimi, inversiyada sözlərin sırası dəyişdikdə mənası dəyişmir. Dilçilikdə söz
sırasinın iki əsas funksiyası vardır: Bunlardan biri sintaktik-semantik funksiya, digəri uslubi funksiyadır.
Sintaktik-semantik funksiya adından göründüyü kimi, cumlədə söz sırasının pozulması ilə cümlənin
mənasının dəyişməsi deməkdir. Bu hadisə bir sıra dillərdə olsa da, Azərbaycan dilində yalnız mübtəda ilə
qeyri-müyyənlik vasitəsiz tamamlığın münasibətində özünü göstərir. Məs: Canavar insan parçalayıb
cümləsində mübtəda olan ―canavar‖ tamamlıq vəzifəsində işlənən ―insan‖ sözü ilə yerini dəyişdikdə cümlə ―
İnsan canavar parçalayıb‖ şəklini alır və həm məna dəyişir, həm də cümlə üzvləri sintaktik vəzifəsini dəyişir.
Bayaq cümlədə mübtəda vəzifəsində işlənən ―canavar‖ sözü yerəni dəyişməklə ―tamamlıq‖ oldu və cümlənin
mənasını da dəyişdi.
Söz sırasının digər funksiyası olan üslubi funksiya isə sintaktik-semantik funksiyasının əksi olaraq, söz
sırası yerini dəyişdikdə məna dəyişmir. İnversiya məhz bu cür sintaktik hadisədir və şeirlərdə ahəngdarlığı
artırır, oxucuya, dinləyiciyə bədii zövq verir. ―Baxıram ətrafa böyüyüb hamı‖ (B.Vahabzadə) bu misrada
mübtədanın xəbərdən sonra işlənməsi cümlədə emosionallıq, ifadəlilik yaradır və inversiya öz funksiyasın
yerinə yetirmiş sayılır. Biz qeyd edirik ki, inversiya, əsasən, şeirlerdə olur. Yalnız bəzən yazıçı sözlərdən öz
üslubuna uyğun şəkildə istifadə edir, hətta söz sırasını belə pozmaqdan çəkinmir. Nitqin təsir qüvvəsini
artırmaq məqsədilə sözlərin adi, normativ axarını dəyişir ki, buna anakoluf deyilir. Məs: Ah İskəndər,
İskəndər , axır ki, gəldi İskəndər!
Ümumiyyətlə, inversiya hadisəsinin öyrənilməsi və tədqiqi həmişə aktual olan məsələlərdəndir. Çünki
şeir, sənət nümunələri yarandıqca inversiyaya müraciət artacaq və bəzən bu nümunələri emosional gücü,
əsas qayəsi məhz inversiya ilə nəzərə çarpacaqdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
110
ĠNGĠLĠS DĠLĠNDƏ NĠTQĠN ĠNTONASĠYA XÜSUSĠYYƏTLƏRĠNƏ DAĠR
Vəliyeva H.
Sumqayıt Dövlət Universiteti
İntonasiya bütöv bir dildir. Bu o deməkdir ki, yer üzərində birtonlu dil yoxdur. Hər bir dilin
özünəməxsus intonasiya xüsusiyyətləri var. İntonasiya dilçiliyin mühüm şöbəsi olan fonetikanın ən vacib
bir hissəsidir. Ona müxtəlif cür təriflər verilmişdir. Belə ki, M.A.Sokalova intonasiyanı bütöv bir dil kimi,
P.Rouç supraseqment fonologiyanın ən vacib hissəsi, Azərbaycan dilçisi Ə.M.Dəmirçizadə isə onu nitqin
ritmik və melodik cərəyanı, formalaşması kimi qiymətləndirmişdir. Qeyd olunmalıdır ki, intonasiya çox
mürəkkəb və rəngarəngir. İntonasiyasız nitq yoxdur və elə bir dil mövcud deyildir ki, orada intonasiya heç
bir rol oynamasın. İntonasiya nitqi kommunikativ cəhətdən tamamlayır və müxtəlif məna çalarları ifadə
edir. İntonasiyaya - danışığın ahəngi, səs tonunun yüksəlməsi və ya alcaması , danışığın ritmi və nitqin
tempi, habelə intensivliyi, cümlə vurğusu, tembri və.s daxildir. Bu tərifdən intonasiyanın kompenentləri
haqqında geniş məlumat almaq olur. Melodiya, temp, tembr, cümlə vurğusu intonasiyanın əsas
komponentləridir. Temp nisbi tələffüz sürətinin, tembr isə danışanın emosiyasının ifadəsidir. Danışan öz
seninc və kədərini, razılıq və ya narazılığını ifadə edir. Melodiya ən vacib kompanentdir. O, rabitəli nitqdə
səsin dəyişməsidir.
İntonasiya 3 funksiya yerinə yetirir: qrammatik mənanı ifadə etmək üçün vasitə rolunu oynayır
(qrammatik funksiya); mətnin mənasının açılmasında vasitə rolunu ifa edir(mətndaxili funksiya); danışanın
emosianal vəziyyətinin, onun xəbərə münasibətini göstərir (emosional-iradi funksiya). İntonasiyanın
qrammatik xüsusiyyətlərindən danışıq nitqində daha geniş istifadə olunur. Belə ki, ingilis dilində formaca
təsdiq olan cümlələr intonasiya vasitəsi ilə sual cümləsinə çevrilə bilir. Məsələn: aşağıdakı cümlələrə nəzər
salaq.
-Going to London? ( Are you going to go to London?-əvəzinə)
Yes
With whom(with whom are you going to go to London)
-With my family (I am going to go to London with my family).
Bu misallardan görünür ki, hətta sözlər bəzən işlədilmədikdə belə, intonasiya vasitəsilə cümlənin
mənası başa düşülür. İkinci funksiya, yəni mətndaxili funksiya müxtəlif amillərdən, intonasiyadan və fonetik
xüsusiyyətlərdən asılı olur. Bu amillərin sırasına vurğunun intensivliyi, diapazon genişlənməsi, ritmin
pozulması və səs tembrinin dəyişməsi kimi xüsusiyyətlər daxildir. Üçüncü funksiya, yəni emosional
funksiya, cümlədə əsas tonun diapazonunun genişlənməsində və vurğunun intensivliyində özünü daha
qabarıq göstərir. Məsələn: ―How beautiful‖- deməklə danişan öz heyranlığını ifadə edir. Nüvə intonasiya
qrupunda olan sonuncu vurğulu hecaya deyilir. Nüvə nüvə tonları ilə ifadə olunur. Müasir ingilis dilində
yeddi nüvə tonu var.
1) Alçaqdan enən ton (The Low Fall)
2) Alçaqdan qalxan ton (The Low Rise)
3) Yüksəkdən enən ton (The High Fall)
4) Yüksəkdən qalxan ton (The High Rise)
5) Enən-qalxan ton (The Fall-Rise)
6) Qalxıb-enən ton (The Rise-Fall)
7) Qalxıb-enən, qalxan ton (The Rise-Fall-Rise)
Qeyd olunan bu nüvə tonlarını iki cür qruplaşdırmaq olar.
1) Enən tonlar (alçaqdan enən, yüksəkdən enən və qalxıb enən)
2) Qalxan tonlar (alçaqdan qalxan, yüksəkdən qalxan, enib qalxan, qalxan enən ton)
Hər bir nüvə tonunun özünün ifadə vasitəsi vardır. Alçaq nüvə tonları adi nitqdə işlədilir. Hansı nitqdə
işləndiyindən asılı olmayaraq, enən tonlar bitkinlik, qətilik, ciddilik, süstlük və s. ifadə edir. Bu nüvə
tonundan nəqli nida cümlələrində, xüsusi suallarda, seçmə sualların ikinci tərəfində, ayırıcı sualların birinci
tərəfində istifadə edilir. Qalxan nüvə tonlarından isə qeyri-bitkinlik, qeyri-qətilik, təəccüb və söhbəti
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
111
genişləndirmək üçün istifadə olunur. Bu nüvə tonlarından danışanın diqqətini özünə cəlb etmək üçün də
istifadə oluna bilər. Enib-qalxan və qalxıb-enən ton mürəkkəb nüvə tonlarıdır. Enib-qalxan nüvə tonundan
səmimi söhbətlərdə istifadə olunur.
İngilis dilində danışıqda ən çox istifadə olunan tonlardan biri də mürəkkəb enən qalxan tondur. Enən-
qalxan tonun kommunikativ mərkəzi enən tonla nəzərə çatdırılan, lakin qalxan ton tələb edən intonasiya
modellərində müşahidə edilir. Bu ton, əsasən, düzəliş, xəbrdarlıq, qarşılaşdırma, ziddiyət mənaları ifadə edir.
Bu mürəkkəb nüvə tonu bir və yaxud bir neçə heca üzərində yayıla bilər.
Bütün bu deyilənləri nəzərə alaraq qeyd etmək olar ki, ünsiyyət mürəkkəb bir prosesdir. Ünsiyyət
dedikdə biz danışma, dinləmə və dərk etməni nəzərdə tuturuq.
HEYDƏR ƏLĠYEVĠN NĠTQĠNDƏ DĠNĠ TOLERANTLIQ
Zamanov N.
Azərbaycan Tibb Universiteti
Bu gün Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıq və
multikulturalizmlə bağlıdır. Bir sıra ölkələrdə insani və humanist dəyərlərin azalmasının müşayiət olunduğu
müasir dövrdə Azərbaycan dünyaya tolerantlıq nümunəsi göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev
2016-cı ili Azərbaycanda ―Multikulturalizm ili‖ elan etmişdir. Məqalədə məqsəd Azərbaycan dilinin geniş
imkanları hesabına dini tolerantlığın Heydər Əliyevin nitqində necə səslənməsini oxucularımızla bölüşmək,
tolerantlıq məsələlərini araşdırmaqdır.
Dövlət başçısının tolerant münasibəti Azərbaycanda yaşayan, qeyri-islam dininə mənsub xalqların dini
bayramlarının təbrikində öz əksini tapır. Azərbaycanın pravoslav icmasına ünvanlanmış təbrik ―Əziz
həmvətənlər‖ girişi ilə başlayır, Milad bayramının məzmunu haqqında fikirlər səslənir, ―sülh, əmin-amanlıq,
nikbinlik‖ sinonim cərgəsi ilə bu bayramın rəmzi mənası açılır, ―məhz‖ ədatının köməyilə Azərbaycanda
multikultural dəyərlərin toplaşdığı sinonim cərgə- ―mehribanlıq, əmin-amanlıq, qarşılıqlı ehtiram‖-
dəqiqləşdirilir, dini tolerantlıq mühüm mənəvi keyfiyyət kimi etik kateqoriyaya aid edilir: ―Əziz
həmvətənlər!
İsa peyğəmbərin mövludu ilə əlamətdar olan Milad bayramı bütün dünyada xristianların əsas
bayramlarından biri kimi həmişə təntənə ilə qeyd olunur. Xristianlığın yayıldığı ilk ölkələrdən olan
Azərbaycan torpağında da Milad bayramı sülh, əmin-amanlıq, nikbinlik rəmzi kimi geniş şəkildə keçirilir.
Xüsusi geosiyasi məkanda yerləşən ölkəmizdə dinlər və mədəniyyətlər arasında əsrlər boyu yaranmış dialoq
və qarşılıqlı əlaqə xalqımızda dini dözümlülük və tolerantlıq kimi yüksək mənəvi keyfiyyətlər
formalaşdırmışdır. Məhz bunun sayəsində də müxtəlif dinlərin nümayəndələri Azərbaycanda mehribanlıq,
əmin-amanlıq, qarşılıqlı ehtiram şəraitində yaşayaraq milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük zəminində
hər hansı qarşıdurma halları ilə üzləşməmişlər.
Böyük natiqin nitqlərində təkcə Azərbaycanda yaşayan xalqlara yox, həmçinin Qafqazda məskunlaşan
müxtəlif dil və din daşıyıcıları olan xalqlara müraciətlər mövcuddur. Bu müraciətlərin girişləri səmimiyyətlə
yoğrulan ilıq sinonim cərgələrlə, sonluqlarsa dini üslubun tələb etdiyi sadə, sabahkı günə inamlı cümlələrlə
bitir: ―Hörmətli konfrans iştirakçıları! Sizi –qardaş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən
beynəlxalq konfransın iştirakçılarını səmimi salamlayır, hamınıza sülh, cansağlığı, səadət və xoşbəxtlik
arzulayıram. Sonluq: Qoy Ulu Tanrı bölgəmizdə sülhün və əmin-amanlığın bərqərar olmasına, bütün Qafqaz
xalqları üçün layiqli həyatın təmin olunmasına yönəldilmiş nəcib fəaliyyətinizdə sizə kömək etsin...‖
Ulu Öndərin nitqlərində ölkəmizdə yaşayan xalqların tarixi keçmişinə bələdlik dərin hörmət və təəssüf
hissi ilə yada salınır, onların həyatı bu gün Azərbaycan xalqının düşdüyü vəziyyətlə müqayisə olunur, eyni
taleyə məruz qalan ölkə vətandaşlarını azərbaycançılıq ideyası ətrafında birləşdirir. Azərbaycanın yəhudi
icmasına ünvanlanan müraciətdə olduğu kimi: ―Hörmətli həmvətənlər! Hər il bütün mütərəqqi bəşəriyyət
tərəfindən yəhudi xalqının müsibəti və qəhrəmanlıq günü qeyd olunur, faşizmin yəhudilərə qarşı həyata
keçirdiyi soyqırımı siyasətinin günahsız qurbanlarının xatirəsi ürək ağrısı ilə yad edilir.
İkinci dünya müharibəsi zamanı altı milyon mülki əhali yəhudi xalqına mənsub olduğu üçün dəhşətli
ayrı-seçkilik siyasətinə məruz qalmış, qəddarlıqla kütləvi surətdə məhv edilmişdi. Faşizmin bu qanlı
cinayətinə zamanında hüquqi-siyasi qiymət verilsə də, faciənin dəhşətləri hələ də tarixin yaddaşında qara
ləkə kimi yaşamaqdadır. Təəssüf ki, bütövlükdə bəşər sivilizasiyasını hədəf götürmüş belə antiinsani
aksiyalar bu gün də təkrar olunur. Son on dörd ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
112
qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasəti, misli görünməmiş Xocalı müsibəti XX əsrdə
dünyanın ən böyük milli fəlakətlərindəndir‖.
Başqa xalqların dininə yüksək insani münasibətin formalaşması öncə xalqların öz dininə sahib çıxması
ilə sıx əlaqədədir. Bu məqamda da dialektik qanunlara söykənən Heydər Əliyev nitqləri auditoriyaları fəth
edir: ―Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi
dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə
adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını
təşkil edən amillərdir.
Bu fürsətdən istifadə edərək, bir-iki məsələyə də toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz öz
milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq,
saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda
tərbiyələndirməliyik‖. ―Öz‖ təyin əvəzliyinin və ―qorumalıyıq, saxlamalıyıq, tərbiyələndirməliyik‖ feilin
vacib şəklinin köməyilə bütöv xalqlar səfərbər olunur.
Tolerantlıqla bağlı Heydər Əliyevin dini-fəlsəfi baxışları xüsusi maraq doğurur. Təkallahlılıq ideyası
poetik bir ovqatla digər dinlərin xadimləri ilə söhbətdə özünə yol açır. Moskvanın və bütün Rusiyanın
Patriarxı II Aleksi və onu müşayiət edən şəxslərlə görüşdəki kimi: ―Xalqlarımız müxtəlif dinlərə
mənsubdurlar və burada təəccüblü bir şey yoxdur. Çünki dünyada vahid din yoxdur, bir Allah var. Xalqlar
müxtəlif dinlərə etiqad edirlər, amma bununla belə, dini mənsubiyyətdəki fərq bədxah münasibətləri, ədavət
və düşmənçiliyi, yaxud xoşagəlməz daha nəyisə heç zaman şərtləndirmir‖. Bu görüşdə Ulu Öndər dini
mənsubiyyətin antietik dəyərlərə rəvac verməməsini gündəmə gətirir, bu məqamda XIII əsr böyük İslam
mütəfəkkiri Mövlana Cəlaləddin Rumi həzrətlərinin və XXI əsr İslami dəyərlərə etiqad edən dövlət başçısı
Heydər Əliyev dühasının fikir eyniliyini görür, bu eyniliyin heyranlığına düşməyə bilmirsən:
Gəl-gəl, yenə gəl! Kim olursan-ol, yenə də gəl
İstər xristian, istər məcusi, istər bütpərəst ol,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,
Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl!
Dini tolerantlıqdan danışan Ulu Öndəri gah dinşünas alim kimi (Din elədir ki o, bütün əsrlərdə həm
sıxıntılara, həm də təqiblərə məruz qalmışdır), gah rəsmi dövlət başçısı (Azərbaycanda rus əhali və
ümumiyyətlə, pravoslavlığa etiqad etmiş olanların və etiqad edənlərin hamısı hüquq bərabərliyi şəraitində
yaşamışlar), gah da islam filosof-mütəfəkkiri (din həmişə həyata yol açmış, mövcud olmuşdur və indiyədək
mövcuddur) kimi görürük: ―Ona görə də Azərbaycanda rus əhali və ümumiyyətlə, pravoslavlığa etiqad etmiş
olanların və etiqad edənlərin hamısı hüquq bərabərliyi şəraitində yaşamışlar. Bu, keçmiş vaxtlarda da
olmuşdur, bu, Sovet İttifaqı illərində – dinin yasaq edildiyi, lakin bununla belə, mövcud olduğu illərdə də
olmuşdur. Əks halda, sizin gördüyünüz bu məbədlər, sadəcə, olmazdı, axı onlar heç də indi tikilməyibdir. Bu
sözləri məscidlər haqqında da demək olar. Yasaq vardı, din elədir ki, o, bütün əsrlərdə həm sıxıntılara, həm
də təqiblərə məruz qalmışdır. Bunu istənilən dinin tarixinə aid etmək olar. Lakin bununla belə, din həmişə
həyata yol açmış, mövcud olmuşdur və indiyədək mövcuddur‖.
Beləliklə, vətəndaşlarımızı ölkədə yaşayan xalqların dini etiqadına yüksək səviyyədə hörmətə
səsləyən, bu yolda dövlət stukturlarını, vətəndaş cəmiyyətlərini səfərbər edən Heydər Əliyev nitqləri bu gün
də öz aktuallığını saxlayır. Bu nitqlərdəki dərin mənaları açmaqda dilçi alimlərimizin, siyasət və diplomatiya
sahəsinin əməkdaşlarının birgə fəaliyyətinə ehtiyac duyulur.
ЛИНГВИСТИЧЕСКИЙ ПЛЮРАЛИЗМ В АЗЕРБАЙДЖАНЕ
Аббасова У.В.
Бакинский славянский университет
Глобализация и ее последствия экономического, политического, социального, языкового и
культурного характера потребовали поиска новых идеологий, способных объяснить современные
общественные процессы. В настоящее время такой идеологией выступает мультикультурализм.
Мультикультурализм сегодня играет роль катализатора, который является путем решения
культурного и национального вопросов. Мультикультурализм в начале XXI века действительно
является глобальным процессом. Сегодня в период глобализации, перед различными государствами
стоит такие проблема как: ненависть на расовой, этнической и религиозной почве. Только политика
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
113
мультикультурализма способна решить эти проблемы, и обеспечить равенство для всех членов
общества, через признание разнообразия и равноправие культур. В социо - политических условиях
мультикультурализм - позитивное отношение к этнокультурным различиям, культурному
плюрализму. С помощью мультикультурализма каждый член общества, независимо от расы, религии
и языка, имеет право на сохранение и поддержку своей культуры, культурная равноценность и
толерантность возводятся в ранг этнических принципов гражданского общества. Из всего
вышесказанного можно прийти к выводу, что мультикультурализм делает общество более
жизнеспособным. Лишь поэтому сегодня Азербайджан так активно продвигает на первый план
политику мультикультурализма и даже превратил ее в образ жизни.
Азербайджан исторически остается мультикультуральной страной. Одним из основных
постулатов мультикультурализма в Азербайджане является гармонизация культур и интересов
различных этнических групп и конфессий. Азербайджан является страной лингвистического и
культурного плюрализма. Азербайджанский язык - это родной язык всех эмигрантов, живущих в
Азербайджане. Азербайджан - мультикультуральная и мультирелигиозная страна, где национальная
политика ведется в духе традиционной толерантности и гармонического сосуществования
различных этнических и религиозных групп. Равенство всех граждан, независимо от этнической,
национальной, религиозной и лингвистической принадлежности, обеспечивается Законом. В течение
многих веков люди, принадлежавшие различным меньшинствам, живут в Азербайджанской
Республике в мире и гармонии с азербайджанским народом. Это мультикультуральное, мульти
этническое наследство сохранилось в Азербайджане до сегодняшнего дня, так как Азербайджан
исторически мультиэтническое общество. Национальные меньшинства составляют 3.4% населения
Азербайджанской Республики. Лезгины, талыши, русские, авары, таты, курды, удины, евреи, ингилои
являются национальными меньшинствами, которые живут в Азербайджанской Республике.
Согласно Статье 25, Конституция Азербайджанской Республики обеспечивает равенство,
уважение прав и свободу всем людям, независимо от расовой, национальной, языковой и этнической
принадлежности. Согласно статье 6, Закона Азербайджанской республики об образовании от 7-го
октября 1992 года и статье 3, Закона Азербайджанской Республики о государственном языке,
образование можно получить на языках национальных меньшинств.
Согласно Указу Президента Азербайджанской Республики от 16-го сентября 1992-го года «по
защите прав и свобод, государственной поддержке развития языка и культуры национальных
меньшинств и этнических групп, живущих в Азербайджане стремится к будущему
усовершенствованию отношений между меньшинствами и повышению уровня их вовлеченности в
юридическую сферу. Представители национальных меньшинств используют азербайджанский или
русский язык в общении с государственными организациями. Они свободно общаются на своем
родном языке как между собой так и в общественных местах, где они составляют большинство
населения. Любой представитель национальных меньшинств может говорить на любом языке во
время судебных процессов. Кроме того, на территориях, где национальные меньшинства составляют
основное население, созданы высшие учебные заведения: Ленкоранский государственный
университет, филиал Государственного университета культуры и искусства в Губе и филиал
Бакинского государственного университета в Шеки. В 13-и регионах Азербайджана (Гусар, Балакая,
Массаллы, Самух, Ленкорань, Лерик, Исмаиллы, Астара, Огуз, Хачмаз, Габала, Загатала, Губа) в
которых национальные меньшинства компактно живут, созданы необходимые условия для обучения
своему родного языку, национальных обычаев, традиций и культур. Национальные меньшинства
обучаются родному языку два часа в неделю с 1-го по 4-ый классы. За последние годы около 17
учебников и книг были опубликованы на лезгинском, талышском, татском, самурском и
хыналыгском языках. Также были изданы учебники « Для изучения талышского языка», «Талышско-
Азербайджанский школьный словарь», «Грузинско-Азербайджанска-русский словарь» и огромное
количество методической литературы, которая используется в обучении языку национальных
меньшинств.
Меньшинствам дается право на создание своих национальных центров культуры, ассоциаций и
других организаций. Надо также отметить, что на языке меньшинств издаются газеты и журналы.
Ежедневно транслируются различные программы по радио и телевидению. Республиканские
радиостанции регулярно организуют программы на курдском, лезгинском, талышском, грузинском и
русском языках. Самое главное это то, что трансляция этих программ финансируется со стороны
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
114
государства. Местная радиостанция в регионе Бельмон ведет передачу на аварском языке, в то время
как Хачмазский регион-на лезгинском языке. Кроме того в Баку издаются газета «Самур» на
лезгинском, «Денги курд» на курдском языке. Еврейское общество «Сохнут» публикует газету
«Азиз». Меньшинства имеют право говорить на своем языке при обслуживании в официальных
административных учреждениях или же им предлагается переводчик. Все вышесказанное указывает
на то, что Азербайджан действительно поддерживает лингвистический плюрализм и способствует его
развитию в различных сферах.
Dostları ilə paylaş: |