MÜASĠR ĠNGĠLĠS DĠLĠNDƏ QĠDA ADLARI ĠLƏ BAĞLI FRAZEOLOJĠ VAHĠDLƏR
Rəhimov M.N.
Gəncə Dövlət Universiteti
Frazeoloji vahidlər, idiomatik ifadələr, atalar sözləri və zərbi-məsəllər mövcud olduğu dil
daşıyıcılarının həyat və düşüncə tərzinin, mentalitetinin və əsrlər boyunca qazanmış olduğu hikmət və
təcrübəsinin əyani təzahürüdür. Qida gündəlik həyatın ayrılmaz hissəsi olduğundan, tərkibində qida
komponenti olan ifadələr həyat ehtiyacları ilə daha yaxından bağlıdır. Bu səbəbdən də bu kimi ifadələr hər
hansı bir dil cəmiyyətinin zehniyyətinin inikasıdır. Belə ifadələr ingilis dilində danışanların nitqini daha da
cəlbedici və təbii edir. Frazeoloji vahidlərin təhlili və araşdırılması üçün geniş imkanlar mövcuddur.
Idiomatik ifadələrə və atalar sözlərinə həsr olunmuş müxtəlif təlim materialları vardır ki, onlara, adətən,
yalnız ən məşhur qida ifadələri daxildir. Tədqiq etdiyimiz bu əsər nəzəri deyil, daha çox praktiki əhəmiyyət
kəsb edir. Əsas məqsədimiz ingilis dilini öyrənənlər üçün qida ilə bağlı idiom və atalar sözlərini dolğun
şəkildə təqdim etməkdir. Aşağıdakı misalların hərfi və məcazı mənalarına və eyni zamanda ana dilimizdəki
ekvivalentlərinə diqqət edək:
apple-alma
a rotten (bad) apple – (çürük, pis alma), pis adam;
polish the apple – (almanı parildatmaq), kiməsə yaltaqlanmaq;
the apple doesn‘t fall far from the tree – (alma ağacından uzaq düşmür), uşaqlar valideynlərinə
bənzəyir;
banana-banan
go bananas – həddən ziyadə əsəbləşmək, həyacanlanmaq
top banana – təşkilatda ən üst və ya ən önəmli şəxs.
bean-lobya
a hill (row) of beans – (bir təpə/cərgə paxla), az əhəmiyyətli bir şey;
full of beans – (paxla ilə dolu) şən, yüksək əhval-ruhiyəli;
give someone beans –(kiməsə paxla vermək) - danlamaq;
spill the beans –(paxlaları tökmək) –sirri ələ vermək;
bread-çörək
cast your bread upon the waters – təşəkkür və qarşılıq gözləmədən yaxşılıq etmək;
eat the bread of idleness –qazanmadığın yeməyi yemək, müftəxorluq etmək;
break bread with someone – öz yeməyini kimləsə bölüşmək;
broth-Ģorba, bulyon
a broth of a boy – tanınmış şəxs;
too many cooks spoil the broth – (çox aşpaz şorbanı korlar), əgər bir iş çox adama tapşırılsa, o iş yaxşı
yerinə yetirilməz.
butter-yağ
butter someone up – kiməsə nəsə əldə etmək üçün yaltaqlanmaq;
butter to butter is no relish – insanlar təkrar olan hər şeydən bezir;
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
98
look as if butter wouldn‘t melt in someone‘s mouth –(sanki ağzında yağ əriməyəcək kimi görünmək) –
yalandan kübar və günahsız görünmək;
cake-tort, piroq
a piece of cake – asan əldə olunan bir şey;
cake‘s not worth the candle – (piroq yanan şama dəyməz)-nəticə sərf olunan əziyyətə dəyməz (the
game‘s not worth the candle-oyun yanan şama dəyməz; variantı da mövcuddur-kursiv bizimdir M.R.);
pieces of the same cake (eyni piroqun parçaları/qırıntıları) – eyni xarakterli və keyfiyyətli olan şeylər
(eyni bezin qırağıdır-kursiv bizimdir M.R.);
cheese-pendir
a big cheese –vacib və nüfuzlu şəxs;
corn-qarğıdalı
acknowledge the corn – səhvi etiraf etmək;
feed someone on soft corn – kiməsə quyruq bulamaq, yaltaqlanmaq;
egg-yumurta
better an egg today than a hen tomorrow (sabaha toyuqdansa bu günə yumurta) – soğan olsun nağd
olsun;
he that would have eggs must endure the cackling hens – əldə etmək istədiyin üçün əziyyət də
çəkməlisən;
sure as eggs is eggs – heç bir şübhə olmadan, tam əmin;
fat-yağ/piy
chew the fat – dostcasına söhbət etmək;
fat and happy – razı, məmnun;
fat cat – çox varlı şəxs;
fat chance – az ehtimal;
pull the fat from the fire – kiməsə çətin vəziyyətdə əl tutmaq, yardım etmək;
fish-balıq
(as) dumb (mute) as a fish – (balıq kimi lal), səssiz, sakit;
a loose fish – mənəviyyatsız şəxs;
drink like a fish – həədən çöx spirtli içki qəbul etmək;
fish begins to stink at the head (balıq başdan iylənir)– korrupsiya və rüşvət dövlətin yüksək vəzifəli
şəxslərindən başlayır;
meat-ət
after meat mustard – çox gec ( after dinner mustard və ya doctor after death-toydan sonra nağara-
variantları da mövcuddur və eyni semantik mənaya malikdir-kursiv bizimdir M.R.);
dead meat – ciddi təhlükə və çətinlik;
one man‘s meat is another man‘s poison – fərqli insanlar fərqli şeylər istər;
mutton-qoyun əti
mutton dressed (up) as lamb – gənc qız kimi geyinmiş orta və ya yaşlı qadın;
return to one‘s muttons – öz mövzusuna, söhbətinə qayıtmaq;
pie-piroq
have a finger in the pie –nədəsə marağı olmaq;
pie in the sky (səmadakı piroq) – gerçəkləşməsi və əldə edilməsi çətin olan bir şey;
potato-kartof
a hot potato – something that is difficult or dangerous to deal with;
couch potato – fiziki iş görməyən daima televizora baxan şəxs;
drop someone (something) like a hot potato – kimisə/nəyisə tez tərk etmək;
hold one‘s potato – səbrli olmaq;
stew-ətin suyu
in a stew – nəyəsə çox rahatız olan bir şəxs;
stew in one‘s juice – öz məsuliyyətsiz hərəkətinin və ya davranışının xoşagəlməz cəzasını çəkmək;
toast-qızarmıĢ çörək
be toast – bitmək, tükənmək, məhv olmaq;
have someone on toast – bir kəslə istədiyin kimi davranmaq, sənə xoş olan şəkildə rəftar etmək kimi
üstün bir vəziyyətdə olmaq.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
99
Dilçilikdə idiomatik ifadələr və ya frazeoloji vahidlər adətən mürəkkəblik prinsipinə zidd olan dil
fiqurları kimi qəbul olunur. Bu prinsipə görə mürəkkəb vahidin mənası onun tərkib elementlərinin
mənalarından təşkil olunmalıdır. Başqa sözlə, əgər tamın mənası başa düşülürsə, o zaman hər bir tərkib
elementi də ayrı ayrılıqda qavranılır. Lakin idiomatik ifadələr məcazlıq, xarakterik xüsusiyyət və ya konkret
bir hadisə ilə bağlı olduqları üçün onlara bu prinsipi tətbiq etmək mümkün deyil. Buna görə də onları tək
leksik vahid kimi anlamaq və nitqdə məzmuna uyğun şəkildə istifadə etmək lazımdır.
ANTĠK MƏNBƏLƏRDƏ ZƏNGƏZURUN BƏZĠ TOPONĠMLƏRĠ
Rüstəmov Ə.M.
Sumqayıt Dövlət Universiteti
Qədim oğuz yurdu olan Qərbi Azərbaycan ərazisində mövcud olan toponimlərin bir qisminin adına
antik mənbələrdə rast gəlirik. Bu toponimlərdən biri Ağvanlı oykonimidir.
Ağvanlı Ermənistan Respublikası Qafan rayonu ərazisində yerləşir. Alban//Ağvan adlı coğrafi adların
paralellərinə Azərbaycan ərazisinin müxtəlif regionunda da rast gəlirik. Belə ki, Quba rayonu ərazisində
Ağvanlar məhəlləsi vardır. Alban//Alpan//Ağvan və bu qəbildən olan toponimik adlar Albaniya dövlətinin
nişanəsi kimi yaranmış, Alban dövləti dövrünün yadigarı kimi öz izini qoruyub saxlamışdır.
Hələ qədim antik mənbələrdə Alban dövlətinin və etnosunun, onların coğrafiyasının adı çəkilir (Qeyd
edək ki, ―alban‖ etnonimi ilk dəfə e.ə. IV əsrdə (331-ci ildə) İsgəndərlə İran Şahı III Dara arasındakı
Qavqamel vuruşması ilə əlaqədar çəkilir).
Biz Strabonun ―Coğrafiya‖ adlı əsərində Alban dövlətinə və eyni adlı etnosa (Alban) rast gəlirik.
Strabon bununla bərabər, Albaniyada 26 dilin (etnosun) mövcud olduğunu qeyd etmişdir. Strabonun
məlumatında adları çəkilən tayfalardan biri, heç şübhəsiz, alban etnosudur. «Языков у них 26, так что они
нелегко вступают в сношения друг с другом».
Digər antik mənbələrdə Alban dövləti və etnosunun adı çəkilir. İppolit Portskiy Alban etnosunun adını
çəkir və göstərir: «Албании (живут) против Каспийских ворот…».
Stefan Vizantiyski qeyd edir: «Албания страна около восточных иберов».
Antik mənbələrə istinad edən Q.Qeybullayevə görə, Albaniya alban etnoniminin adından yaranmışdır.
Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, alban tayfasının adı ilə bağlı adlar təkcə Qafqazla
(Azərbaycanla) deyil, müasir türkdilli xalqların (qafqaz, qırğız, türkmən xalqlarının) yaşadıqları ərazidə də
mövcuddur.
Deməli, Alban adlı coğrafi adların türkdilli xalqların yaşadıqları regionda yerləşməsi onu göstərir ki,
alban adlı türk mənşəli etnos olmuş və bunlar eyni adlı paralel toponimlərin (Alban//Alpan//Ağvan//Alpout
və s.) meydana gəlməsinə səbəb olmuşdur.
Görkəmli albanşünas alim F.Məmmədova dərin elmi təhlilə istinad edərək, belə bir qənaətə gəlmişdir
ki, Azərbaycan xalqının əcdadlarından biri olan alban etnosunun formalaşması eyni ərazidə baş vermişdir.
Albanlar Azərbaycanın antik və orta əsrlər mədəniyyətinin əsl yaradıcıları, Azərbaycan xalqının
əcdadlarından biri hesab edilməlidir.
Dilimizin qədim abidəsi olan ―Kitabi Dədə-Qorqud‖ dastanında iki yerdə ―alpan‖ etnoniminin adı
çəkilir: ―Ağ-boz atlar çapdırar alpanlar gördüm‖.
―Alpanlar başı Qazan xan‖ və Alban tarixçisi Musa Kağanqatlının ―Alban tarixi‖ adlı əsərində Alban
tayfasının və ölkəsinin adı çəkilir.
Bunu da qeyd edək ki, erməni mənbələrində, o cümlədən M.Xorenetskinin ―Ermənistan tarixi‖ adlı
əsərində Alban leksemi ―Ağuanq‖ kimi qeyd olunmuşdur.
Alban//Ağvan sözünün açımında müxtəlif dövrlərdə müxtəlif fikirlər irəli sürülmüşdür. Araşdırıcılar
Alban//Ağvan adını Roma-Yunan, əski erməni: keld, türk, Dağıstan dilləri ilə bağlayırlar.
A.Bakıxanov Alban yer adı haqqında belə bir fikir irəli sürür: ―Albaniya Rum dilində ağlıq‖
mənasında olaraq azadlığa işarədir‖.
Prof.Ə.Dəmirçizadə Alban//Ağvan sözünü həm Ural-Altay, həm də xeld dilləri ilə bağlayır. ―Ağvan‖
sözündə ―ağ‖ nədir sualını Ə.Dəmirçizadə belə izah edir: ―Diqqətli yoxlama nəticəsində aydın olmuşdur ki,
―ağ‖ sözü Alban adının birinci hissəsinin ―al‖ sözünün ləfzi tərcüməsidir‖. ―Ağ‖ sözü türk dillərində, o
cümlədən Azərbaycan dilinin yazılı abidələrinin dilində ―yüksək‖, ―ucal‖, ―qalx‖ mənasında işlənmişdir‖.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
100
―Kitabi Dədə-Qorqud‖ əsərinin dilində ağ leksemi ―qalx‖, ―ucal‖ mənasında işlənmişdir. ―Şahın
pərvaza ağdı, gözlədilər, şahin Tumanın qələsinə endi‖.
―Ağmaq‖ sözünə İ.Nəsiminin dilində də ―qalx‖, ―ucal‖ mənasında rast gəlinir: ―Kürsiyi-rəhmanə
ağdun getdun, ərşüllahi gör‖ (Nəsimi).
Göründüyü kimi, ―Dədə Qorqud‖un dilində, eləcə də yazılı ədəbi mənbələrdə ―ağ‖ sözü ―ucal‖, ―uca‖,
―qalx‖, ―yüksək‖ mənasını ifadə etmişdir.
Prof.M.Seyidov ―Alban‖, ―Ağvan‖ yer adının türk dilləri, o sıradan Azərbaycan dili və təfəkkürü ilə
bağlı olduğunu qeyd etmişdir. O, Alban sözündə hər iki ünsürü ―ağ//al‖ və ―ban‖ hissələrini Azərbaycan
mənşəli hesab etməklə, al//ağ sözünün ―uca‖, ―yüksək‖, ban ünsürünün ―dam‖ mənası ifadə etdiyini qeyd
etmişdir. Alimin fikrincə, ―Alban‖ bani-damı uca deməkdir.
Bizə belə gəlir ki, Alban sözündəki al ünsürü ―ucalıq‖, ―yüksək‖ mənasını bildirir. Arxaikləşmiş və bir
qədər də mənasını dəyişdirilmiş ―al‖ ünsürünün uca, yüksək məna bildirməsinə atalar sözümüzdən biri olan
―Alçaq dağları elə bil bu yaradıb‖ ifadəsində rast gəlirik.
Əlbəttə, bu gün mənfi məna ifadə olan ―alçaq‖ sözünün tərkibindəki al ünsürü ―alçaq‖, ―kiçik‖
mənasında deyil, ―uca‖, ―hündür‖ mənasında işlənmişdir. Həm də bu ifadə (alçaq) xalqımızın ən qədim
abidəsində-yazıya qədərki xalq yaradıcılığında işlənmişdir. Bu ifadəyə (alçaq) yazılı ədəbi dilimizin əlimizə
çatan ilk nümunəsində-Həsənoğlunun dilində rast gəlirik. Məsələn:
Hüsn içində sana manənd olmaya
Əsli yuca, könlü alçağum bənim.
XIX əsr Azərbaycan ədəbi dilində - N.Vəzirovun əsərlərində də alçaq‖sözü ―uca‖, ―yüksək‖
mənalarda işlənmişdir.
Bu deyilənlərə əsasən, belə bir qənaətə gəlmək olur ki, alban sözü türk-Azərbaycan mənşəli söz olub,
lap qədim dövrlərdə şifahi və yazılı ədəbi dilimizdə ―uca‖, ―yüksək‖, ―hündür‖ mənalarında işlənmişdir.
Araşdırmalar göstərir ki, ―al‖ sözünün sinonimi kimi işlənən ―ağ‖ ünsürü də həmin mənanı ifadə etmişdir.
Ağvan//Alban toponimi Albaniya dövləti və alban//alpan etnosunun adı ilə bağlı olaraq yaranmış və öz
adını azacıq fonetik dəyişikliyə uğramış formada (Ağvan//Alban//Alpan//Alpout və s.) mühafizə edərək
günümüzə çatmışdır.
METĠNLERARASI UNSURLARIN ÇEVĠRĠSĠ ÜZERĠNE
Sabziyeva Makbule
Anadolu Üniversitesi Türkiye
Günümüzde edebiyat bilimin bir dalını oluşturan metinlerarasılık, son zamanlarda üzerine yoğun ilgi
çekmektedir. Bu ilginin sebebi, metinlerarası unsurların çağrışımlar yaparak yorumlanmaya açık olması ve
yeni bilgilere ulaşmayı sağlamasıdır. Metinlerarasılığın mekanizmasını bu şekilde betimleyebiliriz. İki metin
bir araya getirilir: bunlardan daha önce yazılan metnin öğeleri veya belirtileri daha sonra yazılan metinde yer
almaktadırlar. Daha sonra yazılan metinde tekrarlanan öğe veya belirti ilk metni andırırsa da, başka
bağlamda kullanılmaktadır. Bu değişim metinlerarasılığın en çarpıcı özelliğidir. Yeni metin önceden yazılan
metnin devamı olarak görülse de, aynı zamanda onun inkârı (anlamsal uygulamada) olarak da
görülebilmektedir. Bağlamların çarpışmasında birbirinden farklı metinlerde söylemsel ortaklık, birlik,
homojenlik oluşur. Kültürde metinlerin görevdeşliğini (sinerjiyi) oluşturan metinlerarasılık, kültürde ve dilde
birleşik üslupsal, türsel, konusal vs. bir alan kurar. Metinlerarasılık kavramını oluşturan metinlerarası
unsurlar, yani eskiden bilinen, hafızalarda kalan metinler geçmişle çağrışım yaparak okurun duygularını
sürekli canlı tutar, hareketlendirir. Metinlerarası unsurları metne dâhil etmekle yazar okurla canlı iletişime
ulaşmayı amaçlamaktadır.
İnsanlar arasında iletişimi sağlamak üzere yüzyıllardır yapılagelen çeviri, kuram ve uygulamaya ilişkin
birçok tartışmayı da beraberinde getirmiştir. Dünya edebiyatı çeviriler sayesinde oluşmuş ve zenginleşmiştir.
Edebiyatın sistemleştirilmesi çevrilen metnin kaynak metinle karşılaştırılmasıyla yapılmıştır. Bu yöntemler
sayesinde edebiyatlara özgü genel ve özel unsurlar ortaya çıkarılmıştır.
Metinlerarası unsurların zengin kaynağı olan günümüz postmodern edebiyatın bir dilden başka dile
çevirisi sırasında birçok zorlukla karşılaşılmaktadır. Metinlerarası unsurların anlam katmanlarının erek metne
eşdeğer aktarımı, ancak orijinal metni kelime kelime aktarmanın ötesine geçip metnin orijinal dilde yarattığı
etkiyi yaratabildiği zaman nitelikli bir hal alır. Bu da edebi metinlerin çevirisinin edimbilimsel (pragmatik)
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
101
olması demektir, yani satırların gerek düşünsel gerek duygusal etkilerini erek metnin okurlarına
iletebilmektir.
Bu çalışmada metinlerarası unsurların bir dilden başka dile çevirisi sırasında ortaya çıkan sorunlar ele
alınacak, çeviri sürecinde metinlerarası iletişime evrensel yaklaşımın yolları sergilenecektir. Metinlerarası
unsurların çevirisi sırasında hataların nasıl yapıldığı, hatalardan kaçma, ya da hatayı minimize etme yolları
incelenecek ve sınıflandırılma yoluna gidilerek çeviri modelleri teklif edilecektir. Metinlerarası unsurları
çeviribilim bağlamında ele almaktaki amacımız kültürel paralellerin belirlenmesinde bazı kuralların ortaya
konulmasıdır.
DĠLÇĠLĠYĠN ĠNKĠġAFINDA NĠTQ PROSESĠNĠN ROLU
Salamova K.B.
Sumqayıt Dövlət Universiteti
Nitq–fikrin maddiləşmə prosesi və insanların bir-birinə qarşılıqlı təsir göstərməsi üçün vasitədir. Nitq
prosesində insan ətraf aləmi dərk edir, bu və ya digər cisim və hadisələrə münasibətini bildirir.
Nitq əqli fəaliyyətin əsası olmaqla yanaşı, həm də kommunikasiya vasitəsidir. Nitqin vasitəsilə
insanlar bir-birinə psixoloji təsir göstərir, öz davranış və rəftarını dəyişdirir və fəaliyyətə təhrik olunur.
Deməli, nitq ünsiyyət prosesi olmaqla həm də:
-ikri fəaliyyətin idarə edilməsi və tənzimlənməsi prosesidir;
-insanları qavramağ və anlamaq prosesidir;
-təfəkkürü formalaşdıran prosesdir;
-əqli fəaliyyətin əsasıdır.
Nitq informasiya ötürücüsüdür, səs siqnalları və yazı işarələri vasitəsilə həyata keçirilir. Nitq insanlığın
əldə edilməsi üçün ən böyük katalizatordur və dilin köməyi ilə həyata keçirilir. Dilin psixoloji məzmununu
aşağıdakı kimi göstərmək olar:
* Dil danışıq işarələri sistemidir.
* Dil insanların davranışını tənzim etmək üçün vasitədir.
* Dil insan və ətraf aləm arasında əlaqə vasitəsidir.
* Dil informasiyaların toplanması və qorunması vasitəsidir.
* Dil ictimai hadisədir.
*Dil mürəkkəb quruluşa malikdir və xalqa məxsusdur.
İnsanın dili mürəkkəb stuktura malikdir, çünki özündə leksikanı, qrammatikanı və sintaksisi birləşdirir.
Rusiyalı alim N.İ.JİNKİN özündə leksika, qrammatika və sintaksisi birləşdirən nitq mexanizmlərini
səkkiz qrupa ayırmışdır.
1. Qramatik cəhətdən sintatik quruluşu müəyyənləşdirmə mexanizmi;
2. Transformasiya mexanizmi (Bir konstruksiya tipindən başqa tipə keçmə);
3. Proqram elementlərini genişləndirmə mexanizmi (Qramatik qruluşdakı);
4. Sözü məna(semantika) və səs əlamətlərinə görə axtarma mexanizmi;
5. Nitqin səslənməsini real həyata keçirmə mexanizmi;
6. Nitq səslərini seçmək mexanizmi;
7. Sintaktik intonasiyaların hərəki proqramlaşdırma mexanizmi;
8. Sözlərin yada saxlanması və işlənməsi mexanizmi.
İnsan hiss orqanları vasitəsilə qəbul etdiyi sözləri ifadə edir. Ona görə də sözün real əşya və hadisələri
əvəz etməsini ―Şərti qıcıqlandırıcı‖ adlandırırlar. İ.P.Pavlov isə sözü ―siqnalların siqnalı‖ yəni ikinci siqnal
sistemi adlandırmışdır.
Cədvəldən aydən olur ki, sözlər heyvanlar üçün ancaq səsi ifadə edir, bu və digər şərtsiz refleksi yerinə
yetirir. İnsan üçün isə söz ünsiyyət simvolu, əşya və hadisələrin ifadəsidir. İnsanın ikinci siqnal sisteminin
bir neçə refleks xüsusiyyəti var . Bunlar aşağıdakılardır :
1. Fasiləsiz ümümiləşdirmə. Səs siqnallarının çoxalması (analizatorların kompleks qıcıqlanması, dərk
edilənlərin ifadə olunması, mənaca yaxın sözlərin fasiləsiz olaraq yayılması (irradiasiyasi).
2 .Eyni anda foprmalaşma imkanı. Bu zaman ikinci siqnal sisteminin siqnallarının yenilənməsi baş
verir. (Kafenin qapsının üstünə vurulmuş ―təmirə bağlıdır‖ sözlərini görüb dayanırıq ki, boş yerə vaxtımız
itiməsin. Bunun baş verməsi zamani heyvanda olduğu kimi insanda da böyük miqdarda şərti reflekslərin
yoxa çıxması tələb olunur).
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
102
3. Mücərrəd anlayışların sözlə ifadə olunması. Reflekslər birinci siqnal sistemindən ikinciyə və əksinə
ötürüldüyü üçün, ikinci siqnal sistemindəki əlaqələr tez-tez pozulur. Məsələn: insanda zənğ səsinə şərti
refleks oyanır. O zəngin səsini kəsmək istədiyi zaman əgər eksperment aparan ―zəng‖ sözünü işlədərsə, o da
həmən sösü təkrar edəcək. Çünki mücərrəd (abstrakt) anlayışlar sözlə ifadə olunduqda əvvəlki
qıcıqlandırıcılarla əks-əlaqə yaradır. İkinci siqnal sistmi daha tez yorulur və xarici təsirlərə meyillidir.
Nitqin fzioloji xüsusiyyətlərindən başqa, onun insanın şəxsiyyət kimi formalaşmasına birbaşa təsir
edən dörd fizioloji mərkəzi var. Bu mərkəzlər aşağıdakılardır:
1.Broka mərkəzi. Bu mərkəz hərəki mərkəz də adlanır, beyinin sol yarımkürələrinin yuxarı alın
qırışında yerləşir. Nitqin tələffüzünün gurluluğunu (ucalığı)ni yaradır. Bu mərkəz zədələndikdə insan söz ün
mənasını başa düşür, lakin tələffüz edə bilmir;
2. Görmə mərkəzi. Bu mərkəz beyinin sol yarımkürələrinin ənsə payında yerləşir. Oxuma prosesini
yerinə yetirir. Bu mərkəz zədələndikdə görmə qabiliyyəti qalır, lakin oxumaq qabiliyyəti itir;
3. Yazı mərkəzi. Baş beyinin sol yarımkürələrinin orta alın qırışında yerləşir. Bu mərkəz zədələndikdə
insan düzgün yazıya nail ola bilmir;
4. Vernike mərkəzi. Baş beyinin sol yarımkürələrinin gicgah qırışında yerləşir, eşitmə mərkəzidir. Bu
mərkəz pozulduqda insan sözlərin mənasını anlaya və fərqləndirə bilmir. Tanıma qabiliyyətini itirdiyinə görə
danışığı ya qusurlu olur, yada danışa bilmir;
Nitqin prosesinin formalaşması və yaranması müxtəlif mərhələlərdən keçir. Öz mənbəyini
filogenezdən alan nitqin iki növü (daxili və xarici) və müxtəlif vasitələri var. Müasir dövrdə bu və ya digər
formada nitqin bütün növ və vasitələrindən istifadə olunur. Nitq öz əlamətlərinə görə daxili və xarici olmaqla
iki yerə ayrılır.
1. Daxili nitq. İnteriorizasiya əlamətinə malik olan daxili nitq hər hansı bir məsələnin əqli
planlaşdırılması, analizi və sintezi olmaqla insanın özünə yönələn nitqdir. Daxili nitq tələffüz olunmayan və
səssiz, yəni insanın öz-özünə danışması və fikirləşməsi prosesidir. Daxili nitq şüurlu olduğu üçün yalnız
insana məxsusdur. L.S.Viqotskiyə görə, daxili nitq körpəlik dövründən başlayır. (Uşaq oyun zamanı öz-
özünə danışmağa başlayır, bu isə tədricən daxili nitqə çevrilir). İnteriorizasiya əlamətinə görə daxili nitqin üç
tipini göstərmək olar
1. Öz-özünə danışmaq;
2. Xüsusi daxili nitq;
3. Daxili planlaşdırma.
Daxili nitqin psixoloji məzmununu təsvir edərkən göstərmək lazımdır ki, hər şeydən əvvəl daxili nitq
kommunikasiyadan kənarda baş verir, tələffüz edilmir, sürətli nitqdir, idrak prosesidir (sensor məlumatların
işlənməsi və müəyyən anlayışlar formasında dərk olunması, əqli əməliyyatların fikrən icrası, şifahi və yazılı
nitqdə fikrən proqramlaşdırılmasıdır). Daxili nitq xarici nitq əsasında əmələ gəlir, lakin fikir insanın özünə
aydın olsa da, bəzən onu başqalarına çatdırmaq çətin olur.
2. Xarici nitq. Xarici nitq eşidilən, görülən və tələffüz olunandır. Nitqin bu növü başqaları ilə ünsiyyətə
yönəlir, informasiya mübadiləsidir. Eksterioriasiya əlamətlərinə görə xarici nitq yazılı və şifahi növlərə
ayrılır.
Yazılı nitq hər hansı bir məlumatın yazılı mətn kimi ötürülməsidir. Görmə qavrayışı ilə həyata
keçirilir, qədim Misirdə yaranıb (Azərbaycanda Gəmiqaya rəsmləri və Qubustan qayalıqlarındakı rəsmlər də
ilkin yazılı nitqə aiddir.) Referent (məyyən mətnin qısa məzmunu) və annotasiya (mətnin əsas cəhətlərinin
əks olunması) yazılı nitqin növlərinə aiddir.
Şifahi nitq isə görülən və eşidilən nitqdir. Şifahi nitqin üç: manoloq, dialoq və poliloq kimi növləri
var.
*Dioloq ünsiyyət prosesidir ki və daha artıq insan arasında baş verir, birgə fəaliyyətdir, reaksiya tələb
edir, həm xarici, həm də daxili stimullarla şərtlənir. Psixoloji cəhətdən dialoq nitqin ən sadə formasıdır.
Dioloq özündə üç xüsusiyyəti birləşdirir.
- birinci, avtonomluq xüsusiyyəti (suallardan təşkil olunur, cavab və replika isə söhbəti əsaslandırır);
- ikinci, emossionallıq xüsusiyyəti ( bunsuz dialoq ya tez başa çatır, ya da sorğuya çevrilir);
- üçüncü, situativlik xüsusiyyəti (dialoq həmişə konkretliyə əsaslanır, iştirakçılar üçün əhəmiyyətə
malik olur) .
Nitqin tarixi inkişaf mərhələsində dialoqdan əvvəlcə monoloq sonra isə daxili nitq yaranıb.Yazılı nitq
isə sonrakı inkişaf mərhələsinə məxsusdur.
*Monoloji nitq. Bu nitq bir nəfərə məxsus olur, həmin şəxs öz fikir və mülahizələrini ardıcıl və
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
103
dayanmadan şəhr edir. Fəal və sərbəst niqdir, şəxsiyyətin mədəni inkişafına kömək edir. Monoloji nitqin
mühazirə, çıxış və məruzə kimi növləri var.
* Poliloji nitq. Nitqin bu növü eyni zamanda bir neçə şəxsin nitqidir (məsələn mitinq).
İnsan nitqi ünsiyyət prosesində yaranır və öz məzmunluluq, ifadəlilik, anlaşıqlılıq və təsirlilik kimi
dörd xüsusiyyəti ilə fərqlənir.
1. Nitqin məzmunluluğu. İfadə olunan məlumatın əhatə dairəsindən asılıdır. Nitqin məzmunlu olması
üçün insanın geniş biliyi və bu bilikdən istifadə etmək qaydalarıni bilməsi vacibdir;
2. Nitqin ifadəliliyi. Yüksək nitq mədəniyyətinə yiyələnmək bacarığından asılıdır. Danışdıqda və
yazdıqda nitqin ifadəliliyindən istifadə olunur;
3. Nitqin anlaşıqlığı. İkitərəfli xarakterə malikdir, yəni həm nitqin səlis və aydın olmasından, həm də
dilin qramatik qayda –qanunlara uyğun olmasından aslıdır;
4. Nitqin təsirliliyi. Fəaliyyətə təhrik etmə funksiyasını yerinə yetirir (inandırma, sübut, təlqin,
məsləhət, əmr, qadağa və s.)
Nitq eyni zamanda bir neçə funksiyanı yerinə yetirir. Məsələn:
1. İfadə edilmə funksiyası: insan öz münasibətini bildirmək üçün nədənsə istifadə etməli olur
(emosional görünüş) ;
2. Aşkar etmə funksiyası-əşya və hadisələri adlandırmaq imkanı ;
3. Təsir funksiyası: nitq vasitəsilə digər insana və qrupa təsir etmək və ya nəyi isə formalaşdırmaq olar
(bu əmr, xahiş, təəccüb və sair formada ola bilər).
Nitqin xüsusiyyətlərindən və funksiyalarından başqa, həm də üç cəhəti var. Bunlar aşağıdakılardır:
*semantik cəhət-əşyaları, hərəkəti və vəziyyəti aydınlaşdırır. Bu cəhət insan ünsiyyətini heyvan
ünsiyyətindən fərqləndirir. İnsan hər hansı bir səslə əşya və hadisələrin yeri, adı və xüsusiyyəti haqqında
məlumat verir, heyvan isə çıxardığı səslərlə öz daxili vəziyyəti haqqında məlumat verir;
*umümiləşdirmə cəhəti: nitq fikri ümümiləşdirmə imkanı yaradır (məsələn məktəb, sinif, nahar və s.) ;
*kommunikativlik cəhəti: nitq məlumat vermə və fəaliyyətə təhrik etmə funksiyasını yerinə yetirir.
Dostları ilə paylaş: |