AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə27/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

 
 
“KĠTABI-DƏDƏ QORQUD”DA  ONOMASTĠK-SEMANTĠK  MƏKAN 
Dadaşova R.B. 
AMEA, Folklor İnstitutu 
 
Folklor  dilinin,    folklor    mətnlərinin    onomastik    sistemi    tədqiqatçıların    daim    diqqət    mərkəzində  
olmuşdur.  Adlar  həmişə  etnik-mənəvi  mədəniyyətin  tərkib  hissəsi  kimi,  əsasən,  mifoloji  və  folklor  
mahiyyətli  olubdur.  Folklor  mətnlərində  qəhrəmanın  (personajın)  adı  onun  hərəkətlərini,  davranışını, 
bütövlükdə  taleyini  modelləşdirir.  Məsələn:  antik  ədəbiyyatda  fatalizmdən  fərqli  olaraq,  skandinav  
qəhrəmanlıq poeziyasının  qəhrəmanı taleyə  boyun  əymir, ona  qarşı  çıxır, necə  deyərlər, qəhrəman  öz  
taleyini  formalaşdırır. Qəhrəmanın  ölümü  spontan  iradəsi  ilə  bağlıdır.  
Hər  bir  ad  özlüyündə  qısa, yığcam  mətndir: onların yozumu, şifrələnməsi  hər  bir  xalqın, konkret  
dil    daşıyıcısının    etnik-mədəni    gerçəkliyi    öyrənilmədən    mümkün    olmur.  Şəxs    adlarının    funksiyasını 
müşahidə edərkən bildirilənlə bildirən, işarə və məna arasındakı distansiyanın  müəyyənləşdirilməsi  ənənəvi  
etnik  mədəniyyətin  inkişafının  araşdırılması  metodlarından  biri  ola bilər.  
  Folklor  onomastikasında  həm    leksik    səviyyədə,  yəni  onomastik  vahid    müəyyən    kod    kimi  
nəzərdən  keçirilir; həm də onun  poetik-folklor  leksikası  ilə, folklor kodu  ilə  uzlaşmasına  diqqət  yetirilir. 
Əski    türk    adlarının    təsnifatı  -  arzulanan    adlar  (dezirativlər),  ithaf    olunan    adlar  (memorativlər),  təsvir 
olunan  adlar (deskriptivlər) – müxtəlif  tarixi dönəmlərdə  stereotiplərin  dəyişdiyini  göstərir. 
Azərbaycan  dastanlarında   elə  bir  onomastik  vahid (şəxs  adı) yoxdur  ki, qəhrəmanın  adı  hansısa  
keyfiyyətləri  ilə, yaxud  xalqın  inanc  dünyası ilə,  mifoloji-dini  görüşləri  və  tarixi  ilə  əlaqədar  olmasın. 
Bəzi    hallarda  qəhrəmanın    adı    o    qədər    şəffaf    olur    ki,  xüsusi  izahat,  əlavə    şərh    tələb    etmir.  Türk  
qəhrəmanlıq    eposu  ―Kitabi-Dədə  Qorqud‖  əcdadlarımızın,  atalarımızın    dünya,  ətraf    mühit    haqqında  
mifoloji  təsəvvürlərini  və  qədim  ideologiyasının  elementlərini  özündə  qoruyub  saxlayır. Epos  arxaik  
ritualların,  inancların  ifadə    olunduğu  mükəmməl  mətndir.  Məsələn,  ―Kitabi-Dədə  Qorqud‖da    Basat  
ənənəvi    yolla  –  ―baş    kəsib,  qan    töküb‖,  Oğuzda    ad    qazanmayıb.  Dədə    Qorqud    ―Basat‖  adını    ona  
―heyvanlarla  müsahib  olmağı‖na  görə  verir. Yakut dastanlarına  görə  də, ikinci əsl  ad  yay  çəkib  ox  
atmağa başlayarkən  verilirdi. Saxa  olonxolarında  adı  olmayanın, eləcə  də bu  üzdən  çəkdiyi  əzablardan, 
iztirablardan  danışılır.  
Azərbaycan  filologiyasında  ―Kitabi-Dədə    Qorqud‖da  adlar,  advermə  mərasimi    ilə    bağlı    xeyli  
müxtəlif    səpgili    araşdırmalar    aparılmışdır,  xüsusən,    dastanlarda    advermə,  yaxud    adqoyma    ritualı  ilə 
bağlı  maraqlı  tədqiqatlar  mövcuddur.  Bu  istiqamətdə  M.Seyidov,  T.Hacıyev,  B.Abdullayev,  A.Nəbiyev, 
F.Bayat, F.Xalıqov, S.Rzasoy, R.Qafarlı, Ə.Tanrıverdi, C.Bəydili, A.Hacıyev, R.Kamal  və başqa  alimlərin 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
145 
 
 
ciddi  araşdırmaları  göstərir    ki,  advermə-adalma  türk    eposunun    aktual    mövzularından  biridir.  Bu  
mövzunun  nəzəri  həlli  üçün    bir    sıra    humanitar  elmlərinə  (etnoqrafiya,  tarix,  sosiolinqvistika  və  s.)  
kompleks  yanaşması  vacibdir, xüsusilə  də  bu  məsələnin  ritual  aspekti  tədqiqatlardan  bir  qədər  kənarda  
qalmışdır. 
Oğuzların  bu    möhtəşəm    eposunda    advermə,  adalma  ilə    bağlı    ritual    elementləri    mətnin    süjet  
sistemində  aparıcı  yer  tutur. Advermə  epik  mətndə  sujet  motivi  kimi  ya  birbaşa, ya da  transformasiya  
olunmuş    şəkildədir.  ―Kitabi-Dədə  Qorqud‖da    advermə    törəni    onomastik    mənanı    yaradır.  Bir    neçə 
―boy‖un  strukturunda  yer  tutan  bu  ritual  aktı  vacib  süjet  vahidi  kimi  çıxış  edir. 
Dastan  antroponimlərinin  struktur  təhlili  epik  mətndə  süjet  semantikası  ilə  onomastik vahidlərin  
qarşılıqlı  əlaqədə  olduğunu göstərir. Epik poeziyasının  səciyyəvi  priyomları  dastan  onomastikasına  təsiri  
müşahidə  olunmaqdadır, bu da ad  yaradıcılarının  metaforik  təfəkküründən  xəbər  verir. Uzaq  keçmiş 
zamanlarda  poetik    yaradıcılıq    qanunları    üzrə    təşkil    olunmuş    şəxs    adları    müvafiq    ovqatın,  əhval-
ruhiyyənin  yaranmasına  yönəlirdi.  Ad  qəhrəmanın  əməllərini  və  davranışını,  ―tale  mətni‖ni  
proqnozlaşdırırdı və bununla da dinləyicilərdə (ətrafdakılarda) müəyyən  reaksiya  doğururdu. Bu  mənada  
epik  adları  proqnozlaşdırıcı  semiotik  sistem  kimi  də  nəzərdən  keçirmək  olar.  
―Kitabi-Dədə    Qorqud‖da    qəhrəmanların    adlarının    atalarının    adları    ilə    birgə    verilməsi  (Qiyan  
Səlcuq    oğlu    Dəli    Dondar,  Qaragünə    oğlu  Qarabudaq,  Qəflət    Qoca   oğlu    Şirşəmsəddin,  Qazılıq    Qoca  
oğlu  Yeynək,  Elin    Qoca   oğlu    Alp    Ərən)  ənənəvi   etnik  onomastik    modelin    olmaqla    yanaşı,    dastan  
mətnlərində  Ata (əcdad) mifinin, Ata (əcdad) arxetipinin  mövcudluğu  ilə  əlaqələndirilə  bilər.  
Epik    mətnin    substratında    yer    almış    islami    təsəvvürlər,  arxaik    türk    ad  sistemini  sıradan  çıxara  
bilməmişdir.  ―Kitabi-Dədə  Qorqud‖un  onomastik    sisteminin    statistik,  etimoloji  təhlili    göstərir    ki,  orta 
əsrlərin  İslam  refleksiyası  türk  mənşəli    epik    onomastikanı    sıxışdıra    bilməmişdir.  Arxaik  adların  etnik-
mədəni sistemdə hələ aktual  olmasını  etnik-mədəni özünüdərk hissinin  güclü  olması  ilə  əlaqələndirmək  
mümkündür.  
Oğuz  qəhrəmanları  əsl  adla  yanaşı,  həm  də  cəmiyyətdəki  sosial  mövqeyi  əks  etdirən    təntənəli  
titullarla, şəxsi keyfiyyətləri ifadə edən epitetlərlə təqdim olunurlar. Bəy, xan, xatun, sultan,  bahadır, qoca, 
alp kimi titullar  boyların  onomastik- semantik  məkanında  özünəməxsus  yer  tutur. 
 ―Kitabi-Dədə Qorqud‖da  şəxs  adlarının semantik, leksik - morfoloji xüsusiyyətlərinin  araşdırılması 
göstərir  ki,  abidədəki  şəxs  adları  XI-XV  əsrlər  Azərbaycan,  türk  onomastik    məkanının  tərkib  hissəsi 
olmuşdur.  Bəzi    obyektiv  səbəblərə  görə  (islam  dini,  sufizmin  təsiri)  abidədə  bir  sıra  antroponimlər 
yaddaşlardan silinmişdir, yaxud dilin leksik sistemində  arxaikləşmişdir. 
 
 
QƏRBĠ AZƏRBAYCANIN QARAQOYUNLU BÖLGƏSĠNĠN YANIQPƏYƏ KƏNDĠNĠN ETNONĠMLƏRĠ
 
Əhmədov N.Ş. 
Sumqayıt Dövlət Universiteti 
 
Yanıqpəyə  kəndi-Yelizavetpol  (indiki  Gəncə  şəhəri)  quberniyasının  Qazax  qəzasında  (indiki 
Etmənistanın  Krasnoselo  rayonunda)  kənd  adı.  Kənd  1937-ci  ilədək  Dilican  şəhərinin  inzibati-ərazi 
bölgəsinə daxil olmuşdu.1937-ci ilin dekabr ayının 31-də Krasnoselo rayonu yaradıldıqda kənd inzibati-ərazi 
bölgəsinə görə yeni yaradılmış rayonun tərkininə daxil olunmuşdur.Yanıqpəyə kəndi rayon mərkəzindən 33 
km  şimal-qərbdə  yerləşir.  1897-ci  ildə  kənddə  133  nəfər,  1979-cu  ildə  220  nəfər  yaşamışdır.  1919-cu  ilin 
mart  ayında  Andranikin  quldur  dəstələri  kəndə  basqın  etmiş  qocalara,  uşaqlara,  qadınlara,  qızlara  aman 
vermədən  qılıncdan  keçirmiş,  əhalinin  sağ  qalanları  isə  Azərbaycanın  qonşu  rayonlarına  qaçmışlar. 
Ermənistanda Sovet Hakimiyyəti qurulduqdan sonra camaatın bir hissəsi yenidən kəndlərə qayıtmışlar. 
Mancanlılar//Ġmancanlılar.  Yanıqpəyə  kəndində  ilk    məskunlaşmış  tayfalardan  biri  mancanlı 
tayfasıdır.  Bizdə  olan  məlumata  görə  mancanlı  tayfası    Azərbaycan  Respublikası  Qazax  rayonunun  Daş 
Salahlı  kəndindən  qopmuşdur.  Sözün  tələffüzünü  və  fonetik  quruluşunu  tədqiq  etdikdə,  hesab  edirik  ki, 
mən//  man+can+lı  sözünün  əsl  mənası  imancanlı,  yəni  adamcanlı  deməkdir.  Nəslin  ağsaqqaları  və 
ağbirçəkləri ilə söhbət edərkən bir daha aydın olur ki, tayfanın ilk adı ―imancanlı‖lar olmuşdur, yəni ―adam 
canlı‖  adam  sevən  deməkdir.  Kənddə  yaşamış  digər  tayfaların  adlarına  nəzər  salaq:  qaramanlılar, 
şeləmənlilər, sərdarlılar, murğuzlular, badanlılar, ramazanlılar, qaraəhmədlilər. Kəndin tayfa adlarında, yəni 
etnonimlərində,  ―man//mən‖  formantları  diqqəti  cəlb  edir.  Azərbaycan  dilində  olan  bəzi  sözlərin  yaranma 
yollarını  tədqiq  edərkən  ―azman‖,  ―qocaman‖  və  həmin  bölgədə  işlənən  dialekt  söz  ―dızman‖  sözlərində 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
146 
 
 
―man//mən‖  formatının  nəhəng,  uru,  çox  iri  mənasında  işlənməsini  görürük.  Hesab  edirik  ki,  ―Mancan‖ 
sözünün digər leksik  mənası  böyük, nəhəng, iri, canlı deməkdir. Beləliklə, Mancan sözü iri+canlı, nəhəng 
canlı mənasında da işlənir.   
Qaramanlılar//  Qaramanlı.  Qaraman  toponimi  yalnız  Azərbaycan  Respublikasında  və  eləcə  də 
tədqiq  olunan  bölgədə  deyil,  bütün  türkdilli  bölgələrdə  geniş    areala  malikdir.  Azərbaycanda  Aşağı 
Qaramanlı,  Yuxarı Qaramanlı (Neftcala rayonu), Qaramanlı  (Qubadlı rayonu), Qaraman (Göyçay rayonu), 
Türkmənistanda  Qaraman  (Saraqt  bölgəsi),  Qaramanlı  (Daşlı  hovuz  bölgəsi)  Özbəkistanda  Qaraman, 
Türkiyədə  və  Qazaxıstanda  və  Gürcüstan  Respublikasının  Borçalı  bölgəsində  Qaramanlı  formasında 
mövcuddur.  Türkmənistanda  da  qaraman  komponentli  dərə,  təpə,  çay,  quyu  adları  var.  Bi  isə,  həmin 
toponimlərin qədim qaraman // karaman tayfa adları ilə bağlılığını göstərir. Qaraman//Karaman etnoniminin 
mənşəyi  və  yaşayış  arealı  haqqında  müxtəlif  fikirlər  mövcuddur.  S.Ataniyazovun  fikrincə,  türkmənlər 
Qaraman etnonimli Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlıdır.   
Murğuzlular//Murğuzlu.  Murğuzlu  etnonimi  öz  adını  ―Mur‖  antroponimindən  almışdır.  Əzəmət 
Rüstəmlinin ―Qədim oğuz yurdu Zəngəzurun türk mənşəli yer-yurd adları‖  kitabında Azərbaycan mənşəli 
toponimik  adlar  sistemində  Sisyan  rayonu  ərazisində  yerləşən  coğrafi  adlardan  birinin  də  Murğuz 
etnotoponiminin  olduğu  qeyd  edilir.  Bu  oykonimin  Qırxlar  dağının  ətəyində  yerləşdiyi  göstərilir.  Murğuz 
etnoniminin  linqvistik  tərkibində  Oğuz  qatının  olması  özünü  biruzə  verir.  İlk  baxışdan  tərkib  hissələrə 
parçalanması  qeyri-mümkün  sayılan bu  sözdə  tarixi  sirr  olduğu  üzə  çıxır. Vaxtilə  müstəqil dil  vahidi olan 
(mur və quz//ğuz)  komponenti  zamanının hökmü ilə daşlaşmış, substantivləşmiş və nəticədə mənası aydın 
olmayan  sadə  dil  vahidinə-etnonimə  çevrilmişdir.  Deməli,  sadə  etnik  vahidlərin  semantik  və  morfolojo 
birliyi mürəkkəb dil vahidlərinin yaranması üçün zəmin yaradır. Fikrimizi daha dəqiq ifadə etsək, ayrı-ayrı 
qohum  və  qeyri-qohum  etnoslar  birləşərək  vahid  etnosun  yaranmasında  fəal  iştirak  edir.  Belə  birləşmə 
Murğuz etnonimində aşkar görünür. Yanıqpəyə kəndində məskunlaşmış Murğuzlu tayfası Qazax rayonunun 
Orta Salahlı tayfasından (indi kənd də Orta Salahlı adlanır) qopmuşdur. 
 
 
“TĠNLĠ” ETNONĠMĠ ÇĠN QAYNAQLARINDA 
Əhmədova E.H. 
Sumqayıt Dövlət Universiteti 
 
Hər bir xalqın tarixinin, etnik tərkibinin öyrənilməsində etnonimlər ən etibarlı mənbələrdəndir. Zaman 
keçdikcə bu və ya diğər etnik qrup: nəsil, tirə, boy, xalq və s. tarix səhnəsindən çəkilib onun görünməyən 
ənginliklərində itib-batsa da, onların adları müxtəlif yer-yurd adlarında əsrlərlə, hətta minilliklərlə daşlaşaraq 
bu günümüzə qədər gəlib çatır. Belə adlardan biri də Tinli etnonimidir. 
Tinli etnonimi respublikamızda  məhdud sayda olsa, da toponimlərdə mühafizə olunmuşdur. Qubadlı 
rayonunda Bərgüşad və Həkəri çaylarının qovuşduğu dağətəyi ərazidə yerləşən Qilican və Xocahan kəndləri 
ilə  həmsərhəd  olan  kəndin  adıdır.  Eyni  adda  yaşayış  məntəqəsi  Cəbrayıl  rayonunun  Şahvəlli  inzibati  ərazi 
vahidliyində  də müşahidə olunur. Qubadlının yerli sakinlərinin ehtimalına görə, kənd Cəbrayıl rayonundan 
köçüb  gələn  ailələr  tərəfindən  salınmışdır  ki,  həmin  ailələr    də  XIX  əsrdə  Cənubi  Azərbaycanın  Tin 
kəndindən  şimala  köç  edən  tinlilərin  xələfləri  hesab  edilir.  Bəs  tinlilər  kim  idi?  XIX  əsrə  qədər  tarixdə 
mövcud  olmayan  bir  boy  birdən-birəmi  peyda  olub  gün  işığına  çıxdı?  Bu  suallara  tarixin  qaranqlıq 
səhifələrində gizli qalan tinlilərdən xəbər verən çin qaynaqları aydınlıq gətirəcək.  
Böyük Hun imperiyası qurulduqdan sonra Mərkəzi Asiyanın cənub-qərbində yaşayan bir sıra boylar da 
imperiyanın  tərkibinə  qatılıb  hun  hakimiyyətinə  tabe  oldu.  Bunlardan  biri  və  ən  önəmlisi  əski  türk 
boylarından  olan  tingliglər  idi.  Onların  hunların  tərkibinə  daxil  olması  barədə  dəqiq  məlumat  olmasa  da, 
xronoloji  hadisələrin  ardılcıllığına  görə,  bu  tarixin  e.ə.  206-201-ci  illərə  təsadüf  etdiyi  güman  edilir.  Çin 
qaynaqlarında bundan bir əsr sonraya qədər tingliglərin adı xatırlanır. Güman ki, dinc həyat sürdükləri, hər 
hansı  ictimai-siyasi  hadisədə  iştirak  etmədikləri  və  heç  bir  üsyana,  mücadiləyə  cəhd  göstərmədikləri  üçün 
sonrakı  dövrlərdə  adlarının  çəkilməyinə  ehtiyac  duyulmamışdır.  Tarixi  qaynaqlarda  varlıqlarını  miladdan 
sonrakı dövrlərə qədər qorumağa səy göstərən tingliglər haqqında məlumatlar çox azdır. Hətta e.ə. XII-VII 
əsrlərə aid edilən Qarasuk mədəniyyətinin yaradıcılarının da tingliglərin ulu babaları olduğu ehtimal edilir. 
Tədqiqatçıların  çoxu  bu  fikirdədirlər  ki,  sayca  qırğız  və  hu-te  boylarından  daha  çox  olan  tingliglər sonrakı 
əsrlərdə meydana çıxan kaoçe və tölis boylarının sələfləridir. Sonrakı dövrlərdə Məvaraünnəhrin quzeyində 
Qərbi Türküstanda yaşadıqları qeyd olunur.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
147 
 
 
E.ə. 72-ci ildə Çinlilər öz müttəfiqləri olan Vu-sunlarla birlikdə hunlara qarşı hücuma  keçərək onları 
məğlub etdilər. Bu savaşdan sonra Hun imperiyası xeyli zəiflədi. Belə bir vəziyyətdə bir sıra boylarla yanaşı 
tingliglər  də  yenidən  tarix  səhnəsində  görünməyə  başladılar.  Belə  ki,  Vu-sunların  üsyanından  hiddətlənən 
Hun  hökmdarı  ətrafına  xeyli  qüvvə  toplayaraq  onların  yaşadığı  Tanrı  dağların  ətəklərinə  doğru  qoşun 
yeridərək  onları  darmadağın  etdi.  Geri  dönərkən  sərt qış soyuğu  ilə  üzləşən  hun  qoşunları çox sayda insan 
tələfatı verdi. Bu fürsətdən yararlanan Vu-sunlar qərbdən, moğollar şərqdən, tinglilglər isə şimaldan hunlara 
qarşı  hücuma  keçib  onları  məğlubiyyətə  uğratdılar.  Bu  savaşdan  sonra  Hunlar  özlərinə  tabe  olan  tayfa  və 
boyları yenidən vahid hakimiyyət altında birləşdirmək gücünə sahib ola bilmədilər. Bu hadisədən 8 il sonra 
Hun dövlətinin tərkibində baş verən daxili çəkişmələrdən istifadə edən tingliglər hunlara qarşı  hərəktə keçib 
atlarını,  qoyunlarını  və  s.  yağmaladılar.  Çin  qaynaqlarına  görə,  e.ə.  71-51-ci  illərdə  tinqliglər  müstəqil 
şəkildə yaşamışlar. Hun hökmdarının oğulları Hu han ye ilə Çiçi arasındakı ədavət ( Çinin vergi ödəməkdən 
imtina  etməsi  və  fasiləsiz  hücumlarının  nəticəsində  Hun  dövləti  daha  da  zəifləmiş,  ―Böyük  İpək  yolu‖nun 
idarəçiliyi də Çinin əlinə keçmişdir. Çıxış yolunu Çinə tabe olmaqda görən Hu han ye könüllü təslim olmuş, 
bu da iki qardaş arasında qarşıdurmaya səbəb olmuşdur) e.ə. 58-ci ildə dövlətin parçalanmasına səbəb oldu. 
Çiçi xan özünə bağlı olan kütlələrlə qərbə doğru iləliləyərək əvvəl qırğızları, e.ə. 49-cu ildə isə tingligləri 
özünə tabe etdi. Beləcə bizim eranın V əsrinə qədər müxtəlif tarixi olaylarda tinglillərin adı çəkilir. Tarixi 
bilgilər tingliglərin miladdan sonra IV əsrdə üç ayrı bölgədə yaşadıqlarını deməyə əsas verir: qərb budağını 
İrtış çayı, şimal qolunu Baykal-Yenisey ətrafında yaşayanlar, cənub qolunu isə Qobi səhrasından Çinə qədər  
yayılanlar təşkil edirdi. Qərb budağından olan tingliglər əvvəlcə Qazaxıstana, daha sonra qərbə doğru axın 
etmişlər. Bir müddət Seyhun çayının quzeyində məskunlaşmış, sonradan Şərqi Avropaya doğru irəliləyərək 
bu  ərazilərdə  yayılmışlar.  B.  e.  V  əsrindən  sonra  Bizans  qaynaqlarında  tingliglər  oqur  adı  ilə  tanınmağa 
başlamışlar  (oqurların  beş  oqur,  altı  oqur,  doqquz  oqur,  on  oqur,  otuz  oqur,sarı(ağ)  oqur  kimi  boyları 
olmuşdur).  Atilanın  ölümündən  sonra  taxta  keçən  oğullarının  hakimiyyətdə  səriştəsizliyi  nəticəsində 
tamamilə zəifləyən Qərbi Hun dövləti 470-ci ildə süqut etdi. Dövlət parçalandıqdan sonra tərkibindən ayrılan 
türk  tayfaları  arasında  oqurlar  da  vardı  ki,  bu  dönəmdən  etibarən  onlar  tarix  səhnəsində  bulqar 
(bulğalanmaq/bulanmaq  (qarışmaq)  feilindən  yaranıb)  kimi  yer  almışlar.  Bulqarlar  Azərbaycan  xalqının 
etnogenezində  özünəməxsus  yeri  olan  bir  türk  tayfasıdır.  Albaniya  dönəmində  hakim  mövqedə  olan  alban 
tayfalarının  tərkibində  bulqarların  adı  çəkilir.  Türk  xalqlarının  şifahi  xalq  yaradıcılığının  əvəzsiz  incisi 
sayılan ―Kitabi-Dədə Qorqud dastanlarında da bulqar etnoniminə rast gəlinir: Ötəki qara tağın bir yanında 
bolqar bir ər gördüm
M.H Baharlı qeyd edir ki, bulqarlar ―...Arazdan şimalda, Ararat dağlarının ətəklərində, həmçinin indiki 
Kaxetiyada  yaşamışlar.  Bulqarların  hərəkət  yolu,  ehtimal  ki,  Azərbaycandan,  Xəzər  dənizi  sahillərindən 
düşmüşdür, çünki onlar burada bir çayın və bəzi ―Bulqar‖ adlı kəndlərin..adlarında öz izlərini qorumuşlar‖. 
Deməli,  bulqarlar  bu  ərazinin  qədim  sakinlərindən  olmuş,  eyni  zamanda  bulqar  adı  ilə  yanaşı  əskidən  bəri 
atalarına, ulu babalarına məxsus olan tinli adını da mühafizə etmişlər.  
Q.Qeybullayevin  ―Azərbaycan  türklərinin  təşəkkülü  tarixindən‖  adlı  kitabından  oxuyuruq:  ―Bulqar 
türk tayfa birlikləri Cənubi Qafqaza e.ə. II əsrdən köç etməyə başlamışlar Onlar, əsasən, Cənubi Azərbaycan 
ərazisində  məskunlaşmışlar‖.  Şübhəsiz,  Cənubi  Azərbaycanda  yerləşən  Tin  kəndi  də  bulqarların  ulu 
babalarının adını əks etdirir. Deməli, Qubadlının Tinli kənd sakinlərinin -  tinlilərin Cənubi Azərbaycandan 
köç edərək Qubadlı və Cəbrayıl ərazisində məskunlaşdığı fikri bu tarixi dəllilər əsasında özünü doğruldur.  
E.ə.  I    əsrin  ortalarına  aid  Çin  salnaməsində  oqurların  adı  ho-ku/ho-kue/hokut  şəklində  çəkilir  və 
tingliglərlə  eyni  qoldan  olduqları  qeyd  edilir.  Əsas  məşğuliyyətləri  heyvandarlıq,  dabbaqlıq  və  kürkçülük 
olan oqurlar (tingliglər) Çinə vergi olaraq at və samur dərisi verərmişlər. Əski türkcədə teğinq sözü ―samur‖, 
teğinqli isə ―samurlu‖ anlamını ifadə etmişdir. ―Divani-lüğət-it-türk‖ samur sözü təginq şəklində göstərilir. 
Bilgə  xaqan  abidəsində  həmin  söz  eyni  şəkildə  və  mənada  işlənmişdir:    ...gök  tiğinin  türkimə  ,  bodunuma 
kazğanu birtim, iti birtim.....    buŋsız kıltım. - ...göy samurunu türkümə, xalqıma qazandım, hədiyyə etdim, 
dərdsiz  etdim,  (Bilgə  xaqan  abidəsi).  Göründüyü  kimi,  oqurları  onların  başlıca  məşguliyyətini  əsas  tutaraq 
teğinqlig/tinqlig/tinqli/tinli adlandırmışlar. 
Bir  çox  türk  dillərində  boğaz  samiti  olan  ğ  çox  vaxt  tələffüzdə  hiss  olunmur.  Məsələn:  Türkiyə 
türkcəsində bağ, dağ, yağ kimi sözlərin sonundakı ğ səsi [a:] kimi tələffüz edilir. Türkmən türkcəsində isə 
həm yazıda, həm tələffüzdə qoşa aa – [a:] şəklində ifadə olunur: daa, baa, yaa və s. Teğinli sözündəki ğ səsi 
də, görünür, sonrakı mərhələlərdə tələffüzlə əlaqədar olaraq, səsdüşümünə, eyni zamanda sözün sonundakı g 
samiti  də  apokopaya  uğramışdır  ki,  bu  da  türk  dilləri  üçün  səciyyəvidir  (məsələn:  tirig/tiri/diri, 
kapığ/kapı/qapı və s.)  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
148 
 
 
 
YƏHUDĠ TÜRKLƏR: XƏZƏRLƏRĠN DĠLĠ 
Əliyev T.V. 
AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu 
 
Erkən orta əsr Çin mənbələrində Tu-Che kimi göstərilmiş Göytürklərin qərb qoluna məxsus hun-savir-
xəzər  etnosu  Qazaxıstan,  Ural,  Şərqi  Avropa,  Qafqaz  və  Şimali  Qara  dənizə  yayılaraq  Böyük  Hun 
imperatorluğunun  süqutundan  sonra  qərbə  doğru  köç  edib  imperatorluq  quran  hunlarla  birləşərək  yeni  bir 
dövlətin – Xəzər xaqanlığının əsasını qoydular. Ərəb dövləti ilə eyni vaxtda yaranan dövlət Şərqi Avropanın 
erkən  orta  əsrlər  tarixində  şəhər  mədəniyyəti  ilə  özünəməxsus  yer  tuturdu.  Erkən  dönəmdə  Tenqrizm 
ənənələrinə sadiq qalan savir-xəzərlər VIII əsrin sonlarında yeni səmavi dini – İudaizmi qəbul etdilər. Yeni 
din  xaqan  ailəsi  və  yüksək  dairələr  arasında  daha  surətlə  yayılırdı.  Məzh  bundan  sonra  bəzi  xəzərlər  İslam 
dinini qəbul edib cənuba – Qafqaza, xristianlığı qəbul edib Urala doğru çəkildi. Müəyyən hissəsi-tenqrizmə 
qalan hissəsi musəviliyə yönəldi. Nəticədə, ivrit terminləri xəzər dilində önəmli yer tutmağa başladı.  
Erkən orta əsrlər dövründən bizə yazılı mənbələr əsasında qalan məlumatlara, əsasən, xəzərlərin dilinin 
türk dillərinin dövr üçün xarakterik olan hun qrupunun qərb qoluna mənsub olduğunu söyləmək mümkündür. 
Mənbələrə  görə,  dövrümüzə  çatmış  xəzər  isimləri,  yer  adları  və  sözlərə  diqqət  yetirək:  Kamlık  (Xamlıx), 
Səməndər, Bələncər, Atil (İtil), Sarıqşın, Çutuf qalası (Yəhudi qalası), Qara toba, Sudakgüslü ev, Qara xəzər, 
Barsilia, Qobar (Kobar), Yülig, Alp İlutier, Alp Tarxan, As Tarxan, Ovçu Tarxan, Baqatur, Xaqan, Xatun, 
Çat Xaqan və s.  
Atillanın  vəfatından  sonra  oğlu  İrnik  oğur  türklərini  birləşdirdi.  Daha  sonra  həmin  tayfalar  Xəzər 
xaqanlığının içərisində olan oğur boyları bunlardır: Onoğur, Oğur, Sabir, Barqır, Kortiqur (Kutiqur), Kasir, 
Dirmir,  Sarıoğur,  İdimar.  Xristian  xəzərlərin  çuvaş  dilinə  təsirini  nəzərə  alaraq  oğur  ləhcəsini  həmin  dillə 
müqayisə etmək mümkündür.  
Sözü gedən dövrdə savirlər Kür-Araz vadisində sayca üstünlük təşkil etməklə geniş ərazidə yayılırdı. 
Yerli albanlarla qaynayıb-qarışır, o cümlədən Bizans qapılarına dəfələrlə hücum edirdilər. Alanlar isə 5 boy 
olaraq:  Dhses,  Ruks-As,  Rux-As,  Tulas  və  Laqır  olmaqla,  sonuncu  ikisi  xəzərlərə  daha  yaxın  münasibət 
saxlayırdı.  
Xəzərlərdə  Alp  Tarxan  və  As  Tarxan  ordu  rəhbəri  titulu  idi.  Ovçu  Tarxan  oxatan  qrupunda  da 
rastlanırdı. Baqatur – böyük döyüşçü, baştü – qadın döyüşçü idi. Çur və ya Çor isə Qafqaz Albaniyasının Çul 
və ya Çola toponimi ilə eynilik təşkil etdiyini göstərmişdir.  
Xəzər  xaqanı  İosifin  (Josef  və  ya  Yusif)  Əndəlusiyaya  göndərilən  cavab  məktubuna  diqqətlə  nəzər 
saldıqda  onların  dininin  musəvi  olduğunu,  terminlərdən  isə türk  mənşəli  olduqlarını anlamaq  mümkündür. 
Xaqan  məktubunda  soykökləri  haqqında  yazmağı  unutmur  və  mənbə  kimi  Tövratı  göstərir:  ―Bu  Toqarma 
hökmdarı Yusifin cavabıdır... Məktubunda bizim hansı xalqdan, hansı soy və boydan gəldiyimizi soruşursan. 
Bil  ki,  Yafəs  oğullarından,  onun  oğlunun  oğullarından,  Toqarmadan  (gəlirik).  Atalarımızın  şəcərə 
kitablarında Toqarmanın on oğlu olduğunu tapdıq; adları belədir: Birincisi Ağıyor, (sonra) Tiras, Avar, Ugin 
(Ugur),  Biz-l,  T-r-na,  Xəzər,  Z-nur,  B-l-g-d,  Savir.  Biz  Xəzərin  oğullarından  gəlirik;  bu  (oğulların) 
yeddincisidir...‖.  Məktubdan  aydın  şəkildə  görünür  ki,  Nuh  peyğəmbərin  oğlu  Yafəsin  Toqarma  adlı 
oğlundan törəyən on oğuldan birinin davamı olaraq xəzərlərin törəmələri yaşayır.  
Tədqiqatçı  Pınar  Özdəmir  müasir  Qaraçay-Balkar,  Karaim,  Krımçak  və  Kumık  dillərinin  ümumi 
ortaqlığı  üzərində  araşdırma  apararaq  xəzər  dilinin  leksik  tərkibini  göstərmişdir.  Qeyd  edək  ki,  Göytürk 
əlifbası  ilə  bizə  çatmış  yeganə  yazıda  ―hukurim‖  (―okurum‖  və  ya  ―okudum‖)  kimi  tələffüz  olunan  söz 
türkcədir. Pınar Özdəmir xəzər lüğətini elmi şəkildə işləyərkən yuxarıda adı keçən xalqların sözlərinin ortaq 
olanlarını  qruplaşdırmış,  nəticədə  26%  iki  ləhcədə,  51,8%  üç  ləhcədə,  22,2%  dörd  ləhcədə  ortaqlıq  təşkil 
etdiyini göstərmişdir.  
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin