Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
187
THE HĠSTORY OF THE ENGLĠSH LANGUAGE
Safarova S.Q.
Sumgait State University
The history of the English language begins around A.D. 449 when there Germanic tribes-the Angels,
the Saxons, and the jutes-began to invade and conquer the people of the British Isles. Collectively known as
the Anglo-Saxons, these tribes sailed to Britain from what is now northern Germany and southern Denmark.
They spoke closely related dialects of West Germanic, a German-like language.
At the time of these invasions, the people of Britain spoke a Celtic language. The Anglo-Saxons,
however, established such complete domination over the country that almost no words of Celtic origin dating
from this period are found in English.
Over time, the dialects of the Angles, the Saxons, and the Jutes blended, and the people began to call
their language Englisc (now spelled English), which means ―the language of the Angels.‖ This first stage in
the history of English-called Old English-lasted until about 1100. The second stage is Middle English, which
lasted from about 1500. Modern English, the language used today, began around 1500.
Most of the prepositions, pronouns, and simple verbs that are used today come directly from Old
English. The basic Old English vocabulary is also the source of many of our most frequently used common
nouns:
ham-home
panc-thanks
cu-cow
cild-child
leaf-leaf
sae-sea
treow-tree
hors-horse
faedr-father
fyr-fire
wif-wife
hus-house
modor-mother
lif-life
fisc-fish
mann-man
A limited vocabulary is useful only for describing simple common ideas. The Anglo-Saxons and their
English descendants, however, had more complex thoughts, which required more sophisticated words.
Invasions, trade, exploration, colonization, and immigration gave the Anglo-Saxons ready access to a
treasure trove of foreign words. The arrival of Christianity, the Viking invasions, and the conquest of
England by the Norman French brought a multitude of new words into the English vocabulary.
When Christianity came to England in the late sixth century A.D., it influenced the development of
English in two ways. First, missionaries brought with them the Bible, a book rich with expressive Latin,
Greek, Hebrew, and Asian words.
Second, Christianity opened the doors of literacy for the Anglo-Saxon people. Before Christianity
arrived, few Anglo-Saxons could read or write. Missionaries strongly encouraged education by building
monasteries and schools across the countryside. In doing so, they laid a solid cultural foundation upon which
the English language has grown and has prospered.
The Vikings invaded England between A.D. 750 and 1050 and introduced the Anglo-Saxons to their
language, Old Norse. Because Old Norse and Old English shared a common Germanic heritage, the two
languages blended easily. From this period more than nine hundred Old Norse words have derivatives in
common use today.
The Rise of Middle English
The Anglo-Saxon period came to an end in 1066 after William, the Duke of Normandy, conquered
England. For the next three hundred years, French language, literature, and culture permeated the life of the
aristocracy in England. This period of the English language is known as Middle English.
The French domination of the government and the upper social classes left a legacy of words linked to
power, wealth, and society. Here are some words taken from the French in the Middle English period.
The ruling French could converse as easily in Latin as they could in their own language. Ultimately,
hundreds of Latin words worked their way into the English vocabulary. History, divide, literature, scribe,
genius, interrupt, necessary, polite, nervous, and picture all come from Latin through the French.
The Effect of Travel and Trade.
Beginning about 1400 and lasting through the 1600s, travel and trade flourished between Britain and
nearly every other coastal country around the world. Merchant sailors collected strange, unfamiliar words on
their voyages to distant lands. From Italy they gathered traffic, ballot, and carnival. Scandinavia offered
pickle, groove, luck, and yacht. Persia exported tiara and arsenic, and Arabia contributed almanac, cotton,
lemon, and syrup.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
188
Although most of these words seem perfectly ordinary to us, the English must have found them as odd
and exotic as the words video, beatnik, skateboard, and movie sounded when first used in modern English.
English in North America
For the first thousand years of its history, the English language remained confined to a very small area
of the world. In the 1500s, however, England began a period of exploration and expansion that eventually
carried the English language to North America, Africa, Asia, and Australia. The native languages of these
places, in turn, contributed to the English vocabulary. The Caribbean words canoe, hammock, hurricane, and
potato first appeared in English in 1555. In 1604 words like chocolate and tomato arrived in North America.
Both these words come from Hahuatl, an Aztec language of Central America.
English in the Future.
The English language is alive and growing rapidly. Scientists, politicians, astronauts, rock stars, and
television writers make the language what it is. Every time we speak, we help to shape and shift the
meanings of words. We learn new words, and we pass them on to others. We make up words, and some of
them are useful enough to catch on. In years to come, the English language will grow to be an even more
powerful tool of communication than I it is today.
XIZIR ANTROPONĠMĠ HAQQINDA
Soltanov M.C.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Aşıq poeziyasındakı maraqlı antroponimik vahidlərdən biri mifik anlamlı Xızır xüsusi dil vahididir.
Aşıq yaradıcılığında tez-tez bu xüsusi ada rast gəlmək olur. Məsələn:
Bir yanım borandı, bir yanım duman,
Qalmışam piyada, halım çox yaman,
Yetiş imdadıma, Xızır, əlaman,
Qəribəm, vətənə sən yetir məni.
(«Aşıq Qərib» dastanından)
Qurban deyər: yarsız günə gün dəmən,
Xızrə yetər ləblərindən gündəmən,
Ziyarətin hüsnə varan gündə mən,
Tamam günlərimiz ay adinnədir?
(Məlikballı Qurbani)
O gün idi, zərrəsindən ay oldu,
O ümmandı, qətrəsindən çay oldu,
Xızır idi, bu dünyada hey oldu,
Cəbrayıldı, ona qəbir qazar, hey!
(Dollu Mustafa)
İsgəndər atlandı, çıxdı zulmatdan,
Qasım, Xızr içdi abi-həyatdan,
Bəhs düşsə igiddən, qılıncdan, atdan,
Süfrəni hamsınnan kübar deyərlər.
(Xəstə Qasım)
Qış çiləsi Xıdır İlyas gələndə,
Hərlənər gərdişi, ay elər qıj-qıj.
Qar selə dönəndə, yaz açılanda,
Şaqqıldar leysanı, ay elər qıj-qıj.
(Aşıq Hüseyn Şəmkirli)
Xızır/Xızr xüsusi adı tarixi nöqteyi-nəzərdən əfsanəvi İlyas peyğəmbərin ləqəbidir. Dirilik çeşməsini
tapıb suyundan içməklə guya əbədi həyat qazanmış bu peyğəmbər böyük sürətlə hərəkət edir, qeybdən zühur
edərək səhralarda azanlara, dara düşənlərə əl yetirir, kömək edir. Bu xüsusi ad həm də klassik
ədəbiyyatımızda əbədi həyat, yaşıllıq, daimi dirilik, xeyirxahlıq rəmzi kimi metaforik səviyyədə çox işlək
olan əfsanəvi antroponimdir. Qədim rəvayətlərdən birində deyilir ki, Xızır peyğəmbər zülmətdə dirilik
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
189
suyunu axtarıb tapır və həmin sudan içməklə əbədi ömür qazanır. Başqa bir rəvayətdə isə göstərilir ki, Xızır
zülmət dünyasına İsgəndərlə birlikdə gedir və onlar iki bulağa rast gəlirlər. Bunlardan biri şəffaf sulu şahanə
bulaq, digəri isə adi su təsiri bağışlayan sadə bir bulaq olur. İsgəndər şahanə bulağın görkəminə əsaslanıb
onu dirilik suyu hesab edir və həmin sudan içir, Xızır isə adi bulaq suyu ilə kifayətlənməli olur. Sonradan
məlum olur ki, dirilik suyu məhz Xızırın içdiyi adi bulaq suyudur.
Xızır antroponiminin ilkin əsasında Xıdır sözü dayanır. Xıdır xüsusi adı hal-hazırda da Azərbaycan
antroponimik sistemində kişi adı kimi işlənməkdədir. Bu xüsusi ad hərfi mənada «yaşıl, yaşıllıq» anlamlarını
ifadə edir, məcazi mənada isə «dada yetişən, köməyə gələn» deməkdir.
Bu adı ilk daşıyan mifik şəxsiyyət isə Xıdır İlyasdır, nağıllarda Xıdır Nəbi də adlandırılır.
Xızır antroponiminə ilk dəfə şifahi xalq ədəbiyyatında möhtəşəm abidəmiz sayılan «Kitabi-Dədə
Qorqud» eposunda rast gəlirik. «Dirsə xan oğlu Buğacın boyu»nda öz atası tərəfindən oxlanmış Buğacı Xızır
xilas edib ona məlhəm göstərir:
«Oğlan yenə dedi: «Ana, ağlama, qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi,
üç dəfə yaramın üstündə əl gəzdirdi. «Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə anan südü sənə
dərmandır», - dedi».
Klassik ədəbiyyatımızda isə ilk dəfə dahi şairimiz Nizami bu adı Xızır şəklində qəbul etmiş və
İlyasdan ayırmışdır. Qeyd etməliyik ki, bu fərqləndirmə heç də səbəbsiz deyildir. Xızır türkdilli xalqların, o
cümlədən azərbaycanlıların mifologiyası ilə əlaqədar mifik bir kultdur, xüsusi addır. Hətta bəzi rəvayətlərə
görə Xıdır İlyas da Xızır ilə zülmətə getmiş, dirilik suyundan içmiş, indi də guya Xızır quruda, Xıdır İlyas isə
suda yaşayır. Təsadüfi deyil ki, M.Seyidov, Ə.Fərzəliyev və başqaları da Xızır sözünü sırf Azərbaycan
mifoloji kultuna aid etmiş, sözün etimoloji mənasını da məhz Azərbaycan (türk) dili əsasında şərh etməyə
çalışmışlar. Bu təşəbbüs ilkin olaraq M.Seyidov tərəfindən irəli sürülmüş, sonra ayrı-ayrı alimlər tərəfindən
davam etdirilmişdir. M.Seyidov Xızır antroponimini iki komponent - xız və ır hissələri əsasında izah edir,
xız sözünü «istilik, hərarət», ır hissəsini isə «ər, kişi» anlamlarında qəbul edərək Xızır antroponimini
atəşpərəstliklə, odla, atəşlə bağlayır. Deyilənləri yekunlaşdıraraq biz də belə fikirləşirik ki, M.Seyidovun
dediyi kimi, Xızır təmiz Azərbaycan sözüdür və xalqımızın mifik təfəkkürü, milli təbiəti ilə, Odlar yurdu
Vətənimizlə bağlı milli onomastik vahiddir.
Verilən fikirlərlə müəyyən qədər razılaşsaq da, bunlara belə bir fikir əlavə etmək istərdik ki, bizcə,
Xızır onomastik vahidi konkret şəxs adı kimi meydana çıxmamış, «həmişəyaşar» anlamında mövhumi-mifik
ləqəb kimi yaranmış və İlyas sözünün əvvəlinə artırılmışdır.
Xızır İlyas və Xıdır Nəbi onomastik vahidləri də eyni olmayıb ayrı-ayrı mifik-əfsanəvi şəxsləri bildirən
adlardır. Bəzən aşıq yaradıcılığında bunlar ayrı-ayrı antroponimlər kimi yanaşı da işlənir:
Xızır İlyas, Xıdır Nəbi hər ildə,
On gün qonağımsan qışda, çilədə.
Yarma, qorğa, qovudun da gətir, gəl,
Sən gələndə şad xəbərlər gətir, gəl.
(Zəki İslam)
Bakı şəhərindən 80 km. şimalda Beşbarmaq adlı dağ vardır ki, xalq arasında bu dağa Xıdırzində adı
verilmişdir və həmin dağ ziyarətgah hesab olunur. Burada böyük bir ərazidə andiçmə məqamında
«Xıdırzində baba haqqı» ifadəsi işlədilir. Xıdırzində onomastik vahidinin birinci hissəsi olan Xıdır
komponenti Xızır sözünün bir şəklidir, ikinci «zində» komponenti isə tat dilli vahid olub, «diri» mənasını
ifadə edir. Deməli, Xıdırzində - «Diri Xıdır» mənasını daşıyır. Əlavə olaraq bir cəhəti qeyd etməliyik ki,
Beşbarmaq dağı ilə paralel olaraq Xəzər dənizinin sahilə yaxın hissəsində də ada şəkilli bir dağ vardır ki, bu
da yaxın ərazi əhalisi içərisində əfsanənin yaranmasına səbəb olmuşdur. Həmin əfsanəyə görə, Xıdır İlyasla
Xıdır Nəbi qardaş olmuşlar. Xıdır İlyas namaz qılmaq üçün kiçik qardaş Xıdır Nəbini su gətirməyə
göndərmiş, o isə dənizdə çimməyə başlamış, suyu gətirib çıxarmamışdır. Böyük qardaş Xıdır İlyas namazını
qıla bilməmiş və qardaşının ardınca: «Səni görüm elə orda qalasan» - demişdir. Beləliklə də, Xıdır Nəbi
dənizdə qalmışdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
190
ġĠRVAN AREALININ DĠALEKT VƏ ġĠVƏLƏRĠNĠN LEKSĠK-SEMANTĠK XÜSUSĠYYƏTLƏRĠ
(OMONĠM VƏ SĠNONĠMLƏR)
Şükürova S.F.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şamaxı filialı)
Leksik-semantik xüsusiyyətlərinə görə Şirvan arealının dialekt və şivələri ədəbi dildən fərqlənir. Bu
fərqlilik leksik tərkibin əsas hissəsini təşkil edən omonim və sinonimlərdə daha çox özünü göstərir.
Şirvan arealının dialekt və şivələrinə məxsus leksikasında rast gəlinən omonim və sinonimlərin
özünəməxsusluğu onların ifadə etdiyi mənasında və formaca ədəbi dildəki variantlarından köklü şəkildə
fərqlənməsindədir.
Omonimlər yazılışına və tələffüzünə görə eyni, mənaca müxtəlif sözlərdir. Omonimliyin bu əsas
xüsusiyyəti dialektdə də özünü qoruyub saxlayır. Omonimlik həm ədəbi dillə dialekt sözlər arasında, həm
müxtəlif dialektlərə məxsus leksikada, eləcə də eyni arealın dialekt və şivələrinin lüğət tərkibində özünü
birüzə verir.
Şirvan arealının dialekt və şivələrinə aid leksikada müşahidə edilən omonimləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Dialekt səciyyəli omonimlər. Bu cür omonimlər eyni dialektə məxsus lüğət tərkibində işlədilən
omonimlərdir və bunlar üstünlük təşkil edir.
Cılfır – 1. Bərk, sürətlə qaçan at. 2. Səbirsiz, tez özündən çıxan adam.
Qımzanmağ – 1. Utanmaq. 2. Tərpənmək.
2. Alınma sözlər hesabına əmələ gələn omonimlər. Alınma sözlərlə omonimlik təşkil edən dialekt
sözlərə az da olsa, təsadüf edilir.
Bar- 1. Suyun və ya ərzağın kənarlarında əmələ gələn kif. Suyun üssi barranıb. 2. Dodaqların ətrafında
olan yara. Ağzı:n qırağların bar tutıb.
3. Dialektlərarası omonimlər. Eyni fonetik tərkibə malik olub fərqli mənalar ifadə edən belə sözlərə
dilin müxtəlif dialektlərində rast gəlinir. Qeyd edilən nümunələr həm eyni dialekt daxilində, həm də
dialektlərarası omonimlər kimi işlənir.
Qıra – 1.Təndirdən çörək çəkmək üçün istifadə edilən məişət əşyası. Qıranı vər, nənəm əppəyi
təndirdən çəksün. 2. Balıq tutmaq üçün qarmaq. Balığ tutmağçun qıra lazımdı. 3. Asqı, paltarasılan.
Paltarrarı qıradan as, yerin üssünə yığma.
Bu söz Qazax, Zəngilan, Naxçıvan, Ordubad dialektlərində ―yetişməmiş qovun‖ mənasında da işlənir.
Dingə - 1. Başa bağlanan dəsmal forması. Xəmir eliyəndə yaylığı başına dingə elə. 2. Hündür yer,
təpə. O:ların öyü dingədədi. 3. Kənd arasında camaatın yığışıb söhbət etdiyi yer. Dingədə otırıb sö:bət eliyir
uşağlarnan.
Dingə sözü Şəmkir şivəsində ―kəsilmiş ağacın kötüyü‖ mənasını ifadə edir.
Sinonimlər yazılışca müxtəlif, mənaca yaxın və ya eyni olan sözlərdir. Şirvan arealının dialekt və
şivələrindən toplanılan sinonimlər ədəbi dildən fərqlənir. Mənsub olduğu nitq hissələrinə görə sinonimləri
aşağıdakı kimi qruplaşdırmaq olar.
1.İsimlərdən ibarət sinonimlər: su qabı – gəlgəl – satılca – qapçağ; zülm - cürüm - əcir; paltar asmaq
üçün ip - ciyə - sərgi; tünlük - yığnağ – mərə.
2. Sifətlərdən ibarət sinonimlər: yüngülxasiyyətli – dəligimbır – dahdingil – dılbıc – diringiş;
adamayovuşmaz – qılbız – birouz – qarayoşmağ – do:dağ – mızı; yekəpər – göhman – dazal – dərzəmbal –
dəvədəlləy;
3. Zərflərdən ibarət sinonimlər: bir az – bir haycən – bir ho:r; bütünlüklə - elcarı – elliy; dəfə - dönüş
– oturum.
4. Feillərdən ibarət sinonimlər: tərpənmək - qıypınmağ – qımzanmağ; seçmək - sonalamağ – sağmal-
subay eləməy; yola verməmək - qoparasın götürməy – bırınnamağ;
Şirvan arealının dialekt və şivələrinin leksikasının araşdırılması Azərbaycan ədəbi dilindəki bir sıra
sözlərin leksik-semantik xüsusiyyətlərinin aşkara çıxarılması baxımından faydalıdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
191
CƏNUBĠ QAFQAZIN ORONĠMĠYASI
Tağıyeva R.İ.
Sumqayıt Dövlət Universiteti
Cənubi Qafqaza Azərbaycan türklərinin toplu yaşadıqları bir məkan olmuşdur. Ona görə də burada hər
bir coğrafi obyektin Azərbaycan, eləcə də türk dilində öz adı olmuşdur. Bu çoxluğun nəticəsi olaraq torpağın
yaddaşı olan toponimlərin türk qatı yaranmışdır. Bu toponimlər əsasən Azərbaycan dilinin fonetik, leksik və
qrammatik qayda-qanunları əsasında formalaşmış, torpağın yaddaşına çevrilmişdir.
XIX əsrin əvvələrindən başlayaraq çar Rusiyasının Şimali, həm də Cənubi Qafqazı ələ keçirmək
siyasətindən biri də o idi ki, Cənubi Qafqazda əhalinin etnik tərkibini dəyişdirsin. Yəni azərbaycanlıların
sayını azaltsın. Beləliklə, Rusiya-İran (1828) və Osmanlı Türkiyəsi ilə Rusiya (1829) arasında olan
savaşlarda hərbi-siyasi vəziyyətdən istifadə edən car hökuməti İran və Türkiyənin ucqarlarından erməni,
aysari, yunan və yezdi kürdləri gətirdərək Azərbaycan türklərinin toplu yaşadıqları İrəvan, Tiflis, Şamaxı,
Gəncə şəhərləri və həmin qəzaların şəhərətrafı kəndlərində, eləcə də kəndlərin məhsuldar torpaqlarında
yerləşdirmişlər. Sonrakı illərdə də (1878, 1918, 1920) bu yerləşdirmələr davam etdirilmişdir. Beləliklə,
Qafqazın avtoxton əhalisi olan azərbaycanlılar zaman-zaman öz yurdunda qaçqına çevrilmiş, deportasiya və
soyqırımına məruz qalmışlar. Sovetlər birliyi dövründə də 1948-ci ildə Qərbi Azərbaycandan ―köçürmə‖ adı
ilə azərbaycanlılar Kür-Araz ovalığına deportasiya olunmuş, onların yaşadıqları kəndlərə yenə də, Suriya,
İran, Türkiyə və İrandan aldadılıb gətirilən erməniləri yerləşdirmişlər. 1988-ci ilin sonunda 260 mindən çox
axırıncı azərbaycanlılar Qərbi Azərbaycandan, daha sonra 1 milyondan çox azərbaycanlı Qarabağ və ətraf
rayonlardan yenə də ermənilərin terrorçu hərəkətləri nəticəsində qaçqın vəziyyətində yaşayır.
Dünya ölkələri ikili standartlarla ermənilərin torpaq iddiasına 1990-cı ildən başlayan terrorçu
hərəkətlərinə göz yumur, bəzən də onlara bəraət qazandırırlar.
Bir çox halda erməni, həm də gürcü alimləri Cənubi Qafqaza erməni, yunan, aysarı və yezdi kürdlərin
gəlmə olduqlarını təkzib edirlər. Halbuki rus hərbi sənədlərində Cənubi Qafqaza erməni,aysori, yezdi kürd
və yunanların haradan, neçənci illərdə gəldikləri haqqında yetərincə məlumat var. K.Qan, İ.Şavrov, İ.Sopen
və digərlərinin araşdırmalarında ermənilərin Cənubi Qafqaza gəlmə olduqları dəfələrlə qeyd olunur. Erməni
statistiki Z.Korkodyan, T.Akopyan, T.Baxşıyan, O.Bagramyan və digərləri öz tədqiqatlarında ermənilərin
neçənci illərdə haradan, haraya neçə ailənin gəldiyini etiraf edirlər. Erməni dilində olan lüğətlərdə də bu
faktlar vardır.
Onlar tarixi ədalətsizlikləri nə qədər ört-basdır etsələr də, Cənubi Qafqazıda kimlərin daha çox
yaşadıqlarını öyrənmək istəyiriksə, 1903-cü ildə Tiflis hərbi dairəsinin baş qərargahı tərəfindən hazırlanmış
məxfi xəritəyə baxmaq kifayətdir. Erməni, gürcü, rus alimlərinin saxta və elmsiz iddialarını bu xəritə alt-üst
edir. Xəritədə quberniya və qərarlar üzrə qeyd edilən kartoqrafik adlara nəzər salıb bugünkü Ermənistan,
həm də Gürcüstanın müasir xəritələri ilə müqayisə etsək, görərik ki, hər iki respublikada türk mənşəli adlara
divan tutulmuşdur. Həm oykonimlər (yaşayış məntəqəsi adları), həm oronimlər (relyef adları), həm də
hidronimlərə (su mənbəyi adları) ərazi ilə heç bir etnik bağlılığı olmayan uydurma adlar vermişlər.
Göstərilən xəritə 1903-cü ilin inzibati-ərazi bölgüsünə aid quberniyalar üzrə tərtib edilmişdir.
Yelizavetapol quberniyasını Cavanşir, Qaryagin, Zəngəzur, Şuşa, Qazax qəzalarını, Bakı quberniyasını Ərəş,
Göyçay, Şamaxı, Quba, Nuxa və Cavad qəzalarını; İrəvan quberniyasının İrəvan, Aleksandrapol (Gumru),
Şərur-Dərə Əlyəz, Naxçıvan, Yeni Bayazid (Göyçə), Ückilsə (Ecmiadrin) və Sürməli qəzarları, Tifilis
quberniyası Tiflis, Axırkələk, Borçalı, Şırnaq qəzaları, Zaqatala və Samur dairələrini əhatə edir. Göstərilən
tarixi ərazilərin toponimiyasının etno-linqvistik təhlilini aparmaq, bütövlükdə azərbaycanlıların tarixi-etnik
ərazilərinin öyrənilməsi azərbaycanşunaslıq üçün gərəkli və lazımlıdır. Göstərilən hər iki respublikada
toponimik adların çoxu yeni xəritələrdə yoxdur və ya uydurma toronimlərlə əvəz edilmişdir. Bunlardan bir
neçəsinə diqqət edək:
Xəritədə strateji obyekt kimi dağ adları daha qabarıq verilmişdir. Orada qeyd olunan dağ adları-
oronimlər müxtəlif apelyativlərdən törənmişdir. Həmin apelyativlərə görə oronimləri belə qruplaşdırmaq
mümkündür
1.
Etnik mənşəli tayfa, nəsil adlarından törənən etnooronimlər:
Babadağ, Şahdağ (Quba), Boz Abdal; (Çobandağ) (Sığ), Gəlinqaya (Cav), Şıxyurd (Zəng), Seyidyurd
(Şam), Pirseyid (Nux), Qırxqız (Cav), Qazanlı, Qırıxlı (Cav), Qaraulcu (Qaz), Şörəyel düzü (İrəv), Şirak çölü
(Sığ)
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
192
2.
Şəxs adlarından törənən antropooronimlər
Böyük Əbül, Kiçik Əbül (Axır), Tej Əhməd (Pəmb.), Murad təpə (Şər.), Pəricınqıl (Zəng), Məlik
Həmid (Şam.), Can Qulu (Şuşa), Şah Hüseyn, Məmməd bəy (Car)
3.
Fitonimlərdən və zoonimlərdən törənən fitooronim və zooronimlər:
Yemlikli (Borc), Söyüdlü (İr.), Buğdatəpə (Göyçə); Ley (Borç), Samsar (Axır), Ceyran çöl (Siğ),
Xoruzlu (Lən.), Qaraqurd (Nax.), Qaraquş təpəsi (Lən).
Cənubi Qafqaz relyef müxtəlifliyi ilə seçilir. Burada yüksələn və alçalan dağ silsilələri, bəzən də təpəli
düzənliklər, dərin dərələr şiş və sıldırım qayalıqları, kəskin yoxuş və enişlər, dağ çaylarının əsrlər boyu
açdığı dərin kanyonlar, uçurumlu yarğanlar və s. şimaldan Cənuba, Qərbdən şərqə və ya cənuba doğru
uzanır. Bununla belə, böyük meşəliklər, geniş biçənəklər, alp çəmənliklər ilə də Cənubi Qafqaz zəngindir.
Ona görə də buranın relyef müxtəlifliyi ilə əlaqədar olaraq Azərbaycan türkcəsində çoxlu relyef adları
yaranmışdır. Relyef adlarının , yəni oronimlərin bir qismində coğrafi obyektin növlərini bildirən dağ, dərə,
daş, qaya, təpə, dərə,yoxuş və s. terminlər əks olunur. Məsələn:
-
Dağ formantı ilə; Babadağ (Quba), Qoturdağ (Zaq), Dəlidağ (Kəl), Şahdağ (Şam), Qaradağ (Bakı),
Ağdağ (Göy), və s.
-
Dərə formantı ilə; Qaladərə (Şığ), Ağdərə (Şuşa), Aldərə (Zəng) və s.
-
Qaya formantı ilə: Dikqaya (Zaq), Gəlinqaya (Zəng), Tayaqaya (Ağb.)
-
Yar formatı: Qızılyar (İr.), Ağyar (Dər), Daşlıyar (Sığ) və s.
-
Yoxuş formantı ilə: Qızılyoxuş (Şuşa), Göyyoxuş (Ağb.), Dikyoxuş (Sığ) və s.
-
Daş formantı ilə: Saldaş (Qar.), Qarauldaş (Şuş.), Tayadaş (Qaz.), Tofdaş (Ağ) və s.
-
Təpə formantı ilə: Göytəpə (Lənk.), Çanax təpə (Cav.), Qaratəpə (Şuşa.), Şiştəpə (Borc.), Daştəpə
(İq), Tourtəpə (Sam) və s.
Göründüyü kimi, göstərilən oronimlər I növ ismi birləşmə modelində formalaşmışdır. Oronimin
tərkibindəki sözlər arasında yanaşma əlaqəsi mövcuddur.
Əsasən, ərazinin relyef quruluşunu əks etdirən bu relyef adları da kənd adları qədər etnik tariximiz
üçün qiymətli məxəzdir.
Keçmiş qəza adlarının ixtisarı
Sığ- Şırnaq, Zəng-Zəngəzur,
İr- İrəvan, Zaq-Zaqatala,
Ağb – Ağbaba, Kəl – Kəlbəcər,
İq-İqdır, Cav-Cavanşir
Şam-Şamaxı Nux –Nuxa
Axır – Axırkələk, Lən-Lənkəran,
Nax-Naxçıvan, Dər –Dərə Ələyəz
Qar- Qarabağ, Cav - Cavad
Sam-Samur, Pəm-Pəmlək,
Bor-Borçalı
Dostları ilə paylaş: |