ĠNGĠLĠS DĠLĠNDƏ [L] SONOR SAMĠTĠNĠN BƏZĠ SPESĠFĠK
XÜSUSĠYYƏTLƏRĠNƏ DAĠR
Məmmədova A.E.
Sumqayıt Dövlət Universiteti
Fəal danışıq üzvlərinin iştirakına və maneənin əmələ gəlmə yerinə görə samit səslər küylü və sonor
olmaqla 2 yerə ayrılır. İngilis dilində sonor səslər [ m, n,
ɧ , w, r, l, j ].
Dünya dillərinin, demək olar ki, hamısında olan bu samitin ingilis dilində bir sıra spesifik
xüsusiyyətləri vardır.
Azərbaycan dilində olduğu kimi, ingilis dilində də [ l] samiti sonor samitlər sisteminə daxildir. Lakin
Azərbaycan dilindəki [ l] samiti özünün bir sıra xüsusiyyətlərinə görə ingilis dilindəki [ l] samitindən kəskin
surətdə fərqlənir. Hər iki dildə olan bu səsləri tələffüz edərkən dildə bir növ nov əmələ gəlir. Onlardan
bəzilərinə diqqət edək:
1. İngilis dilindən fərqli olaraq, Azərbaycan dilində [ l] səsi dilin ön hissəsinin üst ön dişlərin arxasına
toxunması ilə əmələ gəlir. Başqa sözlə, ingilis dilindəki [ l] samiti apikal, Azərbaycan dilindəki [ l] samiti isə
dorsal məxrəcə malikdir.
2. İngilis dilindəki [ l] səsi öz keyfiyyətinə görə Azərbaycan dilindəki [ l] səsindən qalındır. İngilis
dilindəki [ l] səsi, həmin dilin samit fonemləri içərisində xüsusi yer tutur. Belə ki, [ l] samitinin öz fonetik
mövqeyindən asılı olaraq, qalın və incə variantları vardır. Bu səs nə o qədər qüvvətli, nə də o qədər
yumşaqdır. İngilis dilində [ l] səsin sözün sonunda qüvvətli tələffüz edilir.
Azərbaycan dilində [ l]
İngilis dilində [ l]
ol
ball
oldu
bell
bil
full
val
pull
sal
rill
Azərbaycan dilində [ l] səsi sözün sonunda daha çox işlənir. İngilis dilində isə bu səsə sözün hər
yerində təsadüf edilir və qüvvətli oxunur. Məsələn: leg, list, load, lad, lamp, large, land, long, leader, all,
yellow, apple, colour, people, play, plate, flower.
İngilis dilində [ l] səsinin özündən sonra gələn saitin qalın və ya incə olmasına görə fərqlənir.
Məsələn, [ a] samitindən əvvəl gələn ingilis qalın [ l] samiti, [ ı] saitindən ciddi surətdə fərqlənir. Belə bir
halı Azərbaycan dilində də müşahidə edirik. İngilis dilində olduğu kimi, Azərbaycan dilində də [ l] səsi [ a]
saitindən, habelə başqa qalın saitlərdən əvvəl və sonra gələrkən qalın (məsələn: Lalə), incə saitlərdən əvvəl
və sonra gələrkən isə (məsələn [ i] saitindən əvvəl və sonra; məsələn, Ləman) incə tələffüz olunur. Beləliklə,
özünün müxtəlif fonetik mövqeyindən asılı olaraq, dil müxtəlif vəziyyətlər alır. İngilis dilindəki [ l] samitinin
qalın və incəliyini müqayisə etdikdə aydın olur ki:
1. İngilis dilindəki [ l] samiti Azərbaycan dilindəki [ l] samitindən onun hansı fonetik vəziyyətdə
işlənməsindən asılı olmayaraq, xeyli qalındır;
2. İngilis dilindəki incə [ l] samiti Azərbaycan dilindəki [ l] samitinin incə çalarından xeyli qalındır;
3. İngilis dilindəki incə [ l] samiti öz qalınlıq-incəlik dərəcəsinə görə təxminən Azərbaycan dilindəki
qalın [ l] samiti kimidir. Lakin bu heç də o demək deyildir ki, ingilis dilindəki incə [ l] samiti Azərbaycan
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
176
dilindəki qalın [ l] ilə eynidir. Əksinə, onlar əmələgəlmə yerinə görə müxtəlif olduqları kimi, akustik
cəhətdən də bir-birindən əsaslı surətdə fərqlənir. Davamlılıq dərəcəsinə görə Azərbaycan [ l] səsi ingilis [ l]
səsindən daha davamlıdır. Sonorluğuna görə isə: intervokal mövqedə olan [ l] və [ l] samitləri arasındakı
fərq, söz əvvəlində işlənən [ l] , [ l] samitləri arasında olan fərq kimidir. Eyni sözləri söz axırında işlənən [ l]
, [ l] samitləri haqqında da söyləmək mümkündür.
DĠLLƏRĠN LĠNQVODĠDAKTĠK TƏSVĠRĠ MÜSTƏVĠSĠNDƏ
AZƏRBAYCAN VƏ FARS DĠLĠ FONEMLƏRĠNĠN MÜQAYĠSƏSĠ
Məmmədova Ə.B.
Bakı Dövlət Universiteti
Tarix boyu dünya xalqları arasında sıx qonşuluq, ictimai-siyasi, iqtisadi, elmi-texniki, mədəniyyət
səviyyəsində əlaqə və münasibətlər mövcud olmuşdur. Zaman keçdikcə bu münasibətlərin inkişaf dairəsi
daha da genişlənmişdir. Xalqlar arasında bu sahədə yaranmış olan əməkdaşlıq dillərin bir-birinə qarşılıqlı
təsirinə və inkişafına şərait yaratmışdır. Bir dildən digər dilə alınma sözlərin keçməsi və rolu barədə ―dillərin
lüğət tərkibinin zənginləşməsində xalqlar arasında yaranan əlaqə əsas olur‖.
Dünyanın bütün dillərində müşahidə olunan bu proses müxtəlif sahələrdə əlaqə və münasibətlərin
qurulduğu andan başlamış, bu gün də davam etməkdədir. Bu mülahizələri nəzərə alaraq dünyadakı dillərin
heç birisini təmiz dil hesab etmək olmaz; dillərin yalnız lüğət tərkibində deyil, onların əsas lüğət fondunda da
alınma sözlərə rast gəlmək mümkündür
1.1.Fars dilinin leksikasına alınma sözlər iki yolla keçmiĢdir:
I. Vasitəsiz yolla keçən alınma sözlər. Bunlar hər hansı bir dilin təsirinə məruz qalmadan, sərbəst
şəkildə fars dilinə daxil olmuşdur. Belə ki, Azərbaycan və ərəb dilindən alınan sözlər fars dilinin leksikasına
vasitəsiz şəkildə keçmişdir.
II. Vasitəli yolla keçən alınma sözlər. Bu qəbildən olan sözlər fars dilinə üçüncü bir dil vasitəsi ilə
daxil olurlar. Daxil olan zaman artıq onun leksik, fonetik tərkibi dəyişilmiş olur. Latın, yunan, arami
alınmaları dolayi yolla ərəb dili vasitəsi ilə həmin dilin fonetik, orfoqrafik təsirinə məruz qaldıqdan,
müərrəbləşdikdən sonra keçmişdir. Alınma sözlər içərisində ―qayıdış alınmalar‖ da müəyyən çəkiyə
malikdir. Qayıdış alınmalar üç qismə bölünür:
1)Hər hansı bir dildə mövcud olan alınma sözlərin istər məna və formaca, istərsə də fonetik dəyişikliyə
uğraması həmin dilin inkişaf qanunlarına tabedir. 2)Alınma söz özü ilə alan dilin sisteminə özünün fonetik,
morfoloji, leksik və sintaktik ünsürlərini də keçirir. 3)Başqa dillərdən fars dilinin leksikasına keçən bir qrup
sözlər əsaslandırılaraq ehtiyac nəticəsində alındığı üçün onlar bu dilin inkişafına, zənginləşməsinə müsbət
təsir göstərir. Fars dilinə alınmaların keçmə tarixini və mənbəyini aşağıdakı ardıcıllıqla sıralamaq olar:
. Ərəb alınmaları-VII əsr; 2. Monqol dilindən alınmalar-XIII əsr; 3. Azərbaycan-Türk alınmaları-XVI
əsrdən əvvəl və sonrakı dövr; 4. Avropa mənşəli alınmalar-XX əsr.
1.2.Fars alınmaları haqqında bəzi fonetik qeydlər :
Məlumdur ki, fars dili genoloji baxımdan, yəni mənşəcə Hind – Avropa dillərinin İran qrupuna,
Azərboycan dili isə Ural-Altay dillərinin türk qrupuna, fars dili dillərin morfoloji təsnifinə görə insirafi
(flektiv), Azərbaycan dili isə iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir və tipoloji cəhətdən bir-birindən
köklü surətdə fərqlidirlər. Buna baxmayaraq, bu dillərin qrammatik quruluşunda, xüsusən, feillər sistemində
bir-biri ilə tam eyniyyət təşkil edən xüsusiyyətlərin varlığı ilə də qarşılaşırıq (məsələn: şühudi, nəqli keçmiş
zamanlar). Bu dillərin qrammatik sistemindəki morfoloji mənalar eyniliyi bu xalqların uzun müddətli etnik
və dil əlaqələrinin interferativ nəticəsi kimi uzah oluna bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, fars və
Azərbaycan dillərinin fonetik sistemində oxşar cəhətlər olsa da ( bir sıra samit səslərin tələffüzündə), xeyli
dərəcədə fərqli cəhətlər də mövcuddur. Bu dillər, əsasən, bir-birindən fərqlənən özünəməxsus fonetik
sistemə, fonetik qayda-qanunlara, fonetik xüsusiyyətlərə malikdir. Belə ki, Azərbaycan dilinin fonetik
sisteminə xas olan bir sıra xüsusiyyətlər fars dilində yoxdur və əksinə. Məs.: Azərbaycan dilində əsas
qanunlardan olan ahəng qanunu fars dilində mövcud deyildir. Azərbaycan dilində isə fars dilindən fərqli
olaraq, hecanın əvvəlində və ortasında uzun saitlər demək olar ki, işlənmir. Fars dilində isə bu pozisiyada
uzun saitlər geniş şəkildə işlənir. Demək, fars dilinə daxil olmuş Azərbaycan sözlərinin tərkibində hər hansı
bir ünsür bu dilin fonetik sisteminə ―yad olarsa‖, mütləq həmin ünsür dilin fonetik qayda-qanunlarına uyğun
şəkildə dəyişdirilir.
1.3. Azərbaycan və fars dili fonemlərinin müqayisəli səciyyəsi.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
177
Qeyd edək ki, Azərbaycan dilində 9 sait (a, o, u, ı, ə, ü, ö, i, e) olduğu halda, fars dilində 6 sait (a, o, u,
e, ə, i) vardır. Demək, Azərbaycan dilində olan /ı/, /ü/, /ö/ saitləri fars dilində yoxdur. Odur ki, fars dilində
işlənən Azərbaycan-türk alınmalarında aşağıdakı fonetik dəyişikliklər müşahidə olunur:
I. Azərbaycan dilində olan /ü/ fonemi fars dilində /u/ və /o/ fonemlərilə əvəzlənir.
a) Azərbaycan dilində sözün son hecasında adi kəmiyyətdə tələffüz olunan /ü/ fonemi fars dilində /u/
fonemilə əvəz olunur. Məs: süpür sözü-sopur, tütün-tutun ...
b) Azərbaycan dilində sözün ilk və ya orta hecasında qısa tələffüz olunan /ü/ saiti /o/ ilə əvəz olunur:
tüfəng-tofəng, sürmə-sorme, tümən-tomən.
II. Azərbaycan dilində olan /ı/ fonemi /e/, /i/, /o/, /u/ kimi tələffüz edilir.
a) Azərbaycan dilində sözün son hecasında işlənən və adi kəmiyyətdə tələffüz olunan /ı/ saiti fars
dilində /u/ və ya /i/ saiti ilə əvəz olunur. Məs.: qırğı-qerği, qapı-ğapi və s.
b) Azərbaycan dilində sözün ortasında işlənən və qısa tələffüz edilən /ı/ saiti fars dilində /e/, /o/, bəzən
isə /i/ ilə əvəz olunur. Məs.: qızıl-ğezel, çadır-çador, qatır-ğater, çarıq-çaroğ, dayı-dai
III. Azərbaycan dilində olan /ö/ saiti fars dilində, əsasən, /o/ ilə əvəz olunur. Məs.: ördək-ordək, bölük-
boluk və s. ―Azərbaycanca /ö/ ilə tələffüz edilən sözlər alınma və doğmalığından asılı olmayaraq, ya
qalınlaşaraq /o/ ilə, həm qalınlaşaraq, həm də uzanaraq /u/ ilə əvəz edilir.‖ Məs.: döşək-doşək, köç-kuç və s.
Nəticə olaraq, fars və Azərbaycan dili saitlərinin bir-birinə keçməsinin, adaptasiya olunmasının aşağıdakı
sxemlərdə vermək olar:
I. ö→u; yaxud→o ; ü→o; yaxud→u ı→ə; →e; →o; →i
Fars dilində işlənən Azərbaycan sözlərini müəyyən etmək üçün aşağıdakı üsullar meyar kimi
göstərilir:
I. Fars dilində işlənən və öz-özlüyündə alınma söz olduğu məlum olan leksik vahidlər. Məs.: ―bacı‖,
―quş‖, ―yüz başı‖, ağ, və s.
II. Ərəb əlifbası ilə yazılmış və tərkibində qaf samiti olan sözlərin çoxu Azərbaycan-türk dilindən
alınmışdır. Məs.: ―qaçaq‖, ―qaşıq‖, ―qiymə‖, ―qoruq‖, ―qayıq‖, ―qazan‖ və s.
III. Fars dilində sonu aşağıdakı səslərlə bitən sözlərin əksəriyyəti Azərbaycan-türk sözləridir:
a) Sonu ―aq‖, ―ağ‖, ―ək‖, ―ok‖ ilə bitən sözlər. otaq, sorağ, ələk, çabuk və s.
b) Sonu ―mə‖//‖me‖ səs birləşməsi ilə bitən sözlər. Məs.: ğeymə//ğeyme, çəkmə//çəkme,
sormə//sorme və s.
c) Sonu ―uq‖, ―oq‖, ―iq‖, ―uk‖ səs birləşməsi ilə bitən sözlər. Məs.: ğoroğ, iliğ, boluk və s.
ç) Sonu ―-çi‖ və ―-ci‖ şəkilçisi ilə bitən sözlər. Məs.: gurçi, surçi, çayçi, arabaçi və s.
d) Sonu ―lıq‖, ―leq‖, ―loq‖ səs birləşmələri ilə bitən sözlər. Məs.: ətaliğ, ğarleğ, başloğ
e) Sonu ―laq‖, ―lax‖ ilə bitən sözlər. Məs.: yeylağ, ğeşlağ, batlağ, utlağ və s.
ə) Sonu ―maq‖, ―məq‖ səsləri ilə bitən sözlər. Məs.: çəxmağ, ğeymağ, çəxməğ və s.
f) Sonu ―ar‖, ―ər‖ səsləri ilə bitən sözlər. Məs.:çapar, açar, çəpər və s.
g) Sonu ―er‖, ―or‖ səsləri ilə bitən sözlər. Məs.: ğater, çaroğ, çador və s.
ğ) Sonu ―ol‖, ―avol‖ səsləri ilə bitən sözlər. Məs.: ğəravol, ğerğavol və s.
h) Sonu ―daş‖, ―taş‖ səsləri ilə bitən sözlər. Məs.: dadaş, adaş, Teymurtaş və s.
x) Sonu ―ğə//ğe‖, ―qə//qe‖, ―kə//ka‖, ―gə//ge‖ səsləri ilə bitən sözlər. Məs.: daruğə//daruğe,
yorğə//yorğe və s.
ı) Sonu ―qi‖, ―qu‖, ―ğu‖ səsləri ilə bitən sözlər. Məs.: ğerği, yorğu, olqu və s.
Azərbaycan dilindən fars dilinə sözlərlə yanaşı, bir sıra qrammatik ünsürlər də keçmişdir. Bu
keçmələrin tarixi çox qədim olmaqla bərabər, miqdarı durmadan artmışdır. Görkəmli alim H.Zərinəzadə bu
haqda yazır: ―Səfəvilər dövründə fars dilində işlənmiş Azərbaycan sözləri bu dövrdən əvvəlkilərə
nisbətən,müasir fars dilində isə Səfəvilər dövrünə nisbətən artıqdır.‖ (Zərinəzadə H., Fars dilində
Azərbaycan sözləri, Bakı, 1962,səh.419)
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
178
AZƏRBAYCAN ZOONĠMĠKASINDA HEYVAN ADLARI
Məmmədrəfiyeva A.S.
Sumqayıt Dövlət Universiteti
Dilçilikdə latın mənşəli zoonim (zoo-heyvan, onoma-ad) termini işlənir. Bu termin bütövlükdə, heyvan
(inək, keçi, qoyun, at, dəvə və s.) və quşların (qartal, çalağan, bayquş, durna və s.) umumi adlarını bildirir.
Bundan başqa, xüsusi zoonim adlanan termin də var ki, təsərrüfat və məişət işlərində insanlara köməyi
dəyən öküz, inək, at, pişik və s. ev heyvanlarını bir–birindən fərqləndirmək üçün işlənən adlar qrupudur.
Xüsusi zoonimlərə biz hələ ―Kitabi-Dədə Qorqud‖dastanının boylarında rast gəlirik. Orada hər bir
qəhrəmanın atının adı vardır. Məsələn: Təpəl qaşqa (Dondarın adı), Ağ ayğır (İmranın atı), Boz at (Beyrəyin
atı ), Qonur at (Qaranın atı), Göy ayğır, Boz ayğır, Keçəl ayğır, Göy bədoy və s. Dastanın boylarında Oğuz
türklərinin onqonu sayılan toğan (qartalın bir növü), şonqar (qartalın başqa bir növü), cal qaraquş və s.
xatırlanır. M.Kaşğarinin ―Divani lüğət-it türk‖ əsərində, eləcə də Fəzlullah Rəşidədinin ‖Oğuznamə‖sində
göstərilir ki, adı çəkilən həmin quşlara müsəlman olmamışdan əvvəl oğuzlar sitayiş edirlərmiş.
―Koroğlu‖ dastaninda da maraqlı at adları-zoonimlər işlənmişdir. Məsələn:
Bir atı var Alapaça,
Aman vermir, Qırat qaca.
Şeşpərinin ucu haça,
Giziroğlu Mustafa bəy.
Burada ala-paça atın dərisinin əlamətini, qır-at qırmızı cil-cil xallarının olmasını, dürat ağ rəngi
bildirir. Umumiyyətlə, Azərbaycan onomastikasında atlara verilən adlar müxtəlif prinsiplərə əsaslanır.
Bunları belə qruplaşdırmaq olar:
a)Etnonim və toponimlərlə bağlı olan at adları: Qazax atı, Şirvan atı, Qarabağ atı, Ərəb atı, Dilboz at,
Quba yorğası və s.
b)Atın xarakteri, yeriş və qaçışına görə verilən adlar: Uçağan, Yelqanad, Qaçağan, Başaparan, Boran,
İldırım, Tufan və s.
c)Atın zahiri görünüşü, rəngi ilə əlaqədar verilən adlar: Alapaça, Bozat, Qaraca, Qaşqar, Qızıl, Qaratel,
Mərcan, Ağca, Göyər və s.
ç)Səma cisimlərinin adları ilə əlaqədar olan at adları: Ulduz, Aynişan, Günəş, Qəmər
d)Heyvan və quş adları ilə bağlı at adları: Tərlan, Şahin, Qartal, Bəbir və s.
Azərbaycan onomastikasında itlərə verilən adlar da xüsusi yer tutur. Belə ki, kənd təsərrüfatında
qoyunçuluq və maldarlıqla məşğul olan insanlar, eləcə də həyət-bacanı oğrulardan qorumaq üçün xüsusi itlər
saxlamışlar. Müasir dövrdə də böyük fermerlər yaylaq və qışlaqlarda Qanqal cinsli qoyun itləri bəsləyirlər.
Bununla belə, sərhəd və kömrük xidmətində və cinəyatkarlıqla mübarizədə xüsusi təlim görmüş alman itləri
saxlayırlar. Deməli, çoban və ovçuların, həm də sərhədçi və kömrükçülərin də ən yaxşı və etibarlı
köməkçiləri itlərdir.
Maldar həyatı keçirən insanlar həmişə itlə ünsiyyətdə olaraq onlara da bir-birindən fərqləndirmək üçün
maraqlı adlar vermişlər. Bunlardan bir neçəsinə diqqət yetirək:
a)Cəsurluq və qorxmazlığa görə verilən adlar. Məsələn: Saymaz (yəni qurdu saymır), Boğar (yəni
qurdu boğar), Qurdbasan (qurdu basdığına görə), Pələng, Bəbir (cəsurluğuna görə), Toplan (qoyun sürüsünü
toplamaq mənasında), Qanlı (canavarın qanını tökdüyü üçün), Qaplan (qapmaq mənasında) və s.
b)Bədən forması və digər əlamətlərinə görə itlərə verilən adlar. Məsələn: Pələş (iri qulaqları olduğu
üçün), Çənbər (dik və yumru quyruğuna görə)
c)Rənginə görə itlərə verilən adlar. Məsələn: Kömür (qara rəngdə olduğu üçün), Bozdar (boz rəngdə
olduğu üçün), Xallı (dərisində müxtəlif xallar olduğu üçün), Bənək (dərisində az xalı olduğu üçün), Qızıl
(qırmızı rəngdə olduğu üçün) və s.
Qoyunları da fərqləndirmək üçün müəyyən adlardan istifadə edilir. Məsələn: Çalkərə, Saqqar kərə,
Qumral kəlin, Qumral kərə, Qara kəlin, Boz kərə, Qara kürə və s.
Mal-qara saxlayan insanlar evdəki inəklərə, həm də öküzlərə rənginə, xasiyyətinə, görkəm və fiziki
quruluşuna görə adlar verirlər. Məsələn: Məxmər (tükünə görə), Şeşə (buynuzuna görə), Muncuq (rənginə
görə), Sarıtel (alnındakı tükünə görə), Qaşqa (başındakı ağına görə) və s. Burada kərə qulağı qısa, kürə
qulaq hisəssi heç olmayan, kəlin buynuzlu qoyuna deyilir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
179
Azərbaycan dilində işlənən zoonimlər quruluşuna görə sadə (Mərcan, Məxmər, Qızıl, Məstan),
düzəltmə (Xal-lı, Bən-ək, Bas-ar, Say-maz, Boğ-ar və s.) və mürəkkəb quruluşdadır: Qarakəhər, Agbədöv,
Alapaça və s.
Göründüyü kimi, insanlar əhlilləşdirilmiş ev heyvanlarına ad verməklə həm onları bir-birindən
fərqləndirmiş, həm də onlarla az da olsa, ünsiyyət saxlaya bilmişlər. Sahibi iti öz adı ilə çağıranda o sahibini
səsindən tanıyaraq onun yanına gəlib quyruğunu bulayır. Evdə-eşikdə, sərhəd zastavasına, kömrük-keçid
məntəqələrində biz bunun dəfələrlə şahidi olmuşuq. Yaxud ev sahibi inəyi adı ilə çağıranda o hiss edir,
sahibinə yaxınlaşır. Bilir ki, sahibi ya ona yemək verəcək, ya da sağacaqdır.
Azərbaycan dilində işlənən zoonimlərə aid nümunələrin sayını artırmaq mümkündür. Lakin bu xüsusi
tədqiqat işi tələb edir. Ona görə ki, onomastik leksikanın geniş bir sahəsini əks etdirən xüsusi zoonimlər
lazımınca öyrənilməmişdir.
“KĠTABĠ-DƏDƏ QORQUD” DASTANINDA QEYD OLUNMUġ TOPONĠMLƏRĠN
AZƏRBAYCAN, TÜRKĠYƏ VƏ ERMƏNĠSTAN PARALELLƏRĠ
Məşədiyev Q.
Azərbaycan Milli Elmlər Akademiyası
Rüstəmov Ə.
Sumqayıt Dövlət Universiteti
Bu gün Türkiyə ilə Azərbaycanın, eləcə də başqa türk ölkələrinin əlaqələri hər bir sahədə olduğu kimi,
elm sahəsində də genişlənməyə başlamışdır. İndi dilçilərimiz hər iki ölkənin yer adlarını müqayisəli şəkildə
araşdırır, oxşar və fərqli cəhətlərini aşkara çıxarırlar. Bu baxımdan Azərbaycanda və Türkiyə ərazisində olan
yer adlarının tədqiqinə maraq xeyli artmış, həmin onomastik vahidlərin məna və mənşəyini, paralel
xüsusiyyətlərini öyrənməyə güclü həvəs yaranmışdır. Çünki müxtəlif ərazilərdə toponimik adlar ətraflı
araşdırılır və bu zaman yeni fikir və mülahizələr meydana çıxır.
Dastan yaradıcılığı dünya ədəbiyyatında ayrı-ayrı xalqların müxtəlif tarixi dövlətlərdə ədəbi-bədii,
ictimai-siyasi düşüncəsini əks etdirən şifahi yaradıcılıq sahələrindən biridir. Xalqımızın həyatını, məişətini,
adət və ənənələrini özündə əks etdirən, Türk dünyasının qədim mədəniyyət abidələrindən, bədii və fəlsəfi
təfəkkürümüzün ən nadir incilərindən sayılan, dilimizin və mənəviyyatımızın şah əsəri olan ―Kitabi-Dədə
Qorqud‖ xüsusi maraq doğurur. ―Dədə Qorqud kitabı‖ ədəbi əsər olmaqdan başqa, bədii şəkildə yazılmış
Oğuz zamanının tarixidir. Bu dastana yalnız ədəbi ölçülərlə dəyərləndirilən əsər kimi baxmaq olmaz. Kitab
həm də tariximizin, soykökümüzün, mənşəyimizin, məskənimizin müəyyənləşdirilməsi üçün də son dərəcədə
etibarlı və mötəbər bir qaynaqdır.
―Dədə Qorqud kitabı‖nın özü təsdiq edir ki, onun boyları Qafqazın cənub ətəkləri və bütövlükdə
Azərbaycan ərazisilə bağlıdır, boylardakı əhvalatlar Kür-Araz düzənliyində, Şərur mahalında, Əlincəqala
qoruqlarında, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qara dağda, Kökcə dağda,
Boyatda və s. yerlərdə baş verir. Bu adda yerlər isə Naxçıvan ərazisində, Araz üstündə, Zəngəzurda, Göyçə
mahalında, Ağcabədidə, Şəmkirdə, Şəkidə, Şirvanda, Abşeron torpağında bu gün belə mövcuddur.
Mədəniyyətimizin şah əsəri olan ―Kitabi-Dədə Qorqud‖da hadisələr ulu babalarımızın yaşadığı bütün
torpaqlarda – Dəmir qapı Dərbənddən Diyarbəkir torpaqlarına və Mardinə, Xəzərdən Qara dəniz
sahillərinədək, Abxaz elinə, Trabzona qədər geniş ərazilərdə cərəyan edirdi. Tarixi araşdırmalar türk
etnoslarının Türkiyə və Azərbaycan ərazisində yaşadıqlarını təsdiqləyir. Hər iki ölkənin ərazisindəki
toponimlər türk etnoslarının, əsasən də Oğuzların bu ərazilərin sakinləri olduğunu sübut edir. Bu səbəbdən
areal toponimlərin tarixi, coğrafi, eləcə də dil baxımından araşdırılması çox aktual məsələlərdən biridir.
Azərbaycan, eləcə də Türkiyə ərazisində türkdilli qəbilə və tayfaların məskunlaşmasının tarixi lap qədimlərə
gedib çıxır. Onu da qeyd edək ki, areal toponomik adların təkrarlanması və yayılması müxtəlif səbəblərlə
bağlıdır. Tayfalar yaşamaq üçün əkin yerlərinin əlverişli olmaması səbəbindən, bəzən də savaş nəticəsində
məcburi köçürlər. Müxtəlif dövrlərdə bir ərazidə yaşayan tayfalar başqa əraziyə köçərkən toponimlərin
adlarını da özləri ilə aparmış, məskunlaşdıqları yerə qoymuşlar. Bu zaman ərazidə yaşayan yerli tayfalar və
ya tayfa birləşmələri həmin adları düzgün tələffüz edə bilmədiklərindən ya təhrif etmiş, ya da yazılışında
yanlışlığa yol vermişlər. Beləliklə, ayrı-ayrı tayfalar və xalqlar tərəfindən coğrafi obyektlərə verilən termin
adlar bir-birinə qarışmışdır. Ümumiyyətlə, onomastik adlar, əsasən də toponimlər təkcə respublikamızın
deyil, digər dövlətlərin ərazisində yaşamış bir sıra tayfa, qəbilə adları ilə əlaqəli şəkildə öyrənilməlidir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
180
Çünki əlaqəli şəkildə onomastik vahidlərin öyrənilməsi hər hansı bir ərazidə tarixən sakin olmuş əhalinin
etnik tərkibini öyrənməyə çox kömək edir.
Dastanda ―İç oğuz‖ adına tez-tez rast gəlirik. ―İç oğuz‖ dedikdə Kür-Araz ovalığı (Aran) yerləşən
torpaqlar nəzərdə tutulurdu. ―Dış oğuz‖a isə Şimali və Cənubi Azərbaycan vilayətləri, habelə gündoğan
Anadolunun Van vilayəti və qalan ərazilər daxil idi. Erkən orta əsrlərdən Azərbaycan kimi tanınan Oğuz
dövləti Urmiya, Göyçə gölü və Xəzər dənizi, Qızılüzən və Samur çayı, Dəmir qapı Dərbənd və Həmədan
çevrəsi əraziləri əhatə edirdi.
Dastan Azərbaycanın bütövlüyünü göstərir. Dastanda əksini tapan adət-ənənə, etnoqrafiya, məişət,
toponimlər, qəhrəmanlıq hadisələri məhz azərbaycanlı təfəkkürünün, yaşayış tərzinin bariz ədəbi
nümunələridir. Fridrix fon Dits Oğuz siklopunu Odissey qəhrəmanları ilə müqayisə edərək yazırdı ki,
dastanda oğuzların obrazı daha bütöv, daha realdır. Fon Ditsin "Oğuznamə" kitabı var. Bu dastanı hər kəsə
təqdim etmək vacibdir. Azərbaycan xalqının hardan gəlib hara getdiyi bu dastanlarda tamlığı ilə əksini tapıb.
Qorqud nə qədər əfsanəvidirsə, o qədər həqiqdir. Qəhrəmanın real adam olmağı onu qəhrəman etmir, o,
əfsanələşməsi ilə qəhrəmandır.
Qaragünə antroponimi Qərbi Azərbaycan ərazisində toponimik ad olaraq hifz olunub saxlanılmışdır.
Əlbəttə, Qaraqunə toponimi Qərbi Azərbaycana təsadüfi düşməmişdir. Bu ad Dədə Qorqud dastanı ilə
bilavasitə bağlıdır. Dədə Qorqud dastanında Qaraqunə Qazan xanın qardaşının adıdır.
Bayandır - Dədə Qorqud dastanlarında oğuzların başçısı Qamqan oğlu Bayındır xandır. Bu ad areal
toponimlərdə öz işləkliyini saxlamaqdadır. Türkiyənin Bolu bölgəsində 6, Hudavendiyarda 5yerdə qeydə
alınmışdır. Azərbaycanda da (Laçın, Bərdə, Tərtər, Xanlar) Bayandır tayfasının adı ilə bağlı toponim,
oykonim, hidronim vardır. Bayandur oykonimi Tərtər rayonunun Səhlaabad i.ə.v.-də kənd. Qarabağ
düzündədir. Yaşayış məntəqəsi Laçın ranunun keçmiş Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması
nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933- cü ildə Bərdə ranunun Xoruzlu və Güloğlular i.ə.v.-lərində
eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış məntəqələri vardır.
Bayandır adının kökü əski türk sözü olan "bay"-dır. Mənası "varlı", "zəngin" deməkdir. Bu məna indi də
qalır. Faruk Sümer Anadoluda Bayandur adlı 52 oykonimin olmasını qeyd etmişdir. Azərbaycanın şimal
rayonlarının dialektində «bay» sözü – hündür/iri/böyük/ canlı mənalarında qalmaqdadır. Qərbi Azərbaycan,
indiki Ermənistan ərazisində Bayandur etnotoponiminin variantlarının müxtəlif areallarda yaşayan izləri də
bu yerlərin məhz türk torpaqları olduğunu sübut edir. Ermənistan ərazisində, Gorus rayonunda 2 Bayandur
kəndi, Düzkənd rayonunda isə başqa bir Bayandur toponimi vardır. Bayandur etnotoponiminin müxtəlif
areallarını göstərmək olar. Bu ad Bayandur // Bayandır // Bayındır // Baymdur fonetik variantlarda
işlənməkdədir.
Bayat - ―Bayat boyundan Qorqud ata derlər bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisiydi‖.
Xalqımızın qədim və möhtəşəm abidəsi, məhəbbət və qəhrəmanlıq dastanı «Kitabi-Dədə Qorqud» bu
sözlərlə başlanır. Bayatlar, bilindiyi kimi, tariximizdə mənəvi şəxsiyyətlər yetirmiş bir boydur. Oğuzların
dövlət və din adamı Dədə Qorqud, məşhur şair Füzuli bu boya mənsub idi. XV əsrin başlanğıcında Intab ilə
Hələb arasında yaşayan bayatlar XVI əsrdə digər türkmənlərlə birlikdə Hələb türkmənlərini meydana
gətirmiş, XVI əsrin əvvəllərində «Bayadi» adı ilə tanınmışlar. Anadolu və Antakyada isə onlar ən məşhur
oymaqlar olan Xəfərli, Şərəfli, Qızıldonlu, Ökdənli, Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd
salmışlar. XVI əsrdə bunların bir qismi Qaraman, bir qismi də Adana bölgələrinə köçmüşlər. Boyat //
Bayat// Bayatlılar // SincanBoyat // Qızıltəpə Boyat // Boyatan süxtə // Bayatlı // Keşlak bayat // Əlbayat //
Boqayat (Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif ərazilərdə, o cümlədən Azərbaycanda da arealları
vardır. Azərbaycan ərazisində Ağcəbədi rayonunda Boyat kənd adı, Ucar, Neftçala və Şamaxı rayonlarında
eyni adlı Boyat kəndi, Dəvəçi rayonunda Boyat və Sincan Boyat kəndləri, Dərbənddə Boyatlar məhəlləsi var.
Türkiyənin Konya bölgəsində (7), Xudavəindigar-Bursa bölgəsi (4), Qara Hisari-SahibAfyon (4), Karasu-
Balıkesirdə 4 yerdə məskunlaşmışlar. XV və XVII əsrlərdə Anadoluda, hətta İranda da boylardan bir
çoxlarının adlarının (əfşar, bayat, çavundur, salur, eymür, bayındır) Oğuz kimi daha ziyadə türk oymaqları
arasında şəxs adı olaraq işləndiyinin müşahidə olunmuşdur. Bunun daha əvvəl də göstərildiyi kimi,
Türkiyədə oğuzçuluq cərəyanı ilə əlaqədar olduğu aşkardır. Əfşarlar etnogenezimizin formalaşmasında
iştirak etmiş ən qədim türk tayfalarından biridir. Bu gün də Afşar adı bir çox oykonimlərin adında
qalmaqdadır. ―Dairətül-maarif və Əfqanıstan‖ adlı əfqan ensiklopediyasında Əfqanıstan ərazisindəki
azərbaycanlılar haqqında deyilir: ―Azəri-Azərbaycan türklərinin keçmiş tayfaları – çox hissəsi Nadir şahın
hakimiyyəti dövründə Əfqanıstana köçürülmüşlər. Onlar əsasən Kabul ətrafındakı Əfşar təpə və Nənəkçi
kəndlərində yaşayır, öz ana dillərində danışırlar. Deməli, Əfqanıstandakı Əfşar Nanəkçi, Əfşarxan
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
181
toponimləri də avşar etnonimi əsasında formalaşmışdır‖. Qərbi Azərbaycanda (İrəvanda) bu etnonimlə bağlı
toponimlər mövcuddur. Məsələn, Avsarlı kəndi. ―Avsarlı toponimi qədim türk tayfalarından biri olan avşar
etnoniminə Azərbaycan dilində mənsubluq bildirən ―-lı‖ şəkilçisinin qoşulması əsasında meydana gəlmişdir
və ―avşar tayfasının yaşadığı yer‖ mənasını ifadə edir. Avsarlı toponiminin kökündə dayanan avsar, avşar
etnoniminin fonetik variantıdır. Burada ş~s səs əvəzlənməsi baş vermişdir ki, bu da Azərbaycan dili üçün
qanunauyğun haldır. Məsələn: Sabran – Şabran əvəzlənməsi kimi‖. Mənbələrdə qeyd edilən Afşar variantı
ilə indiki dövrdə yazılan Əfşar forması arasında təkcə a~ə əvəzlənməsi vardır. Göründüyü kimi, hazırda bu
onomastik vahidin yazılışının müxtəlif variantları vardır. Variativlik uzun tarixi dövr ərzində meydana
gəlmiş və bunun da həm intralinqvistik, həm də ekstralinqvistik səbəbləri vardır.
Məşhur təbib və tarixçi Rəşidəddinə əsaslanaraq, həmin etnonimin Oğuz Xaqanın oğlu Ulduz xanın
dörd oğlundan ən böyüyü olan Auşarın soyundan əmələ gəlməsi fikrini irəli sürmək olar. Rəşidəddin Auşar
adının cəsur, ov həvəskarı mənasını bildirməsi fikrini qeyd etmişdir .
―Kitabi-Dədə Qorqud‖ boylarının toponimlərinin araşdırılması boyların yarandığı tarixi-coğrafi
yurdların aydınlaşdırılması baxımından mühüm mənbədir. Boylarda cərəyan edən hadisələrin hüdudları isə
olduqca genişdir. Müasir bölgüdə türklərin ana yurdu Sibirdən, Altaydan başlamış (qədim Türküstan Orta
Asiyanı da içərisinə almaqla) bütövlükdə Qafqaz, Qara dəniz sahilləri və bugünkü Türkiyəni əhatə edir.
―Kitabi -Dədə Qorqud‖ boylarında adı keçən tarixi - coğrafi toponimləri məna baxımından aşağıdakı
səpkidə qruplaşdırmaq olar:
a) Tayfa, el-oba adları: Oğuz eli // oğuzlar, Rum eli, Qarun eli, alpanlar, abxazlar, qan Abxaz eli,
Ağsaqa, pasinlər, İç Oğuz, Taş Oğuz və s.
b) Dağ, dərə, dəniz, çay, yer, yurd, orman adları: Ağlağan, Ala dağ, Qara dağ, Gökcə dağ, Ağ orman,
Talı sazı, Ağ saz, Ağ qaya, Arı gölü, Ayqırgözlər suyu, Qanlı su, Amid suyu, Quru çay, Umman dənizi, Qara
dəniz və s.
c) Dövlət, şəhər, qala, qəsr, şəxs adları: Türküstan, Gürcüstan, İstanbul, Trabuzan, Bayburd, Gəncə,
Bərdə, Dərbənd, Kərbəla, Məkkə, Mədinə, Ərafat, Sürməli, Tumanın qalası, Düzmürd qalası, Əlincə qalası
və s.. Naxçıvan toponimləri bölgənin ―tarix kitabı‖dır. Bu adları‖torpağın yaddaşı‖na yazan ―Dədə Qorqud‖
dastanındakı Əlincə qalası, Dərəşam, Dərəşam suyu, Əyrək, Bəkdüz, Qaraçuğ kimi yer adları birbaşa
Naxçıvan ərazisi ilə bağlıdır. Tanınmış coğrafiyaşünas alim Səfəralı Babayevərazidə mövcud olan Şərur,
Sədərək, Qazançı, Qazan yurdu, Qazangöldağ, Qara çoban düzü, Qara dərə, Qara dağ, Dərbənd, Salaxan
qayası, Buğa çeşmə, Sarı ağıl, Sarı bulaq, Ağ qaya, Altuntaxt və s. kimi toponimlərin mənşəyinin ―Kitabi-
Dədə Qorqud‖la bağlı olduğunu yazıb. Tədqiqat sübut edir ki, ―Kitabi-Dədə Qorqud‖dakı Naxçıvan
toponimlərin leksik-semantik və etimoloji cəhətdən çox zəngin xüsusiyyətə malikdir. Fikrimizcə, Naxçıvan
ərazisində Dədə Qorqudun toponimlərinin qeydə alınması buranın vaxtilə Oğuz yurdu olduğunu göstərir.
―Dərəşam‖ toponiminə biz dastanın ―Uşun Qoca oğlu Səgrək boyu‖nda rast gəlirik. Bu coğrafi obyekt Babək
rayonu ilə Culfa rayonunun sərhədində, Araz çayının sahilində yerləşən qədim yaşayış məskəni və böyük bir
ərazinin adıdır.
"Daş oğuz"dan (Dış oğuzdan) yadigar qalan "Daş üz", qıbçaqlardan yadigar qalan "Qıbçaq" kəndi
buradadır. Qıpçaq-XII-XIII əsrlərdə şimali Qafqazda və Qara dənizin şimal çöllərində köçəri halında
yaşayan türk dilli tayfalara verilən addır. Qıpçaq ―çölçü‖, ―çöldə yaşayan‖ deməkdir. Qax rayonunda kənd
adıdır. IX əsrdə eldən ayrılmış bu boy qərbə doğru köçmüş, Şimaldan oğuzlara qonşu olmuşdur. Hələ
«Hüdud ül-aləm» qıpçaqların bəzi adətlərdə oğuzlara bənzədiyi göstərilir. Kıfçak türk tayfalarından birinin
adı kimi Mahmud Kaşğarinin ―Divani-lüğat-üt-türk‖ əsərində dəfələrlə xatırlanmış və ləhcəsinin bir çox
baxımdan oğuzlarınkına uyğun olduğunu qeyd etmişdir. Oğuzun nəsil səcərəsindəki türk sərkərdəsi
Belakanın adından yadigar qalan və yerli camaatın indi də "Bələkan", "Beləkan" adlandırdığı "Balakən" də
buradadır". XIII-XVIII əsrlər gürcü mənbələrində Belakani variantında adı çəkilir. Yer adlarının təhlili
göstərir ki, hazırda elm aləmində məlum olan Drezden və Vatikan nüsxələrinin boylarında cərəyan edən
hadisə və əhvalatlar, əsasən, Qafqazla-qədim Azərbaycan (Şimal-Cənub), o cümlədən indi Ermənistana daxil
edilən qədim türk-oğuz Azərbaycan torpaqları, Gürcüstan və Anadolu bölgələri ilə bağlıdır.
Toponim, etnonim, hidronim, antroponimi və s. tarixi abidə, sərvət hesab etmək olar. Belə bir sərvətə
yanaşma düzgün olmalı və qiymətli sərvətimiz kimi qorunmalıdır.
Dostları ilə paylaş: |