ĠTALYANDĠLLĠ ĠCTĠMAĠ-SĠYASĠ MƏTNLƏRDƏ METAFORĠK ĠFADƏLƏR
Əliyeva A.V.
Azərbaycan Dillər Universiteti
İctimai-siyasi mətn dedikdə dövlət xadimlərinin çıxışları, beynəlxalq və dövlət təşkilatlarının
bəyanatları, sülh uğrunda mübarizə, beynəlxalq məsələlərin həlli ilə bağlı verilmiş notalar və s. bu tip
məlumatlar nəzərdə tutulur. İctimai-siyasi mətnlər təkcə hər hansı hadisə və ya problem haqqında məlumat
vermir, eyni zamanda bir çox digər funksiyaları həyata keçirir. Hər şeydən öncə, bu tip mətnlər hər hansı bir
məsələ ilə bağlı nöqteyi-nəzəri diqqətə çatdırır və kütlə üzərində müəyyən təsir gücünə malik olaraq təbliğat-
təşviqat xarakteri daşıyır.
İctimai-siyasi mətnlər öz strukturu ilə kütlə şüurunun lazımi tərəfinə təsir etməyi bacarmalıdır. Ona
görə də ağıllı siyasətçilər kütlə şüuru ilə həmahəng olan simvollarla, rituallarla əməliyyat aparırlar. İctimai-
siyasi mətnlərdə daha çox nəzərə çarpan metaforlardır. İtalyan ictimai-siyasi mətlərini təhlil etdikdə çox
zaman metaforik ifadələrə rast gəlinir. Məs.: ―guerra dell‘informazione‖-―informasiya müharibəsi‖, ―attacco
alla democrazia‖- ―demokratiyaya hücum‖, ―guerra diplomatica‖-―diplomatik döyüş‖ və s. İtalyan
siyasətində metaforik ifadələr ən çox seçici kütləsini manipulasiya etmək məqsədilə istifadə olunur. Buna
misal olaraq Silvio Berluskoninin "scendere in campo", yəni "meydançaya enmək" ifadəsini nümunə
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
222
göstərmək olar. Siyasətçi 26 yanvar 1994- cü ildə etdiyi məşhur çıxışında idman dilindən istifadə edərək
yaratdığı metaforik ifadə ilə onu dinləyən kütlənin diqqətini cəlb etməyə nail olmuşdu.
İtalyandilli mətnlərdə istifadə olunan digər təsirli metaforik ifadələrdən biri də "mettere le mani nelle
tasche degli italiani", yəni "əlini italyanların cibinə salmaq" ifadəsidir. Bu daha çox vergi sistemində olan
çatışmazlıqlar və vətəndaşlara qarşı olunan haqsızlıqları özündə əks etdirir. Bu ifadə ilə vergi sistemi bir
oğruya bənzədilir və sanki o vətəndaşa aid olanı onun cibindən oğurlayır.
İtalyan dilində ictimai- siyasi mətnləri təhlil etdikdə burada müxtəlif siyasətçilərin fərqli siyasi
dillərdən istifadə etdiyinin şahidi oluruq. Siyasətçilərin dili xüsusi qaydalara riayət etmir və o dildən istifadə
edən siyasətçidən asılı olaraq dəyişə bilir. Belə ki, hər bir siyasətçi özünün xüsusi dilnə malikdir. Məhz ona
görə bir çox hallarda hər hansı bir bəyanat və ya siyasi mətni oxuyarkən, hətta siyasi çıxışa qulaq asarkən
dərhal onun hansı siyasətçiyə aid olduğunu müəyyən edə bilirik. Məsələn: Bersani metaforlarla dolu çıxışları
ilə kütlənin nəzərini cəlb edə bilir. İtaliyanın hazırki baş naziri Matteo Renzi isə çox enerji saçan bir üsluba
malikdir. O, rəngli, yeni və alınma sözlərlə, əsasən də, ingilis alınmaları ilə zəngin bir dildən istifadə etməklə
yanaşı, öz çıxışlarında bir çox metaforik ifadələrə də yer verir. O, öz çıxışlarında xatırlanması asan olan
ritorik ifadələrdən daha çox istifadə edir. Bu da onu dinləyənlərin və yaxud onun siyasi mətnlərini
oxuyanların diqqətini cəlb etməyə xidmət edir.
İtalyan ictimai-siyasi dilində nəzərə çarpan dəyişikliklər həm leksik, həm də sintaktik səviyyədə
müşahidə olunur. Bəzi araşdırmaçılar hətta bəzi sözlərin mənasında da dəyişikliklərin edildiyini və dilə yeni
mənaların gətirildiyini qeyd edir. Məs.: ―Lotta di classe‖-―Siniflərin mübarizəsi‖ metaforik ifadəsi ―İnvidia
sociale‖-―Sosial paxıllıq‖ ifadəsi ilə əvəzlənib. İdman ifadələrindən istifadə edilərək metaforik ifadələrin
yaradılmasının da şahidi oluruq. Məs.: ―Discesa in campo‖, ―Fare squadra‖, ―Forza İtalia‖ və s.
Bütün bu deyilənləri nəzərə alsaq, belə bir nəticəyə gələ bilərik ki, ictimai-siyasi mətnlər təkcə ictimai-
siyasi məzmuna malik olmamalı, həmçinin öz xarakterinə, daxilə nüfuz etmə xüsusiyyətinə, kütləyə
xitabetmə formasına görə seçilməlidir. Bu zaman müxtəlif növ metaforik ifadələrdən istifadə mətnin dilinin
zənginləşməsinə və daha effektiv xarakter almasına şərait yaradır. Metaforik ifadələrlə zəngin olan
italyandilli ictimai-siyasi mətnlər isə kütlənin diqqətini asanlıqla cəlb edir və daha uzun müddət yaddaşlarda
qalır.
FUNKSĠONAL ÜSLUBLARDA MĠLLĠ VƏ ALINMA SÖZLƏRĠN MÖVQEYĠ
Əsgərova L.S.
Sumqayıt Dövlət Universiteti
Cəmiyyətin yüksək inkişafı ilə əlaqədar insan fəaliyyətinin müxtəlif sahələri meydana gəlmişdir.
Üslubların bütün fəaliyyət sahələrini əhatə edərək müxtəlif vəzifələr yerinə yetirməsi onların funksional, yəni
məşğulluqca bölgüsünə səbəb olmuşdur. Belə diferensiallaşma üslubların həm leksik, həm də qramatik
formalarının fərqliliyində özünü göstərir.
Müasir dövrdə dövlətlər arasındakı sıx əlaqələr dil yaxınlığına gətirib çıxarmışdır. Üslublar da, məhz
milli dilin digər dillərlə əlaqəsində mühüm rol oynayır, eyni zamanda diferensiallaşdırılaraq milli dilimizin
mükəməlliyindən xəbər verir. Bu səbəbdən üslubların yaranması və inkişafda daxili-intralinqvistik amillər
əsaslandığı kimi, xarici-ekstralinqvistik amillərin rolunu da inkar etmək olmaz.
Müasir milli dillərin lüğət tərkibindən bəhs edərkən alınma sözlərin şərtiliyi və nisbiliyini nəzərə
almaq lazımdır. Çünki elə bir milli dil tapılmaz ki, onun lüğət tərkibində alınma söz olmasın. Müasir
Azərbaycan dilinin lüğət tərkibində də alınma sözlərə kifayət qədər rast gəlinir. Əsasən, ərəb-fars, türk-
Osmanlı və rus-Avropa mənşəli sözlər dilimizdə çoxluq təşkil edir. Terminoloji səciyyə daşıyan belə sözlər,
əsasən, elmi üslubda geniş şəkildə işlənir. Bu terminlərdən bəziləri bir çox dünya dillərində işlənərək
beynəlmiləl terminlər səviyyəsinə qalxmışdır. Belə ki, riyaziyyatda işlənən ― loqarifm‖, ―tezis‖, ―radius‖,
―aksioma‖, ―teorem‖ və s. terminlər məhz beynəlmiləl səciyyə daşıyır. Bununla belə, elmi üslub əcnəbi
terminologiyası ilə seçilsə də, burada süni əvəzlənməyə, dəyişməyə yol vermək olmaz, milli dilimizin daxili
imkanları hesabına yaranan terminləri kor-koranə elmilik naminə alınma terminlərlə əvəz etmək doğru
olmazdı. Məsələn: dilçiliyimizdə səsartımı, səsdüşümü, səsfərqlənməsi kimi terminlər işlənilərsə, eyni
fonetik hadisələri müxtəlif ədəbiyyatlarda ―eliziya, ―proteza‖, ―diferensiasiya‖ şəklində ifadə etməyə ehtiyac
qalmır.
Bədii üslubun leksikasında milli söz və terminlərimizin geniş işlənməsinə baxmayaraq, yeri gəldikdə
surətlərin dilində fərdiləşmə və tipikləşmə aparmaq xatirinə alınma sözlərdən istifadə olunur. Bu sözlərin
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
223
köməyilə yazıçı bədii əsərdəki personajların tipik cəhətlərini, psixologiyasını, dil xüsusiyyətlərini və ictimai-
sinfi mövqeyini təsvir edir. Rus mədəniyyətinə yaxınlıq duyan sənətkarlarımızdan C.Məmmədquluzadə,
N.Nərimanov, M.F.Axundzadə, Q.Zakir və başqaları öz əsərləri və epistolyar üsluba daxil olan məktubları
vasitəsilə dilimizə bir sıra rus və beynəlmiləl sözlər gətirmişlər ki, onlar bu günə kimə aktuallığını
itirməmişdir. Belə sözlərdən aktyor, qəzet, jurnal, samovar, prokuror, pasport və s. göstərmək olar. Bədii
üslubda bu şəkildə konkret məfhum ifadə edən sözlərlə yanaşı, milli sözlərimizin dubleti kimi dilə daxil olan
və sonradan diferensiasiyaya uğrayaraq həmin sözlərin üslubi sinoniminə çevrilən ifadələr də obrazlılıq,
təsirlilik xatirinə geniş işlənir. Məsələn: ərəb-fars təhsili, dini-əxlaqi görüşlərə malik sənətkarlarımız Nizami,
Füzuli, Xaqani, Nəsimi, S.Ə.Şirvani və başqaları öz əsərlərində milli ―üz‖ sözü ilə yanaşı ―rüxsar‖ (ərəb),
―bəniz‖ (türk), kimi dubletləri də işlətmişlər.
Məişət və epistolyar üslublarda daha çox hamı üçün anlaşılan ümumişlək sözlər işlənir. Eyni zamanda,
əsasən, məişət üslubunda özünü göstərən, bədii üslubda, surətlərin regional fərqliliyini üzə çıxarmaq üçün
istifadə olunan regional-dialektal vahidlər xarici təsirlərə məruz qalsa da, məhz dilimizin daxili imkanları
hesabına yaranır. Məsələn: bəri, bayır, eşik, ayna və s. kimi qərb regionuna məxsus dialektlərimizdən
gündəlik danışığımızda, bədii əsərlərin dilində istifadə olunur.
Rəsmi üslubda standart qəlib ifadələr şəklində, əsasən alınma və beynəlmiləl sözlər çoxluq təşkil edir.
Siyasi-sosial səciyyəli bəyannamə, protokol, arayış, əqd və s. kimi alınma terminlər yalnız bu üslubda işlənir
və xüsusi terminologiya yaradır. Lakin sənədin məzmunundan asılı olaraq, milli səciyyəli söz və terminlərə
də müraciət olunur, ümumişlək ifadələrə yol verilir.
Publisistik üslub kütləvi səciyyə daşıdığından burada hamının başa düşəcəyi, anlaşıqlı, milli və alınma
söz və ifadələrə daha çox yer verilir.
Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, funksional üslublarda məqsəddən və
məzmundan başqa, əcnəbi dillərlə əlaqə nəticəsində xarici amillərin təsirinə məruz qalma səviyyəsindən asılı
olaraq, milli və alınma sözlərin nisbəti dəyişir.
Yalnız zəruri ehtiyac duyulduqda, yeni yaranan məfhumu ifadə etmək üçün milli leksikonumuzda söz
qıtlığı yarandıqda əcnəbi dillərə müraciət etmək doğru addımdır. Belə ki, alınma sözlərin işlədilməsində
müəyyən əsaslar olmalı, hər cür alınma sözü dilə daxil etməklə dilin lüğət tərkibinin milli-alınma söz
proporsiyasında alınmalara üstünlük verməyin qarşısı alınmalıdır.
TEMPORALLIQ FUNKSĠONAL-SEMANTĠK KATEQORĠYASI
Fərzəliyeva M.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (Ağcabədi filialı)
Mətn sintaksisi məsələsi Azərbaycan dilçiliyində yeni olduğundan mətnin qurulması və
funksionallaşması prosesində zaman məsələsinin rolunun araşdırılması aktualdır. Bu baxımdan temporallıq
mətndaxili əlaqəlilik növlərindən biridir. Mətnin tərkib hissələrinin əlaqələndirilməsində temporallığın rolu
böyükdür.
Aspektuallıq, temporallıq, növ (feillərdə növ fərqləri), lokativlik və s. müxtəlif dil kateqoriyalarıdır.
Funksional-semantik sahə yalnız qrammatik vahidləri əhatə etmir, semantik kateqoriya elementləri də buraya
daxildir. «Funksional-semantik sahə» termini dil vasitələri ilə qrup şəklində (nizama, qaydaya salınmış
cəmlik, topluluq) qarşılıqlı münasibətdədir. Bu termin «funksional-semantik kateqoriya» termini ilə
paraleldir, sistem-struktur təşkil edir. Funksional-semantik kateqoriya dil vahidinin semantik kateqorial
aspektlərini nəzərə çarpdırır.
Qrammatikada sahə anlayışı ilə XX əsrin 60-70-ci illərində V.Q.Admoni, M.M.Quxman, E.V.Qulqa,
E.İ.Şendels, A.V.Bondarko və başqaları məşğul olmuşlar. Onlar sahəyə anlayış kateqoriyası kimi baxmışlar.
Semantik kateqoriyalar-semantik invariantları doğurur, müxtəlif dil vasitələri ilə qarşılıqlı münasibətdə
olurlar. Məsələn: aspektuallığın semantik invariantı. Hər bir semantik variant funksional-semantik sahə
çərçivəsində dilin formal vasitələri ilə əlaqəyə girir. Funksional-semantik sahə ikitərəfli (məzmun-forma)
vahiddir, konkret vasitələri vardır.
Funksional-semantik sahənin digər xarakterik strukturu mərkəz və periferiya münasibətləridir. Mərkəz
(nüvə) funksional-semantik sahədə dil vahididir, semantik kateqoriyalar bu mərkəzdə ixtisaslaşır.
Funksional-semantik sahədə mərkəz (nüvə) və periferiya anlayışı dil sisteminin (F.Daneş və b.) ümumi
mərkəz və periferiya sistemi ilə əlaqədardır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
224
Funksional-semantik sahə çoxcəhətli struktur tiplərlə səciyyələnir. Bu sahəni qrammatik kateqoriyalar
bazalaşdırır, monosentrik (güclü mərkəz) sahə əmələ gətirir. Həmin monosentrik sahəyə aspektuallıq,
temporallıq, obyektiv modallıq, personallıq, növ, komparativlik və s kateqoriyalar da daxildir. Polisentrik
sahə isə zəif olur, bunlar müxtəlif dil vasitələri, homogen formalarla yaranır. Beləliklə, müasir Azərbaycan
dilində müxtəlif variantlar sahəyə aid tipləri (taksis, vəziyyət, subyektivlik, obyektivlik, müəyyənlik, qeyri-
müəyyənlik, əlamət və kəmiyyət, posessivlik, lokativlik, səbəb-nəticə, şərt və s.) formalaşdırır.
Müxtəlif dillərdə sahəni müxtəlif vasitələr əsaslandırır (baza rolunu oynayır). Məsələn: slavyan
dillərində sahənin mərkəzi aspektuallıqdır, onun reallaşmasında qrammatik növ kateqoriyası baza rolunu
oynayır. Alman dilində qrammatik növ kateqoriyası olmadığı üçün mərkəzi rolu müxtəlif leksik-qrammatik
vasitələr oynayır, burada son həddə çatma\ son həddə çatmama ifadə vasitəsi mühüm önəm daşıyır. Dildə
aspektuallıq, temporallıq semantik kompleks təşkil edir. Funksional-semantik sahə dildə sistem yaradır.
Funksional-semantik sahə sisteminin təsviri ilə funksional qrammatika məşğul olur. Funksional-semantik
sistemin bölünmə prinsipləri sistem münasibətə görədir (sahədə əsas qruplaşma və onların qarşılıqlı əlaqəsi)
sahənin semantik dominantları, sahə nəzəriyyəsinin tipoloji, tutuşdurma və diaxron aspektləri.
Sahə termin-anlayışına daxil olan kateqoriyalardan biri də temporallıqlır. Temporallıq dil sahəsidir.
Temporallıq-insanın qeyd olunmuş durumlarının vaxtını və onların elementlərinin danışanın nitqi anına,
yaxud digər hesablama nöqtəsinə uyğun qavrayışını göstərən funksional-semantik kateqoriyadır. «Vaxt
kateqoriyasının feilin zaman formaları ilə verilməsi temporal sahənin əsasını təşkil edir» Mətn sintaksisi
məsələsi Azərbaycan dilçiliyində yeni olduğundan mətnin qurulması və funksionallaşması prosesində zaman
məsələsinin rolunun araşdırılması aktualdır. Bu baxımdan temporallıq mətndaxili əlaqəlilik növlərindən
biridir. Mətnin tərkib hissələrinin əlaqələndirilməsində temporallığın rolu böyükdür.
Aspektuallıq, temporallıq, növ (feillərdə növ fərqləri), lokativlik və s. müxtəlif dil kateqoriyalarıdır.
Funksional-semantik sahə yalnız qrammatik vahidləri əhatə etmir, semantik kateqoriya elementləri də buraya
daxildir. «Funksional-semantik sahə» termini dil vasitələri ilə qrup şəklində (nizama, qaydaya salınmış
cəmlik, topluluq) qarşılıqlı münasibətdədir.
Temporallıq kateqoriyasına mətn səviyyəsində də yanaşmaq lazımdır. Hər bir dilin temporal sitstemi
onun zaman haqqındakı təsəvvürlərinin nə cür olduğunu aydınlaşdırır.
XALQ LĠRĠKASINDA VƏ MÜASĠR POEZĠYADA BAHAR LÖVHƏLƏRĠNĠN TƏSVĠRĠ
Hüseynova G.
AMEA, Folklor İnstitutu
Xalq lirikasında bahar oyanış, dirçəliş fəsli kimi həmişə məhəbbətlə tərənnüm olunmuşdur. Qışın
şaxtasından, qarından, azuqə qıtlığından əziyyət çəkən insanların baharın gəlişini toy-bayram kimi
qarşılamaları təsadüfi səciyyə daşımamışdır. Səməni göyərdilməsi də, şam yandırılması da, bayram
tonqalları çatılması da, yumurta boyanması da, buğda qovrulması da xalqın bolluq fəslinə tez qovuşmaq
arzusunun ifadəsidir. Günəşin qızması, havaların isinməsi ilə əlaqədar təbiətin gözəlləşməsi, dağların,
düzlərin yaşıllaşması, otun-pencərin bitməsi, köçəri quşların qayıdıb gəlməsi insanın əhvali-ruhiyyəsinə də
əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Elə buna görə də xalq lirikasında yaz mənzərələri cazibədar və
sirayətedicidir:
İl dolandı, gəldi yaz,
Bülbül satdı gülə naz.
Ağlım başımdan aldı
Burdan gedən sərvinaz.
Yazın gəlməsini bütün varlığı ilə arzulayan insanlar bahara həsr elədikləri bayatıları, nəğmələri
həmişə dua kimi oxumuş, təbiətin gözəlləşməsini bayram kimi qeyd etmişlər.
Aşiqəm, yaz fərağı,
Oxuyan, yaz fərağı.
Tamaşadır bülbülün
Gül ilə yaz fərağı.
Folklorda olduğu kimi, istər klassik, istərsə də müasir poeziyada fəsillərin təsvirinə xüsusi önəm
verilmişdir. Nizami «Isgəndərnamə» əsərində yazı da, qışı da gül-çiçəklə bəzənən, dağlarından laləsi əskik
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
225
olmayan, «qışını baharın nəsimi öpən», yaşıl meşələri cənnətə bənzəyən, ətəklərində bulaqlar çağlayan,
söyüdlüyü könül açan, kəklikləri oxuyan, turacları ötən Bərdənin mənzərəsin yaradır.
Dağların, düzlərin, çəmənlərin, meşələrin yaşıllaşmasının təsviri bütün yaz mənzərələri üçün
səciyyəvidir. Baharın gəlişi təkcə təbiəti gözəlləşdirmir, təkcə quşları mahnı oxumağa təhrik etmir, həm də
insanın ürəyində sevgi oyadır, onu sevib-sevilməyə, yaşayıb-yaratmağa səsləyir.
S.Vurğun, M.Müşfiq, R.Rza, M.Rahim, M.Dilbazi, Ə.Cəmil, B.Azəroğlu, H.Arif, N.Xəzri,
Q.Qasımzadə, B.Vahabzadə, N.Həsənzadə, M.Araz, T.Bayram, F.Qoca, F.Sadıq, M.Ismayıl, M.Yaqub,
Məmməd Aslan, A.Laçınlı, H.Kürdoğlu və başqa bu kimi şairlərimizin əsərlərində bahar ən çox müraciət
olunan mövzulardandır. Bu şairlərin əsərlərində yaz mənzərələrinin təsviri eyni səviyyədə olmasa da, onların
hamısının şeirlərində bahardan məhəbbətlə söhbət açılır.
«Bəs yazın gəlməsi şeir deyilmi» sualı ilə oxucunu düşündürən Hüseyn Arif baharı ən kiçik detalları
ilə təsvir etməyi bacaran şairlərimizdəndir. Onun «Ceyrançöldə axşam» şeiri peyzaj lirikamızın ən gözəl
nümunələrindən biri hesab oluna bilər.
«Ömrün payızında sevib-sevilən» B.Vahabzadənin «elə bilirəm ki, ilk baharam mən» söyləməsinin
psixoloji əsası var və onun bahara münasibətinin göstəricisidir.
«Günəş baxır təbəssümlə, Duman dönür qızıl tülə» misrası ilə bahar mənzərəsinin ilk cizgilərini
yaradan Qasım Qasımzadə lirik qəhrəmana məsləhət görür ki, təbiətin qız vaxtında bənövşəni öpüb yuxudan
ayıltsın.
«Nəğməsi küləkdən, nəfəsi mehdən» adlı şeirində baharı məhəbbətlə tərənnüm edən Nəbi Xəzri onu
bədii obraz səviyyəsinə qaldırmağı bacarır.
Əliağa Kürçaylının «Təzələndi», «Dan yeri qızaranda» və s. bu kimi bahar lövhələri yaradılan
şeirlərində «yaşıl alov», «yaşıl bulud», «zümrüd aləm», «yaşıl sel», «yamyaşıl sükut» və s. bu kimi
epitetlərdən istifadə olunur.
Fikrət Sadığın «Baharlı şeirlər» adlı silsiləsinə daxil olan hər bir poetik parçada bahar mənzərələrini
orijinal, özü də lakonik şəkildə təqdim etmək ustalığı özünü göstərməkdədir.
Ağa Laçınlının «Qırxqız yaylağında», «Təzələyəndə» «Biçənək» və s. şeirlərində yaz lövhələri çox
poetik, obrazlı şəkildə təqdim olunur.
Musa Yaqubun «Bir yaz gecəsində» şeirində təbiətə baharın gəlişi, mənzərələrin lirik qəhrəmanın
ürəyində oyatdığı duyğuları şairanə bir şəkildə öz bədii əksini tapmışdır.
«Gör nələr gətirdi özüylə bu yaz», «Göy meşələr, çəmənlər», «Bu yaz idi» və s. kimi şeirlərində
gözəl yaz mənzərələri yaradan Məmməd Ismayıl bu lövhələrin insanın iç dünyasına təsirini ön plana
gətirməyi daha çox xoşlayır.
Rafiq Yusifoğlunun bahar mövzusunda yazdığı şeirlər öz orijinallığı, bənzərsizliyi ilə diqqəti cəlb
edir. Şairin peyzaj yaratmaq üçün işlətdiyi cizgilər, detallar mənzərələrə cazibədarlıq verir. «Baharın
qədəmləri» adlı şeirdə ağacın dibində gül-çiçək açmasını, budaqlarda isə hələ ki, tumurcuqların gözə
dəymədiyini təsvir edən şair yazır ki, «Gövdənin içi ilə bahar yol gedir hələ, Üç-dörd günə çatacaq ən uca
budaqlara». Şairin şeirlərinin birində «baharın qapısını döyürdü ağacdələn» deməsi də, digərində baharın
ağacların budağında «yaşıl işıq yandırıb» meşəyə gedən yolların açıldığını söyləməsi də, başqa bir şeirində
qaranquşların «öz haça quyruqları ilə buludları doğrayıb biçməsinin» təsviri də son dərəcə maraqlı peyzaj
cizgiləridir. «Bahar duyğuları» adlı silsilə şeirlərdə isə poetik lövhələrlə baharın bitkin obrazı yaradılır.
Torpağın canına yaz günəşinin hərarəti axan kimi «qayadan sallanan buz salxımlarının dartınıb qayadan
özünü atması»nın, «budaqlardakı ağ libaslı qarın yerinə yaşıl tumurcuğun qonmasının», «baharın çiçək
gözlərinin gülməsinin» təsviri çox poetikdir, cazibədardır.
«Bahar, istəklimsən başdan, binadan» söyləyən Səməd Vurğundan tutumuş müasir poeziyamızın
tanınmış nümayəndələrinə qədər bütün qələm sahiblərimiz bahardan, yazın gəlişindən, təbiətin
oyanmasından, novruz ənənələrindən məhəbbətlə söhbət açmışlar.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
226
MƏMMƏD ARAZ LĠRĠKASINDA DĠL-ÜSLUB MƏSƏLƏLƏRĠ
Xəlilov Ə.
Sumqayıt Dövlət Universiteti
Milli poeziyamızın ―daş əsgəri‖ kimi Məmməd Araz həm də ―vətən daşı‖ olması ilə yüksəldi və xalqın
sevimlisinə çevrildi. ―Vaxt‖, ―taxt‖ şairi deyil, ―həyat‖ şairi (H.Arif) adını aldı, Arazı özünə ―Məmməd
Araz‖ edə bildi. Elə bu vəhdətlə yaşayıb-yaradan şairin hünəri onda oldu ki, şeirin adi, qara fəhləsindən
―general‖ rütbəsinə yüksəldi. ―Hamı döyüşlərdə general olsa, daha generallıq kimə gərəkdir?‖ Şeirin qara
fəhləlikdən generallığa gedən yolu onun sənət idealına çevrildi.
Sələfləri M.Müşfiq, S.Vurğun kimi M.Araz da sadə, səmimi deyim tərzi ilə ürəklərdə yuva qurdu:
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan-bacıdan gizlətdiklərimi,
Kağızdan, qələmdən gizlətməmişəm...
Bu cür səmimi, sadə, müdrik həyat və sənət yolu ilə o, fərdi üslubuna, özünəməxsusluğa qovuşdu.
―Dünya düzəlmir ki, düzəlmir, baba!‖ şeirlər toplusunun ilk misralarından son şeirlərinə qədər, demək olar
ki, hər beytində müdrik kəlamlar, fəlsəfi qənaətlərlə üzləşirik. Bunlarda Vətən sevgisi, torpaq qeyrəti və
məhəbbəti müstəsna yer tutur. Doğma yurda müraciətlə deyilən ― Səndən qeyri biz hər şeyi bölə billik,
Səndən qeyri biz hamımız ölə billik‖, ― Gözünü sil, vətən oğlu, ayağa qalx!‖ kimi alovlu misralar oxucunun
mənəvi aləminin təlatümə gətirir, onu öz oxundan tərpədir, silkələyib ayağa qaldırır, nəzərlərini böyük
ümidlə sabaha yönəldir, səfərbər olmağa hazırlayır:
Dur, içindən dovşanı qov,
Dur, özünü Bozqurd elə!..
və yaxud
Yıxın məni söz altından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsməyirsə söz qılıncım...
―Ayağa dur qoca vulkan – Azərbaycan!‖ deyən şair xalqı, düşünən gəncliyi ayıq-sayıq olmağa, ata-
baba torpağını yağılardan xilas etməyə çağırır. Şairin bütöv yaradıcılığına xas olan milli ruh, milli qeyrət
hisslərini burada da aydın görürük. Bədii təzadlardan, poetik suallar və nidalardan, yüksək intonasiya, ritm
və təkrirlərdən məharətlə istifadə edən xalq şairimiz yaradana, yerə, göyə xitabən, yer üzündə ədavətin
pozulacağından, şərin ayaq açıb yeriyəcəyindən təşviş hissi keçirir, vətəndaşlıq duyğularını böyük yanğı ilə
oxucusuna çatdırır:
Oyat bizi, ey Yaradan, Səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi!..
Burada hər sözün hikmətini, ürəkləri ehtirasa gətirməsini, hər müraciətin Vətən anlayışı ilə necə bağlı
olmasını görməmək mümkün deyil. ―Mayası turş ayran, zatı qırıqlar‖, ―qeyrəti xırdalananlar‖, ―başının altına
yastıq qoyanlar‖, ―yurdu qumara qoyan nadanlar‖, ―günəşdən, aydan utanmayanlar‖ şairin qəzəbinə tuş gəlir.
Məqsəd isə gec də olsa, onları qeyrətə, namusa, heç olmasa, ―yurdunun daşı, kəsəyi‖ olmağa çağırmaqdır.
Dünyanın öz məhvərindən çıxması, adamların çox soyuq, laqeyd olması, yalanın, böhtanın ayaq tutub
yeriməsi şairi dərin düşüncələrə qərq edir, ―qəm karvanı sanki onun üzərinə yeriyir‖, kədər, iztirab notları
təbii olaraq sevinci, ümidi bir anlığa da olsa, üstələyir. ―İti bazarında atından baha‖-deyən şair özünə
toxtaqlıq verir, ümumi bəlanın kökünü tapmış kimi görünür:
Bir gözü işıqdı, bir gözü buzdu,
Məkrli qadındı, gölçöhrə qızdı.
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu,
Mən belə dünyanın nəyindən küsüm?..
Buradakı ayrı-ayrı sözlər, ifadələr, təzadlar, təşbeh və bənzətmələr şairin poetik dilini daha tutarlı, daha
parlaq edir, ürəklərə təsiri, beyinlərə nüfuzu birə-beş artır. ―Dünya‖ mövzusunda həddən çox şeirlər yazılıb
və hamımız oxumuşuq. Lakin sübuta o qədər də ehtiyacı olmayan əsas məsələ budur ki, M.Araz tamamilə
yeni, orjinal bir ―dünya‖ yarada bilmişdir. Bu ―Dünya‖nı, zənnimizcə, bilməyən oxucu tapılmaz. ―Bu get-
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
227
gəllər bazarına dəvədir dünya‖ misrasından sonra gələn digər misralar da hər birimizi sanki ovsunlayır və
şairin gəldiyi fəlsəfi qənaətə inandırır:
Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm.
Mən özümlə oynadığım şahmata güldüm,
Dünya sənin, dünya mənim, dünya heç kimin!...
Dil-üslub cəhətdən burada o qədər məziyyətlər, incəliklər var ki, heyrət etməli olursan. Çünki şair
nəinki sözlərin, habelə, səslərin, hecaların, hətta hərflərin şeiriyyətini, musiqisini incə bir zövqlə düzə bilmiş,
ahəngdar bir vəhdət yaratmışdır. Eyniköklü sözlərin, vəzn, qafiyə sisteminin sənətkarcasına işlənilməsi,
forma-məzmun, məna çalarları, təkrirlər – bütün bunlar simfonik-fəlsəfi ideya aşılayır ki, elə bu cəhət
M.Arazı digər sənət nümayəndələrindən xeyli dərəcədə fərqləndirir.
Sözə hakim olmağın, hər misranın, beytin üstündə alışıb-yanmağın nəticəsidir ki, bu şeirlər mənəvi
dünyamızı işıqlandırır, yüksək, pak duyğularla yaşayıb yaratmağa sövq edir. ―Məndən ötdü qardaşıma
dəydi‖, ―Payız nidası‖, ―Muğanın şikayəti‖, ―Tarixçi alimə‖, ―Professor Gülə məktub‖, ―Vətən mənə oğul
desə‖, ―Azərbaycan deyiləndə‖, ―Füzuli kədəri‖ şeirləri, həmçinin ―Üç oğul anası‖, ―Paslı qılınc‖, ―Atamın
kitabı‖ və s. poemaları dediyimizə ən yaxşı sübutdur.
Böyük sələfləri olan dahi Nizamidən humanizmi, Nəsimidən əqidə və məsləki, Xətaidən qılıncla
qələmin vəhdətini, Füzulidən sözün məna və sehrini, ―Ağlar-güləyən‖ Sabirdən vətən sevgisini öyrənən
Məmməd Araz öz növbəsində istedadlı gəncliyə bu mühüm keyfiyyətləri öyrədə bilmişdir. Ona həsr olunan
330-dan çox şeir və nəzirələr heç də təsadüfi deyildir. Şairə olan böyük məhəbbətin nəticəsidir. Müasir
dünyanın mizan-tərəzisinin itirilməsi, ―Ölümlə, qalımla yanaşı duran‖ bəşəriyyətin faciəsi şairi ciddi narahat
edir, bunların kökünü, mənbəyini axtarır, insanları, böyük Yaradanı köməyə çağırır. ―Mən‖lərin, ―Sən‖lərin
günahını ürək ağrısı ilə açıb üzə çıxarır:
İnsanlar torpağı didib qurtardı,
İnsanlar işığı içib qurtardı.
Haqqı-ədaləti içib qurtardı,
Düz deyən dilləri kəsib qurtardı,
Düz yazan əlləri kəsib qurtardı,
Hər şey gözümüzün qabağındaca..
İlahi, ilahi, mən də insanam,
İlahi, əfv etmə günahlarımı!...
Bu misraları həyəcansız oxumaq mümkün deyildir. Kəskin təzadlar, suallar, xitablarla ifadə olunan
şairin qəzəb hisslərini, daxili çırpıntılarını, insanlığa hayqırtılarını oxucu yaxşı başa düşür, həlli çətin
məsələlərdə hər kəsin nöqsan və səhvlərinin olduğunu dərk edir.
Məmməd Araz lirikasının gücü, ləyaqəti, heç şübhəsiz ki, onun poetik dilinin zənginliyində, üslubunun
sadəlyi və şirinliyindədir. Ənənə ilə novatorluğun, xəlqliklə bədiiliyin harmonik rabitəsi onun şeirlərinin
ruhunu təşkil edir. Məmməd Araz poeziyasının dili zərgər dəqiqliyində, qanadlı və canlı olmasındadır ki, çox
asanlıqla da ürəkləri fəth edə bilir.
Dostları ilə paylaş: |