Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
211
ÇĠNGĠZ AYTMATOVUN ROMANLARININ SƏNƏTKARLIQ XÜSUSĠYYƏTLƏRĠ
Alıyeva A.A.
Sumqayıt Dövlət Universiteti
Sağlığında dünya şöhrəti qazanmış, əsərləri 160-dan çox dilə tərcümə olunmuş böyük qırğız yazıçısı
Çingiz Aytmatovun əsərləri sevgi, mənəvi kamilliyin daim yaşayacağına inam, insanlığı qorumaq uğrunda
mübarizəyə həsr olunub. Ədibin romanları zülmün, əsarətin, əzab və acıların adamı adamlığından şıxaran
müharibələrin içində insanın yenidən doğulması haqqındadır. Dağlarda maralların, canavarların, aslanların
nəslinin kəsilməsinə qarşı mübarizə aparan tək bir adam qalsa da, o, güclüdür. Çünki o, millətin ruhunun
ifadəsidir, haqqın tərəfindədir.
Ç.Aytmatov sovet rejimində yaşasa da, sovet yazıçısı olmadı. Rejimin qadağalarına məhəl qoymayan
yazıçı həm də uzaqgörən filosof olaraq xalqını keçmişini unutmağa, manqurtlaşmağa qoymadı. O yalnız
qırğızları deyil, bütün bəşəriyyəti düşünərək əsərlərini yazırdı. Onun baş qəhrəmanı öncə qırğız xalqı, öz
milləti, sonra insanlıq, bəşəriyyətdir. Bəşəri duyğular hər bir fərdin daxilindəki ruhdan başlanır. İnsan öncə
xalqını, milləti sevməlidir ki, bəşəriyyəti də sevə bilsin.
Yazıçının ―Ağ gəmi‖, ―Qiyamət‖, ―Gün var, əsrə bərabər‖, ―Əbədi gəlin‖ əsərlərində qırğızların
keçmişinə aid əfsanə və miflərin təsviri keçmişlə bu gün arasında bir körpüdür. Milli dəyərlər, mənəvi
zənginlik bu körpüdən keçərək müasir oxucuya çatır.
Ev-yurd fəlsəfəsini dövlət fəlsəfi səviyyəsinə yüksəldən Çingiz Aytmatov insanları ədalətli olmağa
çağırır. Onun bütün əsərlərində torpağın doğmalığı, vətənsevərlik və dünyasevərlik tək bir evdən başlayıb,
dünyanın sonluğuna uzanan bir qavrayış kimi qarşımıza çıxır.
Ədəbi-bədii məntiq və real mənzərələrlə sovet sisteminin ölümə məhkunluğunu hələ XX əsrin 70-80-ci
illərində öz əsərlərində əks etdirirdi. Azadlıq düşüncəsini ―Əlvida, Gülsarı‖ əsərində fəlsəfi, milli-etnik
cizgiləri ilə canlandıran yazıçı rejimin şərtlərini, totalitarizmi ən kəskin şəkildə ifşa etmişdir. İssık-Göl
ətrafında öz uşaq dünyası içində yaşayan qırğız balasının faciəsini (―Ağ gəmi‖), oğlu tərəfindən öldürülən
ananın ölümünü (―Gün var, əsrə bərabər‖), öz millətinin şifahi ədəbiyyat nümunələrini toplamaqdan başqa
heç bir günahı olmayan müəllimin (―Gün var, əsrə bərabər‖) ağır taleyini, rejimin günahını və yararsızlığını
ifadə etmişdir. Tarixlə də bu günü, insanla milləti, evlə dövləti birləşdirən Ç.Aytmatov həyat fəlsəfəsinin
incəliklərini, insan haqlarının bəşəri qaynaqlarını ən mükəmməl şəkildə ortaya qoymuşdur. İnsanın
özgələşməsi, yadlaşması problemi fəlsəfənin də, ədəbiyyatın da əzəli və əbədi mövzusudur. Ç.Aytmatov
―Gün var əsrə bərabər‖ romanında XX əsrin ən böyük kəşfindən birini etmişdir. Yaddaşı itirilən oğulun
anasını öldürməsini, əsrimizin mifik-sosioloji bir hadisəsi olaraq canlandırmışdır. Manqurtlaşma və manqurt
fəlsəfəsi əsasında böyük bir sistemi açmaq və izah etmək mümkündür.
Xəlqilik, fitri istedad, həssas və iti yazıçı müşahidəsi, fəlsəfi ümumiləşdirmə bacarığı, təxəyyülün
zənginliyi, təbiəti dərindən duymaq, ideya saflığı Ç.Aytmatov yardıcılığının əsasını təşkil edən aparıcı
xüsusiyyətlərdir. O, oxucuya nəsihət vermədən sözçülüyə qapılmadan həyati obrazlar yaradan sənətkardır.
Yazıçı insan qəlbinin sarı simini tərpədən, onun varlığını coşduran, əqlini fəallaşdıran həssas psixoloqdur.
Qələmə aldığı ən adi hadisəni, əhvalatı belə canlı insanlar vasitəsilə cəmiyyətdə Ana torpağın fonunda
təbiətin qoynunda təsvir edir. Oxucuları hazır düsturla arxayın salmayaraq məsələnin həllini, işin nəticəsini,
mətləbini onların öz öhdəsinə verir.
Müəllifin qayəsini biz gah personajların qarşılıqlı münasibətindən, ünsiyyətindən, gah daxili
monoloqlardan, gah lirik qəhrəmanın danışığından, gah da onun torpağa, insanlara, dünyaya xitablarından,
müraciətlərindən öyrənirik.
CƏLĠL MƏMMƏDQULUZADƏNĠN DĠL VƏ ÜSLUBĠ XÜSUSĠYYƏTLƏRĠ
Aslanova G.A.
Sumqayıt Dövlət Universiteti
Bədii üslubda mükəmməl əsər yaratmaq üçün ən əlverişli sözü və ifadəni tapıb işlətmək tələb olunur.
Sənətkarın təsvir etdiyi obyektə necə münasibət bəslədiyini bildirmək üçün buna uyğun nitq hissələri seçilir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ədəbi dillərinin yeni bir istiqamətdə inkişafı onun
tərkibinə məişət üslubunun daxil olması ilə səciyyələnir. Cəlil Məmmədquluzadənin hekayələrinin dili və
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
212
üslubu məişət üslubu əsasında yaranan ədəbi dilin örnəkləri kimi maraqlı və orijinal xüsusiyyətlərə malikdir.
Yazıçının hekayələrində xalqımızın həyat tərzi, milli məişəti real boyalarla təsvir olunmuşdur.
Əgər Xudayar bəy, Qurbanəli bəy və digər obrazların dili amirlik xüsusiyyətləri daşıyırsa,
Məhəmmədhəsən əmi, Zeynəb, Novruzəli kimi surətlərin nitqində yalvarış, məzlumluq mənarları ifadə edən
söz və ifadələr üstünlük təşkil edir. ―Qurbanəli bəy‖ hekayəsində aşağıdakı parçaya diqqət etsək, bu
xüsusiyyətləri aydın görmək olar.
―Kərbalayı Qasım şişmiş gözlərini bərəldib girdi içəri. Ağası genə əlini xəncərin dəstəsinə aparıb dedi:
−Kəblə Qasım mən səni öldürərəm!
Qonaqlar genə gülüşdülər.
Kərbalayı Qasım, əllərini döşünə qoyub alçaq səslə dedi:
−Niyə başına dönüm, ağa?‖
―Poçt qutusu‖ hekayəsində Novruzəlinin nitqi yalvarışlarla, onun yazıqlığını əks etdirən ifadələrlə
doludur. Onun yalvarışları geniş üslubi imknaları ilə seçilir. Novruzəlinin xana müracəti konkret səciyyə
daşıdığı üçün onun iç duyğularını parlaq şəkildə ifadə edir: ―Başına dolanım, xan, məni çövür balalarının
başına, məni bağışla!... Heç ziyanı yoxdur, hələ ölmənəm, sağ qalaram, qulluq edərəm, əvəzi çıxar, bir
qələtdir eləmişəm, ta neyləmək? İşdi belə oldu. Bunaların hamısı allahdandır. Gərək belə olaymış. Bağışla
məni, xan. Mən ölənə kimi nökərəm sənə...‖
Göründüyü kimi, müəllif Novruzəlinin nitqində elə söz və ifadələrdən istifadə etmişdir ki, obrazın
daxili aləmini onun danışıq üslubu mükəmməl şəkildə əks etdirir.
Obrazların danışıq üslubunda fərdiləşdirmə C.Məmmədquluzadənin hekayələrində milli koloritin,
canlı xalq danışıq dilinin təzahürü kimi maraq doğurur. Yazıçı ümümixalq dilinin zənginliklərinə bələd
olduğu üçün hər sözdən yerli – yerində istifadə etməklə, bədii qayəni tutarlı, inandırıcı vasitələrlə oxuculara
çatdıra bilir. Görkəmli dilçi Ağamusa Axundov ―Dil və üslub məsələləri‖ əsərində bu problemə toxunaraq
yazır: ―Azərbaycan bədii dilində kinayə stili, yanıqlı gülüşün ifadə tərzi sözün əsl mənasında onun adı ilə
bağlıdır.‖
Bir sıra məqamlarda alınma sözlər, lirik ifadələr, vulqarizmlər və s. Mirzə Cəlilin hekayəələrinə zəngin
üslubi səciyyə daşıyır. Obrazın fərdi çizgilərinin özünəməxsusluğu, ―Quzu‖ hekayəsində Əziz xanın
nökərinin danışıq üslubunda alınma sözlərlə, yığcam cümlələrlə özünü büruzə verir: ―Sabah yox, biri gün
miravay pasrednik xana qonaq gələcək və urus həkiminin arvadı da gələcək və bunlardan savayı dəmir təpə
pristavı da gələcək. Qulam xan da gələcək, Səfi xan da gələcək.‖
―Qurbanəli bəy‖ hekayəsində də yazıçı obrazın danışığında rus dilindən Azərbaycan dilinə keçmiş
sözlərdən istifadə etməklə maraqlı səhnələr yaradır, çox ustalıqla satira dilini məişət üslubunun əlvan
çalarları ilə zənginləşdirir; Qurbanəli bəyin mənəvi dayazlığını əks etdirir.
―Bəy əyilib itin başını tumarladı və dedi:
-Malades sobak və sonra qalxıb xanımı balkonda görüb çığırdı:
-İzdrasti!‖
Əsərdə Qurbanəli bəyin daxili aləmi və zahiri portreti bu cür təsvilərlə vəhdət təşkil edir.
C.Məmmədquluzadənin hekayələrinin üslubi xüsusiyyətlərindən danışarkən surətlərin nitqində
müxtəlif məqamlarda işlənmiş qarğışlardan, söyüşlərdən, dualardan, bəddualardan, ayrıca bəhs etmək
lazımdır. Bu cür nitq vasitələri yazıçının üslubuna bir canlılıq və şirinlik gətirir. Bir neçə örnəyə diqqət
yetirməklə fikrimizi aydınlaşdıra bilərik:
― – Əvvəla, o İvanov müəllimin arvadının atasına lənət ki, mənim başıma bu qədər oyun açdı! Və
ikinci, konsulun ölən arvadı da tünbətün olsun, qalan arvad da cəhənnəmə-gora getsin!‖ ― Konsulun
arvadı‖.
― – Ədə, köpək oğlu köpək, mən sənin nəyindən qorxurdum‖
― – A balam, sənin görüm ciyərin yansın!‖ ―(Buz)‖
― – A kişi, sən İman Hüseyn, özünü dərgaha qoyma‖.
― – Ay xozeyin, səni and verirəm İncilə, bir mənə de görüm, o zəhrimarda nə ləzzət görübsünüz ki,
yeyirsiniz?‖
― – Qurban, Allah sənə lənət eləsin!‖ (―Usta Zeynal‖)
Belə misalların sayını artırmaq da olar. Bu cür nümunələr göstərir ki, Cəlil Məmmədquluzadə ədəbi
dilin bütün qatlarından sənətkarlıqla bəhrələnməklə digər janrlarda olduğu kimi, hekayə yaradıcılığında da
özünəməxsus üslub formalaşdırmışdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
213
AġIQ ġENLĠYĠN DASTANLARININ SƏNƏTKARLIQ XÜSUSĠYYƏTLƏRĠ
Avtandil Ağbaba
Sumqayıt Dövlət Universiteti
Qədim tarixi-genetik kökləri, milli-etnik mədəniyyəti XIX əsrdə dastan yaradıcılığı sahəsində Aşıq
Şenlik qədər davamlı bir xətlə yaşadan saz-söz sənətkarı tapmaq çətindir. Onun yaratdığı dastanların həm
məzmun-mündəricəsi, həm ideya-bədii xüsusiyyətləri, həm də etik-estetik keyfiyyətləri belə bir mülahizə
yürütməyə imkan verir. Aşıq öz qəhrəmanlarını hadisələrin təbii axarında təqdim və təsvir edərkən maraqlı
poetik elementlərdən, əski dastançılığa məxsus təqdim –təsvir üsulundan istifadə edir. Salman bəyin portret
cizgilərinə diqqət yetirək: ―Çinmaçin ölkəsində, paytaxt şəhərində, bir xəzinəyə malik hökmü ixtiyar sahibi,
aləm əmrində müti, pək sahib kamal bir çağı huban, qəddi növcavan, cəngi qəhrəman hər bir mərifətdə mahir
aləmdə nəzri bilinməz‖.
Bu təsvir-təqdimdə Dədə Qorqud qəhrəmanlarının səciyyəvi cizgiləri özünü hiss etdirməkdədir. Ulaş
oğlu Salur Qazanın portreti ilə Salman bəyin təqdim- təsvirindəki oxşarlıq milli-etnik düşüncənin qırılmaz
ifadəsidir: ―Tulu quşun yavrısı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğun qaplanı, qonur atın iyəsi,
xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti, qalmış yigit arxası‖.
Ayrı-ayrı dövrlərdə yaranmış bu təqdim-təsvirlərdə qəhrəmanın fiziki qüdrəti ilə mənəvi əzəməti
vəhdət təşkil edir.
Eyni sözləri Aşıq Şenliyin qadın qəhrəmanlarına da aid etmək olar. ―Lətif şah‖ dastanında Mehriban
Sultanın gözəlliyi maraqlı poetik deyimlərlə təsvir olunmuşdur:
Dü çeşmi afət,
Müjgan herrat.
Qılman nəzakət,
Ətri məlahət.
Buxaq əbiyat,
Sinəsi seyhat.
Zülfü zülumat,
Cephi mahiyat,
Mələk secehat,
Bir bədir sifət,
Dəhanı nəbat.
Sözdən sözə, ifadədən ifadəyə keçdikcə Mehriban Sultanın portret cizgiləri tamamlanaraq dinləyicidə
xoş ovqat yaradır. Oğlanın qıza aşiq olması səhnəsi bu xoş ovqata yeni bədii çalarlar əlavə edir. Lirik təsvir
şən və yumoristik ifadələrlə çulğaşaraq həmin səhnənin bütöv mənzərəsini yaradır.
―Mehriban Sultanın iki məməsinin arasınnan bir eşq oxu rəddi bədən olub Lətif şahın iki qaşının
arasına nə tövr dəydisə, Lətif şahın ağlı başınnan gedib dizi qırıq dəvə kimi dəvənin dizinin divinə düşdü‖.
Salman bəyin Durnatel xanıma aşiq olması səhnəsi də maraqlı və yaddaqalandır. Bu səhnədə də qızın
gözəlliyi Salman bəyin ağlını başından alır. Onun birdən-birə bihuş olub özündən getməsi bir tərəfdən eşq
badəsinin – butanın nəticəsidirsə, digər tərəfdən məşuqənin dünyəvi gözəlliyi ilə bağlıdır.
―Durnatel xanımın hilal qaşdarının arasınnan bir eşq oxu rəddi bədən oluf, Salman bəyin sinə
liqabınnan toxunuf, bədən aynasınnan müjgan verif çıxmağa başladı. Salman bəy bayğın tüşüf, pursa
mütəkkə üzərinə baş qoyuf dünyadan bixəvər yatmaxda olsun‖.
Sevgililərin bir-birinə qovuşması milli-regional koloritin, bölgə etnoqrafiyasının poetik səciyyəsini
özündə əks etdirir. Bu cür epizodların təsviri Azərbaycan dastançılıq ənənəsində Aşıq Şenlik sənətkarlığının
özünəməxsusluğunu göstərir:
―Sandal şana siyah telə,
Şeyda bülbül qızılgülə,
Mələz köynək qəddi-dala,
Naxışkar bazubənd qulaş qola,
Farsi lüğət imran dilə
Yaşılbaş sona duru gölə,
Gümüş kəmər incə belə,
Ac arı çiçəyə,
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
214
İqdır pambığa,
Azərbaycan əri bozbaşa,
Qars hamama,
Ərdəhan qayışa
Şörəyel lavaşa,
Posof şinelə,
Yerli xaşıla,
Çıldır çeçilə,
Dəvə qanqala,
Tərəkəmə xəngələ
Sarılan kimi sarıldılar‖
Zəngin etnoqrafik detalların poetik görüntüsündən yaranan lirik-yumoristik üslub, dolğun epitet və
təşbehlər silsiləsi təhkiyə prosesinə orijinallıq gətirir və onu daha effektli edir.
Məlumdur ki, folklorumuzun müxtəlif janrlarında milli adət-ənənələrin, xalqımızın məişət tərzinin,
etnoqrafik mərasimlərin təsviri mühüm yer tutur. Belə mərasimlərdən biri də toy mərasimidir. Toyun
keçirilməsi qədimdən bəri müxtəlif adətlərlə müşayiət olunmuşdur. Elçilik, nişan, xınayaxdı və sair
törənlərlə yanaşı, gəlin köçən qıza cehiz verilməsi əski rituallarla bağlı olmuşdur və indi də bu adət özünü
mühafizə etməkdədir. Prof. B.Abdulla mərasimlərdən bəhs edərkən ―digər ictimai hadisələrdən zənginliyi ilə
fərqlənən toyların‖ xalqımızın məişət tarixini, etnoqrafik mədəniyyətini, mifik görüşlərini öyrənmək üçün
zəngin bir mərasim olduğunu xüsusi qeyd edir. Alim toyun ayrı-ayrı mərhələlərinə, o cümlədən qıza cehiz
verilməsi məsələsinə diqqət yetirərək yazır: ―Qızın rəfiqələri və qohumları, demək olar ki, hər axşam onlara
yığışırlar. Qız üçün yorğan-döşək və digər məişət avadanlıqları hazırlayırlar‖. Bu baxımdan ―Lətif şah‖
dastanında bir epizodun üzərində dayanmağı vacib bilirik. Hindistan şahı öz qızı Mehriban Sultanla fars
padşahının bacısı Əsmər xanıma qırx gün, qırx gecə toy çaldırıb onları Lətif şaha verdikdən sonra Əsmər
Sultan qərib olduğu üçün ―cehizi ona nə istəsə, özü verəcəyini‖ vəd edir. Əsmər Sultanın Hindistan
padşahından cehiz istəməsi milli-etnik adət-ənənənin bədii ifadəsi kimi diqqəti çəkir:
Səxavət kanısan, şahım,
Mənim mehrimə hər iş yaz.
Ənam qıl xəzinəni əmlak,
Mən beş desəm sən on beş yaz.
Səksən köhlən qələmə al,
Səksən nər dəvə, dörd yüz mal,
Səksən top da kişmiri şal,
Baş-başına yüz altmış yaz.
Azərbaycanın müxtəlif bölgələrində gəlinin cehizi ilə bağlı bir sıra mərasimlər keçirilir, mahnılar ifadə
olunur. Naxçıvanda toyun sabahı bəy evinin adamları gəlinin başına toplaşaraq duvaqqapma mərasimi
keçirir, xorla oxuyub gəlinin cehizinə xeyir-dua verirlər:
Qızlar xoru:
Gəlin gəldi nə gətdi?
Aparıcı: Yorğanla döşək gətdi.
Qızlar xoru:
Yerində-yurdunda qayım-gədim olsun.
Qızlar xoru:
Gəlin gəldi nə gətdi?
Aparıcı: Yaxşı qab-qacaq gətdi.
Qızlar xoru:
Dəsturxanı açıq, nehrəsi yağlı olsun.
Qızlar xoru:
Gəlin gəldi nə gətdi?
Aparıcı:
Özüylə ruzu gətdi
Ayağı sayalı olsun. və s.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
215
Prof. E.Aslan xalq dastanlarının nəzm hissəsindən bəhs edərkən onu saz-söz sənətkarlarının yüksək
ustalığı kimi qiymətləndirir: ―Aşıq Şenliyin ―Lətif şah‖ və ―Salman bəy‖ dastanlarında təsbit edilən və
özəlliklə Şərqi Anadolu dastançılığında sıx istifadə olunan bu təsvirin şeir texnikası baxımından son dərəcə
düzgün olduğu görünməkdədir‖.
Yeri gəlmişkən xatırlatmaq yerinə düşər ki, Ağbaba-Çıldır aşıqlarının dastan repertuarı bu mühitin ən
qədim ənənələrini, yaradıcılıq və ifaçılıq prinsiplərini əks etdirir. Biz fəslin ―Dastan repertuarı‖ bölməsində
bu barədə ətraflı bəhs etdiyimizə görə, burada ifaçılıq və sənətkarlıq məsələləri ilə bağlı qısaca söhbət
açmağı lazım bilirik. Bəllidir ki, məhəbbət dastanları bir qayda olaraq, ustadnamələrlə başlayıb duvaqqapma
ilə bitir. Ağbaba-Çıldır aşıq mühitində də bu ənənə başqa şəkildə gözlənmişdir. Şərqi Anadolunun, o
cümlədən Çıldır, Qars, Ərzurum aşıqlarının ifasında dastanlar bir qayda olaraq ―döşəmə‖ adlanan folklor
mətnləri ilə başlanır. Prof. E.Aslanın anlatdığına görə, Aşıq Gülüstan (Aşıq Şenliyin şagirdi) ustadının
dastanlarını aşağıdakı döşəmə ilə başlayırdı.
―Eşqi ixtilaf, zövq edək söhbət, seyri məşqulat, vəsfi hekayət, izzət iltifatnan, haqqı payınıza ifadə
edim ki, göz ilə görməmişik. Amma bizdən əvvəlki ustadlardan dildən eşidib belə bəlləmişik‖.
Ənənə və novatorluq, milli-məhəlli, regional xüsusiyyətlər və s. məsələlər Aşıq Şenliyin dastanlarında
canlı xalq danışıq dilinin incə deyimlərində özünü büruzə verir. Ağbaba-Çıldır camaatının leksikasına daxil
olan sözlər (yeznə, qada, hancarı, haqos, ürcah və s.), müxtəlif etnoqrafik cizgilər Aşıq Şenliyin dastanlarının
regional özəlliklərini xeyli gücləndirir. Bu cəhət Azərbaycan folklor arealı üçün xarakterik olan söz və
ifadələrdə obrazlı inikasını tapır. ―Gülşahın nur topu kimi bir oğlu oldu‖, ―düşdülər şəhərə elə bir cadugər
tapdılar ki, iman dağarcığına bir fisgə (çırtma) vursan tozu göyə çıxar‖, ―üç yüz altmış damarı od tutub
yanmağa başladı‖, ―ac qurd qoyuna girən kimi Tehran şahın qoşununa daldı‖, ―payız xəzəli kimi titrəməyə
başladı‖, ―yeddi yerdən dizinin qələmi qırıldı‖ və s. ifadələr buna nümunə ola bilər.
RƏSUL RZA “ÖMÜRDƏN SƏHĠFƏLƏR” ġEĠRĠNDƏ ERMƏNĠ SEPARATĠZMĠNĠN
SƏTĠRALTI TƏNQĠDĠ
Bayramova G.A.
Sumqayıt Dövlət Universiteti
Uydurma sosialist beynəlmiləlçiliyinin tuğyan etdiyi bir zamanda da Rəsul Rza milli-mənəvi dəyərlər
yüksək qiymətləndirməklə yanaşı, tarixi hadisələri də yaxşı bilirdi. Həmin illərdə, yəni 60-cı illərdə erməni
yazıçı şair və dramaturqları türklərə qarşı hər cür yalan və iftira uyduraraq müxtəlif uydurma əsərlər çap
etdirir, kinolar çəkir və teatr tamaşaları hazırlayırdılar. İş o yerə çatmışdır ki, erməni rəhbərliyi 1965-ci ilin
qışında - 25 fevralda türklərin, eləcə də azərbaycanlıların qatı düşməni olan cəllad Andranik Ozanyanın
(soyada bax Ozan) anadan olmasının 100, uydurma ―erməni soyqırımı‖nın 50 illiyini rəsmi şəkildə İrəvanda
qeyd etməyə nail oldular. O dövrün canlı şahidləri, əsrin əvvəlindəki erməni terrorundan əziyyət çəkən
ailələrin nümayəndələri Naxçıvan, Gəncə və Ermənistanın müxtəlif rayonlarından Moskva və İrəvana
şikayət məktubları yazaraq Andranikin kim olduğunu açıqlayır, tarixi faktlarla göstərirdilər. Amma bu haqlı
şikayətlərə baxan yox idi.
Kim idi bu Andranik? 1914-1920-ci illərdə Türkiyədə- Anadoluda, Zəngəzur və Naxçıvanda
günahsız insanları - azərbaycanlıları soyqırıma məruz qoyan, eləcə də öz xalqının faciəsinə səbəb olan bu
qaniçən cəllad 20-ci illərdə xaricə qaçmış Fransa, İngiltərə və Amerikada yaşamışdır. 1927-ci ildə yenidən
Fransaya qayıdaraq orada ölmüşdür. Erməni diasporu onu Per-Laşez qəbirstanlığında dəfn edərək qəbri
üstünə at üstündə heykəlini qoymuşlar.
İrəvanda Andranikin 50 illik yubileyi keçirilən ərəfədə, yəni 1965-ci ildə Rəsul Rza Parisdə imiş. Per-
Laşez qəbirstanlığında dəfn olunan məşhur yazıçı və şairlərin qəbirlərini ziyarət edirmiş. O, orada qaniçən
Andranikin at üstündə nəhəng heykəlini görüb təcüblənir və bu üzdəniraq heykələ oradaca bir şeir ―həsr‖
edir: Həmin şeir 1965-ci ildə ―Ömürdən səhifələr‖ başlığı altında ―Azərbaycan‖ jurnalının 9 sayında dərc
olunur:
Per-Laşez!
Kommunarlar divarı,
Hörmətlə açıram başımı,
.... O kimdir?At üstündə:
Kimə oxşayır....Allah!
Kimə?
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
216
Elə bil ki qaba bir əl toxunur
İncə simə
Gözlərimdə canlanır
Naxçıvanın Arazı.
Söndürülmüş ocaqlar!
Əbədi susdurulmuş uşaqlar!
Min-min azı.
Bağırmaq istəyirəm
Hardan gəldi bura
Bu dələduz,
Daşa dönmüş daş ürəkli quduz!
Şeirdə konkret olaraq qaniçən, cəllad Andranikin adı çəkilmir. Amma şerin məzmununda ifadə olunan
sətiraltı məna hədəfin kimə yönəldiyini aşkara çıxarır. Ermənistanın ozamankı rəhbərliyi və Yazıçılar İttifaqı
ciddi cəhdlə bu işə qarışsalar da heç bir faydası olmur. Çünki deyilən deyilmiş, Andranikin əsil cinayətkar
siması üzə çıxarılmışdır. Bunu o dövrdə hər şair, hər yazıçı deyə bilməzdi, amma Rəsul Rza yazıçı manerası
ilə Andranikin kim olduğunu deyə bilmişdir.
Ayrı-ayrı şeirlərində də Rəsul Rza insanlığın və bütövlükdə bəşəriyyətin düçar olduğu müsibət və
faciələri doğuran səbəbləri araşdırmaq üçün dünya miqyasında tanınmış filosofları, fikir və düşüncə
sahiblərini xəyali olaraq poetik mətnin aparıcı obrazları səviyyəsində təqdim etməsi, onlarla mühakimə və
debatlardan hasil olan nəticələrin şeirin əsas ideya və qayəsi kimi səsləndirməsi də xüsusi üsul və vasitələrlə
gerçəkləşir. Bununla da şeir boyu qabardılan ictimai mətləblərin onların dili ilə çatdırılması da mətnaltı
yazıçı manerasının bir nümunəsi kimi nəzərə çarpır.
XARĠCĠ DĠLĠN MƏNĠMSƏNĠLMƏSĠ ZAMANI SĠNONĠMĠK CƏRGƏDƏKĠ
Dostları ilə paylaş: |