AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

                      

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
241 
 
 
 
AZƏRBAYCAN ƏDƏBĠYYATINDA PSIXOLOJĠ ÜSLUBUN ÖZÜNƏMƏXSUSLUĞU 
Məmmədova T.K. 
Sumqayıt Dövlət Universiteti 
 
Ötən  əsrin  20-ci  illərində  Azərbaycan  ədəbiyyatında  psixologizmə  münasibət  o  qədər  də  ürəkaçan 
deyildi.  Psixologizmi  Z.Freyd  və  A.Berqsonla  əlaqələndirərək,  ona  qarşı  hücumlar  olurdu.  Bununla  belə, 
məsələn,  C.Cabbarlının  məqalələri  bir  sıra  hallarda  psixologizmi  rədd  etsə  də  (―Türk  teatrı 
olimpiadada‖(1930), ‖Türk Bədaye Teatrı yeni yol ilə‖, ―Bu il dönüş ili olmalıdır.‖(1930)), bir sıra hallarda 
onun  əhəmiyyətini  vurğulamışdır.  Belə  ki,  ―Azərbaycan  türk  ədəbiyyatının  son  vəziyyəti‖(1924)  adlı 
məqaləsində  C.Cabbarlı  M.F.Axundova  istinadən  yazırdı:  ―Əsərləri  az-çox  uzaq  bir  keçmişin  məhsulu 
olduğuna,  fikir  və  fəlsəfə  etibarilə,  indiki  zaman  üçün  əhəmiyyətini  qeyb  etdiyinə  baxmayaraq,  bir  çox 
yazıları bu gün belə, öz dərin psixoloji və bədii əhəmiyyətlərini saxlamışlardır‖. Təbii ki, M.F.Axundovun 
bir sıra əsərlərində dar mənada psixologizm var. Məs: ―Xəyalım çiy deyildi, çox pişkin idi. Birər-birər mənə 
―Yüz  sağol!‖  dedilər.  Dünya  gözümdə  behişt  bağına  döndü,  Mənə  böyük  cəlal  düzəltdilər,  Şaha  layiq 
peşkəşlərlə  əzizlədilər.  Dünya  muradımca  idi, fələk  mehribandı,  O  dəqiqədə səadət  mənimlə  həmnəfəsdi.‖ 
(Yeni əlifba haqqında mənzumə).  
Elə C.Cabbarlı yaradıcılığında da insan və onun taleyi az məzmununu tapmır. İstər pyeslərində, istər 
hekayələrində  insan  həyatı,  özünün  xarakteri  və  psixologiyası  ilə  diqqəti  cəlb  edir.  İ.Əfəndiyevin  
obrazlarının (Səriyyə, Səlimə, Nuriyyə) müəyyən cəhətlərini Sevilin, Füruzənin, Almazın simasında axtarıb 
tapa  bilərik.  Adının  ləkələnməsindən  qorxmayaraq  Yaxşının    uşağına  yiyə  duran  Almazın  dolayı  da  olsa, 
keçirdiyi  mənəvi–psixoloji  durum  onun  bir  insan  kimi  məzmununu  açır.  Sadəcə,  burada  dərin 
psixologizmdən  söhbət  gedə  bilməz,  dövrün,  zamanın  qəlibləri  buna  imkan  verməmişdir.  Bununla  belə, 
həmin  dövrün  bir  sıra  yazıçılarının  əsərlərində  psixologizm  bu  və  ya  digər  dərəcədə  özünü  göstərirdi.  Heç 
nəyə  baxmayaraq,  hətta  repressiyanın  baş  aldığı  zamanda  belə,  psixologizm  Azərbaycan  ədəbiyyatında 
əhəmiyyətini saxlaya bilmişdi. 
C.Məmmədquluzadə,  Ə.B.Haqverdiyev,  Y.V.Çəmənzəminli,  daha  sonralar  Əbülhəsən,  M.Hüseyn  və 
başqalarının  yaradıcılığında  psixologizm  yox  deyil.  Məsələn,  Musa  Adilov  ―C.Məmmədquluzadə  söz 
ustasıdır‖ adlı məqaləsində Cəlilin realist üslubunun mühüm xüsusiyyətlərindən biri kimi təsvirdə dəqiqlik 
və detalların üstünlüyünü qeyd edir və yazır: Müəllif detallara çox əhəmiyyət verir və ümumi təsəvvür də bu 
detallardan doğur‖. Daha sonra Cəlilin ―Quzu‖ hekayəsindən nümunə gətirərək (―Xan çönüb qaçdı qonaqlara 
tərəf,  genə  qayıtdı  Məmmədhüseynə  tərəf,  əlini  saldı  cibindən  bir  kağız  üçlük  çıxartdı.  Pulu  genə  istədi 
cibinə  qoya,  sonra  istədi  Məmmədhüseynə  verə,  genə  istədi  cibinə  qoya,  axırda  atdı  Məmmədhüseynə  və 
qaçdı  içəri.‖)  müəllifin  xanın  əhval  –  ruhiyyəsini  və  xarakterini,  onun  şüurunda  gedən  mübarizəni  (pulu 
verimmi,  verməyimmi?)  çox  gözəl  psixoloji  ustalıqla  açdıgını,  həm  də  məhz  detalların  sayəsində  açdığını 
doğru vurğulayır. Musa Adilov müəllifin daha başqa əsərlərindən nümunə gətirərək, ədibin üslubunu bədii 
dilinin  realizmini  səciyyələndirən  əsas  amillərdən  biri  hesab  edir,  ―dərin  və  əyani  psixoloji  təhlil‖ə,  ―tipin 
dolayısı ilə səciyyələndirilməsi‖ kimi sənətkarlıq məsələlərinə diqqəti cəlb edir.  
Arif  Məmmədov  ―XIX  əsrin  ikinci  yarısında  Azərbaycan  nəsrində  təhkiyə  məsələləri‖  adlı  əsərində 
XX  əsrdə  psixoloji  analiz  məsələlərinə  toxunaraq,  ―Danabaş  kəndinin  əhvalatları‖,  ―Bahadır  və  Sona‖ 
əsərləri istisna olmaqla, psixoloji analizin o qədər də diqqəti cəlb etmədiyi, hətta praktiki olmaması qənaətinə 
gəlir  və  psixoloji  nöqteyi  –  nəzərin  varlığını  yalnız  bir  aspektdə  şərtləndirir:  ―Bütün  bu  əsərlərdə  xarici 
nöqteyi – nəzər hökmranlıq edir. Yalnız faktlar qeyd olunur, onları yaradan motiv və psixoloji vəziyyət isə 
diqqətdən  kənar  qalır,  qəhrəmanların  daxili  aləmi  də  işıqlandırılmır‖  .  Müəllif  daha  sonra  davam  edərək 
―Bahadır və Sona‖ əsərində personajların psixologiyasının təsvirində daxili monoloqdan, ―Danabaş kəndinin 
əhvalatları‖ əsərində isə  bununla bərabər, həm də vasitəli nitqdən istifadəni qeyd edir. ―Danabaş kəndinin 
əhvalatları  əsərində  danışan  təhkiyəçidən  əlavə  obrazların  özünün  fikirləri  də  (Məhəmmədhəsən  əminin, 
Zeynəbin, Xudayar bəyin) verilir və psixoloji situasiyalar, həyəcanlar, əhvali – ruhiyyə obrazların nöqteyi – 
nəzərindən ötürülür. 
Məryəm  Axundova  ―Yusif  Vəzir  Çəmənzəminlinin  hekayələri  (İnqilabdan  əvvəlki  dövr)‖  adlı 
məqaləsində  müəllifin  1909-1914-cü  illəri  əhatə  edən  hekayələrinə  istinadən  yazır:  ―Bəzən  satirik,  bəzən 
yumoristik planda verilmiş əhvalatlar, gah lirik, gah da məzəli şəkildə alınmış hadisələr insanı düşündürür; 
həyatından kiçik bir parça təsvir edilmiş adamlar bütün ömürləri, daxili aləmləri, xarici görkəmləri, düşüncə 
və arzuları ilə yadda qalırlar‖.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
242 
 
 
Onu da qeyd etmək lazımdır ki, Y.V.Çəmənzəminlinin özünün psixologizmə dair maraqlı fikirləri var. 
Tofiq Hüseynoğlu ―Y.V.Çəmənzəminli sənətkarlığının bəzi məsələləri barədə‖ adlı məqaləsində bu məsələ 
ilə bağlı bir sıra mülahizələr yürütmüş, Y.V.Çəmənzəminlinin 30-cu illərdə yazdığı roman və hekayələrində 
güclü psixoloji təhlil bacarığını göstərən bir yazıçı, eyni zamanda bədii yaradıcılıqda psixologizmə dair qiy-
mətli mülahizələr söyləyən bir sənətkar kimi qiymətləndirmişdir. Müəllif ―Psixologizmə dair‖ adlı başqa bir 
məqaləsində  də  ədəbi  –  tənqidi  və  elmi  –nəzəri  fikri  yenidən  həmin  məsələyə  istiqamətləndirərək, 
Y.V.Çəmənzəminlinin çağdaş ədəbiyyatda şərtilikdən, şərti – metoforik vasitələrdən və obrazlardan istifadə 
etməyə güclü meylini qeyd edir. Belə ki, həmin dövrdə şərtilikdən istifadənin, gerçəklik və şərtilik arasındakı 
əlaqənin  mübahisəli  qarşılanması  da  məlumdur.  Müəllif  daha  sonra  Y.V.Çəmənzəminlinin  qüdrətli  bir 
sənətkar  və  geniş  erudisiyaya  malik  alim  kimi  bu  məsələyə  münasibətini  və  bununla  bağlı  fikirlərini  də 
nəzərə çatdırır və yazır: ―O, ―Qızlar bulağı‖ kimi tarixi – fəlsəfi romanında folklorizm, mif və əfsanələrdən – 
şərti – metoforik vasitə və obrazlardan istifadə etməkdən başqa, özünün elmi – nəzəri mülahizələrində də bu 
məsələyə münasibətini bildirmişdir. Bu münasibət bizim üçün indiki halda bir də ona görə əlamətdardır ki, 
psixologizmlə əlaqədardır‖. 
İ.Əfəndiyev  də  məqalələrində  psixoloji  təhlil  bacarığını  əsas  götürür,  psixologizmə  dair  qiymətli 
mülahizələr irəli  sürürdü. Müəllif  1946-cı  ildə  yazdığı  ―Fəryad  haqqında  mülahizələrim‖  adlı  məqaləsində 
M.Hüseynin ―Fəryad‖ povestini psixoloji əsər adlandırır. İnsanların daxili aləmini açıb göstərməyin həqiqi 
yazıçılıq istedadı olduğunu deyən müəllif M.Hüseyndə bu istedadı görür və yazırdı: ―Mehdidə hissi – səlim 
qüvvətlidir. Lakin o, ilmələri atdıqca tələsməməlidir. Hər bir nəqşin tam çıxmasına diqqət etməlidir‖. 
 Müəllif 1945-ci ildə ―Yüksək sənət uğrunda‖ adlı məqaləsində nəsrin ən mühüm nöqsanlarından birini 
yazıçıların  dərin  mənəviyyata,  zəngin  daxili  aləmə,  yüksək  romantik  duyğulara  malik  qəhrəmanlara 
laqeydliyində  görür  və  belə  qəhrəmanları  hekayə  və  romanlarımızda  görmədiyinə  təəssüf  edirdi.  Hələ  bu 
zaman  müəllif  qəhrəmanı  ―hadisələrin  təbii  gedişində  deyil,  havadan  asılı  vəziyyətdə  saxlamağa,  qəsdən 
yaxşı  göstərməyə‖  çalışan,  ona  ―yerli  –  yersiz‖  ―hakimanə  sözlər‖  dedirtməyə‖  cəhd  edən,  ―insanın 
mürəkkəb  daxili  aləmini  unudaraq,  qəhrəmanın  hər  bir  hərəkətini  ―yaxşılıq‖,  ―əlalıq‖  kimi  qələmə  alan 
yazıçılara qarşı çıxır, ―Sağa dön! Filankəsə bax! Burada əxlaq barəsində nitq icad et!‖ kimi stereotiplərdən 
yaxa  qurtarmağa  çağırırdı.  Hələ  o  zaman  müəllif  ―yaxşı–pis,  müsbət–mənfi‖  -  deyə  qəhrəmanların 
bölünməsinə  qarşı  çıxır,  qəhrəmanları  ―boyaların  qarışığında‖  (Vaqif  Yusifli)  təqdim  etməyi  məsləhət 
görürdü.  Halbuki    bu  təklif  uzun  illər  birmənalı  qarşılanmamışdır.  Uzun  illər  ―Müsbət  qəhrəman  bu  gün‖ 
rubrikası da ədəbi mətbuatın səhifələrindən düşməmişdir. 
İ.Əfəndiyevin  bir  çox  əsərlərində  lirik  səhifələrə  rast  gəlmək  olar.  Müəllifin  yaradıcılığında  lirizm 
əsərin  bütün  komponentlərini  özünə  tabe  edən  mərkəz  kimi  çıxış  edir.  Təsadüfi  deyil  ki,  Tofiq  Hacıyev 
yazıçının nəsr və dramaturgiyasında şeiriyyətini araşdıraraq bir sıra hekayələrində (―Qəhrəman ilə bülbülün 
nağılı‖,  ―Apardı  sellər  Saranı‖,  ―Qırçı  və  qırmızı  çiçək‖)  bədii  lövhələrin  şeir  tək  içildiyini,  lirizmin  bir 
tərəfdən,  onun  dilinləki  şeiriyyəti  qidalandırdığını,  o  biri  tərəfdən  ―hadisə  və  obrazlardakı  psixologizmi‖ 
şərtləndirdiyini qeyd edir. 
 
 
BƏLGƏ ETNOLĠNQVĠSTĠK TERMĠNĠNĠN SEMANTĠK STRUKTUR TƏHLĠLĠ 
Musayeva İ.İ. 
Sumqayıt Dövlət Universiteti 
 
Maddi  və  mənəvi  mədəniyyətin  bir  çox  xüsusiyyətlərini,  etnik  milli  cəhətləri  özündə  əks  etdirən 
mərasim  leksikası  ən  qədim  leksik  qatlardan  biridir. Öyrəilməsi  hər  zaman  labüd  olan  etnoqrafik  leksikanı 
təhlil  edərkən,  bu  leksik  qatın  öyrənilmə  aspektinin  yalnız  semantik  proseslərlə  deyil,  həmçinin  fonetik 
delimitasiya  ilə  də  müəyyən  olunduğunu  qeyd  edə  bilərik.  Azərbaycan  və  digər  türk  dillərinin  leksikasına 
nəzər  salsaq  xronoloji  tarixi  daha  qədim  dövrlərə  təsadüf  edilən  leksemlər  kifayət  qədərdir.  Bunlar  Ural-
Altay dilləri, xüsusilə də monqol və tunqus-mancur dilləri ilə sıx genetik əlaqəlidir. Məsələn, moğol mənşəli 
bəlgə  termini  ayrı-ayrı  türk  dillərində  müxtəlif  fonetik  dəyişmələr  və  semantik  diferensiasiya  ilə  müşahidə 
olunur.  Belə  ki,  etimoloji  yaşı  daha    qədim  dövrləri  əhatə  edən  bəlgə  linqvistik  vahidi  Azərbaycan  dilində 
―bəlgə‖, türkmən, qırğız, qazax, özbək dillərində ―belği‖, başqırd dilində isə ―bilgə‖ fonetik variantında rast 
gəlinir. 
Struktur  elementi,  səs  formulu  mənbə  dildə    ―belge‖  formasında  olan  etnolinqvistik  termin  moğol 
dilində ―bel‖ (işarətləmək,  damğalamaq),  ―gü‖ (səs) sözlərindən törəmişdir. Nəzərə alaq ki, moğol dilində 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
243 
 
 
―be‖ feili görmək, görünmək mənalarını ifadə edir. Sözün semantikasına bu konteksdə baxsaq, əmələgəlmə 
formulunun ―be+l+gü‖ –şəklində olduğu, məna etibarı ilə nəzərə çarpmaq, diqqəti tez cəlb etmək, daha tez 
görünmək üçün qoyulan işarət-anlamına gəldiyi aydın  görünür. Fonetik quruluş baxımından isə sait və samit 
səslərin sinharmoniyasını xüsusilə qeyd etmək lazımdır. 
Türkmən  dilində  ―belğü‖  sözünə  eyni  semantik  strukturda,  lakin  fərqli  fonetik  çalarda  rast  gəlinir: 
belğü  – bir  zadı  alamatlandryan  nişan,  bellik,  alamat  (Oğlının  yakasında  kiçi  komandirlik  belgisi  bar).  Bu 
dildə  sözün  belgilemek  (bir  zada  belge,  nişan  alamat  qoymak,  belli  etmek),  belğelenmek  (bir  zada  belğe, 
nişan  qoyulmak,  bellik  edilmək),  belgileşmek  (bir  zada  belği,  nişan,  alamat  qoyulmak),  belgiletmek 
(alamatlandırmak) kimi çoxsaylı derivatlarına rast gəlmək mümükündür. 
Mahmut  Kaşğarlının  ―Divan‖ında  isə  bəlgə  sözü  türkmən  dili  ilə  homogen  olaraq  uyğun  məna  və 
fonetik tərkibdə ―belgü‖ nişan, əlamət, bəlgə anlamlarında qeydə alınmışdır. 
Qədim  türk  yazılı  abidələrində  sözügedən  etnolinqvistik  terminə  ―belgü‖  fonetik  çalarında  nişan, 
nişanə,  əlamət  anlamlarında  təsadüf  olunur.  Həmin  mənbələrdə  həmçinin  bəlgə  sözündən  törəmiş  çoxlu 
derivatlar da  (belgüla, belgülük, belgün, belgülük, belqurmaq, belgusüz) geniş əks olunmuşdur. 
Türk  dilinin  sözlüyünə  diqqət  yetirsək,  ―bəlgə‖  sözü  anlam  etibarı  ilə  mənbə  dildən  fərqli  olaraq 
müəyyən qədər semantik diferensiyaya uğramışdır: 
1.
 
Üzərində hər türlü bilginin kayıtlı olduğu nesne ya da madde 
2.
 
Bir iddianın doğruluğunu göstərən yazı 
3.
 
Bir gerçekliye tanıklık edən yazı, fotoqraf, resim, film, vesika və s. 
Lakin burada da bir qədər də olsa sözün əsl semantikasının izləri müşahidə olunur. Belə ki, hər hansı 
bir  iddianın  doğruluğunu  göstərən  istənilən  bir  əlamət  prinsip  etibarı  ilə  bəlgədir  (bu  yazı,  sənəd,  şəkil, 
vəsiqə və s. ola bilər.) 
Türk  dillərinin  leksik  qatına  nəzər  salsaq,  ümumtürk  leksik  qatına  aid  olan  ―bəlgə‖  lekseminin 
semantik strukturunun çoxcəhətli olduğunu müşahidə etmiş olarıq. Təkcə Azərbaycan dilində sözün bir neçə 
məna çaları və omonim variantı mövcuddur. Ümumiyyətlə isə türk dillərində leksemin 13 omonim variantı  
öz əksini tapmışdır. 
Hazırda  Azərbaycan  dilində  məhdud  dairədə  işlənən,  hətta  arxaikləşən  bəlgə  sözünün  ilkin  mənası 
nişan, əlamət olmaqla, toy mərasiminin müəyyən prosesinin adını nişan taxmaq, izdivac, adaxlamaq sözləri 
ilə semantik ekvivalent olaraq işlədilir. XIII-XIV əsr aşıq poeziyasında da bu terminə  həmin anlamda rast 
gəlinir: 
Qurbani der, bu dərdləri biləsiz, 
Qohum qardaş yığılıban gələsiz. 
Adna axşamında bəlgə qoyasız. 
                                                 Kəsilə qovğası-qalı qızların. 
Azərbaycan dilinin izahlı lüğətində sözün etimoloji izahı bu cür verilir: 
1.
 
El arasında evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan,üzük, örpək 
2.
 
Əkin yerlərinin hüdudunu göstərən nişan, mərz 
3.
 
Bəhanə, səbəb, dəlil, tutarğa (əlində bəlgə etmək) 
4.
 
Vuruş zamanı qola sarınan şey, nişan. 
Azərbaycan dilinin dialektoloji lüğətində isə sözün fərqli semantik özəllikləri göstərilmişdir. 
1.
 
Bəlgə -  (Nem.)vasitəçi, Yəqin kimsə arada bəlgə oluf ki barışıflar. 
2.
 
Bəlgə - (Bakı) ağac davasında qalxan əvəzinə qola sarılan qalın parça 
3.
 
Bəlgə - (Kəlbəcər) birinci nişan 
4.
 
Bəlgə - (Şuşa) gönü aşılamaq, üçün narın edilmiş nar qabığı və yarpağında alınmış un, Bəlgə qurtardı, 
gön isdaxda qaldı. 
5.
 
Bəlgə - (Ağdaş) əkin yerlərinin hüdudunu bildirən nişan, qaj. Bu yerə bəlgə qoy. 
6.
 
Bəlgə - (Bakı) şaftalı qaxı 
Dilimizdə bəlli, bəlirmək, bəlirli və s. kimi sözlərlə bəlgə sözü ilə eyni kökdən törəmişdir. 
Polisemik xarakterli xüsusiyyətlərə malik olan bəlgə etnoqrafik terminin Azərbaycan dilində sinonim 
variantları  da  mövcuddur.  Belə  ki,  qərb  qrupu  dialekt  və  şivələrdə  işlənən  ―en‖  sözü  qaramalın  qulağına 
vurulan  damğa,  nişan,  əlamət  mənalarını  bildirir.  Mahmud  Kaşğarlının  ―Divan‖ında  ―en‖  eyni  semantik 
özəllikdə, fonetik tərkibdə əks olunmuşdur. Yeri gəlmişkən D.Nemetin fikrincə en, enə, ene sözü qədim kökə 
malik  olub  ―etibar  etmək,  ―etibarlı‖  anlamlarını  ifadə  edir.  Burada  da  sözün  üstün  semantikası  aydın 
müşahidə olunur. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
244 
 
 
Bəlgə  sözünün  sinonim  variantlarından  biri  də  ―damğa‖    sözüdür.  Damğa  sözünün  etimoloji  izahını 
Araz Qurbanov belə vermişdir: 
Damğa  orta  əsrlərdə  üzərində  hökmdar  möhürü  olan  fərmanlar,  sənətkarların  müəlliflik  hüququnu 
özündə əks etdirən lakonik ornomental nişanlara, gömrük rüsumuna pul ilə ödənilən vergilərə deyilir. Orta 
əsrlərdə Mərkəzi Asiya, Yaxın Şərq, Şərqi Avropa türkləri və onlarla təmasda olan şərqi slavyanlar damğa 
sözünün  sinonim  variantı  kimi  ―tavro‖  sözündən  istifdə  etmişlər,  bu  da  ev  heyvanlarının  bədəninə, 
qulaqlarına  dağlanan  damğaları  bildirir.  Mahmud  Kaşğarinin  ―Divan‖ında  isə  bu  söz    ―tuğra‖  fonetik 
variantında verilir. Tuğralığ isə (damğa, nişan vuran) Səlcuq dövlətində məmur vəzifəsi olaraq göstərilir. 
Qədim  türk  qatının  tərkib  hissəsinə  daxil  olan  ―bəlgə‖  sözünün  müxtəlif  türk  dillərində  struktur  səs 
formulunu,  semantik  özəlliklərini  incələyərkən  belə  qənaətə  gəlmək  olar  ki,  sözügedən  terminin  müxtəlif 
omonim,  nisbi  sinonim-möhür,  kərtik,  damğa  kimi  variantları  olsa  da,  sözün  üstün,  dominat  anlamı  nişan, 
əlamətdir. 
 
 
KĠNO DĠLĠNĠN ƏSAS XÜSUSĠYYƏTLƏRĠ BARƏDƏ BƏZĠ MÜLAHĠZƏLƏR... 
Mustafayev F.N. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
 Son  illər  dünyanın  görkəmli  dilçi  alimlərinin  tədqiqatlarında  göstərilir  ki,  kino  dili  öz  xüsusiyyətləri 
ilə şifahi nitqin başqa formalarından fərqlənir. Geniş şifahi nitq auditoriyaları, radio, televiziya, kino, teatr - 
hər biri özlərinin iş üslubları, nitq imkanları və bir çox fərdi cəhətləri ilə biri digərindən fərqlənir. Bu fərqlər 
dilin bir ünsiyyət, məlumat, təsir vasitəsi kimi işləndiyi sahələrdə məqsəddən, sosioloji mühitdən, şəraitdən, 
ictimai  mənsubiyyətdən  asılı  olaraq  istifadə  olunması  nəticəsində  yaranır.  Burada  müəyyən  bir 
qanunauyğunluq vardır. Aktyorlar danışarkən, öz qarşısında tamaşaçıların xoşuna gəlmək və onları yazıçının 
əsərdə  qaldırdığı  problemə,  ideyaya  inandırmaq  məqsədi  qoyur.  Məhz  bunun  üçün  də  kino  aktyorları  öz 
nitqlərinə  çalarlıqlar,  boyalar  verirlər.  Kino  dilində  hər  bir  obrazın  nitqi  onun  ictimai  mənşəyinə,  yaşına, 
dünyagörüşünə görə fərdiləşdirilir, tipikləşdirilir. Belə olduqda əsər filmdə daha real, təbii, canlı çıxır. 
Rejissor  və  aktyorlar  həm  dilin  fonetik,  leksik  və  sintaktik  qanunlarından,  həm  də  orfoepiya 
normalarından  məharətlə  istifadə  etməyə  çalışır,  nitqə  rəngarənglik  verir.  Obrazın  daxili  aləmini  nitqi 
vasitəsilə    açaraq  onu  tamaşaçılara  sevdirməyə  çalışırlar.  Bu  baxımdan  kino  dili  şifahi  nitqin  digər 
formalarından olduqca fərqlənir. Bu iş isə kino aktyorlarından daha çox zəhmət tələb edir. 
Kino  və  televiziya  səhnəyə  nisbətən  texniki  vasitələrlə  daha  çox  təchiz  olunur.  Rejissor  və  aktyorlar 
çəkiliş  zamanı  belə  yardımçı  vasitələri  istedadları,  vərdişləri  ilə  əvəz  edirlər.  C.Cabbarlı  adına 
―Azərbaycanfilm‖  kinostudiyasının  aktyorları  səhnə  aktyorlarından  daha  çox  yaradıcılıq  işləri  görməli 
olurlar. Səhnə, televiziya və radioya nisbətən kino-filmlər daha universaldır. Kino aktyorları öz məharətlərini 
tamaşaçıların  rəyini,  reaksiyasını  nəzərə  almaqla  hər  çəkiliş  zamanı  təkmilləşdirir,  ssenariyə  hər  kino 
çəkilişində  yeni-yeni  formalar  verə  bilirlər.  Bu  hal  onların  nitqində,  xüsusilə  hiss  olunur.  Çəkilişə 
hazırlaşarkən kinoaktyorlardan xüsusi yaradıcılıq axtarışları tələb olunur.      
  Kino 
dilinin  öyrənilməsi  Azərbaycan    dilinin  tələffüz  üslublarının  tədqiq  olunub 
müəyənləşdirilməsinə  də  imkan  yaradır.  Əsərlərdə  personajların  nitqi  ictimai  mənşəyindən,  səviyyəsindən, 
qohumluq əlaqələrindən asılı olaraq fərqlənir. Bu hal kino dilində aşağıdakı tələffüz üslublarının olıduğunu 
şərtləndirir:  1).  bədii  tələffüz  üslubu;  2)  publisistik  tələffüz  üslubu;  3)  rəsmi  tələffüz  üslubu;  4)  danışıq 
dilinin tələffüz üslubu; 5) dialekt tələffüz üslubu; 6) fərdi tələffüz üslubu. Bunların hərəsinin özünəməxsus, 
fərdi xüsusiyyətləri vardır.     
Kino dili üzərində aparılan müşahidələrdən aşağıdakı nəticələr müəyyən edilir: 
Kino  dilinin  tədqiqi  Azərbaycan    dilinin  ədəbi  tələffüz  üslublarının  müəyyənləşməsində  böyük  rol 
oynayır.  Kino  həyatın  müəyyən  bir  dövrünü  olduğu  kimi  canlandırdığı  üçün  burada  Azərbaycan    tələffüz 
üslublarının  bütün  incəliklərinə  rast  gəlmək  mümkündür.  ―Yeddi  oğul  istərəm‖  (1970),  ―Nəsimi‖  (1973), 
―Mən  ki  gözəl  deyildim‖  (1968),  ―Romeo  mənim  qonşumdur‖  (1963),  ―İstintaq  davam  edir‖  (1966), 
―Dağlarda  döyüş‖  (1977)  ―Leyli  və  Məcnun‖  (1961)  filmlərində  rejissor  və  aktyorlar    obrazların  ictimai 
mənşəyini və fərdi danışıq xüsusiyyətlərini filmdə canlandırmaq məqsədilə bu tələffüz üslublarından istifadə 
edirlər. Beləliklə, obrazların nitqi tələffüz üslublarının köməyi ilə üslubi rəngarənglik kəsb edir.   

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
245 
 
 
Müşahidələrdən məlum olur ki, sözlərin, habelə bir sıra cümlələrin sonundakı samit səslərin karlaşması 
hadisəsi  kino  danışığında  daha  güclü  şəkildə  özünü  göstərir.  Bu  hal,  əsasən,  çoxhecalı  sözlərin    sonunda 
işlənən səslərdə daha çox nəzərə çarpır.    
Vurğu və onun növlərindən düzgün istifadə etmək  kino dili üçün də əsas şərtlərdən biridir. Bununla 
belə,  ssenarist  və  rejissorlar  məqsədli  şəkildə  əsasən,  mənfi  obrazların  nitqini  fərqləndirərkən  nitqdə  bəzi 
çalarlıq yaratmaq məqsədi ilə vurğunun işlənilməsi qaydalarından kənara da çıxırlar.     
Vurğunun nitqdə əmələ gətirdiyi məna çalarlığına görə kino danışığında ən çox həyəcanlı vurğudan, 
söz vurğusundan, məntiqi vurğudan, sintaqma vurğusundan və cümlə vurğusundan istifadə olunur. 
Tələffüzdə  dialekt  variantına  çox  zəruri  hallarda,  məqsədli  şəkildə  və  əsərdə  ssenaristin  tələblərinə 
uyğun şəkildə yer vermək olar. 
Senari  yazılarkən  şifahi  nitqin  xüsusiyyətlərini  gözləməyə  ciddi  cəhd  göstərsə  də,  kino  şəraiti, 
ssenaridəki  konfliktlər,  psixoloji  anlar  kinoaktyorun  dilində  dəyişikliklər  edir.  Bu  hal  dilin  elementlərinin 
müxtəlif  şəkillərə  düşməsinə  səbəb  olur,  cümlənin  leksik  tərkibi  və  intonasiyaya  görə  növləri  də  dəyişir, 
şifahi nitqə daha da yaxınlaşır. 
Cümlənin, nitqin sintaqmalara düzgün bölünməsi kino dilini daha canlı və təbii, axıcı, musiqili edir. 
―Babək‖ (1979), ―Bizim Cəbiş müəllim‖ (1969), ―Mehman‖ (―Qanun naminə‖ (1968), ―Torpaq. Dəniz. Od. 
Səma‖  (1967),  ―Uşaqlığın  son  gecəsi‖  (1968),.  ―Gilas  ağacı‖  (1971),  ―Sən  niyə  susursan‖  (1966),  ―Bir 
qalanın sirri‖ (1963), Arşın mal alan‖ (1965) filmlərində aktyor nitqində sintaqmaların pozulmaması, yerli-
yerində  fasilələrə  riayət  edilməsi,  cümlələrin  birdəfəlik  yox,  fasiləli  intonasiyalarla  tələffüzü  kino  dilinin 
emosionallığını  təmin  edir.  Kinoaktyorlar  şifahi  nitqin  qayda-qanunlarını  gözləməklə  yazılı  dili  şifahi  nitq 
formasına  salır,  hər  hansı  ssenaridə  orfoepiya  normaları  əsasında  və  yüksək  nümunəvi  nitqdə  kino 
təcəssümünü verirlər.   
Şifahi nitqdə, xüsusən kino dilində sintaqmanın çox böyük rolu vardır. ―Şərikli çörək‖ (1969), ―Dəli 
Kür‖ (1969), ―Ad günü‖ (1977), ―Arxadan vurulan zərbə‖ (1977), ―Dərviş Parisi partladır‖ (1976), ―Dədə 
Qorqud‖ (1975), ―Əhməd haradadır‖ (1963), ―Skripkanın sərgüzəşti‖ (1972), ―Mən mahnı qoşuram‖ (1979), 
―Alma almaya bənzər‖ (1975) filmlərində aktyor və rejissorlar öz nitqlərinin təsirli olması üçün cümlələrin 
sintaqmaara bölünərək düzgün tələffüzünə ciddi fikir verirlər. Filmdə birsözlü, ikisözlü sintaqmlar surətlərin 
dilində  daha  çox  işlənir.  Belə  hallarda  fikrin  ifadəsində  intonasiya  da  xüsusi  rol  oynayır.  Hər  hansı  bədii 
əsərin  daha  qüvvətli  və  ya  zəif  çıxması  filmdə  kinoaktyorun  dil  elementlərindən  yerli-yerində  istifadə 
etməsindən, şifahi nitqin üslubi normalarına əməl etməsindən çox asılıdır.    
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin