TELEVĠZĠYA KANALLARINDA DĠL PROMLEMĠ
Salahbanova Ç.A.
Mingəçevir Dövlət Universiteti
İnsan duyğu və düşüncəsini dil vasitəsilə ifadə edir. Dilin lüğət tərkibi ehtiyac və tələbata uyğun olaraq
dəyişilməli, zənginləşməli, inkişaf etməlidir. Dil millətin gücüdür, ruhudur. Dilini itirən hər bir kəsin ruhu
da ölür. Dili ölən xalq milliliyini itirməklə yanaşı, millətlərin içərisində də yox olurlar.
Dil normalarının mühüm təbliğatçısı kimi televiziyanın rolu yüksəkdir. Milli televiziyanı cəmiyyətin
müasir tələbləri səviyyəsinə yüksəltmək ən vacib məsələlərdəndir. Ancaq təəssüf hissi ilə qeyd etmək olar ki,
hal-hazırda televiziyada bəzən normalara əməl olunmur.
Kütləvi informasiya vasitələrinin dili, bir tərəfdən, ədəbi dili zənginləşdirir, digər tərəfdən isə ədəbi dil
normalarından kənara çıxma halları ilə, dili jarqonizm və varvarizmlərlə doldurmaqla ona mənfi təsir
göstərir.
Hər bir telekanalın qarşısında maarifləndirmə, məlumatlandırma, əyləndirmə durur. Bu funksiyanı
yerinə yetirən isə televiziya aparıcılarıdır. Aparıcılar kütləyə nümunə olmalıdır. Müasir aparıcılar özlərini
sərbəst aparır, lakin sərbəst danışmaq qabiliyyətinə malik deyillər. Çünki Azərbaycan dilində ədəbiyyat
oxumurlar və dünyagörüşləri yalnız xarici telekanallardan alma informasiyadır. Çox təəssüf ki, bu gün
Azərbaycan teleməkanında müşahidə etdiyimiz qəribə məqamlar illərdir ki, davam etməkdədir. Xüsusilə də
bu məsələdə bir sıra televiziya aparıcılarının günahı çoxdur. Hərdən aparıcıların dilindən qopan ifadələr
ləhcə, şivə xarakterli olur. Bəzi aparıcılar elə bir səs tonu ilə danışırlar ki, adamın qulağı batır. Teleradio
aparıcıları alınma sözlərin yerində işlənilməsini mütləq nəzərə almalıdırlar. Aparıcı o qədər sürətlə danışır ki,
sözlər ya tamam anlaşılmır, ya da şəkilçilər unudulur. Aparıcıların nitqi nümunəvi olmalıdır. Bir çox hallarda
peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların əyləncə xarakterli verilişlərin
aparıcıları efir peşəkarlığı aşağı olan şəxslərdir. Əgər o aparıcının gözəl nitq qabiliyyəti yoxdursa, efir
görünüşü standartlara cavab vermirsə, onun efirə çıxarılması düzgün deyil.
Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi olmayan aparıcıların yol
verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi və təhlükəlidir. Qüsurlu nitqin əsas səbəbləri
sırasında rus dilinin, Azərbaycan dialektlərinin və türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı
olmasını və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar.
Televiziya və radio verilişlərinin əksər aparıcılarının nitqində dilimizin orfoepik (düzgün tələffüz)
qaydaları demək olar ki, iki-üç cümlədən bir pozulur. Mətndəki sözlər, ifadələr, bütövlükdə mətnin oxu
qaydaları, nitqin tembri, heca vurğusu, dinamik, emosional, sabit, sərbəst ifadə, həyəcanlı səs və s. nitq pro-
sesində tez-tez müxtəlif qüsurlarla səslənir. Bu da təbii ki, materialın ümumi məzmununun anlaşılmasına
çətinlik törədir. Məsələn, bəzən isə aparıcıların bir-biri ilə, ya da dəvət etdikləri qonaqla yersiz söhbətləri,
süni və şit gülüşləri, zarafatları dinləyicini yorur. Aparıcıların əksəriyyəti doğma dilimizdə söz tapa
bilməyəndə tez alınma sözlərə müraciət edirlər. Məsələn, yes, super, superyek, mersi və s.
Televiziyada dil nöqsanlarından biri söz sırasının pozulmasıdır. Bu sıra pozulduqda isə fikir qarşı
tərəfə təhrif olunmuş şəkildə çatır. Ən ağrılı problem olan bu nöqsan tez-tez nəzərə çarpır, tamaşaçını
qıcıqlandırır. «Vaxtımız daralır, təklif edirəm keçək idmana» Cümlə belə olmalı idi: Vaxtımız azalır, təklif
edirəm ki, artıq idmana keçmək vaxtıdır»; «O sosial şəbəkə ki, hansı ki, Rusiyada çox populyardır» Cümlə
belə olmalı idi: Rusiyada çox populyar olan sosial şəbəkə …
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
251
Apardığımız müşahidələr zamanı diqqətimizi cəlb edən faktlardan biri budur ki, aparıcılar nitqin
təmizliyi prinsipini pozaraq, varvarizmlərdən istifadə edirlər, öz dilimizdə qarşılığı olan anlayışları başqa
dillərə – rus və ingilis dillərinə aid sözlərlə ifadə edirlər. Məsələn: ... ordan oçeredə (növbəyə) durmuşuq;
Burdan, yeri gəlmişkən, Mark Sükerberqə artıq ANS adından açıqca, yəni atkrıtka (açıqca) göndərilib artıq.
Televiziya aparıcılarının nitqində hamı tərəfindən başa düşülən söz və cümlələrin işlənməsi əsas
şərtdir. Kiminsə savadlı görünməsi xatirinə əcnəbi söz və ifadələrdən istifadə etməsi düzgün deyil. Məsələn,
«Böyütmək üçün şəkillərə klikləyin»; «Tamaşaçılar mobil telefonlar vasitəsi ilə fleş-mob düzəltdilər»;
«İstanbul derbisi Bakıda həyəcanla izlənib»; «Büdcənin 50 faizə qədərki neft fondundan transfer edilir».
Aparıcıların fəaliyyətinə aid onu da qeyd etmək istəyirəm ki, mətndən kənar cümlələrdə kobud səhvlər
edirlər. Xüsusən, veriliş başa çatanda. Məsələn: Buraxılış sona çatanda diktor deyir: «Vəssalam! Mənim
deyəcəklərim bu qədər». Əslində deyilməli idi: «Verilişimiz sona çatdı». Başqa bir misal: «Bu saata olan
xəbərləri dinlədininiz yox, «bu saata qədər olan» deyilməli idi.
Televiziya dilində diqqəti cəlb edən problemlərdən biri də aparıcıların nitqində ekran nitqinə uyğun
olmayan loru, vulqar söz və ifadələrin işlədilməsidir. Fikrimizcə, uşaqların da izlədiyi televiziya kanallarında
belə sözlərin işlədilməsi düzgün deyil: Qələt elədim (səhv elədim); Zarina, yeməhnən zadnan aran nətərdi?
(Yeməyə münasibətin necədir?); ... adamın lap əti tökülür (loru ifadədir).
Nitqin təmizliyini pozan amillərdən biri də dialektizmlərdən istifadə olunmasıdır. Əksər aparıcılar
nitqlərində mənsub olduqları dialektin xüsusiyyətlərinə yer verirlər, bu isə ədəbi dilin leksik normasının –
nitqin təmizliyinin pozulmasına səbəb olur: Biz dünənnəri (dünən) bu utanmazlığa toxunduq; ... belənçinə
(belə) məqamlar da var.
Özəl televiziya jurnalistlərinin və aparıcılarının bir qismi yaşadığımız informasiya əsrində dilimizin
ruhunu sındıraraq danışırlar. Az qala özəl televiziya kanallarında çalışan jurnalistlərin bir qismi dilimizin
qayda – qanunlarını pozmaq iddiasında olmaqla və öz əməllərini düzgün saymaqla ruhumuzun ölümünə
qənim kəsilirlər. Açığı qeyd edək ki, özəl televiziya kanallarındakı verilişlərin əksəriyyəti dilimizi sevdirmir,
əksinə, dilimizin ruhuna xələl gətirir. Özəl televiziyada dilimizin qayda – qanunlarını o qədər pozurlar ki,
tələbkar tamaşaçıda, dinləyicidə özlərinin səriştəsizliyi, elmsizliyi, ana dilinin qədrini bilməmələri barədə
təsəvvürü daha da dərinləşdirirlər. Əlbəttə, bununla ana dilinə xəyanət edirlər, onun inkişafına əngəl
törədirlər. Görünür ki, belə jurnalistlərin ana dilinə olan məhəbbəti, sevgisi layiqincə deyildir. Onu da qeyd
edək ki, özəl televiziyada çalışan bir qism jurnalistlərin dili həm də ona görə dolaşıq və qüsurludur ki,
onların fikri və düşüncələri də son dərəcə dalğın, eyni zamanda dumanlıdır.
Özəl televiziya kanalların dili Azərbaycan ədəbi dilinin imkanları üzərində öz işini qursa, həm ədəbi
dilimizin inkişafına əngəl olmaz, həm də televiziyanın özü tələbkar tamaşaçının rəğbətini qazanar. Bu
baxımdan özəl televiziya kanallarına yanaşsaq, onda görürük ki, onların proqramlarında, verilişlərində hər
birinin fərdi üslubu olmaqla yanaşı, həm də hər birində jurnalistlərin, aparıcıların böyük əksəriyyəti
Azərbaycan ədəbi dilinin qayda – qanunlarını gözləmirlər.
Televiziyada dillə bağlı nöqsanlar yalnız göstərdiklərimizdən ibarət deyil. Bu, diqqəti çəkən
nöqsanların az bir hissəsidir. Bunu görə də kütləvi informasiya vasitələrinin dil problemi mühüm praktik
əhəmiyyətə malikdir.
Sonda onu da qeyd edim ki, yuxarıda nəzərə çatdırılan norma pozulmaları ilə yanaşı, Azərbaycan
televiziya kanallarında öz işinin peşəkarı olan, nitqləri aydın şəkildə qurulan, ədəbi dilimizin normalarına
yaxşı bələd olan, veriliş zamanı nitqlərində çox nadir hallarda normadan kənaraçıxma halları müşahidə
edilən aparıcılar da vardır.
ÇAĞDAġ AZƏRBAYCAN BƏDĠĠ DĠLĠN ĠNKĠġAF ÖZƏLLĠKLƏRĠ VƏ PROBLEMLƏRĠ
Şərifova S.Ş.
AMEA, Nizami adına Ədəbiyyat İnstitutu
Müasir Azərbaycan dilinin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata
keçirdiyi siyasətlə əlaqəlidir. Bir sıra təhlükələrə məruz qalan Azərbaycan dili məhz dövlət tərəfindən həyata
keçirilən tədbirlər nəticəsində inkişafını davam etdirmişdir. Lakin Azərbaycan dilinin bir əsr çərçivəsində
dörd dəfə əlifba dəyişməsı, ədəbi dildə dialektizmlərdən geniş istifadə olunması, Azərbaycan dili haqqında
bir sıra qanunlarının arxaizm xarakter daşıması, müasir ictimai düşuncənin dəyişməsi, qloballaşma
prosesləri, internet ədəbiyyatının yayılması nəticəsində müxtəlif nəsillər arasında irsi fasiləliyin yaranması,
Azərbaycan dili daxilində subdillərin formalaşması, Azərbaycan bədii dilinin leksik özəlliklərinin dəyişməsi,
Azərbaycan bədii dilinə interferesiyanın təsirinin artması, qrammatik qanunların kobud inkarı kimi
proseslərin fəallaşması müşahidə olunur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
252
Azərbaycan dili rəsmi dövlət dili kimi XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən ilk dəfə istifadə
edilmişdir. XX əsrin əvvəlində Azərbaycan Demokratik Respublikası, Araz Respublikası və Azadıstanda,
XX əsrin ortasında Azərbaycan Milli Hökümətində dövlət dili elan edilmişdir. Azərbaycanın müstəqilliyi
bərpa edilməklə Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. 12 noyabr 1995-ci il tarixində isə müstəqil
Respublikamızın Konstitusiyasının 21-ci maddəsi ilə Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət
dili kimi təsbit olundu. Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən Azərbaycan dilinin qorunmasına və
təkmilləşdirilməsinə daim diqqət yetirilir. Belə ki, 2001-ci ildə Azərbaycan əlifbası rəsmi olaraq latın
qrafikasına çevrildi. 2004-cü ildə latın qrafikası ilə bədii və elmi ədəbiyyatın kütləvi nəşri başlandı. 2007-ci
ildə ―Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramına‖ təkan verildi. 2012-ci və 2013-cü illərdə Dövlət Proqramı ilə bağlı
tədbirlər genişləndirilmişdir. Dövlət Proqramının əsas normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dilin
tədrisinin və tətbiqinin genişləndirilməsi, millətin maddi - mənəvi göstəricilərindən biri olan Ana dilinin
geniş təbliğinə, xarici ölkələrdə Azərbaycan dili mərkəzlərinin açılmasına yönəldilmişdir. Bu fonda qonşu
ölkələrdə Azərbaycan dilinin istifadə sahəsinin məhdudlaşdırılması istiqamətində addımlar atılır. İlk növbədə
Ana dildə təhsilin alınması çətinləşdirilmiş, regional səviyyədə Azərbaycan dilinin rəsmi və kargüzarlıq dili
kimi istifadəsi qadağan edilmişdir.
XX əsrdə Azərbaycan dili bir sıra ciddi problemlərlə toqquşmuşdur. Ziddiyyətli axtarışlar nəticəsində
Azərbaycan dilində latın qrafikası təsdiqini tapmışdır. Azərbaycan latın əlifbasının yaranması yolunda Mirzə
Fətəli Axundov, Mirzə Əliməhəmməd, Firudin bəy Köçərli, Mirzə Cəlil Məmmədquluzadə və digər tarixi
şəxsiyyətlərimiz cəsarətli addımlar atmışdılar. 1991-ci ildə latın əlifbasına keçməsi haqqında atılan
addımlara baxmayaraq, yeni əlifbaya keçid 2001-ci ildə Heydər Əliyevin iradəsi nəticəsində baş vermişdir.
Əlifba dəyişdirilməsi nəsillər arasında fasiləsiz nəsillik problemini yaradır. ―Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair‖ Dövlət Proqramı bu
problemi aradan qaldırmış olur. Eyni zamanda, Azərbaycan xalqı tərəfindən iki əlifbanın – Azərbaycan
Respublikasında latın, Cənubi Azərbaycanda isə - ərəb əlifbasının faktik istifadəsi Azərbaycan dilində
subdillərin formalaşmasına təkan verir. Belə ki, XVIII əsrin əvvəllərindən XX əsrin əvvəllərinədək Cənubi
və Şimali Azərbaycanda vahid mədəni mühit müşahidə olunur, o cümlədən eyni söz fonduna malik, eyni
fonetik, orfoqrafik, morfoloji, sintaktik dil qanunları istifadə edilirdi. Bu gün isə Azərbaycan
Respublikasında və Cənubi Azərbaycanda Azərbaycan dilindən istifadə edildikdə bir sıra ciddi fərqli
xüsusiyyətlər diqqəti çəkir. Oxşar prosesin Gürcüstanda da başlandığını iddia etmək olar. Müasir dövrdə
Azərbaycan Respublikasında və Cənubi Azərbaycanda bir - birindən asılı olmayan ədəbiyyatın inkişafını da
müşahidə edirik. Belə ki, Azərbaycan Respublikasının geniş oxucularına Səhər xanım Rəsizadə, Ülkər
Ucqar, Elyad Musəvi, Rəsul Yunan, Məhəmməd Rza Ləvayi, Rüqiyyə Kəbiri, Əlirza Zihəq və digər yazar və
şairləri tanış deyil, Cənubi Azərbaycanda isə Qan Turalı, Mübariz Örən, Aqşin Yenisey, Vüsal Nuru, Emin
Piri və digər gənc ədiblərimizin əsərləri yayımlanmamışdır. Lakin vaxt var idi, ―Əkinçi‖ qəzeti, ―Molla
Nəsrəddin‖ və ―Füyuzat‖ jurnalları Arazın iki tərəfində də oxunurdu.
Dialektizmlərin Azərbaycan bədii dilinə nüfuz etmə prosesi subdillərin yaranması məsələsini yeni
amillərlə zənginləşdirir. K. Əfsəroğlunun ―Kuklalar güləndə‖ əsərində bakılılara xas danışıq tərzi müşahidə
edilir: ―Qədeş! Bura bulvardı, camaat dincəlməyə gəlir, nöş pozursuz millətin kayfını?‖ Hekayə dialekt və
şivələr əsasında qurulmuşdur.
Azərbaycan dilinin bir sıra qanunlarının arxaizm xarakter daşımasına diqqət yetirilir. Akademik İsa
Həbibbəyli ədəbi dildə müşahidə edilən dil hadisələrinin tənzimləməsini həyata keçirə biləcək qrammatik
qanunvericiliyin hazırlanmasının tərəfdarı olaraq qeyd edir: ―... Müstəqillik dövrü Azərbaycan dilinin
orfoqrafiya qaydalarına bütövlükdə yenidən baxmaq, keçmişdən mövcud olan qaydalarda yaxşı olan nə
varsa, hamısını saxlamaq, varisliyi qorumaq, lakin dilimizin müasir inkişafı, hazırda və dilçilik elmində
gedən proseslərlə bağlı olan yeniləşmələr yeni qaydalarda öz əksini tapmalıdır.‖ Akademik İsa
Həbibbəylinin irəli sürdüyü qoşa y samitinə dair təklifi xüsusi maraq doğurur. Akademik İsa Həbibbəyli
müasir dövrdə qoşa eyni samitli (qoşa y samiti) sözlərin yazılışı və tələffüzünü eyniləşdirmək üçün iki ―y‖
samitindən birinin ixtisar edilməsi məqamının yetişməsini vurğulayaraq qeyd edir ki, ―tələffüzdə qoşa y
samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur. Qoşa yazılan iki y səsindən
birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına uyğunlaşdırır‖. Akademik İsa
Həbibbəylinin təklifi Azərbaycan dilinin təkmilləşdirilməsi ilə bağlı atılan ciddi addımdır.
İnternet ədəbiyyatının yayımı Azərbaycan ədəbiyyatının mövzu və janr sistemlərinə təsir göstərməklə
yanaşı, əcnəbi dillərdə xarakterik olan elementlərin Azərbaycan bədii dilinə nüfuz etməsində də özünü
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
253
göstərməkdədir. Qloballaşma proseslərinin təsiri Azərbaycan dillinin digər dillərlə interferensiyası
prosesində özünü fəal göstərir. Bu proses özünü son dövrlərdə Azərbaycan dilinə daxil olmuş texniki və
ictimai-siyasi həyatla bağlı olan alınma yeni söz və söz birləşmələrində əksini tapmışdır. İnterferensiya yeni
fenomenləri əhatə edən sözlərlə kifayətlənmir. Bəzi hallarda əcnəbi dillərdə uzun dövr istifadə edilən
sözlərin Azərbaycan dilinə nüfuz etməsi müşahidə edilir.
Azərbaycan ədəbiyyatında Türkiyə türkcəsindəki söz və söz birləşmələrinə müraciət diqqətdən
yayınmır. Müəlliflərin şu, şöylə, əfəndi, talib, kalite, tatlıya bağlamaq, rəsmən, eline sağlık, haqqını halal et
və ya haqqınızı halal edin, keçmiş olsun, üzgünəm, hakk etmək, hüzur, zatən və s. söz və söz
birləşmələrindən istifadə etmələri müşahidə olunur.
Azərbaycan bədii dilində Türkiyə türkcəsində söz və söz birləşmələrinə müraciət özünü həmişə
göstərmişdir. XX əsrin əvvəllərində H. Cavid, A. Şaiq, M. Hadi və digər ədiblərimizin yaradıcılıqlarında bu
prosesi izləmək mümkündür.
Təəssüf ki, Azərbaycan ədəbi dilində, həmçinin qələmə alınmış bədii nümunələrdə kobud və əxlaqsız
sözlərin artması müşahidə olunur. Bu baxımdan kobud və əxlaqsız sözlərin işlənməsi bədii əsərin estetik
dəyərini aşağı salır. Bu cür sözlər, xüsusilə, ―çirklirealizm‖ üslubunda qələmə alınmış əsərlərdə daha çox
qabardılır.Son dövrlərdə Azərbaycan ədəbiyyatında ―çirkli realizm‖ə meyl və maraq güclənməkdədir. Misal
kimi gənc nəslə aid Səxavət Sahilin ―İsanın qadını‖ və Əli Əkbərin―Artuş və Zaur‖, Eyvaz Zeynalovun
―Bələdçi‖ romanlarına müraciət etmək olar. Romanlar oxucu və ədəbiyyatşünaslar tərəfindən birmənalı
qəbul edilməmiş, diskusiyalara səbəb olmuşdur.
Kobud sözlərin yaranması Azərbaycan bədii dilinə xas yeganə mənfi təzahür deyil. Azərbaycan dilinin
qrammatik qanunlarının inkar edilməsinə tez-tez rast gəlmək olur. Hər bir dil cümlə üzvlərinin
etnokulturoloji, tarixi məntiqi kateqoriya olan normativ düzülüşü ilə səciyyələnir.
Sonda qeyd etmək lazımdır ki, Azərbaycan bədii dilinin inkişaf özəllikləri və problemləri ciddi elmi
araşdırmaların aparılmasını tələb edir. Bu sahədə müəyyən tədqiqatlar var. Təəssüf ki, Azərbaycan bədii
dilində subdillərin yaranması, Azərbaycan bədii dilinin əcnəbi dillər ilə qarşılıqlı nüfuzun artması,
Azərbaycan bədii dilinın estetik dəyərinə xələl gətirən təzahürləri samballı dissertasiya işlərinin obyektinə
hələ də çevrilməmişdir.
SÜLEYMAN VƏLĠYEVĠN SADƏ SĠNTAKSĠSĠ
Şirinov F.
Sumqayı Dövlət Universiteti
Yazıçmm dili bədii düşüncə predmeti, əsərlərinin ideya və mövzusu ilə six bağlıdır. Sovet dönəmində
yazıb-yaratmış Süleyman Vəliyevin yaradıcılığı daim aydın, dürüst, konkret ideya istiqaməti ilə seçilmişdir.
"Şor cüllütü" və "Bığlı ağa" povestlərində əsrin əvvəlləri neft Bakısmda baş verən gərgin hadisələr,
"Mübahisəli şəhər" romanında uzaq Yuqoslaviyanın Triyest şəhərində сэгэуап edən antifaşist hərəkatı,
"Düyünlər" romanında 1960-cı illərin sosial-mənəvi ziddiyyətləri və s. bədii düşüncənin mərkəzinə gəlir.
Konkret hadisə və süjetin ifadə etdiyi mətləblər, sadə təhkiyə tərzi, təfərrüat və detal təsviri yazıçmın
sintaksisini müəyyən edir.
Süleyman Vəliyevin nəsr dili hərəkət üzərində qurulub, "hərəkət dili"dir. Hadisələrin çevik təsviri sadə
cümlə sintaksisinə əsaslanır. Həm də bu zaman sadə cümlənin tərkibi ilə hadisələrin hərəkət tempi arasmda
bir uyğunluq var. Ümumi hal-əhval, vəziyyət, təsvir verilərkən daha çox sadə geniş cümlədən, yaxud tabesiz
mürəkkəb cümlələrdən istifadə olunur. Hadisələr sürətləndikcə yazıçı müxtəsər sadə cümləyə üstünlük verir.
Sanki hadisələr mübtəda və xəbərdən ibarət sadə cümlələr üzərində addımlayır, tələsir. Yazıçı əsrin
əvvəllərinin inqilab atmosferinin, yaxud müharibə ab-havasının hadisələrə təsirini bu cür "çevik dil‖lə ifadə
edir.
Süleyman Vəliyevin əsərlərinin kompozisiya bitkinliyi də sadə sintaktik quraluşa əsaslanır. Əlavələr,
haşiyələr, ara söz və cümlələr bu sadə konstruksiyaya yaddır. Yazıçının əsərləri bir qayda olaraq konkret
süjetdən, üzvi şəkildə süjetdə "əriyən" yaxud da onu tamamlayan çevik dialoqlardan və fabula dolğunluğuna
xidmət edən bədii təsvir vasitələrindən ibarətdir. Hər bir kompozisiya ünsürünün ümumi ideya-mətbbin
ifadəsində aydın rolu və yeri var.
Sadə, birmənalı ifadə tərzi S.Vəliyevin bədii təsvir vasitələrindən istifadəsində də özünü göstərir.
Yazıçı mürəkkəb təşbih və məcazlardansa, эп çox bədii təyin və epitetlərə üstünlük verir. Bədii detal
çoxmənalılığından çox, təfərrüat sırasma əhəmiyyət verir. Hətta rəmzlər də xüsusi vurğu kəsb etməyib,
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
254
təsvirlə ahəngdar surətdə verilir. Məsələn, "günəş"in bolluğu və ya azlığı təsvirdə eyni qədər müstəqim və
məcazi mənalar daşıyır. Yazıçı peyzaja tez-tez yer versə də, ona ayrıca fünksiya vermir, hadisələrin təbii
fonu və obrazların əhval-ruhiyyəsinin davamı kimi diqqət yetirir.
Süleyman Vəliyevin nəsr dili ədəbi dilin gözəlliyinə arxalanır, dialekt və ləhcə "pozuntularf'na yer
verməyib ədəbi-bədii dil normalarını qoruyur. Azərbaycan yazıçılarının X qurultayında ulu öndər Heydər
Əliyev sovet dönəmində yazıçılarm rolu və xidmətlərindən birinin də məhz Azərbaycan dilini qoruyub-
saxlamaqdan ibarət olduğunu söyləmişdir. Süleyman Vəliyevin nəsr dili bu baxımdan эп layiqli örnək hesab
oluna bilər.
THE LANGUAGE OF MASS MEDĠA
Valiyeva S.V.
Sumgait State University
The mass media have penetrated so deeply in our Society that it is important to examine the types and
nature of the influence the mass media exert on individuals in society.
One can identify many forms of mass media such as: the English language, books, magazines,
newspapers, comics, advertising, records, film, radio and television. Many of these forms are inter-related.
For example, advertising permeates many forms of mass media. For the purposes of this essay television is
seen as being of prime importance, firstly because of its widespread availability and influence and secondly,
to give the topic under discussion a focal point.
One school of thought, of which Marshall McLuhan is an exponent, claims that the ―new‖ mass media
(film, radio and television) are new languages, the grammar of which is yet unknown. ―Radio, film, TV,
pushed written expression toward the spontaneous shifts and freedom of the language and bodily gesture.
Hence, it is claimed, a rich colorful language developed conveying moods and emotions, happenings and
characters, even thoughts, none of which could be properly packaged in words. Conversely, the message
communicated through print‖… means that it must first be broken down into parts and then mediated
eyedropper fashion one thing at a time, in an abstract, ,linear, fragmented, sequential way‖.
The mass media is a diversified collection of media technologies that reach a large audience via mass
communication.
Broadcast media transmit information electronically, via such media as film, radio, recorded music, or
television.
Digital media comprises both Internet and mobile mas communication.
Print media transmit information via physical objects, such as books, comics, magazines, newspapers,
or pamphlets.
Outdoor media transmit information via such as AR advertising; billboards; blimps; flying billboards;
placards or kiosks placed inside and outside of buses, commercial buildings, shops, sports stadiums, subway
cars, or trains; or skywriting.
Newspapers contain a range of items:
home/ domestic news
international news
Language features of newspapers are:
the omission of words
The words omitted are usually function words, that is grammatical words that do not carry instrinsic
meaning: determiners (some, this, that, a, an, etc), pronouns (relative pronouns), auxiliars (be, have, do).
Titles (Mrs, Sir, Lord) and punctuation may be also omitted.
the use of short words
e.g. row= argument
raid=robbery
Tabloids make a greater use of shorter words and more sensational words.
e.g. Monster in the classroom
the use of loaded words (words with strong connotations)
Loaded words are words that carry particular strong connotations that is, carry an emotional loading
beyond their literal meaning.
e.g. wealthy: rich (negative connotation) well off/ affluent (positive connotation)
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
255
the use of nominalization (the use noun phrases)
Noun phrases can be nouns on their own, but often include other words such as determiners, numbers,
adjectives, called modifiers. Many headlines are noun phrases.
e.g. shoplifting arrests
the use of gymnicks (puns, word play, metaphor, alliteration, rhyme)
Gimmicks are strategies that can create ambiguity. They include:
Puns, that is plays on words, which include:
Homophones: words with the same sound but a different spelling and meaning.
Homonyms: words with the same sound and spelling but different meaning.
Intertextuality: it means reference to familiar phrases, which are already known to the reader, many
coming from film and book titles or the words of songs. Metaphor: it describes one thing in terms of another,
creating an implicit comparison.
Alliteration is the repetition of sounds, usually consonants.
Rhyme: words which rhyme.
Allan Bell has been both making and studying media language for many years. He has worked as a
journalist and editor in a daily new service, weekly newspaper and monthly magazines. He has researched
media language in several countries, especially New Zealand and the United Kingdom.
In these days the Russian press, radio and television are making very persistent attempts to popularize
new terms and declaring that the mass media language keeps pace with the times, thus deeply affecting all
language styles. Since the meanings of new words are grasped very quickly and don‘t need to be explained
any longer, they became widespread in all social and professional groups-from business circles to young
people.
Modern mass media are overflowed with the new words that came into the language of advertisement
and sports. Most words have been borrowed without any reason, it is just an obvious attempt to follow the
fashion. We can give some examples: OK, fifty-fifty, no problem, conditsioner volos (from hair-
conditioner), cruiz (from cruise), lunch. Sport commentators can not do without such words as pressing and
forcing, outsiders and referee.
Dostları ilə paylaş: |