Latın dilindən alınmalar.
Qədim dövr alınmalarının əsas hissəsini latın dilindın alınmış sözlər təşkil edir. Qədim ingilis dilindəki
alınma latın sözlərini üç xronoloji dövrə bölürlər:
1) germanlar tərəfindən qitədə alınan latın mənşəli sözlər
2) kelt dilləri vasitəsilə alınan latın mənşəli sözlər
3) xristianlığın yayılması ilə əlaqədar olan alınma latın mənşəli sözlər.
1. Germanlar tərəfindən qitədə alınan latın mənĢəli sözlər:
1.1. Ticarətlə bağlı olan latın sözlər
Bu sözlər ticarətlə bağlı olan ümumi anlayışları, ölçü vahidlərini və germanlara bəlli olmayan ticarət
mallarının adlarını bildirir.
a) Ticarətlə bağlı olan ümumi anlayışlar:
– O.E ―cēapian, cēap, cēapman‖ və ―man
ʒ ian, manʒ unʒ , manʒ ere‖ (ticarət etmək, alver etmək;
iş, mübadilə; xırdavatçı, tacir) latın dilində ―tacir‖ mənasında işlədilən ―caupo‖ və ―mango‖sözlərindəndir.
Roma tacirləri, səyyar satıcıları həm də ―mango‖ adlanırdı. O.E mangere – Mod. Eng monger – buradan
törənib:
fishmonger – balıqsatan ironmonger – dəmir məmulatları satan
– lat. vīnum – O.E wīn – Mod. Eng wine
b) Ticarət mallarının və kənd təsərrüfatı məhsullarının adları ilə bağlı alınmalar:
– O.E meolc – Mod. Eng. milk;
– lat. būtyrum – O.E butere– Mod. Eng. butter (yağ);
– lat. cāuseus – O.E cŷse < cīese – Mod. Eng. cheese (pendir).
c) Tərəvəz məhsullarına gəldikdə isə aşağıdakıları qeyd etmək olar:
– lat. caulis – O.E cāwl – Mod. Eng. cole (kələm);
– lat. beta – O.E bete – Mod. Eng. beet (çuğundur);
– lat. planta – O.E plante – Mod. Eng. plant (bitki);
d) Ölçü vahidləri və saxlama qabları:
– lat. pondō – O.E pund – Mod. Eng pound (funt)
– lat.uncia – O.E ynce – Mod. Eng. inch(12-lik)
– lat. moneta – O.E mynet – Mod. Eng. mint (zərbxana, sikkəxana;). ―To mint ‖ – ―metalı kəsmək, sikkəyə
naxış vurmaq‖, sonradan eyni kök ikinci dəfə orta əsrlər dövründə fransız dilindən ―moneys, money ‖ – pul
formasında alınıb.
1.2. Romalılardan tikinti ilə bağlı olaraq alınan latın sözləri:
– lat. calx, calcis – O.E cealc – Mod. Eng. chalk (təbaşir, əhəng)
– lat. tēgula – O.E tī
ʒ le – Mod. Eng. tile (sifal,kirəmit)
1.3. Məişətlə bağlı olan sözlər:
– lat. catillus (balaca boşqab, nimçə) – O.E cytel, cetel – Mod. Eng. kettle (qəhvədan)
1.4. Hərbi işlərə aid olan Latın alınmaları :
– böyük məsafələrin ölçülməsində romalıların yüz addıma bərabər olan uzunluq vahidlərinin adları
da ingilislər tərəfindən mənimsənilib:
– lat. millia passuum – O.E mīl – Mod. Eng. mile (mil).
2. Kelt dilləri vasitəsilə alınan latın mənĢəli sözlər:
Roma müdafiə sisteminin digər bir xüsusiyyəti işğal olunmuş ərazilərdə müdafiə vasitələri ilə təchiz
olunmuş hərbi düşərgələrin yaradılması idi. Belə ki, romalıların saldıqları hərbi məskənlər sonradan şəhərlər
oldular. Latıncadan mənası ―castra‖ olan bu düşərgələr artıq anqlosaksların işğalınadək geniş yayılmışdı.
―Caster‖ ismi bir çox yaşayış məntəqələrinin adlarının tərkib hissəsinə çevrilmişdir:
Chester
Chichester
} cənubda Manchester – şimal-qərbdə
Winchester
3. Xristianlığın yayılması ilə əlaqədar olan alınma latın mənĢəli sözlər:
Xristianlığın yayılması ilə əlaqədar olan alınma latın sözləri içərisində din və kilsə, təlimlə ilə bağlı olan
sözlər üstünlük təşkil edir.
3.1. Din və kilsə ilə əlaqədar latın sözlər.
Alınma latın sözlərinin üçüncü təbəqəsini , əsasən dini sözlər təşkil edir
– lat.abbatem (Gr. abbas) – O.E abbod – Mod. Eng. Abbot (rahib)
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
160
– lat.clericus (Gr. klērikós) – O.E cleric – Mod. Eng. clerk (kahin)
– lat. discipulus – O.E discupul – Mod. Eng. disciple (şagird, davamçı)
3.2. Təlimlə bağlı olan sözlər
Bu qəbildən olan alınma sözlər sırasında aşağıdakıları qeyd etmək olar:
– lat. schola (Gr. skhole) – O.E scōl – Mod. Eng., school (məktəb)
– lat. scholāris – O.E scōlere – Mod. Eng. scholar (alim)
– lat. ma
ʒ ister – O.E māʒ ister – Mod. Eng. master (müəllim)
V–XI əsrləri əhatə edən qədim ingilis dili dövrü Britaniya tarixində quldarlıq, quruluşundan
feodalizmə keçid mərhələsi olmuşdur.
İngiltərəni işğal edən normanlar əslən Skandinaviya ərazisindən gəlmişlər. Onlar fransız dilinin şimal
dialektində danışırdılar. Bu dialekt isə Mərkəzi fransız, parij dialektindən müəyyən dərəcədə fərqli idi.
Normandiya hersoqu Vilhelmin İngiltərəni işğalı, ölkə üçün sadəcə olaraq sülalə dəyişimi kimi deyil, daha
çox əhəmiyyət kəsb edən hadisə kimi qeyd olunurdu. Normanların iki əsrədək davam edən hökmranlıqları
İngiltərənin həm dini, həm də mədəni həyatına, xüsusilə də dilinə təsirsiz ötüşməmişdir.
Orta ingilis dili dövrü ərzində ingilis dilinə daxil olmuĢ alınmalar
Orta ingilis dili dövrü XI–XV (1066–1475) əsrləri əhatə edir. Bu dövr özü də iki mərhələni əhatə edir.
Belə ki, XI–XIV əsrlər erkən orta ingilis dili dövrü, XIV–XV əsrlər isə sonuncu və ya klassik orta ingilis dili
dövrü kimi qeyd olunur. Orta dövr ingilis dilinin lüğət tərkibinin zənginləşməsində fransız dilinin
əhəmiyyətli rolu olmuşdur. Artıq fransız dili London kralının sarayında, XIII əsrdə yaranmış parlamentdə,
məhkəmədə və s. yerlərdə müntəzəm olaraq istifadə olunurdu. Artıq XIV əsrin ortalarında fransız dilinin
hakim mövqeyi zəifləməyə başlayır. Bu isə məhz yüz ildən artıq zaman ərzində Fransa əleyhinə aparılan və
1339 –cu ildə başlamış müharibə ilə əlaqələndirilir. Fransız dilinin təsirinin zəifləməsi dünyəvi ingilis
ədəbiyyatının çiçəklənməsi dövrü ilə üst – üstə düşür. 1363 –cü ildə parlament ilk dəfə olaraq ingilis dilində,
1365 –ci ildən yenidən fransız dilində açılmışdır. Lakin 1377 –ci ildən sonra parlament çıxışları yalnız ingilis
dilində aparılmışdır.
İngilis dilinin lüğət tərkibində fransız dilindən olan çoxsaylı alınmalar məhz latın, yunan, az bir hissəsi
isə kelt mənşəli olan fransız sözləridir. Fransız alınmalarının bir qismi əslində latın sözləri olmuş, sonralar
onlar fransız dili tərəfindən mənimsənilmiş, bu dildə onlar müəyyən fonetik və s. dəyişikliklərə məruz
qalmış, bir sözlə, fransızlaşıb və ingilis dilinə fransız sözləri kimi daxil olmuşdur.
Dövlət idarəçiliyi ilə bağlı olanlar: accord agreement charter alliance covenant oppression
administration court state reign counsel empire sovereign
XVI əsrdən "re–" prefiksi artıq ingilis dilində yeni sözlərin düzəldilməsində istifadə edilməyə
başlamışdır:
re–greet
re–kindle
re–live
re–act
re–adjust
re–fill
re–construct
re–open
re–attack
re–awake
"de–", "dis–" fransız – latın mənşəli sifət və fellərə tətbiq olunan prefikslər:
destructive
disbelieve
dislike
disown
İngilis dilindəki fransız alınmalarının böyük əksəriyyəti XIII əsrin ortalarından IV əsrin sonunadək
mənimsənilmişdi. Fransız dilinin təsiri nəticəsində orta dövrdə kəmiyyət və keyfiyyət dəyişiklikləri baş
verdi:
1) Orta ingilis dili dövrünün lüğət tərkibi çoxlu fransız sözləri ilə zənginləşmişdir.
2) Sintetik- qrammatik quruluşlu ingilis dili fransız dilinin təsiri nəticəsində analitik quruluşlu
olmuşdur.
3) Fransız dilinin təsiri nəticəsində ingilis fellərində təsirli və təsirsiz fellər arasında mövcud olan
morfoloji göstərici aradan qalxdı. Fransız dilində olduğu kimi, eyni bir feil həm təsirli, həm də təsirsiz feil
kimi işlənməyə başladı.
4) Fransız dilinin təsiri özünü ingilis dilinin fonetik quruluşunda da göstərmişdir. İngilis dilindəki sabit
kök vurğusu nisbətən sərbəstləşdi və o təkcə birinci hecanın deyil, ikinci və s. hecaların da üzərinə düşə
bilirdi.
Məsələn : N.E discord(n) [΄dısk
ɔ :d] və discord (v) [dıśkɔ :d]
N.E present (n) [΄preznt] və present (v) [prı΄zent]
Burada vurğu feili isimdən fərqləndirərək fonoloji funksiyanı yerinə yetirmiş olur.
5) Fransız dilinin təsiri nəticəsində ingilis dili orfoqrafiyasında da dəyişikliklər baş vermişdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
161
KEÇMĠġ ZAMANIN ÜSLUBĠ XÜSUSĠYYƏTLƏRĠ VƏ “OĞUZNAMƏ”
İmaməliyeva G.S.
Sumqayıt Dövlət Universiteti
XX əsrin ortalarında üslubiyyatın bir elm kimi meydana çıxması ilə əlaqədar dilin üslubi imkanları
sistemli bir şəkildə ardıcıl olaraq araşdırılır və tədqiq olunur.
Dilin hər bir səviyyəsi özünəməxsus səciyyəvi və fərqli üslubi imkanlara malikdir. Əlbəttə, dil
elementləri sırasında üslubi cəhətdən ən zəngini leksika və sintaksisdir. Morfologiyanın bu baxımdan
imkanları bir qədər məhduddur. Bu üslubi vasitələr sırasına morfoloji sinonimika aiddir, xüsusilə də zaman
və şəkil formalarının sinonimikası.
Azərbaycan dilində feil məna zənginliyinə görə ən mühüm nitq hissəsidir. Feillər qrammatik vasitələr
baxımından zəngin olduğu kimi, üslubi imkan və məqamlarına görə də zəngin bir nitq hissəsidir..
―Feilin elə morfoloji vasitələri vardır ki, onlar, xüsusən, sinonimliyin və antonimliyin artımı üçün
olduqca əlverişli imkanlar yaradır. Feilin üslubi məqamlarını daha da artırır. Məsələn: işin keçən zaman
daxilində icra olunduğunu bildirmək üçün –dı
4
, -ıb
4
, -mış
4
şəkilçilərini işlətməsi mümkündür. Müxtəlif məna
ekspressivlik çalarlıqlarını ifadə etmək üçün bu vasitələr sırasına başqa vasitələr də qoşulur və, beləliklə,
sinonimlər bir az da çoxalır‖. Göstərdiyimiz bu sitatı Q.H.Mustafayeva öz adına vermiş olsa da,
Ə.M.Dəmirçizadənin kitabından olduğu kimi köçürmüşdür.
―Fikri başqasına daha təsirli çatdırmaq üçün hətta bir feil kateqoriyası başqa biri ilə əvəz olunur.
Məsələn: ―Siz sağalana qədər heç bir yerə getməyəcəksiniz, həkim icazə verməyincə buradan
çıxmayacaqsınız‖ – burada xəbərlər vacib formasının əvəzinə qəti gələcək zamanla ifadə olunmuşdur.
Şübhəsiz ki, bununla da fikir daha qəti bir tonla deyilmişdir. Deməli, burada feilin zaman kateqoriyası
qrammatik vəzifədən daha çox üslubi vəzifə daşımış olur. Məqsədəuyğun istifadə də bundan ibarətdir‖ .
Feilin zamanları zəngin məna və sintaktik xüsusiyyətləri ilə yanaşı, bir sıra üslubi xüsusiyyətlərə də
malikdir. Üslubi xüsusiyyətlər deyərkən, əsasən, keçmiş zamanların bir-birini əvəz etməsi, keçmiş zamanın
isə indiki zamanı əvəz etməsi və s. nəzərdə tutulur.
B.Ə.Xəlilov keçmiş zamanın 2, Q.H.Mustafayeva 3, Ə.Bağırov 3, T.Ə.Əfəndiyeva isə 4 üslubi
xüsusiyyəti olduğunu qeyd etmişdirlər.
Ə.M.Dəmirçizadə keçmiş zamanın üslubi xüsusiyyətlərini ətraflı şəkildə şərh etsə də, qruplaşdırma
aparmamışdır.
A.A.Axundov yazır: ―Azərbaycan dilində keçmiş zaman iki forma: şühudi keçmiş və nəqli keçmiş
formaları ilə ifadə olunur. Bunlardan birincisi daha çox hərəkəti, digəri isə hərəkətin nəticəsini ifadə edir.
Bunlardan birincisi hərəkəti şahidlik yolu ilə bildirir, digəri isə nəql edir.
Məna müxtəlifliyi bu zamanları qrammatik düzgünlük cəhətdən qarşı-qarşıya qoyur və onların işlənmə
yerlərini müəyyənləşdirir‖.
―Nəqli keçmişin üslub xüsusiyyətlərindən danışarkən bu formanın qrammatik cəhətdən eyni mənalı
olan iki tərzdə -mış
4
və -ıb
4
şəkilçiləri vasitəsilə düzəldilməsi nəzərə alınmalıdır. Məsələ burasındadır ki,
qrammatik mənaca eyni olan bu şəkilçilər üslubi cəhətdən bir-birindən fərqlənir. Belə ki, -mış
4
şəkilçisi,
əsasən, elm və mətbuat dilində və -ıb
4
şəkilçisi isə danışıq dilində işlədilir‖.
Ədəbi dildən fərqli olaraq, bədii dildə bəzən nəqli keçmiş şühudi keşmişlə, şühudi keçmiş nəqli
keçmişlə əvəz oluna bilir. Bu da daha çox müəllifin hərəkətimi, yoxsa hərəkətin nəticəsinimi daha qabarıq
şəkildə ifadə etmək istəyindən asılı olaraq dəyişir.
Keçmiş zamanın üslubi xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Şühudi keçmişin nəqli keçmiş zamanı əvəz etməsi. Aşağıdakı nümunələrə nəzər yetirək:
Aqçacığın var ikən ―dobra yunaq‖ dedilər,
Aqçacığın yedilər, ―poydi z boğom!‖ dedilər.
Budur qanun ki, sevdilər sevəni,
Könüldən savdılar gözdən savanı.
Qartala oq toqunmuş, oq yeləgin göricək ―bana bəndən oldı‖-demiş; Könül yapdın, əriş yapdın; könül
yıqdın, əriş yıqdın
Gəldünsə, gerü var,
Hər nəsnənin yeri var.
Gögdən nə yağdı ki, yer anı yutmadı, Gögdən dörd kitab endi, beşinci kötək;
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
162
Verəsiyə aldım, yabanda buldum sandum,
İssi aqçasın istəyicək canalıcı sandum.
Göyənlər xardan xurma yedilər,
Qoruqdan səbr ilə xalva yedilər.
Göründüyü kimi, bu nümunələrdə şahidlikdən daha çox nəqletmə, hal və ya hərəkətin nəticəsi özünü
göstərir. Formaca -dı
4
şühudi keşmiş zaman vasitəsi ilə ifadə olunsa da, məzmunca nəqli keçmiş zaman
mənasını ifadə edir.
Azərbaycan dilində bu xüsusiyyətlər üslubi xüsusiyyətlər hesab olunsa da, bəzi türk dillərində bu,
norma kimi qəbul edilib.
G.F.Əliyeva bu haqda yazır: ―Azərbaycan və türk dillərində -mış
4
şəkilçili keçmiş zaman formasının
olmasına baxmayaraq, çox vaxt türk dilində bu zaman -dı şəkilçisi ilə verilir. Türk dilində bu, norma sayılsa
da, Azərbaycan dilində üslubi xüsusiyyətlər hesab olunur‖.
2) İndiki zamanın şühudi keçmiş zamanı əvəz etməsi. Aşağıdakı nümunələrə nəzər yetirək:
Oğlan evləncək ―Bəg oldum‖ sanur ; Xorata xordu, xorata ilə kişi kafir olur; Gördün kim, buçuq
mövt, bəla gəlür; sən bir mövt olup, qarşu var; Kosa ilə dost olayım deyirsən, ―saqalun gəlür‖di .
Burada - ır
4
indiki zaman şəkilçisini asanlıqla şühudi keçmiş zamanın şəkilçisi ilə əvəz etmək olar.
Son nümunədə isə indiki zaman şəkilçisi ilə hekayə morfemi əsasında formalaşan ―gəlirdi‖ feili işin
ancaq başlanmış formasını və az-çox davam etdiyini də bildirir. Lakin işin bitib-bitmədiyi naməlumdur.
3) Qeyri-qəti gələcək zamanın nəqli keçmiş zamanı əvəz etməsi. Aşağıdakı nümunələrə nəzər yetirək:
Bu şimdiki zəmanəyə gül yaramaz, dikən olar,
Əriylə dost oluban, övrəti... yarar.
Qurda: ―Boynun neçün yoğundur?‖- demişlər,
―İşüm kimsəyə inanmazın‖- demiş.
Birinci nümunədə asanlıqla qeyri-qəti gələcək zaman şəkilçisini - ıb
4
şəkilçisi; ikinci nümunədə isə -
mamış
2
nəqli keçmiş zamanın inkar forması ilə əvəz etmək olur.
Eyni zamanda, ədəbi dilimizdə bir qrup sözlər vardır ki, onlar nəqli keçmiş zaman şəkilçisi ilə işlənsə
də, məzmunca indiki zamanı ifadə edir. Həmin sözlər haqqında N.Məmmədov yazır: ―Nəqli keçmiş zaman
hal, vəziyyət bildirən ( oturmaq, durmaq, qalmaq, yatmaq, dayanmaq, uzanmaq, söykənmək) feillərlə
işlənərək, həm də indiki zamanı bildirir‖.
Doğrudan da, oturmuşam, durmuşam, qalmışam, yatmışam, dayanmışam, uzanmışam, söykənmişəm və
s. kimi sözlər formaca nəqli keçmiş zamanda işlənsə də, əslində indiki zaman məzmununu ifadə edir.
4) Şəkilçinin ixtisara uğraması. Keçmiş zamanın üslub xüsusiyyətləri yalnız nəqli və şühudi keçmişin
bir-birini əvəz etməsi, keçmiş zamanın indiki və gələcək zamanla ifadə olunması ilə məhdudlaşmır.
Bədii dildə bəzən üslubdan asılı olaraq, şəxs sonluqları və ya şəkilçilərin saitləri ixtisar olunur. Bizcə,
bu xüsusiyyəti də keçmiş zamanın üslubi xüsusiyyətlərinə daxil etmək olar. Aşağıdakı nümunələrə nəzər
yetirək:
Dünyada ölüm olmasa, adam adam ətin yerdi; Kəl bulsa, kəndü başın xoş eylərdi.
Qeyd edək ki, bu hal özünü, demək olar ki, yalnız bədii əsərlərin dilində göstərir. Başqa stillərdə isə
qeyri-qəti gələcəyin saitlə bitən sözlərdə yalnız ― r‖ ilə düzəlməsi ya yoxdur, ya da son dərəcə məhduddur.
ANTROPONĠMĠK VAHĠDLƏRĠN TRANSFER ġƏKĠLLƏRĠNƏ DAĠR QEYDLƏR
İsmayılov E.M.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Hər bir dilin lüğət tərkibinə nəzər saldıqda onun onomastik vahidlərin özünəməxsusluğu, bədiiliyi və
eyni zamanda qohum dillərin onomastik vahidləri ilə olan ümumi cəhətləri diqqəti cəlb edir.
―Xüsusi adlar dilin lüğət tərkibində mühüm yer tutur. Bununla əlaqədar olaraq, xüsusi adları ümumi
sözlərlə məşğul olan elmi üsullar tətbiq etməklə araşdırmaq mümkün deyil.
Müasir Azərbaycan dili zəngin aııtroponomik leksikaya malikdir. «Azərbaycan antroponimləri
sistemini təşkil edən onomastik vahidlər cərgəsində şəxs adları xüsusi yer tutur. Şəxs adı cəmiyyətdə insanın
birinin digərindən fərqləndirilməsi üçün şərti işlədilən sözə deyilir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
163
Antroponimlk sistemə daxildir: adi soy adı, ləqəb, künyə (təxəllüsü də nəzərdə tuturuq). Məsələn, Əbu
Əli İbn Sina, İlyas Yusif oğlu Nizami Gəncəvi, Xacə Nəsirəddin Tusi, Mustafa Kamal Atatürk, Fətəli Хаn
Xoyski, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Əbülfəz Elçibəy, Xəlilrza Ulutürk və s.
Azərbaycan şəxs adları içərisində sadaladığımız bütün ad formalarına rast gəlsək də, ən çox ləqəblərlə
üzləşirik. Yəni əvvəllər ləqəb olmuş, sonradan ada çevrilmiş antroponimlər dilimizdə daha çoxdur. Məsələn,
Nizami, Fizuli, Xətayi və s. Bundan başqa, ərəb dilində nisbə, labas, xitab, təxəllüs kimi ad formalarına da
rast gəlirik. Bu tip antroponimlər bizim dilimizdə milli ad kimi bir qayda olaraq işlənmir. Amma bununla
belə, bu tip ad komponentlərinə soyad şəklində rast gəlirik. Məsələn, Gəncəvi, Beyləqani, Şirvani, Göyçaylı,
Fəhmi, Xəmneyi. Hətta qrup variantı ilə Şuşinski, Şəkinski, Naxçıvanski və s.
«Ad şəxsin xüsusiyyətlərini daşımır» dedikdə biz insanın bu və ya digər fiziki və mənəvi özəlliyi ilə
onun adı arasında bağlılığın olmadığını nəzərə çatdırmaq istəyirik. Məsələn, Böyükağa balaca, Kiçikxanım
ucaboy ola bilər. Yaxud Alim adı daşıyan alim, Knyaz adı daşıyan da knyaz deyil və s.
Adlarda konservatizm ona görə güclüdür ki, bir sıra adlar konkret tarixi şəxsiyyətlərlə: qəhrəmanlar,
peyğəmbərlər, dini baxımdan imtiyazlı şəxs adları ilə bağlıdır. Həm də insanlar öz ata-analarının,
qohumlarının, hətta özlərinin adlarını bu yola, yəni körpələrə verməklə yaşatmaq istəyirlər. Bir səbəb də,
əlbəttə, ənənəvi adların bəzilərinin estetik gözəlliyi ilə bağlıdır. Məsələn, Məhəmməd, Əli, Hüseyn, Həsən,
Fatimə, Ramil, Əlif, İlham, Fərizə, Rəşad, Aynur, Elxan, Orxan adlarında söylədiyimiz fikir müşahidə edilə
bilər.
Təəssüf ki, novatorluq bəzən dilimizin inkişafına xidmət etmir. Yaxın keçmişdə qoyulmuş Kombayn,
Traktor, Kolxoz adları kimi, bu gün verilən Ozal, İzaura, Ram, Şam, Rac kimi qeyri-təbii ―yeni‖ adlar da
gülüncdür.
Təbii ki, biz onomastik vahidlərin qarşılıqlı əlaqələrindən danışarkən antroponimlə toponimlərin
qarşılıqlı əlaqəsinə daha çox diqqət ayırmalıyıq. Çünki burada tədqiq ediləsi və diqqət veriləsi məqamlar
daha çoxdur.
a) Toponimlərdən düzəlmiş antorponimlər. Azərbaycanda toponimlər yer və şəhər və ölkə adlarının
insanlara verilməsi lap qədimdən mövcuddur. Bu hala demək olar ki, bütün dünya xalqlarında bu və ya digər
formada rast gəlinsə də, Azərbaycanda bu daha aktualdır. Məsələn, Şirvan – Şirvan regionu, Lənkəran –
rayon və rayon mərkəzi, Şəki – şəhər və rayon mərkəzi, Naxçıvan – Muxtar Respublika, Quba – şəkər və
rayon mərkəzi, Təbriz – şəhər, Tehran – şəhər, Tiflis – şəhər, Nəcəf – şəhər, Riyad – şəhər, Mədinə - şəhər,
Gülüstan – kənd, Turan –türk yurdu, Misir – ölkə, Kənan – Qədim Finikiyanın müsəlman variantı, Gürcüstan
– ölkə, Dağıstan – Muxtar Respublika, Ellada – Qədim Yunanıstan, Fərqanə - Özbəkistanda vilayət, Tatar –
millət adı, Özbək – millət adı, İngilis – millət adı və s. Bu şəxs adlarının məzmununa nəzər salaq. Misir,
Kənan Elladanın zəngin ölkələri olduğundan ad qoyan da verdiyi adın daşıyıcısını arzulayıb. İstəyib ki, bu
adı daşıyan uşaq gələcəkdə həmin ölkələr kimi zəngin olsun. Tatar, Özbək, Dağıstan, İngilis adları isə qüdrət
rəmzidir. Bu ərazilərin bu və ya digər müsbət cəhətləri ilə məşhurdurlar. Fərqanə də Orta Asiyanın ən zəngin
və gül-çiçəkli regionlarındandır. Təbriz, Tehran adları bizim Cənub həsrətimizi ifadə edir. Quba, Lənkəran,
Şirvan isə vətənə sevgimizdir.
Antroponimlərimizin arasında dağ, çay və dəniz adları ilə bağlı adlara da təsadüf edirik. Qoşqar,
Kəpəz, Savalan, Səhənd, Elbrus, Kazbek, hətta Qafqaz kimi dağ adları ilə yanaş, Araz, Yenisey, Ceyhun,
Seyhun kimi çay adları və Xəzər dəniz adı dilimizdə bu gün şəxs adı kimi də işlənməkdədir.
Hələ antik tarixçilərdən Plutarx 1 (bax: Plutarx. ―Tarix‖) Afina, Roma və bir sıra qədim şəhərlərin
adlarının tarixi şəxsiyyətlərin adları ilə bağlı olduğunu yazırdı. Ümumiyyətlə, bu olduqca geniş yayılmış bir
hadisədir. Konstantinopol, İskəndəriyyə, Vaşinqton, Sidney, Rustavi, Osmaniyyə kimi iri şəhərlərlə yanaşı,
daha kiçik yaşayış məntəqələri də bir sıra tarixi şəxsiyyətlərin adını daşımaqdadır. Məs: Azərbaycanda
Sabirabad, Cəlilabad, Nərimankənd kimi toponimləri buna misal göstərə bilərik.
Bəzən adlar arasında hətta ərəb qəbilə adına da rast gəlirik ki, bu da Məhəmməd peyğəmbərin mənsub
olduğu Qureyş qəbiləsinin adıdır. Əlbəttə, öz tayfa adlarımızı daşıyanlar daha çoxdur. Bizdə Əfşar, Qacar
kimi adlara daha tez-tez rast gəlmək olar.
Ad qoyarkən diqqətli olmaq lazımdır, bəzən insanla onun adı arasında təəccüblü paralellər də yarana
bilir. Övladlarımıza leksik-semantik və estetik baxımdan ləyaqətli adlar verməliyik.
Gəlin unutmayaq ki, peyğəmbərimiz də övlad borcundan danışarkən ilk növbədə onlara gözəl ad
verməyi buyurmuşdur.
Dostları ilə paylaş: |