Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
182
QƏDĠM TÜRK LEKSĠK QATININ “QUTADĞU BĠLĠG” ƏSƏRĠNDƏ ĠZLƏRĠ
Mirzəyeva N.Ə.
Azərbayca Texniki Universiteti
Türk dilində yaranmış ən qədim və mükəmməl nümunələrdən biri Yusif Xas Balasaqunlunun
―Qutadğu bilig‖ əsəridir. Əsərin yazılmağa başlandığı tarix məlum olmasa da, Ə.N.Nəcib, A.N.Kononov,
R.B.Əskər və digər alimlər müəllifin epik-didaktik mövzuda yazılmış poemasını 1069-cu ildə Kaşğar
şəhərində bitirməsi qənaətindədirlər Əsər erkən orta əsr poemayazma gələnəyinə görə, ilk növbədə,
Allaha müraciətlə başlayır. Müəllif başladığı iş üçün ondan xeyir-dua və səbir istəyir ki, bu ―Nət‖
adlanırdı. Sonra ―Peyğəmbərin tərifi ‖ və ―Fəxriyyə‖ adlanan hissələr növbələşir. ―Fəxriyyə‖ hissəsində
əsərini tərifləyən şair bu poemanı türk dilində yazılmış ilk əsər adlandırır. Lakin əsəri tədqiq etməklə yanaşı,
onun Vyana, Qahirə və Daşkənd nüsxələrinin olduğunu nəzərə çatdıran Ə.Nəcib ―Qutadğu bilig‖ poemasını
heç də ilk türkdilli nümunə hesab etmir və iddiasını belə əsaslandırır: ‖Язык этого поэтического
сочинения свидительствует о существовании известной литературной традиции на тюрки вопреки
утверждения Юусуфа Баласагунского, что его книга первая на тюркском языке‖(Bu poetik əsərin dili
Yusif Balasaqunlunun əsərinə qədər mükəmməl ədəbi ənənənin mövcud olduğunu deməyə əsas verir).
Təbii ki, sayı 6000 beytdən yuxarı olan ―Qutadğu bilig‖ əsəri uzun təşəkkül və inkişaf yolu keçmiş
yazılı bünövrə üzərində ―ucaldılmışdır‖ ki, bu dil də öz növbəsində oğuzların aparıcı mövqeyə malik olduğu,
uyğur və karluk dillərinin də iştirak etdiyi baza əsasında yaranmışdır. Hələ erkən dövr türk yazı
ənənələrinin qorunduğu əsər başdan-başa türkizmlərlə zəngindir. Burada təsadüf etdiyimiz vahidlərin əksər
hissəsinə DLT, KDQ, həmçinin Azərbaycanın Qərb qrupu dialekt və şivələrində, xüsusilə də, tarixi
torpağımız olan İrəvan mahalında yaşayan Azərbaycan türklərinin nitqində rast gəlirik. ―Ulu, öymək,
ağırlamaq, börü, qut, apa, yağı, til, ton, tanuq, genəş, tilək/dilək‖ leksemləri belə vahidlərdəndir.
Ulu: Ulu, böyük. Bu vahidə QB-də uluğ fonetik tərkibində təsadüf edirik.
Yema bu kitapka at urmuş uluğ
Bayat yarlıkasu ol azqu kuluğ.
Tərcümə: bu kitaba böyük ad verdilər. Qoy Allah öz quluna xeyir-dua versin.
Bu vahid M. Kaşğarinin məşhur sözlüyündə ―uluğ‖ variantında verilmişdir. Burada leksemin
―ulu, böyük, uca ‖ mənaları ilə yanaşı, ―köhnə, əski‖ mənalarına da təsadüf edirik.
―Alğıl ögüt məndin, oğul, ərdəm tilə,
Boyda uluğ bilgə bolup bilginq ülə‖.
Tərcümə: Ey oğul, məndən öyüd al, ədəb və ərdəm öyrən ki, ulusun böyüyü olasan, xalq arasında
hikmətin, biliyin yayıla; uluk//uluğ tərkibində verilmişdir: uluk ton=köhnəlmiş don, paltar
Heç şübhə yoxdur ki, hər iki vahid ―uluğ/ulu‖ vahidindən əmələ gəlmişdir. Qərbi Azərbaycanda
yaranmış şifahi nitq və folklor nümunələrində, eləcə də bəzi bölgələrdə işlək olan bu vahid
―ulu//ağsaqqal‖ anlamı daşımaqdadır. Bu ifadəyə alqış və qarğış, atalar sözü, zərbi-məsəllərdə təsadüf
olunur: Ulu
ɳ
urvatlı olsun (alqış); Ulusu
ɳ ulu görməsin (qarğış); Ulu sözünə baxmayan uluyar (ata. sözü)
və s.
A:dı (اﺩﻴﻦ ); heç, baĢqa, savayı. Bu leksik vahidə ən çox Qərbi Azərbaycanda yaşayan əhalinin şifahi
nitqində rast gəlinir. Ancaq həm R.Əskər, həm də Ə.Nəcibin tədqiqatları müasir dilçilikdə məhəlli xarakter
daşıyan bu leksemin vaxtilə ədəbi dil elementi olduğunu göstərir. Belə ki, QB-nin dilində bu sözə ―a:dın‖
variantında təsadüf olunur. “anı
ɳ dın adın‖ (ondan başqa), ―a:dı dillənmə‖ –heç danışma; qərb qrupunda
əhali arasında çox işlənməkdədir. ―A:dı‖ vahidinə DLT-də də ―adın‖ variantında təsadüf edirik.
Koldaş bilə yaraşğıl,
Karşıp adın üdürmə,
Tərcümə: bir adamla dost olsan, özünü ona uyğunlaşdır, başqasını axtarma. (M.K IIIc,s.18).
Apa (ﺒاا ): ―ata, böyük, ağsaqqal‖ mənalarında işlənmişdir. QB-də ―ata‖ mənasında təsadüf olunur:
apa
ɳ ya anaɳ (ﻨاﻨﮏا ﻴا ﻨﮏ ﺒا ا).
Ge
ɳ əĢ/genəĢ(mək): məsləhət etmək, soruşmaq mənalarında işlənmişdir. Bu vaxtilə iclas alınma
vahidinin əvəz etdiyi çox aktiv işlənən leksem olmuşdur. F.Ağasıoğlu ―Doqquz bitik‖ kitabında bu haqda
geniş məlumat vermişdir. Həm Qərbi Azərbaycan ərazisində yaranmış ağız ədəbiyyatı nümunılərində, həm
aşıq şeirində, həm də şifahi nitqdə geniş işlənmişdir. QB-də oxuyuruq
ﺸﻴﮏــﻴ اﺘﯽـﻴ اﮐﻮﺭ ﻗا ﻮذ اﻠﺩ ﺘﻮ ﻯا ﺒﻮ Bu Aytoldı özga, kör, etti işıg
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
183
ﻴﺸﻴﮏـﮐ ﺘﻠﻎ اﻴﺭـب ﺘﯽـﺸ ﻨﮐاـﮐﻴ ﺘﯽـﺸ اﺩ اAdaştı, ke
ɳ aşti bir atlığ kişiğ.
Tərcümə: Bu Aydolmuş adlı-sanlı adamlarla məsləhətləşib, hər işi özü gördü.
Bayat: Bu ifadəyə ilk dəfə QB-də Allah, Tanrı anlamında təsadüf olunur. XI əsrin yazılı abidəsi olan
KB-də ―bayat‖ vahidi söz birləşməsinin komponenti kimi çıxış edir : Bayat yarlıķasu ol əzqü ķuluğ.
Ə.Nəcibin qeyd etdiyi kimi bu vahidə elə həmin mənada XIV əsrdə Bədr-əd-din İbrahim tərəfindən
tərtib olunmuş ―Fərhəng-i zəfangüyə va cahanpuyə‖ (اـﻴ ﭙﻮ ﻦ ﺠﻬا ﻮ اـﻴ ﮐﻮ ﻦ ﻔا ذ ﻨﮏـﻫ ﺭ-ﻔ) lüğətində rast
gəlinmişdir. Çoxdilli lüğət hesab olunan bu tədqiqat Dehlidə aparılmış və sultanlıqda yaşayan türklər,
ərəblər, fars və yunanlar üçün nəzərdə tutulmuşdur.
Yuxarıda deyilənlərə əsaslanaraq deyə bilərik ki, XI əsrdə yazılmış ―Qutadqu bilig‖ əsərində
işlənmiş türkizmlər bu gün də həm qədim İrəvan mahalının sakinləri, həm də digər bölgələrin
əhalisinin folklor və şifahi nitqində qorunmaqdadır.
AZƏRBAYCAN VƏ TÜRKĠYƏ TÜRKCƏLƏRĠNDƏ XÜSUSĠLƏġMƏNĠ YARADAN ġƏRAĠT
Müseyibli A.
Qafqaz Universiteti
Cümlə üzvlərinin bir qismi xüsusi quruluş və mənaya malik olub, cümlənin qalan qismindən
intonasiya və fasiləyə görə ayrılır ki, bu cür ayrılma xüsusiləşmə adlanır. Xüsusiləşmə cümlə səviyyəsində
baş verən mürəkkəb semantik-sintaktik hadisədir. Nitq prosesində bu və ya digər üzvün xüsusiləşməsi həmin
üzvü mənaca aktuallaşdırmaq, daha artıq nəzərə çarpdırmaq istəyi ilə bağlıdır.
Türk dillərində xüsusiləşmənin bir çox tipləri mövcuddur: 1) feili tərkiblərin xüsusi qrammatik şəraitə
düşərək xüsusiləşməsi. Xüsusi bir qrup xüsusiləşən tərkiblər vardır ki, onlar əlaqədar olaraq, fərqli olaraq,
asılı olaraq, əksinə olaraq, yanaşı olaraq, müvafiq olaraq sözləri ilə təşkil olunur və cümlədə tərzi-hərəkət
zərfliyi vəzifəsi daşıyır; 2) ismi birləşmələr başqa, savayı, qeyri, əlavə sözləri ilə idarə əlaqəsinə əsasən
birləşir, həmin birləşmənin qrammatik əlaqəsi qalan hissəsi ilə zəifləyir və, beləliklə, xüsusiləşmə baş verir.
Xüsusiləşməni yaradan səbəblərdən biri cümlədə əsas üzvdən fasilə və intonasiya ilə ayrılan əlavələrin
işlənməsidir. Bundan başqa, cümlədə söz sırasının dəyişilməsi nəticəsində axıra keçən cümlə üzvünün
qoşulma əlaqəsi ilə sadə cümləyə bağlanmasıdır.
Xüsusiləşməni əmələ gətirən leksik-qramatik vasitələr xüsusən, xüsusilə, o cümlədən, özü də, hətta,
illa da(illah da) və s. modal sözlərdən və bağlayıcılardan ibarətdir. Bunlar xüsusiləşən üzvdən əvvəl işlənir,
onu aydın fasilə ilə özündən əvvəlki hissədən ayırır. Xüsusiləşmənin bu növü yeri ümumini bildirən hissədən
asılı olduğu üçün bunlar cümlənin ya daxilində, ya da sonunda işlənir; məs. Teatrın işçilərinin bir çoxu, o
cümlədən Feyzulla ixtisara düşmüşdü. (Anar, Dantenin yubleyi)
Xüsusiləşmə söyləm hissələrinin aktuallaşdırılması, cümlədə əlavə məlumat verilməsi vasitələrindən
sayılır. Xüsusiləşmiş üzvlərin köməyi ilə dil vasitələrindən az istifadə edilməklə daha çox informasiya
vermək mümkündür.
Cümlənin xüsusiləşmiş üzvlərinin əksəriyyətində bir xüsusiyyət nəzərə çarpır ki, bu da onların
məzmunca ya budaq cümləyə yaxınlaşması, ya da tamamilə uyğun gəlməsindən ibarətdir. Eyni məzmunu
həm budaq cümlə ilə, həm də xüsusiləşmiş üzv ilə ifadə etmək olar.
Tabeli mürəkkəb cümlələrin birinci hissələri budaq cümlə olub xüsusiləşmiş üzvün məzmununu ifadə
edir. Lakin məzmun eyniliyi bunların eyni qrammatik forma olması demək deyildir. Çünki cümlənin konkret
məzmunu qrammatik tədqiqat obyekti ola bilməz. qrammatika yalnız hər hansı bir ümumixalq dilinə məxsus
olan cümlənin quruluşunu, cümlələrin tipik formalarını öyrənir.
Türk dilində istifadə olunan xüsusiləşmiş üzvlərin yaranma səbəbləri Azərbaycan dilində
xüsusiləşmənin yaranma səbəblərinə bənzəyir. Bəzi fərqliliklər vardır. Vurğulanması istənən söz xəbərdən
sonra gələrək xüsusiləşməni əmələ gətirir. Məs., Bir de yüreğiniz vardır pırıl pırıl. Bundan başqa,
qüvvətləndirmə ədatlarının köməkliyi ilə yaranan xüsusiləşmələr vardır; məs., Cevdet de geldi.
Xüsusiləşmiş tamamlığın obyekti ilə cümlənin yerdə qalan hissəsindəki obyekt eynicinsli olur.
Xüsusiləşmiş tamamlığın obyekti cümlənin yerdə qalan hissəsindəki daha böyük obyektin bir hissəsini təşkil
edir. Sözlərin və söz birləşmələrinin əvvəlində işlənərək, gücləndirən, seçib göstərən xüsusən, ələlxüsus,
hətta, o cümlədən, özü də, illah da sözləri vasitəsilə müxtəlif cümlə üzvlərinin xüsusiləşməsi əmələ gəlir (Bu
tip qoşulma cümlələr adlandırılır). Sözlərin adi düzülüş qaydasının dəyişilərək, müəyyən cümlə üzvü
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
184
xəbərdən sonraya keçib, qoşulma əlaqəsi ilə cümləyə bağlanmış olur. Bu üsulla da müxtəlif cümlə üzvü
xüsusiləşir.
Qoşmalı xüsusiləşmələr ikinci dərəcəli üzvlərə aiddir. İkinci dərəcəli üzvlərdən tamamlıq və zərfliyin
xüsusiləşməsi dildə daha çox müşahidə olunur. Tamalığın xüsusiləşməsində daha çox başqa, savayı, özgə,
qeyri, əlavə qoşmalarından istifadə olunur. Bu qoşmaların qoşulduğu sözlər və birləşmələr əlavə informasiya
ifadə edir, aktuallaşaraq xüsusi intonasiya ilə tələffüz edilir, cümlənin qalan hissəsindən fasilə ilə ayrılır və
xüsusiləşir; məs. Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri. (Füzuli)
Bütün cümlə üzvləri eyni dərəcədə xüsusiləşmir. Bunlardan bəzilərinin xüsusiləşməsinə tez-tez,
bəzilərinkilərə isə gec-gec rast gəlinir. Ən az hallarda xüsusiləşən xəbər, mübtəda və təyindir. Dilimizdə bir
qayda olaraq təyin təyinlənəndən qabaq gəlir: buna görə də təyinin xüsusiləşməsinə nadir hallarda rast
gəlmək olur. Azərbaycan dilində ən çox xüsusiləşən isə tamamlıq və zərfliklərdir.
Təyinin xüsusiləşməsində təyin, əsasən, təyinlənənlə öz yerini dəyişərək cümlənin sonuna keçməklə
xüsusiləşir. Bu cür təyinlər cümlədən xüsusi fasilə ilə ayrılır, daha yaxın nəzərə çarpdırılır, əlavə semantik-
informativ yük daşıyır, əsas cümləyə qoşularaq xüsusiləşir; məs.: Bir aya bənzədi – camalı solğun, Bir qıza
bənzədi – gözləri dolğun. (S. Vurğun)
Bəzən əlavə şəklində xüsusiləşən təyinlər eyni zamanda zərflik keyfiyyətinə də malik olur. Təyinlər öz
yerində və ya yerini dəyişməklə, həm söz şəklində, həm də söz birləşməsi şəklində xüsusiləşə bilir.
Zərfliyin xüsusiləşməsinə səbəb əksər halda onların izahedici sözlər hesabına genişlənməsi, bir məna
bütövlüyü yaratması, xüsusi intonasiya ilə deyilməsi və fasilə tələb etməsidir. Zərfliyin mənaca növləri
xüsusiləşir. Türk dillərində kəmiyət, səbəb, məqsəd və yer zərfliklərinin xüsusiləşməsinə az rast gəlinir.
Tərzi-hərəkət və zaman zərfliklərinin xüsusiləşməsi isə daha çox yayılmışdır.
Ara sözlü, bağlayıcılı xüsusiləşmələrin bir qrupunda xüsusiləşmə başqa xarakterdədir: semantik
yükünə görə bərabərhüquqlu üzvlərdən biri, adətən, sonuncusu qeyd edilən modallıq vasitələri ilə (hətta, illa
da,özü də, hələ desən, ən çox da sözləri ilə)daha aydın nəzərə çarpdırılır və xüsusiləşir: məs. Dəlisov
xasiyyətli Siyavuşun gülüşünə cavab olaraq Feyzulla da mağmın-mağmın gülümsədi, hətta güldü də, amma
sonra nə edəcəyini bilmirdi.(Anar, Dantenin yubleyi)
Əlavələr də xüsusiləşir. Əlavələr ya isimlə ya da isim xarakterli digər nitq hissələri və söz birləşmələri
ilə ifadə olunub, özündən əvvəlki üzvü( və ya onun bir hissəsini) həmçinin xitabları izah edir və
konkretləşdirir. Əlavələr aid olduğu üzvün xarakterini daşıyır, yəni tamamlığın yanında tamamlığın əlavəsi,
mübtədanın yanında əlavə mübtəda vəzifəsi daşıyır.
Xüsusiləşməyən əlavələrin bir qismi də var ki, onlar izah etdiyi üzvlə birləşmir və mürəkkəb söz də
əmələ gətirmir. Onlar yalnız izah etmək və konkretləşdirmək, yerinə görə ifadənin emosional gücünü
artırmaq məqsədi ilə işlədilir.
ONOMASTĠKANIN PROBLEMLƏRĠ
Rüstəmov Ə.M.
Sumqayıt Dövlət Univesiteti
Hər bir xalqın tarixində etnoqrafik, sosial-iqtisadi, tarixi-coğrafi amillərlə bağlı olan onomastik
vahidlər milli yarlıq funksiyası yerinə yetirməklə xalqın milli varlığını müəyyənləşdirməkdə, tarixin
yaddaşını əks etdirməkdə ən qədim mənbələr qədər müstəsna əhəmiyyətə malikdir. Bu mənada
onomastikanın hər bir şöbəsinin öyrənilməsi, tədqiqata cəlb olunması aktuallıq kəsb edir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan dilçiliyində tədqiq olunan onomastik vahidlər XX əsrin
80-ci illərində daha geniş axtarış və tədqiqata cəlb olunmuş və bunun nəticəsində onomologiya dilçiliyin bir
şöbəsi kimi tam formalaşmışdır. Azərbaycan linqvistikasında onomoloji işlər, əsasən, iki istiqamətdə-nəzəri
və tətbiqi onomastika olmaqla özünə yer tapa bilmişdir.
Nəzəri onomologiyada toponim, etnonim, antroponim, hidronim və digər sahələrin tədqiqində
müəyyən işlər görülmüş, müəyyən qənaətlər əldə edilmişdir. Bununla bərabər, görüləsi işlər də az deyildir.
Hazırda, xüsusilə digər türk dilləri ilə müqayisəli şəkildə və ümumləşdirici elmi-tədqiqat işlərinin
aparılmasına böyük ehtiyac vardır. Hər bir dilçi-onomoloq onomologiyaya dair lazımi nəzəri müddəaları
qohum türk dillərinin materiallarına əsaslanmadan, bu materialları saf-çürük etmədən elmi nəticələrə gələ
bilməz. Bunun üçün Azərbaycan onomastikası tədqiq olunarkən ümumtürkoloji dil materialları nəzərə
alınmalı, tarixi-müqayisəli şəkildə tədqiq olunmalıdır. Çünki Azərbaycan onomastikası tədqiq olunarkən
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
185
ancaq Azərbaycan dilinə aid dil materiallarına istinad edilməməlidir. İstər etnonim olsun, istərsə də toponim
və antroponim olsun, tədqiqata cəlb olunarkən ümümtürk dil vahidlərinə əsaslanmalıdır. Azərbaycan dilinin
onomastik vahidləri tədqiq olunarkən nə Türkiyə ərazisinin, nə Orta Asiya ərazisinin, nə Rusiya ərazisinin,
nə də ki, türk xalqlarının yaşadıqları digər ərazilərin onomastikası nəzərdən qaçırılmamalıdır. Sözün həqiqi
mənasında Azərbaycan onomastikası Saxalindən tutmuş Hunqariyaya (Macarıstan) qədər geriş ərazidə
yayılmış onomastik vahidlərdən kənar kontekstdə tədqiq olunmamalıdır.
Türk dillərində, o cümlədən Azərbaycan dilində onomastikasının müxtəlif sahələrinə aid lüğətlər
mövcuddur. Lakin həmin lüğətlər hazırda istər məzmununa və istərsə də çeşidinə görə elmin prinsiplərinə,
cəmiyyətin mədəni təlabatına tam cavab vermir. Bu sahədə Azərbaycan dilçiliyinin qarşısında çox ciddi
vəzifələr durur.
Müasir dilçiliyimizin qarşısında duran mühüm vəzifələrdən biri onomastik lüğətlərin yaranmasıdır. İlk
növbədə, toponimlər, hidronimlər, etnonimlər, antroponimlər lüğəti toplanıb hazırlanmalıdır.
Məlumdur ki, onomastik vahidlər, o cümlədən toponimlər hər şeydən öncə, sözdür. İndiyə qədər
toplanan toponimik lüğətlər bir növ coğrafiyaçı alimlər tərəfindən aparılmışdır. Ancaq toponimlərin
xüsusiyyətlərini açmaq üçün linqvistik təfəkkürə və axtarışa da zərurət var. Toponimlərin hərtərəfli, düzgün
tədqiq olunması üçün üç elmin-dilçilik, tarix və coğrafiyanın nailiyyətlərinə, elmi tələb və prinsiplərinə
əsaslanmaq gərəkdir.
Bu mənada məhəlli deyil, mükəmməl toponimik lüğətlərin yaradılması zərurəti meydana çıxmış olur.
Bu zaman təkcə Azərbaycan Respublikası ərazisinin toponimləri ilə kifayətlənmək olmaz. Azərbaycan
dilçiliyinin qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycan ərazisindən kənarda mövcud olan aktiv və
passiv toponimlərin də öyrənilməsi və tədqiqata cəlb olunmasıdır.
Tarixən Azərbaycan ərazisi olan Qərbi Azərbaycan ərazisinin toponimləri bütöv və sistemli şəkildə
mikrotoponimləri ilə birlikdə yaddaşlardan silinməmiş tədqiqata cəlb olunmalıdır. Bu proses eyni zamanda
erməni genosidinə məruz qalmış rayonlarımızın ərazisinin toponimiyasına şamil edilməlidir. Çünki coğrafi
ad həm də tarixdir.
Qərbi Azərbaycan ərazisinin bir sıra bölgələrinin toponimləri elmi tədqiqata cəlb olunsa da (Zəngəzur,
Ağababa, İrəvan ətrafı), bu, Ermənistan ərazisinin Azərbaycan mənşəli toponimlərinin çox az bir qismini
əhatə edir.
Azərbaycan-türk mənşəli toponimlərin bir qismi Gürcüstan Respublikası ərazisindədir. Bu
toponimlərin geniş elmi tədqiqata cəlb olunması Azərbaycan dilçiliyinin qarşısında duran mühüm
problemlərdən biridir. Bu ərazinin türk mənşəli toponimləri, hidronimləri dəyişdirilir, təhrif olunur.
Gürcüstan ərazisinin türk mənşəli toponimlərinin qorunub saxlanmasına, tarix səhifələrində qalmasına dövlət
qayğısı artırılmalıdır. Yoxsa Ermənistan ərazisində toponimlərin taleyini Gürcüstan ərazisinin türk mənşəli
toponimləri də yaşayıcıqdır.
Azərbaycan-türk mənşəli toponimlərin böyük əksəriyyətinə, şübhəsiz ki, Cənubi Azərbaycan
ərazisində mövcud olan toponimlər təşkil edir ki, bunların da geniş sahədə elmi-tədqiqata cəlb olunması
Azərbaycan dilçiliyinin qarşısında duran problemlərindəndir.
Tarixən vahid məkan olan Azərbaycan zaman-zaman imperiyaların təsir dairəsinə məruz qalmış,
bölünmüş bu ərazilərdə mövcud olan türk mənşəli toponimlər qeyri-dillərə məxsus coğrafi adlarla əvəz
olunmuşdur.
Onomastik lüğətlər içərisində ən mühümü şəxs adlarına məxsus lüğətlərdir. Çağdaş mədəniyyətin
zənginləşməsi və inkişafında antroponimlər lüğətinin rolu son dərəcə əvəzsizdir. Şəxs adlarına dair dilimizdə
bir neçə lüğət tərtib edilsə də, bu lüğətlərin heç birində Azərbaycan şəxs adları tam şəkildə əks
olunmamasıdır. Buna görə də biz deyə bilmərik ki, dilimizdə nə qədər oğlan və qız adları var. Buna görə də
Azərbaycan antroponimlər lüğətinin yaradılması tətbiqi onomologiyanın ən mühüm problemlərindəndir.
Bu istiqamətdə tədqiqatlar nəticədə türk dünyasının antroponimlər lüğətinin yaradılmasına gətirib
çıxarmalıdır. Çünki hazırda dünyada 300 milyona qədər türk yaşayır. Türk xalqlarının dillərində işlənən şəxs
adlarını toplayıb iri həcimli, mükəmməl ―Ümumtürk ensiklopedik şəxs adları lüğəti‖-nin hazırlanması türk
dünyasının mədəniyyəti, birliyi üçün ən qiymətli dilçilik hədiyyəsi ola bilər. Təbii ki, bu tipli lüğətlərin
yaradılmasında türk xalqlarının qədim abidələrindən mənbə kimi istifadə etmək zərurəti meydana çıxır.
Qədim türklər dünyanın müxtəlif qütblərində məskunlaşmışlar. Buna görə də türkdilli xalqlar
çoxqəbiləli, çoxtayfalı olmuşlar. Zaman-zaman türkdilli tayfalar, etnik qrupların daşıdıqları adların müəyyən
hissəsi tarixin qaranlıq səhifəsində itib-batmış və passivləşmişdir. Hətta bu adların etnonim olması haqqında
da mübahisələr yaranmışdır. Bu cür gümanlara, mübahisələrə son qoymaq üçün türk dillərinin etnonimlər
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
186
lüğətinin yaradılması zərurəti meydana çıxır və bunun üçün də türk dillərinin yazılı və şifahi ədəbiyyatında
tutarlı mənbələr mövcuddur.
Türkdilli xalqların geniş ərazilərdə məskunlaşdığını göstərən faktorlardan biri də onların yaşadıqları
ərazidə mövcud olan su obyektlərinin adlarıdır. Bəllidir ki, su obyektlərinin adlarını dəyişdirmək
toponimlərə nisbətən xeyli dərəcədə qeyri-mümkündür. Belə ki, su obyekti adları (dəniz, göl, çay və s.) daha
çox mühafizəkar olur və az dəyişikliyə məruz qalır. Ancaq bu prossesdə də ermənilər istisnalıq təşkil edirlər.
Yəni onlar dilimizə məxsus olan bütün onomastik vahidləri təhrif edib dəyişdirirlər. Ağıllarına gəlmir ki,
erməni şəxs adlarının əksəriyyəti türk mənşəlidir. Məsələn, Köçəryan, Balayan, Dəmirçiyan, Allahverdiyan,
Qorqudyan və s. Türkdilli xalqların çox geniş əraziyə yayıldığını nəzərə almaqla bu ərazilərdəki
hidronimlərin toplanması, tədqiqata cəlb edilməsi türkoloji dilçiliyə bir hədiyyə ola bilər və bəzi mübahisəli
məqamlara son qoya bilər. Bu prossesdə təkcə türkdilli respublikaların (Azərbaycan, Qazaxıstan,
Türkmənistan, Qırğızıstan, Özbəkistan, Türkiyə) hidronimlərini deyil, Rusiya ərazisində çox geniş ərazidə
yayılmış muxtar respublikalar və vilayətlərin hidronimlərini toplamaq və tədqiqata cəlb etmək lazımdır.
Bununla yanaşı, Ukrayna, Moldoviya, Bolqarıstan, Macarıstan, Çin, Monqolustan və s. ərazilərdəki
hidronimləri tədqiqata cəlb etməklə hidronimlər lüğəti yaratmaq zərurətii meydana çıxır.
Azərbaycan dilinə aid olan toponimlər yalnız Azərbaycan Respublikası ərazisi ilə məhdudlaşmır.
Türk-Azərbaycan toponimlərinin arealı çox geniş ərazini əhatə edir. Bu mənada Azərbaycan-türk mənşəli
toponimlərin tədqiqatını geniş arealda aparmaq onomastikanın mühüm problemlərindəndir. Qədim tarixi,
ictimai, iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı olaraq Ermənistan, Gürcüstan, Dağıstan (Şimali Qafqaz)
və Cənubi Azərbaycanda külli miqdarda yer adlarına rast gəlinir.
Təəssüflə qeyd edək ki, həmin ərazilərdə mövcud olan yer-yurd adları sürətlə dəyişdirilir, tanınmaz
hala salınır. Bu prosses Ermənistan ərazisində daha böyük ―vüsətlə‖ aparılmışdır. Minlərlə türk mənşəli
toponim olan Ermənistanda ( Qərbi Azərbaycanda) bu gün bir dənə də olsun türk mənşəli coğrafi ad
qalmamış, bu adlar eybəcər bir formaya- erməni dilinə çevrilmişdir.
Qeyd edək ki, bu toponimlərin əksəriyyəti etnotoponimlərdir. Bunların hər biri tarixən bu ərazidə sakin
olmuş türk əhalisinin olduğunu öyrənməyə kömək edər (Gorus, Qafan, Muğan, Xalac, Ağvan, Suvari,
Hunan, Ovçu, Bayandur, Biçənək, Çəpni, Zəngəzur, Həyərək, Avşar, Qəməran, Yayıcı, Çavundur, Uz,
Qaçaran, Çullu, Quşçulu, Xotanan, Meğri və onlarla türk mənşəli etnotoponimlər bu qəbildəndir).
Bu cür toponimlər etimoloji-linqvistik tədqiqata cəlb edilməsi, onların leksik-qrammatik
xüsusiyyətlərinin öyrənilməsi, etimologiyasının açılması müasir türk onomastikasının, o cümlədən müasir
Azərbaycan dilçiliyinin qarşısında duran əsas problemlərdəndir.
Bir detalı qeyd etmək kifayət edər ki, Rus tarixçi-statistik İ.Şopen ―Erməni vilayətinin Rusiya
imperiyasına birləşdirilməsi dövrünü əks etdirən tarixi abidəsi‖ (1852) əsərində verdiyi məlumata görə,
1828-1832-ci illər siyahıyaalınmasının nəticələrinə əsasən erməni vilayətində 1111 yaşayış məskənindən
cəmi 62 kənddə yerli ermənilər məskunlaşmışdır (Bunların da əksəriyyəti türk mənşəlidir). 1049 türk kəndi,
yaşayış məskəni idi.
Bəli, Azərbaycan türklərinin toponimlərinin taleyi Ermənistanda hələlik bu cür sonuclanmışdır.
Ermənistan ərazisində Azərbaycan-türk mənşəli toponimlərin bənzər taleyini Gürcüstan, Dağıstan və,
xüsusilə, Cənubi Azərbaycan ərazisinin toponimiyasında görmək istəməzdik.
Azərbaycan əhalisinin xeyli hissəsi Cənubi Azərbaycan ərazisində yaşayır. Burada tarixən yaranıb
formalaşmış minlərlə yer adları, su obyektlərinin adları var. Azərbaycan toponimiyasının bütöv mənzərəsinin
verilməsində bu arealın da öyrənilməsinə böyük ehtiyac var. Qeyd edək ki, Azərbaycan mənşəli toponimlərə
bu vilayətin bütün əyalət və vilayətlərində rast gəlinir.
Bu toponimlərin öyrənilməsində Cənubi Azərbaycan şifahi ədəbiyyatında-bayatı, nağıl, aşıq
yaradıcılığı və dastanlar da mənbə rolunu oynaya bilər. Bu istiqamətdə müəyyən işlər görülsə də, xalqımız
üçün doğma olan bu onomastik vahidlərin tam şəkildə öyrənilməsi dilçiliyimiz qarşısında duran mühüm
problemlərdəndir.
Dostları ilə paylaş: |