AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə25/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

 
 
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
134 
 
 
 
“ƏKĠNÇĠ” QƏZETĠNDƏ TERMĠNOLOJĠ LEKSĠKA 
Alimova F.R. 
Sumqayıt Dövlət Universiteti 
 
XIX  əsrdə  Azərbaycan  ədəbi  dilində  terminoloji  leksikanın  yeniləşməsi,  formalaşması  və 
zənginləşməsi  üçün  ən  mühüm  hadisələrdən  biri  milli  mətbuatın  yaranması  oldu.
  Dililimizin  terminoloji 
sisteminin milli mətbuatın yarandığı dövrdən inkişafını müəyyən etmək istər dilçilik, istərsə də müxtəlif elm 
sahələri  və  publisistika  üçün  əhəmiyyətlidir.  XIX  əsr  Azərbaycan  ədəbi  dilində  müxtəlif  sahələrin  lüğəvi 
vahidlərinin  semantikasını  müəyyənləşdirmək,  terminləri  tematik  baxımdan  araşdırmaq  üçün  Həsən  bəy 
Zərdabinin çox çətinliklə və böyük əzmlə 1875-ci ilin 22 iyulunda  ərsəyə gətirdiyi ilk mətbuat orqanı olan 
―Əkinçi‖  qəzeti  əvəzsiz  mənbədir.  M.F.Axundzadə  bu  milli  mətbuat  orqanının  əhəmiyyətini  ―Müsəlman 
Şərqi irəliyə doğru böyük addım atır‖ deyərək yüksək qiymətləndirmişdir. 
―Əkinçi‖ qəzeti ilə Azərbaycan dilində publisistik üslubun əsası qoyuldu. Qəzetin 56 sayı dərc  olundu. 
―Əkinçi‖ publisistik və rəsmi-işgüzar üslubda, eləcə də terminologiyada milli ünsürün intensivləşməsinə nail 
oldu. S.Sadıqova ―Əkinçi‖ haqqında qeyd edir: ―Ümumiyyətlə, ―Əkinçi‖ XIX əsr Azərbaycan ictimai fikri, 
mətbuatı,  ədəbiyyatı,  habelə  təbiətşünaslıq  elminə  aid  terminlərin  öyrənilməsi  üçün  qiymətli  məxəzdir‖. 
―Əkinçi‖yə  qədər  mətbuatın  yaranması  üçün  bir  sıra  cəhdlər  edilmişdi.  XIX  əsrin  birinci  yarısında 
azərbaycanca  nəşr  olunan  ―Татарские  ведмости‖  (1832)  və  ―Закавказский  вестник‖  (1841-1846) 
vərəqələri  milli  mətbuatın yaradılması  üçün  bir  hazırlıq  olmuşdur.  Rəsmi  bülleten  xarakteri  daşıyan  həmin 
nəşrlər əsl qəzet sayıla bilməzdi. H. Zərdabi qəzetin dilində çoxsaylı rus-avropa, ərəb-fars mənşəli terminlər 
işlətməklə  yanaşı  milli  terminlər  hesabına  dilin  lüğət  tərkibinin  zənginləşib,  formalaşmasında  da  əvəzsiz 
xidmət  göstərmişdir.  Ə.H.Orucov  bu  barədə  qeyd  edir:  ―Əkinçi‖nin  termin  yaradıcılğı  üçün  əsas  mənbə 
Azərbaycan  xalq  dili  olmuşdur.  H.Zərdabi  xalq  arasında  işlənən  müxtəlif  peşə  və  sənətlərə  aid  söz  və 
istilahları xalq mühitindən elm mühitinə keçirməklə elmi termin yaradıcılığı işinin bünövrəsini qoymuş və 
elmi-populyar dilin ilk nümunəsini vermişdir‖. Ümumişlək sözlərin terminləşdirilib işlədilməsi  onların asan 
anlaşılması,  yadda  qalması  və  tələffüzü  üçün  əsasdır.  Qəzetin  leksikasında  termin  kimi  işlədilən,  xalqın 
dilindən götürülmüş, sadə, anlaşıqlı, ümumişlək sözlər, dialektlər onların milli dilimizdə termin yaradıcılığı 
üçün əsas bazaya çevrilməsində başlanğıc oldu. H.Zərdabi qəzetdə alınma, yaxud çətin anlaşılan terminlərin 
canlı  xalq  dilində  izahını  verir,  onu  daha  asan  və  hamı  tərəfindən  anlaşılan  sözlərlə  çatdırmağa  çalışır. 
Məsələn:  Gəvasin  bir  yastı  dəmirdir  ki,  onun  ucu  və  qıraqları  iti  olur,  onu  kotanın  künəsinə, yəni  binasına 
möhkəm edirlər. Noyabrın 28-də Parij şəhərində bir neçə elm sahibi aerostat, yəni şar ilə havaya qalxıblar 
ki,  elm  imtahan  etsinlər.  Dekabrın  11-dən  İstanbuldan  yazırlar  ki,  bu  gün  konfrans,  yəni  sülh 
barəsində olan məclis açıldı. 
―Əkinçi‖  qəzetinin  leksikasını  tarixi-ənənənin  davamı  olaraq  ərəb-fars  mənşəli  terminlər:  ziraət, 
hürufət,  mətbəə,  hökm,  hakim,  məktub,  məktəbxana,  ustad,  müəllim,  təlim,  elm,  təhsil,  ələf,  qanun,  mülk, 
dustaq, kürreyi-ərz, əhli-elm, dərəcə, cəng, nəf etmək və s. ictimai-siyasi mühit və dövrün tələblərinə uyğun 
olaraq  rus-avropa  mənşəli  terminlər:  qalvanaskop,  termometr,  uşqola,  qvardiya,  polk,  tamojna,  konfrans, 
mirovoy  sud,  polisa,  teatr,  sobraniya,  voenni  naçalnik  və  s.  millilik  və  xəlqilik  ruhu  ilə  milli  dilin  daxili 
imkanları ilə yaranmış terminlər: yatalaq, qızdırma, yel, isitmə, qaramal və s. təşkil edir. Qəzetdə işlədilən 
həm alınma, həm də milli terminlərin bir qismi arxaikləşmiş, böyük bir qismi isə müxtəlif sahələrdə bu gün 
də işləkliyini qoruyub saxlamışdır. 
―Əkinçi‖  qəzetində  tez-tez  termin  və  ya  termin  söz  birləşmələrinin  öz  ekvivalenti  ilə  izahı  verilir. 
Qəzetdə  milli  və  alınma  terminlər  paralel  işlənir  və  bəzən  də  anlaşılmazlığı  aradan  qaldırmaq  üçün  bir-
birinin vasitəsi ilə izah edilir, məsələn: İndi onlara ixtiyar verilib ki, vəkillik, yəni advokatlıq etsinlər. Amma 
qeyri  vilayətlərdə,  məsələn,  Yeni  Dünya,  yəni  Amerika  qitəsində  cəmahiri-mütəffiqə  yerlərində  hər  15 
adamdan  birisi  oxuyur.  Mizanülhərarət  (termometr)  alətinin  civəsi  nöqteyi-incimaddan  15  dərəcə  aşağı 
düşür,  yəni  15  dərəcə soyuq  olur.  ―Əkinçi‖nin  dilinin  rəngarəng,  çalarlı  və  canlılığı,  oxucu  diqqətini  çəkə 
bilməsi  və  xalqın  hər  bir  təbəqəsi  tərəfindən  rəğbətlə  qarşılanması  səbəblərindən  biri  orada  paralel 
terminlərin  işlədilməsidir.  Paralel,  yaxud  sinonim  terminlər  eyni  semantik  məna  daşıyır  və  üslub  cəhətdən 
fərqlənmir.  Qəzetin  lüğət  tərkibində  işlənən  dubletlərə  sud-məhkəmə-divan,  əsgər-əfsər,  müharibə-cəng-
dava,  zakon-qanun,  qarğıdalı-peyğəmbər  buğdası,  neft  cövhəri-benzin,  xəstəlik-naxoşluq-azrlılıq,  dərəcə-
qradus, lisan-dil,  istilik-hərarət,  çapxana-mətbəə, sinə  naxoşluğu-sill,  kükürd arağı-kuparos,  behişt-cənnət, 
çap etmək-təb etmək və s. misal göstərmək olar. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
135 
 
 
―Əkinçi‖ qəzetinin leksikasına daxil olan terminləri aşağıdakı tematik qruplara ayırmaq olar: 
1.
 
Kənd təsərrüfatı terminləri. Qəzetin ―Əkin və ziraət xəbərləri‖ rubrikasında əkinçilik, heyvandarlıq, 
baramaçılıqla bağlı çoxsaylı terminlər yer almışdır. Əkinçilik terminləri: toxum, şitil, əkin yeri, buğda, arpa, 
bəlim, qumlu yer, küllü yer, çürümüş ot, şuxm, şuxm etmək, şitil etmək, əhəngli yer, ələfiyyat, kəvər, kartofel, 
qarğıdalı  (peyğəmbər  buğdası),  yer  kökü, pambıq,  qənd  qamışı,  quru  qumstan (nar),  suqlinik  yer,  mergel, 
qara  yer,  toxumsəpən  maşın,  dəyirman,  su  çıxardan  maşınlar,  su  arxı,  şoran  yer,  alaq  otları,  kotan, 
diyircəksiz  kotan,  dayaqlı  kotan,  gəvasin,  qılınc,  kənə,  qır,  dəstə,  bel,  mala,  xış  və  s.Malldarlıq  terminləri: 
mal, qara mal, töylə, südlü mal, süd malı, ət malı, inək, dana, buzov, qoyun, ət qoyunu, yun qoyunu, keçi, at, 
yağ  qayırmaq,  yağ  çalxalamaq,  çiy  süd,  süd  sərmək,  mal-qara,  şor,  şit  kərə,  merinos,  pənir  və  yağ 
qayırmağa maşınlar, nehrə, quttaperçi düdük (süd sağan alət), dəvə yunu, dəri, axur, yem, quru ot, saman, 
turş  yem,  yorğa  at,  sürü,  kök  mal,  qoyun-quzu,  gicəltmə  naxoşluğu,  qanqaşanmaq  naxoşluğu,  qaramal 
(Sibir) taunu, turş süd, maya, soyuq ət (pepton), mal piyi, qaxac (hisə verilmiş ət), yaylaq və s.  
2.
 
Elm  sahələrinə  dair  terminlər.  H.Zərdabi  xalqın  tərəqqisində,  onun  irəli  getməsində,  müstəmləkə 
əsarəti altında tapdanmış hüquqlarının bərpasında əsas çıxış yolunu elm və təhsildə görür, qəzetin ayrı-ayrı 
səhifələrində elmin faydasını anlatmağa çalışır: ―Pəs şikvə etməyin, əvəzində səy edin, qanacağınızı artırın, 
yəni elm təhsil edin ki, müftəxorların sizin tər töküb qazandığınız mülk və malınıza şərakətliyi olmasın‖. Bu 
qrupa daxil olan terminləri də müxtəlif elm sahələri üzrə yarımqruplara ayırmaq olar: 
a)
 
Tibb  terminləri.  Bura  müxtəlif  xəstəlik  növləri  və  insan  orqanizminin  ayrı-ayrı  üzvlərini 
təşkil  edən  terminoloji  vahidlər  daxildir.  Burada  yatalaq,  titrədib-qızdırmaq  (bədən  hərarətinin  artması), 
ishal (mədə pozğunluğu, qarnı işləmə), vəba naxoşluğu, taun naxoşluğu, çiçək, sinə naxoşluğu (sill), qızılca, 
göz ağrısı, soyuq dəymə, səpgi, yovuxma, qara yara, çiçək azarı, babasil, kəffət naxoşluğu, beyin naxoşluğu 
(dəlilik), ibnə naxoşluğu, lal, kor və s. xəstəlik növləri ilə yanaşı, çiçək döymək, naxoşluq (xəstəlik, azarlılıq), 
ağrı, tibb, təbib, həkim, mama, naxoş, dərman, müalicəgah, azarlıxana, qospital və s. kimi tibbi terminlər də 
işlədilmişdir. İnsan orqanizminə aid olan vahidlər – ciyər, sinə, qan, göz, mədə, bədən, diş, beyin, baş, dəri, 
qarın,  əl,  ağız,  burun,  barmaq,  dırnaq    və  s.  kimi  tibbi  anlayışlar  bu  gün  də  Azərbaycan  dilinin  lüğət 
tərkibində işləkliyini qoruyub saxlayır.   
b)
 
Coğrafi  və  geoloji  terminlər.  Müxtəlif  ölkələr,  şəhərlər,  çaylar,  dənizlər,  təbii  fəlakətlər  və 
digər  vahidlər  və  onların  xüsusiyyətləri  haqqında  məlumatların  verilməsi  çoxsaylı  coğrafiya  terminlərinin 
qəzetin leksikasına daxil olmasına şərait yaratmışdır. Məsələn: Avropa, Asiya, Amerika, Rusiya, Azərbaycan, 
İran,  Qafqaz,  Bağdad,  London,  Parij,  İstanbul,  Badkubə,  Zəkərtala  və  s.  kimi  toponimlər;  Kür  çayı, 
Qurunna çayı, Şat çayı, Seyhun, yəni nəhri-Sırdərya, Qara dəniz, Ağ dəniz, Badkubə dənizi, Aral gölü, Drina 
çayı,  Süveyş  kanalı  və  s.  hidronimlər;  çay,  göl,  dəniz,  sel,  meşə,  külək,  xəzri  (şimal  küləyi),  gilavar  (qiblə 
küləyi),  ildırım,  zəlzələ,  yağış,  qar,  hava,  dağ,  aran,  səhra,  dərya,  boğaz,  kürreyi-ərz  (yer  kürəsi),  yağış 
ölçən, qalvanoskop (zəlzələ aləti), şimal tərəf, cənub tərəf  və s. coğrafi vahidlər. 
c)
 
Botanika  terminləri. Təbiətşünas  alim  Həsən  bəy  Zərdabi  bitkilər, onların  xüsusiyyətləri  və 
istifadəsi  haqqında  qəzetdə  kifayət  qədər  mühüm  məlumatlar  vermişdir.  Buna  görə  də  ―Əkinçi‖nin  lüğət 
tərkibində  botanika  terminləri  xüsusi  yer  tutur.  Məsələn:  kartofel,  qarğıdalı  (peyğəmbər  buğdası),  kəvər, 
palıd,  qovaq,  çinar,  armud  ağacı,  kəbalu  ağacı,  çəkil  yarpağı,  kahu,  üzüm  ağacı,  gicirtkan,  qoz  ağacı, 
bartikan  kolu,  daranqu  ağacı,  dombalan  (yer  altında  bitən  kartofabənzər  göbələk  növü;  yerdombalanı)
küncüd,  tənbəki,  qamış,  kol,  kök,  budaq,  meyvə,  ağac,  çiçək,  toxum,  gül,  yarpaq,  tağ,  meyvə  ağacı,  meşə 
ağacı,  isti  tərəf  ələfiyyatı,  tut  ağacı    və  s.  Azərbaycan  ədəbi  dilində  bu  gün  də  öz  yerini  qoruyan  bu 
terminlərin  bir  qismi  fonetik  dəyişikliyə  uğrayaraq  indiki  formasını  almışdır.  Məsələn:  kartofel  -  müasir 
dilimizdə  kartof  (yumrusu  torpağın  altında  yetişən,  nişasta  ilə  zəngin  bitki),  daranqu  -  daranqı  (qovaq 
cinsindən ağac, piramidal qovaq). 
Yuxarıda  qeyd  olunan elm  sahələrindən  başqa  ―Əkinçi‖nin dilində riyazi  terminlər: kilometrə,  verst, 
desyatin,  batman,  xalvar,  put,  misqal,  girvənkə,  çetver,  tağar,  sajın,  arşın,  çərək  və  s.  zooterminlər:  zəli, 
hörümçək,  sərçə,  qarğa,  tavus  quşu,  siçan  (kəsəyən), çəyirtkə,  solitr,  it  solitri,   kolorado, kit,  muçək,  ilan, 
yumurta  (çəyirtkələrin  yumurtası),  kəpənək,  cücü,  köçəri  quş,  yapalaq,  bayquş,  pişik,  tülkü,  kirpi,  dovşan, 
donquz, qurd,  və s. işlənmişdir. 
3.
 
İqtisadiyyat terminləri. H.Zərdabi qeyd edir ki, ―Əkinçi‖nin ―Təzə xəbərlər‖ bölməsində öz vilayəti 
və digər vilayətlərdəki ticarət, siyasət, dövlətlərarası danışıqlar, müharibələr, hüquq və s. haqqında xəbərlər 
yer  almışdır.  Qəzetdə  manat,  qəpik,  marka,  abbası,  şahı, ticarət,  bang,  dövlət  bangı,  bang  bileti,  mədaxil, 
xərc (məsrəf), gəlir, məvacib, pul, qiymət, mənfəət, mal, borc, sələm, ticarət gəmiləri, ticarət qanunu, vergi, 
qızıl  pul,  gümüş  pul,  qara  pul,  kağız  pul,  ticarət  icmalı,  sərmayə,  bankrot  və  s.  iqtisadi  terminlər 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
136 
 
 
işlədilmişdir. Qəzetin lüğət tərkibindəki iqtisadi məzmunlu lüğəvi vahidlər - valyuta növləri, dövlətlər arası 
iqtisadi  münasibətlər,  ticarət  əlaqələri  haqqında  materiallar  dövrün  iqtisadiyyatını  və  onun  terminlərini 
araşdırmaq üçün geniş imkan yaradır. 
4.
 
Diplomatiya,  siyasi  və  dövlət  əhəmiyyətli  terminlər.  ―Əkinçi‖  qəzetinin  lüğət  tərkibində  dövlətlər 
arası münasibətlər, müharibə və sülh danışıqları ilə bağlı verilən xəbərlər zamanı çox saylı diplomatik, siyasi 
və  dövlət  əhəmiyyətli  terminlər  işlədilmişdir.  ―Əkinçi‖nin  lüğət  tərkibində  konsul,  Osmanlı  dövləti, 
danışıqlar,  sülhnamə,  generalni-konsul,  konfrans,  sülh  danışığı,  Avropa  səfəri  və  s.  kimi  diplomatiya 
terminləri;  camaat  məclisi,  senat,  vergi,  aksiz,  təhmilat,  dəhyek,  millət  məclisi,  qanuni-siyasət,  dövlət, 
natarius, tamojna, gömrük pulu, bunt etmək, qətli-am, politik, konstitusyon, padşahlıq qulluğu və s. dövlət və 
siyasi  əhəmiyyətli  terminlər:  vəzir,  vali,  qubernator,  xan,  odabaşı,  bəy,  şah,  xan,  knyaz,  naçalnik,  vəziri-
xaricə  və  s.  vəzifə  və  rütbə  adları  yer  almışdır.  Məsələn:  Xədifi-Misir  Darfor  mülkünü  təsərrüf  etdiyinə 
binaən  Osmanlı  dövləti  Misirdən  artıq  istəyir.  Bu  barədə  xədifin  əvvəlinci  vəziri  Nubar  paşa  İstanbula 
danışığa gedib.  
5.
 
Hərbi terminlər: Buraya top, tüfəng, yaraq, qılınc, xəncər tiğəsi, torped, şişkə, barıt və s. silah adları; 
cəng  (müharibə,  dava),  cəng  gəmisi  (branonos),  süvari  əsgər,  əl  davası,  əsgər  (əfsər),  düşmən,  polk, 
batolyon,  alay,  diviziya,  qvardiya  polku  və  s.  döyüş  terminləri;  General-qubernator,  sərəsgər,  polkovnik, 
hakim, polkovoy komandir, general və s. hərbi rütbə və titulları daxil etmək olar. 
6.
 
Hüquq terminləri. Qərardad, zakon, qanun, sud, mirovoy sud, okrujnoy sud, vəkil / advokat, sudya, 
hakim,  dustaq,  dustaqxana  məhbus,  vəkalətnamə  və  s.  hüquq  terminləri  qəzetin  leksikasında  öz  əksini 
tapmışdır.  
7.
 
Mətbuat terminləri. Publisistik üslubun banisi H.Zərdabi qəzetin leksikasında mətbəə, çap, çapxana, 
münşi, müxbir, hürufat, qəzet, jurnal, çap etmək, təb etmək və s. kimi mətbuat terminləri işlətmişdir. 
―Əkinçi‖  qəzetində  işlənən  kargüzarlıq  terminləri:  ərizə,  elamnamə,  gerbovoy  kağız,  dəftərxana, 
məktub,  kvitansiya  və  s.  poçt  və  teleqraf  terminləri:  poşt,  poştxana,  poştmeyster,  poştalyon,  qəbz,  poşt 
markası,  tel,  teleqraf,  teleqraf  məftilləri,  tel  vurmaq,  teleqrafxana,  teleqram  və  s.  yeyinti,  sənaye  və 
istehsallat  terminləri:  yun,  ipək,  mahud,  kətan,  qəhvə,  çay,  günəbaxan  yağı,  qətran,  piy  şamı,  neft  cövhəri, 
yapışqan, sabun, daş kömür, kükürd arağı (kurapos), gərçək yağı və s. kimi terminllər də diqqət çəkir. 
 
 
AZƏRBAYCAN AD SĠSTEMĠ 
Baxşıyeva T.L. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Uşağa  ad  verilməsi  böyük  əhəmiyyət  daşıyan  funksiyadır.  Adın  səslənməsi,  mənası,  ailə  ənənəsi, 
görkəmli, tanınmış  şəxsiyyətlərin adları, adın modeli, dini baxışlar və s. advermədə rol oynayır. Zəngin və 
rəngarəng  Azərbaycan    ad  sistemi  xalqımızın  keçmişini  əks  etdirir.    Dilimizdə  ümumi  sözlərdən  düzəlmiş 
şəxs  adları  olduqca  çoxdur.  Lakin  dilimizdə  xüsusi  adlardan  yaranan  adlara  da  təsadüf  olunur.  Məsələn: 
Savalan,  Araz,  Xəzər,  Təbriz  və  s.  Antroponimlərin  yaranmasını,  inkişafını  dilin  leksikasından  ayırmaq 
olmaz.  Çünki  dilin  leksikasında  gedən  dəyişikliklər  müəyyən  qədər  şəxs  adlarına  da  öz  təsirini  göstərir. 
Adverməyə    ictimai  -  siyasi  şərait  təsir  göstərir.  Hər  dövrün  özünəməxsus  ad  sistemi  olmuşdur.  Həyatın,  
təbiətin,  cəmiyyətin    dəyişməsi,  insanların  biliklərinin  zənginləşməsi    yeni  adların  yaranmasına  səbəb 
olmuşdur. Qədim adlarımız xalqın özünəməxsus xüsusiyyətləi, adətləri, inamları, totemləri və s. ilə əlaqədar 
olmuşdur.  Adları    Azərbaycan  dilinin  antroponimik  sistemini  tarixi  və  ictimai  –siyasi  şəraiti  əks  etdirmə 
baxımından üç dövrə bölürlər: islama qədərki adlar; islamın qəbulu ilə əlaqədar yaranan adlar; müasir adlar .       
İslama qədərki adlar ən qədim adlardır. Bu adlara ―Orxon-Yenisey‖ abidələrində, ―Oğuznamələr‖də, 
―Kitabi-Dədə  Qorqud‖  dastanlarında  rast  gəlinir.  Bu  adların  bəziləri  olduğu  kimi,  bəziləri  isə  dəyişilmiş 
şəkildə  işlənir.  Dilimizdə  bəzi  adlar  vardır  ki,  onlar  qədim  türk  dillərində  işlənən  sözlər  əsasında 
formalaşməşdır. Məsələn: müasir dövrdə Azərbaycan dilinin antroponimik sitemində işlənnən Toğrul (qədim 
türk dillərində ―şahin quşu‖), Təkin  (qədim türk dillərində ―şahzadə‖, Tuğay (qədim türk dillərində ―meşə‖),  
Tərxan (qədim türk dillərində ―hərbi rütbə‖)  və s. belə adlardandır.  Ərəb istilasından sonra türk adları ərəb 
adları  ilə  əvəz  olunmağa  başladı.  Ərəb  mənşəli  adlara  üstünlük  verilməsi    islamı  qəbul  edənlərin  dini 
baxışları  ilə  əlaqədar  idi.  Bu  adlardan  ən  çox  yayılanı  Məhəmməd  olmuşdur.  Azərbaycanda  Məhəmməd 
adının  müxtəlif  variantları  işlənir.  Tarixən  ərəb  antroponimiyasına  daxil  olmuş  yəhudi  mənşəli  adlar  
―Qurani- Kərim‖də işləndiyinə görə Cəbrayıl (Qabriel), İbrahim (Avraam), Süleyman (Salomon) və s. ərəb 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
137 
 
 
dili  vasitəsilə  Azərbaycan  dilinə  keçmişdir.  Keçmişdə  qız  övladlarının  olmasından  narazı  olan  savadsız 
valideynlər  ―  qurtarmaq,  bitmək‖    mənasını  daşıyan  Bəsti,  Yetər,  Kifayət,  Nəhayət  və  s.    kimi  adlardan 
istifadə edirdilər. Müasir dövrdə belə adlardan az istifadə edilir. Azərbycan dilində cins kateqoriyası yoxdur. 
Lakin  dilimizin  daxili  qanunlarına    zidd  olaraq  süni  şəkildə    bəzi  adlara  -ə  səsi  artırmaqla  kişi  adlarından 
qadın adları yaradılr. Məsələn, Anarə, Turanə, Rövşanə, Çinarə və s. Hətta qadın adına -ə səsini artırmaqla 
yenidən  qadın  adı  yaradılması  hallarna  rast  gəlinir.  Aynur-  Aynurə,  Nərmin  -Nərminə.  Lakin  dilimizdə  
oğlan,  kişi,  baba,  ana,  bacı,  dayı  və  s.  sözlər  vasitəsilə    şəxs  adları  yaranaraq,  cins  anlayışı    yaradır. 
Xanoğlan, Xanbaba, Xanbacı, Baladayı, Gülbaba, Anaxanım və s. Azərbaycan ad sistemindəki adların çox 
hissəsi apelyativlərdən yaranmışdır. Keçən əsrin 30-cu illərində ziyalı təbəqəsinin məhv edilməsi nəticəsində 
antroponimiya  sahəsində  milliləşmə  prosesi  sönməyə  başladı.  Məhz  bu  vəziyyətin  nəticəsi  olaraq 
antroponimiyamızda  Sovet,  Oktyabr,  Yanvar,  Traktor,  Kombayn,  Vilen  (Vladimir  İliç  Lenin),  Vladlen 
(Vladimir Lenin) və s.  kimi siyasi mahiyyət daşıyan adlar peyda olmağa başladı. Bu dövrdə Azərbaycanda  
övladlarına  rus adlarını verən valideynlər  də olurdu. Bu dövrdə Svetlana, Marina, Nataşa, Maya adlarına 
çox rast gəlinirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra milli adlara üstünlük verilir.. Bununla bərabər, 
son dövrlərdə Avropa mənşəli adların qoyulmasına maraq artmışdır. Bu, Avropaya olan meyillərlə bağlıdır. 
Milli  köklərə  bağlı  olan  valideynlər  xarici  ölkələrdə  övladlarının  adlarının  necə  səslənəcəyini  düşünərək 
tələffüzündə heç bir dəyişiklik edilməyən qısa adlara üstünlük verirlər. Ayla, Alsu, Anar, Ayan və s. Sözlər 
kimi şəxs adları da bir xalqdan digərinə, bir dildən digərinə keçir.  Azərbaycanlı ailələrində Avropa mənşəli 
Elton,  Laura,  Emiliya,  Emil,  Roza  və  s.  adlara  da  rast  gəlinir.  Alıınma  şəxs  adları  keçdiyi  dilin  dil 
qanunlarına uyğunlaşdırılır.  Azərbaycan  dilində  mövcud  olan  ərəb-fars  mənşəli, eləcə  də   Avropa  mənşəli 
adlar  bəzən  qismən    dəyişdirilir.  Eliza–Elza,  Amelie–Amaliya,  Mariya-Məryəm,  Fatimə-Fatma.    Bəzən 
valideynlər övladlarına ad verərkən alınma sözlərdən istifadə edirlər ki, bu  adların mənası mənfi mahiyyət 
daşıyır.  Məsələn,    ―bəla,  müsibət‖  mənasını  bildirən  Afət,  ―zəif,  qüvvətsiz,  gücsüz‖  mənasını  bildirən 
Natəvan,  ―fal‖  mənasını  bildirən  Ramal,  Ramil  və  s.    və  s.    Advermədə  yazıçı  və  şairlərin  də  rolu  vardır.  
Bəzən  yazıçı  doğma  dilinin  imkanlarından  istifadə  edərək  yeni  adlar  yaradır.  Oxucu  sevdiyi  qəhrəmanın  
adını  övladına  verir.  Bu  ad  həm  yad  dilə,  həm  də  doğma  dilə  mənsub  ola  bilər  Məsələn:  Azərbaycanda 
Şekspirin  əsərlərinin  təsiri  altında  qoyulan  Hamlet  adını  nümunə  göstərmək  olar.    Azərbaycan  ailələrində 
yeni  dünyaya  gələn  övladın  adı  digər  ailə  üzvünün  adına  uyğunlaşdırılır.    Bu  zamana  həmqafiyə, 
alliterasiyalı adlardan geniş istifadə olunur. Bu adların əksəriyyəti  leksik mənaya malik olur. Nümunə olaraq 
Asif-Vasif, Xavər-Yavər,  Fuad  –Suad,  Natiq  –Namiq,  Aydın  –Aydan    və  s.    Lakin  Azərbaycan  ailələrində 
leksik mənası olmayan adlara həmqafiyə adlara az da olsa, rast gəlinir. Məsələn: Kifayət (leksik mənası olan) 
– Sifayət ( leksik mənası olmayan), Akif (leksik mənası olan) –Sakif ( leksik mənası olmayan).  Bu cür hallar 
mənfi  hal  kimi  dəyərləndirilməlidir.  Azərbaycanda  həm  qadın,  həm  də  kişi  adı  kimi  işlənən  müştərək 
adlardan istifadə olunur. Məhəbbət, Arzu, Pərvin, İsmət və s. Dildə belə adların işlənməsi mənfi hal hesab 
olunmalıdır. Belə adlar  dolaşıqlığa, anlaşılmazlığa səbəb olur. Hazırda Azərbaycanda şəxs adları lüğətləri 
vardır ki, advermədə onlara müraciət olunmalıdır. Bu da ad seçimində müsbət rol oynayır, insanları düzgün  
istiqamətləndirir və  köməklik göstərir. Təcrübə göstərir ki, düşünülmədən verilən, zövqsüz, məzmunca pis 
səslənən,  gülüş  doğuran  adların  sahibləri    bəyənmədiklərindən  onu  dəyişdirərək  başqa  adla  əvəz  edirlər. 
Cəmiyyətdə kifayət qədər adını dəyişdirən  adamlara rast gəlinir. Odur ki, övladına ad qoyan  valideyn bu 
çətin və məsuliyyətli məsələnin mahiyyətini dərk etməlidir. Son illərdə millilik prinsipinə əsaslanan adların 
işləklik dərəcəsinin artması sevindirici haldır.  
                         
 
M. KAġĞARĠNĠN “DĠVANĠ-LÜĞƏT-ĠT TÜRK” ƏSƏRĠ VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRĠ 
Bayramov A.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Atalar  sözü  folklorun  ən  qədim  formalarındandır.  Bu  hikmətli  ifadələr  xalqın  etnik  həyatı,  psixoloji 
durumu,  məişət  və  əmək  fəaliyyəti  ilə  daha  çox  bağlıdır.  Burada  xalq  hikməti,  xalq  zəkası  əsrlərdən  bəri 
xalqın həyat, cəmiyyət, təbiət və məişət haqqında əldə etdiyi sınaq və təcrübələrin nəticələri ümumiləşdirilir, 
qısa, yığcam və bədii şəkildə ifadə edilir. Burada müsbət xüsusiyyətlər təriflənir, mənfi xüsusiyyətlər lağa 
qoyulur, pislənir. 
Azərbaycan atalar sözlərinin paralellərinə klassik ədəbiyyat və qədim yazılı abidələrdə rast gəlinir. Bu 
baxımdan M.Kaşğarinin ―Divan‖ına nəzər salsaq, maraqlı oxşarlıqları görə bilərik. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
138 
 
 
Türk dillərinin ana qaynağı sayılan M.Kaşğarinin ―Divani-lüğət-it türk‖ əsərində  o dövrdə- XI əsrdə 
bütün  türk  qövmlərinin  dillərində işlənən  söz  və  ifadələrdən  istifadə  edilmişdir.  Daha  doğrusu,  M.Kaşğari 
folklor örnəklərini türklərin yaşadıqları ərazilərdən toplamışdır. Ona görə də müasir türk dillərində işlənən 
söz  və  ifadələr,  fonetik  hadisələr,  leksik-semantik  sistem,  qrammatik  quruluş,  leksik  və  qrammatik 
şəkilçilərin məna tutumu, söz birləşmələrinin quruluşu və s. oxşardır. ―Divan‖da təqdim edilən sözlərdə bəzi 
fərqli fonetik fərqlər, bu günümüz üçün arxaikləşmiş sözlər nəzərə çarpsa da, ancaq söz və ifadələrin məna 
tutumu, semantik çalarlıqları qalmaqdadır.  
―Divan‖da  təqdim  edilən  folklor  örnəklərinin  bir  çoxu  müasir  türk  xalqlarının  folklorunda 
yaşamaqdadır.  Ramiz  Əsgərin  araşdırmalarına  görə,  ―Divan‖da  300-dən  çox  atalar  sözləri  işlənmişdir. 
Onların çoxu Azərbaycan folklorunda, həm də danışıq dilində (dialektlərdə) qalmaqdadır. Bunların müqayisə 
edilməsi  həm  folklorşünaslıq,  həm  də  dilçilik  baxımından  maraqlıdır.  Belə  ki,  ―Divan‖da  işlədilən  atalar 
sözləri və deyimlərin əksəriyyətinin Azərbaycan atalar sözləri ilə məna tutumu, semantik çalarlığı, quruluşu 
üst-üstə  düşür.  Daha  doğrusu,  digər  türk  dillərinə  nisbətən  atalar  sözləri    məzmun  və  formasına  görə 
Azərbaycan dilinə daha yaxındır, daha anlaşıqlıdır. Sadə bir çevirmə ilə cümlə qəlibləri-modelləri pozulmur,  
olduğu kimi qalır. Bunların bəzisinə diqqət yetirək. Məsələn: 
-  Kişi  alası  (əlamət)  icin,  yılkı  alası  taştın.  (Adamın  alası  (xəbislik,  yaltaqlıq,  satqınlıq  və  s.)  içində, 
heyvanın alası çölündədir). 
- Ac nə yeməs, tox nə deməz. (Ac nə yeməz, tox nə deməz). 
- Ərməgügə bulut yük bolu.  (Tənbələ bulud da yükdür). 
- Kökdə sudhsa, yürqə tüşür. (Göyə tüpürsən, üzünə düşər). 
- Künqə baxsa, köz qamar. (Günə baxanın gözü qamaşar). 
- Pişik yağa yetişməz, deyər: bu mal kişiqə yaraşmaz. (Pişiyin əli ətə çatmaz, deyər iylənib). 
- Kus kanatın, ər atın. (Quş qanadı ilə, ər atı ilə öyünər). 
- Ot desə, ağız köynəs. (Od deməklə ağız yanmaz; Halva-halva deməklə ağız şirin olmaz). 
- Var bakır, yok altun. (Var mis, yox qızıldır). 
- Alın arslan tutar, küçin suqan tutmas. (Hiylə ilə aslan tutular, zor ilə siçan tutulmaz). 
- Sabanda sanarış bolsa, örtkündə istəs bolmas. (Cüt zamanı hay-küy olsa, xırman vaxtı dava olmaz). 
- Tağ tayqa kavuşmas, kişi kişiğə kavuşar. (Dağ dağa rast gəlməz, adam adama rast gələr). 
- Yüzqə görmə, ərdəm tilə. (Üzünə baxma, ədəbin ara) 
- Küz gəliqi yayın bəlquluq. (Payızın gəlişi yaydan bəllidir). 
- Körklüq kişiqə söz gəlir. (Gözəl adama söz gələr). 
- Qoş qılıc qınqa sıqmaz. (Qoşa qılınc bir qına sığmaz). 
- Birin-birin minğ bolur, tama-tama köl bolur. (Bir-bir yığılar min olar, dama-dama göl olar). 
- Qanq qan bilə yumas. (Qanı qan ilə yumazlar). 
- Kişi sözlaşu yılkı yırlaşu. (İnsan sözləşə-sözləşə, heyvan iyləşə-iyləşə yaxınlaşar). 
- Bori koşnısın yeməs. (Qurd qonşusun yeməz). 
- Eyqü və sügüsü ərir, atı qalır. (Yaxşı adamın sümüyü çürüyür, adı qalır; İgid ölər adı qalar). 
- Yazın katıqlansa, kışın sevinər. (Yazda çalışan, qışda sevinər). 
- Bor bolmayıb sirkə olma. (Şərab olmamış sirkə olma; At almamış axur düzəldir). 
- Tamu kapağun açar tavar. (Cəhənnəmin qapısını açar tavar. (Rüşvət cəhənnəmin qapısını açar. 
- Öküz ayakı bolqınca buzagu başı bolsa yek. (Evin kiçiyi olunca qapının küçüyü olsan yaxşıdır). 
- Ata oğlu atac toğar. (Oğul atasına oxşayar). 
- Beş ərənqəq tüz ərməz. (Beş barmağın beşi də düz olmaz). 
- Əvək singəg sütqə tüşür. (Tələsən milçək südə düşər; Tələsən təndirə düşər). 
- Közden yırasa könqülden yemə yızar. (Gözdən uzaq olan könüldən də uzaq olar). 
-  Yuguzqanda  artıq  azaq  kösülsə  üşüyür.  (Yorğandan  artıq  ayaq  uzadılsa  üşüyür;  Ayağını  yorğanına 
görə uzat). 
- Dayağı olan sürüşməz. (Arxalı köpək qurd basar). 
-Tayqan yügrügün tülkü sevməz.  (Tazının iti qaçanını tülkü sevməz; Düz danışanın papağı əyri olar). 
- Ötlük yınçi yerdə qalmas. (Deşikli inci (muncuq) yerdə qalmaz). 
- Tabuğ tas yapar, taş başığ yarar. (Artıq tamah daş yarar, daş qayıdar baş yarar). 
- Tilin tüqmisin tişi yazmaz. (Dil düyünləyəni, diş kəsməz). 
- Arslan kansa sıçğan ötün küdər. (Aslan qocalanda siçan dəlməyin güdər). 
-  Bir karqa birlə kış kelmes. (Bir quşla bahar olmaz; Bir çiçəklə yaz olmaz). 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
139 
 
 
- Ot tütünsiz bolmas. (Od olmayan yerdən tüstü çıxmaz). 
- Evdəgi buzağı öküz bolmas. (Ev buzovundan öküz olmaz). 
- Kamığ kişi tüz etməs. (Hamı bir olmaz). 
- İke koşnqar başı bir aşıçda pişmas. (İki qoçun başı bir qazanda qaynamaz). 
- Eti tırnaklı ayırmas. (Ət dırnaqdan ayrılmaz). 
-Suv verməyənə, süt ber. (Su verməyənə süd ver; Pislik eləyənə yaxşılıq et). 
- Suv görməkincə ətik tartma. (Çay görməmiş ətəyini çırmalama). 
-Yılan  kendi  eqrisin  bilməs,  tevəy  boynun  eqri  ter.  (İlan  öz  əyrisini  bilməz,  dəvənin  boynu  əyridir 
deyər: Öz gözündə tiri görmür, başqasının gözündə qıl axtarır. 
Kuruğ yığac egilmas. (Quru ağac əyilməz). 
Göründüyü kimi, atalar sözləri cümlə qəlibləri, semantik gücü, onların tərkibindəki leksik vahidlərin 
məna  tutumunu  bu  günümüzədək  gətirib  çıxarmışdır.  Burada  nəzərə  çarpan  odur  ki,  ―Divan‖dakı  atalar 
sözlərinin tərkibində işlənən bəzi sözlər- ər (kişi), bakır (mis), altun (qızıl), al (hiylə), saban (əkin, kotan), 
ərdəm (ədəb), küz (payız), görklük (gözəllik), yıncı (inci), yarmaq (kəsmək, doğramaq), kamuq (hamı), suv 
(su), aşıç (qazan) və s. müasir dilimiz səviyyəsində arxaikləşib və ya dialektlərimizdə qalmışdır. Məsələn: 
qərb  dialektlərində  yarmaq  nəyi  isə  nazik  doğramaq  (Qartolu  yarıf  səvənin  üstə  döşədim),  paxır  isə  mis 
mənasında (Qazanın paxırı cıxıf), ey (yaxşı) mənasında (Epeycə iş gördüh) və s. işlədilir. 
Bəzi  sözlərin  semantik  mənası  genişlənib.  Məsələn:  ər  sözü  qədimdə  igid,  müasir  dilimizdə  qadının 
əri, göynəmək sözü abidədə yandırmaq, müasir dilimzidə ağrımaq mənasında, kişi adam mənasında? müsir 
dilimizdə cins mənasında işlənir. 
Göstərilən sözlərin bir çoxu digər türk dillərində aktiv işlənməkdədir. Atalar sözlərinin də Şərqi türk 
dillərinə xas fonetik hadisələr, karlaşma daha çox nəzərə çarpır. Məsələn, yeməs//yeməz, tağ//dağ, kök//göy, 
kuş//quş və s. Qıpçaq dillərinə məxsus yönlük hal şəkilçisi də atalar sözlərində əks olunur. Məsələn: taqa, 
yürqə və s. 
Atalar  sözləri  sadə  cümlə  (Qoş  qılıc  qınqa  sıqmaz;  Qanq  qan  bilə  yumas  və  s.),  tabesiz  mürəkkəb 
cümlə (Eygü ər sügüsü əzir, atı qalır; Var bakır, yok altun və s.) və tabeli mürəkkəb cümlə (Küngə baxsa, 
köz  qamar;  Pişik  yağa  yetişməz,  deyər:  bu  mal  kişiqə  yaraşmaz  və  s.)  modellərində  işlənmişdir  ki,  bu  da 
Azərbaycan dilində işlənən cümlə modellərinə uyğundur. 
Nümunə  və  müqayisələrin  sayını  artırmaq  mümkündür.  Atalar  sözlərinin  bu  oxşarlığı,  bu  paralelləri 
onu  göstərir  ki,  hələ  min  il  bundan  qabaq  yaşamış  türklərin  həyata,  dünyaya,  məişətə,  təbiətə  baxışları, 
təfəkkür tərzi və düşüncələri eyni olmuş, bu etnik birlik oxşar ifadələr yaranmasına səbəb olmuşdur. Əxlaqi-
mənəvi  dəyərlər,  ibrətamiz  öyüd  və  nəsihətlər  aşılayan  bu  hikmətli    ifadələr  insanlıq  üçün  qiymətli 
örnəklərdir. 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin