Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
87
MÜASĠR TÜRK DĠLLƏRĠNDƏ FEĠLĠN ġƏXSSĠZ FORMALARININ ÖYRƏNĠLMƏSĠNƏ DAĠR
Məşədiyeva A.Ə.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Türk dillərində feilin şəxssiz formalarının problemləri dilçilərin diqqətini cəlb etməkdə davam edir.
Məlumdur ki, feilin şəxsli, dəyişən formaları ilə yanaşı, dildə həm də şəxssiz formaları – feili bağlama, feili
sifət və məsdər fəal işlədilir. Feilin şəxssiz formaları öz qrammatik xassələrinə görə feilin xüsusi formasıdır.
Türk dillərində feilin şəxssiz formalarının tədqiqi feil formalarının öyrənilməsi ilə bərabər hələ türk
dillərinin ilk elmi qrammatikalarından başlanmışdır: A.M.Kazımbəyovun ― Türk-tatar dilinin ümumi
qrammatikası‖ (1846), P.M. Melioranskinin ― Qazax-qırğız dilinin qısa qrammatikası‖ (1894), V.A.
Qordlevskinin ― Türk dili qrammatikası‖ (1928), X. Cevdetzadə və A.N. Kononovun ― Müasir türk dili
qrammatikası‖ və başqa mənbələrdə bunun şahidi oluruq.
Türk dillərində feilin şəxssiz formalarının məqsədyönlü, hərtərəfli tədqiq edilməsi, əsasən, türk
dillərinin həm orta əsr, həm də müasir yazılı abidələrinin elmi və tədris qrammatikaları tərtib olunub nəşr
edilməyə başlayanda diqqət mərkəzində olmuş, geniş tədqiqat obyektinə çevrilmişdir. Belə ki, qırğız
(Batmanov 1940), türk (Kononov 1941, 1956), şor (Dırenkova 1941), başqırd (Dmitriyev 1948), tuva (1961),
türkmən (1970), Azərbaycan (1971), xakas (1975), müasir başqırd ədəbi dilinin (1981) və başqa türk
dillərinin akademik qrammatikalarında feilin şəxssiz formalarına xüsusi paraqraflar və bölmələr ayrılmışdır.
L.A.Pokrovskaya qeyd edir ki, feili sifət, feili bağlama və məsdər quruluşlarının qrammatik
statuslarının və sintaktik funksiyalarının müəyyən edilməsi məsələsi türk dilçiliyində ən mürəkkəb və
mübahisəli məsələlərdən biridir.
Həmin məsələ A.N.Kononov (1956), L.N.Xaritonov (1960), B.A.Serebrennikov (1963), L.A.
Pokrovskaya (1964, 1976), D.M.Nasilov (1966), A.M.Şerbak (1977, 1981), P.İ.Kuznetsov (1982), D.Q.
Tumaşeva (1986), V.Q.Quzevin (1990) və başqalarının əsərlərində öz həllini tapmışdır.
Tədqiqatçılar türk dillərində feili sifətlərin və feili bağlamaların xassələri barədə müxtəlif fikirlər
söyləmişlər. Bəzi türkoloqlar feili sifətlərə feili isim kimi baxırlar, onları feilin mənalarını itirmiş hesab
edirlər və ismə və sifətə çevrilmələrini iddia edirlər. Bir qrup tədqiqatçılar isə feili sifətləri tamamilə feil
formalarına aid edirlər (onları feilin əmələgəlmə formalarından biri hesab edirlər), eyni zamanda onları
müxtəlif cür adlandırırlar: feili isim formaları; feili isim, feili sifət. Türkologiyada ayrı-ayrı türk dillərində
feili sifət formalarına həsr olunmuş əsərlər çoxdur. Bu əsərlərdə feili sifət formaları demək olar ki, praktiki
cəhətdən bütün istiqamətlərdə (müqayisəli-tipoloji, müqayisəli-tarixi və s.) nəzərdən keçirilmişdir.
Məsələn, qazax dilində feili sifətləri J.Bolatov tədqiq etmişdir (1955). D.S.Nasırov öz araşdırmalarını
qaraqalpaq dilinin feili sifətlərinə həsr etmişdir (1954), T.Quzıçev (1971) türkmən dilinin, Q.Q.Filippov
(1996, 1999) yakut dilinin feili sifətlərini araşdırmışdır. A.L.Filippov (2004) ― Çuvaş və oğuz dillərində feili
sifət‖ adlı əsərini müqayisəli-tarixi nöqteyi-nəzərdən tədqiq etmişdir. F. Y.Korş (1907), A.N.Kononov (1951,
1954), N.A.Baskakov (1969), Y.İ.Ubryatova (1976) feili si-fətlərin təsnifatı və mənşəyi məsələlərini
araşdırmışlar.
Türkologiyada feili bağlama formalarının tədqiqinə V.Əliyev, N.T.Sauranbayev, A.M.Xosrovi, M.
Əsgərova, İ.P.Pavlov, A.Tursunov, Y.D.Canmavov, Y.Seyidov, N.A. Baskakovun və başqalarının əsərləri
həsr edilmişdir.
Feilin şəxssiz formalarının işlənmə problemi, onların başqa nitq hissələrinə keçidi, həmçinin, morfoloji
və sintaktik funksiyalarının təzahürü xüsusiyyətləri ilə bağlı indiyədək bir sıra həll olunmamış məsələlər
qalır.
Yuxarıda qeyd etdiyimiz kimi, feilin şəxssiz formaları çoxdan tədqiqatçıların diqqətini cəlb edir. Türk
dillərinin morfoloji quruluşunun nəzəri anlamına dair əsərlərin meydana çıxmasından sonra feilin şəxssiz
formaları geniş dil materiallarında xüsusi tədqiqat obyekti olmuşdur.
Yaranmış şəraitdə dillərin ayrı-ayrı fraqment və formalarını müqayisə etmək son dərəcə mühümdür.
Əgər nəzərə alsaq ki, dillər mürəkkəb, bütöv bir sistemdir, onlara, ümumiyyətlə, konkret dil elementlərinə
ardıcıl baxmadan müqayisə etmək çətindir. Türk dillərində geniş təqdim olunan feilin şəxssiz formaları
sistemi buna misal ola bilər. Türk dillərində feilin bu formalarının tərkibinin, forma və qrammatik
mənalarının müfəssəl müqayisəli tədqiqi həm ümumi, həm də spesifik cəhətləri aşkar etməyə imkan yaradır.
Bu isə qohum dillərin öyrənilməsində son dərəcə mühüm rol oynayır. Müqayisə olunan dillərin şəxssiz feil
formaları bir çox cəhətdən oxşardır, feil sistemində geniş sinif təqdim edir, çox baxışlı semantik-funksional
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
88
statusa malikdir. Lakin onların oxşarlığına baxmayaraq, türk dillərində feilin şəxssiz formalarının bir sıra
fərqli və spesifik xüsusiyyətləri var. Bu da onların həm semantik, həm də fonetik-morfoloji quruluşunda
özünü büruzə verir.
Müxtəlif türk dillərinin feili bağlamaları xüsusi tədqiqat obyektinə çevrilmişdir. V.Əliyev (1989)
Azərbaycan dilinin feili bağlamasını ətraflı araşdırmışdır. Q.Məmmədov Azərbaycan dilinin yazılı
abidələrində feili bağlama formalarını geniş tədqiq etmişdir. Azərbaycan dilinin feili bağlamalarına həmçinin
Y.Seyidovun və B.X.Cəfərovanın əsərlərində baxılmışdır. Feili bağlamanı qazax dilində N.T.Sauranbayev
(1944), türkmən dilində A.M.Xosrovi (1950), özbək dilində M. Əsgərova (1950), çuvaş dilində İ.P. Pavlov
(1953), qırğız dilində isə A. Tursunov (1958) araşdırmışlar. Y.D. Canmavovun (1967) monoqrafik tədqiqatı
qumuq dilinin feili bağlamalarına həsr edilmişdir.
Türkologiyada feili sifətlərin xüsusi öyrənilməsinə ötən yüzilliyin 50-ci illərində başlanmışdır. Ötən
müddət ərzində feili sifətlərin morfoloji xüsusiyyətləri, sintaktik quruluşu tədqiq edilmiş, müasir türk
dillərində feili sifətlərin ayrı-ayrı formalarının təsnifatı işlənmiş, etimologiyası aşkar edilmişdir. Feili
sifətlərin öyrənilməsi həmçinin zaman formalarının, feili formaların, feilin məsdər formalarının, analitik
quruluşların, dialektologiyanın inkişaf problemlərinin tədqiqi ilə əlaqədar aparılmışdır.
Belə ki, hazırda feili sifətlər ayrı-ayrı türk dillərinin sintaktik quruluşunun bütün sisteminin inkişafına
hiss olunan dərəcədə təsir edir. Hazırda türk dillərində feili sifətlərin ən aktual problemləri aşağıdakılardır:
qohum və yad dillərdə feili sifət sistemlərinin müqayisəli-tarixi və müqayisəli öyrənilməsi; türk dillərində
feili sifətlərin, ümumiyyətlə, ədəbi dilin sintaksisinin inkişafında rolu, feili sifətin sistem yaradan sintaktik
funksiyası ilə bağlı olan nəzəri məsələlər, onun feillərin başqa funksional formaları ilə sinxron və diaxronik
nöqteyi-nəzərdən semantik-morfoloji əlaqələri və s.
Türkoloji ədəbiyyatda ayrı-ayrı türk dillərində feili sifətlərin hərtərəfli öyrənilməsinə həsr olunmuş
əsərlər çoxdur. Məsələn, çuvaş dilində feili sifətləri İ.A.Andreyev tədqiq etmişdir. J.Bolatov, V.Əliyev,
Q.İ.Mirzəyev, Q.Q.Filippov, D.S.Nasırov, T.Quzıçıyev, C.Muxtarov və V.N.Tadıkin öz araşdırmalarını feili
sifət formalarına həsr etmişlər.
Türk dillərində feili sifətlərin təsnifi və mənşəyi problemləri N.A.Baskakov, F.Y.Korş, A.N. Kononov
və Y.İ.Ubryatovanın əsərlərində öz əksini tapmışdır.
Feili sifətlər həmçinin müasir türk dillərinin sintaktik quruluşuna kifayət qədər təsir edir. Qeyd etmək
lazımdır ki, türk dillərində feili sifət formalarının sintaktik funksiyaları mürəkkəb cümlələrin quruluşunda
hakim yerlərdən birini tutur. Beləliklə, türk dillərində sintaksisə N.Z.Hacıyeva, A.P. Potseluyevski, Y.İ.
Ubryatova və V.Q.Quzev kimi dilçilərin fundamental əsərləri həsr edilmişdir. Türk dillərində feili sifətlərin
sintaktik funksiyalarının tədqiqi L.A.Pokrovskaya və Ş. Satın əsərlərində öz əksini tapmışdır.
Məlum olduğu kimi, türk dillərində feilin şəxssiz formalarının sıralarına feili sifət və feili bağlama ilə
yanaşı, həm də məsdər və hərəkətin adları (ad hərəkət) daxildir. Bəzi türkoloqlar (Dmitriyev, 1948) hesab
edirlər ki, məsdər feilin ayrıca forması kimi bütün türk dillərində inkişaf etməmişdir. Bununla yanaşı, hazırda
bu və ya başqa mövcud türk dillərində məsdərlərə həsr olunmuş tədqiqat işləri var. Məsələn: B.Borovkov
(1935) uyğur dilində məsdərin mövcudluğunu göstərir, M. Nişanov (1978) isə məsdəri özbək dilində
müqayisəli nöqteyi-nəzərdən araşdırmışdır. Qaqauz dilində məsdərlərin formantını L.A.Pokrovskaya (1990)
tədqiq etmişdir. Müasir qırğız dilində hərəkətin adla-rını B.Toyçubəyova müfəssəl şəkildə təhlil etmişdir.
Başqırd dilində isə feilin məsdər formalarını K.Q. İşbayev işləmişdir. Lakin müasir türk dillərində məsdərin
qrammatik statusunun qeyri-müəyyənliyi ilə əlaqədar mübahisəli suallar meydana çıxır. Belə ki, feilin
şəxssiz formaları mövcud müasir türk dillərində sistemli şəkildə tədqiq olunmamışdır.
QLOBALLAġMA ġƏRAĠTĠNDƏ AZƏRBAYCAN DĠLĠNƏ DÖVLƏT QAYĞISI
Mikayılova S.K., Aydəmirova F.Q.
Bakı Slavyan Universiteti
Azərbaycan dili dünyanın inkişaf etmiş zəngin dillərindən biridir. Azərbaycan dövlət müstəqilliyi
qazandıqdan sonra bu dil öz işlənmə arealını daha da genişləndirmiş və ən yüksək beynəlxalq tribunalardan
eşidilməyə başlanmışdır.
Məlumdur ki, hər hansı bir dilin dövlət dili statusuna yüksəlməsi əlamətdar tarixi hadisə, milli
dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili
statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
89
dilinin zənginliyinin sübutudur. Nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup
sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və bu dövlətlərin rəsmi dövlət dillərinin sayı
70-i keçmir. Başqa sözlə, hazırda dünyada mövcud olan dörd mindən çox dilin cəmi 70-i dövlət dili statusu
daşıyır ki, onlardan biri də öz gözəlliyi, zənginliyi və ifadə imkanlarınıln genişliyi ilə seçilən Azərbayacan
dilidir. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Sovet
dönəmində rəsmi sənədlərdə bu dil dövlət dili kimi təsbiit olunsa da, yüksək tribunalarda ondan istifadə
xüsisi cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev hələ Bakı Dövlət Universitetinin 50 illik yubileyində
Azərbaycan dilində çıxış edib: ―Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən
mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm‖ demişdir. Az keçməmiş bu dil dövlət
əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət
dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi.
Son dövrlər Azərbaycan dilinin milli dövlət rəmzlərindən biri olaraq istifadəsi onun əsaslı tədqiqi və
təbliği üşün xüsusi zəmin yaratmışdır. Lakin müsir qloballaşma şəraiti – elm və texnikanıln sürətli inkişafı
Azərbbaycan dilinin zənginləşdirilməsini, tətbiqini və ölkədə dilçiliyin inkişafını yeni səviyyəyə
yüksəldilməsini tələb edir.
Təsadüfi deyil ki, 1990-cı illərin əvvəllərindən günümüzə kimi Azərbaycan dili ilə bağlı dövlət çox
ciddi sənədlər qəbul etmişdir. Onların bəzilərinin adlarını çəkmək yetər ki, milli dövlətçilikdə dil siyasətinin
istiqamətləri, doğma dilə dövlət qayğısı haqqında əyani təsəvvür yaransın
1)
1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyada Azərbaycan dili dövlət dili
elan olundu.
2)
―Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi‖ haqqında 18 iyun 2001-ci il tarixdə ölkə
Prezidenti tərəfindən 506 nömrəli fərman imzalandı.
3)
―Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında‖ 9 avqust 2001-ci il
tarixli 552 saylı Prezident fərmanı verildi.
4)
2002-ci ildə ―Azərbaycan Respublikasının dövlət dili haqqında‖ Azərbaycan Respublikasının
Qanunu qəbul edildi.
5)
Azərbaycan Respublikası Prezidentinin ―Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında‖
2004-cü il 12 yanvar tarixli 55 saylı sərəncamı verildi.
6)
2004-cü il 12 yanvar tarixli 56 saylı sərəncamda isə latın qrafikalı yeni Azərbaycan əlifbası ilə
dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi
nəzərdə tutulurdu.
7)
―Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında‖ Azərbaycan Respublika Prezidentinin imzaladığı
sərəncam və qəbul edilən müvafiq Proqram (―Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair‖ Dövlət Proqramı) və s. bu kimi sənədlər doğma
dilimizin qloballaşmaqda olan dünyada zamanın tələblərinə uyğun istifadəsində, gənc nəsildə
azərbaycançılıq məfkurəsinin, ana dilinə sevgi hissinin aşılanmasında mühüm rol oynadı.
Sonuncu sənədə görə, 2013 – 2020-ci illər ərzində aşağıdakıların həyata keçirilməsi bir məqsəd kimi
qarşıda durur:
1)
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması;
2)
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək;
3)
ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılması;
4)
dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş
yaradıcılıq səylərinin birləşdirilməsi;
5)
dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etmək.
Beləliklə, müstəqil dövlətin atributlarından biri olan ana dilimizin qorunması və zamanın tələblərinə
uyğun istifadəsi hər birimizin vətəndaşlıq borcudur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
90
MÜSTƏQĠLLĠK DÖVRÜ AZƏRBAYCAN POEZĠYASINDA ĠMLA QAYDALARI VƏ DURĞU ĠġARƏLƏRĠ
Mirzəyeva G.Ə.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Durğu işarələrinin şifahi nitqdə müstəsna rolu vardır. A. P. Çexovun sözləri ilə desək, durğu işarələri
yazılı nitqin notlarıdır. Yazılı nitqin formalaşmasında mühüm bir vasitə olan durğu işarələri kommunikativ
funksiyaya malikdir. Cümlənin düzgün, dəqiq tələffüzündə, fikrin dəqiq və emosional təsir gücünün
artırılmasında, durğu işarələrinin rolu böyük əhəmiyyətə malikdir.
Durğu işarəsi yazılı nitqin daha yaxşı başa düşülməsinə xidmət edir. Şifahi nitqdə səlislik, aydınlıq və
sairə, əsasən, pauza, intonasiya və vurğu ilə ifadə edilir‖. Deməli, durğu işarələri nitqin sintaktik cəhətdən
bölünməsinə, cümlələrin sərhədini müəyyən etməyə, intonasiya və məna çalarlığını əks etdirməyə kömək
məqsədi ilə işlədilən işarələrdir.
Dilimizdə durğu işarələrinin nə qədər vacib və müstəsna rolu olduğundan danışarkən müasir
poeziyada durğu işarələrindən istifadə olunmasına qısa nəzər salmağı lazım bilirik. Belə ki, müasir şairlərin
şeirlərini oxuyarkən durğu işarələrindən düzgün istifadə olunmamasının şahidi oluruq. Məsələn:
Qoy gəlim, qısılım sənə
bəlkə bir ilğımdı qorxub qaçdıqlarımız
bəlkə yaxınlaşsaq yox olacaq?...
(Fəridə Məmmədova, 32)
Burada ―bəlkə‖ modal sözündən sonra, həmcins üzvlərdən sonra vergülün qoyulmaması, birinci sətrin
sonunda nöqtənin işlənməməsi diqqəti çəkir.
Müstəqillik illərində yaranmış poeziya nümunələrində əvvəlki illərdən fərqli olaraq, rast gəldiyimiz bir
məqama da diqqət çəkmək istərdik. Belə ki, bu illərdə yazılmış (xüsusən, gənc nəsil tərəfindən) şeirlərdə
imla qaydalarına qarşı sanki üsyan nümayiş olunur. Bu şeirlərdə sətirlərin kiçik hərflə başlanılması,
cümlələrin ―və‖ əvəzliyi ilə başlanması, durğu işarələrindən istifadə edilməməsi ilə tez-tez rastlaşmaq
mümkündür.
kirpiklərin arasındakı başlıq (intəhasız)
günbatana tələsən
nəhəng gəmilərdə ilişib qalır.
mənimsə fikirlərim
önümüzdəki maviyə
skafandrsız dalır.
( Babək Ağayev)
Və ya:
indi yağan yağışlar romantika yox
can ağrısıdı,
indi köçən durnalar ölümü yada salır
mənə ancaq yazmaq qalır
tələsə-tələsə...
qocalmadan...
unudulmadan...
( Cəlil Cavanşir)
Göründüyü kimi, hər iki şairdən gətirdiyimiz nümunədə cümlələr kiçik hərflə başlanılmışdır.
Bilən varsa, desin:
mən kiməm, haralıyam?
Və hələ də bilmirəm nə istəyirəm.
(Fəridə Məmmədova, 15)
Eyni mənzərə ilə Şəhriyar de Geraninin yaradıcılığında da rastlaşırıq. Onun ―darıxmağın adı‖
kitabında əsərin adı və bütün şeirlər kiçik hərflərlə yazılmışdır.
nə deyim?
gərək hamının göy üzündə kimisə olsun
mütləq olsun
allah haqqı düz deyirəm
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
91
mən bütün günəşli günlərdə göyə baxıb
doqquzacan sayıram.
(Şəhriyar de Gerani.s.22. bir ovuc əllərin...)
Fəridə Məmmədovadan gətirdiyimiz nümunədə ―və‖ bağlayıcısı ilə cümlə başlayır. Halbuki ədəbi dil
normalarına əsasən, ―və‖ birləşdirmə bağlayıcısı mürəkkəb cümlələrin arasında işlənib, onları bağlamağa
xidmət edir.
Araşdırma nəticəsində bu fikrə gəldik ki, müasir Azərbaycan şeirinin dilində durğu işarələrinin,
punktuasiya qaydalarının işlənməsinə riayət olunmur. Ümumiyyətlə, gənc nəsil şairləri üçün şeir
yaradıcılığında durğu işarələrindən istifadə o qədər də əhəmiyyət daşımır. Halbuki punktuasiya qaydalarının
nitqin ifadəliliyində, dəqiqliyində, düzgünlüyündə müstəsna rolu vardır.
AZƏRBAYCAN VƏ ALMAN ATALAR SÖZLƏRĠNĠN TOPLANMASINA DAĠR
Muradov M.S.
Bakı Slavyan Universiteti
Hər bir dilin kamil ifadə forması hesab edilən atalar sözləri xalqın həyatını müdrikliyini, xalq ruhunu
bir başa özündə əks etdirir. Atalar sözü ümumi birgə həyatın dəyərlərini, normalarını və münasibətlərini
özündə göstərir. Dilçi və ədəbiyyatşünas alim Volfqanq Mider üçün atalar sözü həyat normalarını və yaxud
müdrikliyini tutarlı, qısa formada ifadə edən, ümumən məlum, sabitləşmiş cümlədir. İspaniyalı yazıçı Migel
De Servantes atalar sözünü aşağıdakı kimi ifadə edir: ―Atalar sözü uzun təcrübəyə dayanan qısa cümlədir‖.
M.İ. Mixelson isə dərc etdiyi lüğətində atalar sözləri və zərbi-məsəllərin xalq müdrikliyinin çoxəsrlik
təcrübədən alınmış əsas mahiyyətini belə ifadə edir: ―Atalar sözləri insan ruhunun dünyəvi hissiyat ilə
qovuşaraq müəyyən bir hadisəyə münasibətdə milli dilin daxili yaruslarına nüfuz etməklə, özünə dilin
ifadələri şəklində yer açmışdır‖.
Azərbaycan və alman atalar sözlərinin əldə olan yazılı abidələrinə qısa şəkildə nəzər yetirməklə,
məkan etibarı ilə müxtəlif coğrafi ərazilərdə məskən salmış xalqların milli sərvətlərinin tarixi mənbləri ilə
yaxından tanış olmaq imkanı əldə edəcəyik.
Azərbaycan və eləcə də türk xalqlarının ümummilli ortaq sərvəti hesab edilən ―Kitabi-Dədə Qorqud‖
dastanı atalar sözləri ilə zəngin bir dastandır. Qorqut Ataya aid olunan yetmişdən artıq paremik yazıya
alınmışdır. Türk dünyasının ensiklopedik lüğəti hesab olunan Mahmud Kaşğarinin ―Divanu Luğat-It-Turk‖
əsərində 318 atalar sözü verilmişdir. ―Oğuznamə‖ əsərində 2000-ə qədər atalar sözü və zərbi-məsəl, XVIII
əsr abidəsi ―Əmsali-türkanə‖də 1000-dən artıq atalar sözü və xalq məsəli özünə yer almışdır. Qeyd olunan
mənbərlərdə atalar sözləri sistematik və ardıcıl şəkildə toplanıb nəşr olunmamışdır. Azərbaycan dilçiliyində
atalar sözlərinin toplu halına gətirilib nəşr olunması XIX əsin sonları və XX əsrin əvvələrinə təsadüf edir. Bu
sahədə Eynəlibəy Sultanovun (―Татарские пословцы‖ adlı məqalə: 1891-ci ildə ―Новое обозрение‖
jurnalında, ―Образщики азербайджанский народный литературы‖ adlı məqalə: ―Кавказ‖ (№247)
jurnalında nəşr olunmuşdur), İbrahim Məhərrəmzadənin, Məhəmmədvəli Qəmərlinin (1899-cu ildə 52
səhifədən ibarət çərəkədə atalar sözü və məsəllər), Mühəmməd ibn Vəli Qulu (―Vətən dili türki məsəllər və
yaxud «Əmsalüləcəm» adlı kitabı), Axundzadə Mirzə Əli ibn Hacı Molla Mustafa Əlbadkubeyninin (―Kitabi
təcridüllüğat‖ adlı farsca-türkcə lüğəti, 198 türk atalar sözü ilə birlikə) xidmətləri təqdirəlayiqdir. Adları
keçən mənblərdə də Azərbaycan atalar sözlərinin geniş və sistemli formada toplanması Hənəfi Zeynallı və
Əbülqasım Hüseynzadənin adı ilə bağlıdır. H.Zeynallı 1926-cı ildə nəşr etdirdiyi ―Azərbaycan atalar sözü‖
adlı kitabı bu dövrə qədər olan nəşrlərdən həm ilk tədqiqat xarekterli olması, həm də atalar sözlərinin
çoxluğu ilə fərqlənir. Əbülqasım Hüseynzadə Azərbaycan atalar sözlərinin tədqiqinə dair 17 kitab həsr
etmişdir. İlk kitabını 1926-cı ildə Məhəmməd Hatiflə birgə nəşr etdirmişdir. Qeyd olunan əsərlərlə yanaşı,
bu dövrlərdə atalar sözləri ilə bağlı Böyükağa Hüseynov tərəfindən qələmə alınan ―Rəvayətli ifadələr‖
əsərini özündən əvvəlkilərdən fərqləndirən başlıca cəhət ondan ibarət idi ki, burada toplanan ifadələrin uzun
zaman ərzindən keçərək bu günki dövrə qədər keçdiyi yolun tarixçəsi izah edilir.
Ən qədim alman atalar sözünə (IX əsrdə) orta əsr ali alman dilində yazıya alınan ―Hildebrand
nəğməsi‖ əsərində rast gəlinir. Bu əsər özündə xalqların böyük köçünü ehtiva edən atalar sözüdür: ―mit gêru
scal man geba infâhan, ort widar orte‖ ("Mit dem Speere soll man die Gabe empfahen Spitze gegen Spitze
"
– ―İki qoçun başı bir qazanda qaynamaz‖). Artıq XI əsrdə isə bəzi alman atalar sözləri rahib Notker Labeon
tərəfindən əsərində qələmə alınmışıdır. İlk alman atalar sözləri toplu halında 1023-cü ildə Eqbert fon Lüttix
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
92
tərəfindən qələmə alınan „Fecunda ratis― (―Das vollbeladene Schiff‖ – ―Tam yüklənmiş gəmi‖) hesab
olunur. Həmin əsərdə atalar sözləri ilə yanaşı onların latın dilində qarşılığı da verilmişdir.
Artıq XV və XVI əsrlərin kəsişməsində alman atalar sözlərinin toplanmasında yeni bir dövr başlandı.
Erazmuz fon Rotterdamın 1500-cü ildə yazdığı „Adagiorum collectanea― („Gesammelte Sprichwörter―-
„Toplanmış atalar sözü―) kitabı o dövr üçün böyük bir hadisəyə çevrilmişdir. XV və XVI əsrləri məhşur
alman dilçi alimi Volfqanq Flayşer alman atalar sözləri üçün çiçəklənmə dövürü hesab edir. XVII əsrin
ortalarına qədər alman atalar sözü özünün ən yüksək inkişafına nail olmuşdur. Sebastian Brant, Hans Zaks və
başqaları xalq dilində olan ifadləri ədəbiyyat sahəsində istifadə oluna biləcək mərtəbəyə qaldırmışlar. Martin
Luter 1522-1534-cü illərdə İncilin tərcüməsi ilə artıq bu vaxta qədər latın və alman dilində işlənən İncildə
olan atalar sözlərinin xəlqiliyinə və yayılmasına nail olmuşdur. Artıq Sebastian Frank „Sprichwörter―
(„Atalar sözləri― red: bu əsər yeddi min ifadəni əhatə edir) adlı əsas əsəri ilə, 1529-cu ildə Yohannes
Aqrikola „Dreyihundert Gemeyner Sprichwörter― (―Üç yüz ümumi atalar sözləri‖) əsərləri ilə alman dilində
ilk olaraq alman atalar sözlərinin toplusunu ərsəyə gətirdilər. Aqrikola və Frank isə əsas uğuru 1548-ci ildə
çap etdirdikləri və XVII əsrin ortalarına qədər dəfələrlə nəşr olunan „Sprichwörter, schöne, weise
Klugreden― (―Atalar sözləri, gözəl, müdrik əllaməlik‖) əsəridir. Bu nəşr əhəmiyyətli şəkildə alman atalar
sözləri toplularının ardıcıllığına bir mayak oldu, XIX əsrə qədər nəşri davam etmişdir və yeni atalar sözləri
toplularının yazılmasına səbəb olmuşdur. XIX və XX əsrlərdə alman atalar sözləri tam ardıcılı əlifba sırası
ilə toplanaraq dərc olunmağa başlanmışıdır. Buna misal olaraq XIX əsrdə işıq üzü görən atalar sözləri
toplusu Vagner Vaqner Samuel Kristofun 1813-cü ildə yazdığı Sprichwort-Lexikon (―Atalar sözü
leksikonu‖) və bunun ardınca Vilhelim Körte, Josef Ayzelayn və Karl Josef Zimrokun atalar sözləri topluları
buna bariz nümunə ola bilər. Karl Fridrix Vilhelm Vanderin 1867-1880-cı illərdə dərc olunan ―Deutsches
Sprichwörterlexikon‖ (―Alman atalar sözləri leksikonu‖) kitabı təxminən 250 min atalar sözünü əhatə edir.
Dostları ilə paylaş: |