NĠTQ MƏDƏNĠYYƏTĠNĠN ETĠK NORMALARI. NĠTQ ETĠKETLƏRĠ
İsmayılova M.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Etika (lat. ethia, əsli yun. ethos) 1.İctimai şüur formalarından biri kimi, əxlaq, tərbiyə və mənəviyyat
haqqında fəlsəfi nəzəriyyə. 2.Hər hansı, sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları (2, 214).
Etika (yun. ethika, ethos-adət, xasiyyət) - əxlaq haqqında fəlsəfi nəzəriyyə. Etika termini ilk dəfə
Aristotelin ―Nikomaxın etikası‖, ―Böyük etika‖, ―Evdem etikası‖ əsərlərində işlənmişdir. Qədim Şərq və
yunan mütəfəkkirlərinin etik görüşləri əməli nəsihət xarakteri daşıyan fəlsəfi fikirlərdən ibarət olmuşdur.
Aristotelin etikası ilk əxlaq nəzəriyyəsidir. Qədim yunan folosofları etika ilə siyasət arasında qırılmaz
əlaqəni (Aristotel) göstərmiş, onun vəzifəsini insanı mənasız və qeyri-təbii ehtiraslardan uzaqlaşdırmaqda
(Epikür) görmüşlər. Platon isə etik fikirləri insan varlığından xaricdə, əbədi ―xeyir‖ ideyasında axtarmışdır.
Stoiklərə görə etika insanlara cəsurluq və ədalət kimi keyfiyyətlər aşılamalıdır. Roma stoikləri (Seneka,
Epiktet, Mark Avreli, Siseron), ―təbiət qanununu‖ əxlaqın əsası hesab etmişlər.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
65
Qədim dövrdən başlayaraq etika ―insan necə hərəkət etməlidir?‖ sualına cavab axtarmış, əxlaqın
mənşəyi və mahiyyəti məsələləri ilə məşğul olmuşdur. Pedaqogika, psixologiya, sosiologiya, sosial
psixologiya, məntiq, etnoqrafiya və b. elmlər də əxlaqı öyrənir.
Lakin etikanın spesifikliyi ondadır ki, əxlaq onun yeganə tədqiqat obyektidir.
Etikanın başlıca predmetini əxlaq, onun təşəkkül qanunauyğunluqlarının tədqiqi təşkil edir. Burada
nəzəri və normativ etika vəhdət halında götürülür. Etika əxlaqın mənĢəyini son nəticədə cəmiyyətin
iqtisadi münasibətlərində axtarır. Çünki cəmiyyətdə iqtisadi-siyasi münasibətlərin dəyişməsilə yeni əxlaqi
münasibətlər, davranış normaları yaranır. Əxlaq cəmiyyətdə insanlar arasında qarşılıqlı münasibətləri tənzim
etmək tələbatından doğmuşdur, özünün ictimai funksiyasını yerinə yetirərkən isə ictimai rəyə, könüllülüyə
əsaslanır. Əxlaqi münasibətlər, şüur və fəaliyyətin əsas ünsürləri öz təcəssümünü etikanın kateqoriyalarında
tapmışdır.
Müasir nitq etiketi anlamında müxtəlif ünsiyyət şəraitində nitq davranışının müxtəlif qaydaları nəzərdə
tutulur. Nitq etiketləri insanın daxili aləmi, mənəvi zənginliyi, əxlaqi normaların təcəssüm olunduğu
etikadan fərqli olaraq, xarici etik davranıĢ normalarını nəzərdə tutur.
Etiket sozü fransız mənşəlidir (etiquette ―mərasim‖, ―təşrifat‖). Bu söz ilk əvvəllər məhsulun, malın
üstünə yapışdırılan, üzərində onun adı, qiyməti və s. olan yarlıq (etiket) mənasını daşıyırdı. Lakin sonralar
saray mərasimləri, təntənələri belə adlandırılmağa başladı. Fransız mərasimləri və təntənələrinin Avstriya
sarayında qəbul edilməsindən sonra etiket sözü ikinci mənada başqa dillərdə də qəbul olundu. Hal-hazırda
etiket sözü 1)monarx saraylarında, diplomatik dairələrdə və s.-də qəbul edilmiş davranış qaydaları; 2) hər
hansı bir cəmiyyətdə qəbul edilmiş davranış, nəzakət forması mənalarında işlənir (1, 109). Bu sözlə yanaşı,
hər hansı fəaliyyət sahəsində davranış üçün müəyyən olunmuş qaydaların cəmi mənasında reqlamentasiya
sözü və ya diplomatik protokol ifadəsi də işlədilir.
Protol qaydalarına uyğun ünsiyyətin bir cox incəlikləri işgüzar münasibətlərin qurulduğu bir çox
dairələrdə nəzərə alınır. Son zamanlar müəyyən sosial qrupların zövqü, ədəb qaydaları, əxlaqi keyfiyyətləri
və təcrübəsini əks etdirən iĢgüzar etiket anlayışı geniş yayılaraq qəbul olunub.
ĠĢgüzar etiket ünsiyyət qaydalarına uyğun davranış normalarını nəzərdə tutur. Ünsiyyət insanın
cəmiyyətdəki fəaliyyətini təmin edən proses olduğu üçün burada, ilk növbədə nitq etiketlərinin xüsusiyyətləri
nəzərə alınır.
Nitq etiketinin mahiyyəti. Mədəniyyətin mühüm komponenti və cəmiyyətdə ümumi etik davranış
normaları sisteminin ayrılmaz tərkib hissəsidir.
Nitq etiketi (tələb, və norma) sistemidir. Rəsmi və qeyri-rəsmi şəraitdə salamlaşma sağollaşma,
təqdimat, kübar söhbət və s. ehtiva edir;
Hər hansı müəyyən şəraitdə başqa bir şəxslə necə əlaqə qurmaq, saxlamaq və ya əlaqəni kəsməyi
aydınlaşdırır;
Nitq etiketləri danışan və onun adresatı haqqında, onların tanış olub-olmamaları, yaş bərabərliyi, şəxsi
münasibətləri, xidməti vəziyyəti, ünsiyyətin rəsmi və qeyri-rəsmi şəraitdə baş verməsi haqqında sosial
məlumat ötürür.
Etiket formalarına nəzarət (sağ olun, təşəkkür edirəm, üzr istəyirəm, bağışalayın və s.) salamlaşma və
sağollaşma (salam, sağ ol, görüşənədək və s.) sözləri daxildir.
Nitq etiketi mənasında işlənib hazırlanmış nitq davranışlarının qaydaları, ünsiyyətin sistemli danışıq
formulları nəzərdə tutulur.
Nitq etiketlərinə yiyələnmək bacarığı, onları mənimsəmə dərəcəsi, insanın öz işində gərəkliyini təmin
edir, peşəkarlığını müəyyən edir. Bu səriştə, bacarıq, ilk növbədə, iş fəaliyyəti sahəsində daim insanlarla
ünsiyyətdə olan dövlət qulluqçularına, məmurlara, siyasətçilərə, müəllimlərə, həkim, hüquqşünas, sahibkar,
jurnalist və xidmət sferasında çalışan işçilərə aiddir. Nitq etiketi özünü təqdim edən şəxsin bir növ vizit
kartıdır. Nitq etiketi qaydalarını bilmək, onlara əməl etmək, insanı sərbəst, inamlı hiss etməyə, ozünə əmin
olmağa sövq edir, sıxılmaqdan, düzgün olmayan davranışdan, narahatlıqdan, gülünc vəziyyətə düşməkdən
qoruyur.
Özünün fəaliyyəti sahəsində nitq intensivliyinə malik mütəxəsislər nitq etiketlerinə əməl etməli
olurlar.Bu isə eyni zamanda tərbiyəvi əhəmiyyət daşıyır. Çünki bu tələbat istər-istəməz cəmiyyətin həm
danışıq, həm də davranış mədəniyyətini formalaşdırmağı şərtləndirir. Nitq etiketi qaydalarına mütləq əməl
olunması idarə, müəssisə, təşkilat, ofis, firma işçilərinin cəmiyyətdə öz həmkarları, müştəriləri, təsisçiləri
yanında müsbət imicini qoruyur, onlar haqqında xoş təəssürat yaradır.
Hansı faktorlar nitq etiketlərinin formalaşmasını, ondan istifadəni müəyyən edir?
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
66
İlk növbədə nitq etiketləri işgüzar əlaqəyə girən tərəflərin xüsusiyyətləri, işgüzar danışıq aparan
şəxslərin sosial statusu, xidməti mövqeyi, sənəti, ixtisası, milliyyəti, mentaliteti, dini görüşləri,yaşı, cinsi,
xarakteri, iyerarxiya nəzərə alınmaqla qurulur.
Nitq etiketinin müəyyən edilməsində ünsiyyətin baş verdiyi şərait də, situasiya da əsas rol oynayır. Bu
konfrans, müşavirə, təqdimat (prezentasiya); iqtisadi, maliyyə məsələlərinin müzakirəsi; təşkilatın,
müəssisənin, ümumi vəziyyətinin müzakirəsi; işə qəbul və azad etmə; məsləhət, yubiley tədbiri və s. ola
bilər.
Nitq etiketi milli səciyyə daşıyır. Hər bir xalq özünəməxsus nitq etiketi; danışıq davranışı sistemi
yaratmışdır. Məsələn; V.Ovçinnikov ―Vetka sakurı‖ kitabında yaponların nitq etiketinin özünəməxsusluğunu
belə təsvir edir:
―İnsanlar danışıq zamanı hər yolla ―yox‖, ―bacarmıram‖, ―bilmirəm‖ sözlərindən qaçmağa , eyhamla,
dolayı yolla cavab verməyə çalışırlar, sanki bu söyüşdür, yaxud birbaşa deyiləcək söz deyil;‖
Hətta ikinci fincan çaydan imtina edərək qonaq ―yox, çox sağ olun ― ifadəsinin əvəzinə ―mənə belə də
çox xoşdur‖ ifadəsini işlədir;
Yaxud siz yapona zəng edərək, saat altıda press-klubda görüşməyi təklif edirsiniz. Bu zaman əgər siz
qarşılığında ―Ay, saat altıda?‖, ―Ay, press-klubda?‖ və daha başqa, nəsə anlaşılmaz bir cavab eşidirsinizsə,
elə həmin an, mütləq ―əgər bu sizə uyğun deyilsə, başqa vaxtda, başqa yerdə söhbət etmək olar‖ deməlisiniz.
Onda sizin həmsöhbətiniz böyük məmnuniyyətlə ―yox‖ əvəzinə ―hə‖ deyəcək və ona münasib ilk təkliflə
razılaşacaq.
İ.Erenburq fransız dili, fransızların danışıq xüsusiyyətləri barədə belə deyir; ―... fransızlar konkretliyi,
dəqiqliyi, aydınlığı sevirlər. Fransızca ―o cavabında gülümsədi‖ , bu zaman ―o əlini yellətdi‖ deyə bilməzsən.
Çünki onun qəmli, istehzalı, mülayim yaxud qəzəblə gülümsədiyini izah etməlisən; niyə, necə əlini yellədi?
təəssüfdən, etinasızcasına, yoxsa kədərdən? Fransız dili uzun müddət diplomtik dil adlanırdı, ondan istifadə
isə, yəqin ki, diplomatların işini çətinləşdirirdi, çünki fransızca fikri ort-basdır etmək çətindir, burada sözü
axıra qədər deməmək çətindir‖ (И.Э. Гренбург Индия. Япония. Греция).
Nitq etiketlərinin formalaşması məsələsinə Amerikada da çox ciddi yanaşılır.Hətta Amerika
məktəblərində belə bir fənn tədris olunur: ―Public relation-shir‖ –―Qarşılıqlı münasibətlərin qurulması‖.
Burada uşaqlar qarşılıqlı münasibətlərin əsaslarını öyrənir. Məsələn; əgər sənin uşağının ad gününə dostları
gəlirsə, sən mütləq onların hər birinə cavab ―açıqcası‖ yazmalısan. ―Çox sağ ol ki, sən gəldin, ―Sənin
hədiyyən çox gözəl idi‖ və ya ―Çox sağ ol. Ən yaxşı hədiyyə səninki idi‖.
Rus dilində ―Nitq etiketi‖ adlı məlumat kitabı dərc olunur. Burada bir çox xalqların nitq etiketlərinin
fərqli xüsusiyyətləri dəqiqliklə göstərilmişdir. Rusca-ingiliscə, rusca-fransızca, rusca-almanca məlumat
kitablarında bu dillərdə sabit nitq etiketləri ifadələrinin qarşılıqları detallarınadək verilmişdir. Məsələn:
―Русско –английских соответствии ‖ (tərtibçilər N.İ.Formanovski və S.V. Şvedova . M, 1990) rus və
ingilis dillərində salamlaşma, təşəkkür etmə, üzrhaqlıq, təbrik; tanış və yad adamlara rus və ingilis dillərində
müraciət formaları ilə yanaşı, ingilis dilində bu və ya digər ifadənin işlənmə xüsusiyyətləri də verilmişdir.
Məlum olur ki, ingilis dilində ―sən‖ və ―siz‖ formaları arasında formal fərq yoxdur. Bu formaların məna
incəliyi ― you‖ əvəzliyində cəmlənmişdir, qalanlar isə başqa dil vasitələri, məsələn, intonasiya ilə verilir.
Rus dilində isə ―sən‖ və ―siz‖ müraiət formalarına münasibət daha ciddidir. Azərbaycan dilində də bu
müraciət formalarına həssaslıqla yanaşılır. Adətən rəsmi şəraitdə bir neçə şəxsin iştirak etdiyi söhbətdə hətta
yaxından tanışlıq, dostluq münasibətləri olan şəxslər bir-birinə ―siz‖ deyə müraciət edir.
Lakin bu hal bütün situasiyalarda mümkündürmü?
Bəzən teleiziya verilişlərində məşhur aparıcı ilə ondan da az məşhur olmayan alim, dövlət xadimi
arasında ictimai əhəmiyyət kəsb edən danışıq aparılır və aparıcı söhbətə başlamazdan əvvəl sanki auditoriya
ilə məsləhətləşərək, həmsöhbəti ilə çoxdan tanış olduqlarını və bu müraciətin onlar üçün bir növ adət
olduğunu deyərək, ―həmsöhbətinə sən deyə müraciət edə bilərmi?‖ ritorik sualını auditoriya verir. Bundan
sonra onlar ―sən‖ə keçirlər. Bu zaman nitq etiketi pozulurmu? Buna yol vermək olarmı?
Əlbəttə, hər bir qaydada, normada istisnalar olur.Bu tip verilişlər onların iştirakçıları arasında rəsmi
münasibətləri nəzərdə tutur.Lakin tamaşaçılar bunu bir növ baxımlı qəbul edir.‖Sən‖ müraciəti rəsmiliyi
azaldır, söhbəti təbii axara aparır, bu da öz növbəsində verilişi daha cəlbedici edir.
Milli etiketlərin xüsusiyyətlərini bilmək, danişıq formullarını bu və ya digər ölkənin, xalqın işgüzar
ünsiyyət spesifikasını bilmək danışıqlar, xarici partnyorlarla əlaqə, münasibət qurarkən, müqavilə
imzalayarkən uğur qazanmağa kömək edir. Müasir dövrümüzdə bu məsələyə mədəni davranışın,
mədəniyyətin tərkib hissəsi kimi baxılır, ona çox önəm verilir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
67
TERMĠNLƏRĠN TƏRCÜMƏSĠNDƏ SPESĠFĠK CƏHƏTLƏR
İsgəndərova A.İ.
Odlar Yurdu Universiteti
Terminlərin bir dildən başqa dilə keçməsinin əsas səbəblərindən biri onların ifadə etdikləri anlayış və
predmetlərin obyekt dildə yoxluğudur. Obyekt dildə anlayışı ifadə edən termin olmadıqda həmin termin
mənbə dildən alınır. Mənbə və obyekt dillərin terminoloji səviyyədə əlaqə prosesi həmişə terminin alınması
ilə nəticələnmir. Çox zaman mənbə dildəki terminin obyekt dildə qarşılığı axtarılır, yeni terminin
yaradılmasına cəhd göstərilir. Burada ilkin baş verən hadisə terminin tərcüməsidir. Deməli, tərcümə mənbə
dildə olan terminə qarşılığı tapmaq prosesini ehtiva edir. Istər ingilis, istərsə də rus dilindən Azərbaycan
dilinə tərcümə olunmuş elmi materiallar az deyildir. Tərcümə mənbə dilin vahidlərinin obyekt dildəki
müvafiq qarşılıqlarla əvəz olunması kimi gedir. Əgər dildə tərcümə ediləcək söz yoxdursa, onda onun
alınması hadisəsi baş verir. Alınma prosesinin özündə də yeni vahidin obyekt dilin normalarına maksimum
uyğunlaşdırmaq nəzərə alınır. Bu cəhət həm sözlərə, həm də terminlərə aiddir. Terminlərin tərcümə
xüsusiyyətləri iki aspektdən öyrənilir: 1)sahə terminlərinin tərcüməsi; 2) elmi mətnin və ya elmi dildə olan
mətnin tərcüməsi. Təbii ki, elmi mətnin tərcüməsi prosesində də bilavasitə terminin tərcüməsi ilə üzləşirik.
Lakin burada fərqləndirici cəhət terminin mənbə dildəki qrammatik formasının, həmçinin sintaktik
strukturun obyekt dildə verilməsi ilə bağlıdır. Ingilis dilindəki elmi mətndə sintaktik konstruksiyaların
tərkibində önlüklər daha çox istifadə olunduğu halda, Azərbaycan dilində bunlar terminə artırılacaq
şəkilçilərə çevriləcəkdir. Onların Azərbaycan dilində verilməsi xüsusiyyətlərini aydınlaşdırmaq lazım gəlir.
Tədqiqatın üç dil materialı üzrə aparılması, zənnimizcə, aktualdır. Ingilis, rus və Azərbaycan dillərini əsas
götürmək olur. Azərbaycan dili daha çox obyekt dil mövqeyində olacaqdır. Eyni zamanda, yeri gəldikcə,
həm ingilis, həm də rus dilinin obyekt dil olması nəzərdə tutulacaqdır.
Elmi mətnlərin tərcüməsində başlıca tərcümə vahidi terminlərdir. Ona görə də, ilk növbədə terminin
spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.
Terminlər müxtəlif strukturlara malik olur. Komponentlərin sayına görə terminlər bir sözdən ibarət ola
bilər. Bu halda da terminin daxili komponent sayında fərqlilik müşahidə olunur. Terminin tərkibinə kök,
şəkilçi, termin-element daxil ola bilər. Termin iki və daha artıq sözün birləşməsi nəticəsində (mürəkkəb söz
konstruksiyası) də yaranır. Termin bitişik və defislə yazılır. Bundan başqa, termin-söz birləşmələri, tərkibi
terminlər, çoxkomponentli terminlər vardır. Elmi mətnlərdə əsas informasiya yükü terminin üzərində düşür.
Termin xüsusi informasiyanı təşkil edir, onu elmi dildə kodlaşdırır. Buna görə də müxtəlif kodlaşdırma
vasitələri olan halda da adekvatlığa nail olmaq üçün həmin vasitələrdən ən düzgün olanını seçmək lazım
gəlir. Adekvatlığın təmin olunması üçün mənbə dildəki terminin məzmun dəqiqliyi obyekt dildə ifadəsini
tam tapmalıdır. Əgər termin obyekt və mənbə dildə müvafiq sahə anlayışını kodlaşdırırsa, onda adresatla
adresat kodunun eyniliyi kommunikasiyanın uğurluluğunu təmin edir. Mənbə və obyekt dilin terminləri ilə
ifadə olunan anlayışlar arasındakı fərqləri aşkara çıxarıb aradan qaldırmaq terminoloji sistemlərin dillərarası
uyğunlaşdırılmasının vacib şərtidir.
Terminologiyada sistemlilik mühüm xüsusiyyətidir və ikili əsasa malikdir. Çünki bu, elmin anlayışlar
sistemi elementləri arasında məntiqi sistemlilik olmaqla yanaşı, anlayışı ifadə edən vahidlər arasında
linqvistik sistemlilik də hökm sürür. Təyinedici komponent və ya baş söz bütün terminə münasibətdə cins
anlayışını bildirir. Təyinedici komponent terminin əsas mənasını ifadə etmək yükünü öz üzərinə götürür.
R.F.Pronina ingilis dilindən rus dilinə ikisözlü termin-söz birləşmələrinin tərcüməsi prosesini belə
təsvir edir ki, termin-söz birləşmələrinin tərcüməsinə əsas komponent olan isimdən başlamaq lazımdır. Sonra
hər bir məna qrupu çox zaman soldan sağa tərcümə edilir. Tərcümə edilən vahidin dildə qarşılığının olub-
olmamasına əsaslanaraq Retsker «analoq» və «ekvivalent» anlayışlarını daxil etmişdir. Onun fikrinə görə,
ekvivalent obyekt dilin mənbə dildəkinə tam uyğun vahididir. Analoq isə müəyyən şərtlər daxilində uyğun
gələ bilən vahiddir. Bu fikrə istinadla terminin tərcüməsinin üç tipini ayırmaq mümkündür: 1) ekvivalentlə
tərcümə; 2) analoqla tərcümə; 3) təsviri tərcümə.
Təbii ki, hər bir terminə obyekt dildə ekvivalent tapmaq mümkün deyildir. Bəzən ekvivalent söz deyil,
söz birləşməsi olur. Təsviri üsulla tərcümə zamanı çoxsözlü terminoloji birləşmələr yaranır. Bəzi hallarda isə
tərcümədə termin deyil, onun izahı verilir. Ümumiyyətlə, terminlərin tərcüməsində qısalıq mühüm amildir.
Bu amil həm də terminə qoyulan tələblərdən irəli gəlir. Terminin tərcüməsi prosesində əsas komponentin
kateqoriyanı ifadə etməsi nəzərə alınmalıdır. Bu, obyektin aid olduğu kateqoriyadır və cins anlayışını ifadə
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
68
edir. Təyinedici komponent səciyyələndirici əlaməti və ya əlamətləri əks etdirməlidir. Çünki bu əlamət eyni
cinsdən olan başqa predmet və ya hadisələrdən fərqləndirmək funksiyasını yerinə yetirir. Obyekt və mənbə
dilin xüsusiyyətləri termin-söz birləşmələrinin obyekt dildə yerdəyişməsinə səbəb olur.
Kalkanın hərfi tərcümə olması, şübhəsiz ki, araşdırmalar əsasında hökm vermək mümkündür. Onu da
qeyd edək ki, kalkada da atributiv qrupdakı sözlərin yerləri dəyişə bilər və ya sözönülərdən, yiyəlik haldan
və s. istifadə etmək olar. Ümumiyyətlə, terminlərin tərcüməsinə, ilk növbədə, leksik vahidlərin və leksik
vahidlər əsasında əmələ gələn söz birləşmələrinin tərcüməsi müstəvisindən yanaşmaq lazımdır. Çünki
tərcüməşünaslıqda qeyd edilən məsələ müəyyən səviyyədə araşdırılmışdır.
Tərcümənin müxtəlif növləri vardır: bədii tərcümə publisistik tərcümə, elmi tərcümə və s. Bu növlər
bir-birindən fərqlənir. Terminlər və termin-söz birləşmələri elmi tərcümədə üzə çıxır.
Terminoloji birləşmələrin tərcüməsi ilə bağlı bəzi tədqiqatçılar müəyyən üsul təklif edirlər. Belə
üsullardan biri dörd mərhələni əhatə edir. Birinci mərhələdə terminin komponentlərinin mənbə dildə hansı
nitq hissələrinə aid olması müəyyənləşdirilir. Ikinci mərhələdə komponentlərin hansı lüğətdən axtarılması
təyin edilir (ümumi lüğət, terminoloji lüğət). Üçüncü addımda əsas və təyinedici komponent
müəyyənləşdirilir. Dördüncü mərhələdə çoxkomponentli terminin tipi təyin edilir. Bundan sonra termin
tərcümə olunur. Terminlərin tərcüməsi, ilk növbədə, bu terminlərin hansı sahəyə aid olduğunu
müəyyənləşdirməyi tələb edir. Əks təqdirdə, hansı sahədə ekvivalentin axtarılması bəlli olmur. Nəticədə
kifayət qədər çox variantın araşdırılmasına ehtiyac yaranır.
Ümumiyyətlə, terminlərin bilavasitə tərcüməsi haqqında az yazılmışdır. Terminoloqlar həmin məsələni
daha çox kalkanı öyrənməklə tədqiq etmişlər. Tərcüməşünaslıqda leksik səviyyədə tərcümədən ayrıca bəhs
olunur. Terminlər dilin leksik sistemində müəyyən qatı təşkil edir.
Bədii əsərlərin tərcüməsi xarici dildən alınan sözlərin oxucu üçün mənaca aydın olması məqsədilə çox
zaman izah və qeydlərdən istifadə olunur. Tərcümə yolu ilə Azərbaycan dilinə keçən çözlərin əsas hissəsi
terminlərdir. İngilis dilindən tərcümə ədəbiyyatlarının bəzilərində xeyli termin vardır. Ümumiyyətlə, müasir
dövrdə tərcümənin, xüsusən də terminlərin tərcüməsinin əhəmiyyəti xeyli dərəcədə arıtmışdır. Hazırda yeni
terminlərin əksəriyyəti ingilis dilinin bazasında yaradılır. Bunun aşağıdakı səbəblərini ayırmaq olar: 1) ingilis
dilinin beynəlxalq dil olması; 2) qloballaşma və dövlətlərarası inteqrasiyada ingilis dilinin aparıcı rol
oynaması; 3) müasir dövrün ən mühüm elmi tədqiqatlarının, ixtiralarının ingilis dilində aprobasiyadan
keçməsi; 4) dövlətlər arasındakı münasibətlərin tənzimlənməsi, ümumbəşəri problemlərin beynəlxalq
təşkilatlar səviyyəsində həll olunması və bu təşkilatların işində ingilis dilindən istifadə edilməsi; 5) yeni
informasiya texnologiyasının yaranması və bu sahədəki inkişafı təyin edən araşdırmaların ingilis dilində
yayılması; 6) internetdə ingilis dilinin əsas dil kimi funksionallaşması.
Elmi anlayışlar bir və ya bir neçə dildə adlandırılır. Bu anlayışlar yarandıqları dildən başqa dillərə ya
keçir, ya da tərcümə edilir. Terminin başqa dildəki qarşılığı müəyyənləşdirilir. Terminin ifadəsi üçün obyekt
dildə onun mənasını dəqiq ifadə edə biləcək söz və ya söz birləşməsi axtarılır. Bu, ingilis dilindən
Azərbaycan dilinə terminlərin tərcüməsinin xüsusi cəhətini təşkil edir. Azərbaycan dilinin ingilis dili ilə
əlaqələrinin rus dili vasitəsi ilə getdiyi dövrdə bir çox terminlər rus dilindəki variantdan kalka edilmişdir.
ƏDƏBĠ DĠL VƏ DĠL NORMALARI QLOBALLAġMA ġƏRAĠTINDƏ:
MÖVCUD VƏZĠYYƏT VƏ PROBLEMLƏR
Kərimova M.R.
Bakı Slavyan Universiteti
Hər xalqın və millətin ancaq bir dili olur. Həmin dil o xalq və ya millətin ümumi dili olduğu üçün
ümumxalq dili deyilir. Məsələn: Azərbaycan ümumxalq dili, rus ümumxalq dili, türkmən ümumxalq dili,
qazax ümumxalq dili və s. Müasir Azərbaycan ümumxalq dili, tərkibcə 2 qola ayrılır: 1)ədəbi danışıq, yaxud
ədəbi dil, 2)qeyri-ədəbi danışıq, yaxud danışıq dili. Ümumxalq dilinin cilalanmış, müəyyən normalara
salınmış qoluna ədəbi dil deyilir.Ədəbi dil ictimai müəssisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və
teatrlarda, radio və televizorda, maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir.
Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı 1. Şifahi ədəbi dil. Eşitmə vasitəsi ilə dərk olunan
ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur. Sual-cavablar
dialoji, mühazirələr, məruzələr, radio və televizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi
ədəbi dilə misal ola bilər. 2. Yazılı ədəbi dil. Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir.
Ədəbi dilin yazılı forması monolojidir. Yazı ədəbi dilin təşəkkülündə və inkişafında yeganə vasitə deyil,
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
69
başlıca vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol
oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə 21 ədəbi dil daha da
səlisləşir, cilalanır və təkmilləşir. Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən XIII əsrdən başlayır.
Həmin dövrdən Azərbaycan ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii dil nümunələri
meydana çıxmışdır. Bu dil zaman keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı ədəbi
dilimizin inkişaf etdirilməsində mətbuatın böyük rolu vardır. Ədəbi dilin şifahi və yazılı formalarından hər
birinin özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətləri mövcuddur. Müasir Azərbaycan ədəbi
dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə
inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir
Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir.
Müasir Azərbaycan dilinin minilliklərə söykənən, yazılı və şifahi formada inkişaf edən, zaman
keçdikcə daha da təkmilləşmiş fonetik, leksik və qrammatik normalarına kimliyindən asılı olmayaraq həmin
normalara riayət etmək, onların tələblərini şifahi və yazılı nitqdə gözləmək hər bir dil daşıyıcısının mənəvi
borcudur. Çünki tarixin uzaq keçmişindən təqiblərə, təzyiqlərə məruz qala-qala bu günümüzə kimi gəlib
çatan bu dil keçmişimizlə, tariximizlə, mədəniyyətimizlə bilavasitə bağlı olub, fəxr etdiyimiz, qürur
duyduğumuz ən böyük milli-mənəvi dəyərlərimizdəndir. Buna görə də ana dilini öyrənmək, öyrətmək,
sevmək, sevdirmək, onun saflığı uğrunda mübarizə aparmaq hər bir kəsin mənəviyyatı qarşısında duran əsas
vəzifə olmalı və daima da diqqət mərkəzində saxlanılmalıdır. Şübhəsiz ki, dilin yarandığı ilkin dövrlərdə bu
normalar indiki səviyyədə olmamışdır. Ona görə ki, dilin tarixi inkişafı ilə əlaqədar olaraq, müəyyən
dəyişmələr, yeniliklər meydana çıxmışdır. Bunların da bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Bu
haqda dilçilikdə kifayət qədər fikir söylənilib. Ədəbi dil normaları, onların yaranması, dil tarixinin müəyyən
mərhələlərdəki inkişafı, dilçilik şöbələri ilə bu və ya digər dərəcədə əlaqəsi, nitq və nitqin etik məsələri və s.
haqqında görkəmli dilçilərimiz tərəfindən qalaq-qalaq kitablar, məqalələr yazılmış, monoqrafik tədqiqatlar
aparılmışdır. Bütün bunların hamısı dilimizin və dilçiliyimizin xeyrinə olan amillərdir. Lakin buna
baxmayaraq, bu gün bu sahədə bir sıra çatışmazlıqlar, qüsurlar özünü göstərir. Bu çatışmazlıq və qüsurlar,
xüsusilə, KİV-in, xəbər saytlarının, sosial şəbəkələrin və medianın dilində daha çox diqqət çəkir. Düzgün
yazılış qaydalarına əməl olunmaması, durğu işarələrindən yerində istifadə edilməməsi, sözlərin düzgün və
dəqiq seçilməməsi, predikativ və qeyri-predikativ birləşmələrin qurulmasında yol verilən səhvlər və s. KİV-
in, xəbər saytlarının dilində olan başlıca qüsurlar hesab olunur. Sevindirici haldır ki, son zamanlar bu sahədə
xüsusi işlər aparılır, monitorinqlər keçirilir, komissiyalar yaradılır. Məlumdur ki, dilin bir qolunu da yazılı
ədəbi dil təşkil edir. Onun da inkişafında, formalaşmasında və təkmilləşməsində oroqrafiya - düzgün yazı
qaydaları, durğu işarələri böyük və mühüm rol oynayır. Orfoqrafiya qaydaları da fəaliyyət dairəsindən asılı
olmayaraq, hamı üçün eyni, sabit, dəyişməz, vahid və keçərlidir. Yəni biz bu və ya digər bir sözü mövcud
qaydalara uyğun yazmalıyıq. Düzdür, zaman-zaman orfoqrafik qaydalarda da müəyyən dəyişiklər baş verə
bilir. Bu, təbii prosesdir. Ona görə də bu haqda həm dilçilkdə, həm də mətbuatda müvafiq məlumat dərc
olunur. Təəssüflər olsun ki, bu gün xəbər saytlarının, KİV-in, sosial şəbəkələrin dilində kifayət qədər belə
norma pozuntularına rast gəlmək mümkündür. Orfoqrafiya qaydaları, durğu işarələri yazılı nitqin ali
konstitusiyasıdır. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 9 aprel tarixli
Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramında bu məsələlər geniş şəkildə öz əksini
tapıb, əsas piroritet istiqamətlər, konkret məqsəd və vəzifələr, Proqramın icrasına dair Tədbirlər planı
müəyyənləşdirilib. Dövlət Proqramının "Gözlənilən nəticələr" IV bölməsində ədəbi dil normaları, onların
inkişafı haqqında dəqiq və konkret müddəalar nəzərdə tutulub. İnanıram ki, yaxın gələcəkdə xəbər
saytlarının, KİV-in, sosial şəbəkələrin dilində olan bu kimi qüsur və çatışmazlıqlar Dövlət Proqramında
nəzərdə tutulmuş qaydada və müddətdə öz elmi həllini tapacaq. Dil qaydaları da, orfoqrafik normalar da
hamı üçün eyni, sabit, dəyişməz, və keçərlidir! Unutmayaq ki, ana dilində danışmaq böyük mədəniyyətdir!
...Bu dildədir yüz abidə, min abidə,
Xilafəti parçalayan Babəkimin qəzəbi də.
Məhv olarsa bir gün bu dil,
Göygöl onda Göygöl deyil,
Qoşqar onda Qoşqar deyil!
Öz dilini sən qala bil!
Qərbə, Şərqə işıq saçan
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
70
Füzulini sən qala bil!
Sağdır dilim,
demək , sağdır şərafətim, ləyaqətim.
Sağdır, demək, milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm,
Sabirin hər sətrini mən.
Salxım-salxım nuş etmişəm,
Şəhdini mən, ətrini mən.
Zamandan-zamana, əsirdən-əsirə
Vuruşla yol gedən davalı dilim,
Babək qılıncının davamı dilim.
Kim qoruya bilməyirsə öz yurdunu, yuvasını,
Udmasın yurd havasını.
Kim qorumur öz dilini,
İtsin mənim gözümdən qoy ilim-ilim!
O sahili bu sahilə birləşdirən
Polad körpüm, qılıncımdır,
Günəşimdir mənim dilim! (X.R.Ulutürk)
Dostları ilə paylaş: |