AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


AZƏRBAYCAN DĠLĠNDƏ DURĞU ĠġARƏLƏRĠNĠN TƏDQĠQĠ MƏSƏLƏLƏRĠ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə11/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

 
AZƏRBAYCAN DĠLĠNDƏ DURĞU ĠġARƏLƏRĠNĠN TƏDQĠQĠ MƏSƏLƏLƏRĠ 
Hüseynova M. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
İfadə  və  cümlənin  emosional-ekspressiv  rəngarəngliyinin  təzahüründə,  yazıda  qrammatik  ayrılmaya 
xidmətlərində  durğu  işarələrinin  çox  böyük  rolu  vardır  və  şübhəsiz  ki,  tədris  prosesində  bu  mühüm 
məsələlərə də xüsusi diqqət yetirilməli, onların üslubi xüsusiyyətlərinin izahına böyük əhəmiyyət verilməli, 
nöqtə, çox nöqtə, qoşa nöqtə, vergül, nöqtəli vergül, tire, mötərizə, dırnaq – bunların hamısının rəngarəng 
nitq  aktlarının  təsvirindəki  cəhətləri  aydınlaşdırılmalıdır.―Dilçiliyin  durğu  işarələrində  bəhs  edən  bölməsi 
ümumiləşmiş  şəkildə  punktuasiya  (latınca  punktum  sözündən  olub,  nöqtə  deməkdir)  adlanır.  Punktuasiya 
durğu işarələrindən istifadə qaydalarının cəmi olub, orfoqrafiya və kolliqrafiya ilə birlikdə yazı qaydalarının 
nizama salınmasında xüsusi qiymətə malikdir.  
Durğu  işarələri  dilin  qrafik  sistemində  mühüm  yer  tutur,  hərflərlə,  rəqəmlərlə  və  bir  sıra  digər 
vasitələrlə  (vurma,  bölmə,  paraqraf  işarələri  və  s.)  verilə  bilməyən  cəhətlərin  ifadəsinə  xidmət  edir.  Yazılı 
nitqin  düzgün  formalaşmasında  durğu  işarələrinin  böyük  rolu  vardır.  Mətnin  düzgün  anlaşılmasına  kömək 
etməklə kommunikativ funksiya daşıyır.  
Punktuasiyanın  əsaslarının  izahında  üç  meyl,  üç  istiqamət  vardır:  Bəziləri  mənaya,  bəziləri  sintaktik 
quruluşa, bəziləri intonasiyaya əsaslanır.  
Birinci  halda  durğu  işarələrinin  işlədilməsi  mətnin  mənalı  hissələrə  bölünməsi  ilə  bağlı  izah  edilir; 
ikinci halda cümlənin sintaktik quruluşu, üçüncü halda nitqin ritmik-melodik axını, vurğu, fasilə və s. əsas 
götürülür. 
Şübhəsiz, durğu işarələrinin işlədilməsi qeyd edilən meyllərin hər üçü ilə - məna, sintaktik quruluş və 
intonasiya  ilə  əlaqədardır.  Lakin  aydındır  ki,  cümlənin  quruluşu  da,  intonasiyası  da  müəyyən  məqsədlə 
mənanın  ifadəsi  ilə  bağlıdır.  Ona  görə  də  durğu  işarələrinin  işlənməsində  məna  məsələsi  həlledici  amil 
sayılır‖. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
56 
 
 
Pauza – fasilə - durğunun şifahi nitqdəki xüsusi rolundan danışan A.Babayev yazır ki, onsuz insanlar 
normal  kommunikativ  münasibət  yarada  bilməzlər.  Yazıda  isə  həmin  pauzanı  –  durğunu  xüsusi  işarələr  – 
durğu işarələri təmin edir. Durğu işarələrinin hər birinin öz funksiyası vardır.  
1.
 
Vergül  –  xitabları,  ara  sözləri,  bağlayıcılı  tabeli  mürəkkəb  cümlələri,  həmcins  üzvləri,  sadalamanı 
bildirmək üçün işlədilir. Cümlədə ən çox funksiyası olan bu durğu işarəsidir. 
2.
 
Nöqtə. Hər hansı bir məlumatın bitdiyini bildirmək üçün yazıda nöqtə işarəsi qoyulur və tam və qeyri-
emosional durğu, fasilə edilir. 
3.
 
Qoşa nöqtə. Ümumiləşdirici sözdən sonra və vasitəsiz nitqdən əvvəl qoyulur. 
4.
 
Üç nöqtə nitq axını, məna bitkinliyi, məntiqi tamlığı olmadığını bildirir. 
5.
 
Sual işarəsi sual cümləsinin sonunda sual intonasiyası bildirmək üçün qoyulur. Bu işarə emosionallıq 
ifadə edən hər hansı bir sözdən və cümlədən sonra nida işarəsi ilə birlikdə qoyulur. 
6.
 
Nida – hər hansı emosional durğunu bildirən söz və cümlədən sonra qoyulur. 
7.
 
Nöqtəli vergül – iki fikir arasında aydınlaşdırma bildirmək üçün qoyulur və xüsusi fasilə tələb edir. 
8.
 
Tire.  Tire  defisdən  uzun  olub,  bəzən  vergülün  də  funksiyalarını  yerinə  yetirir.  Amma  onların  ifadə 
etdiyi mənalı fasilə bir-birindən fərqlənir . 
―Durğu‖ sözünün kökü ―dur‖ feilindəndir. ―-ğu‖ morfemi isə sözə artırılaraq feldən isim düzəltmişdir. 
―İşarə‖ sözü isə ərəb dilindən alınmalardan olub, dilimizdə üç mənada işlənir: 1. əlamət, nişanə; 2. him-cim; 
3.  xəbərdarlıq  etmə,  siqnal.  Azərbaycan  dilində  və  o  cümlədən  dünya  dillərində  ―durğu  işarələri‖  üçüncü 
mənada  işlənir.  ―Durğu  işarələri  cümlə  və  ya  ifadənin  müxtəlif  ünsürlərini  məntiqi,  sintaktik  və  intonasiya 
cəhətdən  ayırmaq,  nəzərə  çarpdırmaq  üçün  işlədilən  qrafik  işarələrdir.  Durğu  işarələri  yazılı  nitq 
normalarının sabitləşməsində mühüm vasitələrdəndir. Şifahi nitqdə istifadə edilən pauza, intonasiya, vurğu 
və  s.  yazılı  nitqdə  durğu  işarələri  ilə  ifadə  olunur.  Durğu  işarələri  yazılı  nitqin  söz  sırası  və  morfoloji 
vasitələrlə ifadə oluna bilməyən sintaktik-məna xüsusiyyətlərini əks etdirir. Sual və nida işarələri, nöqtə, iki 
nöqtə,  vergül,  üç  nöqtə,  tire,  nöqtəli  vergül  müasir  dünya  dillərində  istifadə  olunan  əsas  durğu 
işarələrindəndir. Defis, dırnaq, mötərizə, kursiv isə ikinci dərəcəli durğu işarələrindəndir. Durğu işarələrinin 
inkişafı  yazının  inkişafı  ilə  bağlıdır.  Azərbaycan  dilində  durğu  işarələrinin  işlədilməsi  ideyasını  ilk  dəfə 
M.F.Axundov  irəli  sürmüş,  işarələr  təklif  etmişdir.  Durğu  işarələri  ilk  dəfə  ―Əkinçi‖  qəzetində  və  ―Vətən 
dili‖(A.O.Çernayayevski) dərsliyində işlənmişdir‖ . 
1857-ci ildə ilk dəfə tərtib etdiyi əlifba layihəsində M.F.Axundov ərəb əlifbasında olmayan aşağıdakı 
durğu işarələrini təklif edirdi:  
1. Əlamət- sual-? 
2. Do qovs (  ) – Moqabele bəraye cümleye mötərizə ya kəlmə miyaniyə dər cuf anha. 
3.Əlamət qovl ―ğeyr‖- ― ‖ 
4.Əlaməte bəyane- ( :) 
5. Əlamat təəmel-(...) 
6. Əlamat təəccob təhir və nida- ( !) 
7.Əlaməte etmame mətləb- (. ). 
Müxtəlif zamanlarda yazılmış məqalə və dərsliklərdə, elmi-nəzəri kitablarda durğu işarələri haqqında 
verilən  məlumatların,  irəli  sürülən  mülahizələrin  bu  gün  çox  böyük  əhəmiyyəti  vardır.  M.Şirəliyev  və 
M.Hüseynov 1945-ci ildə Azərbaycan dilinin durğu işarələri ilə maraqlanmış və həmin ildə qələmə aldıqları 
eyniadlı kitablarında bir sıra qiymətli fikirlər söyləmişlər. 
Azərbaycan  dilində  durğu  işarələrinin  tədqiqi  böyük  bir  dövrü  əhatə  edir.  Bu  dövr  ərzində  durğu 
işarələri haqqında söylənilən mülahizə və fikirlərin hamısından burada qısaca olaraq söhbət açmaq, onların 
hamısının  xülasəsini  vermək  də  olduqca  maraqlı  olardı.  Bu  baxımdan  1969-cu  ildə  M.P.Həsənovun 
tərtibçiliyi  ilə  işıq  üzü  görən  ―Durğu  işarələrinin  işlədilməsi  qaydaları‖  metodik  vəsaiti  də  bu  mövzunun 
tədris prosesində daha yaxşı mənimsəməyə xidmət göstərmişdir. 
Müxtəlif  illərdə  Azərbaycanda  keçirilmiş  elmi-tədqiqat  və  elmi  metodiki  konfranslarda  da  durğu 
işarələrinin  daha  geniş  və  hərtərəfli  şəkildə  öyrənilməsi  məsələsi  qaldırılmış  və  çox  qiymətli  fikirlər  irəli 
sürülmüşdür. 1968-ci il elmi-tədqiqat və elmi metodiki işlərinin yekununa həsr olunmuş konfransda (Gəncə 
şəhəri)    Ş.B.Yusiflinin  ―Durğu  işarələrinin  üslubi  imkanları‖  mövzusundakı  çıxışı  maraqla  qarşılanmış  və 
Gəncə Dövlət Pedaqoji İnstitutunun həmin ildə də çap etdirdiyi jurnalda buraxılmışdır. 
Bundan başqa, durğu işarələrinin işlədilməsi ilə bağlı bir sıra qəzet, jurnal, almanaxlarda da məqalələr 
dərc edilmiş və burada da müəyyən məlumatlar verilmişdir. Bu baxımdan Z.İ.Budaqovanın 1972-ci ildə ―Dil 
mədəniyyəti‖    jurnalında  çap  etdirdiyi  ―Durğu  işarələri  yazılı  nitqin  açarıdır‖,    M.İ.Adilovun  1961-ci  ildə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
57 
 
 
―Azərbaycan və ədəbiyyat tədrisi‖ jurnalında çap etdirdiyi ―Feli bağlama və vergül‖, C.H.Əfəndiyevin 1953-
cü ildə ―Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun əsərləri‖ almanaxının 5-ci cildində çap etdirdiyi 
―Azərbaycan dilinin durğu işarələri‖ məqalələrinin də bu sahənin öyrənilməsində böyük rolu olmuşdur. 
Müasir  Azərbaycan  dilində  durğu  işarələrinin  daha  geniş  sistemli  şəkildə  öyrənilməsində 
Ə.Qarabağlının 1940-cı ildə çap etdirdiyi ―Orta məktəbdə punktuasiya (durğu işarələri) metodikası‖ əsərinin 
də  müstəsna rolu vardır. Burada da durğu işarələrinin izahında maraqlı fikirlər söylənilmiş və bu fikirlər bu 
gün də öz aktuallığını qoruyub saxlamaqdadır. 
Durğu  işarələrinin  dildəki  rolu  və  funksiyaları  barədə  maraqlı  tədqiqat  əsərlərindən  biri  də 
Z.İ.Budaqovanın  1977-ci  ildə  çap  etdirdiyi  ―Azərbaycan  dilində  durğu  işarələri‖  kitabıdır.  Müəllif  giriş 
hissədə  durğu  işarələri  haqqında  qısa  və  dolğun  şəkildə  məlumat  verdikdən  sonra  konkret  olaraq  nöqtə, 
vergül, tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında, cümlənin həmcins üzvləri arasında, mübtədada, 
təkrarlanan  eyni  sözlər  arasında,  yalvarış,  xahiş,  and,  əzizləmə  bildirən  sözlərdə,  əlavə  və  xüsusiləşmədə, 
feili sifət, feili isim, məsdər, feili bağlama və başqa tərkiblərdə, ara sözdə, xitabda, nidada, təsdiq, inkar, sual 
və əmr sözlərində, odur, budur sözlərində vergülün işlədilməsi ilə bağlı bir sıra xüsusiyyətləri şərh etmiş və 
dəyərli elmi mülahizələr söyləmişdir. Əsərdə, həmçinin, nöqtəli vergülün, iki nöqtənin, sual işarəsinin, nida 
işarəsinin, tirenin, üç nöqtənin, mötərizənin, dırnaqların, vasitəsiz nitqdə durğu işarələrinin və s-nin işlənmə 
məqamları, xüsusiyyətləri hərtərəfli şəkildə şərhini tapmışdır. 
Müasir  Azərbaycan  dilində  durğu  işarələrinin  üslubi  xüsusiyyətləri  kimi  aktual  bir  mövzunun 
işlənmədiyini nəzərə alan Z.İ.Budaqova 1970-ci ildə ―Elm‖ nəşriyyatında çapdan çıxan ―Azərbaycan bədii 
dilinin üslubiyyatı‖ (oçerklər) toplusunda ―Durğu işarələri‖ məqaləsini dərc etdirir. Məqalədə üç nöqtənin, 
mötərizənin,  tirenin,  dırnağın  üslubi  imkanlarından  bəhs  edən  müəllif  doğru  olaraq  göstərir  ki,  durğu 
işarələrinin bir qisminin üslubi vəzifəsi aşkardadır, müəyyəndir. Sual, nöqtə, üç nöqtə, mötərizə, tire, dırnaq 
bu  qəbildəndir.  Dilin  qrammatik  vasitələrinin  çoxu,  o  cümlədən  müəyyən  durğu  işarələri  üslubi  cəhətdən 
nisbətən neytral olur. 
Nöqtə, sual, nida (eləcə də sual və nidanın qoşa işlənməsi) işarələrinin üslubi xüsusiyyətləri nəqli, sual, 
əmr və nida cümlələrinin üslubi imkanlarından irəli  gəldiyi üçün bunlar haqqında ayrıca danışmağa ehtiyac 
qalmır.  
Durğu  işarələrinin  bəzisi  (nöqtəli  vergül  və  iki  nöqtə),  yuxarıda  qeyd  etdiyimiz  kimi,  daha  çox 
qrammatik  ayırmanın  göstəricisi  kimi  çıxış  etdiyi  üçün  bunlardakı  üslubi  imkanlar  zəifdir.  Üç  nöqtə, 
mötərizə, tire və dırnaq işarələri isə bədii ədəbiyyatda üslubi priyom kimi daha çox işlədilir. 
Dil  inkişaf  etdikcə  Azərbaycan  yazısında  istifadə  edilən  durğu  işarələri  də  təkmilləşmiş,  işlənmə 
məqamları müəyyənləşdirilmiş, qaydalar sabitləşmişdir. Bunu nəzərə alan Q.Kazımov 2007- ci ildə ―Təhsil‖ 
nəşriyyatında çap etdirdiyi ―Müasir Azərbaycan dili. Sintaksis‖ adlı dərs vəsaitində yazımızda istifadə edilən 
nöqtə,  sual  işarəsi,  nida  işarəsi,  qoşa  nöqtə,  nöqtəli  vergül,  çox  nöqtə,  vergül,  tire,  mötərizə,  dırnaq  kimi 
durğu işarələrindən bəhs etmiş, onların işlənmə məqamlarına, üslubi imkanlarına da nəzər yetirmişdir. 
Müasir  Azərbaycan  ədəbi  dilində  durğu  işarələrinin  hərtərəfli  şəkildə  öyrənilməsində  Vahid 
Dumanoğlunun və İlkin Əsgərin böyük xidmətləri vardır. Belə ki, bu tədqiqatçılar şərikli yazdıqları ―Müasir 
Azərbaycan  ədəbi  dilində  durğu  işarələri‖  (Bakı,  2016)  əsərlərində  yazımızda  istifadə  edilən  və  dilçiliyin 
punktuasiya  bölməsində  öyrənilən  durğu  işarələrindən,  onların  işlənmə  məqamlarından  və  dildə  daşıdığı 
funksiyadan  bəhs  etmişlər.  Kitabın  ―Ön  söz‖    hissəsində  müəlliflər  bu  gün  durğu  işarələrinin  düzgün 
işlədilməsinə  dair  çoxlu  sayda  çatışmazlıqların  özünü  göstərdiyini  qeyd  edir  və  düzgün  olaraq  yazırlar  ki, 
həmin çatışmazlıqlar əsasən vergülün, tirenin, nöqtəli vergülün işlənmə məqamları ilə bağlıdır. Demək olar 
ki,  çap  olunan  bədii  əsərlərin  çoxunda,  Kütləvi  İnformasiya  Vasitələrinin,  sosial  medianın  dilində  durğu 
işarələri düzgün, yerində işlədilmir. Daha dəqiq desək, durğu işarələrinin işlədilməsi qaydalarının pozulması 
hallarına ən çox publisistik və bədii üslubda rast gəlinir. Düzdür, dildə ―müəllif durğu işarəsi‖ adlı anlayış 
var.  Ancaq  əsası  olmayan  yerlərdə  durğu  işarələrindən  istifadə  etmək,  yaxud  da  onlardan  düzgün  istifadə 
etməmək, müəllifin öz ―zövqünə uyğun‖ şəkildə işlətmək yazılı nitqin inkişafına bilavasitə mənfi təsir edir. 
Mətbuatda,  qəzet  və  jurnallarda  vergülün  işlənməsi  bir  növ  sərbəstlik  qazanıb.  Süni  olaraq  vergülün 
qoyulması halları müşahidə  olunur, bəzən isə vergül qoyulmalı yerdə qoyulmur. Vergüllə bağlı qaydaların 
pozulması daha çox o, bu əvəzlikləri, mübtəda, əlavələr, xüsusiləşmələr və feili bağlamaların işlənməsi ilə 
bağlıdır. 
Hazırda  durğu  işarələrinin  işlədilməsi  ilə  bağlı  əsas  çətinliklərdən  biri  də  tire  ilə  əlaqədardır.  Çünki 
əksər hallarda tire defislə qarışdırılır. Tire defisdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Tire durğu işarəsi 
olduğu  halda,  defis  durğu  işarəsi  deyil.  Tire  həcmcə  defisdən  daha  böyükdür.  Tire  sintaktik,  defis  isə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
58 
 
 
morfoloji anlayışdır.  Tiredən daha çox sintaktik kateqoriyalara,  defisdən isə mürəkkəb sözlərin yazılışı və 
bəzi texniki məqsədlərlə bağlı olaraq istifadə edilir. Buna görə də defis dilçilik ədəbiyyatında orfoqrafik işarə 
kimi verilir.  Qeyd edək ki, vaxtilə punktuasiyadan bəhs edən tədqiqatlarda defis də durğu işarələri sırasında 
verilmiş,  onun  işlənmə  məqamları,  xüsusiyyətləri  göstərilmişdir.  Lakin  sonrakı araşdırmalarda  defis  durğu 
işarələri sırasından çıxarılmışdır. 
Ümumiyyətlə,  Azərbaycan  dilçiliyində  Ə.Dəmirçizadənin,  M.Hüseynzadənin,  A.Axundovun, 
A.Qurbanovun, 
B.Xəlilovun, 
Ə.Əfəndizadənin, 
H.Balıyevin, 
H.Mirzəzadənin, 
İ.Məmmədlinin, 
M.Haciyevin, M.Həsənovun, M.Şirəliyevin, M.Hüseynovun, Y.Seyidovun, H.Həsənovun və başqa alimlərin 
metodistlərin kitabça və metodik vəsaitlərində durğu işarələrinin tədqiq edilməsinə xeyli yer ayrılmışdır və 
indiyə kimi punktuasiyanın öyrənilməsində bu müəlliflərin yaratdıqları elmi mənbələr olduqca böyük önəm 
daşımışdır. 
Punktuasiyanın  araşdırılması,  tədqiqi  və  tətbiqi  məsələləri  rus  dilçiliyində  müxtəlif  dövrlərdə 
tədqiqatçıların  diqqət  mərkəzində  olmuşdur.    Araşdırmalarda  da  qeyd  edilir  ki,  ümumiyyətlə,  rus  dilinin 
özündə  də  durğu  işarələrinin  işlənməsi,  təxminən  Avropa  yazısında  durğu  işarələrinin  işlədilməsi  ilə  eyni 
vaxta  düşür.  Əlbəttə,  ilkin  vaxtlarda  durğu  işarələri  kəmiyyət  etibarı  ilə  azlıq  təşkil  etməklə  yanaşı,  bəsit 
formada  olmuşdur.  Hətta  Lomonosovun  durğu  işarələri  qaydalarında  yalnız  tire,  çox  nöqtə  və  dırnaqdan 
danışılmışdır. 
Rus  dilində  durğu  işarələrinin  üslubi  yönünün  müəyyənləşdirilməsində  A.B.Şapironun  ―Основы 
русской  пунтации‖  əsərinin  də  böyük  əhəmiyyəti  vardır.    Durğu  işarələrinin  yazıda  yalnız  qrammatik 
ayrılmaya  xidmət  etmədiyini,  ifadə  və  cümlənin  emosional-ekspressiv  rəngarəngliyinin  təzahüründəki 
rolundan  danışan    A.B.Şapiro  yazır  ki,  üç  nöqtə,  sual,  nida  işarələri,  mötərizə,  dırnaq  –  bunlar  hamısı 
rəngarəng nitqi təsvirdə, hiss-həyəcanı, danışıqdakı müxtəlif əlamətləri, psixoloji xarakteri, məntiqi vurğunu 
nəzərə  çarpdırmaq  məqsədilə  işlədilir.  Odur  ki,  hamı  tərəfindən  qəbul  edilmiş  durğu  işarələri  normalarının 
pozulması sözün orfoqrafik cəhətdən düzgün yazılmamasından daha təhlükəlidir. 
A.B.Şapiro  durğu    işarələrinin  düzgün  işlədilməsində  intonasiyanın  mühüm  rola  malik  olduğunu 
vurğulayaraq göstərir ki, intonasiya elə bil canlı sözün zaman və məkanıdır. Ancaq o bu zəmində mövcud 
olur. 
Punktuasiyanın daha geniş və təkmilləşdirilmiş təhlili A.B.Şapironun ―Современный русский язык. 
Пунктуация‖  əsərində  də  öz  əksini  tapmışdır.  Məşhur  rus  dilçi  aliminin  bu  kitabında  durğu  işarələrinin 
üslubi funksionallığından və ona ciddi əməl etmə qaydalarından bəhs edilir. 
Fikrin  aydın  başa  düşülməsində,  yazının  düzgün,  ifadəli  tələffüzündəki  çox  mühüm  və  əhəmiyyətli 
rolundan bəhs edən rus dilçisi S.İ.Abakumovun ―Об основах методики пунктуации‖ adlı əsərində də durğu 
işarələrinin  dilin  qrafik  vasitələri  kimi  şifahi  nitqin  intonasiya  cizgilərinin  verilməsindəki  xidmətlərindən 
danışılır və göstərilir ki, intonasiya və durğu işarələri eyni atanın uşaqlarıdır. 
Ümumiyyətlə,  rus  dilində  durğu  işarələrinin  geniş  şəkildə  tətbiqi  S.İ.Abakumovun  ―Методика 
пунктуации‖ (M.,1554), N.N.Barolinanın ―Роль знаков препринания при актуализации высказывания‖ 
(Русский язык в школе, 1982, №3), P.İ.Blinovun ―Методика пунктации в школе» (М., 1978), ―Методика 
изучения  пунктуационных  правил»  (М.,  1972),  «Об  оценке  пунктуационний  грамотности»  (Русский 
язык в школе, 1973, №6), K.İ. Bılinskinin və N.N.Nikolskinin ―Справочник о орфография и пунктуация 
для  работников  печати»  (изд.4-е,  М.,  1970),  K.İ.Bılinskinin  və  D.E.Rozentalın  ―Трудные  случаи 
пунктуации»  (М.,  1959),  N.S.Valgenanın  ―Принципы  русской  пунктуации»  (М.,  1972),  «Русская 
пунктуация:  принципы  и  назначение»  (М.,  1979),  «Трудности  русской  пунктуации»  (М.,  2001), 
«Трудные  вопросы  пунктуации»  (М.,  1983),  «Уточистные  поняты  авторский  пунктуации» 
(Филологические  науки,  1995,  №1),  «Что  такое  авторская  пунктуация»  (Русская  речь,  1978,  №1), 
«Орфография  и  пунктуация»  (М.,  1970),  A.B.Dudnikovun  «Методика  синтаксиса  и  пунктуации 
восьмилетней  школе»  (М.,  1963),  V.F.İvanovanın  «История  и  принципы  русской  пунктуации»  (Л., 
1962),  A.İ.Karlovun  «Сочетание  знаков  препринания  в  современной  русской  пунктуации»  (Тула, 
1984), V.İ.Koduxovun «Функции тире в языке повести М.М.Горького «Мать» (Русский язык в школе, 
1948,  №3),  A.F.Lomizovun  «Выразительное  чтение  при  изучении  синтаксиса  и  пунктуации»  (М., 
1968),  «К  вопросу  взоимоотношении  между  пунктуацией  и  интонацией»  (Уч.зан.АГПИ 
им.А.И.Герцена,  т.257,  1968),  Q.P.Farsovun  «Об  изучении  синтаксиса  и  пунктуации  в  школе»  (М., 
1961), L.V.Şerbanın «Пунктуация» (Л., 1974) və başqalarının elmi əsərlərində və metodiki məqalələrində 
əksini tapmış, durğu işarələrinin üslubi xüsusiyyətlərinin izahına böyük yer və əhəmiyyət verilmiş, onların 
yerli-yerində işlədilməsi məqamlarına aydınlıq gətirilmişdir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
59 
 
 
 
ġĠFAHĠ NĠTQ VƏRDĠġLƏRĠN ĠNKĠġAF ETDĠRĠLMƏSĠNDƏ ÇALIġMALAR SĠSTEMĠ 
Hüseynova N.M. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
О.N.Bеstujеvаnın  çаlışmаlаr  sistеmi  fəаl  şifаhi  nitq  vərdişlərinin  inkişаf  еtdirilməsi  üçün  nəzərdə 
tutulmаmışdır. Bu sistеm üzrə tədrisdə məqsəd mətnlərin охunmаsı, təhlil və tərcümə еdilməsidir.  
I.D.Sаlistrа  mənimsəmənin  –  dərkеtmə,  yаddаsахlаmа  və  təkrаr  mərhələləri  üzrə  çаlışmаlаrın  təsnifi 
şərtlərindən  dаnışаrkən  hаqlı  оlаrаq  mənimsəmənin  hər  üç  mərhələsində  dərkеtmə  və  yаddаsахlаmа  bаş 
vеrdiyini,  mənimsəmənin  əsаs  üsulunun  isə  təkrаrdаn  ibаrət  оlduğunu  dеmişdir.  Lаkin  bununlа  bеlə, 
I.D.Sаlistrа bu təsnifаtın şərti оlduğunu göstərərək özü еlə çаlışmаlаr sistеmi təklif еtmişdir ki, həmin sistеm 
də  dərkеtmə,  yаddаsахlаmа,  təkrаrеtmə  prinsipi  üzrə  qurulmuşdur.  I.D.Sаlistrаnın  təklif  еtdiyi  sistеm 
аşаğıdаkı şəkildədir:  
1. Ilkin çаlışmаlаr: dil mаtеriаlının dərk оlunmаsınа хidmət еdir. 
а) sаdə çаlışmаlаr: 
rеsеptiv və rеprоduktiv 
b) kоmplеks çаlışmаlаr: 
rеsеptiv və rеprоduktiv. 
2. Nitq qаbаğı çаlışmаlаr: mаtеriаlının yаddа saxlanılmasına xidmət edir. 
a) rеsеptiv dil 
b) rеprоduktiv 
c) prоduktiv. 
3. Nitq inkişаfı üzrə çаlışmаlаr: dil mаtеriаlındаn rаbitəli nitqdən istifаdə оlunmаsı məqsədinə хidmət 
еdir. 
a) rеsеptiv 
b) prоduktiv 
Fikrimizcə,  I.D.Sаlistrаnın təklif  еtdiyi  bu  çаlışmаlаr  sistеmini  məqbul  sаymаq  оlmаz.  Bеlə  ki,  оnun 
özünün  –  I.P.Sаlistrаnın  göstərdiyi  kimi,  dil  mаtеriаlının  dərk  оlunmаsı  və  yаddа  sахlаnılmаsı 
mənimsəmənin bütün mərhələlərində bаş vеrir, dərkеtmə  və  yаddаsахlаmаnın  əsаs üsulu isə təkrаrеtmədir. 
I.D.Sаlistrаnın təklif еtdiyi sаdə hаzırlıq çаlışmаlаrı öz məzmununа görə çох məhdudur: bu çаlışmаlаr yаlnız 
bir-birindən  təcrid  оlunmuş  hərf  və  səslərin  tаnınmаsınа  və  təkrаrınа  хidmət  еdir.  Bu  cəhət  I.D.Sаlistrаnın 
çаlışmаlаr  sistеmində  аçıq-аydın  göstərilməsə  də,  dоlаyı  yоllа  iddiа  оlunur.  Bеlə  ki,  I.D.Sаlistrа  yаzır  ki, 
«sаdə» çаlışmаlаr tаnımа çаlışmаlаrıdır. Аkkuzаtivdə isimlərin təkrаrını isə müхtəlif kоmplеksli çаlışmаlаrа 
аid  еdir.  I.D.Sаlistrаnın  sхеminə  məntiqi  cəhətdən  yаnаşmаq,  оndа  təlim  mаtеriаlının  öyrənilməsinə  ilkin 
sаdə çаlışmаlаrlа bаşlаrkən dil hаdisələrinin səs-hərf təhlili əsаs götürülməlidir.Tаmаmilə аydındır ki, bеlə iş 
dərsdə  çох  vахt  аlır  və  məhsuldаr  nitq  bаcаrığı  və  vərdişlərinin  inkişаfı  üçün  fаydаlı  оlmur.  Təcrübənin 
göstərdiyi kimi, səs-hərf təhlili, ümumiyyətlə, çох zəhmət tələb еdən аz səmərə vеrən bir işdir. 
I.D.Sаlistrа  tərəfindən  təklif  оlunаn  bütün  çаlışmаlаr  охunаn  mətn  ətrаfındа  qurulur.  I.D.Sаlistrаnın 
irəli  sürdüyü  nitqqаbаğı  çаlışmаlаrdаn  prоduktiv  nitq  çаlışmаlаrınа  kеçməyin  mümkünlüyü  də  şübhə 
dоğurur. Nitqqаbаğı rеprоduktiv çаlışmаlаr аz və yа çох mürəkkəb оlаn kоmplеkslərin təkrаrındаn ibаrətdir. 
Məsələn: mətnin ucаdаn охunmаsı, əzbərlənmiş mətnin dеyilməsi, əks tərcümədə əsаs mətnin dürüst bərpаsı 
və  s.  nitq  qаbаğı  prоduktiv  çаlışmаlаrın  məzmunundаn,  «əsаs  mаtеriаldаn  аzаcıq  kənаrа  çıхmаqlа,  böyük 
kоmplеkslərin təkrаrındаn ibаrətdir.  
Nitq  inkişаfınа  аid  çаlışmаlаr  yаlnız  prоduktiv  çаlışmаlаr  kimi  (rеprоduktiv  çаlışmаlаr  yохdur) 
nəzərdən  kеçirilir,  bunlаr  müəyyən  dil  mаtеriаlını  işlətmək  tаpşırığı  vеrməkdən,  mənimsənilmiş  dil 
mаtеriаlını yеni kоmbinаsiyаlаrdа təkrаr еtməkdən ibаrətdir. Məsələn: kiçik mətnlərin, хаrici dilə tərcüməsi, 
bir hаdisə hаqqındа söhbət, diаlоq, şəkil üzrə dаnışıq, vеrilmiş mövzu üzrə qısа mətn tərtib еtmək. 
I.D.Sаlistrа  tərəfindən  təklif  оlunаn  sistеmdə  nitqqаbаğı  çаlışmаlаrdаn  nitq  çаlışmаlаrınа  kеçilməsi 
məsələsi  аydın  izаh  оlunmаmışdır.  Şаgirdlər  nitqqаbаğı  çаlışmаlаrdа  yаlnız  mətni  əzbərdən  təkrаr  еdərək 
ucаdаn охuyurlаrsа, əks tərcümələr еdir və bаşqаsının аdındаn mətni təkrаrlаyırsа, оndа şəkil və yа əhvаlаt 
üzrə diаlоqu çох çətinliklə qurа bilərlər. Şübhəsiz ki, bеlə iş növləri ümumi dil bаzаsı yаrаtmаğа, şаgirdlərin 
əməli  fəаliyyətə  hаzırlаnmаsınа  kömək  еdir.  I.D.Sаlistrаnın  ümumi  çаlışmаlаr  sistеmində  vаhid 
kоmmunikаtiv nitq istiqаmətliliyi yохdur. Оrаdа hаzırlıq çаlışmаlаrı аyrı-аyrı dil hаdisələrinin təhlilinə, dərk 
еdilməsinə  və  mənimsənilməsinə  dоğru  yönəldilmişdir.  Bir  qаydа  оlаrаq,  həmin  çаlışmаlаrın  məzmunu 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
60 
 
 
öyrənilən hаllаrı mətndə tаpmаqdаn, оnlаrın аltındаn хətt çəkməkdən, mətnin üzünü köçürməkdən, оnu təhlil 
еtməkdən, burахılmış yеrləri dоldurmаqdаn, mötərizələri аçmаqdаn, хаrici dildən аnа dilinə və аnа dilindən 
хаrici dilə tərcümələr еtməkdən və s. ibаrətdir.  
Nitqqаbаğı  çаlışmаlаrı  yеrinə  yеtirməyin  psiхоlоji  şərtləri  nitq  çаlışmаlаrının  yеrinə  yеtirilməsi 
şərtlərindən fərqlənir. Birinci hаldа dil fаktlаrı öyrənmə оbyеktidir. Bu zаmаn şаgirdlərin diqqəti аyrı-аyrı dil 
hаdisələrinə cəlb еdilir. Ikinci hаldа isə nitq çаlışmаlаrındа оnlаr (şаgirdlər) dildən bir ünsiyyət vаsitəsi kimi 
istifаdə  еtməli,  dil  fоrmаlаrını  təhtəlşüur  surətdə  tətbiq  еdərək  diqqətlərini  söylədiklərinin  məzmununа 
yönəltməlidirlər.  Çаlışmаlаrın  yеrinə  yеtirilməsinin  psiхоlоji  şərtləri  müхtəlif  оlduğu  üçün  birinci  tipə  аid 
çаlışmаlаr  (hаzırlıq  çаlışmаlаrı)  sаyəsində  qаzаnılmış  vərdişlər  ikinci  tip  çаlışmаlаrа  (nitq  çаlışmаlаrınа) 
hаzırlığı  təmin  еtmir.  Təcrübə  göstərir  ki,  аyrı-аyrı  dil  fаktlаrı  və  hаdisələrini  yахşı  mənimsəyən,  bеlə 
hаzırlıq  çаlışmаlаrını  müvəffəqiyyətlə  yеrinə  yеtirən  şаgirdlər  nitqə  müstəqil  surətdə  yiyələnə  bilmir,  оnu 
yаddа  sахlаmаqdа  çətinlik  çəkirlər.  Bеləliklə  də,  I.D.Sаlistrаnın  təklif  еtdiyi  çаlışmаlаr  sistеmi  məhsuldаr 
əlаqəli nitq vərdişləri və bаcаrığının inkişаfını təmin еtmir. 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin