AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə8/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

 
 
MÜXTƏLĠFSĠSTEMLĠ DĠLLƏRDƏ SAY TƏRKĠBLĠ SÖZ BĠRLƏġMƏLƏRĠNĠN 
MODELLƏġDĠRĠLMƏSĠ HAQQINDA 
Əliyev İ.B. 
Bakı Dövlət Universiteti 
 
Dil  tədqiqatlarında  söz  birləşmələrinin  modelləşdirilməsi  ümumi  nəzəri  problem  olub  aktuallığı  ilə 
seçilir. Bu problemin aktuallığını şərtləndirən əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq olar: 
- model müəyyən sinfə daxil olan vahidləri bir yerə toplamaq imkanı yaradır, onların eyni model üzrə 
formalaşması ifadə planı ilə məzmun planı arasında qanunauyğunluğu axtarmaq üçün material verir
-  müxtəlifsistemli  dillərin  eyni  model  əsasında  qurulan  söz  birləşmələrinin  tərcüməsinin  ümumi 
prinsiplərini təyin etmək sadələşir; 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
41 
 
 
- dil vahidlərinin birləşmə xüsusiyyətlərinin oxşar və fərqli cəhətlərini aşkara  çıxarmaq mümkünləşir; 
- söz birləşmələrinin mümkün modellər çoxluğunu qurmaq olur. 
Söz birləşmələrinin müxtəlif tədqiqatlarda aşkara çıxarılmış modelləri birləşmənin tərkibinə daxil olan 
komponentlərin  nitq  hissələrinə  aidliyi  meyarına  söykənir.  Mövcud  tədqiqat  işlərində  söz  birləşmələrinin 
əsas  iki  sinfə  mənsubluğu  göstərilir:  1)  feili  birləşmələr;  2)  ismi  birləşmələr.  Feili  birləşmələrdə 
komponentlərdən  birinin  mütləq  feil  olması,  ismi  birləşmələrdə  isə  komponentlərin  ad  olması  meyarı  əsas 
götürülür.  
İsmi  birləşmələrdə,  eləcə  də  feili  birləşmələrdə  bir  komponentin  say  olması  əsasında  modelləşdirmə 
aparmaq mümkündür. Modelləşdirmənin birinci mərhələsi dildə qeydə alınan və tərkibində say olan bütün 
birləşmələrin toplanması məsələsi həllini tapmalıdır. Bu mərhələdə aparılan tədqiqat prosesində dildə hər iki 
komponenti say olan birləşmələr də aşkara çıxarılır. Qeyd edilən tipli birləşmələrin bir qismi müasir dilçilik 
tədqiqatlarında söz birləşməsi, mürəkkəb söz və ya bu anlayışların hər birindən kənarda duran ayrıca bir sinif 
təşkil etməsi məsələsi elmi mübahisə obyekti olur. On bir, on iki, on üç, on dörd, on beş, otuz bir, otuz iki, 
yüz  bir,  yüz  on  bir,  min  yüz  on  iki,  min  beş  yüz  on  altı  və  digər  bu  tipli  birləşmələrin  say  birləşmələri 
adlandırılması fikri irəli sürülmüşdür. Konkret miqdarın nominasiyasına xidmət edən kifayət qədər çox, daha 
doğrusu  sonsuz  sayda  birləşmə  vardır.  Söz  birləşməsi  haqqında  sintaktik  təlimdə  bu  məsələ  yetərincə 
öyrənilməmişdir. Mövcud qrammatikaların sintaksis hissəsində, söz birləşmələrinə aid tədqiqatlarda hər iki 
komponenti  say  olan  və  konkret  miqdar,  bir  obyekt  ifadə  edən  birləşmələrdən,  demək  olar  ki,  həmişə  yan 
keçilir. Bununla belə, say adları dilçilikdə morfologiyada həmişə diqqət mərkəzinə çəkilir. Göründüyü kimi, 
konkret  sayları  ifadə  edən  birləşmələr  iki  və  daha  artıq  sözdən  ibarət  olur.  Sözlərin  miqdarı  say  miqdarı 
tərtiblər  üzrə  artdıqca  artır.  Bir trilyon  yüz  səksən  milyon  iki  yüz  əlli altı  min  üç  yüz  on  altı  birləşməsinin 
tərkibində 14 söz vardır. Bu sözlərin hamısı saydır. Tərkibdə eyni sözün təkrarlanması da özünü göstərir və 
bəzi say adlarında belə təkrarları maksimallaşdırmaq olur. 
Bütün saylar dilin lüğət tərkibinin vahididir. Lakin lüğətlərə miqdar, kəsr, sıra saylarının hər biri daxil 
edilmir. Ədədlər çoxluğu sonsuzdur. Bu isə sonsuz miqdarda leksik vahidi əhatə edir ki, onların əsas hissəsi 
iki və daha artıq sözdən təşkil olunur. Bu adlar söz birləşməsi deyil, adi leksik vahid sayılır və struktura görə 
mürəkkəb hesab olunur. 
Say  birləşmələri  modeli  ümumi  şəkildə  ―say+say‖  formasında  qəbul  oluna  bilər.  Bu  model  dünya 
dillərinin əksəriyyətində eyni struktur ilə səciyyələnir.  
Say  tərkibli  birləşmələrdə  komponentin  birinin  qoşa  söz  olduğu  birləşmələr  qeydə  alınır.  Bu  tipli 
birləşmələrdə  də  iki  model  fərqləndirilir.  Qoşa  sözdə  eyni  say  təkrarlanır  və  ya  qoşa  sözdə  iki  fərqli  say 
təkrarlanır:  bir-bir,  iki-iki,  on-on,  üç-dörd,  bir-iki,  beş-altı,  yeddi-səkkiz  və  s.  Tərkibində  fərqli  saylar  olan 
qoşa sözlərdə birdən ona qədər miqdar saylarının iki yanaşı miqdar  sayından azdan çoxa doğru sıralanma ilə 
formalaşması  daha  çox  müşahidə  olunur.  Qoşa  sözlər  mürəkkəb  sözlərdən  fərqlənir.  Qoşa  sözlər  söz 
birləşməsində bir komponent kimi çıxış edir: beş-altı kilo, iki-üç saat, dörd-beş gün və s.― 
Sayların  yanaşı  işlənməsi  ilə  əmələ  gələn  birləşmələrin  təsnifi  üçün  yekdil  fikir  formalaşdırmaq 
əhəmiyyətlidir.  Bunun  üçün  say  birləşmələri  ilə  say  tərkibli  birləşmələri  ayırmaq  məsələsini  ortaya  atmaq 
olar. Konkret say adlarını bildirən birləşmələr, adətən, sözə bərabər tutulur, leksik vahid kimi, morfologiyada 
say bəhsində öyrənilir.  
Say  tərkibli  birləşmələr  və  onların  semantikasının  bir  sıra  cəhətləri  vardır.  Bu  cəhətlər  birləşmənin 
işlənmə xüsusiyyətləri ilə bağlıdır. «Beşin yarısı» birləşməsindən birinci komponentin qəbul etdiyi yiyəlik 
hal  və  ikinci  komponentin  qəbul  etdiyi  üçüncü  şəxs  mənsubiyyət  şəkilçisi  də  müəyyən  informasiyanın 
formalaşmasına  xidmət  edir.  Söz  birləşməsində  «yarı»  məhz  «beş»  miqdar  sayına  aiddir  və  ya  yarı  beşə 
mənsubdur. Bu halda ilkin təsəvvür kimi kəsr ədədi yada düşür. Bu ədəd kəsr miqdar sayı olub «iki yarım» 
və ya «iki tam onda beş» kəsr sayıdır. Söz birləşməsinin daşıdığı informasiya müəyyən bir kəmiyyətin yarısı 
haqqındadır.  Dilin  hansı  sistemə  aid  olmasından  asılı  olmayaraq  informasiyanın  bu  şəkildə  ötürülməsi  və 
dialoji  nitq  prosesində  pauzanın  yer  alması  adresatın  ilkin  ötürülmüş  informasiyaya  münasibətinin 
formalaşmasının əsasını qoyur.  Ötürülən informasiya tam deyildir. Burada real baş vermiş, baş verən və baş 
verəcək hadisə haqqında məlumat yoxdur. Fakt linqvistik baxımdan gerçəkliklə tamamlanmış əlaqədə deyil.  
Fakt və ya hadisə gerçəkliyə aid edilməmişdir. Hər bir sintaktik quruluş əsasında daha mürəkkəb və daha çox 
sözü əhatə edən sintaktik quruluşlar yaratmaq mümkündür.  
Azərbaycan  dilində  yanaşma  əlaqəsi  ilə  yaranan  söz  birləşmələrində  saylar  birləşmənin  birinci 
komponenti  kimi  işlənir.  Say  bildirən  və  ya  say  köklü  sözün  ikinci  komponent  kimi  işlənməsi  (düzgün 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
42 
 
 
üçbucaq, şax beşlik, qızıl onluq və s.) halında bu komponent say olduqda substantivləşmə və ya sözün bir 
nitq hissəsindən digərinə keçidi müşahidə edilir. Məsələn: yağlı beş, son onluq, ilk iki və s.  
Söz  birləşmələrinin  tərəflərin  nitq  hissələrinə  aidliyinə  görə  quraşdırdıqda  da  fərqli  cəhətlər  aşkar 
olunur. Sayın Azərbaycan dilindəki hər üç növ təyini söz birləşməsində işlənməsi fərqlidir. Miqdar sayları 
birinci növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənirsə, ikinci növ təyini söz birləşməsinin heç bir 
tərəfində  iştirak  etmir.  Miqdar  sayları  üçüncü  növ  təyini  söz  birləşməsinin  ikinci  tərəfi  olur  və  bu  zaman 
isimdən sonra gəlir, mənsubiyyət şəkilçisi qəbul edir və hallana bilir.  
Miqdar sayları ilə isimlər birləşmə əmələ gətirərkən onlar arasında müəyyən sözlər işlənir. Belə sözlər 
mənanın  dəqiqləşdirilməsinə  xidmət  edir.  Həmin  sözlərə  numerativlər  deyilir.  Nəfər,  baş,  ədəd,  dənə,  cüt, 
dəst,  parça,  tikə,  qurtum,  nüsxə,  qəlib,  gilə,  cild,  qatar,  salxım,  qaşıq,  top,  göz,  şüşə,  sətir,  səhifə,  vaqon, 
səbət, şiş, çuval, şələ, damcı, ovuc, kəlmə, sürü, bölük, kisə, sənək, litr, metr, santimetr, kiloqram, kilometr, 
hektar, kubmetr, dəfə, kərə, yol, ağız, qat və s. sözlər numerativlərdir. Qeyd etmək lazımdır ki, say tərkibli 
birləşmələrdən numerativli birləşmələr işləkliyinə görə məhsuldardır. 
Say  tərkibli  söz  birləşmələrinin  müxtəlifsistemli  dillərdə  fərqli  formaları  aşkara  çıxır.  Bu  cəhət  dil 
sistemindəki  fərqlərdən  qaynaqlanır.  Ona  görə  də  müxtəlifsistemli  dillərdə  say  tərkibli  birləşmələrin 
modelləşdirilməsi, ilk növbədə, hər bir dil üçün ayrıca aparılmalı, əldə olunan nəticələr isə tipoloji tədqiqata 
cəlb edilməlidir. 
 
ĠġGÜZAR SƏNƏDLƏRĠN DĠLĠNĠN FORMALAġMA TARĠXĠNƏ DAĠR 
Əliyeva S.R. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Ədəbi dilimizin müasir mərhələsində geniş ünsiyyət dairəsinə malik olan funksional üslublar içərisində 
işgüzar üslub xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, indiyədək Azərbaycan dilinin materialları əsasında 
işgüzar  sənədlərin  dili,  bu  üsluba  verilən  tələb  və  şərtlər  sistemli  şəkildə  tədqiq  olunmamışdır. 
Respublikamızın müstəqillik əldə etdiyi, dilimizin Dövlət dili statusu aldığı indiki dövrdə bu üslubun tədqiq 
edilməsi,  inkişaf  tarixinin  öyrənilməsi,  əsas  xüsusiyyətlərinin  müəyyənləşdirilməsi  ən  vacib 
problemlərdəndir.  
Türk xalqlarının dilində işgüzar sənədlərin tərtibi işinin tarixi qədimdir. S.Y.Malov  qeyd edir ki,  X-
XIII əsrlərə aid uyğur hüquq sənədləri təsərrüfatın müəyyən sahələri haqqında geniş məlumat verir. Həmin 
sənədlərin  müəyyən  hissəsini  vəsiyyətnamələr  təşkil  edir  və  onların  müəyyən  yazılış  qaydası  vardır. 
Sənədlər, bir qayda olaraq, yazılma tarixi ilə başlanır. Sənədin sonunda şahidlər sadalanır və hər bir şahidin 
adı qarşısında damğa qoyulur.  
V.V.Radlov,  S.Y  Malov,  N.A  Baskakov  və  başqa  tədqiqatçıların  əsərlərindən  də  məlum  olur  ki, 
işgüzar sənədlərin dili irihəcmli fundamental tarixi və ədəbi abidələrin dilindən heç də az olmayan zəngin dil 
faktları  verir.  Lakin  qədim  yazılı  abidələrə  məxsus  olan  xalqlarda  belə  funksional  üslubun  bir  növü  olan 
işgüzar üslub bir o qədər də inkişaf etməmişdir. 
Türkdilli respublikalarda, o cümlədən Azərbaycanda işgüzar üslubun inkişafı daha sonrakı dövrlərdə 
baş  vermişdir.  Əvvəllər  bu  üsluba  aid  sənədlərin  tərtibi  zamanı,  bir  qayda  olaraq,  ərəb  və  fars  dilinin 
leksikası  aparıcı  olmuşdur.  XIX  əsrdən  etibarən  çarizmin  millətçi  siyasətinə  görə  dövlət  dili  kimi  rus  dili 
çıxış edir və sənəd dili bir qədər də nahamvar şəklə düşür. Prof. T.Hacıyev qeyd edir ki, sənəd dili, rəsmi-
işgüzar  üslub  heç  vaxt  Azərbaycan  ədəbi  dilinin  səviyyəsini  əks  etdirməyib.  Vaxtilə  ərəb,  fars  dillərinin 
leksikasının üstünlük təşkil etdiyi rəsmi-işgüzar sənədlərin dilinə sonralar rusca qrammatik standartlar və rus 
sözləri  də  əlavə  edilmişdir.  Belə  ki,  bu  dilin  təsiri  təkcə  leksik  vahidlərlə  məhdudlaşmayıb,  sözdüzəltmə 
modelləri və sintaktik konstruksiyalar sahəsində də özünü göstərir. Keçmiş sovet hakimiyyəti illərində dövlət 
dilinin  Azərbaycan  dili  elan  olunmasına  baxmayaraq,  işgüzar  sənədlərin  əksəriyyəti  rus  dilində  tərtib 
olunurdu.  Yalnız  ölkəmiz  müstəqillik  qazandıqdan  sonra    Respublikamızın  bütün  nazirliklərində,  ayrı-ayrı 
komitə,    idarə  və  təşkilatlarda  yazışmalar,  dəftərxana  işləri  bu  gün  ana  dilimizdə  -    Azərbaycan  dilində 
aparılır  və  dilimizin  bütün  imkanlarından  istifadə  olunur.  Bu  yazıların  dilinin  aydınlığı,  ana  dilinə 
söykənməsi  müstəqil  dövlətimizin  mövcud  dil  siyasəti  ilə  bağlıdır.  Xüsusilə,  ümummilli  lider  H.Əliyevin 
―Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında‖ 18 iyun 2001-ci il tarixli fərman dilimizin daha da 
inkişaf edərək zənginləşməsinə imkanı artırdı və dövlət orqanlarında Azərbaycan dilindən istifadə edilməsi 
mühüm bir məsələ kimi qarşıya qoyuldu. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
43 
 
 
Əlbəttə, bu o qədər də asanlıqla başa gəlməmişdir. Sovet rejiminin dağılması, istehsal münasibətlərinin 
dəyişməsi və s. özü ilə yeni anlayışlar, yeni terminlər gətirdi. Doğrudur, bu prosesin özündə də qarşıya bir 
çox çətinliklər çıxır. Rəsmi-işgüzar sənədlərə xas olan yığcamlığı, dəqiqliyi, standartlığı Azərbaycan dilinə 
məxsus  standartlar,  ifadə  və  cümlələrlə  vermək  o  qədər    asan  deyildir.  Onları  seçmək,  qarşılığını  tapıb 
yerində işlətmək lazım idi.  Vaxtilə Azərbaycan dilinin lüğət tərkibi və qrammatik quruluşuna, bir növ, yad 
şəkildə  qurulan  işgüzar  sənədlərin  dilinin  soykökünə  söykənməsi,  milliləşməsi  başlayır.  Xüsusilə,  Türkiyə 
türkcəsindən  yetərsay,  özəlləşdirmə,  iş  adamı,  bilgisayar,  çavuş,  say  (nömrə),taqım,  açıqlamaq,  soyad, 
yetərsəs,  gizir,  özəl,  qurum,  alay  kimi  söz  və  terminlərin  dilimizə  gətirildiyi  və  işgüzar  sənədlərdə  də 
müvəffəqiyyətlə işlədildiyi müşahidə olunur.  
Deyilənlərdən    aydın  olur  ki,  ədəbi  dilimizin  üslublar  sistemində  fəaliyyət  göstərən  işgüzar  üslub 
müəyyən  tarixi  inkişaf  yolu  keçmiş,  dilxarici    və  dildaxili  amillərin  təsiri  ilə  son  dövrlərdə  onun  işləkliyi 
artmış, özünəməxsus xüsusiyyətləri müəyyənləşmişdir. 
 
 
YAZILI NĠTQDƏ TRANSFORMASĠYA ÜSULUNUN TƏTBĠQĠ 
Əliyeva Y.M. 
Azərbaycan Dillər Universiteti 
 
İngilis  və  Azərbaycan  dilləri  morfoloji  quruluşuna  görə  müxtəlif,  fərqli  dillərdir:  ingilis  dili  flektiv, 
Azərbaycan  dili  aqlütinativ  quruluşlu  dillərdir.  Təbii  ki,  bu  da  tələbələrin  tərcümə  ilə  bağlı  verilmiş 
tapşırıqları yerinə yetirməsində bəzi  çətinliklər yaradır. Bü çətinliklər tərcümədə morfoloji transformasiyalar 
vasitəsilə  aradan  qaldırılır.  Öncə  hamımıza  cox  sadə  görünən    artiklin  transformasiyasından  başlamaq 
istərdik. 
Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində artikl mövcuddur. Düzdür, bu dildə artikl mühüm rol 
oynamasa  da,  hər  halda,  bir  sıra  vəzifələr  (funksiyalar),  o  cümlədən  müəyyənlik  və  qeyri-müəyyənlik 
bildirmək  vəzifəsini  icra  edir:  ingilis  dilində a,  an   artikli  qeyri-müəyyənlik, the artikli  isə  müəyyənlik 
bildirir. 
Məsələn:  Tom sat down on a chair. –Tom stulda əyləşdi. (Təbii ki, otaqda bir neçə stul vardı). 
Tom  sat down on the chair (nearest  the door). – Tom (qapının yanındakı) stulda əyləşdi.  
Birinci  halda  qeyri-müəyyən  stuldan,  hər  hansı  bir  stuldan  söhbət  gedirsə,  ikinci  halda  adresat  və 
adresata məlum olan, məhz qapının yanındakı stuldan  söhbət gedir.  
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  dilində  artikl  yoxdur,  lakin  Azərbaycan  dilində  müəyyənlik  və 
qeyri-müəyyənlik anlayışı mövcuddur və ingilis dilindən edilən tərcümələrdə bu nəzərə alınmalıdır.  
Rus dilində də müəyyənlik və qeyri-müəyyənlik anlayışı mövcuddur, lakin ingilis dilindən tərcümədə 
bu məsələ Azərbaycan dilinə tərcümədəki kimi mühüm əhəmiyyətə malik deyildir. Məsələn, Give me a pen. 
Give  me the pen. Qeyd etdiyimiz hər iki cümləni  «Дай мне ту ручку»,  «Дай  мне эту ручку»,  «Дай мне 
какую-нибудь ручку» və «Дай мне ручку» kimi təcrümə etdikdə tərcüməyə heç bir ziyan dəymir. İngilis 
dilindən  Azərbaycan  dilinə,  eləcə  də  Azərbaycan  dilindən  ingilis  dilinə  edilən  tərcümələrdə  «mətnin 
qrammatikasını» düzgün, adekvat çatdırmaq üçün müəyyənlik və qeyri-müəyyənlik anlayışını mütləq ifadə 
etmək lazımdır. 
İngilis dilindən Azərbaycan dilinə edilən tərcümələrdə artiklin mənası müxtəlif vasitələrlə – leksik və 
qrammatik  vasitələrlə,  söz  sırası  ilə  ifadə  edilir,  həm  də  bu  zaman  müxtəlif  transformasiya  üsullarından 
istifadə  edilir:  forma  dəyişikliyi  edilə  bilər,  Azərbaycan  dilində  artikl  kateqoriyası  mövcud  olmadığı  üçün 
ingilis  dilindən  tərcümədə  artikli  əvəz  edən  leksik  vahid  artırıla  bilər,  ingilis  dilində  artikl  müəyyən  məna 
yükü daşımadıqda tərcümədə o buraxıla bilər. Deməli, ingilis dilindən Azərbaycan dilinə tərcümədə artiklə 
münasibətdə üç transformasiya üsulundan istifadə etmək olar: əvəzetmə, artırma  buraxma (ötürmə). 
Qeyri-müəyyənlik  artikli.   İngilis  dilindən  qeyri-müəyyənlik  anlayışını  ifadə  etmək  üçün a,  an   artikli 
işlədilir.  Bu  artikl  ingilis  dilində,  əsasən,  təsnifləyici  funksiya  yerinə  yetirir:  o,  əşyanın  fərdi  səciyyəvi 
xüsusiyyət və əlamətlərindən asılı olmayaraq, əşyanın müəyyən əşyalar sinfinə daxil olduğunu göstərir. Bir 
sıra  halda  qeyri-müəyyən  artıkli  özünün  ilkin one  –  bir   mənasında  işlənir.  Belə  məqamda  artiklin  mənası 
uyğun leksemin artırılması ilə tərcümə edilir.  
Məsələn:  Wait  a minute, please – Zəhmət olmasa, bir dəqiqə gözləyin. 
An old man  came up to me and said. – Bir qoca mənə yaxınlaşdi və dedi.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
44 
 
 
Müəyyənlik  artikli. İngilis  dilində  müəyyənlik  bildirmək  üçün the artikli  işlədilir.  Bu  artikl 
məhdudlaşdırıcı  funksiya  yerinə  yetirir.  Elmi  ədəbiyyatda  göstərilir  ki, the artiklı  əşyalar  sinfindən  əşyanı 
ayırır, onu özünə bənzərlərdən təcrid edir, konkretləşdirir. Bu artikl işarə əvəzliyindən yaranmışdır və bəzən 
özünün ilkin – işarə əvəzliyi mənasını yerinə yetirir. 
The  book  is  about    a  girl    that  runs  away  from  home.  –  Bu  kitab    evdən  qaçan  qız  haqqındadır. 
         Göründüyü  kimi,  müxtəlif  dil  qruplarına  mənsub  olan  dillərin  müqayisəsi  qeyd  etdiyimiz 
anlaşılmazlıqların  aradan qaldırılmasına zəmin yaradır.  
 
 
ƏDƏBĠ DĠL NORMALARI QLOBALLAġMA ġƏRAĠTĠNDƏ:  
MÖVCUD VƏZĠYYƏT VƏ PROBLEMLƏR 
Əmrahova M.B. 
Azərbaycan Dövlət İqtisad Universiteti  
 
XXI  yüzilliyin  sürət  əsri  adlandırılması  heç  də  təsadüfi  deyildir.  Çünki  yaşadığımız  dünya  sürətlə 
qloballaşır  və  biz  bu  qarşısıalınmaz  prosesi  obrazlı  şəkildə  ―oxundan  çıxmış  yay‖la  müqayisə  edə  bilərik. 
Qloballaşma  sadəcə  ölkələr  arasında  coğrafi-iqtisadi,  siyasi-mədəni  sərhədlərin  və  ―pərdələrin‖  aradan 
qalxması,  dünyanın  sürətlə  kiçilməsi,  yaxud  həyat  tərzi  və  davranışların  vahid  standartlarının  yaranması, 
iqtisadiyyatın  transmilliləşməsi  zəminində  özünü  göstərmir.  Yeni  dünya  nizamı  kütləvi  mədəniyyət 
stereotipləri formalaşdıraraq  ayrı-ayrı  xalqların  milli özünəməxsusluğuna,  milli-mənəvi  dəyərlərinə,  tarixən 
formalaşmış mental dəyərlərinə, dilinə, mənəviyyatına mənfi təsir göstərir.  
Müxtəlif  mövqelərdən  və  yanaşmalardan  asılı  olmayaraq,  qloballaşmaya  doğru  gedən  böyük 
inteqrasiya prosesi bütün bəşəriyyəti öz arxasınca aparır. Bu gün nə qloballaşma proseslərinin, nə də elmi-
texniki tərəqqinin qarşısına sipər çəkmək mümkündür. Labüd və zəruri olan bu proseslərin doğurduğu çeşidli 
problemləri  əvvəlcədən  müəyyənləşdirərək  qabaqcadan  tədbirlər  görmək,  milli-mənəvi  dəyərlərin 
zədələnməsinin  qarşısını  almaq  lazımdır.  Bu  qlobal  problem  hazırda  bütün  dünya  alimlərinin  cəhdlərini 
birləşdirməyə, insanların normal fiziki, sosial, mənəvi yaşam tərzinə yönələn açıq təhdidlərə qarşı səmərəli 
mexanizmlər üzərində düşünməyə məcbur edir. 
Qloballaşma bir tərəfdən ümumi bəşəri dəyərlərin yaranması şəklində təzahür edirsə, digər tərəfdən sıx 
qarşılıqlı  əlaqələr  inteqrasiya  prosesinin  güclənməsinə,  milli  mədəniyyətlərin,  eləcə  də  dillərin 
sıxışdırılmasına gətirib çıxarır. Bu baxımdan qloballaşma dilə və dil siyasətinə təsir göstərən iki əks faktoru 
aktuallaşdırır:  ünsiyyət  ehtiyacı  tələbi  (bunun  üçün  ortaq  modellər)  və  dil  müstəqilliyi,  milliliyi  qorumaq 
meyli. 
Qloballaşan dünyanın yeni çağırışlarına müsbət cavab verən Azərbaycan bu prosesin müəyyən neqativ 
təsirlərini  də  nəzərə  alır,  xüsusən  mühüm  siyasi  mədəniyyət  hadisəsi  olan  milli  dilin  təmizliyinin 
qorunmasına çalışır. Ana dilinə yüksək məhəbbət azərbaycançılıq ideologiyasının milli mahiyyətini açmaqla 
yanaşı, xalqımızın etnik fərdiliyini özündə təcəssüm etdirən mühüm amildir. Azərbaycan dilinin dövlət dili 
olaraq  işlədilməsi  müstəqil  dövlətçiliyimizin  mühüm  atributlarından  biri  kimi  həm  də  dünya 
azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinə imkan yaradır. 
Elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi 
və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb 
edir.  Bu  gün   informasiya  texnologiyalarının  inkişafı  ilə  şərtlənən  qloballaşma   prosesi  həyatın  bütün 
sahələrini – iqtisadi, siyasi, mədəni, o cümlədən, dil situasiyasını da əhatə edir. Və nəticədə yeni dönəmdə 
dövlət dilinin inkişaf strategiyası haqqında daha ciddi düşünmək məsuliyyəti ortaya çıxır.  
Qloballaşmadan doğan və milli dil üçün təhlükə yaradan təsirlər dilə daha çox  KİV ilə daxil olur. Bu 
proses qloballaşmanın mənfi təsirinin qarşısının alınması üçün tədbirlər görülməsini zəruri edir ki, 2013-cü il 
aprelin  9-da  Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  təsdiqlənmiş  ―Azərbaycan  dilinin 
qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair‖  Dövlət 
Proqramı  da  məhz  bu  məqsədi  daşıyır.  Dövlət  Proqramında  kütləvi  informasiya  vasitələrində  Azərbaycan 
dilinin təbliği ilə bağlı xüsusi bəndin olması bu məsələnin  əhəmiyyətini bir daha təsdiq edir. 
Bütün bunlarla yanaşı, son 20 illik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, 
ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta, orta ixtisas və ali 
məktəblərində  Azərbaycan  dilinin  müasir  dünya  standartlarına,  milli-mədəni  inkişaf  tariximizin  tələblərinə 
cavab  verən  tədrisi  işinin  təkmilləşdirilməsinə  ehtiyac  vardır.  Bir  çox  kütləvi  informasiya  vasitələrində, 
rəsmi  yazışmalarda,  kargüzarlıq  və  sair  sahələrdə  Azərbaycan  ədəbi  dilinin  normalarına  lazımınca  əməl 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
45 
 
 
edilməməsi də aktual problemlərdən biri kimi özünü göstərir. Azərbaycan dilinin reklam işində istifadəsində 
ciddi qüsurlara, nöqsanlara rast gəlinir. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında 
bir  çox  hallarda  xarici  dillərə  əsassız  olaraq  üstünlük  verilir.  Şəhər  və  qəsəbələrimizin  görkəminə  xələl 
gətirən  xarici  dilli  lövhələr  gənc  nəslin  azərbaycançılıq  ruhunda  tərbiyəsinə  mənfi  təsir  göstərir.  Kino  və 
televiziya ekranlarında dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi olduqca aşağıdır. Eyni zamanda 
xaricdə  yaşayan  soydaşlarımızın  Azərbaycan  dili  dərslikləri,  tədris  vəsaiti,  ana  dilində  elmi  və  bədii 
ədəbiyyat, mətbuat və sair ilə təmin olunması qənaətbəxş deyildir.  
Akademik Ramiz Mehdiyev ―İctimai və humanitar elmlər: zaman kontekstində baxış‖ əsərində haqlı 
olaraq yazır ki, ―Azərbaycan dilinin cəmiyyətimizdəki mövqeyi çox güclüdür. Həyata keçirilən irimiqyaslı 
layihə ədəbi irsimizi kütləvi surətdə latın qrafikası ilə çap etməyə imkan verdi. Bu, mədəni həyatımızda çox 
böyük hadisədir. Digər tərəfdən, dövlətin dilə və ədəbiyyata olan qayğısının təzahürüdür. Lakin hər bir dilin 
inkişafı  onun  kütləvi  informasiya  vasitələrində,  müasir  ədəbiyyatda,  terminoloji  problemlərin  həllindəki 
mövqeyi ilə bağlıdır. Bu baxımdan etiraf etmək lazımdır ki, bu gün canlı danışıq dilimizdə müşahidə olunan 
bəsitlik,  müasir  ədəbi  əsərlərin  qıtlığı,  kütləvi  informasiya  vasitələrinin  dilindəki  üslub  pozuntuları  və 
qəlizlik bizim dilçilərin və ədəbiyyatşünasların araşdırmalarında lazımi yer tutmur. Heç kəsə elə gəlməsin ki, 
dilin dövlət dili elan edilməsi ilə dillə əlaqəli olan bütün problemlər aradan qaldırılır. Daim dilin keşiyində 
dayanmalı olan insanlar, təəssüf ki, müasir dövr üçün zəruri sanballı tədqiqatları həyata keçirmirlər‖. 
Azərbaycançılıq  ideologiyasının  əsas  faktorlarından  biri  olan  milli  dilin  inkişaf  strategiyası  artıq 
mükəmməlləşməyə  doğru  gedir.  Dövlət  Proqramının  bütün  bəndləri  həyata  keçirildikcə  dilimizin 
qorunmasını,  qloballaşma  dalğasına  qarşı  olan  müqavimətini  təmin  edə  biləcəyik.  Hazırda  da  bu  proses 
uğurla  aparılmaqdadır.  Ali  məktəblərin  bakalavr  pilləsində  bütün  ixtisaslar  üzrə  ―Azərbaycan  dili  və  nitq 
mədəniyyəti‖  fənni  tədris  edilir,  ayrı-ayrı  istiqamətlərdə  dil  monitorinqləri  aparılır.  İnternet  resurslarında, 
virtual mətbuatda, eləcə də çap məhsullarının nəşrində əsas diqqət dilimizin qorunmasına yönəldilməlidir.   
Beləliklə,  qloballaşma  dövründə  ədəbi  dil  normalarının  qorunması  üçün  prosesə  nəzarət 
gücləndirilməlidir.  Belə  ki:  a)  Ali  məktəb  tələbələrinin  yazılı  və  şifahi  nitqini  inkişaf  etdirmək,  akademik 
yazı  vərdişlərini  formalaşdırmaq  üçün  tədrisdə  islahatlar  aparılmalıdır;  b)  Orta  məktəb  dərslikləri  kifayət 
qədər mükəmməl və aydın şəkildə yazılmalı, ədəbi dilin bütün normalarına ciddi əməl olunması üçün bütün 
dərsliklərin  hazırlnmasında  peşəkar  dilçi-mütəxəssislərin  iştirakı  təmin  olunmalıdır;  c)  KİV-də  vaxtaşırı 
monitorinqlər  aparılmalı,  dil  və  üslub  normalarının  pozulması  halları  ilə  bağlı  mübarizə  aparılmalıdır;  ç) 
Reklamların,  elanların,  afişaların  dilində  ədəbi  dil  normalarının  pozulmasına  qarşı  cərimələr  tətbiq 
olunmalıdır; d) Rəsmi qurumlar tərəfindən hazırlanmış əməli yazı növlərinin tərtibində müxtəliflik və ədəbi 
dil  normalarının  pozulması  hallarına  qarşı  intizam  tədbirləri  həyata  keçirilməli  və  sənədləşmələrin  vahid 
mexanizmdə həyata keçirilməsinə nəzarət gücləndirilməlidir və s.    
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin