ELMĠ TERMĠNOLOGĠYADA DĠFERENSĠASĠYA ANLAYIġININ ĠġLƏNMƏ MƏQAMLARI
Həmzəyeva L.Ə.
Sumqayıt Dövlət Universiteti
Elmi üslubun xüsusiyyətlərindən biri olan dəqiqlik hər bir elm sahəsində xüsusi terminoloji leksikanın
istifadəsini zəruri edir. Termin müəyyən elm, yaxud fəaliyyət sahəsində işlənən özünəməxsus anlayışları
ifadə edən söz və ya söz birləşməsidir. Elmlərin terminoloji sistemləri bir-birindən təcrid olunmuş şəkildə
fəaliyyət göstərmədiyi üçün hər hansı bir elmdə istifadə olunan termin başqa elm sahələrində də rastımıza
çıxa bilir. Adətən, bu cür terminlərin müxtəlif elmlərdə işlənməsini mümkün edən səbəb onların təxminən
eyni mahiyyətli olmalarıdır.
Belə həmhüdud terminlər qohum olan və ya qohum olmayan bir neçə elmdə istifadə oluna bilir.
Məsələn, ―adaptasiya‖ termini biologiyada, eləcə də pedaqogika və psixologiyada da işlənir.
Bir neçə elm sahəsində rast gəlinən həmhüdud terminlərdən biri də diferensiasiya terminidir. Bu
termin dil haqqında elmdə, sosiologiyada, embriologiyada, psixologiyada fəal şəkildə istifadə olunan
terminlər sırasındadır. Diferensiasiya latın sözü olub, mənası fərqlənmə, ayrılma deməkdir. Diferensiasiya
embriologiyada mənşəcə eyni hüceyrələrin vasitəsilə müxtəlif növ hüceyrələr sırasının yaranmasına səbəb
olan prosesdir, onkologiyada şişmiş hüceyrələrin digər hüceyrələrlə uyğunluq dərəcəsidir. Sosiologiyada isə
öz gedişatında cəmiyyət daxilində qruplar, rollar, statuslar və s. formalaşan bir prosesdir.
Psixologiyada bu termin bir-birindən dəqiq şəkildə fərqlənməklə iki mənada işlədilir. Belə ki, şərtilik
tədqiqatlarında orqanizmin iki və daha artıq oxşar stimula iki və daha çox müxtəlif reaksiya verməsinin
gərək olduğu gedişatdır.
Eksperimental şərtlər bu şəraitlər yığımını reaksiya, yoxsa stimulun diferensiasiyası olduğunu
müəyyən edir. Qavrayış nəzəriyyəsində stimullar sırası eyni cinsli qavranandan eynicinsli olmayanadək elə
dəyişir ki, bu sıranın müxtəlif aspektləri seçilə bilər.
Dilçilikdə diferensiasiya lüğət tərkibinin, yaxud ayrı-ayrı sözlərinin mənasının semantik və üslubi
cəhətdən təbəqələşməsidir. Digər mənada isə dil təkamülünün elə bir əlamətidir ki, bunun təsiri ilə
dialektlərdən biri digərindən fərqlənməyə, xüsusiləşməyə və müstəqil dil kimi formalaşmağa başlayir.
Qohum dillərin meydana gəlməsində də diferensiasiya mühüm rol oynayır. Vaxtilə eyni məna daşıyan -ir
2
və
-ar
2
şəkilçilərinin hazırda fərqlənməsi misalında qrammatik diferensiasiyadan da danışa bilərik. Aydın
olduğu kimi, qrammatik diferensiasiyada dilin inkişafını təmin edən əsas daxili amillərdən biri kimi
formaların ayrılıb fərqlənməsi şəklində izah olunur.
Diferensiasiya termini elm aləmində H. Spenserdən başlayaraq daha geniş yayılmışdır. O,
diferensiasiya və onun əksi olan inteqrasiyanı bioloji, psixoloji və sosioloji səviyyədə materiyanın sadədən
mürəkkəbə doğru gedən təkamül məqamları kimi nəzərdən keçirirdi.
Eyni kökdən olan diferensial termini müxtəlif elm sahələrində işlədilən terminlərdəndir. "İzahlı dilçilik
terminləri" lüğətində fonoloji funksiyanın əsaslandığı nitq səsi elementi, yaxud elementləri, eləcə də,
fonemin ən kiçik ünsürü diferensial əlamət adlandırılır. Qeyd olunur ki, fonem məhz diferensial əlamət
toplusu kimi təsəvvür edilir və bu əlamətlərin bir sıra binar qarşılaşdırmaları əsasında müəyyənləşdirilir.
Riyaziyyatda isə diferensial funksiyanın sonsuz kiçik artımının limiti kimi başa düşülür. İqtisadiyyatda da
rast gəlinən diferensial termini bərabər olmayan, fərqli, müxtəlif dərəcələrə ayrılmış mənasında işlədilir.
Diferensiasiya termininin müxtəlif sahələrdə işlənmə məqamlarını nəzərdən keçirərkən bu terminin,
demək olar ki, eyni mahiyyətdə istifadə olunduğunu, terminlərin aydın semantikalı sözlərdən seçildiyini
müşahidə edə bilirik.
Hər hansı bir xalqın müstəqilliyini qorumaqla tərəqqiyə qovuşmasında dilinin ―dövlət dili‖ kimi
qəbulıı ilə yanaşı, bu istiqamətdə yaradılan şərait, dövlət səviyyəsində görülən genişmiqyaslı işlər də önəmli
rola malikdir. Belə ki, dilin inkişaf səviyyəsi aşağı olduqda nillət bıı və ya digər fəaliyyət sahələrində uğura
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
52
nail ola bilmir, onun gələcəyi yönündə müxtəlif maneələr yaranır. Tarixdən bəllidir ki, bir sıra ölkələr öz
fəaliyyət sahələrində inkişafı təmin etmək üçün buna əlverişli zəmin olan vahid dildən istifadəyə üstünlük
vermişlər. Bəzi ölkələrdə müəyyən tarixi dövrlərdə dövlət dili bir, elmi dil başqası, poeziya, dili isə digər dil
sayılmışdır. Hətta orta əsrlərdə bir sıra ölkələrdə fars dili daha çox poeziya dili kimi. ərəb dili elmin dili kimi
qəbul edilmişdir. Çağdaş dönəmdə isə həmin funksiyanı ingilis dili öz üzərinə götürmüşdür.
Əlamətdar haldır ki. Azərbaycan dili çətin sınaqlardan şərəflə çıxaraq bir çox yönlərdə dil üslublarını
ehtiva edə bilmişdir. Ədəbi dilimizin malik olduğu daxili potensial, zəngin söz ehtiyatı, həmçinin tarixin
ayrı-ayrı dövrlərindən üzübəri yol alan dövlətçilik ənənələrimiz bu gün bütün fəaliyyət sahələrində uğurların
əldə oiunmasına zəmin yaratmış, milli dilin tərəqqisinə geniş imkanlar açmışdır. Xalqın iqtisadi, siyasi,
hüquqi, mədəni-mənəvi problemlərinin dövlətçilik mövqeyindən həllində müstəqil Azərbaycan dövlətinin
elan etdiyi dilin inkişafına yönəlmiş fəaliyyət proqramlarının rolu xüsusi qeyd edilməlidir.
Müstəqilliyin əldə olunması Azərbaycan dilinin dövlət dili kimi, diplomatik dil kimi işarələnmə
iınkanlarının genişlənməsinə rəvac verməklə yanaşı. rəsmi üslubun inkişafına real zərnin yaratdı. Dövlət
dilini inkişaf etdirmək iiçün yüksək dövlətçilik təfəkkürünə malik olmağın, eyni zamanda bu fikrin
formalaşmasında əhəmiyyət daşıyan bir sıra məsələləri daha çox düşüncə müstəvisində saxlamağın zəruriliyi
zaman-zaman əməli fəaliyyətdə sübuta yetirildi.
Dil xalqa məxsusdur və dilin subyekti, əsas hərəkətverici qüvvəsi ayrı-ayrı fəaliyyət sahələrində
çalışan şəxslər. bütövlükdə xalqdır. Dilin tərəqqisi naminə həlli vacib məsələlərin icrasına nail olmaq üçün
də bütün strııkturlarda, qurumlarda çalışan vətəndaşlar üzərinə düşən missiyanı fəal vətəndaş mövqeyindən
çıxış etməklə yerinə yetirməlidirlər.
TÜRK DĠLLƏRĠNDƏ ALINMA TURĠZM TERMĠNLƏRĠNĠN UNĠFĠKASĠYASI
Həsənova L.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Sahə terminologiyasının linqvistik unifikasiyası terminoloji variativliyi aradan qaldırmağı nəzərdə
tutmaqla yanaşı, xüsusi anlayışın birmənalı ifadəsini tapmağı, termin yaradıcılığı üsullarının və modellərinin
"rasional minimumunu" müəyyənləşdirməyi nəzərdə tutur. Unifikasiya terminologiyanın normalaş-
dırılmasını, eyni zamanda, anlayışı ifadə edən vahidlərin terminə qoyulan tələblərə cavab verməsini özündə
birləşdirir. Unifikasiya və nizamasalma məsələlərinin qarşılıqlı əlaqədə olması, onların ardıcıl bir-birini əvəz
etməsinə imkan yaradır. Vahid terminologiyadan istifadə həm sahənin özünəməxsus qəliblərinin,
standartlarının yaranması, həm də mətni informasiyanın intensiv çatdırılması üçün vacibdir. Türk dillərində
turizm terminologiyasının unifikasiyası qohum dillər üzrə bir sahənin terminoloji sisteminin unifikasiya
məsələsini əhatə edir. Müasir dövrdə terminlərin beynəlxalq səviyyədə unifikasiyasında beynəlmiləl
terminlərin yekcinsliyinin təmin edilməsini prioritet vəzifə kimi ön plana çəkir. Türk dillərinin hər birində
alınma turizm terminləri müəyyən bir çoxluq təşkil edir. Bu alınmaların arasında beynəlmiləl turizm
terminləri də müəyyən qrupda birləşir. Qeyd olunan faktlar türk dillərində alınma turizm terminlərinin
unifikasiyasının iki istiqamətdə aparmağın şərtini ortaya atır. Turizmin Türkiyədə daha zəngin tarixə malik
olduğuna və bu sahənin Türkiyədə yüksək səviyyədə inkişaf etdiyinə görə, Türkiyə türkcəsində turizm
terminologiyasının bir sistem kimi qurulmasını qəbul etmək olar. Unifikasiya zamanı müasir türk dilinin
turizm terminologiyasının bazis sistem olaraq seçmək əlverişlidir. Təhlil göstərir ki, Türkiyə istisna olmaqla
digər türkdilli dövlətlərdə turizm terminologiyası formalaşma dövrünü yaşayır və bu dövrdə alınma
terminlərin çəkisi artır. Türk dillərində yeni turizm terminlərinin alınmasında üç əsas istiqamət aşkara çıxır:
1) birbaşa ingilis dilindən turizm terminlərinin alınması (türk dilində və qismən Azərbaycan dilində); 2) rus
dili vasitəsi ilə turizm terminlərinin alınması (qazax, qırğız, özbək, türkmən, qaqauz və s.); 3) türk dili
vasitəsilə turizm terminlərinin alınması (Azərbaycan, qismən qırğız və qazax). Bu istiqamətlərdən üçüncüsü
turizm terminlərinin qohum dillər səviyyəsində unifikasiyası üçün əlverişli imkan yaradır. Bu xəttin əsas
götürülməsi türk dillərinin turizm terminologiyasının ortaqlaşdırılması üçün də xüsusi əhəmiyyət daşıyır.
Türkdilli dövlətlərdə turizm terminlərin unifikasiyası bu ölkələrdə vahid və ya yaxın terminoloji sistemdən
istifadə üçün əlverişli zəmin yaradır. Beynəlxalq turizm sənayesinə qoşulma həm də dilin sahə
terminologiyasının beynəlxalq standartlar səviyyəsinə qaldırılmasını tələb edir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
53
FRAZEOLOJĠ LÜĞƏTLƏRDƏ EKVĠVALENT VƏ EKVĠVALENTSĠZ FRAZEOLOGĠZMLƏR
Həsənova T.İ.
Gəncə Dövlət Universiteti
Frazeologizmlərin dəqiq və mükəmməl formada tərcüməsi ingilis dilinin frazeologizmləri ilə
Azərbaycan dilinin frazeologizmləri arasındakı əlaqədən, uyğunluq dərəcəsindən asılıdır. Frazeologizmlər
tərcümə nöqteyi-nəzərdən iki qrupa bölünür: 1) ekvivalent frazeologizmlər, 2) ekvivalentsiz frazeologizmlər.
I. Ekvivalent frazeologizmlər. Tərcümə olunduğu dildə ekvivalenti olan frazeologizmlərə ekvivalent
frazeologizmlər deyilir. Bu frazeologizmlərin iki növü var: 1)tam frazeoloji ekvivalentlər, 2) natamam
frazeoloji ekvivalentlər.
1. Tam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə məna, leksik tərkib, bədiilik,
qrammatik quruluş və üslubi çalarlıq baxımından tərcümə olunduğu dilin frazeologizmləri ilə uyğun gələn və
yaxud üst-üstə düşən, dildə hazır şəkildə olan frazeologizmlər daxildir. Bunlara aşağıdakı frazeologizmləri
misal göstərmək olar:
Achilles‘ heel ―axilles dabanı‖; to show somebody the door ―bir kəsə qapını göstərmək‖ (bir kəsi
qovmaq); as cold as ice ―buz kimi soyuq‖; the iron heel ―dəmir daban‖(imperializm); in the sweat of one‘s
brow―alının təri ilə‖; a labour of Sisyphus ―sizif əməyi‖; in the seventh heaven―göyün yeddinci qatında‖; to
frown one‘s eyebrows ―qaşlarını çatmaq‖; Lares and Penates ―larlar və penatlar‖; alabor of Hercules
―herkules əməyi‖; to stick like a leech ―zəli kimi yapışmaq‖; to dig a pit for somebody ―bir kəsə quyu
qazmaq‖; to gnash the teeth ―dişlərini qıcırdatmaq‖ (Кунин А. В. Фразеология современного английского
языка).
2.Natamam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə isə tərcümə olunduğu
dilin frazeologizmləri ilə bədiilik və məna baxımından nisbətən uyğun gəlməyən frazeologizmlər daxildir.
Tərcüməçi bu cür frazeologizmləri tərcümə edərkən onun ifadəliliyini, emosionallığını da nəzərə almalıdır.
Natamam frazeoloji ekvivalentlərə aşağıdakı frazeologizmləri misal göstərə bilərik:
To be in black book―qara siyahıda olmaq‖;golden opportunity ―gözəlfürsət‖;to be in pins and
needles―tikan üstündə oturmaq‖; to fall on stony ground ―boşa çıxmaq‖; to have pity on (smb.) ―bir kəsə
ürəyi yanmaq‖; to catch somebody red-handed ―bir kəsi cinayət üstündə yaxalamaq‖; to call a spade a spade
―necə var, elə demək‖; one swallow does not make a summer ―bir güllə bahar olmaz‖; to burn the candle at
both ends ―ömrünü puç etmək‖; between hammer and anvil ―od ilə su arasında‖; to make a monkey out of
somebody ―bir kəsi ələ salmaq‖; fly off the handle ―özündən çıxmaq‖; small talk ―boş söhbət‖.
Natamam frazeoloji ekvivalentlər özləri də üç qrupa bölünür. Birinci qrup natamam frazeoloji
ekvivalentlərin tərkibinə tərcümə olunduğu dilin frazeologizmləri ilə mənaca uyğun gələn, bədiilik və üslubi
çalarlılıq baxımından yaxın olan, lakin leksik tərkibinə görə fərqlənən frazeologizmlər daxildir: the talk of
the town ―dillərə dastan‖;the first portent ―müjdəçi‖, ―ilk əlamət‖. İkinci qrup natamam frazeoloji
ekvivalentlərin tərkibinə isə tərcümə olunduğu dilin frazeologizmləri ilə məna, leksik tərkib, bədiilik, üslubi
çalarlılıq baxımından uyğun gələn, lakin bəzi formal əlamətlərinə görə fərqlənən frazeologizmlər daxildir:
strike while the iron is hot ―dəmiri isti-isti döyərlər‖. Üçüncü qrup natamam frazeoloji ekvivalentlər tərcümə
olunduğu dilin frazeologizmləri ilə bütün xüsusiyyətlərinə görə uyğun gələn, lakin bədiilik baxımından
fərqlənən frazeologizmlərdir: to spread before the eye ―elə bil ovcumun içindədir‖; be born with a silver
spoon in one‘s mouth ―xoşbəxt ulduz altında doğulmaq‖ .
II. Ekvivalentsiz frazeologizmlər. Ekvivalentsiz frazeologizmlər dildə sayca ən çox olan
frazeologizmlərdir. Belə frazeologizmlərin sırasına tərcümə olunduğu dildə ekvivalenti olmayan
frazeologizmlər daxildir. Onların tərcüməsi frazeoloji deyil, leksik vasitələrin köməyi ilə verilir.
Ekvivalentsiz frazeologizmlərin tərcüməsini heç bir zaman dəqiq tərcümə adlandırmaq olmaz. Bu cür
frazaologizmlərin tərcüməsində həmişə bəzi çatışmazlıqlar olur. (bədiilik, ekspressivlik, məna çalarları və.s.)
Məsələn: What will Mrs Crundy say? ―camaat bizə nə deyər?‖; Cordelia‘s gift ―sakit, incə qadın səsi‖(―King
lear‖ əsərinin qəhrəmanı Kordeliyanın səsi kimi); Jack Sprat ―cırtdan‖, ―çox kiçik boylu‖; Tom Tiddler‘s
ground ―xəzinə‖(bu frazeologizm qədim uşaq oyununun adı ilə əlaqədar olaraq yaranmışdı. Bu oyunda kim
Tom Tiddler olarsa o, öz dayandığı yerə heç kəsi qoymamalıdır.) (Кунин А. В. Фразеология
современного английского языка). Ekvivalentsiz frazeologizMlərin tərcüməsində kalka tərcümə növündən
geniş istifadə olunur.
Beləliklə, hər bir dil bu və ya digər frazeologizmi özünəməxsus şəkildə əks etdirir. Buna görə də
tərcüməçi tərcümə prossesi zamanı orijinaldakı frazeologizmin xüsusiyyətlərini saxlamaq üçün hər iki dilə
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
54
məxsus müxtəlif ifadə vasitələrindən istifadə edir, frazeoloji birləşmələrin ekvivalentini verir, ifadələri bir-
birinə yaxın şəkildə (komponentlərinin dəyişdirilib başqa leksemlərlə əvəz edilməsi) tərcümə edir, ingilis
dilindəki frazeologizmi Azərbaycan dilinə tərcüməsində onların sinonimlərindən, hərfi tərcümə və.s.
vasitələrdən geniş istifadə edir.
MƏMMƏD SƏĠD ORDUBADĠNĠN “HƏYATIM VƏ MÜHĠTĠM”
MEMUARINDA ĠġLƏNƏN ƏCNƏBĠ SÖZLƏR
Həşimova E.M.
AMEA, M.Füzuli adına Əlyazmalar İnstitutu
Fransız dilindən alınmış ―memuar‖ sözünün mənası ―yaddaş‖ deməkdir. Yazıçının əsasən yaddaşına
istinad edərək yazdığı memuar onun yaşadığı mühiti, tarixi hadisələri, insanlararası münasibətləri,
cəmiyyətdə baş verən prosesləri işıqlandırır, keçmişi göz önündə canlandırır, olayların gerçək mənzərəsini
əks etdirir. Bu janrda ilk nümunələr XIII əsrdə Fransada qələmə alınmışdır.
Azərbaycan memuar ədəbiyyatının rüşeymlərinə, köklərinə təzkirə, salnamə, vücudnamə və
səyahətnamələrdə təsadüf edilir. Nəsrin inkişafı ilə əlaqədar XIX əsrin sonunda XX əsrin əvvəllərində
memuar janrı yeni inkişaf mərhələsinə daxil olur. Bu dövrdə Cəlil Məmmədquluzadə, Ömər Faiq
Nemanzadə, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli ilə yanaşı Məmməd Səid Ordubadi də memuar
ədəbiyyatının kamil, parlaq və zəngin örnəklərini yaratmışdı.
M.Füzuli adına Əlyazmalar İnstitutunda M.S.Ordubadinin ―Həayaatım və mühitim‖, ―Bakıda ikinci
kərə‖, ―Böyük ədib haqqında xatıratım‖, ―Saritsin xatirələrindən‖ adlı memuarları mühafizə olunur. Bu
xatirələr arasında ―Həyatım və mühitim‖ memuarı xüsusi əhəmiyyət kəsb edir. Təssüf ki, ədibin ömrünün
təxminən 48 ili haqqında məlumat aldığımız, dövrünün mühüm hadisələrinin heç birinin diqqətindən
yayınmadığı, Azərbaycanın iqtisadi-siyasi mühitinin aynası olan, çar Rusiyasının, erməni daşnaqlarının
özbaşınalıqlarını bütün reallığı ilə təsvir edən bu əsər nə ədibin sağlığında, nə də ölümündən sonra uzun illər
nəşr olunmamışdı. Ordubadi xatirələrin yazılmasına-tərtibinə həbsxanada başlamışdır və həmişə inanmışdır
ki, nə vaxtsa bu xatirələr nəşr olunacaq. Özü bu barədə yazır: ―Mən Bakıya qədər həbsxana xatiratını
yazmışdım. Bakı həbsxanasında tərtibə salmağa başladım...Mənim bu işləri ilə nə üçün maraqlandığımı
soruşurdular. Mən isə:−bir vaxt mən bu xatirəni kitab şəkilində çap etdiriəcəyəm. Bunu hər kəs oxuyub çar
hökümətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqlar. Ağa Kərim bir az düşündü:−hər
gah bu cür şeyləri çap etdirməyə qoymasalar necə olsun?−dedi. İndi qoymasalar da bir vaxt buna imkan
tapılar−dedim.‖ Belə bir imkan XX əsrin 90-cı illərində yarandı. Ölkəmizin müstəqillik qazanması
nəticəsində bu dövrdə baş verən siyasi, ictimai, ideoloji dəyişikliklər digər sahələrdə olduğu kimi
ədəbiyyatımıza da öz təsirin göstərmişdir. Bir çox klassiklərimiz kimi M.S.Ordubadinin irsinə də yenidən
qayıtma zərurəti yaranmışdır. Bunun nəticəsi olaraq 1996-cı ildə filologiya üzrə elmlər doktoru Nailə
Səmədova ―Həyatım və mühitim‖ memuarını tərtib edib, çapa hazırlamış, ön söz yazaraq kiril əlifbası ilə
nəşr etdirir. 2000-ci ildə memuar Ordubadi ailəsinin təşəbbüsü ilə kiril əlifbası və ön sözün müəllifi
N.Səmədova olmaqla təkrar nəşr etdirilir. 2012-ci ildə Məmməd Səid Ordubadinin anadan olmasının 140
illik yubileyi ərəfəsində akademik İsa Həbibbəyli ustad qələm sahibinin irsinin nəşri sahəsində olduqca
əhəmiyyətli addım ataraq onun indiyədək çap olunmamış ―İki çocuğun Avropaya səyahəti‖ romanını,
―Qəflət‖ (1906) və ―Vətən və hürriyyət‖ (1907) şeir kitablarını, ―Həyatım və mühitim‖ memuarını
(N.Səmədovanın xatirələrdə ixtisara saldığı ―Birinci və axrıncı sevgim‖ adlı fəslini də əlavə edərək latın
qrafikası ilə), ―Qanlı sənələr‖ publisist əsərini toplayıb, tərtib edib, çapa hazırlamış, elmi cəhətdən
əhəmiyyətli bir ön söz yazaraq birlikdə ―Həyatım və mühitim‖ adı altında nəşr etdirmişdir. 2014-cü ildə
―Həyatım və mühitim‖ yenə də ―Birinci və axrıcı sevgim‖ fəslini ixtisar etməklə latın qrafikası ilə nəşr
olunur. Kitabın redaktoru və ön sözün müəllifi Dilqəm Əhməd, mətni tərtib edən R.Yerfidir. N.Səmədova
ilə İ.Həbibəylinin tərtib etdiyi nəşrlər üzərində müqayisəli-filoloji təhlil aparılacaqdır. Çünki digərləri təkrar
nəşrdir.
Əsər hansı mövzuda yazılmasından aslı olamayaraq əsərin dili sadə, ifadələri obrazlı olmalıdır.
―Həyatım və mühitim‖ memuarında M.S.Ordubadi əsərin dilinə, ifadə vasitələrinə xüsusi fikir vermiş, həm
oxucunu aludə edə bilən, həm də tarix, ədəbiyyat və mədəniyyətimizi öyrənmək üçün etibarlı mənbə rolunu
oynayan əsər yaratmışdır.
Müəllif memuarda əcnəbi sözlərdən də istifadə etmişdir. Bunlar əsasən türkizmlər və rusizmlərdir.
Məsələn, ―tapanca‖ əvəzinə ―ruvolver‖, ―ziyalı‖ əvəzinə ―aristokrtiya‖, ―vəkil‖ əvəzinə ―sudya‖, ―ayaqqabı‖
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
55
əvəzinə ―poti‖ ―yersiz‖ əvəzinə ―dənsiz‖, ―oturacaq‖ əvəziunə ―skamaya‖, ―olmaq‖ əvəzinə ―bulunmaq‖, ―üz
qırxmaq‖ əvəzinə ―təraş‖, ―çap etmək‖ əvəzinə ―təb‖, ―stansiya‖ əvəzinə ―stansion‖, ―yeməkxana‖ əvəzinə
―bufet‖, ―qonaq‖ əvəzinə ―müsafir‖, ―uşaqlıq‖ əvəzinə ―cocuqluq‖, ―bax‖ ədatı əvəzinə ―iştə‖, ―balam‖
əvəzinə ―yavrum‖, ―eyvan‖ əvəzinə ―balkon‖, ―mədəniyyət‖ əvəzinə ―kultura‖, ―belə‖ əvəzinə ―böylə‖, ―elə‖
əvəzinə ―şöylə‖, ―məhkəmə‖ əvəzinə ―sud‖, ―pəncərə‖ əvəzinə ―akoşka‖ və s. işlətmişdir.
Memuarın nəşri zamanı tərtibçilər belə əcinəbi sözlərin bəzilərini Azərbaycan dilinə tərcümə edərək
vermişlər. Akademik İ.Həbibbəyli ―böylə‖ əvəzliyini ―belə‖, ―bulunmaq‖ felini ―olmaq‖, ―məhkəmə‖ ismini
―sud‖ ilə əvəz etmişdir. Məsələn: Atam belə mühitdə yaşadığı və belə bir mühitdə şair olduğu üçün
təxəllüsünü ―Fəqir‖ qoymuş və şeirlərində mühitin yoxsul vəziyyətin əks etdirmişdir. O, gənc vaxtında İran
səyahətində olduğu, hətta Səbzivar şəhərində yaşadığından farsca, ərəbcə, türkcə savadı var idi. Məhkəmə
pristavı, həbsxana müdiri, polis atlılarının başçısı da (buna ―atlı vəkilləri‖ deyilırdi) Rusiyadan gəlirdi.
M.S.Ordubadinin sənətkarlığını göstərən xüsusiyyətlərdən biri də təsvir etdiyi şəxslərin ifadələrini öz
ləhcəsində və şivəsində verməsindən ibarətdir. İ.Həbibəyli memuarı çapa hazırlayarkən ədibin bu
xüsusiyyətini qoruyub saxlamışdır. Memuarda M.S.Ordubadi daşnak quldurlarının başçısı Andraniklə
görüşüb müsahibə alır. İ.Həbibəyli Andranikin osmanlı şivəsində danışmasının nəzərə alaraq türkizmləri
olduğu kimi saxlamışdır. Məsələn: Əcəba, mühüm müsahibədə bulunmaq olmazmı? Yavrum! Onlar da ofaq-
tüfək işlərə əhəmiyyət verməsinlər.
N.Səmədova memuarı çapa hazırlayarkən əsasən rus sözlərinin əksəriyətini Azərbaycan dilinə tərcümə
edərək nəşr etdirmişdir. ―Kultura‖ sözünün əvəzinə ―mədəniyyət‖, ―adres‖ əvəzinə ―ünvan‖, ―qarzinqa‖
əvəzinə ―səbət‖ işlətmişdir. Məsələn: Ordubadda rus mədəniyyəti yerləşməyə başladı. Polkovnik fransızca
yazılmış ünvanları gözdən keçirib sözlərimə inandı. Şeylərimi səbətə yığmaqda idim.
N.Səmədova ―Furaşka‖, ―poti‖, ―şəhər qlavası‖ və sair sözləri əlyazmada olduğu kimi vermişdir.
Bunun səbəbini N.Səmədova belə açıqlayır: ―Əgər Ordubadi ―furaşka‖ yerinə ―papaq‖ işlətsə idi, yəqin ki,
azərbaycanlıların qoyduğu papaq nəzərdə tutulardı.‖
Əsərdə əcnəbi sözlərin çox olmasına baxmayaraq əsərin oxunaqlı olmasına xərəl gətirmir. Çünki bu
cür sözlərin əksəriyyəti istər XX əsrin əvvəllərində, istərsə də indi hamı üçün çox anlaşıqlıdır.
Dostları ilə paylaş: |