AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


ƏDƏBĠ DĠL VƏ DĠL NORMALARI QLOBALLAġMA ġƏRAĠTĠNDƏ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

 
ƏDƏBĠ DĠL VƏ DĠL NORMALARI QLOBALLAġMA ġƏRAĠTĠNDƏ: 
MÖVCUD VƏZĠYYƏT VƏ PROBLEMLƏR 
Fətiyeva C.A. 
AMEA,  Nəsimi adına Dilçilik İnstitutu 
 
Bədii  fikrin  ilkin  təzahürü  cəmiyyətin  formalaşmağa  başladığı  çağlarla    bağlıdır.  İlkin  mərhələ 
müşahidələrin  konkret  cizgilərini  canlandırırdısa,  sonrakı  mərhələlər  daha  düşüncəli  fəaliyyətin    nəticəsi,  
təsəvvürlərin bədii əksi kimi  meydana gəlirdi.  
Gözəlliyi  duyan,  həyatı  bütün  ciddiyyəti  ilə  dərk  edən,  kədərində  yaşayan,  sevincindən  bəhrələnən, 
əməlləri  ilə  ucalan  insan  fiziki  və  psixoloji  imkanlarını,  əqli-intellektual    qabiliyyətini,  estetik    duyum  və 
zövqünü, düşüncə və qənaətlərini öz dili ilə üzə çıxarıb, formalaşdırmışdır. 
Biz  böyük  bir  dilin  –  ―Dədə  Qorqud‖  dilinin  daşıyıcıları  olduğumuzu  unutmamalıyıq.  Bizim  dildə 
dünyanın  ən  böyük  abidələri  yaradılıb.  Orxon-Yenisey  yazılarında  sözlərimiz  yaşayır.  ―Manas‖  da, 
―Koroğlu‖ da, ―Alpamış‖ da məhz bizim dilin böyük abidələrdir.  
Belə  bir  tarixi  abidələri  yaşadan  xalqın  dili  bu  gün,    qloballaşma  şəraitində  mövcud  vəziyyət  və 
problemlər  baxımından  nəyin  həllini  gözləyir?  –  sualını  müxtəlif  prinsiplərdən  çıxış  edən  dilçi  alimlərimiz 
fərqli  fikirlərlə  cavablandırsalar  da,  son  olaraq  ―...ədəbi  dil  tarixinin  dövrləşdirilməsi  xalqın  dili  ilə  tarixi, 
mənəviyyatı  ilə  maddi  mədəniyyəti,  təfəkkür  tərzi  ilə  iqtisadi  həyat  şəraiti,  bədii  düşüncəsi  ilə  əqli-zehni 
səviyyəsi  arasındakı  əlaqələri  müəyyənləşdirilməsi  kimi  elmi-nəzəri  əhəmiyyətə  malikdir‖  –  ifadəsi  ilə 
həmfikir olmuş bu mövzuda elmi məqalələr, monoqrafiyalar dərc etdirmişlər. Bu baxımdan  A.Axundovun 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
46 
 
 
2003-cü ildə çap etdirdiyi  ―Dil və ədəbiyyat‖ ikicildliyini göstərmək olar.   Bu nəşrdə ―Ana dili və dövlət 
dili‖, ―ikidillilik və çoxdillilik ‖, ―ana dili və təhsil‖ kimi çox mühüm dil və cəmiyyət problemlərinin hazırkı 
vəziyyətini  əks  etdirən  məqalələr  dərc  olunub.  İkidillilik  məsələlərini  tarixi  aspektdə  nəzərdən  keçirən 
müəllif  keçmiş  SSRİ  məkanında  rus  dilinin,  daha  əvvəlki  dövrlərdə  ərəb  və  fars  dillərinin  milli  dilimizə 
tarixi təzyiqini ətraflı araşdırmışdır. Məqalələrdə ana dilinin təhsil dili kimi mühüm rolu ön plana çəkilmiş, 
dərsliklərin məktəbi, müəllim, şagird və  valideynləri çətin vəziyyətdə qoyan qüsurlarının mühüm bir qismi 
dərslik müəlliflərinin diqqətinə çatdırılmışdır. Son zamanlar tüğyan edən mətbuat orqanlarında Azərbaycan 
dilinin  təhrifi  halları  müəllifin  diqqətini  daha  çox  çəkmiş,  bir  sıra  məqalələrini  bilavasitə  mətbuat  dili 
problemlərinə həsr etmişdir.   
Məlumdur  ki,  ölkəmizdə  nəşr  olunan  bəzi  qəzetlərdə  ―öz  dilinə‖  ―cavabdehlik‖  də  məsuliyyətsizlik 
hiss  olunmaqdadır.  Qeyd  edək  ki,  vaxtılə  qəzetlərdə  imla  səhvinə  rast  gəlmək  mümkün  deyildi  (olsa  da, 
böyük  təəccüb  hissi  oyadardı),  amma  indi  qəzet  səhifələrində  orfoqrafik  səhvlərlə  yanaşı  üslubi  xətalar, 
qeyri-peşəkar, jurnalistika səviyyəsində olmayan yazılar çoxluq təşkil edir. Şübhəsiz ki, bu hal ilə bəzi yerli 
telekanallarda  yayımlanan  verilişləri  izlədiyimizdə  də  rastlaşırıq.  Bu  barədə,  çox  güman,  ―Kütləvi 
informasiya  vasitələrinin dili‖ bölməsinə aid məruzələrdə münasibət bildirənlər olacaq.   
 Müasir  Azərbaycan  ədəbi  dili  dünyanın  inkişaf  etmiş  dillərindən  biri  kimi,  mükəmməl,  sabit 
normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur.  
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni 
inkişaf  dönəmində  yaranmış  vəziyyəti  nəzərə  alaraq,  2001-ci  il  iyun  ayının  18-də  ―Dövlət  dilinin  tətbiqi 
işinin təkmilləşdirilməsi haqqında‖ fərman imzalamışdır. 
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili 
sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu 
yolların bəziləri artıq uğurla başa çatdırılmışdır.  
 Bu  gün  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Azərbaycan  dilinin  və  dilçiliyinin 
inkişafına  böyük  önəm  verir.  Belə  ki,  2012-ci  ildə  Dilçilik  İnstitutunda  aparılan  araşdırmalar  üçün  dövlət 
büdcəsindən  maliyyə  vəsaiti  ayrılmış,  2013-cü  ildə  isə  Azərbaycan  dilinin  və  dilçilik  elminin  qloballaşma 
dövründə inkişafı məqsədilə Dövlət Proqramı qəbul edilmişdir. 
Ümumiyyətlə,  ölkənin  siyasi,  iqtisadi,  elmi,  mədəni  həyatında  baş  verən  böyük  dəyişikliklər  müasir 
Azərbaycan  dilinin  lüğət  tərkibində  terminlərin  sürətlə  artmasına  səbəb  olmuşdur.  Bu  proses  ədəbi  dilin 
bütün  üslublarında,  özəlliklə,  işgüzar  və  elmi  üslublarda,  müəyyən  dərəcədə  mətbuat  üslubunda  aydın 
müşahidə  olunur.  Ümidvaram  ki,  ana  dilimizin  saflığını  qorumaq  hər  bir  vətən  övladının  müqəddəs 
borcudur. Çünki dil bizim varlığımız, həyatımız və mübarizəmizdir. 
 
 
TĠBBĠ TERMĠNLƏRĠN KOMMUNĠKATĠV METODLA ÖYRƏNĠLMƏSĠ MƏSƏLƏLƏRĠ 
Gərayzadə M. 
Azərbaycan Tibb Universiteti 
 
Müasir  dövrün  təhsil  sistemində  innovasiyaların  artması  ilə  ingilis  dilinin  müxtəlif  üsullarla 
öyrənilməsi də aktuallıq kəsb edir. İngilis dilinin hansı metodika ilə öyrənilməsi məsələsi də ön plana çəkilir. 
Bu da intellektual məhsulun tələbatlarından irəli gəlir.   
Keçmiş  dövrə  nəzər  salsaq,  dilin  öyrənilməsində  üstünlük  qrammatikaya  verilir,  oxuma  və  ədəbi 
tərcümə  ön  plana  çəkilirdi.  Bu  prinsiplər  ―köhnə  məktəb‖in  qoyduğu  tələblərdən  irəli  gəlirdi.  Dilin 
öyrənilməsində  eyni  məsələlər  qarşıya  qoyulurdu:  mətnin  oxunması,  tərcümə,  yeni  sözlərin  yadda 
saxlanması, yenidən mətni söyləmək, mətnə uyğun çalışmalar. Bəzən fəaliyyət dəyişdirilirdi, bu zaman imla 
və  ya  inşa,  bəzən  də  fonetik  çalışmalar  verilirdi.  Üstünlük  oxumağa  və  mövzular  üzərində  işə  verilirdi,  bu 
zaman dilin informativ funksiyası reallaşdırılırdı. Məhz bu səbəbdən çox az sayda insan çətinliklə də olsa, 
dili öyrənə bilirdi. İngilis dili müəllimliyi və ya tərcüməçilik ən yaxşı sənət sayılırdı.        
Qeyd etmək lazımdır ki, indiki dörvrdə də ingilis dilinə tələbat azalmamışdır. Yenə də yüksək sosial 
vəziyyəti əldə etmək üçün bu dili öyrənmək lazımdır. Bununla belə, bu dilin öyrənilməsində bir çox metodlar 
ön  plana  çəkilir,  belə  ki,  ofisdə  işləyən  katibəni  dilin  tarixi,  fonetikası  və  s.  maraqlandırmır,  ona  qısa  bir 
müddətdə  ünsiyyət  üçün  dilin  öyrənilməsi  maraqlı  məsələdir.  Bu  baxımdan,  dilçilik  sahəsində  və  ingilis 
dilinin  tədrisində  mütəxəssis  C.Q.Ter-Minasovun  dediyi  yerinə  düşür:  ―Birdən  xarici  dil  mütəxəssisləri 
ictimai  fikrin  mərkəzinə  düşdülər:  müxtəlif  sahələrdən,  elm,  mədəniyyət,  biznes,  mexnika  və  insan 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
47 
 
 
fəaliyyətinin  digər  sahələrindən  olan  insanlar  xarici  dilin  istehsalat  aləti  kimi  öyrənilməsini  tələb  etməyə 
başladılar. Onlar üçün nə nəzəriyyə, nə dilin tarixi maraqlı deyil, onlar üçün dil funksionallıq daşımalıdır, 
belə  ki,  bütün  sahələrdə  bu  dil  onlara  digər  ölkələrdən  olan  insanlarla  ünsiyyət  vasitəsi  kimi  xidmət 
etməlidir‖.   
Tibbi  terminologiya  da  spesifik  xüsusiyyətləri  özündə  daşıyan  leksik  fondun  bir  layıdır.  Tibbi 
terminologiya  elmi  dil  leksikasının  tərkibinə  daxildir.  Terminologiyanın  öz  təyinatı  vardır,  reallaşması  isə 
ancaq elmi dildə mümkündür. V.P.Danilenkonun dediyi kimi, ―termin xüsusi söz deyil, o, xüsusi funksiyada 
sözdür, bu funksiya adı altında terminin nominativ funksiyası nəzərdə tutulur‖.    
Müasir tibbi terminoloji sistemin xarakterik səciyyəsi beynəlxalq ünsiyyətdəki tələbatların və müxtəlif 
dillərin qarşılıqlı əlaqəsinin nəticəsi kimi onun beynəlmiləl lay kimi genişlənməsidir.  M.N.Çernyavski tibbi 
terminologiyanı aşağıdakı qruplara bölür: 
1) əsl rus adlandırma; 2) alınma klassizmlər; onlardan çoxu faktik olaraq funksiya və beynəlmiləlçiliyi 
yerinə  yetirir,  yəni  müxtəlif  dil  qruplarından  ən  azı  üç  dili  dilarası  genişlənməni  göstərir.  3)  beynəlmiləl 
funksiyanı yerinə yetirən əsl qərbi avropaizmlər; 4) latın terminləri.  
Xarici  dilin  öyrədilməsi  mürəkkəb,  çoxaspektli  bir  prosesdir.  Bu  zaman  kommunikativ 
kompetensiyanın  formalaşması,  qavrama  fəaliyyəti  üsulları,  bilik  və  bacarıqların  qazanması  və  ötürülməsi 
təmin edilir. Bu, ikitərəfli prosesdir, bu zaman həm müəllim, həm də tələbə iştirak edir. Tibbi müəssisə və 
universitetlərdə  çalışan  xarici  dil  kafedrasının  müəllimləri  tədrisin  bütün  mərhələlərində  tədrisi  elə 
qurmalıdırlar  ki,  bu  zaman  təhsilin  peşəkar  yönləndirilməsi  həyata  keçsin.  Əsas  üstünlük  tibbi 
terminologiyanın  öyrənilməsinə  verilməlidir.  Belə  yanaşma  gələcək  həkimin  kompetentliyinin 
formalaşmasına  kömək  edir  və  həkimdə  predmetə  marağın  artması  bacarığını  önə  çəkir.  Bununla  bağlı, 
T.A.Lyubomudrova  qeyd  edir:  ―İngilis  dilinin  tədrisinin  latın  dili  kursları  ilə  inteqrasiyası  tibbi 
müəssisələrdə  xarici  dillərin  tədrisinin  əsas  şərtidir. Bununla  belə,  hər  iki  dil  eyni  zamanda  motivasiyanın 
yüksəldilməsi və peşəkar yönləndirməni reallaşdırır‖. A.Y.Ramazanova qeyd edir ki, tibbi terminlər ingilis 
dilində latın terminləri ilə ümumi kökə  malikdir, bir çox hallarda səslənməsinə görə üst-üstə düşür. Xarici 
tələbələr  terminləri  öyrədərkən  çox  vaxt  latın  dilində  sözyaradıcı  sistemin  mənimsəmilməsində  çətinlik 
çəkirlər.   
İlk dərslərdən tibbi dilin öyrənilməsinə başlayırlar. Məlumdur ki, ingilis dilinin leksikasının 60 faizi 
latın  mənşəli  sözlərdir.  İngilis  dilində  tibbi  terminlərin  80  faizi  latın  mənşəlidir.  Latın  dilindəki  bilikləri 
aktivləşdirərək  xarici  mətndə  latın-yunan  etimologiyalı  sözləri  tapmaq,  onları  düzgün  tərcümə  etmək  əsas 
məsələlərdən  biridir.  Aparılan  tədqiqatların  nəticələrinə  görə  deyə  bilərik  ki,  tələbə  və  aspirantların 
öyrədilməsində  istifadə  olunan  dərsliklər  böyük  rol  oynayır.  Leksik  və  qrammatik  minimumlar 
hazırlanmışdır ki, peşəkar həkim peşəkar ədəbiyyatı oxuyarkən bunları mənimsəməlidir.  
Kommunikativ metod nümayəndəsi E.İ.Passov belə hesab edir ki, kommunikativlik  bizim tədrisin elə 
təşkil olunmasındadır ki, o, əsas keyfiyyətinə görə ünsiyyət prosesinə bənzəsin. Kommunikativlik ünsiyyətin 
təbii şəraitdə, adekvat şərtlərdə həyata keçirməsini tələb edir. Birincisi, hər bir iştirakçının fərdiliyi nəzərə 
alınmalıdır, belə ki, hər bir insan digərindən öz təbii xüsusiyyətlərinə görə, nitq fəaliyyəti, müəyyən hiss və 
emosiyalarına və s. görə fərqlənir. Kommunikativ  tədris bu xüsusiyyətlərin nəzərə alınmasını ehtimal edir, 
belə ki, ancaq bütün bunları nəzərə almaqla ünsiyyət üçün şərait yaradıla bilər. İkinci şərt kommunikativliyin 
tədris  prosesində  nitq  fəaliyyətində  ortaya  çıxmasını  ehtimal  edir,  yəni  praktik  mənimsənilmə  ancaq  dilin 
praktik  istifadəsində  öz  əksini  tapır.  Üçüncü,  kommunikativlik  tədrisin  funksionallığını  əks  etdirməlidir. 
Funksionallıq  leksik  və  qrammatik  danışığın  mənimsənilməsini  təmin  edir.  Dördüncüsü,  kommunikativlik 
situativ ünsiyyəti ehtimal edir ki, bu danışanların nitq fəaliyyətində qarşılıqlı təsirini ortaya qoyur. Beşincisi 
isə tədris prosesindən hər dəfə yenilənməsini, materialın təzəliyini təmin etməlidir, belə ki, bu zaman eyni 
dialoq və situasiyalar təkrarlanmır. Bu da danışmanın məhsuldarlığını artırır. 
Bütün  bunlar  belə  nəticə  çıxarmağa  imkan  yaradır  ki,  kommunikativlik  yalnız  tədris  prosesində 
mümkündür, belə ki, o, adekvat şəraitdə ünsiyyəti ortaya qoyur, bu zaman hər bir iştirakçının fərdiliyi təmin 
olunur.   
Kommunikativ  metod  iştirakçıların  bütün  dil  bacarıqlarını,  oxumanı  ortaya  qoyur.  Qrammatika  isə 
ünsiyyət porsesində mənimsənilir. Tələbə əvvəl tibbi terminləri, birləşmələri, dil formullarını öyrənir, sonra 
ondan istifadə ön plana çəkilir. Məqsəd tələbələrin xarici dildə azad və  düzgün şəkildə danışmağıdır. Yeni 
qaydalar və sözlər, terminlər tələbələrə artıq məlum olan leksika, qrammatik konstruksiya, jest və mimika, 
şəkil və digər vasitələrdən istifadə edilməklə öyrədilir. Bu zaman internet resurslarında, jurnal, qəzetlərdə və 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
48 
 
 
s.  də  istifadə  olunur.  Bütün  bu  əyani  vəsaitlər  tələbələrdə  həm  də  danışdığı  dilin  tarix,  mədəniyyət, 
ənənələrinə maraq oyadır. 
Tələbələr onlara məlum olan mövzuları müzakirə edir, bu da onlara kommunikativ bacarıqları inkişaf 
etdirməyə kömək edir, yəni bu zaman tələbələr spontan olaraq dildən istifadə edir. Qeyd etmək lazımdır ki, 
mövzular ya tələbələrin həyatlarını əks etdirməli, ya da müasir həyatın aspektlərini özündə əks etdirməlidir. 
Digər metodlardan fərqli olaraq, kommunikativ metod ―açıq finallı‖ çalışmaları təmin edir; təbələr də onların 
fəaliyyətinin nə ilə nəticələnəcəyini bilmir, belə ki, hər şey reaksiya və cavablardan asılıdır. 
Kommunikativ metodla tibbi terminlərin öyrənilməsi öz effektlivliyini göstərir, belə ki, ünsiyyətdə bu 
terminlərin  öyrənilməsi  daha  məqsədəuyğundur  və  tez  mənimsənilməsinə  imkan  yaradır.  Bu  metodla 
terminlərin  öyrədilməsinin  effektivliyi  ondadır  ki,  tədris  prosesi  ünsiyyət  prosesinin  daha  sadələşdirilmiş 
modelidir. Bu metodun digər metodlardan üstünlüyü məhz bundadır.  
 
 
AZƏRBAYCAN DĠLĠNDƏ “KĠ” BAĞLAYICISININ MƏTNYARATMA POTENSĠALI 
Həbibova K.Ə. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Məlumdur ki, mətn ―ciddi bir şəkildə sabitləşmiş, semantik baxımdan bir-birinə bağlı olan və müxtəlif 
dil  vahidlərindən  ibarət  olan  cümlələrin  məqsədəuyğun  düzümü  ilə  müəyyən  məlumatın  ötürülməsidir‖. 
Burada ön planda nitq məhsulunun səthi quruluşu çıxış edir. Mətn dilçiliyində son illərdə bu məsələyə daha 
çox diqqət yetirilir və mətndaxili əlaqə koqeziya kimi dəyərləndirilir. 
Mətn koqeziyasının tədqiqi zamanı ön planda dayanan məsələ cümlələr arasındakı əlaqədir. Bu əlaqə 
də öz növbəsində mikromətnə aid edilir. Mətn dilçiliyində ifadələr arasındakı əlaqənin qurulmasında iki əsas 
mexanizm  fərqləndirilir:  bağlılıq  və  təkrar.  Bağlılıq  koqeziyanın  reallaşmasının  ən  elementar  üsuludur.  Bu 
müxtəlif  tipli  elementlər  (söz-hissəciklər,  bağlayıcılar,  qoşmalar  və  s.)  hesabına  formalaşır.  Bu  baxımdan 
Azərbaycan  dilində  mürəkkəb  cümlələri  bir-birinə  bağlayan  ―ki‖  bağlayıcısına  xüsusi  diqqət  yetirilməlidir. 
Belə  ki,  ―ki‖  bağlayıcısı  dilimiz  üçün  əvəzedilməz  mətnyaradıcı  komponent  kimi  çıxış edir.  Lakin  bu fikri 
digər türk dilləri haqqında demək olmaz. ―Ki‖ bağlayıcısı  Azərbaycan dilində bir çox psixoloji məqamlarda 
fikrin  ifadəsində  əvəzedilməz  amilə  çevrilir  və  bu  da  ―ki‖  bağlayıcısının  psixolinqvistik  əhəmiyyəti  kimi 
dəyərləndirilə  bilər.  Məsələn:  ―ki‖  bağlayıcısı  mətnin  əvvəlində  işlənməklə  böyük  bir  informasiyanın  açarı 
kimi  işlədilə  bilər.  Belə  ki,  Cəlil  Məmmədquluzadə,  Əbdülrəhimbəy  Haqverdiyev  və  digər  Azərbaycan 
klassik  yazıçıları  bu  bağlayıcının  psixolinqvistik  potensialından  müvəffəqiyyətlə  yararlanaraq  ondan  geniş 
istifadə etmişlər. 
Mətnlərdə  istifadə  edilən  təkrarlar  da  müəyyən  psixoloji  məqamları  və  düşüncə  tərzini  təbliğ  edir. 
Lakin qeyd etdiyimiz kimi, ―ki‖ bağlayıcısı digər türk dillərində eyni psixolinqvistik potensiala malik deyil. 
Belə ki, məşhur tatar dilçisi Zəkiyev qeyd edirdi ki, ―tatar dili ―ki‖ bağlayıcısı olmadan da gözəl və dolğun 
səslənir‖. Təbii  ki,  bu  hər  bir  dilin  daşıyıcısı  olan  xalqın  düşüncəsindən,  mental  psixologiyasından  və  eyni 
zamanda dünyagörüşündən doğan səbəblərlə izah oluna bilər. 
Mətnin psixolinqvistik təbiəti onun ötürdüyü informasiyanın bütövlüyü, tamlığı ilə şərtlənir. ―Mətnin 
tamlığı müəyyən bir obyekt haqqında insanın təxəyyülündə formalaşan xüsusi psixolinqvistik fenomendir‖. 
Nitq  məhsulunun  bütövlüyü  danışanın  düşüncəsi  ilə  söylədiklərinin  bu  və  ya  dolayısı  ilə  üst-üstə  düşməsi 
kimi başa düşülməlidir. Bu məqamda dilimizdə istifadə olunan ―ki‖ bağlayıcısı ifadə olunan fikrin səbəb və 
ya nəticəsinin məntiqi əlaqələndirilməsində  əvəzedilməz dil vahididir. ―Ki‖ bağlayıcısı müəllifin eksplisit və 
anlaşıqlı düşüncəsini təsvir edir və bunun sayəsində formalaşan məntiqi ardıcıllıq fikir əsasında dekodlaşaraq 
sözlər vasitəsilə realizə edilir.  
Fikrimizcə, ―ki‖ bağlayıcısı sayəsində bütöv nitqin semantik strukturu  diskursa qədər inkişaf etməyə 
qabildir.  
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
49 
 
 
 
CONNECTION BETWEEN SOCIETY AND LANGUAGE 
Habibova V.B. 
AMEA, Nəsimi adina Dilcilik İnstitutu 
    
The  effect  of  language  on  society  and  its  role  have  ever  been  concerning  matters  for  linguistics. 
However some scientists consider it as the medium of the life-word, while nowadays money and some other 
factors are playing an important role in most areas, can a language do anything to change people‘s mind or 
their way of life?  
Obviously,  a  language  is  a  complex  phenomenon,  and  it‘s  surely  easy  to  become  confused  by  its 
complexity.  Languages  die  out,  in  contrast,  their  uses  in  speech  community  shift  over  time  and  new  ones 
come  up.  Over  our  life  time,  we  can  gain  or  lose  fluency  in  a  language  or  several  languages.  Implicit  or 
explicit  language  policies  shape  individual  language  use.  In  our  modern  world,  on  the  one  hand, 
globalization evokes great demand for fluency in some of the dominant world language, on the other hand, it 
opens up new horizons for speakers of small languages in order to get in touch easily over distances and to 
deal with technologies to maintain their languages. 
We need remember that really the language we speak,  determines so much of our world view or the 
way we look and perceive the world. Let‘s consider for example, some desert tribes in Sahara, only have two 
words in their language for ―flower‖. This is an indication of the way they look at the world as expressed 
through their language. On the other side, consider why Intuit tribes have a vast number of words for snow 
and its different states- far more than we do. This again recognizes the centrality of snow for them in their 
society. Therefore, a language has a very close and intimate relationship with society, and expresses so much 
of our culture and the distinctive fashion we have of living. 
 A  language  can  be  compared  to  a  sheet  of  paper.  Thought  in  one  side  of  the  sheet,  and  sound  the 
reverse side. A society or a human society is:  
1.
 
A group of people related to each other through persistent relations 
2.
 
A  large  social  grouping  that  shares  the  same  geographical  or  virtual  territory,  subject  to  the  same 
political authority and dominant cultural expectations. 
Posing  the  argument  ―our  definitions  of  language  and  society  are  not  independent;  the  definition  of 
language includes in it a reference to society‖, Ronald Wardhaugh,  (1986) in his book ―An introduction to 
sociolinguistics‖, presents quadruple hypothesis proposed by different scholars involved in ―the study of the 
relationship  between  language  and  society‖  and  ―the  various  functions  of  language  in  society‖  .  The 
hypothesis are: 
1.
 
Society influences the linguistic phenomenon. 
2.
 
Linguistic phenomenon influences the society. 
3.
 
Society and language together dialectically influence the linguistic phenomenon. 
4.
 
Society and language do not influence the linguistic phenomenon at all. 
All in all, language shape the way we think about space, time, colors, and objects. Language is central 
to our experience of being human, and the languages we speak profoundly shape the way we think, the way 
we see the world, the world we live our lives. 
 
 
MÜASĠR AZƏRBAYCAN DĠLĠNDƏ KĠMYA TERMĠNLƏRĠNĠN TƏSNĠFATI 
Həmidova M.H. 
AMEA, M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu 
    
Müasir  Azərbaycan  dilçiliyinin  aktual  problemlərindən  biri  də  elmin  müxtəlif  sahələrinin  milli 
terminologiyasının tədqiqi və inkişafıdır. Hər elmin terminologiyası öyrənilir, işlənilir, unifikasiya olunur.  
Müasir  Azərbaycan  dilində  (bundan  sonra  MAD)  kimya  terminlərini  növbəti  əlamətlərə  uyğun 
təsnifləndirmək  olar:  1)  MAD-da  yaranma  zamanı  və  mənşəyinə  görə;  2)  yaranma  mənbəyinə  görə;  3) 
yaranma üsullarına görə; 4) ifadə etdikləri anlayışa görə və sairə. 
Yaranma  zamanı  və  mənşəyinə  görə  Azərbaycan  dilində  tədqiq  olunan  nominasiyalarin  inkişafının 
erkən mərhələlərində yaranmış arxaizmlər və Azərbaycan dilinin tarixinin ən son dövrlərində əmələ gəlmiş 
neologizmlər fərqləndirilir. Dilimizdə arxaizmlər kimya terminologiya sisteminin formalaşmasının müxtəlif 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
50 
 
 
dövrlərə  qədər  gedib  çıxan  sözlərlə  təmsil  olunur.  Məsələn:  altun  (au),  ağı  (KCN),  paxır  (CuO),  ünsür 
(element),  xəlitə  və  s.  nanostruktur,  pnevmomühərrik,  kapillyar  defektoskopiya  və  s.  kimi  terminlər  isə 
neologizmlərə aid edilir.  
Yaranma  mənbələri  nöqteyi  -  nəzərdən  yanaşdıqda  MAD-da  kimya  terminlərinin  tərkibində  əsl 
Azərbaycan  sözləri  və  dilimizə  başqa  dillərdən  keçən  söz  vahidləri,  yəni  alınma  sözlər  fərqləndirilir.  Əsl 
Azərbaycan mənşəli terminlərə ümumtürk və ya sırf Azərbaycan dilində yaranmış xüsusi nominasiyalar, eyni 
zamanda Azərbaycan dilinin şıvə və ləhcələrinə aid sözlər olan (ərazi dialektləri) daxil edilir. Məsələn: əhəng 
kimi  leksik  vahidlərə  artıq  yalnız  dialektlərdə  rast  gəlinmir.  Öz  inkişafının  müxtəlif  mərhələlərində 
Azərbaycan dilinin başqa dillərdən almış olduğu terminlərə yunan, latın, ingilis, alman, fransız, rus və digər 
xarici dillərin kimyəvi terminosisteminin tərkibinə daxil olan sözlər aiddir: endotermik, dissosiasiya, distonik 
ion və s. 
Azərbaycan dilində kimya sahəsinə aid olan terminoloji nominasiyalar öz yaranma üsullarına görə heç 
də  həmcins  deyil.  Analiz  edilən  termin  sistemin  tərkibində  ilk  növbədə  morfoloji  və  sintaktik  termin 
yaranması  üsulu  nəticəsində  əmələ  gəlmiş  söz  vahidləri  mövcuddur.  Adi  sözlər  kimi  kimya  terminləri  də 
ümumişlək və xüsusi leksikaların mövcud kök və sözlərinin bazasında formalaşır.  
Avrasiya  linqvistik  institutunun  professoru,  məşhur  filoloq  V.P  Danilenkonun  fikrincə,  kimya 
terminlərinin 3 növü mövcuddur: termin sözlər, termin sözbirləşmələr və  simvol sözlər.  
Kimyəvi  termin  sözlərin  təsnifatı  sözün  morfem  strukturuna  uyğun  olaraq  həyata  keçirilir:  sadə, 
düzəltmə və abreviaturlar.  
Sadə tipə kök-terminlər və məna morfemlərinə ayrılmayan tərkiblər aid edilir. Kök-terminlər ən qədim 
adlardır: su,duz, yağ. 
Düzəltmə  tipə  Azərbaycan  dilinin  söz  bazasında  affiksal  üsulla  yaranmış  terminlər    aid  edilir 
(kök+sözdüzəldici şəkilçi).  Məsələn: əri-mə, duz-lu, qaz-ıntı, köpük-lənən. 
Mürəkkəb  terminlər  isə  iki  və  daha  artıq  kökün  birləşməsi  yolu  ilə  yaranır:  alümosilikat,  natrium 
hidrokarbonat, monoxlorsirkə turşusu, qazabənzər, ikiatomlu və s. 
Abreviaturlar  nomenklatur  ifadələrin  qısaldılmış  ekvivalentləridir:  DNT-dezoksiribonuklein  turşusu, 
RNT-ribonuklein turşusu, MSA- mikrostruktur analiz, İQS-infraqırmızı spektroskopiya və s. 
Termin-sözbirləşmələr  iki  və  daha  artıq  xüsusi  professional  anlayışların  ifadəsinə  xidmət  edən  tam 
mənalı sözlərin məna və qrammatik birləşməsidir. Onlar bir sözdən ibarət termin formasına malik baza (əsas, 
dayaq) sözdən və ondan asılı olan iki və ya daha artıq sözlərdən ibarətdir. 
Termin-sözbirləşmələri  bölünən  və  bölünməz  olur.  Bölünən  sözbirləşmələri  iki  qrupa  ayrılır:  sərbəst 
(bütün komponentlər termindir və hər biri ikitərəfli əlaqəyə daxil ola bilər: kolloid kimya, elektrik yükü) və 
sərbəst  olmayan(asılı)  (burda  sözbirləşmələri  komponentləri  ayrılıqda  götürüldükdə  termin  olmaya  bilər: 
xörək  duzu  (NaCl),  qarışqa  turşusu  və  s.).  Termin-frazeologizmlər  bölünməyən  söz  birləşmələridir. 
Məsələn:‖pələng gözü‖- mineral. 
Simvol  sözlər-terminoloji  nominasiyaların  xüsusi  kombinə  edilmiş  struktur  tipidir  ki,  bura  söz 
işarələrindən əlavə rəqəmlər, qrafik işarələr, simvollar daxildir. Məsələn: radium-334, β-şüalar 
Azərbaycan  dilinin  kimya  terminləri  plastının  lüğət  tərkibinin  leksik-semantik  tədqiqi  göstərir  ki,  bu 
sözləri semantik-stilistik? yaxud üslub prinsipinə görə növbəti qruplara bölmək olar: ümumişlək sözlər (duz, 
turşu, qum, su və s.)  və terminləşmiş sözlər (qaynama, donma, parçalanma və s.); ümumelmi, ümumtexniki 
və sahələrarası terminlər (təcrübə, nəzəriyyə, sintez, analiz və s.) və sırf kimya terminləri (hidrogen, sulfid, 
ozon  və  s.).  İxtisas  terminləri  və  terminoloji  söz  birləşmələri  tədqiq  olunan  terminosistemin  tərkibindəki 
xüsusi  leksik  nominasiyaların  ən  geniş  yayılmış  təbəqəsidir,  onlar  yalnız  kimya  sferasına  məxsus  olan 
spesifik reallıqları adlandırır. 
İfadə etdiyi anlayış nöqteyi-nəzərdən biz müasir kimya lüğətlərindən, kimya dərsliklərindən  və elmi-
texniki  ədəbiyyatdan  sərbəst  seçmə  metodu  ilə  götürülmüş    terminləri  nəzərdən  keçiririk.  Sözün  birbaşa 
nominasiyası  prinsiplərinə  görə  tədqiq  olunan  terminoloji  leksikanı  terminoleksikanın  sözlərini  növbəti 
tematik-anlayış qruplarına bölmək olar: 
1.
 
Maddələrin, materialların adları: civə, mis, polad və s. 
2.
 
Proses, reaksiya, əməliyyatların adları: qatılaşma, ərimə, yanma, parçalanma və s. 
3.
 
Ləvazimat, cihaz adları: sınaq şüşəsi, nasos, tutqac və s. 
4.
 
Xassə, xüsusiyyət, əlamət adları: qələvilik, xlorlu, acı, paslanmayan və s. 
5.
 
Fiziki-kimyəvi ölçülərin adları: ağırlıq, kütlə, həcm, nisbət və s. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
51 
 
 
Ümumilikdə tədqiqat göstərir ki, müasir kimya termin sisteminə Azərbaycan dilində formalaşma tarixi 
və  mənşəyinə  görə,  yaranma  mənbələrinə  görə,  ifadə  etdiyi  anlayışa  görə  müxtəlif  olan  söz  vahidləri 
daxildir. Bu da müasir Azərbaycan dilinin tədqiq etdiyimiz təbəqəsinin əhatəliliyini göstərir. Onu da qeyd 
etmək lazımdır ki, kimya terminlərinin təsnifatına təqdim etdiyimiz siyahı tam deyil. Çünki kimya terminləri 
başqa əsaslarla da sistemləşdirilə bilər. Məsələn: üslub nöqteyi-nəzərdən, tədqiq olunan sferanın tərkibində 
işlənmə tezliyinə görə və s. 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin