AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


EKSTRALĠNQVĠSTĠK AMĠLLƏRĠN TƏSĠRĠ ĠLƏ BEYNƏLMĠLƏL TERMĠNLƏRĠN ĠNKĠġAFI



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

 
EKSTRALĠNQVĠSTĠK AMĠLLƏRĠN TƏSĠRĠ ĠLƏ BEYNƏLMĠLƏL TERMĠNLƏRĠN ĠNKĠġAFI 
Hüseynova-Qəhrəmanlı A.A. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Dilimizin lüğət tərkibində baş verən dəyişikliklər birbaşa olaraq cəmiyyətdə baş verən dəyişikliklərlə 
əlaqəlidir.  Dünyada  gedən  proseslər,  qloballaşma,  Qərbə  inteqrasiya,  xarici  əlaqələr,  diplomatik 
münasibətlər, bazar iqtisadiyyatı, ticarətin inkişafı və s. ekstralinqvistik amillər, ilk növbədə, dilə təsir edir. 
Dilin ən dinamik qatı leksikologiyadır. Ekstralinqvistik amillərin dilə təsiri nəticəsində dilin lüğət tərkibinə, 
terminoloji  sisteminə  alınma  sözlərin,  beynəlmiləl terminlərin axını surətlənir.  Sözlərin  bir  dildən  digərinə 
keçməsi müxtəlif tarixi şəraitlə və müəyyən səbəblərlə bağlıdır.  
Çağdaş dövrdə dilə  təsir edən ekstralinqvistik amillərdən biri qloballaşmadır. Qloballaşma beynəlxalq 
səviyyədə  baş  verən  prosesdir.  Bu  proses  insan  fəaliyyətinə,  cəmiyyətin  bütün  sahələrinə,  o  cümlədən  dilə 
təsirsiz  ötüşmədi.  Dil  daim  inkişafda  olan,  sabit  qalmayan    hadisədir.  Cəmiyyətdə  gedən  proseslər, 
dəyişikliklər dilə təsir edir, onun inkişafına, təkmilləşməsinə səbəb olur. Qloballaşma dünya dillərinin lüğət 
tərkibinə,  terminologiyasına  təsir  edən  prosesdir.    Dilin  ən  tez  yad  təsirlərə  məruz  qalan  hissəsi 
terminologiyadır. Qloballaşmanın dilə təsirinin izləri terminoloji layda qabarıq müşahidə olunur. Bu zaman 
dilin  lüğət  tərkibi  istər  kəmiyyət,  istərsə  də  keyfiyyət  baxımından  alınma,  beynəlmiləl  termin,  sözlərlə 
zənginləşir. 
İnformasiya  mübadiləsi,  sosial-iqtisadi  inkişaf,  dünyanı  bürüyən  qloballaşma  dilin  lüğət  tərkibini, 
terminoloji sisteminini zənginləşdirən və genişləndirən yeni sözlərin, terminlərin meydana çıxmasına zəmin 
yaratdı. Ümumiləşmə, bütövləşmə dünya xalqları tərəfindən istifadə olunan bir çox anlayış və məfhumların 
eyni maddi qabıqla ifadə olunmasını zəruriləşdirir. Həmin terminləri dilin öz sözləri ilə əvəz etmək uğursuz 
alınır,  yaxud  da  tərcüməsi  müəyyən  çətinliklər  yaradır,  ya  da  təhrif  olunur.  Bu  zaman  söz,  termin  hazır 
şəkildə alınır, yaxud da ki, cüzi dəyişiklik edilərək mənimsənilir.  
 Beynəlmiləl terminlər qloballaşmanın məhsuludur. Qloballaşma dillərin yaxınlaşmasına şərait yaradır. 
Bu  zaman  dünya  dilləri  bir-birinə  təsir  edir,  dillərin  birindən  digərinə  sözalma,  sözvermə  mübadiləsi  baş 
verir.     
Qərbə inteqrasiya, Amerika ilə birbaşa əlaqələr, yaxınlaşmalar, beynəlxalq aləmə marağın artması dilin 
bütün  səviyyələrinə,  xüsusilə  dilin  terminoloji  fonduna  təsir  göstərdi.  Dillərin  qarşılıqlı  əlaqəsi  prosesində 
ortaq leksik vahidlərin əmələ gəlməsi beynəlmiləl terminlərin yaranmasını şərtləndirdi. 
Hər dilin leksikasında həmin ölkənin ictimai, siyasi, iqtisadi həyatı əks olunur. Qloballaşma sayəsində 
bu sahələrin intensiv inkişafı ilə dilimizin lüğət tərkibinə yeni sözlər daxil olur, dil müasirləşir, digər dünya 
dilləri  ilə  qarşılıqlı  əlaqəyə  girir.  Bu  alınma  sözlər  beynəlxalq  xarakter  daşıyır.  Məhz  beynəlmiləl  ifadələr 
müasir  dünya  dillərinin  leksikasının  əsasını  təşkil  edir.  Qloballaşma  müasir  ədəbi  dillərin,  eləcə  də 
Azərbaycan dilinin lüğət tərkibinin inkişafında əsas tendensiya hesab olunur. 
 
Dilə təsir edən digər ekstralinqvistik amil dil nüfuzudur. Son dövrlər dilimizə ən çox terminlər qlobal 
dil olan ingilis dilindən keçir. Elmi-texniki tərəqqi,  ictimai-siyasi dəyişikliklərlə bağlı dilə ingilis sözlərinin 
axını  başlandı.  Müasir  dillərin  lüğət  tərkibində  ingilis  və  amerikanizmlərin  çoxalması  son  dövrlərdə 
amerikan mədəniyyətinin digər qitələrə təsir etməsinin nəticəsidir.  Bir dilin digər dilə təsiri təbii hadisədir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
61 
 
 
Bu, ayrı-ayrı dillərin tarixi inkişafı, son illər isə qloballaşma prosesi ilə bağlıdır. Dillərin qloballaşma prosesi 
və müasir Azərbaycan dilinin inkişafına təsiri deyərkən ağıla ilk gələn son dövrlərdə ingilis dilindən lüğət 
tərkibinə,  danışığa  külli  miqdarda  alınmaların  gəlməsidir.  İngilis  dili  nəinki  Avropada,  həmçinin  bütün 
dünyada qəbul olunmuş qlobal dildir.  
XXI əsr informasiya mənbələrinin zəngin olduğu bir dövrdür. Dil istifadəçiləri qloballaşmanın təsiri ilə 
cəmiyyətdə  gedən  proses,  hadisələrlə  maraqlanmaq  və  məlumat  əldə  etmək  üçün  nəinki  öz  informasiya 
mənbələrinə,  eləcə  də  digər  xarici  dillərə  müraciət  etməli  olur.    Müasir  informasiya  texnologiyaları  ingilis 
dili  materialı  bazası  əsasında  olur,  beynəlxalq  elmi  konferensiyalar,  məruzələr  çox  zaman  ingilis  dilində 
oxunulur, nəşr edilir və beynəlxalq danışıqlar ingiliscə aparılır.    
Beynəlmiləl  leksik  vahidlərin  formalaşmasına  təsir  edən  digər  amil  dünya  forumlarının,  beynəlxalq 
tədbirlərin,  təşkilatların  keçirilməsidir.  Hazırki  dövrdə  beynəlxalq  görüşlərin,  konfranslar,  simpoziumlərın 
xarici dillərdə keçirilməsində, beynəlxalq sənədlərin yazılmasında  ən çox xarici dillərə üstünlük verilir. Bu 
sahədə işlənən terminlərə misal olaraq memorandum, lisenziya, inkoterm, kontraktı və s. göstərmək olar.  
Ekstralinqvistik  amillərdən  biri  də  elm  sahələrində  olan  ixtira  və  kəşflərdir.  Yeni  elm  və  istehsalat 
sahələrinin yaranması dildə öz əksini tapır ki, bu da yeni terminlərin yaranmasına səbəb olur. Qloballaşma 
əsrində terminologiya sürətli inkişaf prosesini yaşayır.  XX-XXI əsrlərdə kompüterin, internetin kəşfi elmi 
inqilaba  səbəb  oldu  və  bu  elm  sahəsində  bir  partlayış  yaratdı.  İnformatika,  telekommunikasiya,  şəbəkə 
texnologiyalarının sürətli inkişafı, kompüterin geniş tətbiqi bu sektorda yeni terminlərin yaranmasına zəmin 
yaratdı.  Dünya  əhalisinin  internetdən  istifadəsi,  sosial  şəbəkələrə  marağın  artması  nəticəsində  sözalma 
prosesi  daha  da  intensivləşdi.    Nəticədə  dilə  bu  sahə  ilə  bağlı  xeyli  sayda  beynəlmiləl  terminlərin  axını 
sürətləndi. Məsələn, domen, login, sayt, çat, displey, e-auditportal, server və s.   
Hazırda  KİV-lərin,  müxtəlif  xarici  agentlik,  mətbuat  orqanlarının  geniş  vüsət  alması,  xarici 
telekanalların, peyklərin dünyaya yayımlanması nəticəsində dilə alınma, beynəlmiləl söz, terminlərin birbaşa 
daxil  olmasını  müşahidə  etmək  olar.  Məs:  teleanons, moratorium,  imic,  inaqurasiya,  pik-taym,  eks-skiper, 
embarqo,  aparteid və s.     
İqtisadiyyatın  güclənməsi,  bazar  münasibətlərinin  genişlənməsi,  dövlətlərarası  iqtisadi,  ticarət 
əlaqələrinin  və  bank-maliyyə  sektorunun  inkişafı  dildə  beynəlmiləl  terminlərin  yaranma  tempini  artırdı. 
Blank-veksel, marketinq, merdcer, nostro, veksel, offşor, onkol, revokasiya, skorinq və s.    
Turizm  sektorunun  dinamik  inkişafı  turizm  terminologiyasının  formalaşmasına  səbəb  oldu. 
Terminoloji  fond  yeni  terminlərlə  zənginləşdi:  turoperator,  turbroker,  ekoturizm,  turagent,  etnomədəni 
turizm və s.  
Dünyada  baş  vermiş  tarixi  hadisələr,  müharibə  şəraiti,    iqtisadi  böhranın  və  s.  beynəmiləl  xarakter 
alması ortaq leksik vahidlərin formalaşmasına səbəb olur. Məsələn: dolların məzənnəsinin artması ilə milli 
pul vahidinin aşağı düşməsi nəticəsində devalvasiya termini aktuallaşaraq beynəlmiləlləşdi.  
Ekstralinqvistik  amillər  dilin  terminoloji  sistemini  yeni  anlayış,  terminlərlə  zənginləşdirən  xarici 
faktorlardır. Lakin bəzən bu amillər dili yad sözlərlə yükləyir, onun dil istifadəçiləri tərəfindən anlaşılmasına 
çətinlik yaradır. Bunun üçün dilə zəruri olan söz, terminləri seçib istifadə etmək əsas şərtdir.    
 
 
AZƏRBAYCAN DĠLĠNDƏ GEDƏN PROSESLƏR VƏ MEYĠLLƏR 
Xəlilov B.Ə. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Dildə  və  dilçilikdə  olan  xoşagəlməz  meyillərin  qarşısını  almaq  üçün  görülən  işlərlə  bağlı  fikir  
və  mülahizələrimizi qeyd  etməyi  vacib  sayırıq.  
Birincisi, Respublikada  dilin  tətbiq  sahələrində  olan  qüsurların  təhlili  ilə  bağlı  xeyli  sayda  dilçi-
lərin, ziyalıların  məqalələri  çap  olunur. Həmin  məqalələrdə  dildə  gedən  proseslər  diqqət  mərkəzində  
saxlanılır  və  bu  prosesin  müsbət  və  mənfi  cəhətləri  araşdırılır. Ancaq  oxu  vərdişinin  geriləməsi, eyni  
zamanda  çap  olunan  qəzet, jurnalların  çoxlugu  və digər  səbəblər  imkan  vermir  ki, geniş  oxucu  kütləsi  
həmin  məqalələrlə  tanış  olsun.  Ona  görə  də  dillə  bağlı  yazılan  məqalələrin  geniş  oxucu  auditoriyası-
na  çatdırılması  yollarından  biri  də  odur  ki, hər  bir  müəssisədə,  təşkilatda, idarədə  dillə  bağlı  yazıların  
guşəsi  yaransın. Müntəzəm  olaraq  dillə   bağlı  hər  bir  yeni  yazı  özünə  yer  alsın. Bu  yazıların  ən  vacib  
və  əhəmiyyətli  olanları  müzakirə  olunsun. Müzakirələri  kütləvi  informasiya  vasitələri  işıqlandırsın. Bir  
də  görürsən ki, hər  hansı  bir  hadisədən  şou  düzəldirlər  və  bəzi  televiziya  kanalları, bəzi  qəzetlər  hə-

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
62 
 
 
min  şoudan  dəfələrlə  bəhs  edirlər. Cəmiyyətin  zövqünə  xələl  gətirən  belə  şoulardan  bəhs  etməkdənsə, 
vətən, torpaq  və  millət  qədər  müqəddəs  olan  dildən  söhbət  açmaq  insanlarda  dilə, torpağa, dəyərlərə  
bağlılıq  hisslərini  daha  da  artırar. Heç  uzağa  getmək  lazım  deyil,  elə  bu  yaxınlarda  filologiya  üzrə  
elmlər    doktoru    Cəlal    Bəydilinin  (Məmmədovun)  ―Ədəbiyyat‖  qəzetinin    2014-cü  il    24  oktyabr    tarixli  
sayında  çap  olunmuş  ―Dil  düşüncəsizliyi‘ məqaləsi  niyə  müzakirədən  kənarda  qalmalıdır? Axı  bu  mə-
qalədə  qoyulan  məsələlərlə  bağlı  müzakirələr  açmaq  olar. Həmin  müzakirələr  işin  xeyrinə  olar. İnsan-
ların  dilə  bağlılığını, sevgisini  artırar.  Məqalədəki  kütləvi  informasiya  vasitələrinin  səhifələrindəki  dil  
qüsurları  ilə  bağlı  dəyərli  fikirləri  rəğbətləndirməmək  olmur. Məqalədə  kütləvi  informasiya  vasitələrin-
də  özünə  yer  alan  qüsurlu  söz  və  ifadələr  göstərilir  ki, bunların  hər  biri  tez-tez  gözümüzü  deşir.  
Ancaq  bu  söz  və  ifadələr  qüsurlu  olduğunu  onu  işlədənlər bilirmi? Onlar  bilirmi  ki, publik  etirazlar, 
banal  əhvalat, iyi  oxumalar, qeyri-rəsmi  vizit, tərpənməz  əmlak, vəziyyət  kritikləşib, başın  cırılıb, çama-
dan    əhval-ruhiyyəsi,  pik    hədd,  özünü    lezvaladı,  sensasion    açıqlama,    kuryoz    hadisə,  dahiyanə    şoular, 
travma, dokumental  kino  və  s. söz  və  ifadələr  dilin  lüğət  tərkibinə  yamaqdır. Dilin  lüğət  tərkibinə  ya-
maq  olan  belə  sözlərin  dili  korladığını  ya  onu  işlədənlər  bilmir, ya  da  bilmək  istəmirlər.  Ona  görə  
də  müzakirələr  məsələni  ictimailəşdirməklə  yanaşı,  həm  də  məsələ  ətrafında  insanları  düşündürə  bilər.  
Nəticədə  ictimaiyyətin  hər  bir  üzvü  dilin  keşiyində  dayanmalı  olar. Bir  daha  qeyd  etmək  istərdik  ki,  
kütləvi  informasiya  vasitələrinin  dili  geniş  müzakirələr  əsasında  təhlil  olunarsa, xeyli  dil  qüsurları  ara-
dan  qaldırıla  bilər. Məsələyə  bu  mövqedən  yanaşanlar  və  bu  cür  düşünənlər  də  olubdur. Məsələn: 
S.Kapitsanın  haqlı  fikri  və  mövqeyi  bizi  təmin  edir  və  razı  salır. Onun  fikrincə, ―Əgər  bir  vaxt  
dövrümüzə  məhkəmə  qurulsa, KİV-lər  cinayətkar  təşkilatlar  sırasına  aid  ediləcək, onların   ictimai  şüu-
run  başına  gətirdiklərini  başqa  cür  qiymətləndirmək  də  olmaz‖.  
İkincisi,  dil  fərdi  deyil,  ictimai  hadisədir. O,  ictimai  hadisə  olmaqla  millətin  hər  bir  üzvünün  
sərvətidir. Lakin  bəzən  bu  sərvətə  fərdi  mülkiyyət  kimi  yanaşanlar  olur  və  onlar  dilin  qayda-qanunla-
rına  tabe  olmaq  əvəzinə, dili  öz  ‖qanunlarına‖ tabe  edirlər. Ancaq  onlar  barədə  ictimai  rəy  yoxdur, 
ictimai  rəy hələ də susur. Heç  olmasa, əməkdaşı  olduqları  kütləvi  informasiya  vasitələrinin  redaktorları, 
eləcə  də  sahələr  üzrə  redaktorlar  onları  tənbeh  edirmi? Əlbəttə, yox. Ona  görə  də  kütləvi  informasiya  
vasitələrində  çalışanların  fəaliyyətinə  ictimai  rəyi  yönəltməyin  vaxtı  çoxdan  çatıbdır. İctimai  rəy, icti-
mai  qınaq,  ictimai  danlaq  dilə  laqeyd  yanaşanların  da başının  üstünü  Domokl qılıncı kimi almalıdır. Di-
lə  laqeyd  münasibət   bəsləyənlərə  qarşı  ictimai  rəyi  ifadə  edən  vasitələr  formalaşmalıdır.  Ancaq  bir  
qrup  dilçilərin, filoloqların, ziyalıların  münasibəti  ilə  problemi  həll etmək  mümkün  deyildir. Ona  görə  
ki,  dili    bir    qrup    dilçi,  filoloq,  ziyalı    yaratmır  və  ondan    istifədə    etmir.  Həm    də    dildən    həmin    dilə  
mənsub  olan  hər  kəs  istifadə  edir. Nə  qədər  ki cəmiyyət  dili  dilçilər  tədqiq  edib   öyrənir  və  öyrədir-
lər  deyəcək, bir  o  qədər  də  dil  əziyyət  çəkəcəkdir. Dili  millətin  hər  bir  üzvü  öyrənir  və  öyrədir  və  
dilə  olan  münasibətdə  ictimai  məsuliyyət də  buradan  başlayır. Bəli,  millətin  hər  bir  üzvü  elə  ilkin  
mərhələdə  ailədə  dili  öyrənir  və  ailədə  də  həmin  dili  övladlarına  öyrədir. Deməli, dili  öyrənmək  və  
öyrətmək  prosesinin  ilkin  mərhələsində  hər  bir  kəs  iştirak  edir.  
Üçüncüsü, dili  öyrətmək  və  öyrənmək  prosesi  ictimailəşmə  yolu  ilə  həyata  keçirilsə, nəticə  verə  
bilər. Belə  ki, cəmiyyətin  hər  bir  üzvü  bilməlidir  ki, o, həm  dili  öyrənir, həm  də  öyrədir. Cəmiyyətin  
hər  bir  üzvü  bilməlidir  ki, kiməsə  həm  dili  öyrədir,  həm  də  özü  kimdənsə  dili  öyrənir. Kiməsə  dili  
öyrətmək    deyəndə    ailədən    başlayaraq    bağça,  orta   məktəb   və    ali    məktəb də  daxil olmaqla  bütün  bu 
mühitləri  nəzərdə  tuturuq. Ailədə  valideyn  öz  övladına  dili  öyrədir. Sonra  bağça, orta  və  ali  məktəbdə-
ki,  həm  də  cəmiyyətdəki  mühit  aparıcı  mövqedə  olur. Cəmiyyətin  hər  bir  üzvü  öz  danışığı, nitqi  ilə  
ətrafındakılar  üçün  dil  mühiti  yaradır. Onun  nitqinin  müsbət  və  mənfi  məziyyətləri  ətrafındakılara  
nümunə  olur. Deməli, bizim  hər  birimiz  geniş  mənada  dili  cəmiyyətdə  öyrənirik  və  öyrədirik. Bundan  
başqa, dil  orta  məktəbdə  ―Azərbaycan  dili‖ fənnindən  və  ali  məktəblərin  müvafiq  fakültələrində  dil  
dərslərindən öyrənirik. Dil  dərsini  öyrədənlər, tədris  edənlər  cəmiyyətin  digər  üzvlərindən  fərqli  olaraq  
mütəxəssis  və  peşəkar  olurlar. Beləliklə, bizim  hər  birimiz  dil  mühitində  yaşayırıq. Bu  mühitdə  həm  
öyrənirik, həm  də  öyrədirik. Dil  bu  mənada  ictimai  hadisə  kimi  bizim  hər  birimizə  xidmət  edir. Anc-
aq  dilin  bu  cür  ictimailəşməsinin  mahiyyətinə  varmırıq. Belə  olan  təqdirdə, yaxşı  olar  ki,  ictimailəş-
miş  dilin  bir  ittifaqı,  birliyi  olsun. Yəni  rəssamların, yazıçıların, bəstəkarların  birliyi  kimi. Əgər ―Azər-
baycan  Dilçilər Birliyi‖  adlı  bir  təşkilat  yaranarsa, burada  dilçilərdən əlavə, dilin  təəssübkeşliyində  mə-
nəvi  haqqı  olan  ziyalıların  da  birliyə  üzv  olması  zərurəti  yaranacaqdır. Həm  də  dilin  öyrədilməsi  və  
öyrənilməsi    prosesi    ictimai    mahiyyətini    təsdiq    edəcəkdir.    Onda    cəmiyyətin    hər    bir    üzvü    başa  
düşəcəkdir  ki, dili  qorumaq, onun  keşiyində  dayanmaq  yalnız  dilçilərin  işi  deyil, həm  də  cəmiyyətin  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
63 
 
 
hər  bir  üzvünün  işidir. Yeri  gəlmişkən  qeyd  edək  ki, ―Azərbaycan Dilçilər  Birliyinin‖  görəcəkləri  işlər  
dilə  və  dil  mühitinə  böyük  fayda  verər. Məsələn, bu  qurum  dilin  lazımi  səviyyədə  öyrənilməsi  işini  
fəallaşdıra  bilər. Belə  ki, dilimizin  izahlı  lüğətində də, orfoqrafiya lüğətində də dilimizin  lüğət  tərkibində-
ki sözlərin hamısı öz  əksini  tapmamışdır. Halbuki  dilimizdə işlənmə dairəsinə görə xeyli sözlər var ki, on-
lar lüğətlərə düşməmişdir. Onları  toplamaq,  qruplaşdırmaq, sistemə  salmaq  əhəmiyyətlidir,  həm  də  dilin  
lüğət  tərkibinin  qorunub  saxlanılmasıdır. Bölgələrdə, regionlarda, rayonlarda, kəndlərdə  informatorlardan  
dil  faktlarını  toplayan  ziyalılardan  istifadə  etmək   lazımdır. Həmin   ziyalılar  bölgələrdə  ―Azərbaycan  
Dilçilər  Birliyinin‖ nümayəndələri  kimi  unudulan, yaddan  çıxan  sözləri  toplayıb  dilimizin  lügət  tərkibi-
nin  imkanlarının  genişlənməsinə  yardım göstərə  bilərlər. İndiyə  qədər  dilimizin  lüğət  tərkibindəki  söz-
lərin  hamısı  birər-birər  toplanmamış  və  lüğətlərə  daxil  edilməmişdir. Bu  mənada  XX  əsrin  30-cu  illə-
rində  fransız  dilçisi  A.Meyenin  söylədiyi  belə  bir  fikir maraqlıdır  ki, dil  praktik  cəhətdən  hələ  lazımi    
qədər  öyrənilməmiş və  heç  vaxt  öyrənilib  qurtarmayacaq da. Təkcə  dialektlərimizdəki  dialekt  sözləri, 
məhz  müxtəlif  sahələrə  aid  dialekt  sözləri  xam  material  olaraq  lazımi  səviyyədə  öyrənilməmişdir. Bu  
işin  praktik  tərəfini  həll etmək  üçün  ―Azərbaycan  Dilçilər  Birliyi‖nə  və    onun  regionlarda  olacaq  
nümayəndələrinə  böyük  ehtiyac  vardır. Bu  təşkilat  Nəsimi  adına  Dilçilik  İnstitunun  və  müvafiq  ali 
məktəblərdəki mütəxəssislərin görəcəkləri işə qarışmadan dilin lüğət  tərkibinin, qrammatik qanunlar qurulu-
şunun praktik cəhətdən öyrənilməsi istiqamətində öz  fəaliyyətini qurmalıdır.  
Dilin  lüğət  tərkibinin, qrammatik  quruluşunun  praktik  cəhətdən  öyrənilməsi  dilin  milli  fiziono-
miyasını, fəlsəfəsini, poetikasını, ruhunu  üzə  çıxara  bilər. Axı  indiyə  qədər  dilin  fəlsəfəsindən, poetika-
sından, ruhundan ya bəhs  olunmamışdır, ya  da  çox  səthi  bəhs  olunmuşdur. Belə olan  təqdirdə, deməli, 
yüksək dil  mədəniyyətinə  yiyələnmək  üçün  dilin  zəngin  xüsusiyyətlərini: fəlsəfəsini, poetikasını, ruhunu  
öyrənmək  lazımdır. Bunlarsız  dil  də, dilin  mədəniyyəti  də  yoxdur.  
 
 
XARĠCĠ DĠL DƏSLƏRĠNDƏ AUDĠO-PERSEPTĠV ÇALIġMALARININ ƏHƏMĠYYƏTĠNƏ DAĠR
 
İlyasova G. 
Azərbaycan Dillər Universiteti 
 
Dillərin  öyrənilməsində  təcrübi  məqsədin  əldə  edilməsi  üçün  tədris  işinin  əsas  bölməsi  kimi  nitqdə 
eşidib anlama  müəyyən tədris proqramı  əsasında aparılır. Xarici dildə rabitəli nitqin dərk edilməsi zamanı 
tələbələr  çox  sayda  çətinliklərlə  üzləşir.  Belə  ki,  bu  çətinlikləri  qısa  müddətdə  aradan  qaldırılması  ən  çox 
keyfiyyət  baxımından  günün  tələbələrinə  və  dünya  standartlarına  cavab  verən  dil  müəllimlərinin  üzərinə 
düşür.  
Səslənən  nitqin  dərk  edilməsinin  vacibliyi  müxtəlif  şərtlərdə  baş  verir.  Məsələn,  şəxsi  söhbətdə, 
mühazirə zamanı, teatrda, radioya qulaq asanda, televizora baxanda və s. Həmsöhbət adətkərdə olan və ya 
yad şəxs ola bilər. Nitqin məzmunu isə müxtəliyliyi ilə seçilir (təəssüratlar mübadiləsi,  ölkə, şəhər haqqında 
söhbətlər,  kitab  müzakirəsi,  radio  ilə  məlumat  və  s.).  Bütün  bunları nəzərə alaraq,  eşidib  anlamada  xüsusi 
fikir vermək lazımdır. 
Məlumdur  ki,  eşitmə  ilə  tələbələr  tərəfindən  qəbul  edilən  nitqin  həcmi  tədrisin  müxtəlif  
mərhələlərində səslənməsinin  müddəti ilə  xarakterizə  olunur.  Eşidib  anlamaya  tədrisin  düzgün  təşiki ilə  də 
nail olmaq mümkündür. Buraya həmçinin nitqin tempi, mövcud olan və ya olmayan görmə dayağı, danışanın 
səsinə vərdiş etmək daxildir. 
Eşidib  anlamda  görmə  dayağı  kimi  artikulyasiya,  mimika,  danışanın  əl-qol    hərəkətləri  əsas  rol 
oynayır.  Lakin  radionu,  maqintafonu  dinlərkən,  telefonla  söhbət  edərkən,  danışanı  görmək  imkanını 
olmaması dinləyici üçün əlavə çətinliklər yaradır. Müəllimin, xüsüsilə fonetika müəlliminin əsas vəzifəsi bu 
çətinlikləri aradan qaldırmaq üçün tələbələri hər cür nitqə alışdırmaqdır.  
Eşidib anlamanın tədrisində audio tapşırıqları şərti olaraq iki yerə bölmək olar: hazırlıq tapşırıqları və 
nitq tapşırıqları. Hazırlıq tapşırıqlarına eşidib anlamada yaranan, ayrı-ayrı çətinliklərin qruplara bömlünməsi 
və ayrılıqda həmin qruplar üzrə iş tapşırıqları daxildir. Nitq  tapşırıqlarına  isə söylənilənin ümumi mənasının 
qavranılmasına  və  ya  ayrı  –  ayrı  məna  qruplarının  işlənib  hazırlanmasına  yönələn  tapşırıqlar  aiddir.  Bu 
tapşırıqları ətraflı nəzərdən keçirək. 
Nitq tapşırıqları 2 əsas məsələni həll etməyə yönəldilməlidir: 
1)
 
Deyilənlərin məzmununa başa düşməklə bağlı çətinliklərin aradan qaldırılması; 
2)
 
Müxtəlif şəraitlərdə yaranan çətinliklərin aradan qaldırılması.  
Dinləmə üçün nitq  tapşırıqları müxtəlif tədris materialları əsasında qurulur. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
64 
 
 
         a) tapmacalar tələbələrin eşitmə yaddaşının inkişafına kömək edir 
         b) əsasən, rəqəm və tarixləri özündə cəmləşdirən öyrədici xarakter daşıyan qısa informasiyalar. 
        c)  kiçik  əyləncələri  hadisələr  və  lətifələr,  əsasən,  mətndə  olan  kiçik  əyləncəli  hadisələri  dialoq 
şəklində ifadə etmək.  
        d) özündə müəyyən ictimai-siyasi informasiyaları toplamış qəzet məlumatları. 
        e)  bir  neçə  səhifədən  ibarət  fabul  (ədəbi  əsərin  və  onda  təsvir  olunan  hadisələrin  məzmunu) 
mətnlər. Burada, əsasən, hadisələrin inkişafına fikir verilir. 
Göstərilən  tədris materialları hal-hazırda keçilən dərslikdəki mövzü və mətnlərlə və yaxud müəyyən 
yubiley  hadisələri,  tarixi  günlər,  bayramlar  və  s.  ilə  əlaqələndirilir.  Lakin  sonrakı  mərhələdə  mövzu  ilə 
əlaqəsi olmayan mətnlərin də verilməsi yaxşı effekt verir. 
Dinləmə tapşırıqlarının yerinə yetirilməsi 3 mərhələyə bölünür: 
1)
 
Dinləmə hazırlıq (pre-listening)  
2)
 
Dinləmə (listening)  
3)
 
Dinlənilənin dərk edilməsinin yoxlanılması (post listening) 
Dinləməyə hazırlıq zamanı müəllim tələbələrə mətni başa düşməkdə çətinlik törədən naməlum sözlər 
haqqında məlumat verir. Onu yazı taxtasında da yazmaq olar. Bu mərhələdə müəllim dinləniləcək materialla 
əlaqədə olan bir sıra söhbətlər apara bilər. Belə ki, müəllim tələbələrə həmin müəllifin başqa hansı əsərlərini 
oxuduqlarını yada salmağı təklif edir, müəllif haqqında nəyi bildiklərini soruşur. Müəllim həmçinin məlumat 
verir ki,  dərketmə necə yoxlanacaq (tərcümə, nəql etmə, suallara cavab vermə və s.) 
Tapşırıqların yerinə yetirilməsində son mərhələ dərketmənin nəzarətidir. Bu həm şifahi, həm yazılı ola 
bilər.  Məsələn, tələbələrə təklif etmək olar ki, öz ana dilində nə başa düşdüklərini bildirsinlər və ya yazılı 
şəkildə suallara cavab versinlər. Sualları yazı taxtasında, ya da yazılı şəkildə kağızda vermək olar.  
1) dinlənilən məlumatın planını tərtib etmək; 
2) dinlənilən məlumata sərlövhə fikirləşib tapmaq; 
3) əsas mənanı qeyd etmək; 
4) ümumi məzmunu nəql etmək;  
    a) çox qısa; 
    b) daha geniş 
5) iştirak edən şəxsləri xarakterizə etmək;  
6) nəql edilənin sonluğunu uydurmaq və dinlənilənin məzmunu ilə əlaqələmdirmək; 
7) məlumata hansı tanınmış şəxs, əşya və ya hadisədən danışıldığını  müəyyənləşdirmək (tapmaq); 
8) danışanın (müəllifin) hadisələrə və iştirak edən şəxslərə  münasibətini müəyyən etmək; 
9) hadisələrə və iştirak edən şəxslərə öz münasibətini müəyyən etmək;  
10) mətnin məzmunu ilə bağlı söhbət aparmaq;  
Dinləmənin  öyrənilməsində  müxtəlif  tapşırıqların  və üsulların  tətbiqi  ilə  yanaşı,  texniki səs  vəsaitləri 
yeganə olaraq imkan verir ki, univeristet şəraitində tələbələr öyrəniləcək dildə nəinki öz müəllimini və ya öz 
tələbə  yoldaşını,  hətta  bu  dildə  danışan  başqalarını  da  başa  düşsün.  Bu  isə  müasir  dövrümüzdə  tədris 
prosesinə verilən proqram tələbidir.  
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin