DĠNLƏ BAĞLI OLAN SABĠT ĠFADƏ VƏ SÖZ BĠRLƏġMƏLƏRĠ
Qarayeva A.
Sumqayıt Dövlət Universiteti
Azərbaycan dilinin lüğət tərkibinin ana xəttini Azərbaycan türklərinin mənəvi mədəniyyətinin müxtəlif
sahələrini, adət-ənənələrini, ailə-məişət mərasimlərini, təqvimi-mövsümi mərasimləri, dini ayinləri, ayrı-ayrı
bayramları, mifik görüşləri və s. əks etdirən söz, termin və frazeoloji ifadələr təşkil edir. Dilin leksikası
ayrılıqda hər bir fərdin və ya ümumilikdə cəmiyyətin diaxronik planda dilin dünya sistemi ilə genetik
əlaqəsini əks etdirir. Məsələn, V.V.Vinoqradov bu barədə belə yazır: ―Sözlərin məzmununun mahiyyəti,
sözün anlayışındakı əsaslı dəyişikliklərin təhlili tarixi planda gözdən keçirilməlidir‖. Bu baxımdan hər bir
dilin leksik layında xüsusi mövqeyi ilə seçilən dini terminlər digər qrup sözlərdən fərqli olaraq stabilliyi və
ənənəviliyi ilə diqqət çəkir. Belə ki, hər bir dini termin incələndikdə, mənşəyi araşdırıldıqda dildə baş verən
bir çox tarixi proseslərin aşkar və aydın izah edilməsi mümkün olur.
Din və ilahi ilə bağlı fərqli görüşlərin insan təfəkkürünə yol açması, təbii ki, onun nitqində müxtəlif
sabit ifadələrin işlədilməsinə yol açır. Beləliklə, ən sonuncu qrupda araşdırdığımıza baxmayaraq, qeyd
etməliyik ki, dini terminlərin ən qəlizi və hətta mənası belə kütlə tərəfindən tam dərk edilməyəni dilimizə
məhz sabit ifadələr vasitəsilə daxil olmuşdur. Onlardan bir neçəsini nəzərdən keçirərək, onların ifadə
etdikləri mənalara da diqqət yetirək:
La İlahə İlallah - Allahdan qeyri ilah yoxdur; Maşallah - Allah nə istəsə; Əlhəmdulillah - Həmd-səna
Allaha məxsusdur; Əşukrulillah - Şükür Allaha aiddir; Subhanallah - Allah pak və münəzzəhdir;
Əstəğfirullah - Allahdan bağışlanma istəyirəm; İnnə lilləh və innə iləyhi raciun - Həqiqətən biz Allah üçünük
və ona tərəf qayıdacağıq; Həsbiyəllah - Allah mənə yetər; Təvəkkəltu ələllah - Allaha təvəkkül etdim;
İtəsəmtu billəh - Allaha arxalandım; Lə həvlə və lə quvvətə illə billəhil əliyyil əzim - Uca və əzəmətli
Allahdan başqa sığınacaq və güc-qüvvə yoxdur.
Biz adət etmişik ki, duaların, xeyir arzuların və xahişlərin ardından dinləyənlər, həmsöhbətlər həmişə
böyük bir ―amin!‖ ifadəsi ilə cavab verirlər. Türk dillərinə ərəb dilindən keçən bu kəlmənin mənası ―allah
qəbul etsin‖dir. Leksik vahidin öz kökü isə «əmin, möhkəm, sabit» kimi mənalara gəlir və «etibarlı (adam)»
mənasındakı əmin sözü ilə də qohumdur. ―Amin‖ sözünün etimoloji kökünü daha dərindən araşdırdıqda
onun qədim Misir ehramlarının yarandığı dövrə gedib çıxdığını müşahidə edə bilərik. Belə ki, antik Misirdə
dua edənlər, duaların sonunda tanrının qəbulu üçün Amonun adıyla, (daha sonralar Amen şəklinə
düşmüşdür) cümləni, duanı bitirirlərmiş.
Məzmunca ―amin‖ə oxşar olan digər bir ifadə daha çox Türkiyə türkcəsində işlədilən ―eyvallah!‖
kəlməsidir. ―Eyvallah‖ Ərəbcə (iy-vallah); Vallah, elədir, Allah bilər kimi mənalardadır. Anadolu xalq
təsəvvüfündə isə təvəkkül ifadə edən bir ifadədir. ―Xeyr də olsa, şər də olsa, hər gələn Ondandır‖ mənasını
ehtiva edir. ―Eyvallah‖ ifadəsi ayrıca türkcədə bu mənalarda da istifadə edilməkdədir:1)Biri bir şey ―ikram
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
71
edincə‖ təşəkkür edirəm mənasında «Eyvallah» deyilir. 2) Ayrılıb gedərkən, xudahafiz mənasında
«Eyvallah» deyilir. 3) Birindən ―kömək edərsinizmi?‖ deyə soruşduqda, bəli mənasında «Eyvallah» da
deyilir.
Dilimizdə allah sözünun iştirakı ilə formalaşmış bir sıra ismi birləşmələr vardır. Bunların coxu təyini
söz birləşmələri şəklindədir: gözəgörünməz allah, yeganə olan allah, misli və manəndi olmayan cənab allah;
allah bəndəsi, allah-taala yolunda, allah rizasına, allah-taala həzrətləri, allah məsləhəti, allah həzrətləri, allah
hurufatı; allahın heyvanı, allahın mərhəməti, allahın yolu, allahın sayəsində, allah taalanın lütfü və
mərhəməti, allahın dərdi, allah-taalanın sifətləri, allahın mömin bəndələri, cənab allahın adı, cənab allahın
ismi-şərifi, allahın bədbəxt bəndələri, allahın yazıq insanı və s. İzafət şəklində olan birləşmələr cox az olub,
bir necə tipik dini ifadəni əhatə edir: allahurrəhmanir-rəhim, allahu-əkbər və s. Canlı danışıq dilindən gələn
bir sıra predikativ birləşmələr müasir dilimiz üçün hələ də xarakterikdir. Belə birləşmələrin subyektini allah
sözü təşkil edir: allah bərəkət versin, allah ziyarətinizi qəbul etsin, allah sənə lənət eləsin, allah atana rəhmət
eləsin, allah sizin evinizi yıxsın, allah onu pir eləsin, allah onu sənə cox görməsin və s.
Tərkibində allah sözü olan predikativ birləşmələr: pənah allaha, allah, kərəminə şukur, allah,
bədnəzərdən saxla, allaha şükür, pənah aparıram bir allaha, and verirəm səni o allaha. Bunlardan əlavə, allah
sözünun əsasında vallah, billah, bəzən də vallahı, billahı, inşaallah kimi alqış, and məqamındam işlənən
sözlərə də rast gəlirik.
DĠLDƏ TABU HADĠSƏSĠ
Qocayeva Ş.K.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Tabu və evfemizmlər məsələsi səbəb-nəticə və növləri etibarı ilə sosial elmlərin (etnoqrafiya,
etnolinqvistika, psixolinqvistika, sosiolinqvistika və s.) araşdırma obyekti olan çoxistiqamətli
mövzulardandır. Tabu cəmiyyət içində, sosial və mənəvi sahədə formalaşır. Cəmiyyətin milli-mənəvi həyatı
mürəkkəb hadisə olmaqla, bir çox elementlərin məcmusundan ibarətdir. Bu həm də bütün cəmiyyətin və
ayrı-ayrılıqda hər bir adamın nitq tələbatını ödəmək üçün sivil dəyərlərin yaranması prosesidir.
Dilin lüğət tərkibində müəyyən sahəni tabu sözlər təşkil edir. Dildə müxtəlif hadisələr baş verir. Dilin
leksik sistemində tabunun linqvistik və etnoqrafik təbiəti dünya dillərinin leksikologiya və üslubiyyatında
aktual məsələlərdən hesab edilir. Bir hadisə kimi tabu dillərin lüğət tərkibinin zənginləşməsində, nitq
mədəniyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır.
Tabu bir termin kimi linqvistik və etnoqrafik təbiətə malikdir. Eyni zamanda tabunun sosiolinqvistik
mahiyyəti onun evfemizmlə qarşılıqlı əlaqəsində özünü göstərir.
Tabu hər bir dilin milli tərəfini əks etdirir. Məlumdur ki, dilin etnoqrafik sistemində tabu ilk dəfə
olaraq dini dəyərlər - xürafat, mövhumat əsasları ilə meydana çıxır. Qeyd etmək lazımdır ki, müasir
linqvistika elmi nəzərə çatdırır ki, tabu təkcə söz deyil, mövhumatı, xürafatı, insanla bağlı bir sıra hadisələri
bütün gücü ilə təqdim edən bir hadisədir. Öz növbəsində tabunun meydana gəlməsinin başqa milli-mənəvi və
sosial səbəbləri də mövcuddur. Ədəb, nəzakət, mərifət hissi, duyğusu, zəriflik, incəlik, ədəb qaydalarını
gözləmək, cəhd etmək, can atmaq amillərini də buraya əlavə etmək olar.
Dildə nəzakətli, nəzakətsiz söz və ifadələrə tez-tez rast gəlmək olur. Nitq vahidlərinin həmin
keyfiyyətlərə malik olması onların danışıq aktında oyatdığı hissi təsirlərin səciyyəvi xüsusiyyətlərindən irəli
gəlir. Bir şəxsin digərinə, eləcə də başqa varlıqlara münasibəti nifrət məzmunlu kobud və təhqiramiz, söz və
ifadələrlə- tabularla da ifadəsini tapır.
Tabu polinez sözüdür, «ta» ünsürü ―qadağan etmək‖, bu isə «bütövlükdə, tamamilə» deməkdir. Həmin
ifadə nitqdə istifadəsi qadağan hesab edilən söz və ifadə anlamında işlədilir. Bu tip söz və ifadələrdən
mədəni baxımdan az inkişaf etmiş, geridə qalmış xalqların nitqində daha çox istifadə olunur. Həmin xalqlar
sırasında polinezlərin, avstraliyalıların, zulusların, eskimosların, kafrların və s.
Geniş mənada tabu bir çox elmlərin tədqiqat obyektidir: dinşünaslıq, tarix, etnologiya (etnoqrafiya),
psixologiya və s. Müasir linqvistikada isə tabu, xüsusən də verbal tabu nəinki müasir dil hadisəsi kimi,
qadağan olunmuş sözlərdən istifadə edilməməsi kimi, əsas sosial faktor kimi, etiket, senzura aspektlərində
öyrənilir. Boş söz, boş danışıq tabuları mənəvi mədəniyyətimizin arxaik elementləridir. Tabu termini «güc»
anlamında da istifadə edilir. Bu anlam indi öz əhəmiyyətini itirmişdir. Qədim romalılar zamanında bu məna
işlək idi. Sonralar tabu ―müqəddəs‖, ―müqəddəsləşdirilmiş‖; ―təhlükəli‖, ―qorxunc‖, ―yasaq‖, ―qadağa‖,
çirkli anlamlarında işlənməyə başlayır. ―Müqəddəs qorxu‖ bu gün tabu anlayışını tam ehtiva edir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
72
SĠNTAKTĠK OMONĠMLĠK
Qocayeva M.
Azərbaycan Dillər Universiteti
Məlumdur ki, omonimlik qrafik və fonetik tərkibi eyni olub, leksik mənaları müxtəlif olan, cümlədə
fərqli distribusiyalara malik, eyni və fərqli nitq hissələrinə aid olan sözlərdə müşahidə olunan dil hadisəsidir.
Omonimlik tarixi kateqoriya olub, aid olduğu dilin və həmin dilin aid olduğu xalqın mədəni, məntiqi-
yaradıcı inkişaf səviyyəsi ilə müşayiət olunan dildaxili, qanunauyğun bir prosesdir.
Omonimlik dilin bütün iyerarxiya sistemində özünü göstərən bir hadisədir. O, dil universarilərindən
olub, müxtəlifsistemli dillərdə hər zaman tədqiqat obyekti olmuşdur.
Dilçilik ədəbiyyatında omonim və çoxmənalı sözlər haqqında nə qədər yazılsa da, onlar diaxronik və
sinxronik tədqiqat metodları ilə öyrənilsə də, hələ də onların dildə yaranma mexanizmi elmi həllini
tapmamışdır.
Lakin bir çox alimlər omonimlərin tədqiq olunmasında iki prinsipi əsas götürürlər:
a) omonim sözlərin etimoloji cəhətdən tədqiqi;
b) omonim sözlərin əlaqəlilik və əlaqəsizlik prinsipi (the relatedness and unrelatedness) əsasinda
tədqiqi.
Bununla yanaşı, dilçilikdə omonim sözlər leksik səviyyədə geniş şəkildə tədqiq olunmuşdur. Omonim
sözlərin təsnifatı dörd kriteriya əsasında verilmişdir:
1) sözlərin leksik mənasina görə;
2) sözlərin eyni baza formasına görə;
3) sözlərin qrammatik paradiqmalarına görə;
4) sözlərin aid olduğu nitq hissələrinə görə.
Dildə omonimlərin leksik, leksik-qrammatik və qrammatik olmaqla üç növü müəyyən-ləşdirilmişdir.
Omonim sözlər tam və qismən omonim olmaqla iki yarımqrupa ayrılırlar. Eyni zamanda dildə omonimlərin
digər tipləri - omofonlar və omoqraflar da müəyyənləşdirilmişdir. Onlar yalniz bir əlamətlə omonim sözlərə
bənzəyirlər.
Qeyd olunduğu kimi, omonimlər dilin fonem səviyyəsindən başlayaraq sintaktik səviyyəyə qədər
mövcuddur.
Sintaktik omonimlik dedikdə omonimliyin söz birləşməsi və cümlə səviyyəsi nəzərdə tutulur. Sintaktik
omonimlik leksik omonimlik qədər tədqiq olunmasa da, keçən əsrin 60-cı illərindən başlayaraq onun
öyrənilməsində irəliləyiş olmuşdur.
Sintaktik omonimliyin öyrənilməsi təbiət elmlərinin inkişafı, elmi-texniki tərəqqi, maşın
tərcüməsindən geniş şəkildə istifadə olunması və bu zaman yaranan problemlərin təhlil olunması
zərurətindən yaranmışdir. Bununla yanaşı, artıq 60-cı illərdə cümlənin sintaktik strukturu cümlə üzvlərinə
görə deyil, cümlənin tərkib hissələrinə (immediate constituent – İC) görə araşdırılırdı. Eyni zamanda yeni
sintaktik nəzəriyyə olan transformasion – generativ qrammatika (TGQ) (və ya törəmə qrammatika)
metodunun dildə tətbiqi bu işi daha da sürətləndirdi. Belə ki, alt qatda (deep structure) formalaşan cümlə üst
qatda (surface structure) fonetik olaraq səsləndikdə, eyni bir sintaktik quruluşa malik olan cümlənin mənası
iki və daha artıq şəkildə başa düşülə bilər. Bu vəziyyət danışanı və dinləyəni çıxılmaz vəziyyətdə qoyur.
Cümlənin omonimliyi ambiqivitlik (iki və ya coxmənalılıq) hadisəsinə səbəb olur. Əgər ambiqivitlik hadisəsi
cümlədəki omonim və ya çoxmənalı sözün leksik mənasından asılı olaraq yaranıbsa, bu leksik ambiqivitlik
(lexical ambiguity) adlanır.
Cümlədə ambiqivitlik verilmiş cümlənin sintaktik quruluşundan asili olaraq yaranibsa, bu sintaktik
ambiqivitlik adlanır (syntactic ambiguity). Ümumiyyətlə, dildə cümlənin çoxmənalı şəkildə şərh olunması
omonim sözlər və ya onun tipləri hesabina yaranırsa, bu dilçilikdə ―omonimik ziddiyyət‖ və ya ―omonimik
konflikt‖ (a homonymic clash or conflict) adlandırılır. Cünki, cümlənin semantik cəhətdən müxtəlif
mənalarda başa düşülməsi mövcud konteksti anlamağa çətinlik yaradır. Bu baxımdan sintaktik omonimliyin
tədqiqi dilçiliyin aktual məsələlərindən birinə çevrilmişdir.
Sintaktik omonimlik cümləni əmələ gətirən sözlər arasındakı sintakmatik və paradikmatik
münasibətlərdən asılı olaraq yaranan dil hadisəsidir. Bu münasibətlər mətn daxilində cümlənin aktual
üzvlənməsi zamanı özünü göstərir. Məhz nitq zamanı cümlənin informativ xarakterli olması onun struktur-
semantik xüsusiyyətlərini aktuallaşdırır, cümlənin mənasının birdən artıq formada başa düşülməsi problem
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
73
olaraq sintaktik ambiqivitlik yaradır. Ambiqivitlik hadisəsi nitq prosesində yarandığına görə sirf kontekstual
(context - dependant phenomenon) xarakter daşıyır. Onun disambiqivitiliklə (yəni iki və ya çoxmənalılığın
aradan qalxması) əvəz olunması da kontekstdən asılıdır.
Leksik və sintaktik omonimliyin nəticəsi olaraq yaranan ambiqivitlik hadisəsi mövcud situasiyanın
qavranılması üçün çətinlik yaratsa da, hal-hazirda ambiqivitlik psixolinqivistikada öyrənilən ən əsas dil
hadisələrindən biridir. Çünki ambiqivitlik dil vahidlərinin nitq prosesində, kontekstdə görünməyən tərəflərini
görməyə, nitq zamanı sözün, söz birləşmələrinin və cümlənin mətndaxili və mətndən kənar mənalarını şərh
etməyə imkan verir. Oxucuda və ya dinləyicidə kontekstə qarşı marağı və məntiqli yanaşmaqla düzgün
interpritasiya vermə həvəsini artırır.
AZƏRBAYCAN ESSELƏRĠNĠN MODAL STRUKTURU
Qurbanova İ.S.
Sumqayıt Dövlət Universiteti
Esse mətnləri xüsusi tip mətnlərdir, burada ―transsendental struktur‖ modal mühiti də yaradılır.
Hər bir mətn, o cümlədən esse mətnləri xarici aləmin hadisələri barədə müəyyən məlumat verməklə
yanaşı, danışanın həmin məlumata münasibətini də ifadə edir. Modal mətnlərin xarakterik cəhətlərinin
müəyyən olunması da əsas məsələlərdəndir. Esse mətnlərinin modal strukturu müəyyən prinsiplər üzrə
reallaşır, ekstralinqvistik faktorlarla üzə çıxır.
Mətnlərin modal xarakteristikasına bu gün antroposentrik yanaşma ilə baxılır, burada nitq fəaliyyəti
önə çəkilir. Modallıq informasiya ötürücülük funksiyasını yox, danışanın subyektə qarşı abstrakt
münasibətini ifadə edir. Modallıq mahiyyətcə, əsasən, assertorik (gerçəkliyi söyləmək), problematik
(mümkünlüyü söyləmək) və apodiktik (zərurəti söyləmək) kimi təsnif olunur.
Modallıq esse mətnlərində həm də üslubyaradıcı funksiya rolunu oynayır. Ekstralinqvistik faktorlarla
səciyyələnir: endemik mentalitet, milli xüsusiyyət, tarixi, mədəni, sosial, psixoloji elementləri qavrama,
dərketmə faktorları ilə yadda qalır. Bu faktorlar obyektiv (obyektiv qiymətvermə) və subyektiv (subyektiv
qiymətvermə) modal mənalarda əks olunur.
Esse mətnlərində ―danışan−arqumentasiya−dinləyən‖ trayektoriyası mövcuddur. İnformasiyanın
ötürülməsi prosesi həmin trayektoriya çərçivəsində baş verir.
Esse mətnlərinin modal strukturu çoxölçülüdür. Modal mətnlərin əsas komponentləri aşağıdakılardan
ibarətdir: qeyri-dəqiqlik, intensifikasiya, ekspressivlik, qiymətləndirmə diapozonu və s.
Modal vahidlər tutumlu nitq hissəsi deyil, yığcam, sayılıb əhatə olunan, hətta iti zehinlə əzbər yadda
saxlana bilən bir söz qrupudur. Bu baxımdan onlar bütövlükdə köməkçi nitq hissələrinin kəmiyyət məxrəcinə
uyğundur. Bunlar leksik fakt kimi yaradılışda müxtəlif nitq hissələrinə mənsub olur. Nitq prosesində
danışanın real gerçəkliyə münasibətini bildirmək üçün ayrı-ayrı nitq hissələrinə mənsub sözlərdən bəzisi
etimoloji leksik-qrammatik kökündən təcrid olunur, ancaq əslində olan qrammatik məna əsasında şəxsin
söylədiyinə və ya eşitdiyinə münasibətini ifadə edir. Esse mətnlərinin modal strukturu isə şübhəsiz, idrak
prosesinin inkişafı, daha yetkin mərhələnin formalaşması ilə əlaqədar yaranır. Həmin mətnlərin məzmunu və
strukturu deməyə imkan verir ki, bu mətnlərdə modallıq münasibəti əqli inkişafın ən kamil dövrlərinin
məhsulu kimi meydana çıxmışdır. Yəni isim, sifət, feil və s. kimi müəyyənləşən leksik vahidlərin özü yüksək
abstraksiya fəaliyyətinin nəticəsidirsə, bu vahidlərin başqa ümumiləşdirici səviyyəyə keçməsi və qalxması,
təbii ki, birinci prosesdən daha sonralar, olduqca gec başlayır.
Esse mətnlərinin modal strukturunda yəqinlik, güman, şübhə, hissi-emosional, mənbə, isnad,
ümumiləşdirmə, nəticə, çağırış, diqqət və s. münasibətlər özünü göstərir.
Modal vahidlərin esse mətnlərində funksiyası şəxsi münasibət bildirməkdən ibarət olduğu üçün
modallığın aşkarlanmasında şəxsi intonasiya və şəxsi yaradıcılıq mühüm önəm daşıyır.
Esse mətnlərində modallığın gerçəkləşməsi üçün müəyyən semantik şərtlər vardır: təhrik, labüdlük,
ehtimal, güman, mümkünlük və s. Bunlar həmçinin modallığın semantik sahələridir. Həmin sahələr nitqin
məzmununun gerçək varlığa və nitq söyləyənin şərh olunan fakt və hadisələrə ehtimallıq, vaciblik,
obyektivlik və s. baxımdan münasibətini bildirir.
Esse mətnini təşkil edən cümlədəki real, qeyri-real, mümkün olan, arzu olunan, zəruri olan, ehtimal
edilən və s. biçimdə təzahürü üçün vacib olan dil vasitələrinin kompleksi modallıq vasitələridir. Onların
ifadə olunduğu semantika isə modallıq mənasıdır. Esse mətnlərində modal strukturu, modal mənanı
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
74
aşağıdakı vasitələr reallaşdırır: feil formaları, söz sırası, intonasiya, modal sözlər, modal-predikativ
birləşmələr, modal ədatlar və s. Nəticə olaraq deyə bilərik ki:
1. Modallıq problemi esse mətni səviyyəsində öyrənilir, modallıq kateqoriyasının mətndə ifadə
vasitələri aşkarlanır.
2. Modal sözlərin (sintaksisdə ara sözlərin) esse mətnlərində işlənməsi intellektual inkişafla bilavasitə
əlaqədardır. Bunlar esse mətnlərində işlənmə tezliyi ilə fərqlənir.
3. Esse mətnlərində modal münasibətlərin təzahürü, bolluğu, fikir, düşüncə zənginliyi, üslub əlvanlığı
ilə şərtlənir.
4. Esselərin modal strukturunda olan mənaların təzahür vasitələri yalnız öz ümumi funksiyaları
əsasında deyil, həm də ümumi semantik invariantlar əsasında birləşir.
5. Müasir esselərdə modallığın meydanı nisbətən genişlənir. Şəxsi münasibət göstərən, nəticə mənası
ifadə edən modal sözlərin şəbəkəsi artıb-çoxalır. (münasibət çalarlarının qüvvətli olması üçün).
“-MA, MƏ” ġƏKĠLÇĠ MORFEMĠNĠN TARĠXĠ ĠNKĠġAF YOLU VƏ MÜASIR TÜRK DĠLLƏRĠNĠN SÖZ
YARADICILIĞINDA FUNKSĠYALARI
Mahmudova Q.Ç.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Türk dillərində sözyartma prosesində iştirak edən çox maraqlı şəkilçi-morfemlərdən biri də “-ma,-mə”
şəkilçi-morfemidir. Bu şəkilçi türk dillərində özünü həm sözdüzəldici, həm də sözdəyişdirci şəkilçi kimi
büruzə verir. Bu morfemin türk dillərindəki mövqeyi indiyə qədər mübahisəlidir desək, yanılmarıq. Bəzi
alimlər bu şəkilçini sözdüzəldici, bəziləri sözdəyişdirici, bəziləri isə formadüzəldici şəkilçi kimi
səciyyələndirir. Orxon-Yenisey abidələrindən başlayaraq bu şəkilçi morfem həm sözdüzəldici, həm də
sözdəyişdirici mövqeyində iştirak etmişir.
Qədim türk abidəsi olan ―Kutadğu bilig‖də bu şəkilçi-morfem işlənmişdir. Feillərdən isim yaratmışdır.
Bu morfem, adətən, təsirli feillərdən isim yaratmağa xidmət etmişdir. Məsələn: karma, kesme, kırma kimi
sözlərdə olduğu kimi. Alimin fikrincə, abidədə bu şəkilçi yalnız bir sözdə təsirsiz feildən sifət yaratmışdır.
Məsələn: ―tegme‖ sözü. Müasir Azərbaycan dilində növbənöv, müxtəlif mənalarında işlənir.
Mahmud Kaşğarinin ―Divanü-lüğat-it türk‖ əsərində bu şəkilçi ilə düzələn sözlər çoxdur. Məsələn:
yarma, bulgama, quyma, qatma, çalma, esme, egme və s. Qədim türk abidələrində bu şəkilçinin sifət
düzəltmək funksiyaları da olmuşdur. Bu tip nümunələrin sayı isimlərdən azdır.
Azərbaycan ədəbi dilinin tarixindən belə aydın olur ki, -ma,-mə şəkilçisi XVIII əsrdən sonra daha
məhsuldar olmuşdur. Məsələn: basdırma, yeniləşmə, soyutma, tövbələtmə, ağlaşma, qovurma, çəkişmə və s.
Törəmədir qoyunların əsili (Qasım bəy Zakir); Şah meydanda asmalarını və göz çıxarmalarını müşahidə
etmədilər. (Əbdürrəhim bəy Haqverdiyev). Rus qoşununda da titrətmə, qızdırma azarı düşmüşdür. (M.
Adıgözəl bəy); Basdırma, qovurma hər şamü səhər (Qasım bəy Zakir).
Müasir dilimizdə ―- ma, -mə‖ şəkilçisi vasitəsilə düzəlmiş bir sıra sözlər vardır ki, onların əmələ
gəlməsi, inkişafı da uzun bir dövr tələb etmişdir. Məsələn: süzmə, bağlama, dolma, bozartma və s.
A.N.Kononov, N.K.Dmitriyev, S.Cəfərov, H.Mirzəzadə, M.Ergin və başqaları isim düzəldən ―- ma, -mə‖
şəkilçisinin məsdər şəkilçisi olan ―- maq, -mək‖ lə eyni mənşədən olması fikrini irəli sürmüşlər. ―Bizcə, bir
tərəfdən həmin şəkilçinin ancaq feil köklərinə bitişməsi, digər tərəfdən yenə həmin şəkilçinin tam forması
olan ―- maq, -mək‖ şəkilçisinin isim əmələ gətirməsi, ismə yaxınlaşması ―- ma, -mə‖ nin ―- maq, -mək‖ lə bir
mənşədən olduğunu təsdiq etməyə əsas verir. Bu gün dilimizdə işlənən ― çaxmaq, yemək, basmaq və ya
isitmə, büzmə və s.sözlər hər iki vəziyyətdə düzəltmə isimlər kimi izah edilir.‖ H.Mirzəzadənin fikrincə isə
―-ma, -mə‖ şəkilçisi 18-ci əsrdən sonra daha məhsuldar olmuşdur. 20-ci əsrin əvvəllərindən isə törədici rolu
artmışdır.
Müasir türk dilində də ―- ma, -mə‖ şəkilçisi Azərbaycan dilindəki eyni funksiyanı yerinə yetirir. ― -ma,
-mə‖ göz önündəki hərəkəti canlandırmayan, hərəkətin özünü deyil, o hərəkətlə edilən işi ifadə edən
şəkilçidir. İş də hərəkətə görə bir növ əşyadır. Məsələn: dolma kalem, damdan düşme laf, yapma hareket, və
s. Besim Atalay da ―- ma‖ şəkilçisinin feil köklərinə əlavə olunaraq isim və sifətlər yaratdığını qeyd etmişdir.
İsim- saçma (ov üçün istifadə olunan qurşun). Digər türk dillərində də bu şəkilçi aktiv mövqeyə malik
olmuşdur. Məsələn: xakas: çarba ―yarma‖, ―bölmək‖ ; tatar: bülmə ―otaq‖ yaranmışdır; qırğız: kesme
―əriştə‖; türkmən: kızartma ―qızartma‖; qazax: tokma ―parça‖. Əvvəlcə bu affiksin –pa//-pə forması olub.
Sonralar başlanğıc ―p‖ samiti ―b‖ samitinə keçmişdir. Və müvafiq olaraq –ba//-be- forması törəmişdir. Bu
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
75
formalar Sibir türklərinin dillərində daha çox saxlanmışdır: pur-bükmək feilindən şor dilində ―purba‖ üzük,
sözür ―sürümək‖ morfemindən altay dilində sözürbe ―tor‖ sözü yaranmışdır. -pa//-pe- affiksinə qazax və
noqay dillərində də rast gəlinir. Kos ―qarışdırmaq‖ morfemindən qazax dilində Kospa ―qarışıq‖, tart
―dartmaq‖ morfemindən noqay dilində tartpa ―qutu‖ yaranmışdır.
Müasir tatar dilində sözü gedən şəkilçiylə düzələn sözləri iki qismə ayırırlar:
1. İş və hərəkət nəticəsində meydana çıxan sözlər. Məsələn: korılma, küpertme, ereme, çabırtma,
katnaşma, ubılma və s.
2. Bir işi görən əşya bildirən sözlər. Məsələn, kaptırma, bastırma, kaplama və s.
Bir çox xüsusiyyətlərinə görə türk dillərində xüsusi mövqeyə malik olan çuvaş dilində də bu şəkilçi-
morfem çox məhsuldar morfemlərdəndir. Bu şəkilçi ilə düzəlmiş iş, hərəkət adı bildirən isimlər çuvaş dilində
sıx şəkildə işlənməkdədir. Məsələn, şapışma ―çarpışm‖, şıvırma ―uyuma‖, işleme ―işleme, çalışma‖, şillenme
―qızma‖, kalama ―danışma, anlatma‖, kayma ―getmə‖, kireşme ―mücadile etmə‖, kurma ―görmə‖, kürenme
―darılma‖, pıhınma ―darılma‖ və s.
Dostları ilə paylaş: |