SĠFƏTĠN ADVERBĠALLAġMASININ TƏDRĠSĠ
Mahmudova M.A.
Azərbaycan Dövlət Pedaqoji Univrsiteti
Yazılı abidələrin dilindən aydın olur ki, zaman zərflərinin də tarixi xeyli qədimdir. Onların
yaranmasında əsas üsul sintaktik üsuldur-adverbiallaşmadır. Sifətin fellərdən əvvəl işlənib hərəkəti təyin
etməsi adverbiallaşma adlanır. Bəzən mətnlərdə adverbial sifətlərin seçilməsi çətinlik törədir. Buna səbəb
―...zərflərin zəif formalaşması və özünəməxsus əlamətlərinin zəif olmasıdır‖.
Tədqiqatçıların fikrincə, tarixilik etibarilə sifətlər zərflərdən daha oncə yaranmış, insanlar əvvəl
əşyaları əlamətləndirərək bir-birindən fərqləndirmişlər. Sonra həmin əlamət bildirən mövcud leksik
vahidlərdən – sifətlərdən istifadə edərək hərəkətləri də fərqləndirməyə çalışmışlar. ―Bu, adverbiallaşmadır.
Bir sıra sifətlərin zərf məqamında işlənməsi, hərəkətin əlamətini bildirməsi təbiidir. Heç bir insan hərəkətin
əlamətini bildirmək üçün yeni sözə ehtiyac duymur. Adverbiallaşma yerinə düşür və zərflik vəzifəsi sifəti
zərf məqamına yerləşdirir. Adverbial sifətlər öz əlamət, keyfiyyət məzmununu saxlamaqla yanaşı, yeni
xüsusiyyət-zərf xüsusiyyəti qazanır‖.
Keyfiyyət məzmunlu sifətlər mövcuddurki, onlarda qismən də olsa, zaman çaları özünü göstərdiyi
üçün zaman zərfi kimi işlənə bilir və keyfiyyət məzmununu da saxlamış olur. Məsələn:
1. İşə təzə başlamışam.
Verilmiş nümunədə sifətin çoxaltma dərəcəsində işlənmiş ―təzəcə, yamanca‖ sözləri hərəkəti müxtəlif
cəhətlərdən izah edib aydınlaşdırdığı üçün adverbiallaşmış hesab olunur. Adverbiallaşma bəzən sifətin
təkrarlanması hesabına baş tutur:
1. Körpə şirin- şirin yatmışdı.
2. Qədir yenicə dil açan körpəsini düşünərək ağır- ağır addımlayırdı.
Buhəm Azərbaycan, həm də ingilis dili üçün keçərlidir. Yuxarıda qeyd etdiyimiz quruluşda olan
nümunələrə ingilis dilində də rast gəlinir: I come home just now. // Mən elə indicə evə gəlmişəm. Lakin
ingilis dilində bu formanın işlənməsinə intensiv deyil, az təsadüf edilir. Bəzən ―sadə zərflər feil qarşısına
düşən, yəni adverbiallaşan sifətlərlə qarışdırılır və adverbial sifətlər zərf hesab olunur: ... yaxşıdüşün,
bərkincitmişəm..və s. bunları sifətin adverbiallaşması adlandırmaq daha doğru olar.
Gözəl, yaxşı, qəşəng, ağıllı, bərk, pis sözləri əşya bildirən sözə aid olduqda, əşyanın əlamətini
bildirdikdə sifət, hal-hərəkət bildirən sözlərə - feillərə aid olduqda, adverbiallaşdıqda zərf olur: 1.Yaxşı şeir
heç vaxt ölməz. 2. Yəni, ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan?‖.
Q. Kazımov araşdırmalarında belə bir fikir söyləmişdir ki, ―adverbiallaşmada sifət ismin başı
üzərindən adlayaraq feilin qarşısına düşür, lakin heç bir struktur dəyişikliyə uğramır, öz natural formasında-
isimlərə yanaşdığı kimi feilə yanaşmış olur: 1.Gözəl qızdanışır. 2. Qız gözəl danışır.‖
Fikir bir qədər ziddiyyətli görünür. Çünki birinci cümlədə ―gözəl‖ sözü qız ismini təyin edib
əlamətləndirir. Qızın gözəl olması diqqətə çatdırılır. İkinci cümlədə isə hərəkətin- danışığın gözəlliyi önplana
çəkilir. Yəni gözəl danışan qız özü gözəl olmayada bilər.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
76
TÜRKOLOJĠ DĠLÇĠLĠKDƏ YARIMÇIQ CÜMLƏ VƏ ONUN NÖVLƏRĠ HAQQINDA ZƏRĠFƏ
BUDAQOVANIN ELMĠ FĠKĠRLƏRĠ
Mehdiyeva M.B.
Sumqayıt Dövlət Universiteti
Zərifə Budaqovanın elmi araşdırmaları içərisində yarımçıq cümlə haqqındakı mülahizələri də diqqət
çəkir. Dilçi-alim yarımçıq cümlə, onun tipləri, əsas xüsusiyyətləri haqqında geniş bilgilər verməklə
Azərbaycan dilinin sintaksisinə dəyərli fikirlər bəxş edib.
Bildiyimiz kimi, cümlə mətndə işlənir. Cümlənin məzmunu mətnlə bağlı olur. Bəzən cümlədə baş
üzvlərdən mübtəda və ya xəbərin buraxılmasının şahidi oluruq. Bu, o demək deyil ki, burada fikir
yarımçıqlığı yaranır. Mübtəda və ya xəbəri buraxılmış cümlələrdə fikrin yox, ancaq üzvün çatışmazlığı
özünü göstərir. Azərbaycan dilində yarımçıq cümlələr nitqə yüngüllük, səlislik, yığcamlıq vermək, lazımsız
təkrarın qarşısını almaq məqsədi ilə işlədillir.
Mübtəda və ya xəbəri buraxılmış cümlələr cüttərkibli və ya təktərkibli cümlənin bir növüdür. Professor
Zərifə Budaqova yarımçıq cümlələrdən bəhs edərkən nəzərə çatdırır ki, istər türkologiyada, istərsə də rus
dilçiliyində yarımçıq cümlə nəzəriyyəsində mübahisəli cəhət ondan ibarətdir ki, bəzi əsərlərdə baş üzvlərdən
biri və ya hər ikisi buraxılan cümlələr yarımçıq hesab edilir. Bəzi əsərlərdə isə baş və ya ikinci dərəcəli
üzvlərdən biri iştirak etməyən cümlələr yarımçıq cümlə adlandırılır.
Dilçi-alim M.Ş.Şirəliyev və M. Hüseynzadə yarımçıq cümləyə tərif verərkən baş üzvlərin hər ikisinin
də buraxıldığını göstərirlər. Professor Q. Kazımov qeyd edir ki, yarımçıq cümlələr təzə cümlə tipi deyil.
Cüttərkibli və təktərkibli cümlələrin müəyyən üzvü (və ya üzvləri) buraxıldıqda onların yarımçıq növü
yaranır. Alim yarımçıq cümləyə belə tərif verir: buraxılmış üzvləri mətnə, situasiyaya, cümləni təşkil edən
üzvlərin forma və məzmununa əsasən bərpa oluna bilən cümlələrə yarımçıq cümlələr deyilir. Qəzənfər
müəllim də yarımçıq cümlənin buraxılmış üvünün bərpasının bəzən cümləyə artıqlıq, ağırlıq gətirdiyini,
təkrara səbəb olduğunu bildirir. Zərifə xanım qeyd edir ki, yarımçıq cümlələr iki qrupa ayrılır:
1. kontekstual yarımçıq cümlələr
2. elliptik cümlələr
Kontekstual yarımçıq cümlələri Zərifə xanım belə izah edir. Belə cümlələr buraxılmış üzvü ya əvvəlki
cümlələrdə, ya mövcud cümlənin tərkib hissələrindən birində olan və ya tərkib üzvlərdən biri ilə
müəyyənləşdirilən yarımçıq cümlələrdir. Elliptik cümlələr isə buraxılmış üzvü mövcud cümlənin və ya
ümumi mətnin məzmununa görə müəyyənləşən yarımçıq cümlələrdir.
Zərifə xanım mübtədası buraxılmış kontekstual cümlələrin geniş izahını verir. Alim onu da diqqətə
çatdırır ki, mübtədası buraxılmış yarımçıq cümlələrin bir növünü tapmacalar təşkil edir. Mübtədası
buraxılmış tapmacaları bəzi dilçilərin (məs.: Ə.M. Cavadov) şəxssiz cümlə hesab etmələri ilə razılaşmır.
Çünki belə cümlələrin mübtədasını tapmaq mümkündür. Zərifə xanım dialoq nitqində də mübtədanın
buraxıla bildiyini qeyd edir. Kontekstual yarımçıq cümlələrdə xəbər dialoq nitqində, habelə təkrardan
qaçmaq məqsədi ilə (əsasən mürəkkəb xəbərin ancaq birinci tərkib üzvü) tabesiz mürəkkəb cümləni təşkil
edən sadə cümlələrin tərkibində buraxıla bilir.
Elliptik cümlələrdə feili, bəzən də ismi xəbər buraxıla bilir. Atalar sözlərində də elliptik cümlələrə rast
gəlinir. Belə cümlələrin buraxılmış xəbəri cümlənin öz məzmununa əsasən bərpa edilir. Məsələn: Dəlidən
doğru xəbər ―eşit‖; Varlının atı, kasıbın övladı ―çox olar‖.
Zərifə xanım qeyd edir ki, elliptik cümlələr ilk baxışda adlıq cümlələrə bənzəyir. Hər ikisində xəbər
olmur və onun iştirakına ehtiyac belə hiss olunmur. Elliptik cümlələr bəzən sabit söz birləşmələri ilə ifadə
olunan söz-cümlələrə də bənzəyir. Ancaq söz-cümlələrdə xəbəri tapıb yerinə qoymaq çətindir. Elliptik
cümlələrin buraxılmış xəbəri daha çox feili olur. Zərifə xanım feili xəbəri buraxılmış elliptik cümlələrə
aydınlıq gətirir. Onların nəzərə çarpan xüsusiyyətlərini qeyd edir. Elliptik cümlələr yalvarış, əzizləmə, təbrik
məqamında; məs.: Maşallah, gözüm ayağınin altına, nifrət, qarğış, narazılıq məqamında ; məs.: Ağrım
ürəyinə, dünya dağılmayacaq ki, gəldiyi kimi də çıxıb gedəcək, çağırış, müraciət məqamında; məs.:
İştirakçıların nəzərinə, işlənir.
Zərifə xanım nəqli və sual cümlələrində müəyyən üzvü nəzərə çarpdırmaq məqsədi ilə feili xəbərin
buraxıldığı zaman cümlənin əsasını adlıq halda olan söz birləşmələri ilə ifadə olunmuş mübtəda, tamamlıq,
zərflik təşkil etdiyini də diqqətə çatdırır. Məsələn: Dəlinin sözü, sərxoşun gözü ―axar‖; Dayan, hara belə ?
―gedirsən‖
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
77
İsmi xəbəri buraxılmış elliptik cümlələrdə ―var‖ sözü buraxılır. Belə cümlələrin əsasını mübtəda təşkil
edir və əksəriyyəti sual xarakterli olur; məs.: Sənin oğlun, mənim oğlum, nə təfavütü ―var‖.
Zərifə xanım dilimizdə lazımdır, gərəkdir, bəsdir sözləri ilə ifadə edilmiş xəbəri buraxılan elliptik
cümlələrin də olduğunu qeyd edir; məs.: Yeməyə də kömək, işləməyə də kömək ―lazımdır‖.
ÜNSĠYYƏT MƏDƏNĠYYƏTĠ VƏ NĠTQ ETĠKETLƏRĠNĠN ġƏXSĠYYƏTĠN FORMALAġMASINDA ROLU
Məhərrəmova M.H.
Sumqayıt Dövlət Universiteti
―İnsanda hər şey gözəl olmalıdır: üz də, geyim də, ürək də, fikir də‖ (A. P. Çexov).
Öyrədənin də, öyrənənin də əsas silahı sözdür. Dilin normaları və kateqoriyaları üzərində qurulan nitq
mədəniyyəti də sözlərdən düzgün istifadə etmək və insanları həyata hazırlamaqda, onlarda xoş ovqat
yaratmaqda, ünsiyyəti, danışığı nitq etiketlərinə uyğun qurmaqda başlıca rol oynayır. Buna görə də ali
məktəblərdə tədris olunan Azərbaycan dili və nitq mədəniyyəti fənninin dilçiliyin müstəqil sahəsi olmaqla
gözəl danışmaq mədəniyyəti aşılamaqda, fikrin təsirli, ifadəli, məntiqi şəkildə dinləyiciyə çatdırılmasında,
nitqi Azərbaycan dili təliminin qanun və prinsiplərinə uyğun qurmağı öyrətməkdə praktik əhəmiyyəti
böyükdür. Bu elmin inkişafında müstəsna rolu olan Ə.Dəmirçizadənin, A.Abdullayevin, Ə.Əfəndizadənin,
N.Abdullayevin, K.Vəliyevin, M.Həsənovun, A.Babayevin, V.Qurbanovun və başqalarının xidmətləri az
olmamışdır.
Adlarını çəkdiyimiz müəlliflərin dərslik və dərs vəsaitləri nitq mədəniyyəti problemlərini
araşdırmaqda, natiqlik məharətinə yiyələnməyin sirlərinə bələd olmaqda faydalı mənbələrdir. Əldə edilmiş
müsbət nəticələr nitqi orfoepik tələblərə uyğun qurmağa, nitq etiketlərindən düzgün istifadə etməyə, ədəbi
dildə danışmağın qanunlarını öyrənməyə müsbət təsir ğöstərir. Tədqiqatçıların ideyalarından yararlanmaqla
ünsiyyət qurmaq, danışıq etikası və müraciət formalarının şəxsiyyətin formalaşmasında rolunu araşdırmaq
və tələbələri bu istiqamətlərdə tərbiyə etmək təhsilin də əsas prioritet sahəsidir.
Məlumdur ki, nitq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsinə daxil olub, ancaq insanların nitqi,
fəaliyyəti, işi və əməllərində özünün ifadəsini tapır, ədəbi dilin normalarına görə formalaşır. Bütün
yaranmışların əşrəfi (S.Vurğun) olan insanı da dəyərləndirən gözəl düşünmək, yüksək nitq mədəniyyətinə
sahib olmaq, daxili-mənəvi aləmin saflığı, yaşamaq və yaşatmaq amalı və məfkurəsidir. İnsana da qiymət
veriləndə nitqi, danışığı, ünsiyyət mədəniyyəti, etik normaları gözləməsi, sahib-kəlam sahibi olması,
sözünə, ağlına görə fərqləndirilməsi əsas meyar kimi seçilir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi -
―Sözün qanadları var, quş kimi incə-incə, Söz olmasa, nəyə gərək düşüncə?‖ beytini, böyük Füzuli isə -
―Hər şeydən ucadır, sözün məqamı, Hər yerdə sevərlər sahib-kəlamı ―hikmətli fikirlərini söyləyəndə sözdən
düzgün istifadə etməyə, nitqin təsirli, cəlbedici olması ücün sözün məna çalarlarının məqamında
işlədilməsinə daha çox diqqət yetirirdi.
Buna görə də seminar məşğələlərində natiq kimdir? Tələbə natiqliyi haqqında danışmaq olarmı?
Ünsiyyət mədəniyyətini formalaşdırmaq üçün hansı məsələlərə daha çox diqqət yetirmək lazımdır? Danışan
hansı hallarda özünü təqdim edə bilər, ünsiyyəti necə qurar? Ünsiyyəti necə qursaq insanların diqqətini daha
çox cəlb etmiş olarıq? suallarına tələbələrlə birgə cavab axtarıldı, nəticələr ümumiləşdirildi. Tələbələr belə
bir qənaətə gəldilər ki, natiq olmaq üçün əsas təməl ədəbi dilin fonetik, leksik, qrammatik və üslubi
normalarına əməl etmək və nitqdə bu qanunlardan istifadəni bacarmaqdır. Məlum qanunların mahiyyətini
öyrənməklə yanaşı, ―əgər tələbə-natiq olmaq istəyirsə, danışarkən məlum fikri təkrar etməkdən çəkinməli,
həmin fikri öz sözləri ilə forma və məzmun çalarları qatmaqla ifadə etməyə çalışmalıdır‖.
Tələbələrə nitqlərini ―bəzəmək‖, lüğət ehtiyatlarını zənginləşdirmək, sözlər üzərində məşq etməkdən
yorulmamaq yollarını öyrətmək əsas məqsəd kimi seçilməlidir. Bir məsələni də vurğulamaq yerinə düşər ki,
gərgin zəhmət, fitri istedad, ədəbi dil qanunlarını öyrənmək natiqlik praktikasında böyük rol oynayır.
Təcrübə də göstərir ki, insanlar yığcam söz və ifadələrlə böyük fikirləri dinləyicilərə çatdırmağı bacarsa,
nitqində sözçülüyə, uzun-uzadı danışığa yer verməsə, sözlərin sinonimliyini nə qədər çox bilsə, onların
nitqləri də bir o qədər məzmunlu və təsirli qurula bilər. Bununla yanaşı, tələbələr ədəbi dil üçün norma hesab
edilməyən sözləri nitqə gətirməsə, səsinin tonunu danışdığı məsələlərə uyğun dəyişməyi bacarsa, mətnin
məzmununa müvafiq jest və mimikalardan istifadəyə üstünlük versə, söylədiyi hadisələrlə yaşadığını hiss
etdirsə, nitq də bir o qədər aydın, düzgün, dəqiq, sadə və təmiz olar.. İnkaredilməz faktdır ki, gözəl və təsirli
nitq söyləmək, ünsiyyət qurmaq dinləyicinin ruhunu oxşayır, zövq verir, düşündürür, tərbiyə edir, daşqəlbli
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
78
insanları, canini rəhmə gətirir. Bunları nəzərə alan məşhur natiq M.T.Sisseron bəlağətli nitq söyləmək, natiq
olmaq üçün hansı üslubda danışmağı da əsaslandırmışdı: ―Əsil natiq o şəxsdir ki, adi işlər haqqında sadə,
böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir
üslubla danışmağı bacarsın‖
Hər bir insanın nitq mədəniyyəti fənnini öyrənməyə böyük ehtiyacı vardır. Ancaq hər insanın da
danışığını kamil nitq hesab etmək olmaz. Natiqə xas olan xüsusiyyətlərin bəziləri anadangəlmə, müəyyən
hissəsi fitri istedadla bağlıdırsa, digər keyfiyyətlər isə həyatdan, elm və təhsildən qazanılır. Nəticəsi isə nitq
və fəaliyyətdə, ünsiyyət prosesində müxtəlif məzmunda özünün təsdiqini tapır, natiqlik üslubunu
formalaşdırır.
Natiq üçün vacib olan aşağıdakı xüsusiyyətləri professor Adil Babayev əsas sayır: ―1.danışdığı dili
mükəmməl bilmək; 2. dinləyicilərin kim olduğunu nəzərə almaq; 3. dilin fonetik imkanlarından istifadə edə
bilmək; 4. fikrini ifadə etmək üçün sözləri uğurla seçmək; 4. cümlə quruluşunda ustalıq göstərmək: 5. fikri
sadə və ya mürəkkəb cümlələrlə bildirmək; 6. Özünə sual verib cavabını vermək; 7. mövzunun açılmasında
məlumdan naməluma doğru getmək; 8. əl hərəkətlərindən, mimikalardan ustalıqla ( ifrata varmadan) istifadə
etmək; 9. hər hansı məlumatı çoxlu fakt və rəqəmlə həddindən artıq yükləməmək və s.
Bu şərtlərin hamısı natiqə aid olan xüsusiyyətləri tam əhatə etməsə də, ünsiyyət mədəniyyətini
qurmaqda yetərli faktlardır. Səmimiyyətlə etiraf edək ki, bütün meyarları nitqdə eyni səviyyədə nəzərə
almaq inandırıcı görünə bilməz. Tədqiqatlar göstərir ki, insanlar xarakterik xüsusiyyətlərinə, nitq və ünsiyyət
qurmaq bacarığına görə seçildiyinə, həm də iki adamın nitqi bir- birinə oxşamadığına görə eyniyyət təşkil
etmir. Buna görə də insanların bir-birinə olan fərqli münasibətləri, düşüncələri formalaşır, ünsiyyət
mədəniyyətləri də eyni səviyyədə olmur. Bu da hər bir insana qiymət veriləndə müxtəlif mövqelərdən
yanaşmaqla onu tanımaq, ünsiyyət mədəniyyətinə görə dəyər vermək zərurətini yaradır. Konkret desək, hər
bir insan özünü üç formada tanıda bilər: 1) öz hərəkəti, münasibəti, diqqəti bir sözlə, gördüyü işə görə; 2)
fərdi xüsusiyyətləri, şəxsiyyəti, etik normaları gözləməsi ilə; 3) nitqi, ünsiyyət mədəniyyəti, sözünün yerini
bilməsi səviyyəsinə görə.
Ünsiyyət qurmaq özü bir mədəniyyətdir. Bu baximdan müasir dövrdə təlim prosesində ünsiyyət
yaratmaq mədəniyyətinin öyrədilməsi böyük əhəmiyyət kəsb edən məsələrdən biridir . Biz həyatda müxtəlif
xarakterli insanlarla qarşılaşır, fikirlərimizi bir- birimizə çatdırır və münasibət yaratmaq üçün dialoqa giririk.
Bəzən ünsiyyət qurduğumuz şəxsin danışığı, etik normaları gözləməməsi, nitq etiketlərindən istifadəyə
əhəmiyyət verməməsi xoş ünsiyyət yaratmır, bədbinliyə, əhvali-ruhiyyənin pozulmasına səbəb olur. Ancaq
qarşı tərəfin insani keyfiyyətlərə dəyər verməsi, düşünüb sonra danışması, kimə, harada və necə müraciət
etməyi praktik fəaliyyət kimi seçməsi, səsinin tonuna, avazına, intonasiyasına, jest və mimikalardan
istifadəsinə daim nəzarət etməsi səmimiyyət, xoş münasibət, yaxınlıq, mehribanlıq yaradır. Dahi Nizami
Gəncəvinin: ―Sözün çoxsa əgər, çalış, az olsun, Yüz sözün yerində bir kəlmə qalsın‖, söz xridarı Sədi
Şirazinin: ―Düşünüb, sonra de sözü müxtəsər, O qədər danışma, ―bəsdir‖-desinlər‖ müdrik kəlamlarının
dialoji nitqdə nəzərə alınması nitqin yığcamlığına, dinləyicinin dinləməsinə müsbət təsir edən səbəblərdir.
İnsanların bir-birinə münasibəti, danışığı və ünsiyyət yaratması nəzakətli sözlər, görkəmli
şəxsiyyətlərin fikirləri üzərində qurulur. Nəsrəddin Tusinin nəsihətlərində olduğu kimi, az danışmağı,
susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətməli, nalayiq sözlər, söyüşlər, yersiz
kəlmələr işlətməkdən utandırmalı, böyüklər danışarkən kinayə işlətməməli... Nalayiq sözlər işlətməməli,
dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarananda onu obrazlı, məcazi ifadələrlə
anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisdə münasib danışmağı bacarmalıdır.
Müraciət etiketlərindən istifadə ünsiyyət mədəniyyətinin açarıdır. Danışıq etiketləri nəzərə alınmadan
mədəni nitqə yiyələnmək olmaz. Bu sözlərdən salamlaşma, sağollaşma, üzr istəmə, təşəkküretmə zamanı
daha çox istifadə olunur. Salamlaşma zamanı ―sabahınız xeyir‖, ―hər vaxtınız xeyir‖, ―axşamınız xeyir‖,
sağollaşma zamanı ―salamat qal‖, ―sağ ol‖, ―xoş gəldin‖, ―gecəniz xeyrə qalsın‖, üzr istəmə zamanı
―bağışlayın‖, ―üzr istəyirəm‖, ―zəhmət olmasa" (xalq arasında ―qadan alım‖, ―başına dönüm‖, ―canım‖,
―gözüm‖), təşəkküretmə zamanı ―sağ ol‖, ―təşəkkür edirəm‖, ―siz də sağ olun‖, ―borcumdur‖, ―kiçiyinəm‖
və s. sözlər işlədilir. Nitq mədəniyyəti üzrə sanballı tədqiqat əsərləri olan prof. N. Abdullayevin mədəni nitq
etiketlərini tədqiq və araşdırma üsulu daha genişdir. Müəllifin verdiyi 21 bölgüyə nəzər salsaq, bu nitq
etiketlərinin mədəni nitqə yiyələnməkdə nə qədər əhəmiyyətli olduğunun şahidi olarıq: 1. Kömək etmək,
qulluq göstərmək məqsədilə: ―icazə verin‖; ―siz əziyyət çəkməyin‖ və s. 2. İş gördürmək, soruşmaq,
üzrxahlıq etmək məqsədilə: ―inciməyin‖, ―sizə zəhmət verəcəyəm‖; ―rica edirəm danış‖; ―buyruq olmasa‖ və
s. 3. Məmnun olmaq məqamında: ―razıyam‖; ―etiraz etmirəm‖; ―xoşuma gəlir‖ ; ―çox şadam‖;
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
79
―minnətdaram‖ və s. 4. Etiraz etmək, razılıq verməmək məqamında: ―etirazımı bildirirəm‖; ―mən başqa cür
düşünürəm‖; ―bağışlayın razı deyiləm‖ və s. 5. Təskinlik, razı salmaq məqamında: əsəbləşməyin;
darıxmayın; özünüzü ələ alın və s. 6. İntizama dəvət, məzəmmət etmə: ―danışığınıza fikir verin‖; ―nəzakətli
olun‖; ―özünüzü ələ alın‖ və s. 7. Qarşılama məqamında: ―xoş gördük‖; ―nə gözəl təsadüf‖; ―lap vaxtında
gəlmisiniz‖ və s. Hər bir insanın həyatında olduqca əhəmiyyətli hesab olunan bu məsələlər, təəssüflər olsun
ki, əməli işdə az istifadə edilir , bu də mədəni nitqin, ünsiyyətin pozulmasına səbəb olur.
Tələbə-müəllim münasibətlərində müraciət forması kimi seçilən sözlər səmimiyyət yaratmalı, qarşılıqlı
hörmət və ehtiramı dərinləşdirməli, ürəyə yol tapmalıdır. Müəllim ―şagird və tələbələrə eyni sözlərlə
müraciət etməməlidir‖. Müəllif qeyd edir ki, oğlum, qızım, əzizim sözləri ilə tələbələrə müraciət etmək
istənilən effekt vermir. Müəllifin fikirləri ilə razılaşmaq olar. Ancaq unutmaq olmaz ki, bu sözləri
mühazirədə, məşğələdə işlətmək etik normalara uyğun gəlmir. Tələbələrə adı ilə, yaxud ―sən‖ deyə müraciət
etmək daha məqsədəuyğundur. Ancaq oğlum, qızım , xanım sözlərindən auditoriyadankənar yerlərdə istifadə
tələbə-müəllim münasibətlərini şəxsiyyətyönümlü təlim prinsipinə uyğun qurmağa əsas verir. Müraciət
forması kimi tələbələrə ―əzizim‖ nitq etiketindən istifadə heç bir müsbət emosiya yaratmır. Unutmaq olmaz
ki, ―Siz‖ müraciət forması yaşlı, vəzifəli insanlarla, böyük şəxsiyyətlərlə ünsiyyət qurulanda istifadə oluna
bilər.
―Avesta‖da işiədilən məşhur bir ifadə də müasir gəncliyin ünsiyyət mədəniyyətinin fəlsəfəsi və
müdrik düşüncəsinin ifadəsdir desək fikrimizdə israrlıyıq: ―Yaxşı danış, yaxşı düşün, yaxşı davran‖. Biz
əməllərimizlə, fəalliyyətimizlə tələbələri bu istiqamətlərdə tərbiyə etməli, onları həyata hazırlamalı və
danişiq etikası normalarını öyrətməliyik.
DĠLĠMĠZĠN SAFLIĞINI QORUYAQ
Məmmədli İ.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Əsgərova N.
Bakı Slavyan Universiteti
Azərbaycan dilinin saflığı, təmizliyi və alınma sözlərə münasibət məsələsi həmişə diqqət mərkəzində
olmuş, indi də aktual olaraq qalmaqdadır.
Hələ XIX əsrdən başlayaraq Azərbaycan dilinin yad ünsürlərdən qorunub saxlanması və onun
təmizliyi haqqında Azərbaycanın mütəfəkkir yazıçısı Mirzə Fətəli Axundzadə, əsasən, lüzumsuz, mənası
başa düşülməyən, dilimizə xələl gətirən, onu nüfuzdan salan əcnəbi sözlərdən istifadə etməməyi, milli dilə
daha çox fikir verməyi tövsiyə edirdi. O hətta dilimiz üçün bir çox çətinliklər törədən əski ərəb əlyazmasında
belə dəyişikliklər etmək üçün var qüvvəsi ilə çalışmış, lakin xarici təzyiqlər nəticəsində buna nail
olmamışdır.
M.F.Axundzadə həm də tövsiyə edirdi ki, əcnəbi dildən yalnız zərurət olduqda söz və ya termin alma
mümkündür. İnkar etmək olmaz ki, indiki dövrdə də buna ehtiyac vardır.
M.F.Axundzadənin sözləri sanki bu günümüz üçün söylənib. Çünki informasiya texnologiyası o qədər
güclü inkişaf edib ki, həmin sahəni əks etdirən terminlərsiz keçinmək olmaz. Məsələn: kompyuter və
internetlə bağlı o qədər yeni terminlər yaranıb ki, onları dilimizdə başqa sözlərlə əvəz etmək mümkün
deyildir. Məsələn: kompüter, internet, fayl, disket, disk, klaviatura, skaner, adapter, rastr, ampersand, aplet,
apertur, audit, provayder, avtorinq, paket, bit, bod, bayt, dizayn, modul, kursor, dataqram, diler, displey,
drayver, ekzabayt, faks, histoqram, interfeys, matris, matrissa, metafayl, notasiya və s. onlarla belə termin
göstərmək olar.
Lakin buna baxmayaraq, dilimizi qarşılığı olan sözlərlə doldurub korlamayaq. Məsələn: çap qurğusu
əvəzinə printer, ehtiyat əvəzinə resurs, imkan əvəzinə opsiya, açıq əvəzinə open, hesab əvəzinə sçot,
hesabat əvəzinə otçot, əla əvəzinə super, qovluq əvəzinə papka kimi termin və sözlər işlədilməsin.
Dilimizin saflığı keçən əsrdə yaşayıb-yaratmış ziyalılarımızı da düşündürmüşdür. Odövrkü
ziyalılardan Firidun bəy Köçərli, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli və başqa görkəmli şəxsiyyətlərimiz doğma ana dilimizə olan
milli münasibəti, onun saflığının qorunması, mənası çətin anlaşılan, yaxud da heç başa düşülməyən sözlərin
əcnəbi dillərdən, xüsusilə də ərəb, fars və bəzən Qərbi Avropa dillərindən alınıb işlənməsinə qarşı eyni
münasibətdə mübarizə aparırdılar. Məsələn, Cəlil Məmmədquluzadə ana dilimizin qüdrətini dərindən
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
80
duyub, onu dəyərləndirən bir sənətkar idi. Yusif Seyidov yazır ki, C.Məmmədquluzadə Azərbaycan dilinə
laqeydlik göstərən, ona xor baxıb başqa dillərdə danışmağa can atan ziyalıların gah bədii surətini yaratmaqla
onlara istehza edir, gülür, gah da onlara birbaşa cavab verir, onları tənqid atəşinə tutur. Müəllif daha sonra
yazır: «C.Məmmədquluzadə ərəb yazısına qarşı M.F.Axundovla başlanan mübarizəni davam etdirir. Latın
qrafikalı yeni əlifbanı təbliğ edənlər cəbhəsində dayanır».
N.Nərimanov da Azərbaycan ədəbi dilinin xalq dili üzərində formalaşması yollarını əsaslandırmağa
çalışan ədiblərdən idi. O da ana dilinin inkişafı, təmiz, saf Azərbaycan ədəbi dili uğrunda mübarizə aparırdı.
O, dilimizə yüksək qiymət verərək yazırdı: «Ana dili! Nə qədər zərif, nə qədər ali, hissiyyati-qəlbiyyə
oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki,
mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madəranəsini sənə o dildə bəyan edibdi…‖ O həm də Bestujev-
Marlinski kimi Azərbaycan dilini fransız dili ilə müqayisə edirdi və dilimizin nə qədər yüksək bir səviyyədə
olduğunu göstərirdi.
N.Nərimanov hətta bəzi mollaları belə öz ana dilini bilməməkdə, o dildə yazıb-oxuya bilməməkdə
tənqid edirdi. O yazırdı: «Biçarə türk (Azərbaycan – kursiv bizimdir) mollalarımızın əksəri öz dilində kağız
yaza bilmir. Bununla belə, haman mollalar özlərini əhli-savad hesab edirlər, çünki farsca yazmaq bacarırlar
və ərəbcə bir az dadıblar… Eyib deyilmi? Belə olan surətdə biz – türklər özümüzə türk deməyib fars deyək
və farsca yazıb dilini və yazısını öyrənək, yainki azərbaycançılıqda qalıb öz ana dilimizi bilək.
O ana ki, sənə o dildə tərbiyə veribdir, sənə o dildə yaxşı-yamandan tanıdıbdır, sənə o dildə layla
deyibdir və axırda haman dildə Allahı tanıdıbdır!..».
O, Azərbaycan dilini bəyənməyənlərə qarşı belə mübarizə aparırdı. N.Nərimanov onu da qeyd edirdi
ki, ədəbi dil həmişə xəlqi olmalıdır. Xalqın ürəyindən xəbər verməli və oraya yol tapmağa başlamalıdır.
Odur ki, N.Nərimanovun əsərlərinin dilindəki xəlqilik onun müasirlərinin də diqqətini cəlb etmişdir.
Dahi bəstəkar və dramaturq, Azərbaycan opera sənətinin banisi, publisist Üzeyir Hacıbəyov da
Azərbaycan dilinə çox böyük qiymət verirdi və onu qoruyub saxlamağı, onu inkişaf etdirməyi vacib məsələ
kimi ziyalılar qarşısında qoyurdu. O yazırdı ki, ―…dilimizin baqi qalması və saniyən tərəqqi etməsi və islah
olunması barəsində çalışmalıyıq. …əgər biz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam
edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir
millətin dəxi, dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb
onun dilidir.‖
Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli təhsilini rus dilində alsa da, bir neçə dil bilsə də, o, həmişə
Azərbaycan dilinin qədim və zəngin bir dil olduğunu, müstəqilliyini qeyd edirdi, onun saflığını qorumağı,
müstəqil inkişaf etməsini məsləhət görürdü. Y.V.Çəmənzəminli «Dil məsələsi» adlı məqaləsində yazırdı:
«Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gündən-günə artır. Bizcə, bunu bilməli
ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? …Camaatımızın gələcəyi üçün bu da lazımlı və
həlli vacib işlərdən biridir…»
Yuxarıda göstərilən fikirlər sanki bu gün üçün deyilib. Belə ki, istər rayon mərkəzlərində, istərsə də
şəhərlərimizdə küçələr başdan-başa əcnəbi söz və adlarla bəzədilmişdir. Elə Bakı şəhərində bütün
mağazaların, köşklərin, ümumiyyətlə, satış obyektlərinin, ofislərin qarşısında heç bilmirsən nə yazılıb…
Həmin sözlər və adlar haradan və hansı dildən, hansı emblemin, etiketin adından götürülüb. Heç nə də başa
düşülmür, həmin sözlər hansı mənanı daşıyır bilinmir. Harada, hansı mağazada, hansı obyektdə nə satılır,
hansı ofisdə nə iş görülür, bilinmir. Risk edib içəri daxil olmağa adam ehtiyat edir. Qapılarda da üç dildə –
açıqdır, open, otkrıto və yaxud – bağlıdır, zakrıto…».
Öz-özlüyündə düşünürsən ki, görəsən, xaricdə də Azərbaycan dilində «açıqdır», yaxud «bağlıdır»
sözləri yazılmış bildirişlər varmı?!!
İndi keçək mağazaların və digər obyekt və müəssisələrin lövhələrinin üzərində yazılmış «deyilişi
gözəl» sözlərə. Bunlardır həmin sözlər: İntellekt, Seraton, Risso, Pris, Catel Fonex, Passa, Zife, Drevzo,
Veste, Soliton, Sunny, Push, Play, Kali, Atom, Kodak, Disper, Jenifer, Priser, Turbo Not, Magic Lanquages,
Miss Amor, Evromen, Lombardo, Miss Tuffy, Elffelto, Kameliya, Pracla, Pirant, Bin Soft, Pakpen, Merzulka,
Aristokrat, Kapriz, Beletto, Bilfa, Arrivo, Bermuda və s.
Bu adlar hələ bir küçədə rast gəldiyimiz səhv, yaxud düzgün yazılmış sözlərdir. Bu sözlərin
mənalarını, haradan götürdüklərini həmin yerdə işləyənlərin heç özləri də bilmir.
Sınaq üçün üzərində «Disper» yazılmış bir mağazaya daxil oldum və orada işləyən şəxsdən həmin
sözün nə olduğunu soruşdum. O isə çiyinlərini çəkib bilmədiyini etiraf etdi. Onun sözü bu oldu: «Mən iki
aylıq burada işləyirəm».
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
81
Budurmu bizim bədbəxtliyimiz?! Hələ orada satılan qablaşdırılmış malların adını demirəm. Üz
qabığının üstündəki şəklə baxmamış içərisində nə olduğunu bilmirsən. Bəs şəkildəkini tanımayan nə etsin?!
Görməyib axı! Qablaşdırılmış malların üstündəki yazılan hansı dildədir, o da bilinmir, xırda hərflərlə
yazıldığından oxumaq da mümkün deyil. Bu yerdə C.Məmmədquluzadənin felyetonları və Ü.Hacıbəylinin
«Oradan-buradan»ları yada düşür.
Özəl televiziya kanallarının da əks-təsirini inkar etmək olmaz. Çünki həmin malların əksəriyyətinin
reklamları göstərilir. Onların da tələm-tələsik nə dediklərini izləmək olmur. Hətta ANS kanalı qrammatik
qanun və qaydalara əməl etmir. Bütün xüsusi adlar kiçik hərflərlə yazılaraq ekranda göstərilir.
Bütün bunlarla nə savad alarıq, nə də dilimizin saflığını qoruya bilərik.
Sonra keçək mənası bir az (azacıq) məlum olan sözlərə: kredit, foto, atom, parfumeriya, kseroks,
kserekopiya, Parabank, Standardbank, Azercell, Bakcell; adlardan: Anita, İzabella, Susann və s.
Həmçinin: market, supermarket, mini market, moyka, lepka və s.
Bu sözlərin mənalarını, heç olmazsa, bir az başa düşmək mümkündür. Bəs yuxarıda adı çəkilən sözləri
necə ayırd edək?!.
Belə getsə, dilimizdə işlənən milli söz və terminlərimizi itirməli olacağıq və bizdən sonra gələnlər
bizləri qınayacaqlar. Buna yol vermək olmaz!
Ümummilli liderimiz Heydər Əliyevin də həmişə Azərbaycan dilinin qorunub saxlanmasında böyük
fəaliyyəti olmuşdur. O yazırdı: «Azərbaycan dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün
Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada
yaşayan bütün azərbaycanlıların dili olsun».
Ulu öndər Heydər Əliyevin bu sözləri bütün azərbaycanlılar üçün bir örnək olmalıdır. Həmin sözləri
həmişə xatırlamalı və dilimizin qayğısına qalmalı, saflığını, təmizliyini, əbədiliyini qorumalıyıq.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyev də Heydər Əliyevin siyasətini uğurla davam etdirir,
dilimizin ictimai-siyasi həyatımızda daha geniş tətbiqini həyata keçirir.
Dostları ilə paylaş: |