AZƏRBAYCAN TERMĠNOLOGĠYASININ ZƏNGĠNLƏġMƏSĠNDƏ RUS DĠLĠNĠN ROLU
Nadirov Ö.V., Məhərrəmova Ş.M.
Azərbaycan Texniki Universiteti
Dilin inkişafı əsasən daxili, eləcə də xarici amillərə (impulslara) əsaslanır, sistemli dəyişmə isə yalnız
daxili qanunauyğunluqlara bağlı olur. Xarici impulsların mənbəyi sosial-siyasi amillərdir. Bu amillər dildə
daha çox leksik- terminoloji vahidlərlə müşayiət olunur. Xarici sosial amillərin dil kontaktlarının üç növü
vardır: substrat, superstrat və adstrat.
Substrat - dillərin çarpazlaşması nəticəsində məğlub dil ünsürlərinin qalib dildə qalmasıdır. Superstrat-
yerli sakinlərin dilində müəyyən müddət ərzində əriyən gəlmə xalqın dil ünsürləri kimi başa düşülür. Adstrat
–müxtəlif dillərdə danışan xalqaların uzun müddət eyni ərazidə və ya qonşuluqda yaşaması nəticəsində
meydana gələn ikidillilikdir.
Deməli, dillərin qarşılıqlı təsirində iki müxtəlif prosesi fərqləndirmək lazımdır: dillərin qarışması və
söz alınması. Yuxarıda qeyd etdiklərim nəzərə alsaq deyə bilərik ki, Azərbaycan terminologiyasının
zənginləşməsində rus dili əsas mənbələrdən biridir. Rus mənşəli terminlərin dilimizə daxil olmasını
bilinqvizimlə də əlaqələndirmək olar.
Bilinqvizminin əsas əlaməti, milli zəmində hər iki dildən sərbəst istifadə etməkdir. Azərbaycan
dilində işlənən rus mənşəli terminlər vasitəsizdir. Bu vasitəsiz alınmalar struktur-semantik cəhətdən daha çox
belə əsaslandırılır ki, dilimizə gətiriməsində onların hərfi tərcüməsi prinsipi əsas götürülür. Ancaq bu prinsip
mütləq deyildir. Bəzi tədqiqatçıların fikrincə, alınmalar söz yaradıcılığını məhdudlaşdırır. Deməli, termin
yaradıcılığı alınma terminlər hesabına zəifləyir. Nəzərə alınmalıdır ki, alınmaların təsiri barədə deyilənlər
leksikanın yalnız müəyyən sahələrinə aiddir və termin yaradıcılığı söz yaradıcılığından çox passivdir. Ədəbi
dilimizdə sistemləşmiş və başqa terminoloji sahənin vahidləri ilə əlaqəli olan xeyli miqdarda rusmənşəli
terminlər göstərmək olar. Bu terminlərin əksəriyyəti (samovar, mebel, park, ruçka, şosse, kombayn,
velosiped, lift, qruppa və s.) müəyyən sahə terminologiyasına aid yox, ümumi xalq danışıq sözlərinə aid
edilir.
Müasir Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində əsas amil rus dilinin qarışığından və ya
rus dili vasitəsi ilə başqa dillərdən keçməsidir. Beynəlmiləl terminologiya azərbaycanlıların müxtəlif ictimai-
siyasi və mədəni həyatına daxil olmuşdur. Məsələn: trest, sovxoz, botanika, sovet, kommunizm, sosializm və
başqaları.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
93
Azərbaycan ədəbi dilinin lüğət tərkibinin rus və beynəlmiləl sözlərlə tamamlanması aşağıdakı üsulla
həyata keçirilir:
a)
heç bir dəyişikliyi olmayan alınma sözlər: kolxoz, sovxoz, sovet, kommunist, bufet, parta, kredit,
jurnal, qəzet;
b)
azərbaycan dilinin sözdüzəldici vasitələrindən istifadə etməklə yeni sözlərin əmələ gəlməsi: tankçı (
танкист), bufetçı (буфетчик), maşınçı (машинист), futbolçu (футболист);
c)
hər iki komponenti rus dilindən əmələ gələn söz birləşmələri: rayon komitəsi (районный комитет),
elektrik lampası (электрическая лампа) ;
d)
komponentlərdən biri azərbaycan dilində olan sözlər; iş planı(план работы), tikiş maşını( şveynaya
maşina). Bütün bu söz birləşmələri azərbaycan dilinin qrammatikasının qaydalarına görə tərtib edilir.
Rus dilindən terminoloji alınmaların səviyyəsi Azərbaycan dilinin leksik –semantik sisteminin
inkişafından, bu və ya digər anlayışı, məfhumu ehtiva edən sözün olub –olmamasından asılıdır. Rus mənşəli
alınmalar dilimizin terminoloji tələbatından doğur. Məsələn: obyekt, parta, kompüter, spirt, televizor, mebel,
qəzet, traktor, karandaş və ilaxır. Bu tələbat özünü dörd halda göstərir.
1) termini öz dilimizdəki eyni məna yüklü sözlə əvəz etmək mümkün olmadıqda, yalnız təsviri yolla
izah verdikdə (avtobus, radio);
2) termin dilimizin sinonim cərgəsinə daxil olduqda, kontekstual-üslubi məqamlarda mənası dəyişə
bildikdə: eyvan(persidskiy) – balkon (russkiy) - balkon(azərbaycanca), букет(rus)-dəstə(azərb.)-
buket(persidskiy).
3) terminin bütün mənaları dilimizdəki sözlərlə verilə bilmədikdə. Məsələn: traktor, samovar, spirt və
başqaları.
4) terminlər yalnız bir mənasına görə alındıqda. Məsələn: конторка termini azərbaycan
terminologiyasına daxil olmasaydı, kontorka əvəzinə, ―əsasən, ayaq üstə dayanıb işləmək üçün səthi, maili,
hündür yazı stolu‖ demək lazım gələrdi
Bütün yuxarıda qeyd etdiklərimə baxmayaraq, qədim Azərbaycan dili öz əsas leksiki fondunu qoruyub
saxlamaqla yanaşı, həm də inkişaf edir.
AZƏRBAYCAN DĠLĠNĠN ÇAĞDAġ DÖVRDƏKĠ ĠNKĠġAFINA DAĠR
Namazova S.A.
Gəncə Dövlət Universiteti
Dilin imkanları yalnız onun strukturunda, quruluşunda, leksik baxımdan zənginliyində təzahürünü
tapmır. Bu daha çox dilin malik olduğu məna yükündən asılıdır. O baxımdan xalqın milli varlığının ən
mühüm göstəricilərindən biri kimi millətin tarixi taleyində dilin daşıdığı funksiyanın önəmi xüsusilə qeyd
olunmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq
olunmuş ―Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair‖ Dövlət Proqramının əsas vəzifələri sırasında Azərbaycan dilinin öyrənilməsi və
təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı Azərbaycan dilinin dövlət
dili kimi ümumi informasiya bazasının yaradılması, ana dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı,
frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması yer almışdır.
Bununla yanaşı, Azərbaycan dilində internet resursların, elektron və interaktiv dərsliklərin yaradılması
istiqamətində fəaliyyətin getdikcə gücləndirilməsi və internet portalın yaradılması məsələləri də sənəddə öz
əksini hərtərəfli şəkildə tapmışdır. Layihənin əsas məqsədi həmin istiqamətləri bilavasitə diqqətdə
saxlamaqla ―Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması‖ndan ibarətdir.
İnformasiya bazasının isə vahid internet portalında cəmləşməsi nəzərdə tutulur.
Məlumdur ki, insanların cəmiyyətdə sahib olduqları imkanlarının genişlənməsinə şərait yaradan
amillərdən ən vacibi dilin yaxşı mənimsənilməsidir. Dil insan həyatında fərqli statuslarda iştirak etməsi ilə də
şərtlənir. Mövcud mühit, içərisində yaşadığımız həyat məhz dilin sayəsində daha da canlanır, aktuallığını,
bütövlüyünü artırır.
Bu baxımdan Azərbaycan dilinin çağdaş dövrdəki inkişafı dilə dair üslubların formalaşması
istiqamətində işlərin miqyasının genişlənməsi ilə müşayiət olunur. Dilin subyekti kimi millətin tərəqqisinə
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
94
rəvac verən əlamətlər də məhz buradan qaynaqlanır. Hər bir kəs öz fəaliyyətinin ən müxtəlif sahələrində dil
üslubuna yiyələnməklə, ondan istifadəni reallaşdırmış olur.
Dilin inkişafı yalnız yazıçı, publisist, dilçilk sahəsində çeşidli tədqiqatlar aparan alimlərdən asılı deyil.
O istiqamətdə işlər bütün qurumlarda fəaliyyətin prioritetinə çevrilməli, daha dəqiq desək, Azərbaycan
dilinin inkişafına əsl vətəndaş mövqeyindən yanaşılmalıdır. Bu sahədə, ilk növbədə, kütləvi-informasiya
vasitələrində çalışan şəxslərin üzərinə böyük məsuliyyət düşür. Çünki insanlar daha çox informasiyanı
onlardan alır və bəzən burada olan yanlışlıqları da olduğu kimi qəbul edirlər.
Milli dili zənginləşdirən mənbələrdən biri də bədii dildir. Bədii dilin imkanları hesabına dil öz məna
çalarını daha da artırmış olur. Bu mənada, heç şübhəsiz, dilin gözəlliyi həm də onun səslənmə xüsusiyyətləri
və bədii ifadə imkanları ilə müəyyən olunur.
Hər hansı bir xalqın müstəqilliyini qorumaqla tərəqqiyə qovuşmasında dilinin ―dövlət dili‖ kimi
qəbulu ilə yanaşı, bu istiqamətdə yaradılan şərait, dövlət səviyyəsində görülən genişmiqyaslı işlər də önəmli
rola malikdir. Belə ki, dilin inkişaf səviyyəsi aşağı olduqda millət bu və ya digər fəaliyyət sahələrində uğura
nail ola bilmir, onun gələcəyi yönündə müxtəlif maneələr yaranır. Tarixdən bəllidir ki, bir sıra ölkələr öz
fəaliyyət sahələrində inkişafı təmin etmək üçün buna əlverişli zəmin olan vahid dildən istifadəyə üstünlük
vermişlər. Bəzi ölkələrdə müəyyən tarixi dövrlərdə onların ərazisində dövlət dili bir, elmi dil başqası,
poeziya, dili isə digər dil sayılmışdır. Hətta orta əsrlərdə bir sıra ölkələrdə fars dili daha çox poeziya dili
kimi, ərəb dili elmin dili kimi qəbul edilmişdir. Çağdaş dönəmdə isə həmin funksiyanı ingilis dili öz üzərinə
götürmüşdür.
Əlamətdar haldır ki, Azərbaycan dili çətin sınaqlardan şərəflə çıxaraq bir çox yönlərdə dil üslublarını
ehtiva edə bilmişdir. Ədəbi dilimizin malik olduğu daxili potensial, zəngin söz ehtiyatı, həmçinin tarixin
ayrı-ayrı dövrlərindən üzü bəri yol alan dövlətçilik ənənələrimiz bu gün bütün fəaliyyət sahələrində uğurların
əldə olunmasına zəmin yaratmış, milli dilin tərəqqisinə geniş imkanlar açmışdır. Xalqın iqtisadi, siyasi,
hüquqi, mədəni-mənəvi problemlərinin dövlətçilik mövqeyindən həllində müstəqil Azərbaycan dövlətinin
elan etdiyi dilin inkişafına yönəlmiş fəaliyyət proqramlarının rolu xüsusi qeyd edilməlidir.
Müstəqilliyin əldə olunması Azərbaycan dilinin dövlət dili kimi, diplomatik dil kimi işlələnmə
imkanlarının genişlənməsinə rəvac verməklə yanaşı, rəsmi üslubun inkişafına real zəmin yaratdı. Dövlət
dilini inkişaf etdirmək üçün yüksək dövlətçilik təfəkkürünə malik olmağın, eyni zamanda bu fikrin
formalaşmasında əhəmiyyət daşıyan bir sıra məsələləri daha çox düşüncə müstəvisində saxlamağın zəruriliyi
zaman-zaman əməli fəaliyyətdə sübuta yetirildi.
Dil xalqa məxsusdur və dilin subyekti, əsas hərəkətverici qüvvəsi ayrı-ayrı fəaliyyət sahələrində
çalışan şəxslər, bütövlükdə xalqdır. Dilin tərəqqisi naminə həlli vacib məsələlərin icrasına nail olmaq üçün
də bütün strukturlarda, qurumlarda çalışan vətəndaşlar üzərinə düşən missiyanı fəal vətəndaş mövqeyindən
çıxış etməklə yerinə yetirməlidirlər.
DĠLĠN SƏS TƏQLĠDĠ SÖZLƏRĠNDƏN ĠSTĠFADƏ UġAQ ƏDƏBĠYYATINDA ĠDRAKI
QÜVVƏTLƏNDĠRƏN AMĠL KĠMĠ
Nəsirova F.Y.
AMEA, Şərqşünaslıq İnstitutu
1.1. Səs təqlidi sözlər (Ġdeofonlar)
Dil vasitəsilə ətraf mühitdəki səslərin imitasiyası zamanı (təqlidi zamanı) yaranan səslərə ideofon (səs
təqlidi, onomatopeya) deyilir. Məsələn, Azərbaycan dilində, heyvan səslərini ifadə edən geniş söz qrupu
mövcuddur: qa-qa, fıs-fıs, xur-xur və s. Bunu eləcə də digər dillər üçün söyləmək olar. (Məs: fars dilində: ―
‖ ―
‖ ―
‖, ―
‖ rus dilində: ―мяю - мяю -,, гав-гав, ква-ква, чик-чирик‖, ingilis dilində: ―cheep
cheep , tweet tweet‖ və s.) Digər sözlər isə insan tərəfindən ifadə olunan qeyri-nitq səslərini bildirir. Bunlar
dilxarici hadisələr ilə linqivistik hadisələr arasında orta mövqe tuturlar. İnsanın müəyyən hərəkətləri zamanı
çıxardığı səslər fonematik səciyyə daşımır, bunlar hələ üzvlənməmiş olan sinkretik səslərdir. Bu cür
işarələrin formalarının, səslərin fonematik əsasları olmadığından, onlar əsaslandırılmamış işarələr də
adlandırılır. Məsələn: hort -hort, hıq-hıq, çırt (rus dilində: «кхе-кхе, чмок, ха-ха-ха») Bu səs birləşmələri
söz deyildir. Lakin bu səslər fonemlər vasitəsilə təsvir ediləndə müvafiq sözlər əmələ gəlmiş olur: hort-hort
(ilə su içmək), hıq-hıq (la yerimək), çırt (atmaq) və s.
Dilçilk Ensiklopediyası lüğətinə əsasən, səs təqlidi (ideofon , onomatopeya) – müxtəlif proseslərlə
(titrəmə, gülüş, fit və s.) müşahidə olunan, həmçinin heyvan səslərinin, təbiət səslərinin şərti olaraq əks
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
95
olunmasıdır.Səs təqlidini təşkil edən dil vahidləri təbii səslərlə tam eyniyyət təşkil edə bilmədiyindən
―təqlid‖ - təbiət səslərinin şərti əks olunmasıdır.
1.2. UĢaq ədəbiyyatında ideofonlar mənimsəməni qüvvətləndirir
Uşaq ədəbiyyatının, demək olar ki, vaz keçilməz dilçilik ehtiyyat inventarı sayılan təqlidi sözlər
ədəbiyyat nümunələrin daha asan mənimsənilməsinə güclü təkan verir. Uşaq ədəbiyyatında təbiətdəki əşya,
varlıq və hadisələrin akustik ―təsvir‖indən geniniş istifadə olunur. Belə ki, müxtəlif araşdırmaçılar tərəfindən
aparılmış çoxsaylı tədqiqatlar göstərir ki, nağıl dinləyən uşaqların təfəkkür inkişafının səviyyəsi, həmin
nağılların, sadəcə, cizgi filmi nüsxələrini izləmiş həmyaşıdları ilə müqayisədə daha üstün vəziyyətdədir. Belə
ki, dinləyən uşaq dinləyərkən beyninə təsəvvür aktivliyini daha çox cəlb edir. Bundan fərqli olaraq, yalnız
cizgi filmləri izləməklə yetişən, formalaşan uşaqlar isə dərk etmənin hazır ―qəlibi‖ni passiv şəkildə
mənimsəyirlər. Bu mənada uşaq ədəbiyyatının fərdin psixikasının əsas strukturlarının formalaşmasında rolu
danılmazdır.
Yuxarıda dediyimiz kimi idieofonlar (yunanca idea ―fikir, ideya‖; fon ―səs‖ deməkdir; yəni,
səslənməsinə çox yaxın olan sözlər, başqa sözlə təqlidi sözlər) mahiyyət etibarı ilə öz denotatlarına (yəni,
işarə etdikləri əşya, varlıq və hadisələrə) sıx bağlı olduğundan, onların uşaq şeirlərində, nağıl və
tapmacalarda istifadəsi arzuolunandır. Uşaq təfəkkürü ideofonların köməyi ilə ətraf aləmi onun səsləri ilə
tanıyıb öyrənməklə yanaşı, yeni informasiya və ya mətn parçasını daha asanlıqla qavrayır.
Müşahidələr göstərir ki, uşağın ilkin lüğət ―ehtiyatın‖da müxtəlif səviyyəli ideofonlar vacibi, önəmli
yer tutur. Hətta belə dil faktlarında çıxış edən bir qrup alimlər universal (yəni milliyyətindən asılı olmadan,
hər bir azyaşlı tərəfindən başa düşülən) “uĢaq dili”nin olması iddiası ilə çıxış etmişlər. Həmin mülahizələrə
görə erkən yaş dönəmində bir-birini asanlıqla anlaya bilən körpələr zamanla, yəni böyüklərdən milli ana
dilini mənimsədikdən sonra bu universal ünsiyyət formasını yadırğayırlar. Qeyd etmək maraqlıdır ki, ―uşaq
dili‖nin səciyyəvi ünsürləri olan ideofonlar bir çox fərqli quruluş və genetikalı dil üçün ortaq semantik
tutuma malikdirlər
Fars dilindəki uşaq ədəbiyyatının ən ötəri təhlili belə onu deməyə əsas verir ki, burada səs təqlidi
elementlərdən tapmacalarda, yanıltmaclarda, atalar sözlərində və müxtəlif folklor materiallarında geniş
istfadə olunur /se dokanəst duşbeduş, əvvəli məhməl foruş, dovvomi ard foruş, sevvomi çub foruş./
(Yan-yana üç dükandır : birincisi məxmər satan; ikincisi un satan; üçüncüsü taxta satan )
Açması
―iydə‖ olan bu tapmacada /ş/, /d/ alliterassiv samitləri və /u/ saitilə birlikdə oxunaqlı və
dərk olunmağı asanlaşdıran anaforadan istifadə edilmişdir. Əslində bu tapmacada obrazlı sözlər və oxşatma
üsulundan istifadə olunmuşdur.
Uşaqların zehnini itiləmək, yaddaşlarını gücləndirmək, nitq qabiliyyətlərini artırmaq üçün dildə
yanıltmaclardan geniş miqyasda istifadə edilir. Məs:
(ərəstu pərəstu-va dəstur dad) – Ərəstu qaranquşa göstəriş verdi.
(emşəb, şəb şəmbe mikoşəm şeş şopoş o şopoş koşo)
(Bu şəmbə axşamı altı bit, altı da bit öldürəni öldürəcəyəm.)
Göründüyü kimi yuxarıdakı yanıltmaclarda həm ideofonik, həm də asonans və alliterasiya əsaslı səs
təqlidi vasitələrindən istifadə edilmişdir. Birinci yanıltmacda /d/, /s/, /r/ samitləri; ikinci misalda isə /ş/, /b/,
/m/ samitləri tezlikli işlənmiş və uşaq nitqinin səlisliyini formalaşdırmağa xidmət etmişdir. Bu iki zəngin
folklor nümunəsinin biri ədəbi dildə, ikincisi isə danışıq dilində verilmişdir.
Uşaqlar üçün yazılmış, və ekran variantını tapmış nağıllarda da səs təqlidi sözlərdən təqdim olunan
parçanı daha gözəl, sevilən və tez yaddaşa köçürülən etmək üçün əsas variant kimi istifadə olunur. Məs. :
(Novruz və iranlıların yeni ili) ;
(Həsəni demə, bir dəstə gül) ;
( Həcərin toyudur) ;
(Prins və qurbağa);
(Tıq-tıq
xanımın nağılı) və s. hekayələri və nağılları misal göstərmək olar.
nağılında ... üzü çirkli, saçları və dırnaqları uzun, paltarları çirkli olan,
hamama getməyi, təmizliyi sevməyən Həsəni ilə heç kəs oynamaq, dostluq etmək istəmir. O, yaşıdlarına ,
kəndxudanın ulağına, balaca cücəyə, göldə üzən qaza, müraciət etsə də, onların heç biri onunla oynamaq
istəmir. Hamısı onun çirkin, natəmiz olduğuna işarə edərək deyirlər:
(Saçların uzun, üzün qapqara, dırnaqların uzun, vay, vay. vay.... )
Nağıl personajlarının dilində təqlidi sözlər geniş şəkildə işlənmişdir. Həsəni yanına gələn balaca sarı
cücə ilə oynamaq istədikdə, toyuq etiraz səsini belə qaldırır: ―
― ―Qod-qod –
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
96
qoda,qod-qoda, bero be xune, to-ra bexoda !‖ (qod –qod –qoda, qod –qod –qoda, sən Allah, çıx get evinə!)
Bu və başqa nağıllar ideofonlar, səs uyarlığı, oxşarlığı ilə yaranmış sözlərlə zəngindir.
Beləliklə uşaq ədəbiyyatında ideofonlardan istifadə həmin əsərlərin təhkiyə gücünü artırmaqla,
azyaşlının bədii təxəyyülünün inkişafına xidmət edir. Eləcə də onun danışılan haqqındakı qavrama
imkanlarını zənginləşdirən əsas amil olur Onu da qeyd etmək lazımdır ki, səs simvolizmindən təkcə uşaqlar
üçün yazılan ədəbiyyatda deyil, müxtəlif yaş dövrləri üçün nəzərdə tutulan bədii əsərlərdə də istisnasız
olaraq geniş istifadə edilir.
TERMĠN VƏ DETERMĠNOLOJĠLƏġMƏ
Paşayeva G.B.
Sumqayıt Dövlət Universiteti
Terminlər elmi üslubun əsas informativ leksik vahidləri kimi bu üslubun formalaşmasında və
inkişafında mühüm rol oynayır. Termin öz təbiətinə görə ikili xarakterə malikdir: yəni bir tərəfdən ümumi
ədəbi dilə aid anlayışlar sisteminə, digər tərəfdən isə xüsusi kommunikasiya sahəsinə aidliyini qoruyub
saxlayır. Terminin semantik tutumu bilavasitə həmin terminə müvafiq olan anlayışın obyektiv məzmunu ilə
müəyyənləşir. Termin olmayan sözlərdə isə anlayışla bağlılıqdan əlavə, emosional və estetik keyfiyyətlər də
özünü göstərir.
Terminlərin semantikasinin variasiyaya uğraması təyinatı üzrə deyil, oxşar mənalar əsasında daha
yüngül şəkildə danışıq üslubuna yaxınlaşdırılmasında, əsasən, kütləvi informasiya vasitələrinin xüsusi rolu
var. Məsələn: ümumelmi və ümumtexnoloji terminlər məhz media vasitələrinin təbliği sayəsində ümumişlək
sözlər statusuna yaxınlaşaraq xüsusi şərh və ya izah verilmədən işlədilir.
Terminlərin semantik baxımdan dar çərçivəni yarıb daha geniş işləklik qazanması, əslində, uzun illərin
məhsuludur və aparılan müşahidələr belə bir qənaətə gəlməyə əsas verir ki, terminlərin bu proses boyu
keçdiyi mərhələləri bu şəkildə sıralamaq olar: 1) ilk əvvəl geniş oxucu və ya dinləyici kütləsi üçün naməlum
olan termin, adətən, geniş izahı ilə birgə təqdim edilir, 2) bu termin daha çox təqdim edilən məqalə və
materiallarda sinonimləri ilə bir arada işlədilir, 3) termin geniş auditoriya tərəfindən qəbul edildikdən sonra
müstəqil söz kimi işlədilərək termin statusunu itirir və daha geniş mənada işlədilməyə başlayır.
Terminin terminoloji sistem daxilində və onun hüdudlarından kənarda kəsb etdiyi mənaları müqayisə
etdikdə bir sıra diferensial əlamətlər meydana çıxır. Məsələn, 1) terminin izahı verildikdə onun ifadə etdiyi
məna daha aydın və anlaşıqlı tərzdə ifadə edilir, yəni terminin semantikası sadələşdirirlmiş şəkildə təqdim
edilir; 2) terminin şərhi ―məişət üslubunda‖ təqdim edilir, yəni terminin mənası təsviri-diferensial sxem
əsasında izah edilir.
Beləliklə, determinolojiləşmənin ilk mərhələsində olan termin praktiki olaraq öz terminoloji
səciyyəsini saxlamış olur, lakin bunula belə, terminin ilkin semantikası ilə determinoloji mərhələdəki
semantikası arasında müəyyən fərqlər artıq müşahidə edilir.
Terminlərin differensial semantikada işlədilməsi publisistik üslubun əsas xüsusiyyətlərindən biridir ki,
bu zaman haqqında bəhs etdiyimiz terminlərin determinləşməsi baş verir. Çünki publisistik mətn daxlində
ümumişlək sözlərlə mütəşəkkil əlaqə yaradan terminlər terminoloji sistemin dar çərçivəsindən çıxaraq yeni-
yeni üslubi çalarlar kəsb edə bilir.
Bu qəbil terminlərə aşağıdakıları misal gətirmək olar: arteriya, xroniki, epidemiya (tibbi ter.); qrup,
qrim (incəsənət ter.); oyun, komanda, rekord (idman ter.); mübarizə, qvardiya (hərbi ter.), atmosfer, təzyiq
(dəqiq və təbiət elmləri ter.); bina, körpü, bənd (tikinti və inşaat ter.); vəkil, miras, vərəsə (hüquq ter.);
kapital, monopoliya, balans (iqtisadi-ticarət ter.) və s.
Determinolojiləşmənin ən əsas üsulu metafordır. Hazırki dövrdə istənilən yazar və ya jurnalist
terminoloji metafordan istər-istəməz istifadə edir və qəzet materialları arasında bunun sübutu olaraq kifayət
qədər nümunələrə rast gəlinir.
Məsələn: bioloji termin olan katalizator terminoloji sistemdə kimyəvi reaksiyanı sürətləndirən,
tezləşdirən maddə kimi izah edilirsə, publisitikada bu termindən daha çox hadisələrin sürətli inkişafına səbəb
olan amilləri təsvir etmək üçün işlədilir.
Publisitikada bu qəbil hallar dildaxili və dilxarici (ekstralinqvistik) amillərlə əlaqələndirilə bilər.
Terminlərin semantikasınin metaforik köçürülməsi zamanın tələbinə uyğun olaraq aktual olan
mövzulara uyğun terminlərdə daha geniş şəkildə müşahidə edilir. İctimai həyatın hər hansı bir sosial
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
97
sahəsində avtoritetliyi ilə seçilən və metaforlaşan leksik vahid yeni məna kəsb etməyə başlayır. Məsələn:
klon, klonlaşdırmaq və s.
Eyni zamanda terminlərin determinolojiləşməsi onların geniş yayılması ilə də izah edilə bilər.
Məsələn: termin nə qədər yüksək işləkliyə malikdirsə, onun semantik variativliyə uğrama şansı da bir o
qədər yüksəkdir.
Deməli, sosial avtoritetlik status, yüksək işləklik dərəcəsinə malik olma, determinolojiləşmə
prosesində ekstralinqvistik amillər kimi çıxış edir.
Dildaxili amil kimi isə metaforanın özü qeyd edilə bilər. Belə ki, köçürülən mənalar sözün ifadə etdiyi
əsas məna ilə birbaşa əlaqəli olmadıqda metaforadan danışmaq qeyri-mümkündür. Deməli, semantikası
variasiyaya uğrayan terminin ifadə etdiyi məna onun sonradan qazandığı metaforik məna ilə əlaqəlidir.
Metaforik məna ilkin mənanın fonunda formalaşdırılır. Məsələn, xəstənin təzyiqi (term. məna) və
ictimaiyyətin təzyiqi (metaforik məna).
Dostları ilə paylaş: |