7. Ahəng qanunu və yerdəyiĢmə
Addakı saitlərdə yanlış olaraq ahəng qanununun pozulması: Babaş-Bəbaş, Zaman-Zəman, Kaman-
Kəman, Kamandar-Kəmandar, Salam-Səlam, Tamaşa-Təmaşa və s.; Addakı saitlərin yanlış olaraq ahəng
qanununa tabe etdirilməsi: Qəbul-Qabul-Qabıl, Kəhrəba-Kahraba, Səfa-Safa, Xatirə-Xatira, Səbinə-Sabina,
Xətayə-Xataya, Xəyalət-Xataya və s.; Sait və samitlərin yerdəyişməsi: Abbas-Ababs, Azər-Aəzər, Murad-
Muard, Ləman-Ləamn, Jalə-Jəla, Afaq-Afəq və s.
8. Ad və soyadların qeydiyyatı zamanı yol verilən digər pozuntular
k samitinin rus dilindəki k səsi kimi qeyd edilməsi: Kərim-Karim, Vəkil-Vakil, İsgəndər-İskandar,
Babək-Babek, Çiçək-Çiçyak və s.; adın ı hərfi ilə başlanması: İlkin-Ilkin, Rza-Irza və s.; adın rus dilinin
transliterasiya qaydalarına uyğun qeydiyyatı: Gülnarə-Gyunnara, Günel-Gyünel, Günay-Gyünay və s.;
Mürəkkəb sözlər əsasında düzələn adların komponentlərinin ayrı-ayrı yazılması: Elmuraz-El Muraz, Ağəli-
Ağa Əli, Əlağa-Əli Ağa, Ələkbər-Əli Əkbər, Ələsgər-Əli Əsgər, Əliyar-Əli Yar, Gülnaz-Gül Naz, Zərlalə-
Zər-Lalə, Gülbahar-Gül Bahar, Dürsədəf-Dür Sədəf, Nargül-Nar Gül və s.; Tərkibində rütbə, titul, ləqəb
bildirməyən mir, mirzə, hacı, seyid, şah, soltan, ağa, bəy, xan, bəyim, xanım sözlərindən biri olan adın
komponentlərinin bitişik deyil, ayrı yazılması: Mirəli-Mir Əli, Mirbəşir-Mir Bəşir, Bədirxan-Bədir Xan,
Hacıbəy-Hacı Bəy, Şahəli-Şah Əli, Qönçəbəyim-Qönçə-Bəyim, Qızxanım-Qız Xanım və s.; Bir adın ən
müxtəlif variantlarda qeydiyyata alınması: Brilyant-Brilliyant-Brilliant-Briliat-Prilyant-Priliyat-Pirliyant,
Ofeliya-Ofelya-Ofela-Ofelə-Ofilya-Ofiylə-Afelya-Afeliya, Növrəstə-Norəstə-Nurasta-Norastə, Nabat-Nobad-
Nobat-Nabad, Nəcməddin-Nəjməddin-Nəjvəddin, Məhəmməd-Məhmməd-Muhamed-Məhəmmət-Məhəmmə-
Məhəmmd-Məhəməd-Maxammad-Məhəhməd,Güləbətin-Güləbatum-Güləbatin-Güləbatın-Güləbatan,
Gülçöhrə-Gülçörə-Gülçövrə, Həqiqət-Həqiyqət-Həqqət, Hənifə-Həniyfə-Hənfə və s.; Şəxs adları familiya
düzəldən şəkilçi qəbul edərkən sabitliyin pozulması: Abbasov-Abasov, Vəliyev-Vəlyev, Quluyev-Quliyev,
Nuruyev-Nuriyev, Mutuyev-Murtiyev, Ovçuyev-Ovçiyev, Xuduyev-Xudiyev, Uğurluyev-Uğurliyev, Hüsüyev-
Hüsiyev, Şümüyev-Şümiyev, Boluyev-Boliyev, Quçuyev-Quçiyev, Donluyev-Donliyev, Yurdluyev-Yurdliyev,
Zülfüyev-Zülfiyev,Yolçuyev-Yolçiyev, Moşuyev-Moşiyev, Gülüyev-Güliyev, Moluyev-Moliyev, Topçuyev-
Topçiyev və s.; Adın komponentləri arasında – (tire) işarəsindən istifadə: Rasizadə - Rasi-zadə, Ağazadə-
Ağa-zadə, Abbasağa-Abbas-ağa, Mirşahin-Mir-Şahin
İnformasiyalı cəmiyyətdə xüsusi adların təhrifi, qeydiyyat sənədlərində və elektron bazalarda bir ad və
soyadın müxtəlif variantlarının əks olunması çox ciddi problemlər yaradır. Bu, şəxsin eyniləşdirilməsini
çətinləşdirir, axtarış zamanı operativliyə mane olur, informasiyalara çıxışı məhdudlaşdırır və s. Ona görə də
Azərbaycan ad və soyadlarındakı xarakterik təhrif tiplərinin elmi əsaslara söykənərək aradan qaldırılması
çox zəruridir.
AZƏRBAYCAN DĠLĠ QLOBALLAġMA ġƏRAĠTĠNDƏ
Cəfərova N.B.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan dili milli-mənəvi sərvətimizdir, xalqın varlığının təsdiqidir. Bizim ana dili kimi
eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinədir. O, özünəxas bir şəkildə xalqın tarixini, mənəvi sərvətini,
dövlətçilik yolunu, coğrafi mənzərəsini hifz edib saxlayır. Millətin milliliyini saxlayan məhz onun dilidir.
Ona görə də hər bir azərbaycanlı milli dəyərimiz olan Azərbaycan dilini göz bəbəyi kimi qorumalı, daim
qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasəti Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin ―Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğyn istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair‖
Dövlət Proqramı haqqında sərəncamı (23 may 2012-ci il) dövlətciliyimizin başlıca rəmzlərindən olan
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçılik elmi
sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədini daşıyır.
Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənn Kurikulumu sənədində
qeyd edilir ki, Azərbaycan dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla,
şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna görə də: nitq və dil
bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafına nail olmaq; Azərbaycan dilinin düşünmə, öyrənmə və
danışma vasitəsi olmasını dərk etmək; davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
32
bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir. Hər bir şəxs müxtəlif formalı və məzmunlu mətnləri səlis,
şüurlu oxumağa, yazılı və şifahi şəkildə səmərəli və yaradıcı ünsiyyət qurmağa qadir olmalıdır.
Bu baxımdan Azərbaycan dilinin bir fənn kimi təlim əhəmiyyəti böyükdür ―Azərbaycan dili'‖ fənni
şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə, ən zəruri qrammatik qaydaların, ədəbi tələffüz
normalarının öyrənilib tətbiq olunmasına, nitq bacarıqlarının, nitq mədəniyyətinin formalaşdırılmasına daha
geniş imkanlar yaradır. Gözəl nitq mədəniyyətinə malik olmaq ücün isə ədəbi dilin normalarına bələd olmaq
lazımdır. Azərbaycan dili fonetik, orfoepik, orfoqrafik, leksik, qrammatik, semantik və s. ədəbi dil normaları
çox yüksək səviyyədə inkişaf etmiş normativ dildir. Rəsmi dövlət dili, əsas təlim fənni olan Azərbaycan
dilinin milli iftixar və qürur mənbəyi kimi daim inkişaf etdirilməsi, bu dilə məhəbbət hissi tərbiyə olunması
məhz bu işin təhsildə aparılması səviyyəsi ilə sıx bağlıdır.
Deməli, təhsil sahəsində Azərbaycan dilinin tədrisi qarşısında çox mühüm və zəruri vəzifələr
qoyulur. Bu vəzifələrin yerinə yetirilməsi müəllimlərin bu işə çox məsuliyyətlə yanaşmasını tələb edir. Ədəbi
dil normalarının gözlənilməsində müəllimlər örnək rolunu oynayırlar. Ancaq çox təəssüf ki, bu sahədə
vəziyyət o qədər də yaxşı deyil. Kurikulum islahatının dönmədən həyata keçirildiyi bir vaxtda bu kursa daxil
olan söz və ifadələri düzgün anlamayan və düzgün tələffüz etməyi bacarmayan müəllimlərimizə hələ də
təsadüf olunur. Belə ki, bəzi müəllimlərin kurikulum sənədinin məğzini təşkil edən məzmun standartı,
qiymətləndirmə standartı, deklorativ, prosedural, kontekstual biliklər, idrakı, ünsiyyət, psixomotor
fəaliyyətlər, diaqnostik, formativ, summativ qiymətləndirməyə dair üsul və alətlər, təlimin üsul və
texnikalarının adları və tətbiqi qaydaları, ümumi təlim nəticələri, təlim nəticələri(təlim məqsədləri) və s.
məzmununa dair dolğun məlumatlarının olmaması və hətta bəzən onları düzgün tələffüz edə bilməməsi
reallıqdır.
Qeyd etmək lazımdır ki, şagirdlərin, tələbələrin ədəbi dil normalarına əsaslanan düzgün nitq
mədəniyyətinə yiyələnməsi sahəsində ən ağır yük müəllimlərin üzərinə düşür. Müəllim həmişə zirvədə
durmalı, öz biliyi, nitqi, davranışı ilə fərqlənməli, ədəbi dil normalarının qoruyucusu olmalıdır. Təhsilverən
və təhsilalanların nitq mədəniyyəti, fikirlərini aydın, cəlbedici və lakonik şıkildə çatdırmaq qabiliyyəti
diqqəti cəlb etməli, onların danışığı, ədəbi dil normalarına əməl etmələri ətrafdakı insanlarda rəğbət hissi
oyatmalıdır.
VURĞUNUN FONOSEMANTĠK ƏHƏMĠYYƏTĠ
Eminli B.İ.
Sumqayit Dövlət Universiteti
Hər bir dilin fonetik sistemində vurğu mühüm yer tutur. Sait və samit fonemlər kimi, vurğu da sözləri
fərqləndirməyə xidmət edir. Məsələn, a'lma -alma', dondurma' - dondu'rma, gə'lin-gəlin' və s. Vurğu ədəbi
tələffüz üçün əsasdır. Heca vurğusu sahəsində olan əsas səhvlər, demək olar ki, yalnız alınma sözlərin
deyilişində özünü göstərir. Bu səhvlərin meydana çıxmasının müxtəlif səbəbləri ola bilər. Fikrimizcə, bu, hər
şeydən əvvəl, psixoloji səbəbdən irəli gəlir. Bəllidir ki, Azərbaycan dilində vurğu, bir qayda olaraq, sözün və
ya söz formasının son hecasına düşür. Bununla bağlı olaraq, başqa dillərdən, xüsusilə, Avropa dillərindən
alınma sözləri, sanki öz sözlərimiz kimi vurğulayıb tələffüz edirik. Məsələn: relye'f - re'lyef, ya'rmarka -
yarma'rka, ka'fedra - kafe'dra, allergiya' - alle'rgiya, İngi'ltərə - İngiltə'rə.
Dünya dilləri içərisində alınmalarsız, yalnız öz sözlərindən ibarət olan bir dil təsəvvürə gətirmək qeyri-
mümkündür. P.L. Çernıx doğru olaraq göstərir ki, ―Çox çətin təsəvvür etmək olar ki, bir dil, hətta özünün ən
qədim vəziyyətində belə, başqa bir dilin heç bir təsirinə məruz qalmamış olsun‖. L.P.Krısin belə bir fikir irəli
sürmüşdür ki, sözlərin bir dildən başqa dilə keçməsi üçün əsas şərait ikidillilikdir. İkidillilik şəraitində əcnəbi
söz əvvəlcə danışıq dilində işlənməyə başlayır, sonra ümumxalq dilinin bütün sahələrinə keçir.
Beləliklə, əcnəbi sözlər, hər şeydən əvvəl, danışıq dilində işlənir və dildə yaşamaq hüququ qazanır,
deməli, dilin lüğət tərkibinə daxil olur. İlk dəfə nitqdə işlənən bu sözlər dilimizin fonetik –qrammatik qayda-
qanunlarına tabe edilir, yəni alınan sözü dil mənimsəyir. Ona görə də alınma sözlərin düzgün tələffüz
qaydalarının – orfoepik norma və prinsiplərin yaradılması bütünlükdə dilin özü, habelə yazı üçün mühüm
əhəmiyyət kəsb edir. Sözün tələffüzünə şüurlu münasibət düzgün yazıya yiyələnməyin zəruri şərtlərindəndir.
Bəzi alınma leksik vahidlər mənbə dildəki vurğularını saxlayır : dire‘ktor, do‘ktor, no‘rma, o‘pera, fe‘rma,
tempera‘ment və s. Müəyyən qrup sözlər də var ki, Azərbaycan dilinin fonetik təbiətinə tam uyğunlaşdığı
üçün alındığı dildəki vurğularının yerini dəyişir, vurğu son heca üzərinə keçir: bomba‘, vanna‘, tabo‘r,
yubka‘, kofta‘, pipetka‘, plyonka‘, sosiska‘, bundesta‘q, budka‘ və s. Dilimizdə həmçinin müəyyən fonetik
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
33
şəraitə görə morfoloji məqam, eləcə də məna təsiri ilə vurğusu son hecada deyilən əsl Azərbaycan sözləri də
vardır. Məsələn ; a‘ncaq, ba‘yaq, dü‘nən, ya‘lnız, ye‘nə və s.
Sözlərin vurğularının düzgün deyilməməsi bəzən sözlərin mənasının yaxşı dərk olunmamasından irəli
gəlir. Məsələn: rus dilində -oviç şəkilçisi yerinə görə həm ata adını, həm də soyadı bildirir. Birinci halda
şəkilçi tamam vurğusuz deyilir, ikinci halda isə vurğu şəkilçinin birinci hecası üzərinə düşür: Serafi'moviç -
Serafimo'viç, Ada'moviç - Adamo'viç və s.
Bəzən həyəcanlı vurğu ilə deyilən sözlərdə heca vurğusu, adətən,
öz həqiqi yerini dəyişir. Məsələn: Va'qif! Ey sərvərim, ey xiridarım - ifadəsində həmin sözdə vurğu
sonuncudan birinci hecaya düşür. Vurğu intonasiya ilə müşayiət edilən sözün, söz birləşməsinin və cümlənin
informativliyinə təsir göstərən ekstralinqvistik göstəricilərdən biridir. Dil vahidlərinin kommunikasiyasında
vurğu ilə məna bir –birini tamamlayan amillər kimi qrammatik quruluşa da təsir göstərir.
İstər fonetik tərkibi eyni olan bəzi oxşar vahidləri mənaca bir-birindən fərqləndirmək və ya cümlənin
hər hansı bir üzvünü məntiqi cəhətdən nəzərə çarpdırmaq, istərsə də müəyyən emosional incəlikləri vermək
üçün vurğunun müxtəlif növlərindən istifadə olunur.
QLOBALLAġMA ġƏRAĠTĠNDƏ ƏDƏBĠ DĠL VƏ DĠL NORMALARI
Əbdülhəsənli T.Ə.
Azərbaycan Dövlət İqtisad Universiteti
Məqalədə qloballaşma dövründə Azərbaycan ədəbi dili və onun normativ strukturundan bəhs olunur.
Məlumdur ki, qloballaşma şəraitində dövlət dilinin inkişaf etdirilməsi, onun məzmununun
zənginləşdirilməsi, tətbiqi problemlərinin aradan qaldırlması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu
mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin ―Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında‖ 23 may 2012-ci
il tarixli sərəncamı Azərbaycan ədəbi dilinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, onun
tətbiqinin çağdaş dönəmin bütün sahələrini əhatə etməsi ilə bağlı problemlərin aradan qaldırılması kimi
qarşıya ciddi tələblər qoydu. Dövlət Proqramının vəzifələri ilə bağlı 3.1.8. bənddə belə qeyd olunur: ―Dilin
inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi‖
Deməli, milli ədəbi dilin və onun normalarının qorunmasına nəzarət artıq dövlət səviyyəsində təşkil edilir ki,
bu məsələ ətrafında məqalədə ətraflı müazkirə aparılır, mövcud vəziyyətlər və problemlərin mənzərəsi
yaradılır.
Müəllif düzgün qeyd edir ki, qloballaşma dövründə milli ədəbi dilimizin inkişaf tepmini qorumalı,
immunitetini möhkəmləndirməli, onu zamanın tələbləri çərçivəsində inkişaf etdirməli, qarşıdakı yeniliklərə
hazır olmaq üçün prosesə nəzarət sistemli və davamlı şəkildə həyata keçirilməli, mütəmadi olaraq
monitorinqlər aparılmalı, dünyanın aparıcı dövlətlərinin təcrübəsindən istifadə olunmalıdır.
Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasına diqqətin artırılması üçün müəllif bır sıra
qənəatlərini səsləndirir:
- KİV-in dilində vaxtaşırı monitorinqlər aparılmalı, dil və üslub normalarının pozulması halları aradan
qaldırılmalıdır;
- Texnoloji vasitələrin: kompüter, telefon, planşet və digər texniki avadanlıqların əməliyyat
sistemlərinin Azərbaycan dilində proqramlaşdırılması prosesinə xüsusi diqqət ayırılmalıdır;
- Reklamların, elanların, afişaların dilində norma və üslub pozuntularına qarşı mübarizə
gücləndirilməlidir;
- Rəsmi qurumlar tərəfindən hazırlanmış əməli yazı növlərinin tərtibində müxtəliflik və ədəbi dil
normalarının pozulması hallarına da tez-tez rast gəlinir ki, bu istiqamətdə monitorinqlər aparılmalı,
sənədləşmələrin vahid mexanizmdə həyata keçirilməsinə nəzarət gücləndirilməlidir;
- Əcnəbi dillərdən tərcümə edilmiş elmi, bədii, publisistik mətnlərin dilində norma və üslub
problemlərinin aradan qaldırılması üçün vahid nəzarət mexanizmi tətbiq olunmalıdır və s.
Məqalədə həmçinin Azərbaycanda dil quruculuğu prosesinin inkişaf mexanizmi çərşivəsində ana
dilinin tətbiqi problemlerindən danışılır, bu istiqamətdə atılmış addımlar müzakirə olunur. Müasir dövrdə
Azərbaycan ədəbi dilinin normativ strukturuna təsir edən amillərdən danışarkən, bu yöndə kütləvi
informasiya vasitələrinin vəzifələri, texnoloji vasitələr nəzərdə tutulur. Normanın inkişafında ayrı-ayrı
üslubların da təsirinin vacibliyi qeyd olunur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
34
“HAQQINDA-HAQDA”QOġMASININ FUNKSĠYALARI
Əhmədova A.A.
Gəncə Dövlət Universiteti
Məlumdur ki, köməkçi nitq hissələrinin səciyyəvi cəhətlərindən biri onların sabit, dəyişməz formaya
malik olmasıdır. Bu fikri qoşmaların da əksəriyyətinə şamil etmək olar; bunlar tam sabitləşmiş, ilkin kökü ilə
semantik-qrammatik əlaqəsini itirmiş qoşmalardır. Aid, dair, savayı, görə, üçün, ötrü və s. qoşmalar bu
qəbildəndir. Onlar hansı sözlə əlaqəyə girməsindən, hansı sintaktik mühitdə olmasından asılı olmayaraq,
sabit fonetik-qrammatik formaya malikdir, heç bir dəyişikliyə uğramır. Buna baxmayaraq, dilimizdə qoşma
funksiyasını yerinə yetirən, lakin qoşma kimi tamam sabitləşməmiş xeyli sayda sözlər də vardır. Bu sözlər
həm nominativ formada, yəni heç bir şəkilçi olmadan, həm də müəyyən qrammatik şəkilçinin iştirakı ilə
qoşma funksiyasına malikdir. Bu tip sözlərdən biri də haqqında (haqda)qoşmasıdır.M.Hüseynzadə bunu
―əsas nitq hissəsi ilə köməkçi nitq hissəsi arasında keçid mərhələ təşkil edən yaqımqoşma‖ adlandırır.
F.Zeynalov isə onları köməkçi adlarla qoşmalar arasında keçid halda olan söz kimi təqdim etsə də,bu tip
sözlərdən ayrı-ayrılıqda danışarkən ―köməkçi ad‖ terminindən istifadə etmişdir. Bəzi dilçilər isə başqa ad
vermədən onları qoşmaların içərisində öyrənmişlər. Bu, tam qoşmalaşmadığı üçün iki cür işlənə bilir:
haqda—haqqında
Qoşma hesab etdiyimiz― haqqında‖ sözünü araşdıraq. Hər şeydən əvvəl, deyək ki, bu söz ərəb mənşəli
― haqq‖ sözündəndir; ― haqq‖ sözünün mənası isə ― doğru, düz, düzgün, həqiqi‖ deməkdir. Bu söz sonradan
müxtəlif leksik-semantik mənalarda da işlədilməyə başlamışdır və hal-hazırda Azərbaycan dilində həmin
mənalarda bu sözdən istifadə olunur. Həmin söz müasir dilimizdə adlıq və yiyəlik halda olan sözlə əlaqəyə
girərək qoşmanın funksiyasını yerinə yetirir. Məsələn: Kosaoğlu haqqında İmran da yaxşı danışmamışdı
(İ.Şıxlı); Bu haqda heç kim ondan soruşmamışdı(V.Sultanlı).
Göründüyü kimi, bu məqamda həmin söz aid olduğu sözün söhbət predmeti olduğuna işarə edir.
Deməli, leksik-semantik cəhətdən bu sözlər bir-birindən uzaqlaşmışdır. Bu isə təbii hal hesab edilməlidir,
çünki əsas nitq hissəsindən köməkçi nitq hissəsinə keçid prosesində söz müxtəlif dəyişikliyə uğrayır.
V.İ.Koduxov yazır: ―Dildə keçid dil vahidində dil kateqoriyalarının periferiyalı və aralıq hadisələr kimi
mövcud olan məzmun və forma tərəflərinin qarşılıqlı fəaliyyəti nəticəsində baş verir. Keçid dil vahidi elə bir
zaman yaranır ki, həmin dil vahidi kontekst vahidinə çevrilir və forma və ya məzmunda dəyişiklik baş verir‖.
Demək lazımdır ki, əksər məqamlarda bu qoşma – dan şəkilçisi ilə əvəzlənə bilir. Məsələn: Uşaqlar
yeni riyaziyyat müəllimi haqqında (yeni riyaziyyat müəllimindən) danışırdılar. Bu fakt ―haqqında‖ sözünün
müstəqil leksik vahiddən uzaqlaşaraq, köməkçi nitq hissəsi mövqeyinə yaxınlaşdığını göstərir. Buna
baxmayaraq, onların tamam sabitləşdiyini də söyləmək olmaz; onlar ayrıldıqları nitq hissəsindən ―qalıq
qrammatik fonu saxlayır‖. Qoşulduğu sözün hansı şəxsdə olması ilə əlaqədar bu söz də müvafiq mənsubiyyət
şəkilçisi qəbul edir və qrammatik cəhətdən müxtəlif formalara düşmüş olur. Məsələn: Mənim haqqımda
hansı biliyə maliksən? (M.İbrahimov); Hamı sənin haqqında ancaq yaxşı şeylər danışır(M.Cəlal); Bizim
haqqımızda düzgün qərar çıxarmamışsınız; Sədr də sizin haqqınızda müsbət fikirdədir(İ.Şıxlı).
Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən bəzi xüsusiyyətlər vardır ki, onlardan biri
köməkçi nitq hissələrinin müstəqil lüğəvi mənaya malik olmamasıdır. Onların leksik mənası olmasa da, əsas
nitq hissəsi ilə əlaqəyə girərkən müəyyən məna çalarının meydana gəlməsinə səbəb olur. Misallardan
göründüyü kimi, müstəqil işləkliyə malik olan ― haqq‖ sözü ilə nümunələrdə verilmiş ― haqqında‖ sözünün
məna əlaqəsi açıq şəkildə özünü göstərmir, demək olar ki, konkret leksik məna ifadə etmir.
Köməkçi nitq hissələrinin ikinci əsas xüsusiyyəti morfoloji cəhətdən formalaşmasıdır; belə ki, onlar
sabit morfoloji formaya malik olub, demək olar ki, dəyişikliyə uğramır, bu və ya digər şəkildə cümlə ilə,
yaxud cümlə üzvü ilə əlaqələnib orada müəyyən qrammatik funksiya yerinə yetirir. Verilmiş cümlələrdə isə
həmin sözün müxtəlif vəziyyətlərə düşdüyünü görürük; burada həm mənsubiyyət, həm də hal şəkilçisi vardır.
Bu tip qoşmalardan bəhs edən dilçilər onların izafət konstruksiyalarından törədiyini söyləyirlər. Əslində türk
dilləri üçün izafət birləşməsi xarakterik deyil, burada, sözsüz ki, təyini söz birləşməsi termini işlədilməli idi,
lakin bəzi rus türkoloqları və onlardan bəhrələnənlər ―izafət birləşmələri terminini tətbiq etmişlər.
Qeyd etdiyimiz qoşmalar tarixən müstəqim mənalı üçüncü növ təyini söz birləşməsinin ikinci
komponenti olmuşdur. İndiki halında da əlaqəyə girdiyi sözlə də həmin münasibəti saxlamışdır, daha
doğrusu, ― sənin haqqında‖ ifadəsi məhz üçüncü növ təyini söz birləşməsi formasındadır. Məhz ikinci
komponentin semantik mənasında olan asemantikləşmə prosesi birləşmənin xarakterində tədricən dəyişmə
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
35
yaratmalı olmuşdur. Nəticədə ifadə sərbəst söz birləşməsi keyfiyyətini itirməyə başlamış və ikinci
komponentin özü də köməkçi nitq hissəsinə çevrilmişdir.
Təbii ki, qoşma kimi qəbul edilən sözün mənsubiyyət şəkilçisi ilə işlədilməsi köməkçi nitq hissələri
üçün xarakterik sayıla bilməz. Tədqiqatçılar qoşmanın bəzi qrammatik şəkilçilərlə işlənə bilməsini onların
etimologiyası ilə izah edirlər. Belə ki, ilkin semantikasını potensial şəkildə qoruyan qoşmaların bir qismi
qrammatik şəkilçilərlə işlənə bilir. Qeyd etdiyimiz həmin qoşma yerlik hal şəkilçisi ilə də işlənmişdir.
Qoşmaların hal şəkilçisi ilə işlənməsi yalnız türk dillərində deyil, başqa dillərdə, o cümlədən fin
dilində də müşahidə olunur. Yerlik hal isə müxtəlif qrammatik münasibətlər ifadə edir. ―İsmin yerlik halı üç
qrammatik məna fonunda, əsasən, məkan, qismən də obyekt və zaman mənaları fonunda bir sıra məna
çalarlarına malikdir ki, bunlar morfoloji kateqoriya—hal kateqoriyası əhatəsindən kənara çıxır‖. ―Haqqında‖
sözündə də belə bir halı müşahidə edirik; burada yerlik hal şəkilçisi məkan və zaman yox, obyekt anlayışı
yaradır ki, bu cəhətdən sözün özünün məzmunu ilə uyğunlaşır. Bu zaman sözün dinamik qrammatik
vəziyyəti müşahidə olunur. Bu isə o deməkdir ki, ― haqqında‖ sözünü tam sabitləşmiş qoşma hesab etmək
olmaz.
Maraqlıdır ki, bu sözün ―haqda‖ variantı tam sabitləşmiş forma olub, bütün şəxslərlə eyni şəkildə
işlədilir: bizim haqda—sizin haqda, onlar haqda, adam haqda və s. Orası da maraqlıdır ki, ― haqqında‖
variantı adlıq və yiyəlik halda olan sözlərlə işlənirsə, ― haqda‖ variantı yalnız adlıq halda olan sözlə əlaqədə
işlədilir. Tədqiqatçılar da əsərlərində ― haqda‖ qoşmasını ―yalnız ismin adlıq halı ilə işlənən‖, ― haqqında‖
qoşmasını isə ―həm adlıq, həmdə yiyəlik halda olan sözlərə qoşulanlar‖ adı ilə təqdim edirlər. Fikrimizcə,
bunun əsas səbəbi ikinci komponent olaraq ― haqq‖ sözünün mənsubiyyət şəkilçisiz olmasıdır; belə ki,
mənsubiyyət şəkilçili sözlər özündən əvvəl yiyəlik halda olan söz tələb edir. Mənsubiyyət şəkilçisinin
işlədilməməsi həmin sözdə mücərrədləşməni artırır və bu da həmin sözün qoşmalaşma prosesini gücləndirir.
Belə düşünülə bilər ki, yiyəlik halla işlənən, lakin mənsubiyyət şəkilçisiz olan qoşmalar vardır; üçün,
ilə, kimi, qədər, tək qoşmaları bu qəbildəndir. Lakin demək lazımdır ki, qeyd edilən sözlər qoşma kimi tam
sabitləşmiş, mənşəyi olan sözdən, onun leksik mənasından tam uzaqlaşmışdır, daha doğrusu, adi
vəziyyətində bu sözlər özünəməxsus leksik-semantik mənaya malik deyil. Bu baxımdan onların mənsubluq
anlayışını ifadə etməsi də mümkünsüzdür. Onu da qeyd edək ki, ―haqda‖ variantı müasir Azərbaycan
dilində böyük işləkliyə malik deyil və bu formanın gələcək taleyinin necə olacağı barədə indidən konkret
fikir söyləmək mümkün deyil.
Dostları ilə paylaş: |