MÜSTƏQĠLLĠK ĠLLƏRĠNDƏ DĠLĠMĠZƏ DAXĠL OLMUġ YENĠ SÖZLƏRĠN QURULUġCA NÖVLƏRĠ
(1991-2016-cı illər)
Ağaməmmədova F.P.
Sumqayıit Dövlət Universiteti
Dil ictimai hadisə olduğu üçün cəmiyyətdə yaranır və cəmiyyətdə də formalaşır. Cəmiyyətdə baş verən
ictimai, siyasi, iqtisadi və s. hadisələr dilə birbaşa təsir edir və dildə öz əksini tapır. Təbii olaraq bu da dilə
yeni sözlərin daxil olmasına səbəb olur.
Dilə daxil olan yeni sözləri izahlı və orfoqrafiya lüğətləri vasitəsi ilə öyrənmək olar.
Müstəqillik illərində çap olunmuş ilk orfoqrafiya lüğəti 2004-cü ildə nəşr olunmuşdur. Bu lüğət
müstəqillikdən əvvəlki illərdə çap olunmuş sonuncu-1975-ci ildə çap olunmuş "Orfoqrafiya lüğəti"ndən
fərqli olaraq 80 minə yaxın sözdən ibarətdir və 30 minə yaxın yeni sözü əhatə etmişdir.
Lüğətdə verilmiş sözlər bir çox xüsusiyyətlərinə görə əvvəlki ilin lüğətində verilmiş sözlərdən seçilir.
Bu fərqlər yeni sözlərin yaranmasında, quruluşunda, mənasında, məna qruplarında və s.formalarda özünü
göstərir.
Bu lüğətdə sözlərin sayı artdığından təbii olaraq yeni quruluşlu sözlərin də sayında artımı görmək
mümkündür. Lüğətdə hər 3 quruluşda- sadə, düzəltmə, mürəkkəb quruluşda yeni sözlər vardır. Onların
arasında say etibarı ilə mürəkkəb sözlər üstünlük təşkil edir.
Aşağıda sadə, düzəltmə, mürəkkəb quruluşlu yeni sözlərin bir çox xüsusiyyətləri göstərilmişdir:
1. Bir çox sahələrlə bağlı yaranan yeni sadə sözlər: Məs; azurit, anmaq, displey və s.
2. Bir leksik şəkilçi ilə yaranan düzəltmə sözlər: Məs; aktuallaĢmaq, assiqnal, animizm, anım və s.
3. İki sözün birləşməsi ilə yarananlar:
a) bitişik yazılanlar: Məs; azərbaycanyönümlü, ağrıverici, dərsmənimsəmə, ələbaxımlılıq,
informasiyaötürən və s.
b) defislə yazılanlar: Məs; agent-bank, etik-qnoseoloji, etüd-seans, əks-intiqal və s.
4.Tərkibində aqro, avto, mikro və s. sözlərin iştirakı ilə yaranan mürəkkəb sözlər: Məs; aviadesantlı,
aqropedaqoji, avtoekspedisiya, avtokod və s.
Belə nümunələrin sayını artırmaq da olar. Göründüyü kimi, yeni sözlər bir çox yollarla yaranır. Yeni
sözlər yeni anlayışlarla, ayrı-ayrı mənalar ifadə edən şəkilçilərlə, müxtəlif mənalı sözlərin bitişik və ayrı
yazılması və s. yollar ilə yaranır. Lüğətdəki sadə, düzəltmə, mürəkkəb sözlərin quruluşuna nəzər saldıqda
onların yeni anlayışlarla bağlı dilə keçdiyini, hər hansı bir məfhumu ifadə etdiyini, dildə məna kəsb
etdiyini görmək olar. Sözün quruluşca növləri dilin lüğət tərkibinin əsasını təşkil edir. Bu səbəbdən belə
sözləri öyrənməyin əhəmiyyəti böyükdür.
MÜASĠR AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠNDƏ SĠNTAKTĠK NORMA POZUNTULARI
Ağayev E.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Ədəbi dil xalq danışıq dilinin cilalanmış, ciddi fonetik, leksik, qrammatik və üslubi normalarla
cəmiyyətə yüksək səviyyədə xidmət göstərən formasıdır. Ədəbi dil tarixən sabit ümumişlək qaydaları ilə
məhdud ərazidə fəaliyyət göstərən, məhəlli danışıq dili olan dialektə qarşı durur və normalılığı ilə ondan
fərqlənir .
Göründüyü kimi, ədəbi dil ümumxalq dilinə qarşı çıxan ayrıca müstəqil bir dil deyildir. O, yalnız milli
dilin xüsusi normalarla idarə olunan müəyyən bir təbəqəsidir. Ədəbi dil işlənib büllurlaşmış nümunəvi bir
dildir. O, ümumxalq dilində işlənən ifadə vasitələrinin ümumiləşdirilməsi və milli ünsiyyətin silahıdır.
Sintaktik normaya riayət etmək ədəbi dilin tələblərindən biri sayılır. Söz birləşmələrinin
yaradılmasında , cümlə konstruksiyalarının tərtibində sintaktik normalar əhəmiyyətli dərəcədə rol oynayır .
Dilin sintaktik səviyyəsi morfologiya və leksika ilə sıx bağlıdır.
İnsanlar bir-biriləri ilə ünsiyyəti cümlələr vasitəsi ilə qururlar. Bu baxımdan cümlələrin düzgün
qurulması və onun tərkib hissəsi olan söz və söz birləşmələrinin ədəbi dil norma çərçivəsində işlədilməsi
günün aktual məsələlərindəndir. İlk baxışdan bunlar çox sadə görünür, lakin söz birləşməsi və cümlə
qurmaq, onları məqamına görə lazımi effektdə işlətməyi hamı bacarmır. Bəzən cümlə ikili məna daşıya bilər,
bəzən gülməli, bəzən də mənasız söz yığımını xatırladır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
17
Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma pozuntularını aşkara çıxarmazdan əvvəl
sintaksis, söz birləşməsi, cümlə və ümumən sintaktik vahidlər haqqında müəyyən məlumatları əldə etmək
məqsədəuyğun sayılır.
Sintaktik norma və vasitələrdən istifadə edərkən yadda saxlamaq lazımdır ki, sözlər dilin tələblərinə
uyğun şəkildə tərkib hissələrinə parçalanır və onlar da öz növbəsində morfoloji kateqoriyalara əsaslanır.
Dilimizdə sözlər, söz birləşmələri, cümlə növləri, söz sırası, intonasiya, sintaktik əlaqələr, sintaqmlar və
digər vahidlər var ki, bunlar birlikdə sintaktik normanı əhatə edir.
Cümlədə söz sırasını dəyişməklə eyni leksik tərkib müxtəlif kommunikativ təyinat ala bilər.
Məsələn: Zakir fəhlə idi. Fəhlə Zakir idi. Birinci misalda məna ağırlığı fəhlə idi., ikincidə isə Zakir idi sözləri
üzərinə düşür. Birinci cümlədə məlum şəxs olan Zakirin vəzifəsi dinləyici üçün yeni (rema) olduğu halda,
ikinci cümlədə məlum fəhlənin məhz Zakir olması yenidir (remadır). Bu cümlələrdə həm də məntiqi vurğu
mühüm rol oynayır. Məntiqi vurğu ―idi‖ hissəciyindən qabaqki söz üzərinə düşür. Burada ritmik-melodik
üzvlənmə də vardır. Birinci və ikinci cümlənin temaları (Zakir və fəhlə) məlum hissə olduqları üçün iti
templə tələffüz olunur və yeni məlumat ərəfəsində pauza (fasilə) verilir. Beləliklə, tema və rema arasında
ritmik-melodik taktlar əmələ gəlir (Zakir: fəhlə idi). Həmin misallarda formal göstəricilər üst-üstə düşərək
hamısı asanlıqla tema-remanı müəyyənləşdirir. Lakin həmişə belə olmur. Bəzən formal göstəricilər tema və
remanın həddini müəyyənləşdirməyə imkan yaratmır. Məsələn: Adil: bu hərəkətlərə: təəccüb edirdi. Bu
cümlədə iki nitq taktı iki dəfə fasilə ilə fərqləndirilsə də, tema tərkibində qalır, məhz üçüncü , sonuncu hissə
rema olur. Həm də burada subyektiv qavramaya görə məntiqi vurğu bu sözlərin üzərinə düşərək onu remaya
çevirə bilər. Deməli, formal göstəricilər də şərti xarakter daşıyır. Ümumiyyətlə, məlumat temadan remaya
doğru açılır ki, buna da irəli sıra və ya neytral sıra (açılış) deyilir. Məsələn: Cənab Aydın getdi. Əksinə, rema
temadan qabaq gəldikdə geri sıra, ekspressiv sıra (üslubi variantlı sıra) yaranır. Məsələn: Getdi cənab Aydın.
Eyni sintaktik konstruksiyada, leksik-qrammatik tərkibin yerini dəyişməmək şərti ilə,kommunikativ
məqsəddən asılı olaraq, eyni cümlə üzvü həm tema, həm də rema ola bilər. Məsələn: Cənab Aydın getdi
(Cənab Aydın nə etdi? Getdi). Cənab Aydın getdi (Kim getdi? Cənab Aydın). Burada rema məntiqi
vurğunun həlledici rolu sayəsində müəyyənləşir. Cümlənin aktual üzvlənməsi problemi həm nəzəri, həm də
praktik cəhətdən çox böyük əhəmiyyətə malikdir.
Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma pozuntularında söz sırasına xüsusi diqqət
yetirilməlidir. Dünya dillərində söz sırasının iki mühüm funksiyası vardır:
1) sintaktik-semantik funksiya, 2)üslubi funksiya.
Sintaktik-semantik funksiya o deməkdir ki, cümlədə sözlərin yeri dəyişdikdə həm cümlənin mənası,
həm də sözün sintaktik vəzifəsi dəyişir. Azərbaycan dilində bu hal yalnız bir nöqtədə , mübtəda ilə qeyri-
müəyyənlik bildirən vasitəsiz tamamlığın münasibətində özünü göstərir: İnsan pələng öldürdü- Pələng insan
öldürdü.İt pişik gördü – Pişik it gördü.Qoşmalı sözlərdə bu hal mümkündür: Rahil dostu üçün əlindən gələni
edir – Dostu Rahil üçün əlindən gələni edir.Bu xüsusiyyət daha çox Çin dilinə aiddir.
Sözlərin və söz birləşmələrinin cümlədə yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktual
üzvlənməsi ilə bağlı olur və söz sırası normaları həmin iki cəhətə əsasən müəyyənləşir.
Canlı danışıq dilində söz sırası normaları pozulmuş olsa da, nitqin ritmik- melodik axını , fasilə, vurğu
fikrin düzgün başa düşülməsinə imkan yaradır. ― Oxu atan kimi savadsız olma‖, ―Həkim Şirzad o kitabları
gətirdi‖ cümlələrinə diqqət yetirək. Əgər birinci cümlədə şifahi nitqdə ―oxu‖ sözündən sonra fasilə, yəni
pauza edilsə ―atan savadsız olub , sən ona oxşama‖ mənasında anlaşılır. Əksinə, ―kimi‖ qoşmasından sonra
pauza edilsə ―sən də atan kimi savadlı ol, ona oxşa‖ mənasında başa düşüləcək. İkinci cümlədə ―həkim‖
sözündən sonra fasilə edilsə xitab, edilməsə təyin vəzifəsində olur. Yazıda da ―həkim‖ sözündən sonra
vergül işarəsi qoyulursa, müraciət etiketi mənasında işlənir. Bu cümlədə ―o‖ əvəzliyindən sonra şifahi nitqdə
fasilə edilib-edilməməsindən , yazılı nitqdə isə vergül qoyulub-qoyulmamasından asılı olaraq cümlənin həm
mənası, həm də cümlə üzvləri dəyişir. Fasilə və durğu işarəsindən aslı olaraq bu cümlədə ―o‖ əvəzliyi
mübtəda və təyin vəzifəsində işlənə bilir. Buradan belə bir qənaitə gəlmək olur ki, şifahi nitqdə intonasiya,
yazılı nitqdə durğu işarələrinin sintaksisdə böyük rolu var. Əgər bunlara düzgün riayət olunmursa, ədəbi dil
sintaktik səviyyədə pozulmuş olur. Cümlənin qrammatik üzvlənməsi ilə aktual üzvlənməsi fərqlidir.
Qrammatik üzvlənmə dedikdə cümlənin məlum beş üzvə: mübtəda, xəbər, tamamlıq, təyin, və zərfliyə
ayrılması, aktual üzvlənməsi dedikdə isə cümlənin tema və remaya ayrılması nəzərdə tutulur. Bütün
cümlələrdə aktual üzvlənmə müşahidə olunmur. Payızın əvvəlləri idi. Hava soyuq idi. Bu cümlələrdə məntiqi
vurğu yoxdur. Ona görə də tema və remaya ayrılmır. Bunlar adi təsviri cümlələrdir və ―yeni‖ ni bildirir.
Lakin lazım gəldikdə bu cür cümlələrdə də aktuallaşdırma mümkündür. Payızın əvvəlləri idi. Hava soyuq idi.
(Qışın yox, payızın əvvəlləri idi, başqa şey yox, hava soyuq idi). Aktual üzvlənmə nəzəriyəsinə görə, tema və
remaya ayrılan cümlələr üzvlənməyən cümlələr adlanır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
18
ÖYRƏNƏNLƏRƏ MÜRACĠƏTĠN OLUNMASINDA ġƏXS ƏVƏZLĠKLƏRĠNDƏN ĠSTĠFADƏ
Allahquliyeva C.M.
Sumqayıt Texniki Kolleci
Azərbaycan dili türk dilinin oğuz qrupuna daxil olan qədim və zəngin dillərdən biridir. Bu dil
qrammatik quruluşuna, lüğət tərkibinin zənginliyinə, ən mürəkkəb və sadə fikirləri ifadə etməyə, ünsiyyət
mədəniyyətinin formalaşmasına müsbət təsir göstərdiyinə görə özünəməxsusluğu ilə fərqlənir. Elmi
ədəbiyyatlarda dərin fəlsəfi fikirləri, hiss və düşüncələri, sevinc və kədəri, dinləyicilərə cazibəli, emosional
və ifadəli bir formada təsir göstərməyi, onların ürəyinə, təfəkkürünə yol tapmağı öyrədən müxtəlif üsul və
vasitələr müəyyənləşdirilmişdir. Belə yanaşma mövqelərindən biri də şəxs əvəzliklərindən istifadə etməklə
öyrədən və öyrənən tərəflər arasında ünsiyyət mədəniyyətinin formalaşmasının imkan və yollarını
göstərməkdir.
Prof. Adil Babayev yazır ki, hətta bu asılılıq o dərəcədədir ki, ünsiyyətin başlanması və inkişafı
müraciətlə müəyyənləşir (Adil Babayev, Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2007, s.593). Nəzərə
almaq lazımdır ki, ünsiyyət mədəniyyətinin formalaşması 3 mühüm məsələnin üzərində qurulur: 1. Əxlaq və
ədəb qaydaları haqqında fəlsəfi nəzəriyyə; 2. İnsanların cəmiyyətə, bir-birinə münasibətini tənzim edən
davranış normalar sistemi; 3. Bu normalar sistemini tələbələrə aşılayan tədris fənni.
Biz məsələyə məşğələ dərslərində müxtəlif mövqedən yanaşmağı məqsədə uyğun hesab edirik. Başqa
sözlə desək, müəllim və tələbə münasibətlərinin qurulmasında, müraciət zamanı “sən”, “siz” əvəzliyi də
mühüm rol oynayır. Elmi ədəbiyyatlarda, həyatda prof. Nadir Abdullayevin qeyd etdiyi kimi, ― Ünsiyyət
prosesində yaşca böyük adamlara, tanış olmayanlara ( bəzən də qohum və tanışlara), vəzifə sahiblərinə,
qadınlara və başqalarına siz deyə müraciət olunur.‖ (Nadir Abdullayev. Nitq mədəniyyətinin əsasları, Bakı,
2015, s.219-220) Bu yanaşma mövqeyini XI əsrdə yaşamış Mahmud Kaşğari də etiraf edirdi: ―Türklər
özlərindən yaşca və vəzifəcə kiçiklərə sən, böyüklərə siz deyirlər.‖ ( Divan, I cild., ―Daşkənd‖ nəşri,s.326)
Prof. Adil Babayev də belə bir nəticəyə gəlir ki, vəzifələr bərabərdirsə, böyüklə kiçik arasındakı münasibət
yaxşıdırsa adını çəkərək müraciət edə bilər. Özü də sən deməklə səmimi münasibət daha da artmış olur.
Prof. Kamil Əliyevin mövqeyini biz də təcrübədə nəzərə alınan ən düzgün yanaşma mövqeyi hesab
edirik: ‖Ciddi qüsurların bir qismi bu əvəzliyin tək və cəminin işlənmə məqamlarını gözləməməkdən irəli
gəlir. Rəsmiyyət məqamlarında 2-ci şəxsin təkinə çox vaxt siz deyə müraciət edirik. Alim belə bir nəticəyə
gəlir ki, siz əvəzliyini 3 məqamda işlətmək yerinə düşmür: 1. Ailə üzvlərinin bir-birinə müraciətində; 2.
Müəllim şagirdə “siz “ deyərkən; 3. Dost-tanışla danışarkən ( K. Əliyev. Nitq mədəniyyəti və üslubiyyatın
əsasları, Bakı, 2001, s.81).
Müəllim-tələbə ünsiyyətinin yaxşılaşdırılmasında bu şəxs əvəzliklərindən məqamında istifadə etmək
yeni təhsil konsepsiyasında-kurikulumda da öz təsbitini tapmışdır. Mən təcrübəmdə də yəqin etmişəm ki,
auditoriyada tələbəyə sən deyə müraciət etməklə, yaxud öyrənənin adını çəkməklə müəllim onlara müraciət
edə bilər. Bu heç də ünsiyyət mədəniyyətinin aşağı düşməsinə, müəllim-tələbə münasibətlərinin istənilən
səviyyədə qurulmasına mənfi təsir göstərə bilməz. Bizə belə gəlir ki, auditoriyada tələbələrə müraciət olunan
bu yanaşma mövqeyi ilə tələbələrə ictimai yerlərdə yanaşma mövqeyi arasında fərq qoyulmalıdır. Başqa
sözlə desək, tələbələrə siz deyə müraciət olunması yerinə düşər, onlarla müəllimin münasibətlərinin səmimi
hisslər üzərində qurulmasına daha çox imkan yaranar. Münasibətin bu istiqamətdə qurulması, müraciət
etiketlərinin nitqə gətirilməsi tələbələri fəallaşdırır, müəllimlə ünsiyyətini daha da dərinləşdirir. Tələbələr
çəkinmədən öz fikirlərini sərbəst ifadə edirlər, müəllimlə ünsiyyət qurmaqda, fikirlərinin onlara bildirməkdə
çətinlik çəkmirlər.
Dünya təcrübəsində məsələn, rusların nitq etiketlərində insanlara sən deyə müraciət olunması
hörmətsizlik və mədəniyyətsizlik kimi qiymətləndirilir. Sən deyə kiməsə bəzən müraciət ediləndə ona cavab
verilmir. Düşünürəm ki, tələbələrə müxtəlif mövqedən yanaşaraq onlarla ünsiyyət mədəniyyətinin qurulması
təlim-tərbiyənin yaxşılaşmasına, ünsiyyətin yüksək səviyyədə qurulmasına öz müsbət təsirini göstərəcəkdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
19
AZƏRBAYCAN DĠLĠ DƏRSLƏRĠNDƏ NĠTQ ĠNKĠġAFI PROBLEMĠ
Allahverdiyeva L.N.
Sumqayıt Dövlət Universiteti
Şagirdlərin nitq vərdişlərini inkişaf etdirmək Azərbaycan dili təliminin qarşısında duran başlıca
didaktik məqsəddir. Əslində, orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin fəaliyyəti onun
yetişdirdiyi şagirdlərin nitq mədəniyyəti səviyyəsi ilə ölçülərsə, daha ədalətli olardı. Azərbaycan dili və
ədəbiyyat dərslərində əsas diqqət şagirdlərin nitq vərdişlərinin inkişafına yönəldilməlidir. Bu məsələ həmişə
istər müəllimlərin, istərsə də dil və ədəbiyyat metodikası üzrə tədqiqat aparan alimlərin diqqət mərkəzində
olmuşdur. Azərbaycan dili tədrisi metodikası üzrə tədqiqat işi aparan metodistlər bilavasitə və ya dolayısı ilə
nitq inkişafı məsələlərindən bəhs etmişlər
Hər hansı dildə nitq vərdişlərinə yiyələnməkdə zəruri lüğət ehtiyatının olması ilkin şərtlərdəndir.
Lüğətin zənginliyi bir növ dilin, nitqin zənginləyi deməkdir. Ona görə də nitq inkişafı üzrə aparılan işlərin
məzmununa, birinci növbədə, şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi üzrə aparılan işlər daxildir.
Lüğət ehtiyatının zənginləşdirilməsi üzrə işlərə lüğətin zənginləşdirilməsi, dəqiqləşdirilməsi, təmizlənməsi,
fəallaşdırılması üzrə işlər aiddir. Prof.Ə.Əfəndizadə, prof. B.Əhmədov, prof. Y.Kərimov və başqaları nitq
inkişafı ilə bağlı yazdıqları əsər və məqalələrdə şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi yollarını
müəyyənləşdirməyə çalışmışlar.
Şagirdlərin lüğət ehtiyatını zənginlışdirməyə kömək edən bir sıra mənbələr vardır ki, müəllim bu
mənbələri də əvvəlcədən bilməli və şagirdlərin lüğət ehtiyatını zənginləşdirən bu mənbələrə xüsusi diqqət
yetirməlidir. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirməyə kömək etmək imkanı olan mənbələr, əsasən,
dərslik və dərs vəsaitlərindən, məktəbdənxaric oxu materiallarından, müşahidə və ekskursiyalardan, məktəb
və ailədəki nitq mühitindən, televiziya və radio verilişlərindən, teatr və kino tamaşalarından ibarətdir.
Həmin mənbələrin heç biri şagirdin lüğət ehtiyatlarını artırmağı qarşısına konkret məqsəd kimi
qoymur. Şagird dərsliyi oxuyarkən buradakı elmi materialı dərk etməyə, bunun məzmununu mənimsəməyə
çalışır. Şagird televiziyadan hər hansı maraqlı verilişə, kino və teatr tamaşasına baxarkən verilişin
məzmununu dərk etməyə meyillənir. Əgər bu prosesdə hər hansı söz mənanı dərk etməyə mane olursa,
şagird həmin sözün mənasını öyrənməyə müstəqil surətdə istiqamətlənmiş olur.
Düzgün ədəbi tələffüz və ifadəli oxu vərdişlərinin inkişafı şifahi nitq üçün mühüm şərtlərdən biridir.
Nitqdə vahid ədəbi tələffüz normalarına əməl edilməsi şifahi nitqin anlaşılma və təsir dərəcəsini artırır. Nitq
inkişafının bu sahəsi üzrə tam tədqiqat işi prof. N.Əhmədov, prof. Ə.Əfəndizadə və prof. N.Abdullayevə
məxsusdur.
Bəzi müəllimlər ədəbi tələffüz vərdişlərinin inkişafı üzrə işlər dedikdə, ancaq orfoepik vərdişlər üzrə
işləri nəzərdə tuturlar ki, bu da işin tam birtərəfli getməsinə səbəb olur. Ədəbi tələffüz vərdişlərinin inkişafı
üzrə işlər dedikdə, burada, şübhəsiz, orfoepiya üzrə işlər əsas yerlərdən birini tutur. Lakin ədəbi tələffüz üzrə
işlər daha geniş məzmuna malikdir. Buraya orfoepiya üzrə aparılan işlər, həm intonasiya və fasilə üzrə işlər,
həm ritmik bölgülər və vurğu üzrə işlər, həm də nitq sürəti və tonu üzrə işlər daxil edilməlidir.
Təkcə hər hansı dilə məxsus sözlər minimumunu bilmək, bunları həmin dilin danışıq normalarına,
tələffüz qaydalarına uyğun dəmək nitq üçün kifayət deyildir. Sözləri həmin dilin qrammatik qaydalarına
uyğun şəkildə birləşdirib cümlə düzəltmədən fikir ifadə olunmaz. Ona görə də cümlə qurmaq vərdişlərinin
inkişafı üzrə Azərbaycan dili və ədəbiyyat dərslərində aparılan işlər nitq inkişafının əsas istiqamətlərindən
biridir. Nitq vərdişlərinin inkişafı üzrə aparılan işlərin digər istiqamətlərinə nisbətən məktəblərimizdə cümlə
qurmaq vərdişlərinin inkişafı üzrə işlərin vəziyyəti lazım olan səviyyədə sayıla bilər. Bəzi qüsurlar olsa da,
əksər dil-ədəbiyyat müəllimləri şagirdlərin cümlə qurmaq vərdişlərini inkişaf etdirmək üçün bir sıra
rəngarəng yol və vasitələrdən istifadə edirlər ki, bunların bəzilərinin üzərində dayanmağı faydalı hesab
edirik.Şagirdlərin nitqinin üslubca zənginləşdirilməsi üzrə işlər də nitq inkişafı üzrə aparılan işlərin əsas
istiqamətlərindən biridir. Bu sahəyə aid ilk tədqiqat işini H.Balıyev aparsa da, sonralar dos. Ə.Kəlbəliyev,
dos. Ə.Rəhimov və başqaları da öz tədqiqat işlərini bilavasitə bu sahəyə həsr etmişlər.
Rabitəli nitqin inkişafı üzrə aparılan işlər nitq inkişafı üzrə bütün istiqamətlərdə aparılan işlərin yekunu
və nəticəsidir. Azərbaycan dili müəlliminin nitq inkişafı üzrə apardığı işlərin nəticəsi onun şagirdlərinin
rabitəli nitq vərdişlərinə yiyələnməsi ilə ölçülə bilər. Məktəblərimizdə rabitəli nitq vərdişlərini inkişaf
etdirmək üçün bir sıra mühüm vasitə və üsullardan istifadə edilir ki, bunlardan ifadə və inşaları xüsusi qeyd
etməliyik. Sərbəst imla yazılarının da yazılı rabitəli nitq vərdişlərinin inkişafında rolu vardır. Lakin
şagirdlərin yazılı rabitəli nitq vərdişlərinin inkişafında ifadə və inşa yazıları xüsusi əhəmiyyətə malikdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
20
İfadə və inşa yazıları hər cəhətdən günün metodik tələblərinə uyğun şəkildə aparıldıqda şagirdlərin rabitəli
nitq vərdişlərinin inkişafına daha yaxşı kömək edə bilər. Azərbaycan dili müəllimi bu məsələləri şagirdlərə
elə anlatmalıdır ki, onlar hər hansı mətnin, inşa yazısının elmi təhlilini verə bilsinlər. Belə vərdişlər onların
özlərini də inşa yazılara tənqidi münasibət ruhunda tərbiyələndirə bilər.
HEYDƏR ƏLĠYEV ĠRSĠNDƏ AZƏRBAYCAN DĠLĠ VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ MƏSƏLƏLƏRĠ
Aslanov Y.Y., Rəfiyeva A.İ.
Sumqayıt Dövlət Universiteti
Nitq mədəniyyəti əsrlər boyu xalqların formalaşdırdığı mədəniyyətin tərkib hissələrindən biridir. Bu
tarixi prosesdə əldə edilmiş ən böyük nailiyyətlərdən biri dərin zəka sahiblərinin, fenomen şəxsiyyətlərin
həyata gəlişi, fəaliyyəti, siyasəti və xalqına, dilinə olan sonsuz sevgisi, natiqliyi ilə bağlıdır. Belə
şəxsiyyətlərin hər birinin tarix, zaman, millət və xalq qarşısında xidmətləri, milli və bəşəri dəyərləri
yaşatmaq uğrunda apardıqları mübarizələri özü də bir gerçəklikdir. Qürur duyuruq ki, XX əsr Azərbaycan
siyasi natiqliyinin, daha geniş aspektdən yanaşsaq, dünya və Azərbaycan mədəniyyətinin ən parlaq zirvəsi
Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.
Ulu Öndərin Azərbaycan dilinə və nitq mədəniyyətinə olan bağlılığının öyrənilməsinə XX əsrin 90-cı
illərindən diqqət daha da artmışdır. Görkəmli alimlərdən akademik Bəkir Nəbiyev, akademik Ağamusa
Axundov, akademik Rafael Hüseynov, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, professor
Nizami Xudiyev, professor Tərlan Novruzov, professor Müseyib Məmmədov, professor Nizaməddin
Şəmsizadə, professor Məhərrəm Qasımlı və b. Heydər Əliyevin irsində Azərbaycan dili və nitq mədəniyyəti
məsələlərini araşdırmış, nitqinin təsirli və ifadəli olmasını, təbii və səmimi hisslər üzərində qurulmasının dil
xüsusiyyətlərini tədqiq etmişlər. Müəlliflərin tədqiqatlarında eyni zamanda Ümummilli liderin fikirlərini
xalqa öz dilində çatdırmağı bacarmasını, auditoriyanın səviyyəsinə uyğun maraqlı, şirin və cəlbedici nitq
söyləmək bacarığının görünməyən tərəflərini izah etmiş, qiymətli fikir və mülahizələr söyləmişlər. Maraqlı
cəhətlərdən biri də budur ki, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanovun ―Heydər Əliyev və Azərbaycan nitq
mədəniyyəti‖ (II cilddə) kitabı faktların zənginliyi, dərin tədqiqatçılıq bacarığı ilə yazılmışdır. Salatın
Əhmədovanın ―Heydər Əliyevin dil siyasəti‖ mövzusu üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
müdafiə etdiyi dissertasiya da (Bakı, 2008) Heydər Əliyevin parlaq nitqinin gizli məqamlarını, nitq
fenomenliyini öyrənməkdə faydalı mənbədir.
Bu gün ―Heydər – Xalq‖, ―Xalq – Heydər‖ ifadəsinin işlədilməsi türk dünyasının Ulu Öndərə olan
dərin sevgi və inamının, hörmət və ehtiramının nəticəsidir. Heydər Əliyev həmişə ―Azərbaycan xalqının dili
onun milli varlığını müəyyən edən başlıca amillərdəndir‖ məfkurəsini müdafiə etmiş və bu sahədə həllini
gözləyən məsələləri müxtəlif çeşidli auditoriyalarda dinləyicilərə çatdırmışdır: ―İndi isə, şübhəsiz, bizdə
təhsilin tam əksəriyyəti Azərbaycan dilində gedir, ancaq bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var
ki, dilin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyədə söz deyə bilirsən, fikrini ifadə edə
bilirsən, nitq edə bilirsən. Bu hələ bizdə çatışmayan bir sahədir‖.
Müstəqilliyimiz əldə edildikdən sonra Ulu Öndər Azərbaycan dilinin qorunması, inkişafı, tətbiqi işinin
yaxşılaşdırılmasına diqqət və qayğı göstərirdi: ―Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi
Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalı və
bu dili sevməlidir‖.
Bu ideyalar Heydər Əliyevin dil haqqında 18 iyun 2001-ci il, 9 avqust 2001-ci il, 2 yanvar 2003-cü il
və başqa əmr və sərəncamlarında çox mühüm tələb kimi qarşıya qoyulmuş, Azərbaycan dilinin saflığı və
təmizliyi uğrunda mübarizənin aparılması, tədrisi məsələləri prioritet sahə kimi seçilmişdir. Sərəncamlarda
irəli sürülən ideyaların nəzərə alınması, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsinə, onun
saflığının qorunmasına, ünsiyyət mədəniyyətinin, etik normaların həyata keçməsinə geniş imkan yaratdı.
Ümummilli lider müxtəlif çeşidli auditoriyalarda maraqlı və bir-birini təkrar etməyən nitq söyləməyə
qadir olan fenomen şəxsiyyət idi. Başqa sözlə desək, o alimlərlə alim dilində, zəhmetkeş insanlarla həssaslıq
və səmimiyyətlə ünsiyyət qurmağı bacarırdı. Yüksək səviyyəli, vəzifəli şəxslərlə tələbkar və qətiyyətli
danışmağa daha çox üstünlük verirdi. Şair və yazıçılarla, söz ustları ilə poetik dildə danışmağı sevirdi. Bəzən
gərgin bir məqamı xoş əhvali-ruhiyyə ilə əvəz etməyi bacarırdı. Peşə-sənət adamları ilə görüşəndə, söhbət
edəndə bu ixtisası onlardan yüksək səviyyədə bilməsi insanları valeh edirdi.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
21
Heydər Əliyevin natiqliyindən danışanda çox əhatəli məqamları izah etmək qarşıya məqsəd
qoyulmalıdır. İctimai-siyasi natiqlik, diplomatik natiqlik, akademik natqilik, məhkəmə natiqliyi, məişət
natiqliyi, səhnə natiqliyi, dini natiqlik, hərbi natiqlik onun nitqində bütövləşmişdir. O, hamını alim və filosof,
daxili-mənəvi zənginliyi ilə seçilən bir insan olması ilə heyrətləndirirdi. Məsələn: o, Səməd Vurğunun
―Azərbaycan‖ şeirini söyləyərkən Azərbaycan sözünü işlədəndə kövrəlir. Bu Ulu Öndərin xalq, millətə,
vətənə olan sonsuz məhəbbətinin ifadəsidir.
Heydər Əliyev həm də nitq normalarından düzgün istifadə etməyi bacaran görkəmli ritorikdir. Onun
nitqində düzgünlük, aydınlıq, məntiqilik, yığcamlıq, səlislik, zənginlik, ahəngdarlıq, canlılıq, sadəlik,
dəqiqlik, ifadəlilik, səmimilik, təmizlik və s. kimi normalar həmişə gözlənilmiş, nitqi tələb və səmimiyyət
üzərində qurulmuşdur. Danışanda o, nitqini yaradıcı fəaliyyət üzərində qurur, səs tonunu vəziyyətə uyğun
dəyişdirir, ritm, fasilə, manera və melodikliyi gözləyirdi. Mimika və jestlərdən istifadə də Heydər Əliyev
natiqliyinin səciyyəvi xüsusiyyəti idi. Cümlələrin quruluşu, sıralanması, söz və ifadələrin işlədilməsində
orijinallıq, fərdi üslubun gözlənilməsi açıq-aydın hiss edilirdi.
Heydər Əliyevin zəngin söz ehtiyatının olması onun nitqini fərqləndirən cəhətlərdən biri idi. Bunun
nəticəsidir ki, o, tələsmədən, ardıcıl, məntiqi şəkildə nitqini qurmağı bacarır, yersiz ifadə və sözlər işlətmirdi.
Onu da qeyd edək ki, onun nitqində bəzən sözlər təkrar edilirdi. Bu auditoriyanın diqqətini cəlb etmək,
ekspressivlik yaratmaq üçün seçilmiş ən düzgün yanaşma mövqeyidir. Çünki təkrar olunan söz, söz
birləşmələri, cümlə auditoriyanı, dinləyiciləri həyəcana gətirir, diqqətini həmin məsələ ətrafında toplamağa
istiqamətləndirir, nitqinin təsir gücünü artırır. Həm də diqqətlə fikir versək görərik ki, təkrar olunan sözlər
eyni nitq hissələri yox, ayrı-ayrı nitq hissələrinə aid olur. Onun nitqində tez-tez işlədilən ―bir daha‖ ədatına
nəzər yetirək: ―Bunlar hamısı bir daha, bir daha təsdiq edir ki, Azərbaycan müstəqil dövlət, demokratik,
hüquqi, dünyəvi dövlət kimi yaşayır, Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycanda demokratik prinsiplər
dönməzdir, dəyişməzdir və sarsılmazdır‖.
İnsanları cəlb edən cəhətlərdən biri də budur ki, Ulu Öndər Azərbaycan dilinin nəzəri anlayışlarını,
qanun və qaydalarını, elmi əsaslarını mükəmməl bilirdi. Bu da onun nitqində fonetik, leksik, morfoloji,
sintaktik və üslubi baxımdan maraqlı məqamların üzə çıxmasına imkan yaradırdı. Fikrimizi izah etmək üçün
―mən‖ və ―biz‖ əvəzliklərinin işlədilməsi məqamlarına yönəldək. Onun nitqində ―mən‖ əvəzliyi ölkənin
birinci şəxsinin sözü kimi işlədilirdi. Çıxışların birinə diqqət yetirək: ―Hərbi komissarlıqların işi bu gün də
qeyri-qənaətbəxşdir. Orada hərc-mərclik davam edir. Mən bunu Müdafiə nazirinə dəfələrlə demişəm və bu
gün də sizin hüzurunuzda deyirəm. Orduya gedən ancaq yoxsulların uşaqlarıdır. Varlılıarın uşaqları orduya
getmirlər... Mən icra hakimiyyəti başçılarından, hərbi komissarlıqlardan, polis rəislərindən, prokurorlardan,
bu işlərlə məşğul olan nazirlərdən tələb edirəm ki, ordu sıralarını komplektləşdirmək üçün verilən tapşırıqları
qısa müddət ərzində yerinə yetirsinlər‖. Göründüyü kimi ―mən‖ əvəzliyi ölkə başçısının tələbkarlığı və
qətiyyətliliyini ortaya qoyan söz kimi işlədilir. ―Biz‖ əvəzliyi isə fərqli məqamda işlədilir. Yəni xalqı birgə
fəaliyyətə, işə çağırış qarşıya məqsəd qoyulur: ―Biz müstəqil dövlətik. Bizim güclü ordumuz olmalıdır.
Güclü ordu ona görə lazımdır ki, biz sülh danışıqlarını cəsarətlə apara bilək. Bizim qüdrətli, möhkəm
ordumuz olmalıdır‖.
Ümumiləşmə aparsaq, belə nəticəyə gələ bilərik ki, Heydər Əliyevin irsində Azərbaycan dili və nitq
həmişə diqqət mərkəzində saxlanılmış prioritet məsələlərdən olmuşdur. Onun natiqliyindən danışanda
Azərbaycan dilinə olan sonsuz məhəbbətindən, nitqinin səmimiliyindən, gərginliyi xoş əhvali-ruhiyyə ilə
əvəz etmək bacarığından, Azərbaycan dilinin qanun və qaydalarını dərindən bilməsindən, nitq etiketlərindən
məharətlə istifadə etmək qabiliyyətinin güclü olmasından, ədəbi dil normalarına yiyələnməsi yollarından və
s. elmi istiqamətlərdə tədqiqat aparmaq məqsədəuyğun olardı.
Dostları ilə paylaş: |