AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
22 
 
 
 
VERBAL FRAZEOLOGĠZMLƏRĠN AFFĠRMATĠV-NEQATĠV TRANSFORMASĠYASI 
Aslanova U.B. 
Azərbaycan Dillər Universiteti 
 
Alman  və  Azərbaycan  dillərinin frzeoloji  sistemini  təşkil  edən sabit  söz  birləşmələrini  struktur  tiplər 
üzrə bölsək, hər iki dildə feili frazeoloji birləşmələrin  say etibarı ilə çox olduğunu görürük. 
Neqativ frazeoloji birləşmələrin tədqiqi belə bir faktı da deməyə imkan verir ki, müqayisə olunan hər 
iki  dilin  frazeoloji  sistemini  təşkil  edən  frazeoloji  birləşmələrin  4:3  hissəsi təsdiq  quruluşa  malik  olan  feili 
frazeoloji birləşmələrdir. Bəs təsdiq quruluşlu feili frazeoloji birləşmələri necə inkar etmək olar?  Və burada 
müəyyən bir qayda və ya prinsipə əməl olunmalıdırmı?  
 Aparılan  tədqiqatlar  göstərir  ki,  təsdiq  strukturlu  feili  frazeologizmlərin  inkar  olunması  müəyyən 
məhdidiyyətlərə  malikdir,  yəni  heç  də  bütün  feili  frazeoloji  birləşmələr  eyni  dərəcədə  inkar  oluna  bilmir. 
Belə olan halda yenə  bir neçə sual meydana çıxır: 
1. Affirmativ verbal frazeologizmlər hansı inkar elementlərlə birləşə  bilər?  
 
2.  Bütün  affirmativ  verbal  frazeoloji  birləşmələr  inkar  elementlərlə  işlənə  bilərmi?  Yoxsa,  müəyyən 
məhdudiyyətlər mövcuddur? 
3. İnkar elementlərin yerinə dair hansı qanunauyğunluqlar vardır? 
Bu sualları alman dilinin materialı əsasında belə izah etmək olar. Ayrı-ayrı feli frazeoloji birləşmələr 
üzərində  aparılan  təhlillərə  əsaslanaraq  demək  mümkündür  ki,  birinci  və  ikinci  sualların  feili  frazeoloji 
birləşmələrin  sabitlik  və  idiomluq  xüsusiyyətlərindən  asılılığı  nəzərə  çarpır.  Araşdırmalar  həm  də  verbal 
frazeoloji  birləşmələrin  inkar  elementlərlə  əlaqələnməsi  və  sərbəst  ifadələrin  xüsusi  və  ümumi  inkarlığı 
arasında köklü fərqlərin mövcudluğunu göstərir. 
Feili frazeologizmlərin inkar elementlərlə işlənməsi heç də sərbəst sintaktik birləşmələrdə olduğu kimi 
sadə deyildir. V.Flayşer belə bir fərziyyə irəli sürür: ―Frazeologizmlərin inkarı  mümkündür, bu, o deməkdir 
ki,  inkar  element  bu  halda  frazeolojiləşməmiş  olsun.  Yəni  inkar  element  frazeologizmin  komponenti 
olmasın.  Onu  da  götür-qoy  etmək  lazımdır  ki,  heç  də  bütün    frazeoloji  vahidlər  inkar  sözlərlə  birləşmək 
imkanına malik deyildir. Burada frazeologizmlərin semantik və struktur xüsusiyyətlərindən və onların tərkib 
hissələrinin semantik məhdudluğundan asılılıq başlıca rol oynayır‖  (W.Fleischer, 91). 
Qeyd etmək lazımdır ki, alman dilində feli frazeologizmlər inkar olunduğu zaman xüsusilə nicht inkar 
ədatından  və  kein  inkar  sözündən  istifadə  olunur.    Bunlarla  yanaşı,  müxtəlif  zərf,  əvəzlik  və  bağlayıcılar 
qüvvətləndirici  amillər  şəklində  özünü  göstərir.  Einfach,  einmal,  ganz,  gerade,  mehr    nach  elementləri 
nicht  inkar  ədatına  əlavə  olunaraq  birləşmə  daxilində  inkarın  güclənməsinə  səbəb  olur.  Bu  intensivlik 
elementlərinin bəziləri fakultativ xarakter daşıyır. Deyilənləri nümunələrdə nəzərdən keçirək: 
(1)  nicht  (einfach)  vom  Himmel  fallen  =  seine  Vorbedingungen  haben,  nicht  grundlos  entstehen  – 
halva-halva deməklə ağız şirin olmaz:  Eine erfolgreiche Karriere fällt nicht einfach vom Himmel („Sonntag 
Aktuell―, 2006, Nr. 14). 
(2) nicht (einmal) piep sagen = kein Wort von sich geben, sich nicht äussern – çıqqırını çıxartmamaq:  
Die Ziege von Schwiegertochter sagte den ganzen Weg nicht einmal piep (K.Kant „Das Impressum―, 147). 
(3) nicht (ganz) ohne sein = 1. nicht so harmlos sein – hamar olmamaq: Der Weg über den Gletscher 
ist für Anfänger nicht ohne („Tagesschau― Fernsehsendung). 
Alman dilində isim və müəyyən artikldən əmələ gəlmiş feili frazeoloji birləşmələr kəmiyyətcə çoxluq 
təşkil edir və onların inkar olunmasında nicht inkar ədatından istifadə olunur. Məsələn: die Flinte ins Korn 
werfen  –  nicht  die  Flinte  ins  Korn  werfen;  die  Klappe  halten  –  nicht  die  Klappe  halten;  sich  an  etw.  die 
Zähne ausbeißen – sich an etw. nicht die Zähne ausbeißen; in einem Boot sitzen – nicht in einem Boot sitzen 
və s.  
Azərbaycan dilinin materialında aparılan təhlil burada da belə verbal frazeoloji birləşmələrin olduğunu 
göstərir. Başqa sözlə desək, Azərbaycan dilində də  inkar olunması mümkün olan təsdiq strukturlu bir qism 
feili  frazeoloji  birləşmələr  vardır.  Belə  affirmativ  verbal  frazeologizmlərin  inkar  olunmasında  –  ma,  -  mə 
inkar  şəkilçisi  aparıcı  mövqedə  durur.  Nümunələrə  nəzər  yetirək:  ümidini  kəsmək  -  ümidini  kəsməmək; 
aman  vermək  -  aman  verməmək;  burnunu  soxmaq  – burnunu  soxmamaq;  göz  yummaq  –  göz  yummamaq; 
xəyanət etmək – xəyanət etməmək; kələk gəlmək – kələk gəlməmək və s. 
Nümunələrdən  görünür  ki,  bu  təsdiq  strukturlu  feili  frazeoloji  birləşmələrin  inkar  olunması 
mümkündür.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
23 
 
 
Onu da qeyd etmək lazımdır ki, alman dilində verbal frazeoloji birləşmənin tərkib komponenti olan ein 
kompleks  xarakterə  malikdir.  Bunun  nəticəsidir  ki,  tərkibində  ein  olan  bəzi  affirmativ  verbal  frazeoloji 
birləşmələr də vardır ki, onların da inkarı zamanı  nicht  inkar ədatından istifadə etmək olur. Məsələn: eine 
Sprache  sprechen  -    nicht eine  Sprache sprechen; einer  Sprache  dienen  -    nicht einer  Sprache  dienen;  etw. 
geht bei jmdm. zum einen Ohr hinein und zum anderen hinaus  - etw. geht bei jmdm.  nicht zum einen Ohr 
hinein und zum anderen hinaus və s.  
Tərkibində zwei sayı olan feli frazeoloji birləşəmlər kəmiyyətcə çox deyildir və bu tipli birləşmələrin 
inkarında  nicht  inkar  ədatı  tətbiq  edilir.  Nümunələrə nəzər  salaq:  zwei  Eisen  im  Feuer  haben  -  nicht  zwei 
Eisen  im  Feuer  haben;  zwei  Fliegen  mit  einer  Klappe  schlagen  -    nicht  zwei  Fliegen  mit  einer  Klappe 
schlagen; zwei linke Hände haben – nicht  zwei linke Hände haben.  
Verbal  frazeoloji  birləşmələrin  inkar  olunmasının  tədqiqi  bir  maraqlı  vəziyyətin  olduğunu  da  aşkara 
çıxardı.  Elə  affirmativ  verbal  frazeologizmlər  də  vardır  ki,  onları  inkar  etmək  üçün  həm  nicht  inkar 
ədatından, həm də kein inkar sözündən istifadə etmək mümkündür. Məhz bu halı V.Flayşer belə izah edir. 
Müəllif  yazır:  ―Hər  iki  inkar  daşıyıcı  bəzi  frazeologizmlərin  inkar  olunmasında  bərabərhüquqlu  tərzdə 
istifadə oluna bilir‖  (W. Fleischer, 93).  
Bunu nümunələrdə nəzərdən keçirək: 
(1) reinen Wein einschenken – a) nicht reinen Wein einschenken 
                                                  b) keinen  reinen Wein einschenken; 
(2) das Gras über etw. wachsen lassen – a) nicht das Gras über etw. wachsen lassen 
                                                                  b) kein  Gras über etw. wachsen lassen;    
(3) ein Aufheben vom jmdm. / etw. machen – a) nicht ein Aufheben vom jmdm./                                                           
                                                                           etw. machen   
                                                                            b) kein Aufheben vom jmdm. / etw. machen; 
Azərbaycan  dilinin  frazeoloji  inventarını  struktur  baxımdan  təhlil  edərkən    burada  da  sayların 
affirmativ  feili  frazeoloji  birləşmələrin  komponent  tərkibi  kimi  işləndiyini  görmək  mümkündür.  Alman 
dilində  olduğu  kimi,  belə  verbal  frazeologizmlər  Azərbaycan  dilində  də    sayca    azdır.  Azərbaycan  dilində 
komponentlərindən  biri  say  olan  affirmativ  feili  frazeologizmlərin  inkarından  bəhs  edərkən  alman  dilindən 
fərqli  bir vəziyyət nəzərə çarpır. Azərbaycan dilində belə affirmativ feili frazeologizmlərin bəzilərini inkar 
etmək qeyri-mümkündür. Ona görə ki, onlar  güclü idiomluq və sabitlik dərəcəsinə malik frazeologizmlərdir. 
Deyilənləri nümunələr üzərində nəzərdən keçirək: bir könüldən min könülə aşiq olmaq  - * bir könüldən min 
könülə aşiq olmamaq;  dördnala çapmaq  - * dördnala çapmamaq; bir daş altdan bir daş üstdən qoymaq –  
* bir daş altdan bir daş üstdən qoymamaq. 
Lakin  bu  hal    heç  də  tərkibində  say  olan    affirmativ  feili  frazeologizmlərin  hamısına  şamil  edilə 
bilməz.  Çünki  komponentlərindən  biri  saydan  ibarət  olan  bəzi  affirmativ  feili  frazeologizmlərin  inkarda 
işlənməsi mümkündür. 
Tədqiqat  zamanı  müəyyən  olmuşdur  ki,  bütün təsdiq strukturlu  verbal frazeologizmlərin  təsdiq-inkar 
transformasiyası  mümkün  deyildir.  Çünki  ancaq  müəyyən  sintaktik  və  semantik  şərtlər  daxilində  feili  
frazeoloji  birləşmələri  inkar  etmək  olar.  Bu  şərtlərdən  ən  mühümü    inkarlaşma  prosesinin    frazeologizmin 
idiomluq və sabitlik dərəcəsindən asılılığıdır. Qeyd etmək lazımdır ki, güclü idiomluq dərəcəsinə malik olan 
verbal frazeologizmlərin təsdiq-inkar transformasiyası qeyri-mümkündür. 
 
 
ĠSA HÜSEYNOVUN ƏSƏRLƏRĠNDƏ XAN TĠTULU 
Bağırova A.S. 
Sumqayıt Dövlət Universiteti 
 
Görkəmli  sənətkarımız  İsa  Hüseynovun  əsərlərində  müşahidə  edilən  türk  mənşəli  titullarından  biri 
xandır.  Yazıçının  əsərlərində  xüsusi,  əsl  adlarla  birlikdə  işlənmiş  xan  titulu  daha  çox  üstünlük  təşkil  edir. 
Sənətkarın ―Məhşər‖ romanında müşahidə edirik: ―Yer üzünün bir qismində Teymurləng, digər bir qismində 
Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, 
Ərməni  və  Qaxeti  fəth  edib,  Kür  çayı  boyunca  Azərbaycanın  şimalına  gəlib,  burada    gözlənilmədən 
Şirvanşah  İbrahimlə  müqavilə  bağlayıb  Səmərqəndə  qayıtmış,  səltənətinin  düşməni-Qızıl  Orda  hakimi 
ToxtamıĢ  xanla  növbəti  vuruşmalardan  sonra  yeni  böyük  yürüşə  başlayıb  bu  dəfə  Bağdada  qədər  gedib 
çıxmış‖  [1,  s.7];    ―Müqaviləyə  əsasən,  Miranşahın  ulusunda  -  Dərbənddən  başlamış  Bağdada  və 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
24 
 
 
Həmədandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakunun hökmranlıq etdiyi 
böyük  ərazidəki  hakimlər  arasında  təkcə  şirvanşaha  müstəqil  ordu  saxlamaq  ixtiyarı  verilmişdi,  vəliəhd 
Miranşah  isə  hakimiyyətə  qiyamla  gəlmiş  İbrahim  kimi  tədbirli  bir  adamın  Hülaku  ərazisi  daxilində 
müstəqilliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb, sinirli, hətta çılğın danışırdı‖ .  
Eyni  zamanda  İsa  Hüseynovun  ―Qəbiristan‖  əsərində  Fətəli  xan  Xoyski  antroponimik  birləşməsinin 
tərkibində  də  xan  tituluna  rast  gəlinir:  ―Həqiqi  milli  hökumətin  lideri  Fətəli  xan  Xoyskinin  öldürülməsini 
bolşeviklərin üstünə yıxıblar‖.  
Nümunələrdən göründüyü kimi, sənətkar ―Məhşər‖ və ―Qəbiristan‖ əsərlərində Toxtamış xan, Qazan 
xan,  Çingiz  xan,  Fətəli  xan  Xoyski  kimi  antroponimlərin    tərkibində  ―xan‖ titulunu  ən  yüksək  funksiyada 
işlətmişdir. 
Məlumdur  ki,  bu  titul  türk  xalqlarında,  o  cümlədən  Azərbaycan  ictimai  həyatında  qədim  dövrlərdən 
mövcuddur.  Orta  əsrlərdə  Şərqdə  feodalların  adlarının  sonuna  əlavə  edilirdi.  Türk  tayfa  başçıları,  monqol 
sərkərdələri  Xan  adlanırdı.  A.Bakıxanov  ―xan‖  titulunun  monqol  sözü  olduğunu  və  fars  dilinə  monqol 
dilindən keçdiyini qeyd etmişdir.  
 Lakin XI əsrin görkəmli dilçi alimi Mahmud Kaşğari ―Divani-lüğəti-it türk‖ əsərində xan sözünü belə 
izah  edir:  ―Xan:Türlerin  ən  böyük  başbuğu  Afrasyab  oğullarına  da  ―xan‖  denir.  Afrasyab  ―xakan‖dır.  Bu 
adın verilməsində uzunca tarihsel bir hikaye vardır‖. 
Qədim türk lüğətlərində xan sözünün mənşəyi izah edilərkən Mahmud Kaşğariyə istinad edilmişdir: 
1)Xan-xan, hökmdar, hakim, 
2)Qan-xan, hökmdar, hakim, padşah, amir, başçı,  
Qan-şəxs adlarının komponenti. 
―Kitabi-Dədə  Qorqud‖  dastanında  ―hökmdar‖  mənasını  ifadə  edən  xan  titulu  Orxan-Yenisey 
abidələrində ―ata‖ mənasını ifadə etmişdir: 
1)...anta kisre Kanım kağan uçdu (...ondan sonra xaqan atam ―oldu‖)/Moyun Çur abidəsi; 
2)Kanım kağan yiti yegim erin taşırmış (Xaqan atam on yeddi əsgərlə çıxmış...)/GülTegin abidəsi. 
Əlisa  Şükürlü  də  Kan  sözünün  qədim  türk  yazılı  abidələrində  ―ata‖  mənasında  işləndiyini  qeyd 
etmişdir. 
―Azərbaycan  Sovet  Ensiklopediya‖sında  xan  sözü  haqqında  yazılır:  ―Xan  (türk  dillərində  xaqan, 
xakan, kaqan-hakim, monarx)-orta əsrlərdə şərqdə feodalların adlarının sonuna əlavə edilən  titul. Türk tayfa 
başçıları, monqol sərkərdələri xan adlanırdı. Monqol istilasından sonra Azərbaycanda rəis, əmir sözlərini xan 
sözü əvəz etdi. Orta Asiyada, Azərbaycanda (xanlıqlar dövründə) hökmdar mənasında işlədilirdi‖. 
 ―Xan‖ istilahı Səfəvilər hakimiyyətinin ilk dövrlərində mövcud olsa da, o, titul kimi işlənmirdi. Xan 
titulu  XVI  əsrin  ikinci  yarısından  təsis  edilən  və  bu  vəzifəyə  təyin  edilən  bəylərbəyilərə  şahın  fərmanı  ilə 
verilirdi.  Bu  titulun  verilməsi  müvəqqəti  xarakter  daşımırdı,  bir  dəfə  verildikdən  sonra  bu  titul  sahibinin 
mənsub  olduğu  tayfa  həmin  titulun  sahibi  olaraq  nəsildən  nəslə  ötürür  və  irsən  onun  sahibi  olurdu.  Qeyd 
etmək  lazımdır  ki,  məmləkətin  idarəçiliyində  xüsusi  rola  və  səlahiyyətə  malik  olan  əmirlər  özü  də  təyin 
olunduğu  vəzifədən  asılı  olaraq,  status  baxımından  4  yerə  bölünürdü:1.Valilər;  2.Bəylərbəyilər;  3.Xanlar; 
4.Sultanlar.  Valilər  bəylərbəyilərə,  bəylərbəyilər  xanlara,  xanlar  isə  sultanlara  nisbətən  daha  geniş 
səlahiyyətə və nüfuza malik idilər. 
Çox  maraqlıdır  ki, fars  dilində  də  a) süfrə,  xonça;  b)  oxuyan,  oxuyucu;  c)  karvansara  məna  çalarını 
özündə birləşdirən xan sözü mövcuddur. 
Aparılan  tədqiqatlardan  aydın  olur  ki,  ―Kitabi  Dədə  Qorqud‖da  işlənən  xan  sözünün  fars  dilində 
mövcud olan xanla heç bir əlaqəsi yoxdur. Güman etmək olar ki, mənşəyi etibarilə qədim türk sözü olan xan 
leksemi hələ Səfəvilər dövründən əvvəl fars dilində işlənməkdədir. 
A.Paşayevin  fikrincə,  ―yer  üzünü  idarə  edən‖  ―xan‖la  insan  orqanizmini  idarə  edən  ―qan‖  sözü 
arasında  sıx  əlaqə  vardır.  Fars  dilində  isə  qana  ―xun‖  deyilir.  Yəqin  ki,  ―xun‖  və  ―xan‖  sözləri  ―qan‖ın 
fonetik dəyişikliyə uğramış formasıdır. 
―Şəxs  adları  lüğəti‖ndə  də  qeyd  edilmişdir:  ―Xan-―kaan‖,  ―kağan‖dan  yaranmışdır.  Xaqan  sözünün 
qısaldılmış biçimidir. ―Kağatur‖, ―hakan‖, ―Xaqan‖ biçimlərində də işlənmişdir. Çin, monqol, hind, türk və 
başqa dövlət başçılarına verilən ünvan (titul, ad) olmuşdur. İmperator, kral, şahənşah, hökmdar anlamlarında 
işlənibdir. Sonralar Azərbaycan xanlıqlara bölündükdə, həmin xanlıqların başında da xanlar dururdu...‖. 
―Azərbaycan  şəxs  adlarının  izahlı-etimoloji  lüğəti‖ndə  xan  sözünün  bir  sıra  məna  çaları  verilmişdir: 
―Xan(türk)-hökmdar, hakim; titul; arı pətəyi; ailə; ev əşyaları; mehmanxana; yumşaq dəri növü; birja; bazar; 
stansiya‖. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
25 
 
 
Beləliklə, tədqiqatlardan da göründüyü kimi, xan titulu türk mənşəli olub, hal-hazırda arxaikləşmişdir. 
Bu  söz  yalnız  tarixi    mənbələrdə  və  yazılı  ədəbi  əsərlərdə  titul  kimi  işlənmişdir.  Əvvəldə  qeyd  etdiyimiz 
kimi, İsa Hüseynov da əsərlərində xan sözünü yüksək sənətkarlıqla titul kimi işlətmişdir. 
 
 
MÜASĠR AZƏRBAYCAN DĠLĠNDƏ ÜSLUBĠ, KONTEKSTUAL SĠNONĠMĠYA MÜVƏQQƏTĠ NĠTQ 
HADĠSƏSĠ KĠMĠ VƏ YA ĠDĠOLEKT FAKTORU HAQQINDA 
Bağırova S. 
Gəncə Dövlət Universiteti 
 
Sinonim  cərgəsinə  daxil  olan  sözlər  arasındakı  üslubi  və  kontekstual  fərqlilik  dilçilər  tərəfindən  ən 
fərqli  interpretasiyalarda  təqdim  olunur.  Belə  ki,  ―dilin  əksərən  öz  daşıyıcılarına  rəngarənglik  və  alternativ 
seçim  imkanı‖  tanıdığını  qeyd  edən  F.Veysəlli  yazır:  ―Mütləq  sinonim  olmasa  da  dildə  tez-  tez  sosial  və 
ekspressiv  mənaların  verilməsində  ekvivalentlər  mümkündür.  Qismən  sinonimik  ifadələri  üslubi  variantlar, 
daha dəqiq desək, üslubi qeyri – ekvivalent variantlar adlandırırlar‖. Bədii əsəsrlərdə sinonimlərdən istifadə  
mətnin  kompozisyon  tələbləri  ilə,  süjetin  daha  dolğun  açılması,  personajın  xarakteristikasının 
dəqiqləşdirilməsi ehtiyacı ilə bağlı faktorlardan qaynaqlanır. Müəyyən dəqiqləşdirmə mövqeyində leksik si-
nonim  olmayan  sözlərin  yaxın  və  əlaqəli  məna  kəsb  etməsi  də,  məhz  yaradıcı  şəxsin  öz  adresatına,  yəni 
oxucusuna daha düzgün, dəqiq və adekvat informasiyanın çatdırılması ilə bağlıdır.  
 Çoxdandır  bu  cür  ətirli,  təzə  çörək  yemirəm.  Verilmiş  kontekst  çərçivəsində,  yəni  yenicə  bişmiş 
çörəyin  səciyyələndirməsi  məqamında  təzə  və  ətirli  sözlərinin  üslubi  sinonimliyi  heç  bir  şübhə  doğurmur. 
Lakin  İ.Şıxlı  qələmindən  çıxan  bu  kontekstual  yaxınlaşma  faktlarını  da  sinonimlər  lüğəti  çərşivəsində 
araşdırsaq,  fərqli  mənzərə  ilə  qarşılaşmış  olarıq.  Belə  ki,  ―Azərbaycan  dilinin  sinonimlər  lüğəti‖nə  istinad 
etsək,  təzə  sözünün  sinonimlərinin  ―cədid,  tər,  yeni‖,  ətirli  sözünün  sinonimlərinin  isə  ―müəttər,  qoxulu‖, 
eləcə  də  qoxulu,  iyli,  rahiyədar,  rayihəli,  ətirli    sözləri  olduğunu  müəyyən  edərik.  Maraqlıdır  ki,  təzə 
sözünün leksik sinonimi kimi nəzərdən keçirilən tər sözü, dilimizin izahlı lüğətinə əsasən aşağıdakı mənaları 
ifadə edir.1) Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye., 2) Daha yüksək temperaturu olan hava mühiti 
ilə  təmas  etdikdə  əşyaların  üzərində  əmələ  gələn  yaşlıq,  II  sif.  və  zərf.  Hələ  solmamış,  təzə,  təravətli  (gül, 
göyərti və s. haqqında). Tər göy soğan. Tər bənövşə. Yəni, təzə-tər olan bitkinin yaş, nəm olmasından doğan 
assosiasiyanın  sinonim  yarada  bilmə  gücü  etiraf  edilir.  Lakin  eyni  imtiyaz  təzə  olan  çörəyin  ətirli  olması 
baxımından təzə və ətirli sifətlərinə tanınmır. Bunun isə çox sadə bir izahı vardır: flora və faunada müşahidə 
edilən  təbii  hadisələrin  metaforikləşmə  potensialı  məişət  zəminində  yer  alan  lokal  xarakterli  hadisələrdən 
qat-qat daha güclüdür. Bu mənada ətirli çörəyin təzəliyi arasında əlaqə, təzə dərilmiş çiçəyin tərliyi, yaşlığı 
ilə əlaqə qədər asan deşifrə edilə bilən semantik bağlılıq yarada bilmir. Onu da qeyd edək ki, əgər sadalama 
intonasiyasına uyğun olaraq kontekstual  sinonimlərin yan-yana düzülməsi əsas etbarilə nəzm əsəsrləri üçün 
xarakterikdirsə, əlavə  izahat  məqamına  istinad edən sinonimlərə  müraciət  halları  nəsr əsərlərində  daha  çox 
üstünlük təşkil edir. Azərbaycan dilində qələmə alınmış bədii əsərlərin, o cümlədən İ.Şıxlının əsərinin kon-
tekstual  sinonimlərinin  təhlili  burada  ikincilərə  daha  çox  üstünlük  verildiyini  əyani  şəkildə  ortaya  qoyur. 
Müqayisə üçün onu da əlavə edək ki, kontekstual sinonimlərin geniş üslubi çalarlıq ifadə etmə bacarığı bədii 
əsərlərdə  leksik  sinonimlərinin  üslubi  imkanlarının  məhdud  olması  anlamına  gələ  bilməz.  Belə  ki,  bədii 
əsərlərin dilində idioqrafik sinonimlər eyni müvəffəqiyyətlə ekpressiyanın güclənməsinə, eləcə də məna də-
qiqləşdirməsinə  xidmət  göstərə  bilərlər.  Məsələn:  Salatın  anasının  ani  olaraq  köks  ötürdüyünü,  qollarını 
yanına  salıb  dayandığını  və,    beləliklə  də,  Mələyin  daha  gözəl,  daha  cazibədar  olduğunu  dərk  etdiyini 
duydu. Lakin bununla belə, onu da etiraf etmək lazımdır ki, üslubi-kontekstual sinonimlərin bədii əsərlərin 
dilinin  zənginləşməsində  oynadığı  müstəsna  rol  onu  digər  qrup  sinonimlərdən  əhəmiyyətli  dərəcədə 
fərqləndirir. 
Sinonimlərin kontekstə nəzərən ―münasibət‖indən bəhs edərkən, idiolekt törəməsi kimi meydana çıxa 
biləcək  bir  qrup  maraq  doğuran  halları  da  diqqətdən  kənarda  qoymaq  istəməzdik.  Söhbət  müəllif 
interpretasiyasında  daşlaşmış  sinonim  cütlüklərin  verilmiş  kontekst  çərçivəsində  fərdi  yaradıcı  təxəyyül 
tələbi ilə yenidən tərtiblənməsindən gedir. Məsələn: B.Vahabzadənin idiolektinin leksik özəlliklərini tədqiq 
etmiş S.Alməmmədova Azərbaycan ədəbi dilində bir qisim sinonimlərin birgə işləkliyinin mürəkkəb sözlərin 
(məs:  ad-san;  dost-tanış;  dərd-azar;  abır-həya;  qədir-qiymət;  açıq-aydın,  ac-yalavac,  dinməz-söyləməz; 
dinsiz-imansız  və  s.)  formalaşmasına  gətirib  çıxardığını  qeyd  etməklə  yanaşı,  şairin  idiolektində  həmin 
cütlüklərin  alışılan  ―qəlib‖in  pozulması  tendensiyasının  da  hökm  sürdüyünə  diqqət  çəkir.  Xatırladaq  ki, 
müasir Azərbaycan dilində sintaktik yolla düzələn leksik vahidlərin ―bu tipi iki sözün birləşməsindən əmələ 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
26 
 
 
gələrək,  tərəfləri təşkil  edən  sözlərin  leksik  mənasına  uyğun  olaraq topluluq,  ümumilik,  ekspressivlik  ifadə 
edir.  Qoşa  sözlərin  hər iki  tərəfi  müstəqil sözlərdən  ibarət  olduqda tərəflər  bir-birilə  sinonim  münasibətdə 
olur;  məs.:  səs-küy,  gül-çiçək,  qanun-qayda,  qəm-qüssə  və  s.‖    ―Bəxtiyar  Vahabzadənin  əsərlərində 
sinonimliyin  hər  şeydən  əvvəl  ifadə  gözəlliyi  yaratdığını‖  qeyd  edən  S.Alməmmədova  yazır:  ―O,  bir  fikri 
ifadə  etmək  üçün  dilin  bir çox imkanlarına  müraciət edir.  Şair  fikri aydın,  obrazlı,  dəqiq  ifadə  etmək  üçün 
ümumxalq  dilinin  leksik,  frazeoloji  və  qrammatik  sinonimliyinin  üslubi  ifadəlilik  imkanlarını  səfərbərliyə 
alır, onları ölçüb-biçir və işə yarayan variantı seçir. 
Baxışın qəlbimə od saldı, yandım, 
Mən də öz dərdimi, qüssəmi andım. 
Əslində dərd və qəm sözləri müəyyən mənada sinonim kimi işlənən sözlərdir (müqayisə et: dərd-qəm). 
Doğrudur,  qəm-qüssə  mürəkkəb  ifadəsi  də  vardır  və  o,  tərkib  hissələrinin  sinonimliyi  zəminində 
formalaşmışdır. Ancaq hər halda dərd-qüssə cütü qeydə alınmamışdır. Tam dəqiq olmaq istəsək, deyə bilərik 
ki, şeirdə bu sözlər sinonim sözlərdən tərtib olunmuş mürəkkəb ifadə kimi yox, həmcins üzvlər kimi təqdim 
olunmuşdur‖.  Əgər  idiolektin  ―ayrıca  nəzərdən  keçirilən  individium  nitqini  səciyyələndirən  təkrarsız  
xüsusiyyətlərlə  bərabər,  nitq  qüsurlarını  da  ehtiva  etdiyini‖  də  xatırlasaq,  bu  zaman    S.Alməmmədovanın 
təbirincə  desək,  ―bu  cür  yerinə  düşməyən  əvəzetmələrin‖  sırf  ideostil,  yəni  idiolekt  üslubunun  tələbi  ilə 
meydana  çıxdığını  aydın  şəkildə  yəqinləşdirmiş  olacağıq.  Göründüyü  kimi,  sinonimlərin  kontekst 
çərçivəsindəki  davranışı  nitqi  ifadə  edənin  intensiyasından,  yəni  ifadə  məramından  yetərincə  asılıdır. 
Müəyyən üslubi məqamda qoşa istifadədə sabitləşərək uzual norma statusuna qalxan ―münasibət‖lər, digər 
idiolekt  zəminində  uzual  ―bağları‖  qopararaq  əvvəlki  müstəqil  korrelyasiya  münasibətlərinə  qayıda  bilər. 
Azərbaycan  dilində  qoşa  sözlərin  struktur-semantik  xüsusiyyətlərini,  habelə  onların  linqvopoetik 
özəlliklərini araşdırmış  M.S.Əlizadə də  bu  qrup leksik  vahidlərin  meydana  gəlməsində  sinonimiya  hadisə-
sinin  müstəsna  rol  oynadığına  diqqət  çəkmişdir.  Dilçi  yazır:  ―qoşa  sözlərin  əmələ  gəlməsində  çox  zaman 
leksik kombinasiyalara yol verilir, yəni eyni bir söz paralel olaraq bir neçə qoşa sözün tərkib hissəsi kimi və 
ya,  əksinə,  bir  neçə  söz  eynimənalı  qoşa  sözün  komponenti  kimi  çıxış  edə  bilir.  Nəticədə,  yaxın  mənalı 
sözlərin zənciri əmələ gəlir: qəm-qüssə, qəm-kədər .. və s.‖ Göründüyü kimi, M.Əlizadə də qüssə və kədər 
sözlərinin  ayrı-ayrı  qoşa  sözlərin  kombinasiyasında  mövcudluğunu  təsbit  etmişdir.  Bu  isə  bir  daha 
B.Vahabzadə  ideolektində  qafiyə,  vəzn  tələbilə  müəllifin  uzuallaşmış  iki  fərqli  kombinasiya  vahidlərinin 
bəzi  tədqiqatçılara  görə  ilk  baxışdan  ―yerinə  düşməyən‖  tərzdə  parçalanması,  yəni  siononim  əsaslı  qoşa 
sözlərin üslubi sinonimlərə bölünməsi mümkün olmuşdur. 
Təqdim  edilən  nümunələr  üslubi  və  kontekstual  sinonim  anlayışları  arasında  bərabərlik  işarəsinin 
qoyulmasının  mümkünsüzlüyünü  ortaya  qoyur.  Məlum  olur  ki,  üslubi  sinonimlər  uzual  olduğu  halda, 
kontekstual sinonimlər idiolektə bağlı olub okkozial səciyyə daşıyır. Habelə bəlli olur ki, üslubi sinonimlər 
dayanıqlı semantik korrelyasiyanı əks etdirdiyi halda, kontekstual sinonimlər müvəqqəti xarakterə malikdir. 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin