BƏZĠ ALINMA SÖZLƏRĠN QƏDĠM TÜRK YAZILI ABĠDƏLƏRĠNDƏ ĠġLƏNƏN TÜRK MƏNġƏLĠ
QARġLIQLARI VƏ ONLARIN ĠġLƏNMƏ MƏQAMLARI
Əhmədova E.H.
Sumqayıt Dövlət Universiteti
Çoxəsrlik təkamül yolu keçmiş Azərbaycan dilinin tarixi xalqımızın tarixi qədər qədimdir. Bu dil
hazırki inkişaf mərhələsinə birdən-birə çatmamış, çox ciddi təsir və təzyiqlərə məruz qalmışdır. Xalqımız
zaman-zaman bir sıra işğalçılarla üz-üzə gəlmiş və bu mənfur qüvvələrə qarşı mübarizə apararaq öz varlığını
və dilini mühafizə etməyə nail olmuşdur.VII əsrdən başlayaraq ərəb, fars və rus işğalçılarının xalqımızı,
eləcə də onun dilini tarix meydanında çıxarmaq cəhdi boşa çıxmış, Azərbaycan dili öz saflığını,
müstəqilliyini və orijinallığını qoruyub saxlaya bilmişdir.
Klassik mərhələdə bədii əsərlərin dilində ərəb-fars mənşəli sözlər üstünlük təşkil edirdi. Başqa sözlə,
ümumxalq danışıq dili ilə yazılı dil arasında xeyli uzaqlaşma, fərqlilik özünü göstərirdi. Ərəb-fars
elementlərinin ixtiyari işlənməsi XX əsrin əvvəllərinə qədər davam etmişdir. XIX yüzilliyin birinci yarısında
Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra dilimizə rus sözləri daxil olmağa
başlamışdır. Bu isə onsuz da vahid norma əsasında işlənməyən yazılı dilə bir növ pərakəndəlik gətirirdi. XX
əsrin əvvəllərində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikada ikinci ana dili elan
edilən rus dili, əslində, aparıcı yer tuturdu. Dövlət işləri, əsasən, rus dilində aparılırdı. Bu dilin əhatəsində
Azərbaycan dilinin nüfuzlu bir dil kimi formalaşması və inkişaf etməsi bir sıra maneələrlərlə rastlaşırdı.
Aydın məsələdir ki, heç bir dil yalnız öz milli dil materialı, yalnız öz sözləri, kəlmələri hesabına
zənginləşərək inkişaf edə bilməz və dünyada belə bir dil yoxdur. Milli dilin inkişafında, zənginləşməsində və
dolğunlaşmasında əcnəbi dillərin müəyyən rol oynadığı şübhəsizdir, lakin xarici dillərdən hansı sözləri və
ifadələri ana dilinə gətirmək problemi var ki, bu məsələ xüsusi diqqət tələb edir. Dilə gətirilən sözləri
filterdən keçirməli və bu zaman alınma sözlərin təbii olaraq dilimizdə vətəndaşlıq hüququ qazanması üçün
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
36
şərait yaradılmalı, hər sözün, ifadənin leksik-semantik və qrammatik məna çalarları, daşıdığı mündəricə
yükü nəzərə alınmalıdır.
Dilimizin aktiv və passiv lüğət fondunda kifayət qədər yabançı ünsürlər vardır ki, öz milli
sözlərimizdən sayca heç də az deyil, bəlkə də, çoxdur. Leksikamıza söz axını hələ də davam etməkdədir. Bu
gün Azərbaycan dilinin lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu, hər şeydən əvvəl Azərbaycan
dilinin başqa dünya dilləri ilə də birbaşa əlaqələri ilə bağlıdır. Əgər əvvəllər Azərbaycan dilinə sözlər,
əsasən, rus dilindən və rus dili vasitəsilə keçirdisə, indi alınmalar vasitəçi dil olmadan dilimizə keçir. Hazırda
mətbuat səhifələrində bol-bol işlənən alınmaların dildə yaşayacağına, işləklik qazanacağına zəmanət vermək
olmaz, lakin dildə zərurətdən işlənən sözlər dilin lüğət tərkibinə keçərək sabitləşir. Bu məsələyə münasibətdə
ehtiyatlı olmalı, lüzumsuz alınmaların işlənilməsinə yol verilməməlidir.
Dövlətimiz və xalqımız müstəqillik qazandıqdan sonra dilimizi saflaşdırmaq, yad ünsürlərdən
təmizləmək istiqamətində bir sıra addımlar atılmışdır. Azərbaycan dilinin struktur təbiətinə uyğun gəlməyən
sözlərin milli dil vahidləri ilə əvəzlənməsi nəticəsində onlarla yeni söz işləklik statusu qazanmışdır. Məsələn:
bağımsız(müstəqil), başqan, bilgi, bilgisayar, cangüdən, çağ, çağdaş, çıxmaz, çimərlik, deyim, dönəm,
durum, duracaq, duyum, görk, gündəm, saxlac, soyad, soydaş, soyqırım, toplam, toplu(məcmuə), özəl,
özəlləşmə, vərəqçə, yayım, yetərsay və s.
Aydın məsələdir ki, dilin lüğət tərkibində mövcud olan alınmaların hamısını dəyişmək, öz sözlərimizlə
əvəzləmək mümkün deyil. Əgər süni şəkildə, kor-koranə yeni sözlər yaradılarasa, bu da doğru olmaz, çünki
bu üsul da özünü lazımı səviyyədə doğrulda bilməyəcək. Bu prosses yalnız təbii yollarla aparıldığı təqdirdə
uğurlu nəticələr əldə etmək mümkün olar.
Hazırda dilçilik elminin qarşısında duran ən mühüm problemlərdən biri də ana dilimizi qoruyub
gələcək nəsillərə ötürmək üçün tarixin qaranlıq səhifələrində qalan yazılı abidələrimizi yenidən tətqiq edib
araşdırmaq, tarixən həm Azərbaycan dili, həm də bir sıra türk dilləri üçün ümumişlək sayılan sözlər tapıb
yenidən dilə qaytarmaqdır. Belə sözləri zamanla dilimizin aktiv lüğət fonduna daxil etməklə söz yaradıcılığı
sahəsində önəmli bir dönüş yaratmalıyıq. Bu proses elə diqqətli aparılmalıdır ki, həm dilimizə xələl
gəlməsin, həm də eyni sözlərin qohum türkcələrdə rahat şəkildə anlaşılması təmin olunsun.
Bütün türk xalqları və dilləri üçün ortaq yazı abidələri sayılan Göytürk və uyğur yazılarının,
‖Oğuznamə‖lərin, ―Kitabi-Dədə Qorqud‖ dastanlarının, Mahmud Kaşğarinin ―Divanü-luğat-it-türk‖, Yusif
Xas Həcibin ―Qutadgu-bilik‖ əsərlərinin, dialekt və şivələrimizin leksik tərkibini araşdırsaq, bu gün ədəbi
dilimizdə işlənə biləcək onlarla türk mənşəli söz tapa bilərik. Elə sözlər ki, hal-hazırda həmin sözlərin başqa
dillərdən alınan sinonimlərini əvəz edə bilsin. Eyni zamanda Azərbaycan dili ilə eyni dil qrupuna aid olan
oğuz dillərindən və ya digər türk dillərindən, dilimizin müxtəlif dialekt və şivələrindən də ədəbi dilə söz
transferini həyata keçirmək mümkündür. Buna misal olaraq bir neçə nümunəni nəzərdən keçirək: bilim
(elm), bilgin, bilgə (alim); bitik (kitab); buyuruq (əmr, fərman); görük (müşahidə, kəşfiyyat); qoşuq (şeir);
ötük (xahiş, rica); ölüt (meyit, cənazə, nəş); öyüdçü (məsləhətçi); öygü (tərif); yığva (məclis, ziyafət) və s.
Azərbaycan dilinin söz bazasını, tarixi leksikamızın imkanlarını nəzərə alaraq bu siyahıya istənilən
qədər söz əlavə etmək olar. Bu gün Azərbaycan ədəbi dilinin lüğət tərkibində elə alınma sözlər var ki,
onların türkcə (azərbaycanca) qarşılığı bizə məlum deyil. Bəzən düşünürsən ki, görəsən, həmin sözlər
dilimizə keçməzdən öncə onları əvəz edən milli sözlər olubmu? Hətta əminliklə demək olar ki, bəzilərini
təsəvvür etmək belə çətindir. Lakin bu, o demək deyil ki, həmin qarşılıq sözlər tarixən də olmayıb. Məsələn:
ailə; müəllim – ustad; qəm - kədər, ələm, qüssə, dərd; bəxtəvər, xoşbəxt; xahiş - rica, müraciət kimi alınma
sözlərin əvəzinə hansı türk mənşəli sözlərdən istifadə olunub? Dilimizin tarixini əks etdirən yazılı abidələri
nəzərdən keçirdikdə sadalanan sözlərin hər birinin qarşılığna rast gələ bilərik:
ailə - çoluk. ...ağır çoluğun yağıtukta Küli çor ..... sancıp, ölürip oğlın, kisisin bolun ...kı...bo...z...elig
tutdı – Böyük ailəsi ilə yağı olduqda Küli Çor sancıb, öldürüb oğlunu, adamlarını əsir edib dövlət qurdu
(Küli çor abidəsi).
bəxtəvər, xoşbəxt – qutlu. Tarduş Küli çorBesbalıkta barır biz anta kutlu bolsun. – Tarduş Küli çor,
Beşbalığa gedirik. Orada xoşbəxt olsun (Hoytu-temir abidəsi).
Sağda oturan sağ bəglər!
Solda oturan sol bəglər!
Eşikdəki inaqlar! Dibdə oturan xas bəglər!
Qutlu olsun dövlətinüz! (―Kitabi-Dədə Qorqud‖).
Fayda, xeyir, səmərə, mənfəət – edhlig. Edhlig:, xeyirli, ―کا با ب کاذا edhligh nənq=faydalı nəsnə‖
(―Divani-lüğat-it-türk‖).
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
37
xahiş, rica, müraciət etmək – ötünmək (müraciət, xahiş, rica – ötünc) . Anta ötrü kağanıma
ötündüm. Ança ötündüm – Ondan ötrü xaqanıma müraciət etdim, eləcə rica etdim (Tonyukuk abidəsi).
qəm, kədər, ələm, qüssə, dərd - buŋ. ...gök tiğinin türkimə , bodunuma kazğanu birtim, iti birtim.....
buŋsız kıltım. - ...göy samurunu türkümə, xalqıma qazandım, hədiyyə etdim, dərdsiz etdim, (Bilgə xaqan
abidəsi), yaxud Qara qana bulaşdı, buŋlı oldı (―Kitabi-Dədə Qorqud‖).
müəllim (ustad) - mar Marıma yüz ər tutuk birtim. - Müəllimimə - ustadıma yüz igid əsir verdim..., və
yaxud Oğlanım, ərdə marımınca bol,kanka tap, katığlan - Oğullarım, igidlikdə müəllimim (ustadım) kimi
olun, xan tapın, möhkəmlənin (Süci abidəsi).
Aydın məsələdir ki, hər söz dilə daxil olduqda dilin leksikasında, lüğətlərdə özünə yer tapana qədər
nitq istisnası mövqeyində olur. İlkin mərhələdə həmin sözlərin işləkliyi passiv xarakter daşıyır, lakin
müəyyən zaman keçdikdən sonra dildə normativləşir və ümumişlək leksikanın tərkibində sabitləşir.
İstər dövlət qurumları, istərsə də dilçi alimlərimiz dilimizin yad ünsürlərdən təmizlənməsi probleminəə
biganə qalmamalıdır. Dil qorunmalı, yaşadılmalıdır. Dildə qaydalar da elə təyin olunmalıdır ki, yüz il, min il
bundan sonra da informasiya gələcək nəsillərə maneəsiz çatdırıla bilsin və bizdən sonrakılar çətinlik
çəkmədən onu anlaya bilsinlər.
MÜASĠR AZƏRBAYCAN DĠLĠNDƏ TƏXƏLLÜSLƏRĠN SEMANTĠK QRUPLARI
Əhmədova E.Z.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Müasir Azərbaycan dilinin antroponimik sisteminin bir qolunu təşkil edən təxəllüslər xüsusi ad
kateqoriyası kimi dilçiliyimizdə hərtərəfli şəkildə indiyədək təsdiq olunmamışdır. Halbuki təxəllüslərin
yaranma və formalaşma xüsusiyyətləri, onların semantikası, növləri, leksik-qrammatik yarusları üzərində
olduqca geniş diapazona malik tədqiqat işləri aparmaq mümkündür.
Müasir Azərbaycan antropnimik sistemində təxəllüslər semantik baxımdan olduqca rəngarəngdir.
Araşdırmalar göstərir ki, müasir Azərbaycan dilində mövcud təxəllüsləri semantik baxımından tamamilə cəlb
etmək və onların müxtəlif qruplarını üzə çıxarmaq onomalogiyamız üçün olduqca əhəmiyyətli və dəyərlidir.
Bu baxımdan müxtəlif sənət adamlarının doğulduğu və ya yaşadığı yerlə, mənsub olduğu tayfa, millət, xalq
adı ilə, sənətkarın ilhamını, coşqunluğunu əks etdirməsi ilə, quş adları ilə, mücərrəd məfhumlarla,
kosmonimik və mifonik adları özündə ifadə etməsi ilə bağlı müasir Azərbaycan dilində təxəllüslər yaranıb,
formalaşmışdır. Müasir Azərbaycan dilinin antroponimik layında təxəllüsləri bu istiqamətdə araşdırdıqda və
təhlil etdikdə onların müxtəlif semantik qrupları ilə üzləşir. Bu ad kateqoriyasını aşağıdakı kimi
sistemləşdirə bilərik:
I. Doğulduğu və ya yaĢadığı yeri bildirən təxəllüslər.
Müasir Azərbaycan antroponimik sistemində bu qrupa daxil olan təxəllüslər kəmiyyətcə çoxluq təşkil
etdiyinə görə bunları da öz növbəsində semantik baxımdan aşağıdakı kimi qruplaşdıra və təhlil edə bilərik.
a) Xalq, millət adını ifadə edən təxəllüslər. Belə təxəllüsdən istifadə edən söz sənətkarları xalq,
millət adının bütöv formasından yox, xüsusi adın əvvəlindəki hissəsindən istifadə edirlər. Bu baxımdan xalq
şairi Söhrab Tahirin və yazıçı Sabirin özlərinə seçdikləri ―Azər-Azər‖ və ―Azəri‖ təxəllüsləri olduqca böyük
maraq kəsb edir. Məlumdur ki, Azərbaycan ölkə adının formalaşmasında, heç şübhəsiz ki, həlledici rolu
―azər‖ sözü oynamışdır. XIII əsrdə xalq arasındakı yozumdan istifadə edərək Yaqut Həməvi bu sözü
pəhləvicə ―od‖ məfhumu ilə bağlamış və ―odla qorunanlar‖ kimi mənalandırmışdır. Maraqlıdır ki, Söhrab
Tahir bu onimin təkrar formasına üstünlük vermiş və özünə ―Azər-Azər‖ təxəllüsünü götürmüşdür. Maraqlı
bir sual ortaya çıxır. Nəyə görə şair xüsusi adın təkrar üsuluna üstünlük vermişdir? Birincisi, təkrar üsulla
yaranan sözlərdə məna olduqca qüvvətli şəkildə səslənir. İkincisi, Söhrab Tahir keçən əsrin ortalarında
Cənubi Azərbaycandan Şimali Azərbaycana sürgün edildiyinə görə xalq adının təkrar üsuluna üstünlük
vermiş, yəni şimallı və cənublu soydaşlarımızın şairi olduğunu bildirmək üçün bu xüsusi adı təxəllüs
şəklində belə formalaşdırmışdır.
b) Doğulduğu mahalın və ya vilayətin adlarını ifadə edən təxəllüslər. Bu tip təxəllüslər müasir
Azərbaycan onomastik sistemində çoxluq təşkil edir: Əbülfəz (Naxçıvanlı), Əliyar (Qarabağlı), Aydın
(Qaradağlı), Telli (Borçalı), Aşıq Aypara (Dərələyəzli), Aşıq Narıngül (Dərələyəzli), Məleykə (Göyçəli),
Vahid (Zəngəzürlu), Qara Həsən (Dərələyəzli), Şəkil (Dərələyəzli), Mənsurə (Dərələyəzli, Eyvaz (Borçalı)
və s. Göründüyü kimi, müxtəlif sənət və peşə adamlarının özlərinə seçdikləri və yaxud digər şəxslər
tərəfindən onlara verilən Naxçıvanlı, Qarabağlı, Qaradağlı, Borçalı, Zəngəzurlu, Dərələyəzli, Göyçəli kimi
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
38
mahal və vilayət adları təxəllüs yaradıcılığında mühüm rol oynamışdır. Qeyd etmək lazımdır ki, bu tip
təxəllüslərin məna və etimoloji çalarlarını da təsdiq etməklə tariximizin müəyyən qaranlıq səhifələrinə işıq
salmaq olar. Tədqiqatçılar Dərələyəz mahal adına "dərə + ala + göz" komponentlərinə ayıraraq izah edirlər
ki, toponimin birinci tərəfindəki "dərə" sözü coğrafi termindir. Mənbələrdə qeyd edilir ki, Dərələyəz əslində
Dərə-Alagöz sözlərinin birləşməsindən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin
Teymurxanşura dairəsində Alaqaz, Naxçıvan qəzasmda Alaqaz-məzrə, Şərur-Dərələyəz qəzasında Alaqaz
çayı, Qars əyalətinin Ərdahan dairəsində Alagöz kənd xarabalığı, Qars əyalətinin Kazımxan dairəsində
Alagöz kənd xarabalığı ilə mənaca eynidir. Türkmənistanda Alagöz toponimi və tayfa adı məlumdur.
Deməli, Dərələyəz mahal adı etnonim səciyyəli söz olub, Alagöz tayfa adının təhrif olunmuş formasıdır.
Bu şəkildə Naxçıvan, Qarabağ, Qaradağ, Borçalı, Zəngəzur, Göyçə mahal və vilayət adları üzərində
linqvistik təhlillər aparmaq mümkündür və, deməli, təxəllüslərin semantik mənalarını açmaqla yenə də qeyd
edir ki, tariximizin açılmamış səhifələrinə aydınlıq gətirmək olar.
c) Doğulduğu rayonun adını ifadə edən təxəllüslər. Bu tip təxəllüslər Ordubad, Laçın, İsmayıllı,
Zəngilan, Gədəbəy, Bərdə, Cəbrayıl, Kəlbəcər, Göyçay, Ağsu, Şamaxı, Zərdab və s. rayon adları ilə düzələn
təxəllüslər daha çox müşahidə edilir. Bu yolla düzələn təxəllüsləri oykotəxəllüslər də, yəni yaşayış məntəqə
adlarmı özündə əks etdirən təxəllüslər də adlandırmaq mümkündür. Məsələn: yazıçı Məmməd Səidin özünə
götürdüyü "Ordubadi" təxəllüsünə nəzər salaq: "Ordubad rayonu Naxçıvan MR-nın Zəngəzur silsiləsinin
ətəyində yerləşir. Bu oykonimin adı ilk dəfə XII əsrə aid yazılı mənbələrdə qeydə alınıb. Orta əsrlərdə
mühüm ticarət və sənətkarlıq (xüsusilə, ipəkçilik) mərkəzlərindən olmuşdur. Gəncə oniminin semantikası
haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri toponimin pəhləvi dilində "xəzinə‖, ―məhsul saxlanılan yer"
mənasını bildirən "kaziaka" sözü ilə bağlayırlar. Lakin son tədqiqatlar nəticəsində sübut olunmuşdur ki,
toponim özündə qədim türkdilli "Gəncə" tayfasının adını əks etdirir.
e) Tayfa, nəsil, tirə adlarını ifadə edən təxəllüslər. Tayfa, nəsil, tirə adlarını ifadə edən təxəllüslər də
Azərbaycan onomastika sisteminin bir hıssəsini təşkil edir. Dilimizdə başqa söz qruplarından fərqli olaraq,
tayfa, nəsil, tirə adlarını ifadə edən təxəllüslər daha qədim fonetik, qrammatik, leksik, semantik
xüsusiyyətlərə malikdir. Bu tip təxəllüslərin tarixi olduqca qədim dövrlərə gedib çıxır. Buna görə də onların
araşdırılması zamanı (özü də semantikasmm təhlili zamanı) daha çox tarixi yazılı mənbələrə müraciət olunur.
Tayfa, nəsil, tirə haqqmda öz sözünü birinci tarix elmi deyir, eyni zamanda tayfa, nəsil, tirə adlarını da
yaşadan tarix özüdür. Bu mənada Azərbaycan tarixinə dair keçmiş yazılı abidələr və əsərlər etnonimlər
əsasında yaranmış təxəllüslərin dilçilik istiqamətində öyrənilməsi üçün ən etibarlı mənbədir. Lakin təəssüflə
qeyd etmək lazımdır ki, xalqımızın yaradıcı şəxslərinin özlərinə seçdikləri və yaxud başqa şəxslər tərəfındən
onlara verilən tayfa, nəsil, tirə adları əsasında yaranmış təxəllüslər indiyədək tarixi-filoloji, eyni zamanda
semantik baxımdan bütövlükdə tədqiq olunmamışdır. Qeyd etməliyik ki, müasir Azərbaycan dilində
təxəllüslərin yaranmasında xalqımızm mənşəyində, tarixi keçmişində, etnogenezində mühüm rol oynamış bir
sıra etnotoponimlər də mühüm rol oynayır. Bu baxımdan Bayat, Gəngərli, Şirvan, Sal, Təklə, Qıpçaq, Oğuz
və sair kimi etnonimlər əsasında yaranmış təxəllüslərin semantikasının araşdırılması Azərbaycan dilçiliyinin
qarşısında duran əsas problemlərdəndir.
Müasir Azərbaycan onomastik sistemində etnonimlər əsasında formalaşan təxəllüslərdə müşahidə
edilir ki, onlar haqqında nəinki müasir tədqiqatçıların, hətta antik müəlliflərin əsərlərində, eyni zamanda orta
əsrlərə aid farsdilli mənbələrdə də müəyyən məlumatlara rast gəlmək mümkündür.
Qeyd etməliyik ki, təxəllüslər onomastik sistemdə öyrənilən ən mühüm dil vahidlərindən biri olub,
Azərbaycan dilinin antroponimika bölməsində də təsdiq olunmuşdur.
AZƏRBAYCAN DĠLĠ DƏRSLĠKLƏRĠNĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠ ĠSTĠQAMƏTLƏRĠ
Ələkbərova L.V.
Sumqayıt Dövlət Universiteti
Azərbaycan dilinin sistematik kurs kimi öyrənilməsinin təməli 5-ci sinifdən qoyulur. 160 saat vaxt
müddəti ərzində təlim materiallarının öyrədilməsi nəzərdə tutulur. Kiçik summativ qiymətləndirmənin 4
həftədən tez, 6 həftədən gec olmayaraq aparılması məsləhət bilinir. Bu sinifdə, əsasən, dil qaydaları üzrə
materiallar aşağıdakı bölmələr üzrə paylanmışdır: I bölmə - sözün səs və hərf tərkibi (fonetika); II bölmə -
sözün semantik xüsusiyyətləri (leksika); III bölmə - sözün tərkibi və yaranma üsulları (söz yaradıcılığı); IV
bölmə - ad, əlamət, hərəkət bildirən sözlər (morfologiya); V bölmə - mürəkkəb sözlərin yazılışı.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
39
Faktların təhlili də göstərir ki, bu məsələlər yeni dərs modellərinin yaradılması nəticəsində reallığını
tapa bilər. Müasir təlim prinsipləri də - şəxsiyyətə yönəlmiş təlim prinsipi, fəal idrak prinsipi, inkişafetdirici
təlim prinsipi, qabaqlayıcı təlim prinsipi, təlim-tərbiyə sisteminin çevikliyi prinsipi, əməkdaşlıq prinsipi,
dialoji təlim prinsipi dərslərin təşkilinə, öyrədilmə sisteminə yenidən baxmağı, təkmilləşdirməyi
aktuallaşdırır.
Pedaqoji prosesinin müasirləşdirilməsi tələb edir ki, fəal-interaktiv təlim, kurikulum proqramı əsasında
dərslər təєkil edilsin, Azərbaycan dilinin nəzəri problemləri praktik yolla öyrədilsin. Çünki yeni yanaşmanın
bir sıra üstün cəhətləri vardır. Bunları belə ümumiləşdirə bilərik: Problemli vəziyyətin yaradılması, dialoq və
əməkdaşlığın zəruriliyi, єagirdin – tədqiqatçı, müəllimin fasilitator mövqeyinin yaradılması, psixoloji dəstək:
hörmət və etibarın gözlənilməsi.
Mühüm məsələlərdən biri də müasir dərslərin təşkili, mərhələlər üzrə işin aparılmasıdır. Metodik
ədəbiyyatlarda bu haqda müxtəlif mülahizələr söylənilmişdir. Ancaq deyilən fikirlər bir müstəvi üzərində
cəmləşdirilir: 1. Motivasiya, problemin qoyulması; 2. Tədqiqatın aparılması; 3. İnformasiya mübadiləsi; 4.
İnformasiyanın müzakirəsi və təşkili; 5. Nəticə, ümumiləşdirmə; 6. Yaradıcı tətbiqetmə; 7. Qiymətləndirmə
və ya refleksiya.
Mərhələlərin hər birinin təlim prosesində əhəmiyyəti çoxdur. Dərsin səmərəli təşkili motivasiyadan
asılıdır. Bu mərhələdə əvvəlcə mövzu tapdırılır və o, lövhəyə qeyd olunur, sonra isə həmin mövzu ilə bağlı
tədqiqat sualı artaya qoyulur və o sual da mövzunun altında lövhəyə yazılır, daha sonra isə qoyulmuş suala
şagirdlərin ilkin fərziyyələri alınaraq lövhəyə qeyd olunur.
Müşahidələr göstərir ki, V sinif şagirdlərində əyani vasitələrə maraq güclüdür. Buna görə də
Azərbaycan dili dərslərində simvollardan (rəmzlərdən) istifadəyə daha çox diqqət yetirilməlidir. Bunun
tətbiqi Azərbaycan dili dərsliklərində verilmiş mətnlərin öyrədilməsinə geniş imkan yaradır. Dərslikdə
nəzərdə tutulur ki, əvvəlcə mətn üzərində iş aparılsın, mətn hissələrə ayrılsın, hər hissəyə ad verilsin, mətnin
oxusu təşkil olunsun, mətndəki əsas ideya müəyyən sözlə ifadə edilsin. Bundan sonra oxu qaydaları
mənimsədilsin, yazı işləri aparılsın, nəhayət, sonuncu mərhələdə dil qaydaları öyrədilsin. Bunların hamısı
zəncirin halqaları kimi bir-biri ilə bağlıdır, inteqrativ xüsusiyyətə malikdir.
Motivasiya mərhələsində ən maraqlı məqamlardan biri də qruplara bölünmə texnikalarıdır. Göstərdik
ki, müəllim bələdçidir, yol göstərəndir, şagird isə tədqiqatçıdır. Belə qənaətə gəldim ki, müəllim özünə bir
köməkçi – müəllim seçməlidir. O, müəllimin göstərçi ilə layihənin yerinə yetirilməsinə kömək etməlidir.
Dərsliklə tanışlıq məndə belə bir qənaət yaratdı ki, burada dil qaydalarının öyrədilməsindən daha çox
ədəbiyyata meyl güclüdür. Onda sual yarana bilər ki, bəs ədəbiyyat dərsi nəyə xidmət etməlidir. Yaxşı olardı
ki, Azərbaycan dili dərsliklərində dilin nəzəri məsələlərinin izahına geniş imkan yaradılsın, anlayışların
mahiyyəti və məzmunu açılsın. Düzdür, bunlara dərslikdə müəyyən qədər yer verilmişdir. Ancaq bu
məsələlərin kifayət qədər izahı dərslikdə öz əksini tapmamışdır.
Belə bir nəticəyə gəlmək olur ki, kurikulum proqramı əsasında yazılmış V sinif Azərbaycan dili
dərsliyi müasir tələbatı ödəyir, müstəqil düşünən, tədqiqat aparan şagirdlər üçün geniş imkan yaradır, yeni
təlim texnologiyalarından istifadəyə zəmin hazırlayır.
AHƏNG QANUNU HAQQINDA
Əliyev E.T.
Sumqayıt Dövlət Universiteti
Ahəng – mənşəcə fars sözü olub, səslər, rənglər və s. arasında uyğunluq, gözəl səs, avaz və nəğmə,
mahnı, hava kimi mənalarda işlənir. Qanun isə ərəb mənşəlidir. Mənası hamı üçün məcburi olan nizam,
qayda və s. deməkdir.
Ahəng qanunu qədim tarixə malik olan qanundur. Bu qanun hələ qədim yazılı abidələrimizdə mövcud
olmaqla, bu gün də özünü qoruyub saxlamışdır. Bütün türk dillərində olduğu kimi, Azərbaycan dilində də
morfoloji quruluş iltisaqilik olduğundan ahəng qanunu xüsusi əhəmiyyət kəsb edir. Həm söz köklərində,
həm də söz köklərinə şəkilçilər qoşulduqda köklə şəkilçi münasibətində ahəng qanunu mühüm rol oynayır.
Bunu diqqətdən qaçırmayan, türk dillərində mövcudluğunu nəzərə alan məşhur türkoloq alim M. Kaşğari
olmuşdur. O, ―Divani lüğət-it–türk‖ əsərində ilk dəfə olaraq türk dillərində ahəng qanununun mövcud
olmasından bəhs etmişdir. Hətta M. Kaşğari bu qanunla əlaqədar olaraq kəlmələri, şəkilçiləri qaflı və kaflı
(yəni tərkibində q olanlar və tərkibində k olanlar) olmaqla iki qurupa bölmüşdür.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
40
Təsir gücünü Azərbaycan dilinin eləcə də türk dillərinin təkcə fonetik sistemində deyil, morfoloji
quruluşunda da saxlayan, kök–şəkilçi prossesini tənzim edən, bir sözlə, sözün fonetik–morfoloji simasını
müəyyənləşdirən ahəng qanunu, ümumiyyətlə, aqlütinativ dillərin spesifik xüsusiyyətlərindəndir. Lakin
buna baxmayaraq, ―son zamanlara qədərki dilçiliklə ədəbiyyatda sinharmonizm istilahı ilə bu hadisə ancaq
―saitlər ahəngi‖ (rus dilində yazılmış ədəbiyyatda qarmoniya qlasnıx) kimi izah edilmişdir və, beləliklə
də, ―ahəng qanunu‖ təkcə sait səslərin həmcinsləşməsi, həmahəngləşməsi kimi birtərəfli anlaşılmışdır.‖ Bu
məsələni, yəni ―sinharmonizm‖ deyərkən ancaq saitlər ahəngini nəzərdə tutmağı professor B.Çobanzadə hələ
1924–cü ildə yazdığı ―Türkcənin səs uyuşması qanunu‖ adlı məqaləsində tənqid etmişdir: ―Hər nə qədər
Avropa üləması bu hadisənin adına ―Vocalhaqmonie–saitə uyuşması‖ demişlərsə də, bizcə, bu, o qədər
hadisənin təbiətinə və lisan elminin qanunlarına uyğun deyildir .
Çünki bir sözün qalın saitləri incəldikcə samitləri də dəyişir.
İştə bunun üçün də bu hadisəyə ―səs uyuşması‖ (sinharmonizm) adını vermək daha da müvafiqdir.‖
Ahəng qanunu, hər zaman sonra gələn hecadakı səsin, ondan əvvəl gələn hecadakı səslə cinsinə görə
uyğunlaşması şəklində təzahür edir. Burada dilarxası səslərdən sonra dilarxası səslərin, dilönü səslərdən
sonra dilönü səslərin, cingiltili səslərdən sonra cingiltili, eləcə də karlardan sonra kar səslərin sıralanması bu
qanunun əsasını təşkil edir. Buna görə də ahəng qanunu əsasən irəli uyuşmanın qanuniləşmiş bir növüdür,
məsələn:
Dilarxası saitlərin ahəngi: qarğa, qalın, qapaq, odun, ocaq, quru, adam, otlar, oxudu, yoldaşlar, alovun,
qırğılar və s.
Dilönü saitlərin ahəngi: ələk, eşik, özül, inci, inək, üzüm, özək, çörəkçi, dilimləmək, qələmlər, güllər,
dəri və s.
Dilarxası saitlərlə dilarxası samitlərin ahəngi: qaş, qış, quş, qol, xır-xır, xorultu, xısıltı və s.
Dilönü saitlərlə dilönü samitlərin ahəngi: gəl, gül, get, gir, göz, güc, gic, kəs, keç və s.
Kar samitlərlə kar samitlərin ahəngi: üst, göstər, yaxşı, tapşır və s.
Cingiltili samitlərlə cingiltili samitlərin ahəngi: özgə, özgəlik, güzgü, quzğun və s.
Buna görədir ki, N. K. Dmitriyevin, F. Kazımovun, A. N. Kononovun, M. A. Çerkaskinin və
başqalarının ifadəsində ―sinharmonizm‖ termini təkcə saitlər ahənginə yox, ümumiyyətlə, ahəng qanunun
əhatə dairəsinə uyğun gəlir.
Aqlütinativ dillərin yaranması və inkişafı ilə sıx bağlı olan ahəng qanunu tarixən şərtlənmiş dil
hadisəsidir, çünki dilin leksik və qrammatik sistemi ilə dərindən bağlı olan hər hansı bir dilin fonetik
sistemi nəticədə tarixən şərtlənmiş olur, lakin şərtilik bilavasitə deyil, bilvasitədir..
Ahəng qanunun qədim dövrlərdən indiyədək türk dillərində təsir gücünü saxladığı, həm də bəzi
mütəxəssislərin göstərdiyi kimi, bu qanunun nəinki zəiflədiyi, əksinə, gücləndiyi çoxlu faktlarla sübut
edilir. Təkcə bunu qeyd etmək kifayətdir ki, qədim türklər soqdi əlifbasını sadəcə qəbul etməyib? ona bəzi
işarələr də əlavə etmiş, bu əlifbanı öz dillərinin fonetik xüsusiyyətlərinə, xüsusilə, ahəng qanununa tabe
etdirmişlər. Bu, ahəng qanunun tarixən qədimliyini və onun türk dilləri üçün səciyyəvi, təyinedici
əhəmiyyətə malik olduğunu göstərir. Məhz buna görədir ki, qədim yazılarının sirrinin açılmasında ahəng
qanunu ―açar‖ rolunu oynamışdır.
Dilçilik ədəbiyyatlarında bəzən ahəng qanunun assimilyasiya hadisəsi ilə əlaqədar izah edilməsi
hallarına rast gəlinmişdir. Bizim fikrimizcə, həmin qanunun meydana gəlməsi assimilyativ təsirlərin
bilavasitə rolu ilə bağlıdır. Həqiqətən, ahəng qanununda səslərin müəyyən prinsip üzrə bir–birini
izləməsində güclü səslərin iyerarxik cədvəl üzrə digər səslərə assimilyativ təsiri mövcuddur.
Dostları ilə paylaş: |