III MÖVZU: AZƏRBAYCAN İNTİBAH DÖVRÜNDƏ (IX-XIII əsrin əvvəlləri)
Plan:
Azərbaycanın IX-XI əsr feodal dövlətlərı.
Səlcuq türklərinin Azərbaycanda hökmranlığı.
Şirvanşahlar və Atabəylər dövlətləri.
Azərbaycan İntibah mədəniyyəti.
1.Azərbaycanın IX-XI əsr feodal dövlətlərı. IX əsrdəXilafət zəifləmişdi. Feodal münasibətlərinin möhkəmlənməsi nəticəsində iri feodalların mövqeyi qüvvətlənmiş, əyalət hakimlərinin müstəqilliyi artmış, feodal zülmünə qarşı mübarizə və işğal olunmuş torpaqlarda azadlıq hərəkatları geniş vüsət almışdı. İmperiyanın ucqarlarında xırda feodal dövlətləri-əmirliklər yaranırdı. Bunları sərkərdələr-keçmiş ərəb canişinləri idarə edirdilər. 600 ilə qədər davam edən Sasani və Ərəb əsarətindən sonra yaranan yerli dövlətlər-Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətçilik ənənələrinin dirçəlişi idi. Beləliklə, İslam dini bütün Azərbaycan əhalisinin, türk və qeyri-türk etnik qrupların vahid qüvvə ilə birləşməsində mütərəqqi rol oynadı. Bununla belə, ölkədə uzunmüddətli sabitlik yarada bilinməməsi feodal dağınıqlığı və ara müharibələrlə nəticələnirdi. Belə bir şəraitdə vahid Azərbaycan dövlətini yaratmaq nə qədər zəruri olduğu aydın idi.