Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə32/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   28   29   30   31   32   33   34   35   ...   153
C fakepathmuhazire tarix (3)

Şirvanşahlar dövləti. Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərindəki Azərbaycan torpaqlarını əhatə edirdi. Mərkəzi Şirvan şəhəri idi. Şirvanşahlar dövlətini Məzyədilər-bəzən Şeyba­nilər və ya Yezidilər sülaləsi idarə edirdi. Məzyədilərin görkəmli nümayəndəsi olan Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşid (786-809) zamanı Cənubi Qafqaz vilayətinin, o cümlədən Şirvanın ha­kimi idi. O, xilafətə dayaq məqsədilə Azərbaycana köçürtdükləri Rəbiə tayfasından idi. Misir Suriyadan köçürülən ərəblər, əsasən, Aran, Şirvan və Dərbənddə yurd salmışdılar. Məzyədilər ilk dəfə Aranda paytaxtı Bərdə olan yarımmüstəqil feodal dövləti-əmirlik yaratmışdılar. Ye­zid ibn Məzyədin ölümündən sonra növbə ilə onun oğulları Əsəd, Xalid və Mə­həmməd Cənubi Qafqaz valisi təyin edildilər. 859-cu ildə Mə­həm­məd ibn Yezid öz iqamətgahını Gəncəyə köçürdü. IX əsrin sonlarında Aran, Bərdə Sa­cilərin əlinə keçdiyindən məzyədilərin nümayəndələri Şirvana köç­dülər, türkləşməkdə olan ərəb nəsilləri Şirvanda cəmləşdilər. 861-ci ildə Məz­yədilər sülaləsindən Heysam ibn Xalid Şirvanı müstəqil elan etdi və Şirvanşah titulunu qəbul etdi. 917-ci ildə qonşu Lahi­canşahlıq Şirvanşahlar dövlətinə birləşdirildi. Bununla əlaqədar 918-ci ildə Şirvanşah Əbu Tahir (917-948) paytaxtı Şamaxıya köçürdü və Yezidiyyə adlandırdı. Şirvanşahın qoşunları Qəbələ (981-982), Bərdə (982) və Şirvanı (983), Dərbənd əmir­liyini (988) ələ keçirdilər. Dərbənddən sonra Xur­san və Tabasaran, Şəki və Sənariyə Şivarşahlar dövlətinə qatıl­dı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin