Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə35/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   31   32   33   34   35   36   37   38   ...   153
C fakepathmuhazire tarix (3)

Rəvvadilər dövləti. Təb­riz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu. Bu feodal sülaləsinin soykökü qədim ərəb-Əzdilər nəslinə bağlanırdı. Bu nəslin banisi əslən yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Rəvvadi əmirliyi Azərbaycanın bü­tün cənub torpaqlarını, Muğan hakimiyyətini öz nəzarəti altında saxlayırdı. 1028-ci ildə Mahmud Qəznəvinin ona qarşı qiyam qaldıran Xorasan oğuz­larına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi Azər­baycana qaçdı və Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) ica­zəsi ilə burada yaşadılar. Rəvvadilər dövlətinin pay­taxtını Ərdəbildən Təbrizə köçürdülər. Çünki Təbriz çox əlverişli coğrafi mövqedə - Şərq ölkə­lərini Aralıq dəniz və Qara dəniz sahillərilə, həmçinin Dərbənd keçidi vasitəsilə Volqa boyu və Şərqi Avropa ilə birləşdirən beynəl­xalq karvan yollarının qovşağında yerləşirdi.

Şəddadilər dövləti. 951-ci ildə mənşəcə müsəlman kürdlərindən olan Mə­həm­məd ibn Şəddad Salarilər dövlətini ələ keçirib Dəbil əmirliyini yaratmışdı. Şəddadilər 971-ci ildə Gəncəni ələ keçirərək Şəddadilər döv­lətinin əsasını qoydular. Fəzl ibn Məhəmməd (985-1030) mərkəzi hakimiyyəti gücləndirdi. Də­bili də öz dövlətinə birləşdirdi, erməni hakimi Şəddadilər dövlətinə bac verməyə məcbur oldu. Onun hakimiyyəti dövründə hərbi məq­sədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azər­baycanın şimal və cənub əraziləri arasında iqtisadi və mədəni rol oy­nadı. Şəddadilərlə Şirvanşahlar arasında qohumluq münasibətləri var idi. Şəddadilər Rəvvadilərlə və Tiflis əmi­ri Əbül-fəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayır­dılar. Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına oğuz tayfalarının köməyi ilə Şəddadilər ağır zərbə vurdular (1037). 1038-ci ildə Bizans və gürcü feodallarının birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də oğuzların fəal iştirakı ilə baş tutmadı. Şəddadilər dövləti Əbüləsvar Şavurun (1049-1067) dövründə daha da gücləndi. Gürcüstanla və onun müt­təfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr aparılırdı. Gürcü çarı IV Baqrat Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxaraq alan­larla ittifaqa girib, 1062-ci ildə onların Azərbaycana hücum etməsinə şərait yaratdı. Şavur Gən­cənin möhkəmləndirilməsi üçün onun ətrafında hasar və xəndəklər çəkdirdi. 1063-cü ildə şəhərə qala qapılarını dəmirçi İbrahim Os­man oğluna hazırlatdı. Şəddadilər bu zaman erməni feodallarına və Bizans imperiyasına qarşı uğurla mübarizə aparırdı. Şəddadilərin zər­bə qüvvəsi oğuz türkləri, qüvvətli müttəfiqi sonralar Səlcuq türk­ləri idi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin