Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Şirvanşahlar və Atabəylər dövlətləri. Şirvanşahlar dövləti



Yüklə 393,13 Kb.
səhifə37/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   33   34   35   36   37   38   39   40   ...   153
C fakepathmuhazire tarix (3)

3. Şirvanşahlar və Atabəylər dövlətləri. Şirvanşahlar dövləti. Böyük Səlcuq imperatorluğunun sonuna yaxın Şirvanşahlar Fəribürz, sonra oğulları II Mənuçöhr və I Af­ridun ölkəni müstəqil idarə edirdilər. Gürcü və erməni feodalları, Bizans imperiyasının vasitəçiliyi ilə, Səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə əlaqə yaradaraq türk-müsəlman amilini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan tor­paq­larını öz aralarında bölüşdürməyə çalışırdılar. 1117-ci ildə De­metre Şirvana hücum etdi. 1120-ci ildə isə IV David qüvvətli ordu ilə Şirvana basqın etdi. Şirvanşahlar məğlub oldu. 1121-ci ildə Didqori dö­yüşündə gürcülər, qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlib­çilərinin birləşmiş qüvvələri Səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv edildi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət­lərinin yaxşılaşmasında Böyük Səlcuq imperatorluğunun zəifləməsi ilə yanaşı, III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə ittifaqa bel bağlayan III Mə­nuçöhr Səlcuq türklərindən üz döndərdi. 1123-cü ildə Səlcuq hökmdarı Sultan Mahmud Şirvana hücum etdi. Lakin birləşmiş qüv­vələrə qalib gələ bilməyən Sultan Mahmud çox keçmədən Şirvanı tərk etdi. IV David 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi, 1125-ci ildə IV Da­vidin ölümündən sonra gürcü qarnizonları Şirvanı tərk etməyə məcbur oldular. Hakimiyyət yenidən III Mənuçöhrə keçdi. 1160-cı ildə III Mənuçöhrün ölümündən sonra onun oğulları arasında taxt-tac mübarizəsi baş­lan­dı. Bundan istifadə edən Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə qıpçaq turklərinə arxalanaraq, Şirvanı Gürcüstanla birləşdirməyə cəhd göstərdi. Lakin Eldənizlər dövlə­ti­nin hakimi Atabəy Şəmsəddin Eldənizin qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Axsitan (1160-1196) hakimiyyəti ələ ke­çirdi, Səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. Gürcüstan çarlığı ilə dost­luq münasibətlərini davam edirdi. Dər­bənd hakimliyini asılı vəziyyətə saldı. I Axsitan öl­kənin ərazisində çoxlu inşa və bərpa işləri gördü. 1175-ci ildə 73 gəmidən ibarət slavyan donanması Azərbaycana hücum etdi, Lənbərana qədər hərəkət etdilər. Şimaldan qıpçaq türkləri Dərbəndi və Şabranı ələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri hər iki hücumu dəf etdi. Bu zaman III Georginin qo­şunları Şirvanşaha kömək etdi. Bizans şahzadəsi Andronik Komnin də gürcü qo­şunlarının ordugahında idi. 1192-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi (I Ax­sitanın ailəsi də) tələf oldu. Paytaxt Bakıya köçürüldü.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin