Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


IX əsrin 30-cu illərin sonu-40-cı illərin əvvəllərində



Yüklə 393,13 Kb.
səhifə29/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   25   26   27   28   29   30   31   32   ...   153
C fakepathmuhazire tarix (3)

IX əsrin 30-cu illərin sonu-40-cı illərin əvvəllərində Var­sanda, Bərdədə, Mərənddə, Kür-Araz vadisində güclü çıxışlar oldu. Əbu Musanın başçılığı ilə Kür-Araz vadisindəki üsyançılar Qara­bağ­da Ktiç qalasında mübarizə aparır­dılar. Üsyan çətinliklə yatırıldı. Orta əsrlərdə istiqlaliyyət uğrunda mübarizələr Xilafəti sarsıtdı. IX əsrin 2-ci yarısından etibarən asılı ölkələrdə bir sıra müstəqil dövlətlər meydana gəldi ki, onlarda milli-azadlıq hərəkatları başlandı.

Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan öl­kələrdə sosial-iqtisadi, siyasi və mədəni sahələrdə baş verən dəyi­şik­liklər öz əksini mədəniyyətdə də tapırdı. Kargüzarlıq işlərinin ərəb dilində aparıl­ması ərəb dilinin mükəmməl öyrən­sini tələb edirdi. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində təhsil ocaqları, kitabxanalar, məscidlər, əzəmətli abidələr yaran­maq­da və inkişaf etməkdə idi. VII-IX əsrlərdə Azərbaycanda ədəbiy­yat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, astronomiya, maddi mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma və s. inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa Kalankatlı Alban hakimi Cavanşirin müasiri idi. “Kitabi-Dədə Qorqud” dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır. Bu qəhrəmanlıq epopeyası IX əsrin əvvəllərində ərəb dilinə tər­cümə edildi və İslam mədəniyyətinin dəyərli incisinə çevrildi. Azər­baycanın ilk ərəbdilli şair və yazıçılarının yaradıcılığı VII-VIII əsrlərə təsadüf edilir: Dəvdək, Musa Şəhavət, İsmayıl ibn Yaşar, onun oğlu Məhəmməd və b.

Bu dövrdə şəhərlərin hamısı qala di­varları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şə­bəkəsi və kanalizasiya qurğuları yaradılırdı. İnşaat sənətinin yeni xüsusiyyəti bişmiş kərpic hörgü texnikasının təkmilləşdirilməsi idi. Azərbaycan memarlığında günbəzli tikililər VIII əsrə qədər geniş yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq daşından hörülmüş körpü Qazaxda Əskipara kəndi yaxınlı­ğın­dakı dağda monastr kompleksi Xilafət dövrü memarlığının ən səciy­yəvi nümunələridir.

5. Azərbaycan xalqının və dilinin təşəkkülü. Hər bir xalqın formalaşması zəruri olan şərtlər bunlar dır: dil, ərazi bütövlüyü, mədəniyyət vahidliyi, məhəlli iqtisadi əla­qələr ümumiliyi. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri əra­zi birliyidir. Azərbaycanın sərhədləri Cənubda Zəncan-Qəzvin bölgələri daxil olmaqla Qızılüzən çayından başlayıb Şimalda əzə­mətli Qafqazın dağlarına qədər uzanıb Dərbəndi də əhatə edirdi. Şərq­də Xəzər dənizinə, Qərbdə Gürcüstan Respublikasına qədər olan ərazilər, cənub-qərbdə isə Oğuz yurdu İrəvan şəhəri daxil ol­maqla indiki Ermənistanın xeyli hissəsini əhatə edirdi. Qədim etnos­ların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri dil sa­yılır. Azərbaycan xalqı əsasən bu ərazinin yerli etnik qrupları olan türk etnoslarından, həmçinin qonşu ölkələrdən gəlib burada məs­kun­laşan türkdilli digər einosların qaynayıb-qarışmasından əmələ gəlmişdir. Türk etnoslarının yaşadığı ərazinin sərhədləri qərbdə Ana­doludan, Egey dənizindən başlamış şərqdə Çin sərhədlərinə qə­dər uzanırdı. Azərbaycanda yaşayan türkdilli etnoslar: kimmerlər, skitlər, massaqetlər, saklar, xəzərlər, qıpçaklar və s. idi. Türkdilli etnosları birləş­dirən ümumi cəhətlər: eyni ideologiyanın təsiri altında olması (müxtəlif dövrlərdə onlar bütpərəstliyin, atəşpərəstliyin, xristian­lığın və İslamın ayələrini icra etməli idilər), tabe olduqları impe­ri­yanın milli əsarətinə qarşı birgə mübarizə aparmaları, yadelli işğal­çılara qaşı birlikdə müqavimət göstərmələri. Bir-birini əvəz edən Sasani və Ərəb imperiyaları dövründə qonşu ölkələrin etnosları ilə iqtisadi və mədəni əlaqələr yaranırdı. Eyni imperiyanın tabeliyində olduğundan həmin imperiyanın qanunları ilə idarə olunurdular. Ver­gi verir, mükəlləfiyyətləri yerinə yetirirdilər. Bu dövrdə türklərin güclü axını olmuşdu. Yeni gələnlər yerli türklərlə birləşirdi. Farslar və ərəblər isə öz dillərini itirir və yerli əhaliyə qaynayıb-qarışırdılar.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin