Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə86/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   82   83   84   85   86   87   88   89   ...   153
C fakepathmuhazire tarix (3)

1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında müharibə başlandı. 1812-ci il iyulun 8-də İngiltərə ilə Rusiya ara­sında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxma­yaraq, Rusiyanın başının Napoleonla müharibəyə qarışmasından istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun əsas qüvvəsinin Napoleona qarşı müharibəyə yönəlməsindən isti­fadə edərək, öz ordusunu Cənubi Qafqaz üzərinə yeni hücuma hazırlamağa başladı.

İyulun 12-də İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda İran qoşunu Lənkəran da daxil olmaqla Talış xanlığını ələ keçirdi, digər hissəsi Ərçivanı tutdu. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 günlük barışıq barəsində təklifindən istifadə etməyi qərara aldı. Danışıqlar sentyabrın 20-dən oktyabrın 10-dək Aslandüzdə oldu. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Abbas Mirzə ilk zərbəni Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı. İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxul­dular. Rus qoşunları Dilican dərəsində qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas Mirzə Şəkidə Pirqulu xanın qoşunları ilə birləşmək üçün qoşunlarını Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Kotlyarevski Abbas Mirzənin niyyətini başa düşdü və o, düşmənin arxasına keç­mək və gözlənilmədən arxadan zərbə vurmaq məqsədilə yürüş etdi. Tezliklə, Kotlyarevski 1812-ci il dekabrın 17-də Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil oldu.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin