1806-cı ilin sonunda Osmanlı imperiyası Rusiyaya qarşı müharibəyə başladı. İndi İranla yanaşı, Osmanlılarla da müharibə aparmaq lazım idi. Rusiyanın İranla sülh bağlamaq cəhdi müvəffəqiyyətlə nəticələnmədi.
Rus-türk müharibəsinin başlanmasından sonra Baş komandan general Qudoviç rus ordusunun başında Gümrüyə yönəldi. Burada 1807-ci il iyunun 18-də rus və türk qoşunları arasında qanlı döyüş baş verdi. Osmanlılar məğlub edildilər. Napoleon 1807-ci ilin əvv. İran şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı, Fransa, İran və Osmanlı imperiyasından ibarət antirusiya blokunu yaratmağı təklif edirdi. 1807-ci il mayın 4-də Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Müqaviləyə görə İrana hərbi kömək göstərilməsi nəzərdə tutulurdu. İrana general Qardanın başçılıq etdiyi fransız diplomatik nümayəndə heyətinin gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-tələsik təsdiq olundu. 1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Müqaviləyə görə, İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala bilərdi. Fransızlar İran ordusunu yenidən qurmağa başladılar.
Dostları ilə paylaş: |