1806-cı il iyunun 8-də rus və İran qoşunları arasında ilk silahlı toqquşma baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq, Şuşaya doğru irəlilədi. Abbas Mirzə İdrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun yanına göndərdi. İbrahimxəlil xan əvvəlcədən Lisaneviçlə razılaşaraq, rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar etməyi qərara aldı. İbrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı Xankəndinə köçürdü. Bədniyyətlilərin xanı mayora şərləmələrinə görə, mayor bir dəstə döyüşçü ilə xanın məskəninə yollandı və İbrahimxəlil xan bəzi ailə üzvləri və yaxın adamları ilə öldürüldü. Bu hadisələrdən dərhal sonra şəkili Səlim xanRusiya ilə əlaqələri kəsdi, “əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan getməyə məcbur etdi”.