Orta Paleolit 100 min il b.ə.-e. ə. 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Fransada yer adıdır). Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan (Qazma), Qarabağ (Tağlar), Qazax (Damcılı) bölgələrində məskən salmışlar. Yeni insan tipi-neandertal adamı yaranmışdır (Almaniyada yer adı). Ovçuluqla, yem toplamaqlaməşğul olurdular, axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdır. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir. Ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır.
Üst Paleolit 40 min il bundan əvvəldən e. ə. 12 - ci minilliyə qədər davam etmişdir. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrində daha çox rast gəlinmişdir. Bu dövrdə Azərbaycanda ağıllı insan tipi “Homo Sapiyens” yaranması başa çatmışdı. Əmək fəaliyyətinin artması şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu. Ulu icmanı qan qohumluğuna əsaslanan qəbilə icması-nəsli qəbilə əvəz etmişdir. Qadının təsərrüfatda rolu daha böyük olduğu üçün qan qohumluğu ana xətti ilə götürüldüyünə görə belə quruluşa ana xaqanlığı – matriarxat deyilir.