Xarakter əlamətləri
Xarakter əlamətləri çoxdur. Ayrı-ayrı dillərdə xarakter əlamətlərini ifadə edən 4 mindən çox söz vardır. Onların çoxu olduqca müxtəlif mənalarda işlənir. Hətta bəzən eyni bir xarakter əlamətini müxtəlif çalarlarda səciyyələndirir.
Xarakter əlamətləri insanın münasibətinin ifadə edir. bu baxımdan xarakter əlamətlərini aşağıdakı kimi ntəsnif edirlər.
1.Kolletiv və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik, doğruçuluq, kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.
2.Əməyə münasibəti ifadə edən xarakter əlamətləri: əməksevərlik, tənbəllik, məsuliyyətlilik və s.
3.İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, şöhrətpərəstlik və s.
4.Şeylərə (əşyalara) münasibəti ifadə edən xarakter əlamətləri: səliqəlilik, pintilik, qayğıkeşlik və s.
Hər şeydən əvvəl, insanın başqa adamlara, əməyə, özünə və şeylərə (əşyalara) münasibətlərini ifadə edən xarakter əlamətləri bir-birilə üzvü surətdə əlaqədardır. Məsələn, müəyyən olunmuşdur ki, özünə hörmət etməyən adam başqalarına da hörmət etmir. İnsan xarakterinin bütövlüyündən danışanda da, adətən hər cəhəti-xarakter əlamətlərinin qarşılıqlı əlaqədə olmasını nəzərə alırlar.
Xarakter əlamətləri tipik və fərdi əaləmətlər olmaq üzrə iki yerə bölünür. İnsanın psixi həyatının bütün cəhətləri kimi xarakteri də onun ictimai varlığı ilə şərtlənir. Eyni cəmiyyətdə yaşayan insanların həyat şəraitində ümumi, tipik xüsusiyyətlərlə yanaşı özünəməxsus cəhətlər də özünü göstərir. Bu xüsusiyyətləri ifadə etmək üçün makro və mikro mühit terminlərindən istifadə edə bilərik. Etnik və milli xarakter əlamətləri makromühitdə formalaşır.
Xarakterin tipik və fərdi əlamətləri vəhdətdədir. Onlar həmişə qarşılıqlı əlaqədədir. İlk baxışda adama elə gəlir ki, hər kəsin öz xarakter əlamətləri vardır. Bir çox hallarda bir adam üçün xas olan müəyyən bir xarakter əlaməti, məsələn, kobudluq, küsəyənlik və s. başqa adamda müşahidə olunmur. Lakin bu fakt nə qədər əsaslı olsa da, adamlar arasındakı xarakter müxtəlifliyini təkcə onunla izah etmək mümkün deyildir. Məsələnin kökü ondan ibarətdir ki, biz bir çox xarakter əlamətlərinə müxtəlif adamlarda bu və ya digər dərəcədə rast gəlirik. Onda adamlar bir-birilərinə çox oxşamalı idilər. Halbuki onların arasında oxşar cəhətlərdən daha çox fərqli cəhətlər nəzərə çarpır.
Xarakter əlamətləri bir-birilə qanunauyğun surətdə əlaqədardır. Əgər adam qorxaqdırsa və bu onun xarakterinin strukturunda müəyyənləşdirici rol oynayırsa, onda təşəbbüskarlıq, qətiyyətlilik, müstəqillik kimi xarakter əlamətləri tam dolğunluğu ilə təzahür edə bilməz. Çünki o, həmişə öz üzərinə məsuliyyət götürməkdən ehtiyat edəcəkdir.
Məşhur sovet idmançısı, 31 dünya rekoru əldə etmiş və planetimizin ən güclü adamı kimi tanınmış Yuru Vlasov intervyü zamanı “Siz adamlarda birinci növbədə hansı keyfiyyətləri yüksək qiymətləndirirsiniz?” sualına belə cavab vermişdir:
-Düzlüyü, hiyləsiz,yalansız yaşamağı. Hə həyatda, nə də kitablarda özünü başqası kimi deyil, özün kimi qələmə verməlisən. Çoxları mehribanlığı birinci misal çəkir. Namussuz, mehriban adam olmaq da mümkündür. Namusluluğu tapdalayan adam cəsur olduqda belə pis təsir bağışlayır. Borc, sədaqət, ideyalılıq-bütün bunlar düzlük sementi ilə qarışdırılır və mən bunu insan şəxsiyyətinin xəritəsi hesab edirəş.
Xarakterin strukturunda insanın başqa adamlara, əməyə, özünə və şeylərə (əşyalara) münasibətlərini bilavasitə ifadə edən xarakter əlamətləri müəyyənedici rol oynayır.
Eyni bir xarakter əlamətini müxtəlif adamlarda müxtəlif çalarlarla təzahür etməsinə bir amil də təsir göstərir: biz xarakter əlamətlərinin formaqlaşmasında temperamentin rolunu nəzərdə tuturuq. Adətən temperamentin mühüm xassələrindən biri-emosionallıq xarakterin strukturuna daxil olur: hər bir xarakter əlamətinin emosionallıq baxımından çalarları bununla bağlıdır. Lakin nəzərə almaq lazımdır ki, temperament tipləri xarakterin ancaq dinamik xüsusiyyətlərinə təsir göstərir, onlar xarakter əlamətlərinin məzmununu müəyyən etmir. Xarakterin məzmun baxımından bütün xüsusiyyətləri sosial amillərlə müəyyən olunur. Xarakter ailədə uşaq bağçasında, məktəbdə, əmək kollektivlərində insanlarla birgə fəaliyyət və ünsiyyət şəraitində formalaşır. Bu prosesdə tərbiyə ilə yanaşı üzüntərbiyə də mühüm rol oynayır.
Özüntərbiyə yeniyetmə və gənclərin qiymətli xarakter əlamətləri haqqında etalon və stereotipləri ilə bilavasitə bağlıdır. Psixoloji tədqiqatlar əsaslı surətdə göstərir ki, insan özündə, yüksək qiymətləndirdiyi keyfiyyətləri, o cümlədən xarakter əlamətlərini tərbiyə edir.
Dostları ilə paylaş: |