Metal ionları ilə fəallaşdırılmış fermentlər
Fermentlər Fermentləri
fəallaşdıran elementlər
Askorbinoksidoza Mis
Polifenoloksidoza ---“---
Heksokinoza Maqnezium,
manqan
Adenozintrifosfataza Manqan
Fosfataza Sink,
kobalt
Karboksiloza Manqan,
mis,
sink,
kobalt, maqnezium
Fosfoqlyukomutoza Manqan,
kobalt
46
Meyvə-tərəvəzlərin tərkibində geniş yayılmış
mikroelementlər
Ərzaqları
n növü
Ca
O
P
2
O
5
K
2
O
Mg
O
Fl
2
O
3
Küldə
qələvili
k (+)
küldə
turşulu
q (-)
mq.ekv
.
Kartof
22 180 667
59
2,5
+4
Kələm 70
216
572
39 8,3
+8,2
Kök 83
94
272
32
74
+9,5
Kahı
151 94 387
64
50,0 +14,1
Alma 11
22
82
5,4
0,9
+1,7
Üzüm 46
168
541
24 9,6
+7,2
Portağal
208 96 555
47
22,0 +17,1
Ağ çörək
41 320 152
50
3,0
-10,3
Mal əti
konservi
12 642 333
26
4,0
-37,3
Bunlar eyni zamanda bitki və heyvanların
tərkibində də gedən fermentativ reaksiyaların
fəallaşdırıcısi rolunu oynayır.
Mineral maddələrlə fermentativ reksiyaların
kinetikası arasındakı sıx asılılıq onu göstərir ki,
47
maddələr mübadiləsinin bütün prossesləri onların
çoxluğu və münasibəti ilə əlaqədardır.
Meyvə və tərəvəzlərdə daha vacib sayılan
kalsium, kalium, natrium, fosfor və dəmirdir. Kalsium
fosforla birlikdə sümük toxumasının
əmələ
gəlməsində daha vacibdir.
Bu səbəbdən də böyüyən orqanizmin bu
elementlərlə rəngin olan ərzaqları daha çox ehtiyacı
var. Bundan əlavə qanda müəyyən nisbətdə kalsim-
fosforla, kalim-natriumun olması onun buferli olması
ilə əlaqədərdir.
Gündəlik insanın kalsium və fosfora olan
tələbatı 0,8-1,5 q təşkil edir. Tərəvəzlər hansı ki,
tərkibində quzuqulağı turşusunun miqdarı çoxdur
(ravənd, əvəlik, çuğundur) onlarda kalsiumun
mənimsənilməsi zəif olur.
Fosfor zülalı maddələrdə vacib elementdir.
Məsələn adenazinüçfosfat orqanizmdə enerji
mübadiləsinin təminatcısıdır. Bir sözlə fosfor
maddələr mübadiləsinin bütün zəncir həlqələrində
iştrak edir.
Tərkiblərində kaliumun çox olması ilə bir sıra
meyvə-tərəvəzlər fərqlənir. Bu elment orqanizmdə su
mübadiləsinin nizamlanmasında iştirak edir.
Tərkibində kaliumun miqdarı çox olan ərzaqlardan
istifadə etdikdə orqanizmdə suyun xarici olmasına
təsir göstərir ki, bu da ürəyin fəaliyyətini
yüngülləşdirir. Bu səbəbdən də ürək çatışmamazlığı
48
olan və təzyiqi olan insanlara meyvə tərəvəz pəhrizi
saxlamağı məsləhət görülür.
Natrium isə bunun əksi olaraq orqanizmdə
suyun saxlanmasına yardım edir. Natriuma olan
tələbat qida ərzaqları ilə ödənilmədiyindən, qidaya
natrium xlor (xörək duzu) əlavə edirlər. Bunun
miqdarı gün ərzində 15 qrama bərabərdir. Havanın isti
günlərində bu sərfin miqdarı artır. Bu səbəbdən də
havanı temperaturu isti olan bölgələrdə əhaliyə
tərkibində duzun miqdarı çox olan ərzaqlarda istifadə
etmək tövsiyə olunur, məsələn siyənək balığı. Əgər bu
məsləhətə əhəmiyyət verilməzsə nəticədə orqanizm
elə bir miqdarda su itkisinə məruz qalır ki, bu da onun
həyat fəaliyyətinin pozulmasına səbəb olur.
Dəmir hemoqolbinin tərkibinə daxildir. Onun
çatışmamazlığı qan azlığına səbəb olur. Dəmir
orqanizm üçün gündəlik tələbatı 10-15 mq bərabərdir.
Tərkibində bu elmentin çoxluğu ilə fərqlənən göyərti
və kələm tərəvəzləri, qırmızı turp, pomidordur.
Çiyələyin müalicəvi əhəmiyyəti onun tərkibində foli
turşusunun və dəmirin kifayət qədər olması (13 mq%)
qan azlığında istifadəsində əsaslanır.
Orqanizmin həyat fəaliyyətində maddələr
mübadiləsi prosseslərində mikroelementlər manqan,
maqnezium, molibiden, yod, bor, sink, mis və
sairələrinin əhəmiyyəti vacibdir.
Müəyyən edilmişdir ki, mikroelementlər bir
qrup fermentlərin və hormonların tərkibinə daxildir
maddələr mübadiləsi prosseslərində nizamlayıcı
49
rolunu oynayır. Maqnezium, manqan, sink, mis
(dəmirlə) birlikdə orqanizmdə oksidləşmə və
bərpaolma prosseslərində iştrak edir.
Bu maddələrlə çiləmə vasitəsi ilə yemləmə
meyvə-tərəvəz bitkilərində məhsuldarlığı, şəkərliliyi,
vitaminlərin miqdarını yüksəldir.
Molibden azotlu maddələrin bitkilər tərəfindən
mənimsənilməsinə təsir göstərir. Bor bir sıra meyvə-
tərəvəzlərdə maddələr mübadilməsin funsional
pozulmasının dayanaqlılığını artırır.
Paxlalılar və kələm tərəvəzləri bitkilərin
molibdenlə yemlədikdə nəzərə çarpacaq dərəcədə
məhsuldarlıq yüksəlir.
Bir və molibdenlə kələmi yemlədikdə
zərərvericilər tərəfindən kələmin nöqtəvi zədələnməsi,
çuğundurda isə özəyinin qaralması kəskin azalır. İnsan
orqanizmdə yodun əhəmiyyəti, onun qalxanvari vəzin
tərkibindəki hormona trioksinə daxil olmasıdır. Yodun
çatışmamazlığı qidada olduqda bu hormonun sintezi
pozulur və qalxanvari vəzdə xəstəlik inkişafa başlayır.
İnsan orqanizminin mikroelementlərə olan
tələbatı çox böyük deyildir. Ancaq onların qidada
olması vacibdir. Onların çatışmamazlığı ciddi
maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bu
eyni zamanda yerlərdə torpaqda bu mikroelementlərin
olmaması müşahidə olunur.
50
Kifayət qədər öyrənilmiş meyvə tərəvəzlərin
tərkibindəki mikroelementlər.
Məhsullar
Ca Mn
Zn
1,
mkq/100q
mq/1000q
Kartof
1,7-
2,8
1,5 2,3
30
Kök 0,8
2,3 - 50-70
Kələm 0,6 1,4 - 20-50
Kahı 0,4 6,7 1,5 20-50
Ispanaq 1,2 5,3 2,8 40-60
Pomidor 0,6 - 04-0,6
-
Alma 0,8 0,8 - 10-20
İnsan orqanizmi üçün gün ərzində 0,1-0,3 mq
yod, 1-2 mq manqan və mis, 5-8 mq qədər sink lazımdır.
Müəyyən edilmişdir ki, bitkiləri mikroelement və
makroelementlərlə yemlədikdə bitkilərdə süsusi də
yarpaqlarda yüksək inkişafa səbəb olur.
Bir neçə meyvələr vardır ki, onlar ayrı-ayrı
mikroelementlərlə
zəngindir. Məsələn, feyxoa
meyvələrinin tərkibində 1500-4000 mkq qədər yod olur
(1000q-da).
Bir sıra kimyəvi dərmanların tərkibində hansı ki,
bitki xəstəlikləri və zərərvecilərə qarşı tətbiq edilir,
onların normaları sanitar orqanlar tərəfindən müəyyən
edilir. Bunlar mis, qurğuşun,və digər elementlər. Bunlar
yüksək miqdarda dozaların tətbiqi son nətəcədə
zəhərlənməyə səbəb olur.
51
II Fəsil. Tərəvəzlərin əmtəəlik keyfiyyətləri.
Becərmə şəraitinin məhsulun keyfiyyət və
saxlanmasına təsiri.
Məhsulun çoxluğu və keyfiyyəti dedikdə geniş
anlamda, malın keyfiyyətini, kimyəvi tərkibini, yeyinti
dəyərini, daşınmaq üçün dərinliyini, saxlamaq və emal
üçün yararlığını özündə əks etdirir. Bütün bu göstəricilər
ilk növbədə sortun irsi xüsusiyyətləri ilə müəyyən edilir.
Sortun xüsusi keyfiyyətlərinin özünü göstərməsi
əsas etibarı ilə onun hansı bölgədə və ərazidə
becərilməsindən asılıdır. Bu eyni zamnada torpaq, iqlim
və aqrotexniki tədbirlərin düzgün, vaxtında həyata
keçirilməsindən də asılıdır.
Anoloji olaraq torpağın mexaniki tərkibi kökü
meyvələrin keyfiyyətinə, onların formasının,
əcaibləşməsinə öz təsirini göstərir. Bu səbəbdən də
kökümeyvəlilərin saxlanması zamanı itkilərin miqdarı
çoxalır.
Nəmliyin çatışmamazlığı nəzərdə tutulan məhsul
əldə olunmasını, onun əmtəəlik və yeyinti dəyərini aşağı
salır.
Xüsusi ilə kübrə sistemlərinin səmərəli istifadə
olunmasına, fizioloji aktiv maddələr və pestisidlərin
istifadəsində diqqət tələb olunur.
Kübrələrdən istifadə etdikdə əvvəlcə torpağ
həmin elementlərlə necə təmin olunduğunu müəyyən
etmək lazımdır. Sonradan həmin torpaqlarla veriləcək
kübrə normaları müəyyən olunur.
52
Məlumdur ki, bitkilərin yüksək dozada kübrələrlə
qidalanması onların vegetasiya müddətini uzadır.
Onların vegetativ orqanı yarpaqların inkişafını
stimullaşdırır. Bundan
əlavə, artıq miqdarda
suvarma, azotun normadan
artıq olması, toxumların
ölçülərini artırır,
toxumlarda sululuq artır
toxumaların divarlarını
nazikləndirir, bu da təbii
olaraq meyvə tərəvəzlərin
saxlama zamanı
davamlılığını azaldır.
Kələm başının çəkisi, kq
Şəkil 1. Saxlama zamanı kələm başının çəkisi ilə
baş verən itkilər arasındakı asılılıq
Qeyd etmək lazımdır ki, kələm məhsulunu
saxladıqda ən az itkilər orta ölçülü kələm başlarında
çəkisi 2,5-3 kq olan başlarda yaranır. Böyük kələm
başları daha çox suvarılan və azot kübrəsi verdikdə
əmələ gəlir. Belə kələm başları yığıldıqda və daşındıqda
tez zədələnir, eyni zamanda xəstəlik və zərərvericilərə
qarşı davamsız olur, pis saxlanma qabliyətinə malik
olurlar.
Çoxlu miqdarda, tərəvəz bitkiləri altına azot
kübrələrinin verilməsi və çoxlu sayda suvarmaların
53
həyata keçirilməsi təhlükəlidir. Çünki bu zaman
məhsulda çoxlu miqdarda nitratlar toplanır və sonradan
nitridlərə cevrilir. Bu da insan orqanizmi üçün zədəlidir.
Bunların artıq olması zəhərlənməyə səbəb olur.
Gündəlik insan orqanizmi üçün nitrat azotunun son
həddi 500 mq olmalıdır. Uşaqlar üçün isə bu miqdar
daha az olmalıdır.
Kalium və fosfor kübrələrindən istifadə olunması
azotlu kübrələr kimi ümumi məhsulun artımına bir o
qədər təsir etmir. Lakin bunlar meyvə tərəvəzlərdə
ehtiyyat qida maddələrinin toplanmasına kömək
göstərir. Bitkilərin ölüşgəməsinə qarşı davamlılığı
artırır. Mexaniki zədələnməyə qarşı, daşınma zamanı
davamlılığı yüksəldir.
Mikroelementlərin tərəvəz məhsullarının
məhsuldarlığının artırılmasında, keyfiyyətinin
yüksəldilməsində və daşınmaya qarşı davamlılığının
yaxşılaşdırılmasında əhəmiyyəti böyükdür.
Bunların birgə çatışmayan cəhətləri vardır ki,
onların çatışmamazlığı üzündən kələmdə nöqtəli nekroz,
kökümeyvələrin özəyində kürümələrin
əmələ
gəlməsidir. Beləliklə aqrotexniki qaydaların çoxu
tərəvəzçilikdə yetişgənlik müddətinin nizamlanmasına,
onların emal üçün yararlılığına yönəlməlidir.
Tərəvəz məhsullarının saxlanması daşınması
zamnaı yaranan zədələnmə və itkilər istifadə olunan
müxtəlif yeşiklərin, çalovların, konteneylərin, polietilek
kisələrin və kardon karobkaların keyfiyyətindən asılıdır.
Bütün deyilən qaydalara vaxtında əməl olunarsa
keyfiyyətli məhsul əldə etmək olar.
54
Keyfiyyət analizlərinin aparılması üçün
orta nümunələrin seçilməsi
Analiz üçün seçilən orta nümunə bütün məhsul
partiyasının tam keyfiyyətini əhatə etməlidir. Orta
nümunəli müəyyən etmək üçün eyni məhsul
partiyasından nümunələr götürülür ki, bu ilkin
nümunəni təşkil edir.
Ümumi məhsul partiyasında olan yerlərin
sayından asılı olaraq 2%-dən 20%-ə qədərin ağızları
açılaraq ən azı 3 yerdən nümunələr götürülür. Partiyada
olan yerlərin sayı (kisələr, çəlləklər, yeşiklər, şüşə qablar
və sairə) götürüləcək nümunələrin sayı qüvvədə olan
standartlar və ya texniki şərtlərlə müəyyən edilir.
Məhsul partiyasının eynicinsli olmasını müəyyən üçün
götürülən nümunələr biri-birilə tutuşdurulur, əgər onlar
keyfiyyət göstəricilərinə görə fərqlənirlərsə onda hər bir
qabdan ayrı-ayrı nümunələr götürülür. Lazım gəlirsə
bütün məhsul partiyası çeşidlənərək bircinsli şəkilə
salınır və hər eyni olan məhsul qabında orta nümunə
götürülür.
Nümunənin seçilməsi qaydaları və texnikası
məhsulun fiziki vəziyyətindən və xüsusiyyətindən
asılıdır. Misal üçün: mayelərdən, meyvə giləmeyvə
ekstratları, yaxıcı məhsullar tomat pastası, səpici
materiallar, yarma, un, şəkər tozu, böyük hissələrdən
ibarət məhsullar meyvələr, tərəvəzlərdir.
Maye və yarım qatı məhsullardan nümunə
götürmək üçün onlar diqqətlə qarışdırılır. Çəlləklər isə
bir yerdən digər yerə diyirlədərək götürülür.
55
Məhlul halında olan məhsullardan nümunəni
xüsusi cihazlar vasitəsi ilə vaxtının konstruksiyası
içərisində porşeni və şarlı klapanı olan turbacıqdan
istifadə etməklə götürürlər. Kisələrdə olan dənəvari
məhsullardan kisənin yuxarısından, ortasından və aşağı
qatından şuplar vasitəsi ilə götürülər.
Kartof və tərəvəzlərdən götürülmüş orta
nümunələr diqqətlə kənar qarışıqlardan təmizlənir.
Sonra yuyularaq silinir və qurudulur. Hər bir kartof
yumurusu kökümeyvə uzununa 4 bərabər hissəyə
bölünərək hər nümunədən ¼ götürülür sürtgəcdən
kecirilir və qarışdırılır. Ağzı örtülən qaba yığılır.
Baş kələm başları da dörd bərabər hissəyə
bölünür və ¼ götürülür bıçaqla xırdalanır. Baş
soğanlardan görülmüş nümunələr təmizlənir 4 hissəyə
bölünərək bir hissə götürülür, bıçaqla xırdalanır.
Püreyə bənzər ərzaqlar, tomat-pastadan nümunə
götürülməzdən qabaq xırda dəmir mala və ya bıçaqla
diqqətlə qarışdırılaraq sonra nümunə götürülürlər.
Analiz üçün götürülmüş ərzaq nümunələr ağzı kip
bağlanan şüsə qablarda saxlanılır.
56
Müxtəlif tərəvəz bitkiləri məhsullarının lazım olan
əsas keyfiyyət analizləri
№
Məhsullar
Quru madd
ə %
Şə
k
ərl
ərin
mi
q
dar
ı %
Ni
şasta
Tur
şululuq %
S-vitamini mq%
karotin
Seleüloza
Zülal
Nitratlar mq
kq
1 Pomidor + + - + + - - - +
2 Xiyar + + - - + - - - +
3 Gül
kələm + - - + + - + + +
4 Ağbaş
kələm
+ + - + + - + + +
5 Soğan + + - - + - - - +
6 Göy
noxud + + + - + - - + +
7 Lobya +
- - -
+
-
+
+
+
8 Kök +
+
-
-
-
+
+
-
+
9 Mətbəx
çuğunduru
+ + - - + - + - +
10
Şirin bibər + + - - + + - - +
11
Badımcan + + - - - - - - +
12
Göy
qabaq + - - - + - - - +
13
Şəkərli
qarğıdalı
+ + + - + - + - +
14
İspanaq + - - + + + - - +
15
Ravənd + + - + + - + - +
16
Qarpız + + - + + - - - +
17
Yemiş + + + - - + - - +
18
Qabaq + + + - - + - - +
19
Cəfəri +
+
-
-
+
+
-
-
+
20
Kərövüz
+
+
-
-
+
+
-
-
+
21
Turp +
+
-
-
+
-
+
-
+
57
Orqanoleptik üsülla keyfiyyətə nəzarət
Tərəvəz məhsullarının keyfiyyətinə nəzarət
fiziki-kimyəvi üsullarla yanaşı orqanoleptik
qiymətləndirmə üsulundan da istifadə olunur. Bu
üsulla məhsulun istehsal dəyəri qiymətləndirilir.
Orqanoleptik qiymətləndirmə hiss üzvülərinin
köməyi ilə həyata keçirilir: görmə, dada baxma,
iyləmə, və s. Görmənin köməyi ilə vizual olaraq
məhsulun rəngi, xarici görkəmi, forması şəfafflığı
öyrənilir. Eyni zamanda məhsulun dad keyfiyyəti,
şirinliyi, duzluluğu acılığı, turşuluğu müəyyən olunur.
Toxunaraq hiss etməklə məhsulun özlülüyü, bərkliyi,
sıxılma nəticəsində deformasiyaya uğraması haqqında
müəyyən məlumatlar əldə olunur.
Bu metodla analiz aparmaq üçün kimyəvi
maddələrdən və cihazlardan istifadə olunur. Lakin işi
yüngülləşdirmək üçün bir sıra prossedurlar, işıq
qızdırmadan istifadə olunur.
Yeyinti məhsullarının keyfiyyət analizlərini
orqanoleptik göstəricilərin təyini ilə başlayırlar.
Sonrakı mərhələdə fiziki-kimyəvi analizləri həyata
keçirirlər.
Hazır məhsulların orqanoleptik göstəricilərini
dada baxma (dequstasiya) yolu ilə keyfiyyət
göstəricilərinin standartların və texniki şərtlərin
tələbatına uyğunluğu müəyyən olunur. Bunun üçün
ərzaq məhsullarının keyfiyyəti beşballı şkala ilə
qiymətləndirilir. Bu şkala keyfiyyətin 5 əsas
58
səviyyəsini əhatə edir. Çox yaxşı-5 qiymət; yaxşı-4
qiymət; kafi-3 qiymət; qeyri kafi-2 qiymət; pis-1
qiymətlə qiymətləndirilir. 5 ballı, qiymətləndirmə ilə
məhsulun qiymələndirilməsi yüksək ixtisaslı
dequstatorlar tərəfindən həyata keçirilir.
Orqanoleptik qiymətləndirmə zamanı ardıcıllığa
rəyət olunması məsləhət görülür.
Əvvəlcə vizual göstəricilər baxmaqla-xarici
görnüş, forma, rəng, şəffaflıq və s; sonra iyi, qatılıq və
dadı, tamı müəyyən edilir.
Fiziki-kimyəvi tədqiqat üsulları
Tərəvəz məhsullarının kimyəvi tərkibinin
öyrənilməsində vitaminlərin, turşuların, ümumi
turşululuğun, fəal turşululuğun, üzvi turşuların,
şəkərlərin təyin olunmasında kimyəvi tədqiqat
üsullarından istifadə olunur.
Ərzaq məhsullarının sıxlığı, tərkibindəki quru
maddənin miqdarı və digər fiziki göstəricilər fiziki
tədqiqat üsulları ilə təyin edilir.
Mayelərin sıxlığının areometrlə təyini
Arlometr silindrik şüşə formalı hər iki ucu
qaynaqlanmış bağlı çubuqdur. Bu cihazın yuxarı
hissəsi nazik boğazdan ibarətdir ki, bu da dərəcələrə
bölünmüş şkaladır. Aşağı hissəsi isə içərisi
doldurulmuş kürəcikdir.
59
Mayelərin sıxlığının areometrlə təyin edilməsi
Arximedin məlum qanununa əsaslanır.
Mayeyə salınmış areometr üzərək maye ilə
tarazlıq əmələ gətirir ki, bu zaman onun kütləsi
mayedən sıxışdırıldığı mayenin kütləsinə bərabər olur.
Areometrin mayeyə daxil olması mayenin qatılığından
asılı olaraq qatılıq çox olanda areometr mayeyə az və
əksinə qatılıq az olarsa mayeyə çox daxil olacaq.
Mayelərin sıxlılğını ölçən zaman areometrin
dərəcələnmiş şkalasının suyun səthi ilə eyni səviyyədə
olan dərəcədən hesablanmanı aparırlar.
Təyin etmənin metodikası. Həcimin 250-500
ml, olan şüşə silindr düzgün horizontal səthə qoyulur.
Sonra onun içərisində sıxlığı müəyyən olunacaq və
temperatoru 20
0
C olan maye tökülür. Mayeni silindrin
həcmini ¾-ü qədər doldurlar və mayeni elə tökürlər ki
o köpüklənməsin. Bunun üçün maye astaca silindrin
divarı boyu tökülür. Sonra quru təmiz areometr sakitcə
mayenin daxilinə salınır. Bu zaman areometrin yuxarı
boğazından tutaraq mayeyə salınır. Salan zaman
areometr tam dayanıqlı vəziyyət aldıqda onu sərbəst
üzməyə buraxırlar. O maye səthində tarazlığını tam
bərpa etdikdən sonra, onun suyun səthindən olan şkala
üzrə hesablanmanı həyata keçirirlər.
60
Refraktometrik analiz üsulları
Yeyinti məhsullarının
refroktometrik üsullarla
tədqiqi yüksək texniki
dəqiqliyi və sadəliyi ilə
xarakterizə olunur.
Qatılaşdırılmış
yeyinti məhsullarının
istehsalında texniki-
kimyəvi nəzarətin həyata
keçirilməsində
refroktometrik analiz
üsulları vasitəsi ilə
ərzaqların tərkibindəki
yağların, şəkərlərin, təbii ədviyyələrin tərkibindəki
quru maddələrin miqdarı təyin edilir.
Ümumi məlumat. İşıq şüalarının sınması, o
zaman müşahidə olunur ki, şüa bir mühütə keçir və
eyni zamanda bu mühitləri sıxlıqları müxtəlif olsun.
Şüanın düşmə bucağının sinusunun i
1,
sınma bucağının
sinusuna i
2
olan nisbəti sabit kəmiyyət olub n
2
sındırma əmsalına bərabərdir.
2
1
sin
sin
i
i
=n
2
Maddələrin işığı sındırma əmsalı, maddənin
mühitindən işıq dalğasının üzunluğundan və ətraf
mühitin temperaturundan asılıdır.
61
Ağ işıq mürəkkəb işıqdır, müxtəlif dalğa
üzunluğuna malik şüalardam ibarətdir ki, mühitə
düşdükdə parcalanır müxtəlif sadə şüalara və bunlarda
mühitdə rəngli spektr zolağı əmələ gətirir.
Yeyinti sanayesində istifadə olunan
refraktometrlərin əksərinin konctruksiyası maddələrin
işığı sındırma bucağının ölcülməsinə əsaslanır.
Refraktometrlərin
əsas detalı
sındırma
göstəricisi dəqiq məlum olan ölcmə prizmalarıdır. Bu
pirizmalar xüsusi sındırma göstəricilərinə malik
minerallardan hazırlanır.
Prizmaların ən yüksək sındırma göstəricisinin
həddi 1,30-1,54-dür.
Dostları ilə paylaş: |