NƏRİMAN NƏRİMANOV
(14.4.1870-19.3.1925)
İik növbədə maarifpərvər ziyalı və yazıçı olan Nəriman Nərimanov, həmçinin görkəmli
siyasi və ictimai xadim, dövlət rəhbəri, teatr fədakarı idi. Mütəfəkkir yazıçı kimi dövrün ictimai
ədalətsizliklərini, nadanlığı, dini xurafatı, cəmiyyətin mənfur qanunlarını, mənəvi rəzilliyi,
istibdadm faciələrini tənqid edib. Maarifçiliyin, vətənpərvərliyin, azadlıq ideyalarının təbliği
uğrunda yorulmaz mübariz olub. Mirzə Fətəli Axundzadə realist ədəbi məktəbinin ləyaqətli
davamçılarından idi. Milli ədəbi irsimizin möhtəşəm, bəşəri, mütərəqqi ideyaların təbliği ilə
zənginləşməsində böyük işlər görüb. Alovlu publisist, qeyrətli tənqidçi, obyektiv teatrşünas və
ədəbiyyatşünas fəaliyyəti var. Azərbaycan teatr mədəniyyətini Volqaboyu müsəlman ölkəİərində,
xüsusən Hacıtərxan (Həştərxan) şəhərində geniş təbliğ edib.
Nəriman Nəcəf oğlu Nərimanov 1870-i il aprel ayının 14-də Tiflis şəhərində anadan olub.
Atası Kərbəlayı Nəcəf maarifə və mədəniyyətə meyilli adam idi və həlim xasiyyətli anası Həlimə
xanım oğluna xüsusi məhəbbət bəsləyirdi. Kiçik yaşlarında Nəriman yazıb-oxumağı əmisindən və
qardaşından öyrənib. Elə uşaq yaşlarından da ədəbiyyata güclü maraq göstərib. Fərdi yolla müəyyən
ibtidai təhsil alandan sonra 1882-ci ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər
Seminariyasma daxil olub. Burada klassik dünya ədəbiyyatı nümunələri ilə ilk tanışlığı başlayıb və
yazıçı kimi özünün birinci bədii yaradıcılıq nümunələrini yazıb.
İyirmi yaşında seminariya təhsilini başa vuran Nəriman Nərimanov Tiflis quberniyası
Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim göndərilib. Bir ildən sonra o, Bakıya gəlib. Burada bir
ziyalı dövlətlinin şəxsi progimnaziyasında dərs deyib. Sonra şəhərin realnı məktəbində
(gimnaziyasında) sinif mürəbbisi (tərbiyəçisi) işləyib. Burada geniş siyasi-ictimai və mədəni-maarif
işlərinə başlayıb. 1894-cü ildə Bakıda ilk kütləvi qiraətxana-kitabxana açıb. Azərbaycan və rus
dillərini öyrənənlərdən ötrü dərsliklər tərtib edib, müntəzəm ədəbi yaradıcılığa başlayıb, dilimizə
əsərlər tərcümə edib (məsələn, Qoqolun "Müfəttiş" komediyasını).
O, 1902-ci ildə Bakıdakı mütərəqqi üsullu gimnaziyaya ekstern üsulla imtahanlar verib və
buranı qurtarınaq barədə Kamal attestatı alıb. Həmin il Odessa şəhərinə gəlib və burada Novorossiya
Universitetinin tibb fakültəsinə qəbul olunub. Oranı ali təhsilli mütəxəssis kimi 1908-ci ildə bitirib
və Bakıya gələrək şəhər xəstəxanasında həkimlik edib. Xalq arasında "doktor Nəriman" kimi
tanınıb. Bir ildən sonra siyasi hadisələrlə bağlı Tiflisə gəlib. Burada həkim işləyib, lakin inqilabi
fəaliyyətinə görə həbs olunub. 1913-cü ildə yenidən Bakıya gəlib və Qara şəhərdəki xəstəxanaya
həkim götürülüb.
Getdikcə "Hümmət" siyasi təşkilatında fəaliyyətini gücləndirən Nəriman Nərimanov 1919-cu
ildə Hacıtərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar seçilib. Həmin il Moskvaya
yüksək vəzifəyə dəvət alıb. 1920-ci ildə Azərbaycanda şura hökuməti yaradılması ilə əlaqədar
əvvəlcə İnqilab komitəsinin Sədri, sonra isə Xalq komissarları Sovetinin Səd-ri seçilib. 1922-ci ilin
dekabrında SSRİ Məraəzi İcraiyyə Komitəsinin Sədri seçilib (ZSFSR tərəfindən).
Tezliklə bütün ölkədə böyük nüfuz qazanan Nəriman Nərimanov 19 mart 1925-ci ildə
qəflətən vəfat edib. Məzarı Moskvanın Qızıl meydanında, Kreml qalasının divarları yanındadır.
* * *
Nəsr, publisistika (xüsusən felyeton), ədəbi-bədii tənqid yaradıcılığı ilə yanaşı, Nəriman
Nərmanov dramaturgiya və teatr ilə daha ciddi məşğul olub. Onun ilk dram əsəri "Nadanlıq"
komediyasıdır. Müəllif bu əsərini 1894-cü ildə yazıb və elə həmin il də Bakı şəhərində Dəmirovun
mətbəəsində çap etdirib.
Pyesin adı onun ictimai mahiyyətinə, sosial konfliktinə, xarakterlərinin dəyər və mənasına
sanki bir kod-açardır. Dramaturqun nadanlığa qarşı mübarizəsi, milli şüuru xurafat buxovlarının
zəncirlərindən xilas etmək ideyalarının təbliği onun maarifçilik arzularının parlaq nümunəsidir.
Nəriman Nərimanov komediyanın ilk çapının müqəddiməsində əsərin yazılmasının qayə və
məqsədini sərrast açıqlayaraq göstərib: "Hər millətin qabağa getməyinə səbəb mədəniyyətdir. Və
məlumdur ki, biz müsəlman millətinin arasında mədəniyyət və mərifət nəhayətdə az yayılıbdır...
Əsəri yazınağıma səbəb Qafqaz müsəlmanlarının əksəriyyətinin bimərifət və nadanlığı oldu. Hənuz
əsər çöl xalqının zindəganına dair olan əhvalatdır. Bu qissədən oxuyanlarım aşkar yəqin edirlər ki,
nadanlıq həqiqətdə insanı heyvan edərmiş".
"Nadanlıq" pyesinin kompozisiya elementlərində və struktur qurumu ilə mövzunun estetik
dramaturji təqdimində faciə elementləri də vardır. Dramaturq nadanlığın dramatik konfliktini Hacı
Abdullanın iki oğlu, oxumuş Ömər ilə nadan Vəli arasındakı həyata təzadlı baxışlar əsasında işləyib.
Ata da öz nadan oğlu Vəli ilə fəxr edir, onun nahaq yerə adam öldürüb qaçaq düşməsindən qürur
duyur. Ömər isə millətin tərəqqisi yolunda özünü fəda edir, qonşu kənddə məktəb tikintisinə əl
tutınağa çalışır, hənikəndhlərini qəflət yuxusundan ayıltmağa səy göstərir. Dramaturq nadanlığın
faciələrini sadə kəndli, elmə tərəddüd göstərən Qurbanəlinin və mühafizəkar dindar Ağakişinin
timsallarında problemə yeni baxım bucağından təqdim edib.
Nəriman Nərimanov ikinci dram əsəri "Şamdan bəy"i də komediya janrında yazıb. 1895-ci
ildə tamamlanmış komediyanın adı ədəbiyyatşünaslıqda və teatr afişalarında "Dilin bəlası",
"Şamdan bəy, yaxud dilin bəlası", "Dilin bəlası, yaxud Şamdan bəy" kimi də göstərilib. Müəllif bu
komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi
mətbəəsində ayrıca kitab şəklində çap etdirib.
Dramaturq "Şamdan bəy"in ilk çapma da müqəddimə yazıb və orada özünün yazıçı amalmı
belə göstərib: "Hənuz bu komediyanın əsil məqsədi budur ki, şəxs gərəkdir dilinin sahibi olub, onu
pis-pis sözlərdən saxlasın. Zira necə ki, zindəganlığımızda, insan çox vaxt tövrbətövr bəlalara
giriftar olur, ancaq dilinin səbəbinə... Və dəxi şəxs gərəkdir dilinin gücünə ümid bağlayıb bir işdə ki,
ondan ona xeyir gələcəkdir, yoldaşa və ya qeyri adamlara xəyanət etməsin".
Bu sözlər komediyanın ideya kəsərini, tərbiyəvi əhəmiyyətini çox dürüst və aydın ifadə edir.
Nəriman Nərimanov "Şamdan bəy" komediyasında obrazların psixoloji təqdimini
məmləkətdə kapitalizmın sürətlə inkişafının törətdiyi mürəkkəb insani münasibətlər əsasında verib.
Var-dövlət hərisliyinin, haram pul qazanınaq ehtirasının həyat və məişətdə yaratdığı fitnəkarlıqlar
satirik boyalarla təsvir olunub. Dramaturq pyesdə üç hadisə xəttini müxtəlif mövzu-ideyaya
bağlılıqda işləyərək, onları bir kompozisiya daxilində qələmə alıb. Yusif - Xədicə saf məhəbbət xətti
psixoloji dramatizmlə və bir qədər lirik səpkidə işlənib. Xəbis qəlbli, rəzil düşüncəli, gopçu Şamdan
bəyin dostu, xeyirxah qəlbli, sadə duy-ğulu, maarifpərvər ruhlu, fədakar Yusifi aldatması, ona
xəyanət etməsi tənqidi sarkazmla və dramatik gərginliklə qələmə alınıb. Hər iki xətt isə bir
məcradan başlayır. Pul ehtirasının və ləyaqətsizliyin, nadanlığın təmsilçisi olan,
mənəvaiyyatsızlıqda Şamdan bəylə eyni rəngdə görünən Hacı İbrahimlə (Xədicənin atası) bağlı
hadisələr üçüncü xətt kimi səciyyələnib.
Dramatik xətlərin reallıqla sona çatması və həqiqətə söykənməklə obrazların xarakterlərini
açması üçün dramaturq mənəviyyatlı, qürurlu və vicdanlı Niyaz bəy (o, Xədicənin dayısıdır) surətini
yaradıb. Məhz Niyaz bəy Şamaxıdakı məsləkdaşları vasitəsilə başda dostu Yusif olmaqla, həmin
fitnəkar yalanları ilə aldadan Şamdan bəyin kimliyini müəyyənləşdirir, onun əsil mənfur simasını
açır.
Ilk komediyasından fərqli olaraq, "Şamdan bəy" əsərində dramaturq, zəif də görünsə,
nadanlığa qarşı çıxan, mütərəqqi fikirlərlə yaşayan, dostluqda fədakarlığa hazır olan və
səmimiyyətlə davranan, sağlam düşüncəli gənclər Sultan, Murad, Rəsul, Yusifin nökəri Qulu kimi
real obrazlar yaradıb. Niyaz bəy də dramaturqun arzularının təmsilçisi mövqeyində canlı bədii
personajdır. Bunların bədii təqdimində tüfeyliliklə yaşamağa, haram pulla hansısa mənsəbə çatınaq
cəhdlərinə, qeyrətsiz ziyalıların ictimai passivliklərinə qarşı dramaturqun tutduğu vətəndaş və yazıçı
mövqeyi sağlam, aydın və təsiredici görünür.
Tipik xarakterlərin tipik şəraitdə verilməsi və obraz əlvanlığı yaradılması baxımından Pərzad
qarı, şəhər sakinləri Rza bəy, Nəcəf bəy, Heydər bəy, Hacı İbrahimin nökəri Cəfər, arvadı Nigar,
onun qulluqçusu Nazlı surətləri maraq doğurur. Bədii təsvirlərində və dramatik inkişafla
əlaqələndirilməsində müəyyən qüsurlarına baxmayaraq, həmin obrazlar komediyaya canlılıq və təbii
reallıq ahəngi aşılayıb.
Azərbaycan dramaturgiyasında tarixi dram və tarixi faciə janrında ilk səhnə əsərini Nəriman
Nərimanov yazıb. "Nadir şah" (bəzən "Nadir şah Əfşar" kimi verilib) faciəsi, eyni zamanda Nəriman
Nərimanovun dramaturgiya yaradıcılığının zirvəsi sayılır. Bu ilk tarixi dramı ədib 1899-cu ildə
yazıb. Həmin il də milyonçu Hacı Zeynalabdin Tağıyevin xərci ilə "Aror" nəşriyyatında kitab
şəklində çap olunub. On dörd ildən sonra faciəni təzə çapa hazırlayan dramaturq onun üzərində
yenidən işləyib, bəzi epizodları, ayrı-ayrı dialoqları ixtisar və əlavələrlə təzələyib, hətta remaraalarda
dəyişikliklər edib. "Nadir şah"ın həmin variantı 1923-cü ildə Bakıda Orucov qardaşlarının elektrik
mətbəəsində çap olunub.
Faciənin mövzusu İran hökmdarı, soy kökü Azərbaycan türklərinin qolundan olan, şöhrəti
bütün Şərqə yayılmış Nadir şahın (1688-1747) həyatından götürülüb. Dramaturq öz əsərini yazınaq,
Nadir şahı ictimai və siyasi xadim kimi vermək üçün müxtəlif müəlliflərin "Tarixi-Nadir"
salnamələrindən istifadə edib, şahın müharibə tarixlərini dəqiq öyrənib. Buna görə də dramaturq
tarixi şəxsiyyətlərin (Nadir şah, onun oğlu Rzaqulu, Şah Təhmas, Cəfər xan, Məhəmməd xan,
Ədhəm) timsalında dövrün ictimai-siyasi panoramını, zamanın sosial xarakterini yarada bilib. Bədii
təxəyyülün məhsulu olan, ümumiləşdirilmiş tip-obrazlar səpkisində verilən yaraqlı qaçaqlar,
yolçular, müqərrəblər (şaha yaxın adamlar), kənd adamları personajları epizodik və yardımçı
səciyyə daşısalar da, əsərin reallıq və həyatilik ruhunu artırmışlar.
Nəriman Nərimanov "Nadir şah" faciəsində əvvəlki iki komediyasından fərqli olaraq,
hadisələri monumental həyat lövhələri ilə, obrazları coşğun ehtiraslarla, kənd mühitini dramatik
psixologizınlə, müxtəlif cəmiyyət zümrələrinin həyat görüşlərini, hakim və hakimiyyət problemini
realhğa əsaslanan romantik-dramatik vüsətlə təsvir edib. Təmkinli epik lövhələr psixoloji-dramatik
epizodları, məişət səhnələri monumental problemlərdən şirələnən mərhəmət və itaət anlayışmı
qabardan dialoqları əvəzləyir. Həmin dramaturji zəmində şah və rəiyyət münasibətləri, hökmdar və
səltənətin idarə olunması problemi, qatil ata və gözü çıxarılan zavallı övlad faciəsi problemləri
qabarıq və ifadəli, bədii və inandırıcı təsir bağışlayır.
Nəriman Nərimanov bu faciəsində Nadirin mürəkkəb xarakterli tarixi şəxsiyyət olduğunu
hərtərəfli göstərmək məqsədilə onun şahlıq səltənətində atdığı mütərəqqi addımları da təsvir edib.
Müsəlmançılığın şiə və sünnilik kimi iki təriqətə ayrılmasını Nadir şah pisləyib və bunu dövlətçilik
sütunlarının laxlamasma gətirib çıxaracağını göstərib. Dramaturq Nadir şahın bu flkrinə və dinin
dövlətdən ayrı olmasma çalışması səyinə pyesdə xüsusi bədii lövhə, xüsusi məntiqi inkişaf xətti
ayırıb. Həmin xətdə Nadir şahın əqəliyyət (azlıq) təşkil edən xristianlara xüsusi fərmanla dini
azadlıq verməsi, müqəddəs "İncil"i tərcümə etdirmək səyində olması da dramaturji hadisələrə və
əsas ideyaya bağlanıb.
Dramaturq bütün bunları, yəni sərt və amansız, qanlar tökən və məmləkətin sərhədlərini
genişləndirmək naminə müharibələr aparan Nadir şahın reformalarının mütərəqqi xüsusiyyətlərini
da dramaturji konfliktin mərkəzinə çəkib. Bununla da Nadir şah həm xaraktercə ziddiyyətli,
gözlənilməz addımlar atan tarixi şəxsiyyət, həm də möhtəşəm, mürəkkəb bədii-dramatik obraz kimi
yadda qalır.
Nəriman Nərimanovun son dram əsəri 1915-ci ildə yazdığı "Bahadır və Sona" faciəsidir.
Dramaturq bu əsərini özünün eyniadlı romanı əsasında yazıb, daha doğrusu, səhnələş-dirib. "Bahadır
və Sona" romanının birinci hissəsi isə 1896-cı ildə Bakıda və ikinci bölümü 1900-cü ildə Yelendorf
şəhərində (indiki Xanlar rayonu) çap edilib. İkinci hissə səkkiz səhifədən ibarətdir və bunu
dramaturq bəzi mətləblərə aydınlıq vermək məqsədilə yazıb. Burada hadisələr Bahadırın öz tələbə
dostu Soltanla birlikdə, məşhur Qafqaz yolu ilə Tiflisdən Peterburqa getmələri ilə bitir.
"Bahadır və Sona" faciəsini dramaturq Şamaxıda səhnələşdirib və elə həmin il də Tiflisdə
yerləşən senzura komitəsinə yollayaraq əsərin səhnədə oynanılmasma icazə alıb.
Bu əsər azərbaycanlılar yaşayan məkanlarda müxtəlif ictimai mübahisələrə səbəb olub.
Dramaturq Şərq poeziyasında, xalq dastanlarında müxtəlif şəkillərdə toxunulan xristian qızına
müsəlman gəncinin aşiq olması mövzusunu yeni sosial, fəlsəfi-psixoloji düşüncə kontekstində
qələmə alıb. Rahatsızlıq doğuran məsələ, əsasən, o idi ki, müəllif iki gəncin faciəli eşq macərasından
daha çox, feodal düşüncə tərzinin zülmətə sürükləyən məqamlarını dramatik sərtliklə verə bilmişdi.
Bunun yüksək bədii həllinə nail olmaq məqsədilə Nəriman Nərimanov pyes variantında romanın
süjetini xeyli yığcamlaşdırmış, bir sıra epik hadisələrdən və yardımçı mövzulardan imtina etmişdi.
Bu imtina süjet xəttinə dinamizın, xarakterlərin hərəkətlərinə dramatik fəallıq, konfliktə sosial-
ictimai kəsər gətirib. İdeya-bədii məzmun faciə janrının estetik prinsipləri baxımından xeyli
zənginləşib. Millət anlayışı, vətənpərvərlik duyğusu, maarifçiliyə münasibət, psixoloji ailə
münasibətləri kimi həyati məsələlər dramda yeni səciyyələrlə bədii materialın əsasında durub.
Dramaturq öz əsərində mürtəce qüvvələrin təmsilçilərinin bədii obrazlarını təsvir etməyib.
Lakin onların düşüncə tərzləri, köhnəliklə yeniliyin ideya mübarizələri, bəşəri duyğuların təbliği
dramatik hadisələrin psixoloji əsasını müəyyənləşdirib. Nəriman Nərimanov Bahadırı real həyati
obraz kimi təsvir etməklə yanaşı, onun dünyagörüşlərinin ziddiyyətlərini, maarifpərvərlik yolundakı
tərəddüdlərini də cəsarətlə verib.
Pyesdə qadın və şəxsiyyət azadlığı, məhəbbət və vicdan pakiığı problemləri Sona və Soltan,
Yusif obrazlarının timsalında yeni dramatik vasitələrlə və orijinal ziyalı fikirlərilə təsvir olunub.
Onların da dramatik xarakterləri birrəngli deyil, mürəkkəb və əlvandır, təzadlı və ziddiyyətlidir.
|