~ 326 ~
Şəkil 15.2. Şirənin fasiləsiz qıcqırdılma batereyasının sxemi
1-təzyiq rezervuarı; 2-şirə sərfiyyatını ölçən; 3-qıcqırtma rezer-
vauarı; 4-karbon qazı çıxaran boru; 5-spirt tutucu; 6-şərab
materialı toplayıcısı; 7-çöküntünün götürülməsi üçün boru
Axında qıcqırtma, təmiz maya məhlullarının inkiĢafı üçün
əlveriĢli Ģərait yaradır. Çünki bu üsulda SemiĢon prinsipinə riayət
olunmaqla təzə Ģirəyə 4 h.%-dən yuxarı spirtliyi olan qıcqıran Ģirə
vurulduğundan yabanı mayalar təsir altına alınır. Fasiləsiz
qıcqırma zamanı mühitdə oksigenin azalması və spirtin toplanması
gedir. Belə Ģəraitdə mayalar zəif çoxalmaqla, fasiləli üsula nisbətən
az toplanır. Lakin buna baxmayaraq, mühitin hərəkəti və
dəyiĢməsi, maya hüceyrələrində maddələr mübadiləsinin daha
yaxĢı getməsini, onların qıcqırtma fəallığının yüksəlməsini və
qıcqırtma proseslərində mayaların uzun müddət istifadəsini təmin
edir. Bu isə, öz növbəsində, fasiləsiz qıcqırtmanın yüksək sürətlə
getməsinə səbəb olur.
Fasiləsiz üsulla axında qıcqırtmaq üçün BA-1, VBU-4N və
UNS-E «Krım» qurğularından istifadə olunur. Onların gündəlik
məhsuldarlığı 3-12 min dal arasında dəyiĢir.
Dostları ilə paylaş: