“Qabın başının doldurulması” ilə qıcqırdılma, hər biri üç
mərhələdən ibarət olan 3 sxem üzrə həyata keçirilir. Birinci
sxemdə qaba onun tutumunun 30%-nə qədər Ģirə (maya məhlulu
ilə birlikdə) vurulur; 2gündən sonra Ģirə güclü qıcqırıb, temperatur
yüksəldikdə üzərinə yenə 30% miqdarında təzə (soyuq) Ģirə əlavə
olunur və nəhayət 2 gün keçdikdən sonra qab ümumi tutumunun
80 faizə qədər Ģirə ilə doldurulur.
İkinci sxemdə, maya məhlulu vurulduqdan sonra rezervuar
tutumunun 50 faizə qədər Ģirə ilə doldurulur, 2 gündən sonra həmin
miqdar 75 faizə, daha 4 gündən sonra isə 87-88 faizə çatdırılır və
nahayət tam doldurulur.
Üçüncü sxemdə, rezervuara maya məhlulu ilə bərabər, onun
tutumunun 40 faizinə qədər Ģirə vurulub, 2 gündən sonra həmin
miqdar 20%, 4 gündən sonra isə bir daha 20 % artırılır.
BaĢın doldurulması ilə qıcqırdılmanın istənilən sxemində,
proses qurtardıqdan sonra rezervuar tam doldurulur və durultmaq
üçün sakit saxlanır.
Dostları ilə paylaş: |