15.2. Qırmızı turş şərablar
Təbii şərait və üzüm sortları. Qırmızı təbii Ģərabları üçün
üzüm sortları çox isti olmayan mötədil isti iqlimdə, 3100-3600
0
C
fəal temperaturlar cəmində yetiĢdirilməlidir. Ən yaxĢı torpaqlar
küllü əhəngli, dəniz iqlimli və turĢ yaxud neytral reaksiyalı
qəhvəyi meĢə torpaqları hesab olunur. Az miqdarda gil olması (20-
30%) rəng maddələrinin əmələ gəlməsinə əlveriĢli təsir göstərir.
Qırmızı Ģərablar üçün, üzüm sortunun düzgün seçilməsi olduqca
vacibdir. Qırmızı üzüm sortlarında antosianların miqdarı ən azı 1
kq üzümdə 450 mq təĢkil etməlidir.
Qırmızı Ģərablar üçün üzüm sortunun düzgün seçilməsi olduqca
vacibdir.
Fransanın Bordo Ģərabları ən yaxĢı qırmızı təbii Ģərabları hesab
olunur. Bu Ģərablar Kaberne fran, Kaberne Sovinyon, Verdo və
Merlo üzüm sortlarından alınıb, qızılgül tonuna; Burqund Ģərabları
isə Pino fran, Qame üzüm sortlarından hazırlanmaqla, göbələk
tonuna malik olur. MDB-də ən yaxĢı qırmızı süfrə Ģərabları
Kaberne və Saperavi üzüm sortlarından alınıb, keyfiyyətini uzun
illər saxlayır. Mədrəsə və Xindoqnı üzüm sortlarından alınmıĢ
qırmızı təbii Ģərabları, əvvəlkilərə nisbətən tez yetiĢir. Lakin bunlar
saxlanıb yetiĢdirməyə davamsızdırlar. MDB-nin müxtəlif rayonla-
rında becərilən Tavkveri, Sereksiya, Morastel, Murvedr, Qimra,
Kaxet qırmızı üzüm sortları keyfiyyətcə kafi Ģərablar verir.
Bunlardan adətən ordinar Ģərablar hazırlanır.
Dostları ilə paylaş: |