Əzintidə qıcqırtmanın (klassik üsul) aĢağıdakı üsullarından
istifadə olunur: açıq və qapalı rezervuarlarda qıcqırtma; fasiləli və
fasiləsiz üsulla xüsusi aparatlarda qıcqırtma.Rezervuarlarda qıc-
qırtma dedikdə palıd çənlərdə, eləcə də iri dəmir-beton və metal
rezervuarlarda aparılan qıcqırtma nəzərdə tutulur. Bunun üçün
əzinti, əzici daraqayırandan nasosla birbaĢa həmin qablara, həcmi-
nin 80%-i miqdarında doldurulur. Əzintiyə temperaturdan asılı
olaraq 80-100 mq/dm
3
SO
2
vurulur.
Əzintinin qıcqırdılması açıq və qapalı rezervuarlarda, sərbəst-
səthdə üzən «papaq» və ya müqavimətli-batırılmıĢ «papaq» ilə
aparıla bilər (Ģəkil 15.3).
Şəkil 15.3. Əzintidə qıcqırtmaq üçün rezervuarların sxemi:
1–açıq üzən papaqla; 2–açıq batırılmış papaqla; 3–bağlı üzən
papaqla; 4–bağlı batırılmış papaqla
Dostları ilə paylaş: |