Açıq rezervuarlarda müqavimətli qıcqırtma - rezervuarın
yuxarısından həcmin ¼-indən arakəsmə qoyulur və bu, papağı
çıxmağa qoymur. Nəticədə «papaq» arakəsmənin altında qalmaqla,
onun üzərini qıcqıran Ģirə örtmüĢ olur. Bunun əsas üstünlüyü, sirkə
turĢuması ehtimalının və qarıĢdırılma hesabına ağır zəhmətin
azalmasıdır.
Qapalı rezervuarlarda qıcqırma üzən «papaqla» və batırılmıĢ
«papaqla» ola bilir. Bu zaman rezervuarların ağzı bağlı olmaqla
yalnız qıcqırma nəticəsində alınan karbon qazının çıxması üçün yer
qoyulur.
Qapalı qıcqırmada Ģərabın sirkə turĢumasına yoluxma qorxusu
olmur. Yuxarıdakı üsullarla qırmızı süfrə Ģərablarının alınması az
istifadə olunub, əsasən yüksək keyfiyyətli Ģərablar istehsalında
tətbiq olunur.
Hazırda qırmızı Ģərablar, sənaye miqyasında, əzintini fasiləli və
fasiləsiz iĢləyən aparatlarda qıcqırtmaqla istehsal olunur. Belə
aparatlar əzintinin qarıĢdırılmasını və gilənin bərk hissələrindən
maddələrin daha yaxĢı ekstrak-siyasını təmin edir.
Qıcqırma nizamlanan xüsusi tip qurğularda da aparıla bilər.
Fenol və ətirli maddələrin nəinki qabıqdan, həmçinin toxumdan
kifayət miqdarda ekstraksiya edilməsi üçün əzintidə qıcqırtma 28-
30
0
S temperaturda və qıcqıran kütlənin çoxqat qarıĢdırılması ilə
yerinə yetirilir. Fenol maddələrinin miqdarı az olan üzümün
emalında əzintiyə yaxĢı yetiĢmiĢ daraq (15%-ə qədər) əlavə
olunmasına icazə verilir.
Əzintidə qıcqırtma aparmaq üçün vertikal vinifikatorların çoxlu
konstraksiyalarından istifadə olunur. Bunlar üçün ümumi cəhət
isitmək və soyutmaq üçün köynəklərin olmasıdır (Ģəkil 15.4).
~ 333 ~
Vinifikatorların hündürlüyü boyu 2 hissəyə ayrılan konstruk-
siyalar məlumdur. Bu zaman yuxarı rezervuar qıcqıran Ģirənin
toplanmasına xidmət edir və müəyyən fasilələrlə aĢağı rezervuarda
yerləĢən əzintinin üzərinə buraxılır.
Şəkil 15.4. Reaktiv (hidrodinamik) qarışdırıcılı saxlayıcı - ekstraksiya
rezervuarı:
1–rezervuar; 2–qarışdırıcı qurğu; 3–elektroqaldırıcı qurğu ilə;
4–əzintini doldurmaq üçün kran; 5–mərkəzdənqaçma qüvvəsi ilə
işləyən nasos
Horizontal vinifikatorlar həmçinin köynəklər və qarıĢdırıcı
qurğu ilə təchiz olunmuĢlar. Onlar vaxtaĢırı qarıĢdırma apararaq,
bərk və maye fazalar arasında təması yaxĢılaĢdırır (Ģəkil 15.5).
~ 334 ~
Şəkil 15.5. Rezervuar – saxlayıcı «Roto»:
1–yükləyici lük; 2–qarışdırmaq üçün kürəklər; 3–yuxarı
səviyyənin nizamlayıcısı;4–karbon qazı buraxan klapan; 5–
elektrik ötürücü; 6–şirə üçün kamera; 7–şirənin çıxarılması
üçün kran; 8–əzinti üçün kamera; 9-10 – şirəayırıcı
arakəsmələr
Qıcqıran Ģirə sıxılaraq ayrılır, özbaĢına alınan Ģərab materialı
sonadək qıcqırdılır, çöküntüdən ayrılır və dincə qoyulur,
saxlanmağa və yetiĢdirilməyə yönəldilir. Bir və ikinci təzyiqlə
ayrılan fraksiyalar xüsusi Ģərabların kupajında istifadə edilir. Bu
metoddan natural markalı nırmızı süfrə Ģərablarının emalında
istifadə olunur. Əzintidə qıcqırmada daha çox toxumda olan
enotanin ayrılır və o, rəng əmələ gəlməsində iĢtirak edir və dada
yumĢaqlıq verir. Bundan baĢqa, «papaq» hava ilə təmasda olaraq,
onda mürəkkəb efirlərin əmələ gəlməsi və toplanması ilə müĢayət
olunan oksidləĢmə prosesləri baĢ verir. Onlar isə Ģərabın buketinin
əsasını təĢkil edir. Eyni zamanda üsul ağır zəhmət, iĢçi qüvvəsi,
vaxt və qablar hesabına baĢa gəlir.
Dostları ilə paylaş: |