~ 375 ~
verilərək, əzilir. Əzinti nasosla horizontal sıxıcıya verilir və orada
yüksək olmayan təzyiqdə sıxılır. Alınan Ģirə qablara doldurulur və
üzərinə (1,3-2 kq-1 t üzümə) xeso adlanan torpaq əlavə olunur.
Həmin torpağın 80%-dən çox hissəsi gipsdən ibarət olur. Əlavə
etməkdə əsas məqsəd Ģirə, yaxud Ģərabda olan kəskin turĢuluğu
nizamlamaqdır.
ġərabın hazırlanması və yetiĢdirilməsi ispan dilində «bodeqa»
adlandırılan, daĢdan hazırlanmıĢ yerüstü binalarda aparılır. Bina
yaxĢı havalandırılmaqla, oraya daim sərbəst hava cərəyanı daxil
olur. Bu proses xeresin yetiĢməsində böyük rol oynayır. Binanın
orta illik temperaturu 15-20°C olur.
ġirə qıcqırmaq üçün «bodeqa»da yerləĢdirilmiĢ paslanmayan
sisternlərə və yaxud 60 dekalitrlik çəlləklərə verilir. Adətən,
qıcqırma 3 həftəyə baĢa çatır. ġiddətli qıcqırma qurtardıqdan sonra
Ģərab duruldulmağa qoyulur və 3 aydan sonra maya çöküntusündən
ayrılır. Hazır Ģərab materialının spirtliyi 12-13 h.% olur. Yüksək
keyfiyyətli Ģərab 15-16,5 h.%-ə qədər spirtləĢdirilir. AlınmıĢ Ģərab
təmiz palıd çəlləklərdə saxlanmağa verilir. Bu faza sobretabla,
baĢqa sözlə «ağacda» saxlanma adlanır. Yəni Ģərabın ağacla
təmasda olmaqla saxlanmasıdır. Sonra həmin Ģərab kriadera və
solera sistemi ilə yetiĢdirilməyə verilir.Bunun üçün həcmi 60 dal
olan palıd çəlləklərə 50 dal Ģərab doldurulur. Həmin Ģərab,
çəlləklərdə 4 yarusda yerləĢdirilir. AĢağı yarusda daha yetiĢmiĢ
Ģərab yerləĢməklə «solera» («suelo» torpaq sözündəndir), ondan
yuxarı hissədə isə nisbətən cavan Ģərab yerləĢməklə 1-ci
«kriadera», sonra 2-ci kriadera və ən yuxarıda yerləĢən çəllək
cərgəsi 3-cü kriadera adlandırılır. Bu qaydada minimum yetiĢdirmə
müddəti 3 ildir. Sonra aĢağı hissədəki (solera) Ģərab götürülür, 1-ci
kriaderadan Ģərab «solera»ya 2-ci kriaderadan «1-ci kriadera-ya»
və 3-cü kriaderadan «2-ci kriaderaya» doldurulur. «3-cü kriade-
raya» sobretabla fazasında olan cavan Ģərab doldurulur. Xeres
hazırlanan zaman Ģərabın üzərində parlaq Ģokoladvari pərdə
yaranır (Ģəkil 16.4).
~ 376 ~
Şəkil 16.4. Klassik ispan xeres yetişdirmə sistemi - soleranın sxemi
Hazırlanma texnologiyasından asılı olaraq Ġspaniyada 3 tip
xeres istehsal olunur.
Dostları ilə paylaş: