Pərdəli usulda Ģərab ağzı yarımçıq çəlləklərdə, yaxud iri
rezervuarlarda pərdə altında fasiləli və ya fasiləsiz usullarla
yetiĢdirilir. Üsul öz əsasını Ġspaniyanın «solera» sistemindən
götürmüĢdur.
ġərab materialının fasiləli üsulla çəlləklərdə xeresləĢmə üsulu
ağır zəhmətli və az məhsuldardır. Bu halda xeres istehsalı həcmini
artırmaq qeyri-mümkün olub, çoxlu miqdarda bahalı və çətin
tapılan palıd taxtası, Ģərabı pərdə altında yetiĢdirmək üçün böyük
istehsalat sahəsi tələb olunur. Bundan baĢqa, hər bir çəlləkdə,
xeresləĢmə üzərində kimyəvi və mikrobioloji nəzarət aparılması
çox çətin və mürəkkəbdir.
M.A.Gerasimov və N.F.Saenko Ģərab materialının xeresləĢmə-
sini iri rezervuarlarda aparmağı təklif etdilər. Onlar göstərdilər ki,
həçmi 700-800 dal olan butlarda, çəlləkdə alınandan keyfiyyətcə
fərqlənməyən xeres almaq mümkündür.
A.A.Preobrajenskinin apardığı tədqiqatlar nəticəsində müəyyən
olunmuĢdur ki, xeresləĢmənin sürətinə pərdənin Ģərab üzərində
tutduğu sahənin böyüklüyü də təsir göstərir. O, xeres pərdəsi
altında nazik Ģərab qatı saxlamaqla, pərdə altında cavandan yaĢlıya
qarıĢdırmaqla, xeresləĢmə aparmağı təklif etmiĢ və qurğu
vermiĢdir.
N.F.Saenkonun təklif etdiyi qurğu xeresləĢmə prosesini sadələĢ-
dirməklə, ona düzgün nəzarət olunmasına səbəb olur. Qurğu bir-
biri ilə ardıçıl birləĢmiĢ 3 ədəd silindrĢəkilli e'mal olunmuĢ rezer-
vuarlardan, təzyiq bakından və qəbuledici silindrdən ibarətdir
(Ģəkil 16.6).
Temperaturu nizamlamaq məqsədilə rezervuarlar xaricdən
köynəklə təchiz olunurlar.
Təzyiq bakına doldurulmuĢ kupaj Ģərab materialı müəyyən
ardıcıllıqla rezervuarlara verilir. ġərab materialının üzərinə xeres
mayaları yoluxdurulur. Temperatur 18-20°C nizamlanır.
~ 381 ~
Şəkil 16.6. N.F.Saenkonun axında xeresləşmə qurğusu
1- təzyiq çəni; 2- xeresləşmə üçün tutum; 3- qəbuledici tutum;
4- pambıq tıxac; 5- axıtma borusu
XeresləĢmə baĢa çatdıqdan sonra hazır xeres qəbuledici rezer-
vuardan götürülüb, çəlləklərdə yetiĢdirilir. Təzyiq bakına isə cavan
Ģərab materialı daxil edilir və beləliklə, proses davam etdirilir.
Yaloven Elm Ġstehsalat Birliyinin (Moldova) əməkdaĢları
Q.Kozub, B.Averbux və b. oksigen verməklə fasiləsiz axında
xeresləĢmə üsulunu iĢləyib hazırlamıĢ və tətbiq etmiĢlər (Ģəkil
16.7).
Aktinatorda ultrabənövĢəyi və infraqırmızı Ģüalarla sterilizə
olunan Ģərab materialı, təzyiq rezervuarına verilir. Oradan isə
səviyyənin nizamlayıcısı və üç yollu krandan keçərək, alt hissədən
qurğunun birinci rezervuarına daxil olur. Qurğuda belə slindrĢəkilli
rezervuar 8 ədəd olub, hər birinin həcmi 320 dekalitrdir.
Nizamlayıcı, bütün rezervuarlarda Ģərabın səviyyəsinin sabitləĢ-
dirilməsi rolunu oynayır. ġərabın səthinə əvvəlcədən xeres maya-
ları yoluxdurulur.
~ 382 ~
Şəkil 16.7. Axında şərabın xeresləşməsi üçün qurğu
(“Yaloven” EİB)
1-təzyiq rezervuarı; 2-təzyiq ventili; 3-reduktor; 4-manometr;
5-rotametr; 6-rezervuar; 7-elektrosiyirmə; 8-baxış aynası; 9-
axımın nizamlayıcısı; 10-qəbuledici; 11-kompressor; 12-
süzgəc; 13-resiver; 14-avtomat nizamlayıcısı; 15-keramik
tozlandırıcı; 16-üç yollu kran; 17-səviyyə nizamlayıcı; 18-
sterilizator (pasterizator)
Elektrosiyirməni birləĢdirdikdə sonuncu rezervuardan Ģərab
materialı, axının nizamlayıcısı və baxıĢ qurğusundan keçərək,
qəbuledici rezervuara daxil olur. Sonra xeres Ģərab materialı
nasosla kupaj həcminə istiqamətləndirilir. Kompressor havanı
süzgəcdən keçməklə hava toplayıcıya vurur. Kompressorun iĢini
avtomat qurğu nizamlayır. Toplayıcıdan hava, bağlayıcı ventil
reduktor rotametr və səpələyicidən keçərək Ģəraba verilir. ġəraba
daxil olan havanın təzyiqinə monametrlə nəzarət olunur.
Bu qurğu Moldova və digər MDB respublikalarında tətbiq
olunmuĢdur.
D.A.Moisenko və V.F.Lomakin fasiləsiz axında xeres almaq
üçün Krım vilayətinin «Vinoqradnı» sovxoz zavodunda 2 axın
xəttindən ibarət qurğu iĢə salmıĢlar. Birinci xətt-2, ikinci xətt-3
aparatdan ibarətdir. Birinci xəttin 2 aparatında paslanmayan
poladdan hazırlanmıĢ 5 düzbucaqlı slindr, ikinci xəttin birinci
~ 383 ~
aparatında 8, 2-ci aparatında 4, üçüncü aparatında isə 3 slindr olur.
Slindrlərin ölçüsü 2x4m, hündürlüyü 0,5 və 0,7m, Pərdə altında
Ģərabın səviyyəsi uyğun olaraq 0,4 və 0,6m olur. Hər bir slindr 2
baxıĢ aynasına malikdir. Silindrlərin üstündə təzyiq bakı yerləĢir.
Xeres Ģərab materialı təzyiq bakından daxil olur və ardıcıl bütün
slindrlərə verilir. Sonra üzərinə xeres mayası yoluxdurulur. Prose-
sin davametmə müddəti 3-6 ay çəkir. Bu müddət temperaturdan
Ģərab materialının kimyəvi tərkibindən, xeres maya irqindən və b.
amillərdən asılıdır.
Dostları ilə paylaş: |