~ 409 ~
rini kupaj etməklə hazırlanır. Müasir ətirləĢdirilmiĢ Ģərablar arasın-
da daha geniĢ yayılanı vermutlardır (vermut alman dilində acı
yovĢan deməkdir). Bu tip Ģərabların ilk dəfə sənaye üzrə buraxılıĢı
1786-cı ildə Turində (Ġtaliya) mümkün olmuĢdur. KeçmiĢ SSRĠ-də
1947-ci ildən buraxılırdı. ƏtirləĢdirilmiĢ üzüm Ģərabları hazırlan-
masının əsasında kənar tamsız və iysiz turĢ və tünd Ģərab materialı
durur. ġərabları ətirləĢdirmək üçün, inqredientlərin cövhərindən
əlavə, efir yağlarının və vanilinin spirtli məhlulundan da istifadə
olunur. Bir sıra xarici ölkələrdə bu məqsədlə, həmçinin balzam və
ətirli spirtlər tətbiq olunur. Bitki xammalından alınmıĢ karbon
turĢuları ekstraktlarının tətbiqi imkanı araĢdırılmaqdadır. AlınmıĢ
Ģərab materiallarının tərkibi, müxtəlif üsullarla təhlil olunur və
lazım gələrsə Ģəkərliyi, yaxud titrləĢən turĢuluğu nizamlanır. ġəkəri
azaltmaq üçün kupaja vurulmuĢ saxarozanın inversiyası aparılır.
TitrləĢən turĢuluğu azaltmaq üçün kalsium karbonatdan, artırmaq
üçün limon turĢusundan istifadə olunur. Bəzi Ģərab markalarını
rəngsizləĢdirmək məqsədilə, onu kupajdan əvvəl fəal kömürlə iĢlə-
yirlər (uzaq xaricdə bütün qırmızı Ģərabları rəngsizləĢdirirlər).
Ġntredientlərin cövhərini hazırlamaq üçün müxtəlif üsullardan, o
çümladən iri həcmdə hazlamaq üçün, fasiləsiz iĢləyən ekstraktor-
lardan istifadə olunur. ġərabın ətirli maddələrini oksidləĢmədən
qorumaq məqsədilə, tərkibdə sulfit turĢusunun miqdarı 10-20
mq/dm
3
arasında nizamlanır.
ƏtirləĢdirilmiĢ Ģərablar iki tipdə buraxılır: tünd və desert. Hər
tip rənginə görə, ağ, çəhrayı və qırmızı olmaqla üç növə bölünür.
ƏtirləĢdirilmiĢ tünd üzüm Ģərabları, 16-18 h.% etil spirtinə, 6-10
q/100 ml Ģəkərə və 4-6 q/dm
3
titrləĢən turĢuluğa malik olur.
Meyvə-giləmeyvədən hazırlanan bu tip Ģərablar isə 16—18 h.%
spirtə və invert Ģəkərə çevrilməklə 8-10 q/100ml Ģəkərə malikdir.
ƏtirləĢdirilmiĢ desert Ģərablar, tündlərdən spirt, Ģəkər və
titrləĢən turĢuluğun miqdarına və həmçinin orqanoleptkii xassə-
lərinə (desert tonuna və ədviyyatların daha intensiv ətrinə) görə
fərqlənirlər.
ƏtirləĢdirilmiĢ Ģərablar Ġtaliya, Bolqarıstan, Macarıstan,
Rumıniya, Ġngiltərə, Almaniya, Fransa, Meksika, ABġ, Argentina,
~ 410 ~
Rusiya, Moldova və digər ölkələrdə istehsal olunur.
Ən yaxĢı klassik Vermut Ģərabı Ġtaliyada ―Çinzano‖, ―Qançia‖,
―Rikadonna‖, ―Martini- Rosi‖ firmaları tərəfindən istehsal olunur.
Azərbaycanda üzümdən üç markada ətirləĢdirilmiĢ tünd Ģərab
istehsal olunur. Bunlar Ağ tünd Vermut, Çəhrayı tünd Vermut və
Qırmızı tünd Vermut Ģərablarıdır. Hər uçünün tündlüyü 18 h.%,
Ģəkərliyi 7 q/100ml-dir.