Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə46/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   42   43   44   45   46   47   48   49   ...   125
114 
mında üzə  çıxır. Məsələn, gənc  şairlər N.Kamal, G.Mövlud, 
S.Pərvanə ekzistensional məqamlara həssasdırlar, bu sırada 
onlar üçün qadın da elə əks cins kimi hər növ gücə və statusa
mövqe və nüfuza layiqdir:  
 
qadınlığıyla barışanları 
heç sevmədim 
daha sonra yazığım gəldi onlara, 
çünki uşaq kimidilər lap 
ovcunda ağlayır qadınlar 
gözləri ovuclarının içindədi...(S.Pərvanə)  
 
Bu məqam məhz 1990-cı illərdən qabarır və düşüncə selinin 
qabağına Azərbaycan qadınının milli obrazını, onun dünənini, 
durumunu, aqibətini gətirir. Hər bir halda hədəfdə “vətən 
qadınları”dır və  gənc nəsil qadının hər növ-məişət, sosial-
ictimai, psixoloji səviyyədə özgürlük qatına israrlıdırlar:  
 
bağışla məni, ana 
mən qürbətdə anladım 
vətən qadınları necə mənasızdır. (G.Mövlud) 
 
Bu mətnlər yeni sosial ierarxiyada qadına kişidən bir pillə 
öndə yer ayırır, sosial kateqoriya baxımından qadını kişidən 
zəif hesab eləmir. Ancaq bunun ifadəsi hər yazarda nə  qədər 
alınır? Yəni bu yanaşmaların hər birində  fərdi – fərqi iç du-
yumlarının mənalanması var, bəs bu mənalanmalar nə  qədər 
ədəbiyyat istedadı zəminində yetişir? Yaxud, belə deyək, poe-
ziya bu kontekstdə Azərbaycan qadınını necə, nə qədər dərin-
likdə, gerçəklikdə, gücdə aça bilir? 
Çağdaş poeziyamızda güclənən qadın başlangıclı şeirlər bu 
yöndə artıq sabitləşmiş olan qadın təmayülündən danışmağa 
əsas verir. E.Eyvazlının “Kişi etirafı”, S.Çılğının “Alaçarpa”, 
Feyziyyənin “Mesaj”, X.Hüseynzadənin “Ağ atlı Avropa” kita-


115 
bı, G.Mövludun, N.Kamalın, Jalə İsmayılın, Rəsmiyyə Sabirin, 
Gülnarə Cəmaləddinin, Sonanın, G.Xəzəlin, Rəbiqənin, Günel 
Şamilqızının, A.Əlizadənin şeirləri poeziyada qadın təmayülü-
nün güclənməsinin göstəricisidir. İstedadının gücündən, poetik 
həssaslığının dərəcəsindən asılı olmayaraq bu müəlliflərin şeir-
lərini daha çox bir əlamət birləşdirir. Bu kitabların hər birində 
qadın yaşamının ekzistensiyası yaradılır, sevgi duyğularının əl 
dəyilməyən, mübhəm qalan gizlinlərinə diqqət yönəldilir. O 
məqamlar ki, insanın ancaq özü ilə paylaşmağa rəva bildiyi, iç 
dünyasının ən həssas, “toxunsan indicə hönkürəsi və qaynayıb 
daşası” (Z.Əzəmət) mətləbləridir.  
Elnaz Eyvazlının “Kişi etirafı” kitabında bu mövqe sırf sev-
gi münasibətləri zəminində açılır. Bu şeirlərə  əslində, bir qa-
dının etirafları, onun iç dünyasının  şəkli demək daha doğru. 
Kitabda yaradılan sevgi tablosu o qədər əhatəli və zəngindir ki, 
burada müəllifin toxunduğu bütün digər mövzular, onun ya-
ğışa, yazı masasına, bomja, həyat və ölümə  həsr etdiyi şeirlər 
sevən bir ürəyin həssaslıqla təqib qıldığı  həyat lövhələri kimi 
mənalanır. Elnaz sevən qadının obrazını daha koloritli, psi-
xoloji nüans səhihliyi ilə poeziyaya gətirir. 
 
Ölmüş ümidləri bağrıma basıb 
heç kimin eşitməyəcəyi tərzdə ulamaq. 
Qollarımı sinəmdə 
bir-birinə bağlamaq, 
büzüşmək, yığılmaq. 
Gözlərim yuxuya gedincə 
xısın-xısın ağlamaq. 
 
Elnazın  şeirlərində  əks cincdən narazılıq bütüb həyatdan 
küskünlük şəklində üzə çıxır. Amma həyatla savaşmayacaq qə-
dər loyal mövqe sərgilənir. Təsvir olunan nakam sevgi hekayə-
ti, bəxtsiz qadın taleyi, keşməkeşli yol yolçuluğu, həyat məşəq-
qətinin gücü savaşa deyil, sevməyə  və onu kişi kimi etiraf 
eləməyə çatır.  


 
116 
Getməyin üstünə, 
baxmayın dediyinə, 
çəkməyin yanında nifrətin adın. 
sevmək üçün doğulub 
bu Qadın!  
 
Elnaz Eyvazlı hər növ qatlar-ictimai, mənəvi-mədəni, psixo-
loji durum mürəkkəbliyi arasında sevən qadının obrazını yara-
dır. Onun nəzərlərindən bu dünya necə olur, hansı etiraf, etibar 
hüdudlarına söykənir və  ən nəhayət, sevən qadın olaraq hansı 
yolu seçir: ağrıları yenməyin, sabaha atılan inamlı addımlama-
ğın kişi kimi etirafımı, yoxsa yenə  də sevən qadın olaraq 
ehtiyacında olduğu kişisizliyin etirafı?! Hər iki halda yaşantılar 
eynidir, eyni sızıltı, göz yaşı, kədər, məyusluq... 
 
Səhərəcən buz kimi yataqda  
it kimi ulayıram. 
Qonşum deyir ki,  
Bu gecə bir köpək biiz yatmağa qoymayıb. 
Qayıt, məni saçlarınla yuvama zəncirlə. 
Həsrətindən köpək olduğumu  
biləcəklərindən qorxmuram. 
Bu gec-tez hamıya çatacaq. 
Sahibsiz olduğumu bilsələr, 
hərə bir daş atacaq. 
 
İlk baxışda bu şeirlərdə  məzmun baxımından yeni bir şey 
yoxdur deyib keçmək olar, ənənəvi sevgi mövzusudur, bu dəfə 
xanım lirikin dünyaduyumunda əksini tapıb. Füzulidən bu yana 
poeziyamız eyni mövzuda yazmaqda nə zaman səngimiş? Bü-
tün dünya ədəbiyyatından beləsinə sevginin dili birdir, yazıl-
mamış qanunları Şərqdə necədirsə, elə Qərbdə də elədir. Yetər 
ki, sevməyi bacarasan, axı bilirik, heç nə olmasa da şairlik 
sevgidən, sevmək istedadından başlayır. Bu məqamda mövzu-
ya digər rakursdan nəzər yetirək. 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin