Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


SUAL 45. Sosial-emosional mühitin yaradılmasına verilən psixoloji-pedaqoji tələblər



Yüklə 129,61 Kb.
səhifə41/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   37   38   39   40   41   42   43   44   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

SUAL 45. Sosial-emosional mühitin yaradılmasına verilən psixoloji-pedaqoji tələblər.
Əşya-məkan mühiti məzmun baxımından zəngin (müxtəlif), çevik, çoxfunksiyalı, dəyişkən, əlçatan və təhlükəsiz olmalıdır.
Təhsil məkanı, material, avadanlıqlar və inventarın müxtəlifliyinin təşkili (bina və sahədə) təmin edilməlidir:
• Bütün uşaqların oyun, idrak, tədqiqat, yaradıcılıq fəaliyyəti və uşaqların mövcud materiallar (qum və su daxil olmaqla) ilə təqdiqatların aparılması;
Hərəki fəaliyyəti, o cümlədən böyük və kiçik motor bacarıqlarının inkişafı, hərəkətli oyunlar və yarışlarda iştirak;
• Məkan mühiti ilə qarşılıqlı əlaqədə uşaqların emosional rifahı;
• Uşaqların özünü ifadə etmə imkanı.
• Erkən yaşda olan uşaqlar üçün təhsil sahəsi hərəkət üçün zəruri və kifayət qədər imkanlar yaradılmalıdır.
Transformasiya (çeviklik):
• Əşya-məkan mühitinin təhsil vəziyyəti, o cümlədən uşaqların maraqları və imkanlarının dəyişilməsindən asılı olaraq dəyişmənin mümkünlüyünü nəzərdə tutur.
Çoxfunksionallıq:
• Əşya mühitinin müxtəlif tərkib hissələrindən - uşaq mebelləri, yumşaq modullar, ekranlar və s. müxtəlif əşyalardan istifadə etmək imkanı;
• Müəssisə və ya qrupda çoxfunksiyalı (sərt bərkidilmiş istifadə üsuluna malik olmayan) əşyalar, o cümlədən uşaq fəallığının müxtəlif növlərində istifadə üçün yararlı təbii materialların (o cümlədən uşaq oyununda əvəzedici əşya kimi) olması.
Dəyişkənlik:
• Müəssisə və ya qrupda müxtəlif məkanlar (oyun, konstruksiya və təklik), həmçinin uşaqların sərbəst seçimini təmin edən müxtəlif material, oyun, oyuncaq və avadanlıqların olması;
• Oyun materialının dövrü dəyişkənliyi, uşaqların oyun, hərəki, idrak və tədqiqat fəaliyyətini stimullaşdıran yeni əşyaların yaradılması.
Əlçatanlıq:
• Uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar və əlil uşaqların təhsil fəaliyyətinin həyata keçirildiyi bütün sahələrin əlçatanlığı;
• Uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların oyun, oyuncaq, material və uşaq fəallığının bütün əsas növlərini təmin edən vəsaitlərə sərbəst girişi.
Təhlükəsizlik:
• Material və avadanlıqların sazlığı və təhlükəsizliyinin təmin edilməsi.


Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin