Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

YILDIZ MEHMET SONER  

Bakı Slavyan Universiteti Pedaqogika və  

psixologiya kafedrası 

qafqazlisoner@hotmail.com 

 

YUNUS ƏMRƏ ƏSƏRLƏRİNDƏ TÜRK İSLAM ƏXLAQI ANLAYIŞI 

 

Açar sözlər: Yunus Əmrə, tərbiyə, əxlaq, İslam, türk islam əxlaqı, kamil insan. 

Ключевые слова: Юнус Эмре, воспитание, мораль, Ислам, тюркский мораль 

Ислама, совершенный человек. 



Key words: Yunus Emre, upbringing, morality, Islam, Turkish Islam, the perfect 

man. 


 

İslamda tərbiyə anlayışı geniş  mənanı ifadə edir. İslam insanın kamilləşərək 

yüksəldilməsini nəzərdə tutur. Bununla yanaşı, İslamda tərbiyə daha geniş anlamda 

başa düşülərək insanın yaşadığı  cəmiyyətin inkişafına öz töhfələrini verməsi, onu 

hər cür düşmən təcavüzlərindən müdafiə etməsi, xalqının adət və ənənələrini, dilini, 

dinini qoruması, ona hörmət etməyə çalışmasıdır.  

Dünya tarixinə nəzər salsaq, türklərin də islamı ürəkdən qəbul edən millətlər-

dən biri olduğunu görərik. Qədim türklərin  ən  əsas xüsusiyyətlərindən biri adət-

ənənələrinə bağlılıqları idi. Türk adət-ənənələri dildən-dilə, nəsildən-nəslə ötürülür-

dü. Hökmdarlar da daxil olmaqla, hər kəs adət-ənənələrə tabe olmaqla məsul idi. 

Türk adət-ənənələrində ağır cəzalar da vardı, ancaq doğruluq və ədalətdən ayrılmaz-

dılar. Bu adət-ənənə əsrlərin təcrübəsinin məhsulu idi. Adət-ənənə bir növ ölkənin 

əsas qanunu idi. Türklər  İslamı könüllü qəbul ediblər. Bu, bütün tarixçilərin 

yekdilliklə qəbul etdiyi məsələdir. Türklərin Göy Tanrı inancları ilə İslam arasında 

bəzi bənzərliklərin olması bunda mühüm rol oynamışdır. Məhz buna görə də Türk-

lərin həyatında islam adət-ənənələri xüsusi yer tutur. Onların dini həyatını araş-

dırdıqda islam əxlaqının, bu əxlaqa yüksək dəyər verən tərbiyənin aşılandığının 

şahidi olarıq.  

Türklər İslamı qəbul etdikdən sonra İslam bayrağını daim yüksəklərə qaldır-

mışdır. Türklər İslamı yaşatmaqla özləri də var olmuş və öz monoteist inanclarına 

uyğun bir həyat tərzini davam etdirmişlər [5]. 

Professor Erol Güngör söylədiklərimizi belə ifadə edir: “Türklər İslam dinini 

özlərinin milli dininə çevirdilər, bütün mənlik və səmimilikləri ilə bu dinə bağlana-

raq XI əsrdən etibarən İslam dünyasının bütün düşmən qüvvələrə qarşı qorunmasını 

təkbaşına boyunlarına götürdülər. İslama qədər türklər hər cür yüksək xüsusiyyətə 

malik, ancaq hələ dünyada öz yerini tam tapmamış bir millət idi. İslam onun yolunu 

aydınlandıran işıq oldu və türk milləti bu işığı təqib etdikcə daima yüksəldi” [9]. 

Türk ədəbiyyatının ən görkəmli simalarından biri olan Yunus Əmrə də dünya-

ya göz açdığı torpağın, ona həyat verən insanların dini inanclarını və bu inanclardan 

irəli gələn əxlaqi görüşləri əks etdirən şeirləri ilə diqqəti cəlb edir. Tanrı qorxusuyla 

deyil, Tanrı sevgisinə dayanan ilahi tərzdə yazdığı  şeirləri ilə Yunus Əmrə islam 

əxlaqı və bu əxlaqdan doğan tərbiyə məsələlərinə xüsusi dəyər verirdi.  

Şairə görə Tanrı  eşqi insanı bir çox çətin mərhələlərdən keçirərək onu 

kamilləşməyə doğru aparır, fədakarlıq, məğrurluq kimi hisslər tərbiyə edir. Tərbiyə 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



312

mühit və ünsiyyət prosesində meydana gəlir. Onun formalaşması insan münasibət-

ləri xüsusiyyətləri ilə bağlıdır. İslami tərbiyə insanı Allahın qarşıya qoyduğu məsə-

lələri həll etməklə  təmizlənməsinə, beləliklə, bir şəxsiyyət kimi formalaşmasına 

kömək edir. Yunus Əmrə  əxlaqi keyfiyyətləri araşdırarkən, ilk növbədə dövrünün 

pedaqoji-psixoloji təfəkkürünə  əsaslanmışdır. Bunu aşağıdakı nümunədə görmək 

olar: 

                                     Aşiq oldum ərənə irməg ilə, 



   Həqq buldum ər yüzin görməg ilə. 

  Kəbə sənün eşiqündür, bilmiş ol,  

 Bulamazsın yol çəkib armağ ilə. 

Binar idüm, ərənlər qıldı nəzər, 

                Dəniz oldum dört yana irmağ ilə [2, 116]. 

 

Öz dövrünün təhsilli və ziyalı adamlarından biri kimi Yunus Əmrə düzgün 



həyat keçirən və xalqına fayda verən insanların yetişdirlməsində  tərbiyənin 

əvəzolunmaz rolunu görmüşdür. O, islami əxlaq tərbiyəsinin məqsəd və vəzifələrini 

təsəvvüf baxımından görür və izah etməyə çalışırdı. Çünki təsəvvüfün son məqsədi 

Allahın və Onun yaratdığı aləmin son məqsədidir. Bu məqsəd öz gerçəkliyini yanlız 

cəmiyyətdə tapa bilər. Cəmiyyətdən kənarda kamil insan, şəxsiyyət anlayışı 

mövcud deyildir. İnsan kamilləşmək üçün öz mənəviyyatı  əxlaqı  və ictimai 

fəaliyyəti ilə ətrafındakılara bir örnək olmalıdır. Yunus Əmrə kimi “məndə bir mən 

vardır məndən içəri” və  s.  kimi  mənaları ifadə etməklə  məqsədyönlü bir şəkildə 

kamil insan və şəxsiyyət formalaşdırılmasına çağırır. Bunu o, belə ifadə edir:  

 

Ey eşq əri, aç gözünü, 



Yer üzünə qıl bir nəzər. 

Gör bu zərif çiçəkləri, 

Bir gün köçər, bir gün bəzər... [4, 107] 

 

XIII-XIV əsrlərin sufi şairləri “Qurani-Kərim”ə istinadən sadə bir dillə xalqa 



İslam dinin insanın qarşısına qoyduğu əxlaqi tələbləri izah etməyə çalışırdılar. Yu-

nusun da vəhdəti-vücud fəlsəfi görüşlərinə  dərindən bələd olduğunu, haqqa eşqlə 

çatmağın mümkünlüyünü qəbul etdiyini göstərir. Bu eşq adi, dünyəvi məhəbbət his-

si deyil, insanı Allaha doğru səsləyərək vəcdə gətirən eşq idi [8, 76]. 

Yunus  Əmrə insan ağlına, zəkasına yüksək qiymət verərək onu daim tək-

milləşdirmək zərurətini qeyd etmişdir. İnsanı ağıl, elm və bilik əxz etməklə nəfsdən 

uzaqlaşıb kamilləşir. Ağılla görülən işlər daima fayda verir və insanı  nəfsdən 

uzaqlaşdırır. Beləliklə də nəfsə qalib gələrək daxili aləmin işıqlanmasına və mənəvi 

cəhətdən saflaşmasına səbəb olur. Bunu aşağıdakı misralarda da görmək olur:     

       


Nəsihət qəndilindən bir işarət göründi, 

Tənüm içində canum andan yana süründi. 

Nəfsümün əjdərhası döndi bana həml etdi, 

Qənaət hay deməzsə yerü gögi yer imdi [2, 151]. 

 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



313

Bütün dövrlərdə və xalqlarda maddi sərvətlərə qənaətkarlıqla yanaşmaq tərbi-

yəsinin formalaşdırılması insanın mənəvi keyfiyyətləri aləminə daxil edilmişdir. 

Qənaətcillik tərbiyəsi qədim tarixə malik olması ilə seçilir. İslami dəyərlərdə  də 

qənaətcilliyə mühüm yer verilmişdir.İmam  Əli (ə) buyururdu: “O kəs ki, müdrik 

olar - qənaət edər”. Yunus Əmrə  də hesab edirdi ki, ağıl qənaəti onun dəyərlı 

təsirlərinə görə seçir. Ağıl qənaəti insanın xeyirinə olan bir əməl kimi tanıyır. Şair 

qənaətcillik tərbiyəsinin formalaşdırılmasını insanın maddi və  mənəvi həyatının 

təmin olunmasında önəmli cəhətlər sırasına daxil etmişdir. Yunus bir pedaqoq kimi 

məharətlə göstərir ki, nəfsə uymaq insanı öz qəlbində paxıllıq, həsəd kimi mənfi 

hisslərin yaranmasına gətirib çıxarır: 

 

Qənaəti yar edin, uyma nəfs diləginə,  



  İrəsin həqiqətə, yerün buldun, tur imdi. 

 Qənaət dedügini əgər sən dutmaz isən, 

         

Nəfsinə uyar isən, sərgərdan ol yor imdi [2, 152]. 

 

Gözəl xasiyyət müsəlman üçün ən mühüm keyfiyyətlərdən biri sayılır. İnsanın 



başqaları ilə ünsiyyətcilliyi, mülayim xasiyyətə malik olması, ətrafdakılarla mehri-

ban davranması, gülərüzlülüyü ümumilikdə  əxlaqın gözəlliyi kimi dəyərləndirilir. 

Yunus Əmrə xoş, gözəl xasiyyətin Allah tərəfindən gəldiyini bildirərək, bunun xoş 

bir nemət kimi qədrini bilmək lazım gəldiyini söyləyir: 

 

Dost, sənin eşqin oxu 



Ən möhkəm daşdan keçər. 

Eşqinə düşən adam 

Can ilə başdan keçər [2, 152]. 

 

Yunus Əmrəyə görə də müsbət əxlaqi dəyərlər insanın daxili aləminin gözəl-



liyi mənasını verir. İnsanın zahiri görünüşü Allahın  əlindədirsə, batini dünyasının 

vəziyyəti onun öz ixtiyarındadır. Yunus Peyğəmbərimizin “Allah səni xilqətdə 

gözəl yaradıb, sən də öz əxlaqını gözəlləşdir” sözlərini əsas götürürdü:  

 

Yüz min cövr, yüz min cəfa 



Kölgə sala surətimə. 

Günbəgün artar şadlığım, 

Çünki xoşdur səni sevmək [4, 30]. 

 

İnsanın dəyəri onun fərdi ibadətləri ilə deyil, əxlaqının gözəlliyi ilə ölçülür. 



Şair də göstərirdi ki, ibadət Allahdan ötrü edilir.  

İlahi  şəriət, Allahın qoyduğu qaydalara riayət etmək  İslamda tərbiyənin önə 

çıxardığı  məsələlərdən olmuşdur. Yunus Əmrə insanı Allahın yaratdığı  məxluq-

lardan ən ağıllısı olduğunu göstərir. Əgər uca Tanrının ona bəxş etdiyi fiziki, zehni 

sağlamlığın qeydinə qalınarsa, yaşanılan mühitə düzgün yanaşmaq və baş verən 

hadisələrdən nəticə çıxarmaq olar.  



 

Filologiya  məsələləri – №3, 2014

 

 



314

Diqqət yetirsək, Quranın bir çox ayələrində müəyyən tapşırıqlardan sonra 

insanlara “düşünməzsinizmi?” (əl-Ənam, ayə 80), “fikirləşməzsinizmi?” (əl-Ənam, 

ayə 50), “anlamazsınızmı?” (əl-Əraf, ayə 169), “ibarət almazsınızmı” (Ğafur, ayə 

58) deyə müraciət edildiyini görərik. Ümumiyyətlə, Quranda elm, bilik və onunla 

bağlı sözlər 779 dəfə, ağıl sözü 49 dəfə, fikir sözü 18 dəfə  işlədilmişdir. Bu o 

deməkdir ki, Allah insanın ağıl işlətməsini,  şeylərin və hadisələrin mahiyyətinə 

nüfuz etməsini, seçimini öz ağlı və azad iradəsinə əsasən etməsini istəyir [1, 175]. 

Yunus  Əmrə  də  ağlın insanı qiymətləndirmək, onun kamilliyini müəyyən 

etmək üçün meyar, onu mükafatlandırmaq və  tərbiyə etmək üçün mizan tərəzi 

olduğunu bildirirdi:  

       Əqlün irərsə sor bana, bən əvvəldə qanda idüm, 

Dilər isən deyü verəm, əzəli vətəndə idüm. 

            “Qalü bəla” söyləmmədin, tərtib düzən eyləmmədin, 

     Həqdən ayru degül idüm, ol ulu divanda idüm. 

       Əyyub ilə dərdə əsir, anlamadum çəkdüm cəza, 

 

 Bilqeys ilə təxt üzərə möhri-Süleymanda idüm [3, 69]. 



 

İslamın gətiridiyi dəyərlərdə  məqsəd insanlarda yüksək  əxlaq, doğruluq, 

dürüstlük keyfiyyətləri tərbiyə etməkdir. Yunus Əmrə öz lirik parçalarında islam 

əxlaq qaydalarını tövsiyə etməklə yanaşı, onları davranış tərzinə çevirməyə çalışır:  

 

Biz bizi bilməz idük, bizi yaradan eylədi, 



Aşikarə bizi qıldı, kəndüyi pünhan eylədi. 

 Biz bilə pünhan idük, ğeyri sənü bən idük, 

                 Mütləq bigüman idük, həm bigüman eylədi [3, 133].   

 

İslam iman və  təslim olmaqdan başlayır.  İslam müsəlmanlığın bədəni, iman 



isə onun ruhudur. İslamı  qəbul etmək və müsəlman olmağın ilkin şərti Allahın 

yeganəliyinə  və  Həzrəti Məhəmmədin onun rəsulu olduğuna  şəhadət verib 

təsdiqləməkdir. Lakin islamın ruhuna-həqiqi imana isə yalnız qəlbən iman gətirib 

əməldə təsdiq etməklə nail olmaq mümkündür. Bunun üçün ilk əvvəl İslam dininin 

etiqad,  əməl və  əxlaqdan ibarət olan sahələrini öyrənmək və ona əməl etmək 

lazımdır (6, 28). İslam  əxlaq normaları  və  əxlaq tərbiyəsi  İslamın çox mühüm 

bölməsi olan islam əxlaqında özünə yer tutur. Yunus Əmrəyə görə də islama görə 

əxlaq imandan doğur. O, bildirir ki, iman ilk növbədə Allahın varlığına, Onun 

birliyinə etiqadın olmasını və bu etiqadın əsasında Ona bəndəlik edilməsini nəzərdə 

tutur:  


İlahi, bir eşq ver bana, qandalığum bilməyəyin, 

Yavu qılayın bən bəni, istəyübən bulmayayın. 

Söylə heyran eylə bəni, bilməyəyin dündən güni, 

İstəyəyin daim səni, ayruq nəqşə qalmayayın [3, 197]. 

 

Hələ  tərbiyə elminin “pedaqogika” adı ilə formalaşmasına qədər  Şərqdə 



“əxlaq elmi” adı ilə geniş yayılan tərbiyə prosesi həyata keçirilirdi. İslam dinin 

tədqiqatçılarından biri olan Ə.Əhmədov yazır ki, “Əxlaq elmi insanların mənəvi 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



315

aləmində olan nasazlıqları müalicə etmək, onu saflaşdırmaq, rəzil və çirkin 

xislətlərdən təmizləyib cəmiyyət üçün faydalı  və pak bir üzvə çevirmək məqsədi 

güdür. Odur ki, bu elm elmlərin  ən  şərəflisidir, çünki, o, kainatın  ən  şərafətli 

məxluqu olan insanın mənəviyyatının xilaskarıdır” [7, 20]. 

Yunus  Əmrə  Şərqin “əxlaq elmi” ilə yaxşı tanış olmuş milli adət-ənənələri 

saxlamaqla, islam dünyagörüşnü təbliğ edə bilmişdir. Yunus özünün təriqət 

şeirlərində Məhəmməd peyğəmbərin şəxsiyyətinə hörmətlə yanaşmaqda iki cəhəti-

dinin ülviliyini və onun böyük bir şəxsiyyət kimi müsbət cəhətlərini, insani 

hisslərini, dərin zəkaya malik təfəkkürünü nəzərə çatdırırdı:  

 

Ərəfat dağıdır bizüm dağımız, 



Anda qəbul olur bizim duamuz, 

Mədinədə yatar peyğmbərümüz, 

Ya Mühəmməd, canum arzular səni [2, 262]. 

 

O, Peyğəmbərin simasında dinin üstünlüyünü konkretləşdirməklə, böyüklərə 



hörmətin körpəlikdən təlqin olunduğunu bildirir. Ümumiyyətlə,  şair  İslamda adı 

hörmətlə  çəkilən böyük şəxsiyyətlərdən-Həzrəti  Əbubəkr, Həzrəti Ömər, Həzrəti 

Osman, Həsrəti  Əli, Peyğəmbərimizin sevimli nəvələri-Həzrəti Həsən və  Həzrəti 

Hüseyn haqqında məlumat verir, bu simaların özlərindən yaşlılara və kiçiklərə 

böyük ehtirmla yanaşdıqlarını bildirir: 

 

Zərrəcə qalmadı könlümdə hilə, 



Sidq ilə girmişəm bən bu Həqq yola, 

Əbubəkr, Ömər, Osman da bilə, 

Ya Məhəmməd, canum arzular səni. 

Əli ilə Həsən, Hüseyn anda, 

Sevgüsi könüldə, məhəbbət canda, 

Yarın məhşər günü olur divanda, 

Ya Mühəmməd canum arzular [2, 262]. 

 

Bu insanların Haqq yolunda apardıqları mübarizə  və  cəmiyyət üçün 



gördükləri işlər insanlarda qəhrəmanlıq mübarizəsini formalaşdırır. Şair göstərir ki, 

Məhəmməd Peyğəmbərimizin yolunu davam etdirən bu insanlar öz mənəvi 

qüvvələrini Allahdan almışdır. 

Yunus Əmrənin təriqət şeirlərində pedaqoji görüşləri üzə çıxır və öz tərbiyəvi 

əhəmiyyətini saxlayır. O, sanki bir pedaqoq kimi dinin tərbiyəvi, elmi cəhətlərini öz 

irsində əhatəli şəkildə əks etdirməklə, insanın tərbiyəsinə müsbət təsirini göstərir.  

 

Ədəbiyyat 



 

1. 


Əliyev R. Dinin əsasları. Bakı, 2003, 268 s. 

2. 


Əmrə Y. Əsərləri. Bakı, 2009, 357 s. 

3. 


Əmrə Y. Əsərləri. Bakı, 2004, 326 s. 

4. 


Əmrə Y. Əsərləri. Bakı, 1992, 228 s. 

5. 


Kazımov S. Türklərin İslamdan əvvəlki inancları.-www. uluturk.info 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



316

6. Seyidmiri F. İslamı olduğu kimi tanıyaq. Bakı, 2010, 152 s. 

7. Məmmədov K. Şərq pedaqoji fikir tarixindən. Bakı, 2011, 134 s. 

8. Hümmətova X. Yunus Əmrə. Bakı, 2006, 188 s. 

9. Qədim Türklər və İslam.-www. meqaleler.com 

 

Йылдыз Мехмет Сонер  



   Мораль Ислама в творчестве тюркская Юнуса Эмре  

Резюме 


 

 В творчестве Юнуса Эмре было выражено Тюркская мораль Ислама. Он 

пропагандировал Исламское мировоззрение и придерживался средневекового 

исламского  отношения.  Для  поэта  чувство  любви  связывает  всех  живых 

существ  друг  с  другом,  указывает  им  путь  в  божественный  мир.  Для  него 

настоящая любовь, как и настоящая дружба, всегда бескорыстна. В известном 

смысле Всевышний – лучший друг человека. 

 

Yıldız Mehmet Soner  

Islam works of Turkish Yunus Emre concept 

Summary 


 

Islam works of Yunus Emre concept, which became well-acquainted with 

preserving national traditions, Islam has been able to promote outlook. His 

creativity has been able to find a description of the great Turkish Islamic morality. 

God's laws, God's discipline to follow the rules of Islam to the fore the issues were 

the main topics of the poet's works. 

 

 

Rəyçi: Professor Kərim Məmmədov 



 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



317

ŞÜKUFƏ QƏDİMOVA  

BDU Şərqşünaslıq fakültəsi  

                                                             Türk filologiyası kafedrasının dosenti 

şukufe qadimova@mail.ru 

 

ORTA ƏSR TÜRK DİVAN ƏDƏBİYYATINDA DİNİ-TƏSƏVVÜFİ 

MÖVZULAR 

 

Açar sözlər:  İslam, təsəvvüf, Qur`ani-Kərim, hədislər,  Əhməd Fəqih,  Şəyyad 

Həmzə 


Ключевые  слова:  Ислам,  суфизм,  Коран,  хадисы,  Ахмед  Факих,  Шеййад 

Хамза 


Key words: Islam, Sofism, Qoran, Hadith, Ahmed Fakih, Sheyyad Hamza 

 

Orta əsrlər mədəniyyətinin təşəkkül tapmasında dini mətnlərin təsiri olduqca 

böyükdür. İstər Yunan-Avropa, istər Hind-Çin və istərsə də ərəb-müsəlman mədə-

niyyətində bədii yaradıcılıq bu və ya digər şəkildə dini mətnlərin çeşidli təsirinə mə-

ruz qalmışdır. Qeyd etmək lazımdır ki, dini mətnlərdə  təkcə ibadət və etiqad 

prinsiplərinin təlimi nəzərdə tutulmur. Həmin mətnlərin təhlili göstərir ki, burada 

insanların həyat tərzi, adət və ənənələri, ictimai məsələlər, əxlaq və davranış qayda-

ları ilə yanaşı, müxtəlif mifik təsəvvürlər, mövcud cəmiyyətin ayrı-ayrı problemləri, 

kainatın yaranması  və quruluşu haqqında düşüncələr, mifik, dini və elmi fikirlər 

geniş yer tutur. Digər tərəfdən, dini mətnlərin toplumunda geniş miqyasda folklor 

materialı işlənir. (3, s. 137) 

Eyni zamanda dini mətnlər öz emosional təsiri və bədii quruluşu baxımından 

bədii yaradıcılığın bir çox xüsusiyyətlərini özündə cəmləşdirir. Buna gorə də ədəbi 

prosesdə gedən bu cür qarşılıqlı  əlaqə  və  təsir nəticəsində dini mətnlərin bədii 

əsərlərə  təsiri güclüdür. Bu baxımdan, müsəlman xalqlarının  ədəbi yaradıcılığı 

xüsusilə seçilir. Qur`an Şərqin əksər dahi söz ustalarının yaradıcılığında dəyərli bir 

qaynaq kimi təmsil edilir.  

 Orta  çağlarda tarixçilər, katiblər, xətiblər, yazıçı  və  şairlər Qur`anın təkcə 

məna və  məfhumlarından deyil, hətta bədii-üslubi xüsusiyyətlərindən və  bəlağət 

sistemindən faydalanmışlar. Onlar öz yaradıcılıqlarının etibar və dərəcəsini artırmaq 

üçün Tanrı kəlamına söykənmişlər. (3, s. 138) Belə bir şəraitdə müxtəlif təriqətlər 

meydana gələrək, dini-təsəvvüfi anlayışları xalq arasında yaymağa başlamışdılar. 

Anadoluda təsəvvüf XIII əsrdə yavaş-yavaş yayılmağa başlamış  və onun 

təriqətləri müxtəlif şəhərlərdə kök salmışdır. Bu da ondan irəli gəlirdi ki, müxtəlif 

daxili və xarici çəkişmələrdən və muharibələrdən bezmiş xalq təriqət başçılarının 

ətrafında toplaşaraq mənəvi təskinlik tapırdılar. Orta əsrlərdə sufizm cərəyanı 

güclənmiş və bir çox mütəsəvvüflər yetişdirmişdir. Sözsüz ki, sufizm bədii-fəlsəfi 

cərəyan olduğundan, öz əksini ilk növbədə dövrün söz sənətində tapmışdır. Tanın-

mış füzulişünas-alim G. Əliyeva-Kəngərli həm də mükəmməl sufizm nəzəriyyəçisi 

kimi çıxış edərək belə bir dəqiq elmi-nəzəri fikir irəli sürür ki, “Bədii  ədəbiyyat 

prizmasından yanaşdıqda sufizm mükəmməl tarixə, konseptual nəzəri struktura, 

etik, poetik, estetik və metodoloji özəlliyə malik bədii-fəlsəfi cərəyandır” (12, s.8). 

Həqiqətən də, təsəvvüfün cazibəsi, fikir və sənət sahəsində dərin bir ilham mənbəyi 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



318

olmuş və əsrlər boyu mütəfəkkirlər bunu izah etməyə çalışmış, şairlər isə şeirlərində 

tərənnüm etmişdirlər. Hər hansı bir fikrin ən mükəmməl ifadəsini  ədəbiyyatda 

gördüyümüz kimi, təsəvvüfün də  ən gözəl nümunələrinə  ədəbiyyatda rast gəlirik. 

(1, s.44) 

Qeyd etmək lazımdır ki, orta əsrlərin Divan şairləri təsəvvüfün təsiri altında 

qalaraq öz əsərlərində dini-təsəvvüfi fikirlərə geniş yer vermişdilər. Hədislərə ibrət 

gözü ilə baxan şairlər, görünənlərin arxasında gizli olanları  kəşf edərək onları öz 

şeirlərində tərənnüm edirdilər. Divan şairlərinin ədəbi nümunələrindəki həqiqətlərin 

xalqa yaxın tərzdə yazılmış olması  və sadə insani hisslərin  əks olunması, onları 

daha da dəyərli edirdi. Buna görə də, divan şeirləri mahiyyət etibarı ilə müxtəlifdir 

və bir çox mövzuları  əhatə edir. Bu mövzuların  ən  əsasları “xəzinə qaynağı” (1, 

s.101) hesab edilən Qur`an və hədislərdən alınırdı. Şairlər ayələri və hədisləri bəzən 

tam, bəzən bir hissəsini, bəzən də yalnız mənasını əsas götürərək şeirlər yazırdılar. 

Buna bənzər bəzi nümunələr gətirək. 

Aşıq Paşanın “Qəribnamə”sindən:  

 

Cümle alem yoğiken ol var idi 

Şöyle eksiksiz gani cebbar idi. 

           “Küllüşey`in halikün”den sonra hem 

  Kala “illavechehu” bibişu kem. 

                                                        (bax: 1, s.110) 

 

(Bütün aləmlər yox ikən O var idi. Heç bir qüsuru olmayan bir əzəmət və 

qabiliyyət sahibi idi. Şübhəsiz, hər şey həlak olacaq, yalnız onun vəchi qalacaqdır). 

Şair burada “Kullişey`in halikün illavechehü” kəlməsini eyni məna daşıyan 

Qur`ani-Kərimin “Kasas surəsi”, 88-ci ayəsindən almışdır: “Ve lated`u meahallahi 

ilahen ahar, le-ilehe-ille hüve, külluşey`in halikün ille vechehu, lehul hükmu ve 

ileyhi türcun”. (“Və Allahla bərabər başqa bir ilaha dua etmə (ibadət etmə). O`ndan 

başqa İlah yoxdur. O`nun Zatından başqa hərşey həlak olucudur. Hökm O`nundur. 

Və Ona dönüləcəkdir). 

     Şeyxinin “Fərhad və Şirin”indən:  

 

                                         Ol kevnü-mekana sığmayan Şah 



Viraneye kurdu barigahı. 

                       (6, s.157) 



(Bütün kainata sığmayan Allah (Şah), otağını viranəyə  bənzəyən könüldə 

qurdu). Şair burada məşhur hədisdən istifadə etmişdir. (darultavhid.com) 

Ruhinin bir tərkibənddən: 



Sanıman bizi kim şirei engur ile mestiz 

Biz ehli harabattanız mesti Elestiz. 

                      (6, s.310) 



(Bizim şərabla sərxoş olduğumuzu zənn etməyin, biz xərabət əhliyik. Əzəldən 

bəri sərxoşuq)  beytində,  şair Qur`andakı “Elestü birabbikum”, yəni, “Mən sizin 

Rəbbiniz deyiləm mi?” xitabına işarə edir və özünü o xitabın sərxoşu hesab edir. 

     Əhmədidən də bir nümunə gətirək: 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



319


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin